92-ci gün: Ekoloji cinayətlərə son qoyulanadək aksiya davam edəcək
M.Babayev qeyd edib ki, sərgi çərçivəsində ilk dəfə olaraq beynəlxalq elmi konfranslar keçiriləcək: “Noyabrın 15-dəə keçiriləcək “Balıq ovlamadan davamlı akvakulturaya və dəniz ekosistemlərinin qorunmasına doğru” mövzusunda regional elmi konfransın məqsədi Xəzər dənizində balıq ehtiyatlarının, xüsusilə də nərəcinsli balıqların azalması, qeyri-qanuni balıq ovunun mənfi təsirləri, akvakulturanın inkişaf prioritetləri və imkanları mövzuları ətrafında fikir mübadiləsi aparmaq və problemlərdən çıxış yollarının müzakirəsindən ibarətdir”.(report.az)
Bakıda ekoloji vziyyt
XXI əsrin əsas çağırışlarından biri ekoloji tarazlığın təmin edilməsidir. Buraya təbii resursların intensiv istismarının, neft-qaz və kömür hasilatının məhdudlaşdırılması, bərpaolunan enerji növlərinə, yaşıl və mavi iqtisadiyyata üstünlük verilməsi, su ehtiyatlarının səmərəli istifadəsi, karbon qazının həcminin azaldılması, təkrar emal və digər məsələlər daxildir.
30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanılan Azərbaycan ərazilərində ekoloji mühitdən danışmaq belə mümkün deyil. Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın deyil, ümumilikdə bölgənin təbii ekoloji mühitini təhlükə altına alıb. Azərbaycan ərazilərinin talan edilməsi, düşmənin bu torpaqlarda flora və faunanı məhv etməsi bütün Qafqazın ekoloji durumuna çox böyük mənfi təsir göstərib. Elə bu səbəbdən Azərbaycan hələ Vətən müharibəsi yekunlaşmamış, Qarabağda ekoloji monitorinqlərin aparılması ilə bağlı təcili addım atdı. Belə ki, Prezidentin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə verilmiş tapşırıqlara əsasən, ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qiymətləndirilməsi məqsədilə yaradılmış Əməliyyat Qərargahlarında təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazilərində monitorinqlərə başlanıldı.
İlk olaraq, Arazboyu ərazilərdə aparılan monitorinq və müşahidələr göstərdi ki, yaşayış məntəqələrində olmuş bütün evlər, binalar, tarixi abidələr, qəbristanlıqlar tamamilə dağıdılıb, yolların kənarındakı tut, qovaq, çinar, şam və meyvə ağacları kəsilib, bəzi yerlərdə isə qiymətli ağaclar yandırılıb. Meşələrdə və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar nəticəsində bitki örtüyü, münbit torpaq qatı və digər canlı aləm məhv edilib.
Erməni vandallığını sübut edən faktlardan biri də, keçmiş Sovet dövründən xüsusi qorunma statusu olan unikal təbiət abidələri siyahısına daxil edilmiş minillik qədim ağacların qəsdən kəsilməsi və zəngin təbiət tarixinin bilərəkdən silinməsinə şərait yaradılmasıdır. Azad edilmiş ərazilərdə aparılan monitorinqlərin nəticələrinə əsasən, Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının ərazisində yaşı 1600, 900 və 500 il olan Şərq çinarlarının məhv edildiyi müəyyən olunub. Həmin ağacların yerində bitən 2 metrə qədər pöhrələr bu qədim çinarların bir neçə il əvvəl kəsildiyini təsdiqləyir.
Qlobal iqlim dəyişikliyi, torpaqların səhralaşması proseslərini və təmiz içməli su çatışmazlığını nəzərə alsaq, bu gün ekologiya bütün dünya ictimaiyyətini narahat edən əsas məsələlərdən biridir. Bununla bağlı BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədləri (DİM-lər) sırasında mühüm nüanslar öz əksini tapıb. Daha dəqiq desək, Məqsəd 6 su ehtiyatlarından səmərəli istifadənin və su təchizatı, sanitariya və gigiyenaya çıxışın zəruriliyindən, Məqsəd 13 iqlim dəyişikliyinə qarşı mübarizədən, Məqsəd 15 isə quru ekosistemlərinin qorunması və bərpa edilməsinin, meşələrdən səmərəli istifadənin, səhralaşmaya qarşı mübarizənin, habelə torpaqların deqradasiyasının dayandırılmasının zəruriliyindən bəhs edir.
