Baki dövlət universiteti
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əslən Naxçıvandan olan müstəqil jurnalist Çingiz Özgür Oksana Rəsulovanın universitetə nə məqsədlə çağrıldığını, nədən danışdığını bilmədiyi üçün insanların onu linç etdiyini deyib:
“Universitetdə nə baş verib bilmirəm, bəlkə də Oksana. ” – “Bu, rəzalətdir”
Tanınmış rəqqasə, aktrisa Oksana Rəsulovanın “Naxçıvan” Universitetində qonaq olması böyük müzakirələrə səbəb oldu. Cəmiyyət sənətçinin universitetdə qonaq olmasını birmənalı qarşılamadı, rəqqasə, aktrisanın universitet tələbələrinə hər hansı bir şey öyrədə bilməyəcəyini iddia etdi.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əslən Naxçıvandan olan müstəqil jurnalist Çingiz Özgür Oksana Rəsulovanın universitetə nə məqsədlə çağrıldığını, nədən danışdığını bilmədiyi üçün insanların onu linç etdiyini deyib:
“Bu məsələdə bir az qarışıqlıq var, ora Naxçıvan Dövlət Universiteti deyil, özəl “Naxçıvan” Universitetidir. Hansı ki, bundan əvvəl həmin universitet Talıbovların himayəsində idi. İndi onlardan alınıb və ora yeni rektor təyin olunub. Bu rektor da bilmirəm hansı səbəbdən düşünüb ki, belə bir tədbir etməlidir.
Mən universitetdə nə baş verib bilmirəm, bəlkə də Oksana Rəsulova universitetin yaradıcılıq fakültəsinin uşaqları ilə görüşüb, çünki o həm də aktrisadır. Bəlkə aktyorluqla bağlı, oynadığı filmlərlə bağlı nəsə danışırmış. Mən kimisə linç etmək, daşlamaq tərəfdarı deyiləm, vəzifəsindən, peşəsindən asılı olmayaraq kimi universitet tələbələrinin qarşısında oturtsan, tələbələrə deməyə sözü olacaq. Məsələ odur ki, onu ora kim və niyə aparıb. Problem Oksanada deyil, problem Oksananı ora aparanlardadır”.
Onun sözlərinə görə, sənətçinin universitetə çağrılması hər bir halda rəzalətdir və “Naxçıvan” Universiteti bu haqda açıqlama verməlidir:
“Nə Oksana Rəsulova, nə də universitet bu barədə çıxıb heç bir açıqlama vermirsə, o zaman biz ancaq şəkillərə baxıb mövzu haqqında danışmalı oluruq. Əgər onlar bu görüş barədə məlumat vermirlərsə, deməli, yanlış anlaşılmaya da şərait yaradırlar. Açıq danışsaq, bunun onsuz da doğru anlaşılması yoxdur, bu, rəzalətdir.
Bu universitet 1993-cü ildən yaradılmış təhsil ocağıdır, ölkənin ən böyük tarixə malik olan universitetlərindən biridir. Bu universitetin Azərbaycan ictimaiyyətində nüfuzu olan yüzlərlə məzunu var. Bura özəl universitetdir, nə istəyərəm, edərəm deyə bir şey yoxdur. Çıxsınlar, elədikləri hərəkətin açıqlamasını versinlər. Əgər məsələnin müdafiə olunası tərəfi varsa, biz də müdafiə edək. Amma ümumilikdə Naxçıvandan gələn xəbərlər, şəkillər orada yaxşılığa doğru dəyişimin olduğundan xəbər vermir. Məsələnin pis tərəfi də budur.
Mənə və cəmiyyətə universitet tələbələrinin qarşısında ziyalı, akademik, həyat hekayəsi olan adamları görmək daha xoşdur.
Amma nəzərə alaq ki, tələbələr də cəmiyyətin bir üzvüdür, bu xalq kimləri sevirsə, tələbələr də onları sevir. Bəlkə də orada əvvəlcədən səsvermə ediblər ki, kim gəlsin, bəlkə 5 akademikin, bir də Oksana xanımın adını səsverməyə qoyublar, tələbələr də Oksananı seçib? Bunu açıqlasınlar. Desinlər ki, bizim tələbələr dünyada tanınan azərbaycanlıları, ziyalıları yox, məhz Oksana xanımı seçdilər. Biz də bilək ki, vəziyyət nədir”.
