Bakıda yaşayış binaları, körpülər və yollar mümkün zəlzələyə tab gətirəcəkmi? Ekspertdən səmimi cavab
Gülüstan Sarayı modern üslubda tikilib. Dəqiq həndəsi siluetli, orijinal, yaxşı yadda qalan, funksionallıqla estetik təsirliliyi özündə birləşdirən bu binanın memarları Hafiz Əmirxanov və Nazim Hacıbəyovdur. Azərbaycan milli memarlığı üçün ənənəvi olan motivlərdən yaradıcılıqla istifadə edən memarlar binanın təsirliyinə, işıq və kölgə effektinə nail olmuşlar.
Bakının tarixi memarlıq binaları – SİYAHI
Hələ çox qədimdən Bakı təкcə Qafqazda dеyil, еləcə də Yахın Şərqdə öz tarixinə görə qədim şəhərlərdən olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi-memarlıq abidələri vardır. Bu abidələr şərq və qərb memarlığının üslublarını özündə yüksək səviyyədə qovuşdurduğundan həmişə cazibədar olmuş, Bakını dünya memarlığının mərkəzlərindən birinə çevirmişdir. Həmin tarixi-memarlıq abidələri ilə yaxından tanış olmaq üçün onları sizin diqqətinizə çatdırırıq.
1. BİBİHEYBƏT MƏSCİDİ (1281-1282)
Bibiheybət məscidi dini-memarlıq abidəsi XIII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa etdirilib. Məscidin divarında tarixi faktlar yazılan kitabə yerləşir. Klassik şərq üslubunda tikilən əzəmətli Bibiheybət ziyarətgahının daxili bütünlüklə ağ mərmərdən ibarətdir. Müqəddəs ayələr mərmər divarlara gözəl xəttatlıq nümunələri ilə həkk olunub.
2. MULTANİ KARVANSARASI (XIV əsr)
Multani karvansarası Bakı şəhərinin “İçərişəhər” adlanan tarixi ərazisində yerləşir. Karvansara “Multani” adını Pakistanın Multan şəhərinin adından alıb.
Multani karvansarası ənənəvi kompozisiya sxemi üzrə tikilmişdir. Bu cür karvansaralar həm ticarət mərkəzi, həm səfirlik, həm rabitə qovşağı, həm də bu və ya digər regionun birjası olmuşdur.
3. NİZAMİ ADINA ƏDƏBİYYAT MUZEYİ (1860)
Nizami adına Ədəbiyyat muzeyinin binası (Keçmiş “Metropol” mehmanxanası) memar Məşədi Qasım bəy Hacıbababəyovun layihəsi əsasında qotik üslubunda tikilib. 1914-15-ci illərdə memar A.A.Nikitin binanın layihəsində bir sıra dəyişikliklər etdikdən sonra burada “Metropol” oteli fəaliyyət göstərib.
4. TAZƏBƏY HAMAMI (1886)
Tazəbəy hamamı memarlıq binası Bakının mərkəzində yerləşir. Hamam şərq arxitekturası ilə tikilmiş və interyeri ilə fərqlənir. Ən yüksək zövqə və tələblərə cavab verən Tazəbəy hamamı hazırda paytaxta gələn qonaqların ən sevimli istirahət və sağlamlıq ocaqlarından biri hesab edilir.
5. BAKI ERMƏNİ KİLSƏSİ (1887)
Bakı Erməni Kilsəsi Bakı şəhərində yaşayan erməni icmasına məxsus olmuş kilsədir. Binanın memar məşhur rəssam Otto Qustavoviçin qardaşı, Bakı quberniyasının və şəhərin memarı K.Qippius olub.
6. İNCƏSƏNƏT MUZEYİ (1888-1895)
Rüstəm Mustafayevin adını daşıyan İncəsənət Muzeyinin binası alman mühəndisi N.A. fon der Nonne tərəfindən fransız qrafı Debur üçün klassik üslubda tikilib. Möhtəşəm memarlıq abidəsində dörd bölmədən ibarət olan İncəsənət Muzeyi fəaliyyət göstərir.
7. RAMAZANOVLARIN BİNASI (1895)
Tacir Hacı Məmmədkərim Ramazanova məxsus olan bu bina milli-romantik üslubda tikilib. Vaxtilə Ramazanovlar ailəsinin yaşadığı ev sovet hakimiyyəti dövründə ayrı-ayrı mənzillərə bölünərək əhali arasında paylanılıb.