Ermənistanın təxminən 30 il davam etmiş və regionun ekoloji vəziyyətinə ciddi ziyan vurmuş işğalçılıq siyasəti nəticəsində, BMT-nin bu Məqsədlərinin 2030-cu ilədək qarşıya qoyduğu hədəflər Cənubi Qafqaz regionunda böyük sual altındadır. İşğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı iqtisadi kontekstlə yanaşı, həm də bir sıra ekoloji problemlərə gətirib çıxarıb. Meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub.
Onu da bildirək ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət” adlı hesabatında ayrıca bir fəsil işğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyətin ekoloji nəticələrinə həsr olunub.
Qeyd etdiyimiz kimi, işğaldan azad olunmuş ərazilərin ekoloji vəziyyətinin qiymətləndirilməsi və bərpa planlarının dəqiqləşdirilməsi məqsədilə keçirilən monitorinqlər çərçivəsində ərazilərimizin ekoloji vandalizmə məruz qaldığı bir daha təsdiqlənib. Rəsmi informasiyalara görə, ilkin müşahidələr göstərir ki, Kəlbəcər rayonunda ermənilər tərəfindən təbiətə qarşı ekoloji cinayətlər həyata keçirilib, xüsusən yol ətrafında xeyli sayda ağac kəsilib, çoxillik təbiət abidələri məhv edilib, təbii sərvətlər talan olunub. Ümumilikdə, göstəricilərə nəzər salarkən aydın olur ki, ermənilərin Kəlbəcərdə törətdiyi ekoloji terrorun izləri ürəkağrıdıcıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bütün bu problemlərlə bağlı bölgədə ekoloji monitorinqləri davam etdirir, ətraf mühitə, meşə fonduna, təbii sərvətlərə dəymiş ziyanın hesablanması, qiymətləndirilməsini aparır və nəticələr barədə müvafiq qurumlara hesabatlar təqdim olunur.
Bir müddət öncə işğaldan azad edilən ərazilərdə yeni milli parkların yaradılacağı elan edildi. Artıq bu parkların yerləri müəyyənləşib. Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib ki, bununla bağlı nazirliyin xüsusi layihəsi var:
“Layihənin reallaşdırılması üzrə artıq aidiyyəti qurumlara təkliflər verilib. Təkliflərə cavab veriləndən sonra bu istiqamətdə işlərə başlanılacaq. Yeni milli parkların ərazisi də müəyyən edilib. Bunlar 20 min hektar Laçın rayonu, 20 min hektar Qubadlı rayonu, 107 hektar Bəsitçay qoruğu ərazisi, 2000 hektar Daşaltı dövlət təbiət qoruğu və Arazboyu təbiət yasaqlığının əraziləridir”.
Artıq Vətən müharibəsindən ötən bir ildən çox müddətdə işğaldan azad edilən torpaqlarda xeyli işlər həyata keçirilib. Quruculuq-bərpa işləri ilə paralel olaraq, müxtəlif qurumlar tərəfindən monitorinq tədqiqat işləri də davam etdirilir. Xüsusilə vurğulamalıyıq ki, ötən dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə jurnalistlərin də azad edilmiş ərazilərə çoxsaylı səfərləri həyata keçirildi. Buradakı vəziyyəti əyani şəkildə müşahidə edən jurnalistlər Ermənistanın Qarabağda törətdiyi ekoloji terrorla bağlı aydın təsəvvürə malik oldular.
Nazirlik 2022-ci ilin planında azad edilmiş ərazilərdə görüləcək işləri öncəlik olaraq göstərir. Belə ki, bu il həmin bölgədə bioloji müxtəlifliyin qorunması, zəngin su ehtiyatlarından istifadə, məqsədli şəkildə məhv edilmiş meşə ehtiyatlarının bərpası, istismar olunmuş mineral xammal ehtiyatlarına dəymiş ziyanın hesablanması və Ermənistana qarşı müvafiq iddiaların qaldırılması istiqamətində fəal işlər həyata keçiriləcək. Proseslə əlaqədar yerli və xarici təşkilatlarla birgə layihələr planlaşdırılır.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərdə 9 su anbarı, 14 iri çay var. Hazırda 11 çay hövzəsi üzərində avtomatik suölçmə cihazları quraşdırılır. Eyni zamanda, iki yeni su anbarının – Həkəri və Bərgüşad çayları üzərində yeni su anbarlarının tikilməsi ilə bağlı layihələr hazırlanır. Qeyd edilən hər iki çay su ehtiyatları baxımından çox zəngindir və onların üzərində yeni su anbarlarının tikilməsi həm yeni salınacaq Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinin əhalisinin içməli su ilə təminatında, həm də həmin ərazilərin əkin sahələrinin suvarılmasında böyük əhəmiyyət kəsb edəcək. Növbəti dövrlərdə texniki əsaslandırma sənədləri hazırlanandan, bununla bağlı müvafiq qərar veriləndən sonra tikinti işlərinə başlanılacaq.