Baki dövlət universiteti
Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının1-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilmişdir. V.İ.Razumovski (1857-1935) universitetə 1919-1920-ci illərdə rəhbərlik etmiş ilk rektordur. Müəllim heyətinin sayı 1100 nəfərdən yuxarıdır. Onlardan 250 nəfəri elmlər doktoru, 700 nəfər isə fəlsəfə doktorudur. Həmçinin universitetdə bir neçə mərkəz, elmi-tədqiqat institutu və laboratoriyalar fəaliyyət göstərir. Burada həmçinin tələbələr üçün poliklinika, hər bir tədris binasının özünəməxsus yemekxanası vardır. Tələbə və müəllim heyəti üçün kitabxana vardır. Müasir Bakı Dövlət Universiteti –burada oxumaq 50 ixtisasdan ibarət 17 fakültədən birində təhsil almaq deməkdir. Tərkibində üç universitet fəaliyyət göstərir: Fizika problemləri institutu, Tətbiqi riyaziyyat institutu və BDU Konfutsi institutu. Həmçinin Universitetin nəzdində çətin seçim müsabiqəsindən keçən, nisbətən qabiliyyətli oğlan və qızların təhsil aldığı litsey də fəaliyyət göstərir.
Burada elmi işlər, kitablar və ədəbiyyatlar dərc edən nəşriyyat fəaliyyət göstərir. Dərc olunan materiallar arasında əsas yeri tələbə həyatını, müəllimlərin və rəhbərliyin fəaliyyətini işıqlandıran “Bakı Universiteti” qəzeti tutur. “Bakı Universitetinin xəbərləri” elmi jurnalı isə oxuculara yeni nailiyyətlər, kəşflər və müxtəlif sahələrə aid xəbərlər çatdırır: humanitar, təbiət elmləri, sosial-siyasi və fizika –riyaziyyat. Gələcək mütəxəssislərin dərsləri müasir texnika ilə təchiz edilmiş auditoriya və laboratoriyalarda keçirilir. Azərbaycanın bu aparıcı universitetinin tələbələri dərs və elmi fəaliyyət zamanı lazım ola biləcək hər bir şeylə təmin edilib. Xarici dillər linqafon otaqlarında keçirilir. Belə otaqların sayı universitetdə ondan artıqdır.
BDU tələbələri üçün 2,5 milyon nüsxə kitabı olan kitabxananın qapısı həmişə açıqdır. Bundan başqa tələbələrin fiziki sağlamlığına xüsusi diqqət edilir. Xüsusi idman-sağlamlıq kompleksi və müxtəlif ixtisaslı həkimlərin çalışdığı poliklinika hər universitetdə yoxdur. Müəllim heyətinin səviyyəsinə istənilən təhsil müəssisəsi qibtə edə bilər. Hər gün elmlər doktorları, professorlar, dosentlər öz biliklərini gənclərə çatdırırlar. Tələbələrin beynəlxalq konfranslarda iştirak etmək, başqa ölkələrin nümayəndələri ilə fikir mübadiləsi aparmaq imkanı var. Bütün bunlar uğurlu inkişafın təminatıdır.
Əlaqə Göstər
- Phone: +994124303245, +994125390517
Ətraflı məlumat
- Абревиатура: BDU
- Сайт: Open Link
- Ректор: Firudin Qurbanov
Əlaqəli
Fakültə 19
- Mexanika-Riyaziyyat Fakültəsi
- Ekologiya və torpaqşünaslıq fakültəsi
- Filologiya fakültəsi
- Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
- Fizika fakültəsi
- Kimya fakültəsi
- Biologiya fakültəsi
- Coğrafiya fakültəsi
- Geоlоgiyа fакültəsi
- Tarix fakultəsi
- Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi
- Hüquq fakültəsi
- Jurnalistika fakültəsi
- Kitabxanaçılıq-informasiya fakültəsi
- Şərqşünasliq fakültəsi
- İlahiyyat fakültəsi
- Sosial elmlər və psixologiya fakültəsi
- Tibbi elmlər
- Qaz-neft mədən
İxtisas 93
- Учитель математики
- Физика
- Учитель физики
- Учитель информатики
- Математика
- Механика
- Геология
- Компьютерные науки
- Учитель географии
- Социология
- Экология
- Экономика
- Учитель биологии
- Учитель химии
- Психология
- Химия
- Биология
- Учитель языка и литературы (учитель русского языка и литературы)
- Правоведение
- История
- Политология
- Регионоведение (по Кавказу)
- Регионоведение (по Америке)
- Регионоведение (по Арабским странам)
- Регионоведение (по Ирану)
- Регионоведение (по Турции)
- Регионоведение (по Японии)
- Регионоведение (по Китаю)
- Учитель истории
- Международные отношения
- Журналистика
- Fizika müəllimliyi
- Riyaziyyat müəllimliyi