8. AZƏRBAYCAN TARİXİ MUZEYİ (1895-1901)
Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi bu bina məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış evi olub. Bina Bakı şəhərinin baş memarı olmuş İ. V. Qoslavskinin layihəsi əsasında inşa edilib.
Binanın tikintisi zamanı müxtəlif memarlıq üslublarından istifadə olunmuşdu. Belə ki, simmetrik baş fasad italyan intibahının təmtəraqlı formalarında, təmizlik otağı fransız rokokosu, yemək otağı flamand barokkosu, yataq otağı isə modern üslubunda həll olunubdur.
9. BAKI LÜTERAN KİLSƏSİ (1896-1899)
Bakı Lüteran Kilsəsi XIX əsrin ortalarında Bakıda məskunlaşan alman və isveç əsilli insanların dini ibadəti üçün inşa olunmuşdur. 24 yaşlı alman Adolf Eyxlerin memarı olduğu bu bina öz dövründə Bakının ən nadir memarlıq inciləri sırasına daxil olub. O vaxtlar bu binanın tikintisinə Nobel qardaşları da (Emmanuel Nobel) xüsusi diqqət göstərmişlər.
10. TAĞIYEVİN QIZLAR MƏKTƏBİ (1898-1901)
Tağıyevin qızlar məktəbi binasının layihəsi 1892-1904-cu illərdə Bakının baş memarı olmuş İ.V.Qoslavskının əməyinin məhsuludur. Bina qotik üslubda tikilib. O zaman belə bir məktəb nəinki Bakıda və Rusiyada, hətta bütün İslam aləmində yox idi. Bina 5 noyabr 1896-cı ildə rəsmi olaraq qızlar məktəbinə verilib.
1918-1920-ci illərdə isə bu binada Azərbaycan Demokratik Cümhuriyyətinin Parlamenti yerləşib.
11. MİTROFANOVUN EVİ (1898-1902)
Mitrofanovun Evi adlanan binanın sahibləri neft sənayeçiləri Dimtri Mitrofanov və Maysey Mixaylov olub. Həştərxandan olan D.Mitrofanov binanı şəxsi ev kimi tikdirib. Binanın memarı İoan Edel olub və fransiz neorenesansın klassik üslubunda tikilib. ADR-nın dövründə binada Fransa Səfirliyi yerləşib.
12. BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BİNASI (1900-1904)
Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi binanın memarı milliyətcə polyak olan İ.V.Qoslavski binanın inşasında barokko motivlərindən istifadə edib.
Binanın fasadının bəzəyi üçün İtaliyadan qırmızı dekorativ kərpic və rəngli mərmər gətirilib.
Memar klassik kompozisiya sxeminə riayət edərək, dumanın binasını simmetrik tikib. Binada Bakı şəhərinin gerbi bugünədək qorunub saxlanılır.
13. ƏLİBƏYOVLARIN EVİ (XX əsrin əvvəli)
“Əlibəyovların evi” adlanan bina klassik-estetik üslubda tikilib. Əlibəyovların evini rus memarı Nikolay Prakopev layihələndirib. Bina XX əsrin əvvəllərində inşa edilib.
14. AŞURBƏYOVLARIN EVİ (1904)
Aşurbəyovlar ailəsinə məxsus binanı Bakı milyonçusu Teymurbəy Aşurbəyov oğlu Balabəyə toy hədiyyəsi kimi tikdirib. Borokko üslubda tikilən bina memar İ.V.Qoslavskinin son işi olub.
15. TƏZƏPİR MƏSCİDİ (1905)
Təzəpir məscidi bütün Şərqdə nadir gözəlliyi ilə diqqəti cəlb edən tikilidir. Bu abidə təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini mərkəzi hesab olunur. Təzəpir məscidi ziyarətgah timsallı memarlıq abidəsidir. Məscid Nabat Aşurbəyli-Rzayevanın vəsaiti ilə Zivərbəy Əhmədbəyovun layihəsi əsasında tikilib.
16. İSMAİLİYYƏ (1907-1913)
İsmailiyyə binasını Bakı milyonçusu Musa Nağıyev dünyadan erkən köçən oğlu İsmayılın xatirəsinə tikdirib. Venesiya qotikası üslubunda inşa etdirilmiş sarayın memarı ployak İ. K. Ploşkodur. Azərbaycanın müstəqillik ideyaları ilk dəfə məhz bu binada səslənib. 1918-ci ilin mart hadisələrində isə bina ermənilər tərəfindən yandırılıb.
