Press "Enter" to skip to content

Bakixanov əsərlər

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bakixanov əsərlər

Həyatı

Abbasqulu ağa Bakıxanov 1794-cı il iyun ayının 21-də Bakının Əmircan (Əmirhacıyan) (köhnə adı Xilə) kəndində varlı bir ailədə anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov səkkiz yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir. 1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Əmsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Əmsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir. Burada o ərəb və fars dillərini mükəmməl öyrənmiş, bu dillərdə yazılmış xeyli ədəbiyyat oxumuşdur. Şərq dilləri ilə yanaşı ədəbiyyat, ilahiyyat və fəlsəfəni mükəmməl öyrənməyə səy göstərmişdir. 1819-cu ildə Bakıxanov o zamankı Qafqazın baş hakimi general A.Yermolovun dəvəti ilə Tiflisə gəlib Qafqaz Baş Hərbi İdarəsində şərq dilləri üzrə tərcüməçi vəzifəsinə qəbul olunmuş və 26 il bu vəzifədə çalışmışdır. Tiflis mühiti, Avropa və rus şair və ziyalıları ilə görüş onun dünyagörüşündə dərin iz buraxmışdır. Həmçinin, burada o A.S.Qriboyedovla tanış olmuşdur; həttə sonuncu öz əsərlərinin ilkin variantını A.Bakıxanova oxumuşdur. Həmin dövrdə Tfilsdə yaşamış alman şairi Fridrix Bodenştedt özünün “Şərqdə min bir gün” adlı əsərində A.Bakıxanov yaradıcılığına yüksək qiymət verir. A.Bakıxanov A.S.Qriboyedov, F.Bodenştedt, Fazil xan Şeyda, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə və başqaları ilə dostluq etmişdir. O, 1827-ci ildə Cənubi Azərbaycanda olmuş, 1833-1834-cü illərdə Varşavada və Peterburqda yaşamış, rus şairi A.S.Puşkinin ailəsi ilə tanış olmuşdur. 1835-ci ildə Qubaya qayıdaraq elmi və ədəbi yaradıcılığını davam etdirməklə yanaşı “Gülüstan” adlı ədəbi məclis yaratmışdır. Bir jurnalist kimi o, “Tiflisskiye vedomosti”, “Zakavkazskiy vestnik”, “Kavkaz” qəzetlərinin fəaliyyətində iştirak etmişdir. Ömrünün sonlarında o, Yaxın Şərqi səyahətə çıxmışdır. 1847-ci ildə Abbasqulu ağa Bakıxanov Məkkədən Mədinəyə gedərkən Vadiyi-Fatimə adlanan yerdə vəba xəstəliyinə tutulub vəfat etmiş və həmin yerdə dəfn olunmuşdur. General-leytenant Cəfərqulu ağa Bakıxanovun və general Abdulla ağa Bakıxanovun qardaşıdır. General-mayor Həsən ağa Bakıxanovun, polkovnik Əhməd ağa Bakıxanovun əmisidir. Tarzən Əhməd Bakıxanovun babasıdır. Bəstəkar Tofiq Bakıxanovun, kamançaçı Tələt Bakıxanovun ulu babasıdır.

Bədii yaradıcılığı

Abbasqulu ağa Bakıxanov çoxcəhətli bədii və elmi yaradıcılığa malikdir. Bədii əsərləri arasında “Riyazül-Qüds”, “Mişkatül-ənvar”adlı poeması, “Qüdsi” təxəllüsü ilə yazdığı qəsidə, qitə, qəzəl, rübai, məsnəviləri, avtobiorafik şeirləri, mənzum hekayələri, təmsilləri öz əksini tapmışdır. A.Bakıxanovun Varşavada olarkən yazdığı “Meraci-xəyal” (“Xəyalın uçuşu”),”Məclisi-firəng” (“Firəng məclisi”) poemaları xüsusi əhəmiyyət kəsb edir. Fars dilində yazılmış bu poemalar avtobioqrafik səciyyə daşıyır. Onlar öz məzmununa, bədii strukturuna, dil və üslub xüsusiyyətlərinə görə klassik Şərq ədəbiyyatında geniş yayılmış “Şikayətnamə”ləri, “Ərzi-hal”ları xatırladır. Qüdsi bu poemalarında Varşavadakı həyat tərzini, məşğuliyyətini, mənəvi-əxlaqi düşüncə, axtarış və iztirablarını və nəhayət, Şərq və Qərb dünyası barədə görüşlərini təqdim etmişdir.