- İnformatika müəllimliyi
- Riyaziyyat
- Mexanika
- Fizika
- Geologiya
- Kompyuter elmləri
- Geologiya mühəndisliyi
- Hidrogeologiya mühəndisliyi
- Geofizika mühəndisliyi
- Geodeziya və xəritəçilik mühəndisliyi
- Kimya mühəndisliyi
- Yer quruluşu, torpaq və şəhər kadastrı
- Coğrafiya müəllimliyi
- Sosiologiya
- Regionşünaslıq (ərəb ölkələri üzrə)
- Regionşünaslıq (Amerika üzrə)
- Regionşünaslıq (İran üzrə)
- Regionşünaslıq (Türkiyə üzrə)
- Regionşünaslıq (Koreya üzrə)
- Regionşünaslıq (İsrail üzrə)
- Regionşünaslıq (Pakistan üzrə)
- Beynəlxalq münasibətlər
- Dünya iqtisadiyyatı
- İqtisadiyyat
- Coğrafiya
- Hidrometeorologiya
- Turizm və otelçilik
- Regionşünaslıq (Qafqaz üzrə)
- Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
- Xarici dil müəllimliyi (alman dili müəllimliyi)
- Xarici dil müəllimliyi (fransız dili müəllimliyi)
- Tarix müəllimliyi
- Təhsildə sosial-psixoloji xidmət
- Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
- Fəlsəfə
- Tərcümə (ərəb dili üzrə)
- Jurnalistika
- Kitabşünaslıq
- Tarix
- Antropologiya
- Politologiya
- Hüquqşünaslıq
- Dinşünaslıq
- Kitabxanaçılıq və informasiya
- Sosial iş
- Biologiya müəllimliyi
- Kimya müəllimliyi
- Psixologiya
- Kimya
- Biologiya
- Ekologiya
- Torpaqşünaslıq və aqrokimya
- Мировая экономика
- География
- Su bioehtiyatları və akvabitkilər
- Филология (русский язык и литература)
- Почвоведение и агрохимия
- Regionşünaslıq (Yaponiya üzrə)
- Regionşünaslıq (Çin üzrə)
- Tərcümə (fars dili üzrə)
Gəncə Dövlət Universiteti böyüyür və inkişaf edir
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusifovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusifovdur.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1. 1973-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2. 1973-1976-cı illərdə SSRİ EA Üzvi kimya İnstitutunda aspiranturanı bitirmişdir.
3. 1978-ci ildə SSRİ EA Üzvi kimya İnstitutunda namizədlik dissertasiyası müdafiə etmişdir.
4. 1986-cı ildə dosent elmi adı almışdır.
5. 1993-cü ildə AMEA-nın Kimya Problemləri İnstitutunda doktorluq dissertasiyası müdafiə etmişdir.
6. 1995-ci ildə professor elmi adı almışdır.
ƏMƏK FƏALİYYƏTİ
1. 1973-1976-cı illərdə N.D. Zelinski adına Üzvi kimya İnstitutu, aspirant, Moskva
2. 1976-1981-ci illərdə N.D. Zelinski adına Üzvi kimya İnstitutu, kiçik elmi işçi, Moskva
3. 1981-1986-cı illərdə AKTİ, assistent, Gəncə
4. 1986-1995-ci illərdə AKTİ, dosent, Gəncə
5. 1995-1996-cı illərdə AKTA, professor, Gəncə
6. 1996-1997-ci illərdə AKTA, “Kimya” kafedrasının müdiri, Gəncə
7. 1997-2011-ci illərdə BDU-da professor
8. 2011-2014-cü illərdə GDU-da tədris işləri üzrə prorektor
9. 2014- cü ildən Gəncə Dövlət Universitetində rektor
“Ümumi kimya”, “Qeyri-üzvi kimya”, “Fıziki-kimyəvi analiz”, “Qeyri-üzvi materialşünaslıq”, “Faza tarazlıqlarının termodinamikası” və s. fənnlər üzrə mühazirə və laboratoriya dərsləri aparır.
200 elmi əsərin , o cümlədən 4 monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin, 4 patentin müəllifıdir. 2 elmlər namizədi yetişdirmişdir.
Elmi fəaliyyəti mürəkkəb qeyri-üzvi sistemlərin fıziki-kimyəvi tədqiqi ilə bağlıdır. O, çoxkomponentli yarımkeçirici sistemlərin faza tarazlığının və termodinamik xassələrinin qarşılıqlı əlaqələndirilmiş tədqiqi sahəsində sistemli tədqiqatların müəllifidir. 20 ildən artıq bir dövr ərzində mis, gümüş və tallium əsasında onlarla üçlü və daha mürəkkəb xalkogenid və xalkohalogenid sistemini ətraflı tədqiq etmişdir. Həmin sistemlərdə yanmkeçirici, termoelektrik, fotoelektrik və s. xassələrə malik yüzlərlə yeni birləşmə və dəyişən tərkibli faza aşkar edilmiş, onların əmələgəlmə xarakteri, homogenlik sahələri, kristalloqrafık parametrləri, standart parsial və inteqral termodinamik funksiyaları və s. xassələri öyrənilmişdir.