17. AZƏRBAYCAN DÖVLƏT KUKLA TEATRI (1910)
Azərbaycan Dövlət Kukla Teatrının binası barokko üslubunda tikilib. Bu tarixi binanın memarı İ. K.Ploşko olub. Bakıda ilk dəfə ictimai yerdə vintelyasiya sistemi bu binada tərbiq olunub. Bina kinoteatr kimi tikilib və “Fenomen” sinematoqrafı adı altında fəaliyyətə başlayıb. 1980-ci ildə bina Kukla Teatrına verilib.
18. AKADEMİK OPERA VƏ BALET TEATRI (1910-1911)
Akademik Opera və Balet Teatrını memar N.Q.Bayev layihələndirmişdir. Binanı Bakı milyonçusu Mayılov xüsusi olaraq opera teatrı üçün tikdirib. On ay müddətinə hazır olmuş bina qotik üslubda inşa edilmiş və Mayılov qardaşlarının teatrı da adlanıb. 1959-cu ildən bina Akademik Opera və Balet Teatrı adlanır.
19. AZƏRBAYCAN DÖVLƏT FİLARMONİYASI (1910-1912)
Azərbaycan Dövlət Filarmoniyasının binası “İctimai toplantıların binası” (“İctimai iclasların yay evi”) proyekti kimi inşa edilib. Binanın memarlıq dizaynı Monte-Karlodakı məşhur kazinonun dizaynına uyğun hazırlanmışdır.
20. SƏADƏT SARAYI (1911-1912)
Səadət Sarayı (Murtuza Muxtarovun evi) milyonçu Murtuza Muxtarovun yəhudi mənşəli həyat yoldaşı Liza üçün inşa etdirdiyi saraydır. Fransız qotik üslubunda tikilən sarayın layihə müəllifi polyak mənşəli memar İosif Ploşkodur. Tikilinin tarixçəsi haqqında təkcə Rusiya mətbuatında indiyədək 50-dək material çap edilib.
21. İSA BƏY HACINSKİNİN EVİ (1912)
İsa Bəy Hacınskinin binası Bakı milyonçulardan biri ilə mərc nəticəsində 3 ay ərzində tikdirib. Adı bilinməyən məşhur italyan memarı binanı qotik, barokko və modern üslublardan istifadə edərək inşa edib. Bu buna Bakıda klassik üslubda ilk hündür binalardan biridir.
22. BAKI KOMMERSİYA MƏKTƏBİ (1912)
Bakı Kommersiya məktəbi memar Q.M.Ter-Mikelovun layihəsi əsasında tikilib. Burada texniki elmlər, ticarət, maliyyə və s. tədris edilib.
Bu bina indi də tədris müəssisəsi kimi fəaliyyət göstərir.
23. HÖKUMƏT EVİ (1924-1952)
“Hökümət Evi” saray tipli tarixi binadır. Saray qotik memarlıq üslubunda inşa edilib. Binanın inşasında istifadə edilən tikinti materiallarının bir hissəsi xaricdən gətirilib. Binanın memarları Lev Rudnev və Vladimir Munts olub.
24. BEŞMƏRTƏBƏ (1929)
“Beşmərtəbə” Bakıda tikilən ilk müasir tipli beş mərtəbəli binadır. Bu bina Bakının mərkəzində – “Füzuli” meydanında, Cəfər Cabbarlı küçəsi ilə Füzuli küçəsinin kəsişməsində yerləşir. Binanın yerləşdiyi həmin ərazi bu günə qədər “Beşmərtəbə” adı ilə tanınır.
25. MUZEY MƏRKƏZİ (1960)
Muzey Mərkəzinin binası Azərbaycan memarı Həsən Məcidovun layihəsi əsasında tikilib. Bu binada aşağıdakı muzeylər yerləşir:
– Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət Muzeyi
– C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi
– Azərbaycan İstiqlal Muzeyi
– Azərbaycan Dövlət Din Tarixi Muzeyi
26. HEYDƏR ƏLİYEV SARAYI (1972)
Modern memarlıq quruluşunda tikilən sarayın memarları Vadim Şulqin, Eduard Melxisedekov, Vitali Faynşteyn olub. Saray yüksək dövlət və mədəniyyət tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Saray 10 mart 2004-cü ildən Heydər Əliyev Sarayı adlanır.