Aysel Aslan
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda dərc olunub.
92-ci gün: Ekoloji cinayətlərə son qoyulanadək aksiya davam edəcək
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 92 gündür davam edir.
AZƏRTAC xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın Dövlət Himnini səsləndiriblər.
Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bizi sosial şəbəkələrdə izləyin
“Bakıda ekoloji vəziyyət yaxşılaşdırılacaq” – Muxtar Babayev
“Azərbaycan vətəndaşları təmiz ekoloji şəraitdə yaşayacaqlar”.
“Bu il keçirilən sərgidə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, plastik və polietilen tullantıların utilizasiyası, təmiz içməli su istehsalı, sudan təkrar istifadə, ekoloji təmiz məhsullar, alternativ enerji texnologiyaları, yaşıl landşaft dizaynı və s. mövzularda yeni texnologiyaların və təcrübələrin nümayiş etdirilməsi nəzərdə tutulub”.
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Caspian Ecology 2018” 9-cu Beynəlxalq Ətraf Mühit Sərgisində çıxışı zamanı deyib.
O bildirib ki, sərgidə 10-a yaxın ölkədən, o cümlədən Almaniya, Böyük Britaniya, Finlandiya, İtaliya, Türkiyədən olan 43 şirkət öz məhsul və təcrübələrini nümayiş etdirəcək: “Çox fərəhləndirici haldır ki, ölkəmizdə ətraf mühit mövzusuna həsr olunan sərgilərin keçirilməsi artıq ənənəyə çevrilib, bu sərgilər beynəlxalq şirkətlərin maraq dairəsinə daxil olub. Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir”.
Nazir deyib ki, sərginin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətləri, dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirmək, perspektivli əməkdaşlıq əlaqələri qurmaq və təcrübə mübadiləsi aparmaqdır. M.Babayev vurğulayıb ki, ekologiya mövzusuna həsr olunan sərgilərin keçirilməsi ətraf mühitə dost texnologiyaların nümayiş etdirilməsi ilə yanaşı, əhalinin ekoloji maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Nazirin sözlərinə görə, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması, insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir: “Azərbaycan qədim neft ölkəsidir. Dünyada ilk dəfə sənaye üsulu ilə neft XIX əsrdə Azərbaycanda hasil edilib. XX əsrdə isə ilk dəfə olaraq, dünyada dəniz yataqlarından neft yenə də Xəzər dənizində, Azərbaycanda hasil olunub. Lakin inkişaf, təəssüf ki, özü ilə bərabər problemlər də gətirir. Sirr deyil ki, əsas ekoloji problemlər keçmişdən miras qalıb. Bu gün Azərbaycan müstəqil dövlət kimi inkişaf edir və ekoloji problemlərin həllinə müstəqil şəkildə müəyyənləşdirdiyi strategiya ilə yanaşır. Hazırda çirklənən ərazilərin bərpası, tullantıların idarə olunması, təbii ehtiyatların mühafizəsi və səmərəli istifadəsi, yaşıllıq ərazilərinin miqyasının genişləndirilməsi və s. istiqamətlərdə tədbirlər həyata keçirilir. Biz şübhə etmirik ki, görülən və görüləcək tədbirlər nəticəsində yaxın zamanlarda Bakı və Abşeron yarımadasında və ölkəmizin digər yerlərində ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq. Azərbaycan vətəndaşları təmiz ekoloji şəraitdə yaşayacaqlar”.
M.Babayev qeyd edib ki, sərgi çərçivəsində ilk dəfə olaraq beynəlxalq elmi konfranslar keçiriləcək: “Noyabrın 15-dəə keçiriləcək “Balıq ovlamadan davamlı akvakulturaya və dəniz ekosistemlərinin qorunmasına doğru” mövzusunda regional elmi konfransın məqsədi Xəzər dənizində balıq ehtiyatlarının, xüsusilə də nərəcinsli balıqların azalması, qeyri-qanuni balıq ovunun mənfi təsirləri, akvakulturanın inkişaf prioritetləri və imkanları mövzuları ətrafında fikir mübadiləsi aparmaq və problemlərdən çıxış yollarının müzakirəsindən ibarətdir”.(report.az)
© AzNews.az
Comments are closed, but trackbacks and pingbacks are open.