TƏDQİQAT SAHƏSİ
• Çoxfazalı çoxkomponentli qeyri-üzvi sistemlərin kimyası, fıziki-kimyəvi analizi və termodinamikası,
kimyəvi materialşünaslıq, qeyri -üzvi funksional materiallar
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
• 50-dən artıq beynəlxalq və respublika elmi konfranslarında müxtəlif mövzulu məruzələrlə çıxış etmişdir.
Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor Yusif Yusifov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli sədr peşəsinə yiyələnən professor Yusif Yusifov bu işin müqəddəsliyini qoruyub saxlayır. Professor Yusif Yusifov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu professor Yusif Yusifovdan danışdılar yaxşı ki, professor Yusif Yusifov Gəncə Dövlət Universitetinin rektoru təyin olunub… professor Yusif Yusifov öz isguzarlığı ilə tanınır və seçilir….
Professor Yusif Yusifov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə professor Yusif Yusifovu heç vaxt əqidəsindən döndərə bilməz.
Professor Yusif Yusifov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Professor Yusif Yusifov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Professor Yusif Yusifov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Yusif Yusifovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Professor Yusif Yusifov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Professor Yusif Yusifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə Dövlət Universitetinin rektoru, Kimya elmləri doktoru, professor kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə Dövlət Universiteti Azərbaycan təhsilinə dəyərli töhfə verməkdədir.
Məlumdur ki, bu gün Azərbaycan təhsilinə verilən tələb və standartlar dəyişmişdir. Müasir təlim standartları günün tələbidir. Tədrisin keyfiyyətini artırmaq üçün universitetdə innovativ yanaşmalara geniş yer verilir.
Rektorluğun təşəbbüsü ilə ötən ildən bu məqsədə xidmət edən yeni layihəyə – “açıq dərs”lərə start verilib. Yeni layihə istər müəllim heyətinin, istərsə də pedaqoji təcrübədə olan tələbələrin “açıq dərs”lərini müntəzəm təşkil etməklə bərabər, həm də onların ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi və televiziya vasitəsilə işıqlandırılmasını nəzərdə tutur.
Universitetdə semestr imtahanlarının şəffaflığına nail olmaq üçün imtahanlar test üsulu ilə aparilir.
Universitet xarici beynəlxalq əlaqələrə geniş yer verir. Universiteti tanıdan və inkişaf etdirən amillərdən biri də onun beynəlxalq əlaqələridir. GDU bu sahədə də bir sıra yeniliklərə imza atıb. GDU-nun beynəlxalq əlaqələrində Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Təşkilatı olan “KOİCA” geniş yer tutur.
Onu da qeyd edək ki, Gəncə Dövlət Universiteti bir neçə istiqamətdə ali məktəblərlə müqavilələr bağlayıb. Avropa istiqamətində Fransanın Yuxarı Elzas, Strasburq, Reyms Şampan-Arden, Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində Belarusun Vitebsk, İqtisad, Poltava, Gürcüstanın Tbilisi, Kutaisi universitetləri, Özbəkistanın Nizami adına Daşkənd Pedaqoji İnstitutu və Azərbaycanın Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, AMEA Aşqarlar Kimyası, AMEA Kimya Problemləri İnstitutları, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq uğurla davam etdirilir.
Hazırda GDU-da aparılan məqsədyönlü işlər nəticəsində neqativ halların qarşısı alınmış, tədrisin keyfiyyəti, əmək intizamı yüksəlmiş, universitetdə obyektivlik və şəffaflıq bərqərar olmuşdur.Universitetin rektorlugu, müəllim və tələbə ictimai təşkilatları çalışırlar ki, universitetdə hər bir kəsin əməyi öz layiqli qiymətini alsın. Onlar müəllimlərin də, tələbələrin də mülahizə və təkliflərinə diqqət və qayğı ilə yanaşırlar.
Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti rektor, professor Yusif Yusifovun rəhbərliyi ilə son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işlərini – müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.
Göründüyü kimi GDU-da inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və pedaqoji heyət yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır. Gəncə Dövlət Universiteti illərlə qazandığı şərəfli şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyir.
DOSYE.ORG
Oxşar xəbər mövcud deyil.
Comments are closed, but trackbacks and pingbacks are open.