27. GÜLÜSTAN SARAYI (1979-1980)
Gülüstan Sarayı modern üslubda tikilib. Dəqiq həndəsi siluetli, orijinal, yaxşı yadda qalan, funksionallıqla estetik təsirliliyi özündə birləşdirən bu binanın memarları Hafiz Əmirxanov və Nazim Hacıbəyovdur. Azərbaycan milli memarlığı üçün ənənəvi olan motivlərdən yaradıcılıqla istifadə edən memarlar binanın təsirliyinə, işıq və kölgə effektinə nail olmuşlar.
28. “NİZAMİ” KİNO MƏRKƏZİ (1930-1934)
“Nizami” Kino Mərkəzi klassik üslubda tikilmişdir. Binanın memarı Mikayıl Hüseynov və S.Dadaşovdur. Bakı şəhərində ən böyük kinoteatr sistemidir. İlk dövrlərdə bu sənət ocağı “Bədaye” kinoteatrı adı altında fəaliyyət göstərmişdir.
29. BAKI MUSİQİ AKADEMİYASI (1885)
Üzeyir Hacıbəyli adına Bakı Musiq Akademiyasının binasının özülü klassik üslubda tikilib. Bina sonradan əsaslı təmir olunduqda onun memarı Mikayıl Hüseynov olub.
30. PREZİDENT SARAYI (1977-1986)
Prezident Sarayı mərmər və qranit üzlüklü onikimərtəbəli müasir üslubda tikilən binadır. Modern üslubda tikilən bina Fuad Orucovun (layihənin rəhbəri), Tahir Allahverdiyevin (memar) və Mədət Xələfovun (konstruktor) layihəsi əsasında tikilmişdir. Prezident Sarayının əsas memarlıq xüsusuiyyəti sadəlik və möhtəşəmlikdir.
31. M.F.AXUNDOV adına AZƏRBAYCAN MİLLİ KİTABXANASI (1961)
Bina müasir və klassik üslubun sintezində tikilmişdir. Memarlıq baxımından tarixi abidə kimi qiymətləndirilən binanın layihəsini Mikayıl Hüseynov vermişdir. Bina xüsusi olara Azərbaycan Milli Kitabxanasının binası kimi inşa edilib. Qafqazda ən iri kitabxana binası kimi tanınır.
32. AZƏRBAYCAN DÖVLƏT GƏNC TAMAŞAÇILAR TEATRI (1969)
Bina 1969-cu ildə inşa edilmiş, 1988-ci ildə memar Sənan Salamzadənin layihəsinə əsasən yenidən qurulmuşdur. Binanın fasadı spayder sistemli şüşə ilə örtülmüşdür.
33. AZƏRBAYCAN DÖVLƏT MUSİQİLİ KOMEDİYA TEATRI (1883)
Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev bu binanı özünün taxıl anbarının özülü üzərində tikdirib. Tikintiyə mühəndis-memar Lemkul başçılıq edib. Bina bir neçə dəfə yanıb. Akademik Milli Dram Teatrı 1922-ci il yanvar ayının 17-dən 1960-cı ilin avqustuna qədər bu binada fəaliyyət göstərib. El arasında da “Şəhər teatrı” ifadəsi işlənib.
34. TAĞIYEV PASAJI (1898)
Köhnə univermaq kimi tanınan, hazırda ticarət mərkəzi (yeni BUM) kimi fəaliyyət göstərən ikimərtəbəli böyük binadır. H.Z. Tağıyev tərəfindən tikdirilib. Klassik üslubda tikilən binada kiçik tamaşa salonu da olub.
35. HAŞIMOVUN EVİ (KONSTİTUSİYA MƏHKƏMƏSİ) (XIX əsrin sonu)
Gənclər meydanında Qoşa qala qapısına yaxın olan bina milyonçu Hacıbaba Haşımovun evi olub. Klassik üslubda tikilən bina fasaddan dörd mərtəbəlidir. Tamaşa salonu üçüncü qatdadır. Sovetlər dönəmində “Siyasi Maarif Evi” adlanırdı.
36. LANDMARK-BAKU (1909)
“Landmark-Baku”nun yerləşdiyi bina Bakı şəhərində Azadlıq prospekti ilə Nizami küçəsinin kəsişməsində yerləşir. Bina 1909-cu ildə klassik üslubda tikilib.
37. İQTİSADİYYAT UNİVERSİTETİ (XX əsrin əvvəli)
Bu bina keçmiş “Bakı I Realnı Məktəbi”nin binası olub. Binanı milyonçu Musa Nağıyev tikdirib. Hazırda bina Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasıdır. Klassik üslubda tikilmiş binada bir-neçə dəfə təmir-bərpa işləri aparılmışdır.
38. NEFT ŞİRKƏTİNİN BİNASI (1893)
Dövlət Neft Şirkətinin yerləşdiyi bina Bakı şəhərindəki qədim tikililər arasında öz əzəməti və gözəlliyi ilə diqqəti xüsusi olaraq cəlb edir. Binanın layihəsi 1893-cü il may ayının 25-də təsdiq olunub. Fransa intibah üslubunda inşa edilən fasad sahilin qərb tərəfinə baxırdı. Üzü Azneft meydanına tərəf tikilən və rahat mənzillərdən ibarət bina şəhərin layihələndirmə strukturunda çox mühüm əhəmiyyət daşıyırdı.
39. MİLLİ ELMLƏR AKADEMİYASI (XX əsrin 60-cı illəri)
Azərbaycan Milli Elmlər Akademiyasını və onun elmi-tədqiqat institutlarının böyük bir hissəsi keçən əsrin 60-cı illərində memar Mikayıl Hüseynovun layihəsi əsasında tikilmişdir. Binalar klassik memarlıq xüsusiyyətləri ilə modern memarlıq üslubunu özündə birləşdirib.
40. AZƏRBAYCAN RESPUBLİKASI NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin binasını Bakı milyonçusu Musa Nağıyev tikdirib. Bina klassik üslubda tikilmişdir.
41. AZƏRBAYCAN DÖVLƏT AKADEMİK MİLLİ DRAM TEATRI (1960)
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı klassik və modern üslubda tiklimişdir. Bina xüsusi olaraq teatr binası kimi inşa edilmişdir. Binanın memarları Q.Elizade M.Memmedov olmuşdur.
Bakıda yaşayış binaları, körpülər və yollar mümkün zəlzələyə tab gətirəcəkmi? – Ekspertdən səmimi cavab
“Binanın seysmik dayanıqlılığı ilk növbədə ərazinin seysmik təhlükəsinin qiymətləndirilməsindən asılıdır”.
Bu barədə Geologiya və Geofizika İnstitutunun Seysmologiya və Seysmik Təhlükə İdarəsinin struktur bölməsinin müdiri Qulam Babayev Bakıdakı köhnə tikililərin zəlzələyə nə dərəcədə davamlı olması ilə bağlı Media.az-a açıqlamasında deyib.
“O, bir çox komponentlərdən, o cümlədən geoloji və tektonik amildən (qırılma sistemi), yerin qrunt faktorundan və seysmoloji parametrlərdən, xüsusən də qravitasiya sahəsinin fiziki və həndəsi xüsusiyyətlərindən ibarətdir. Bütün bu amillər birlikdə tikinti olacaq ərazidə seysmik təhlükənin səviyyəsini göstərir. Qiymətləndirmədən sonra binanın seysmik davamlılığından danışmaq olar.
Müəyyən bir ərazidə seysmik aktivliyi öyrənmək üçün seysmik intensivlik artımlarını hesablamaq lazımdır. Nəticələrə görə, intensivlik, məsələn, yeddi bal üçün hesablanırsa, bir bina tikərkən üstəgəl 1, üstəgəl 2 və hətta bəzən üstəgəl 3 bal nəzərə alınmalıdır”.
Ekspert 2000-ci il noyabrın 25-də Bakıda baş verən zəlzələ zamanı əhalinin bəxtinin gətirdiyini – binaların dağılmadığını, amma sovet dövründə tikilmiş bir çox binada çatlar yarandığını deyib.
Həmin vaxtdan 22 il keçdiyini xatırladan Qulam Babayev bu müddət ərzində həmin tikililərin istismar müddətinin başa çatmaq üzrə olduğunu qeyd edib və respublikada Dövlət Proqramı çərçivəsində Azərbaycanda seysmik risk xəritəsinin tərtibi işlərinin aparılmasının zəruriliyini vurğulayıb.
“Fikir verin, 2000-ci ildə 1970-ci illərdə tikilən binaların 30 yaşı var idi, hazırda isə onların 50 yaşı var. Bundan əlavə, ölkədə, xüsusən də Bakıda xeyli əvvəl tikilmiş çoxlu ev var, tarixi binaları da unutmayın – onlar xüsusilə risk altındadır”.
Ekspert həmin vaxt bir güclü təkanın iki komponentə bölündüyü üçün paytaxtın infrastrukturunun zədələnmədiyini izah edib.
“Rəsmi məlumatlara görə, ilk təkan 5,8 bal gücündə, sonrakı 6,2 bal gücündə olub. Təkanların müddəti 35-40 saniyə olub. Məhz bu, binaların dağılmamasına kömək edib”, – Babayev sözlərini yekunlaşdırıb.
Sosial Baxılıb: 3332 Tarix: 11 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Mədəniyyət
XIX yüzil Azərbaycan memarlığı rus şəhərsalma sənəti əsasında şəhərlərin böyüməsi və inkişafı, Gəncə, Şamaxı, Bakı kimi şəhərlərin baş planlarının işlənib hazırlanması ilə səciyyələnir. Bu prosesə uyğun olaraq, şəhər tipli yaşayış evləri inkişaf edir.
Quzey Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra yeni tipli tikililərin meydana gəlməsi memarlığın inkişafında mühüm əhəmiyyət kəsb elədi. XIX yüzilin ortalarında teatr, məktəb, xəstəxana kimi yeni binalar, yaşayış evləri tikildi. Kapitalist istehsal münasibətlərinin yaranması və yayılması Azərbaycan memarlığının sonrakı inkişafına önəmli təsir göstərdi. Azərbaycan memarlığında müşahidə olunan yeni təzahürlər Bakının tikintisində özünü daha aydın göstərdi. Artıq XIX-XX yüzillərin ayrıcında neft sənayesinin sürətli inkişafı dövründə Bakı-Rusiya imperiyasının iri şəhərlərindən birinə çevrilmişdi.
Bu dövrdə Azərbaycan memarlığı iki yöndə — yaşayış məskənlərinin memarlıq-plan quruluşunda mühüm yer tutan bina kompozisiyası prinsipləri və Avropa memarlığı ənənələri əsasında inkişaf edirdi. Yerli memarlar və xalq ustalarının inşa etdikləri binaların kompozisiya quruluşunun əsasını ənənəvi memarlıq formaları təşkil edirdi. XIX yüzilin 2-ci yarısında Azərbaycan milli memarlığı daha çox dini və mədəni-məişət binaları ilə təmsil olunurdu. Yerli memarlarla yanaşı, Avropa memarlıq məktəbinin (əsasən, Peterburq Mülki Mühəndislər İnstitutunun və İmperator Rəssamlıq Akademiyasının) yetişdirmələri də fəaliyyət göstərirdilər. Avropa memarlığından gələn üslublaşdırma və eklektikaya qarşı dura biləcək milli memarlığın geniş şəkildə dirçəldilməsi üçün bu çağda Azərbaycanda müvafiq şərait yox idi. Mülki tikililərdə Avropa memarlığının möhkəmlənməsi və peşəkar milli memarlıq kadrlarının çatışmaması Azərbaycan memarlığında milli üslubun geniş inkişafına imkan vermirdi. Buna görə də memarlıqda milli formaların hər hansı bir tətbiqi faktı, milli memarlığın inkişafı və təbliği baxımından böyük əhəmiyyətə malik idi. Bu isə yalnız dini və mədəni-məişət binalarının tikintisində özünü göstərirdi.
XIX yüzildə yaşayış binaları istisna olmaqla, ən xarakterik bina tipi məhz ticarət binaları idi. Belə binalardan çox vaxt həm ticarət müəssisələri, həm də sənətkarlıq emalatxanası kimi istifadə edilirdi. Bakı, Gəncə, Şuşa və Qubadakı ticarət dükanları sırası bu tipli tikililərin ən bitkin örnəklərindəndir.
Bu çağda Azərbaycanda xəstəxanalar və demək olar ki, bütün şəhərlərdə kiçik tibb müəssisələri də tikilmişdir. 1860-cı illərdə Salyanda memar Q. Hacıbababəyovun layihəsi ilə tikilmiş xəstəxana XX yüzilin əvvəllərinədək fəaliyyət göstərmişdi.
XIX yüzilin II yarısında tikilməyə başlanmış teatr binaları Azərbaycan memarlığında tamamilə yeni qurğu tipi idi. İlk teatr binası Şamaxıda (1858, memar Q. Hacıbababəyov), sonralar isə Bakıda Tağıyev Teatrı (indiki Azərbaycan Dövlət Musiqili Komediya Teatrı; 1883, P.İ. Konqnovitski; 1980-cı illərin sonunda sökülmüşdür) və Mayılov Teatrı (indiki Azərbaycan Dövlət Opera və Balet Tetarı; 1911, memar N.G. Bayev; 1985 ildə teatrın binası yanmış, 1986-87 illərdə həmin layihə üzrə yenidən bərpa edilmişdir).
XIX yüzilin I yarısında irihəcmli və monumental dini binalar tikilmişdi.
Bu dövrdə Azərbaycanda keçmiş ənənələri müəyyən dərəcədə davam etdirən məhəlli xarakterli memarlıq məktəbləri yarandı. Məscid binalarının xarici simasının səciyyəvi xüsusiyyətləri Azərbaycan ərazisində Bakı-Abşeron, Quba-Qusar, Gəncə-Qarabağ, Şəki-Zaqatala, Lənkəran və Naxçıvan kimi yerli memarlıq məktəblərini müəyyənləşdirməyə imkan verir.
Bakıdakı Bəy məscidi (İçərişəhərdə; 1895, memarlar Məhəmməd Haşim əl-Bakuvi və Mirəli ən-Naqi bin Seyyid Hüseyn), Qasım bəy məscidi (1896, memar Məşədi Mirzə Qafar İsmayılov), Təzəpir məscidi (1905-14), “İttifaq”, yaxud Göy məscid (1912-13), Əmircanda M. Muxtarovun məscidi (1909; hər üç məscidin memarı Z. Əhmədbəyovdur) kapitalizm dövrü üçün ən xarakterik tikililərdir.
Milli memarlıq abidələri ilə zəngin olan və sabit memarlıq ənənələrinə malik Qarabağ zonasında Avropa memarlığı dərin kök sala bilməmiş, yerli üslublar arasında itib-batmışdı. XIX yüzilin ortalarında Qarabağda özünəməxsus memarlıq məktəbi yaranmış və onun ən görkəmli nümayəndəsi Kərbəlayı Səfixan Qarabaği olmuşdur. Memarlıq üsullarında yerli ənənə və prinsiplərə axıradək sadiq qalan Kərbəlayi Səfixan Bərdədə İmamzadə kompleksini yenidən qurmuş (1868), Ağdamda məscid (1868-70), Şuşada Aşağı məscid (1874-75), Yuxarı məscid, yaxud Cümə məscidi (1883) və məhəllə məscidləri, indiki Füzuli şəhərində Hacı Ələkbər məscidi (1890), həmin rayonun Horadiz (1891-1908) və Qoçəhmədli (1906) kənd məscidləri Oddesada Tatar məscidi (1870 illər), Aşqabadda “Qarabağlılar” məscidi (1880 illər) və s. binalar tikilmişdir.
Fabrik, zavod, anbar binaları, liman, körpü, vağzal və s. tikintisi Azərbaycan üçün yeni olan sənaye-nəqliyyat qurğuları memarlığının yaranmasına səbəb oldu. Kapitalizmin inkişafı dövründə Azərbaycanda müxtəlif xarakterli iki sənaye zonası müəyyənləşdi. Bir tərəfdən Abşeronun sənaye qovşağı olan və neft profilli iri zavodlarla təmsil edilən Bakı və onun ətraf rayonlarının sənaye tikintisi, digər tərfədən isə Azərbaycanın ərazisində baramaaçan və ipəkçilik karxanalarının, pambıqtəmizləmə fabriklərinin, şərabçılıq zavodlarının, Gədəbəy və Qalakənd misəritmə zavodlarının, Daşkəsən mis və kobalt zavodlarının inşası sənaye memarlığının inkişafına geniş təkan verdi. Bir-biri ilə sıx bağlı olan bu sənaye zonaları arasındakı qarşılıqlı əlaqə Güney Qafqaz dəmir yolunun Bakı qolunun çəkilməsindən (1883) sonra daha da genişləndi. Azərbaycanda sənayenin müxtəlif sahələrinin inkişafı ilə bağlı sənaye memarlığı formalaşmağa başladı.
Comments are closed, but trackbacks and pingbacks are open.