Elmi yaradıcılığı
Abbasqulu ağa Bakıxanov Azərbaycan elmi tarixində mühüm rolu olan böyük alimdir.”Qanuni-Qüdsi”, “Əsrarül-mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm” kimi əsərləri ilə böyük şöhrət qazanmışdır. Abbasqulu ağa Bakıxanovun dil, coğrafiya, tarix, astronomiya, məntiq, psixologiya və sair elmlərə aid əsərləri onun ensiklopedik biliyə malik bir alim olduğunu göstərməkdədir. Azərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan “Gülüstani-İrəm” Abbasqulu ağa Bakıxanovun ən böyük elmi əsəridir. Əsər ilk məxəzlər əsasında, müəllifin uzun illər bu sahədə apardığı ciddi tədqiqatın nəticəsində yazılmışdır. Müəllif özü dövlət başçısına və müasirlərinə yazdığı müraciətnamələrində əsər haqqında “mənim uzun illər zəhmətimin məhsuludur” – deyə qeyd edirdi. Müəllif bu əsərini yazarkən bir neçə dəfə arxeoloji tədqiqat işləri aparmış, tarixi abidələrdən, köhnə binaların qalıqlarından, sikkələrdən, padşahların və xanların fərmanlarından, milli əfsanələrdən, dini kitablardan, “Avesta”dan, qoca kişilərin nağıl və rəvayətlərindən, səyyahların verdiyi xəbərlərdən, gürcü və ləzgi salnamələrindən, çoxlu şərq mənbələrindən, qədim yunan, Roma, Azərbaycan, erməni və rus alimlərinin əsərlərindən istifadə etmişdir. Bu əsəri də Abbasqulu ağa Bakıxanov müqəddimə ilə başlayır. Müəllif yığcam, lakin dolğun məzmunlu bu müqəddimədə tarix elminə qısa bir tərif verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır. Tarixə müasir elmin tələbləri nöqteyi-nəzəri ilə yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Hazırkı və gələcək həyatı yaxşı qurmaq üçün, bu təcrübədən istifadə etməyi lazım bilir. “Gülüstani-İrəm”in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və buna əsasən də əsərini 5 fəslə bölmüşdür:
1. İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr.
2. Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların istilasına qədər.

3. Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və onların səltənətinə aid hadisələr.
4. Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər.
5. Nadir şahın vəfatından “Gülüstan” adlı yerdə Rusiya və Persiya (Qacar) dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər.
Əsərin birinci fəslində “Tarixi-Təbəri”, “Tarixi-güzidə”, “Nizamüt-təvarix”, “Kitabi-məsalikül-məmalik”, “Xəritətül-əcaib” kimi qədim Şərq mənbələrinə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, Ham və Sam nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumat verilir. Bu fəsil müqəddiməyə və əsərin sonrakı fəsillərinə nisbətən zəif işləmişdir. Əsərin ikinci fəsli Azərbaycan və Dağıstan ölkələrinin ərəb işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə həsr olunmuşdur. Həmin fəsildə ərəb xəlifələrinin buraya göndərdiyi hakimlər, ərəblərin xəzərlərlə vuruşmaları, xarici işğalçıların istilasına qarşı Babəkin mübarizəsi, onun Bağdadda əziyyətlə öldürülməsi və s. haqqında məlumat vardır. Lakin məşhur Babək üsyanı haqqında verilən məlumat həm müxtəsər, həm də çox ruhsuz və sönükdür. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı qarşı amasızcasına vuruşan və ərəb xəlifəsinin əmri ilə zülm və işgəncələrlə öldürülən bu cəsur xalq qəhrəmanının fəaliyyəti tarixini qətiyyən işıqlandıra bilmir. Bunun səbəbi müəllifin tarixi hadisələrə xalq azadlıq hərəkatı nöqteyi-nəzərindən yanaşa bilməməsidir. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm”də məşhur Azərbaycan coğrafiyaşünası Zeynalabdın Şirvaninin “Riyazüs-səyahə” əsərinə əsaslanaraq, Azərbaycan sözünü Babəkin adı ilə əlaqələndirir. Üçüncü fəsil hülakülərin və teymurilərin hakimiyyəti dövrünü işıqlandırır və Şirvanşahların səltənət və nəsibinə dair tarixi məlumat verir. Bu fəsildə Ağqoyunlular və Qaraqoyunluların mənşəyi və məşhur alim Xacə Nəsirəddin Tusi haqqında da məlumat vardır. Əsərin ən böyük bir hissəsini təşkil edən dördüncü fəsil Səfəvi padşahlarının və onların süqutundan sonra Səfəvi taxtına oturan Nair şah Əfşarın hakimiyyəti tarixinə həsr olunur. “Fütuhati-Əmini”, “Tarixi-aləm-arayi-Abbasi”, qolikovun “Böyük Pyotrun fəaliyyəti”, Ustryalovun “I Pyotrun səltənət tarixi” və s. rus, fars və osmanlı mənbələrindən istifadə edilərək, fəsildə I Şah İsmayıl, I Şah Abbas və Nadir şahın hərbi səfərləri, Rusiya və Türkiyə qoşunlarının Dağıstan və Azərbaycan ölkələrinə hücumları, Sultan Səlim Yavuzun qoşunları ilə I Şah İsmayılın qoşunları arasında Təbrizin yaxınlığında gedən məşhur “Çaldıran” döyüşü, bəhs olunan dövrdə yerli əmir və hakimlərin fəaliyyəti haqqında zəngin məlumat toplanılmışdır. “Gülüstani-İrəm”in beşinci və son fəsli Nadir şahın ölümündən (1747) ta 1813-cü ildə Rusiya və İran dövlətləri arasında bağlanan “Gülüstan” sülh müqaviləsinə qədər 60 ildən artıq bir dövrü əhatə edir. Beşinci fəsil “Gülüstani-İrəm”in ən orijinal hissəsidir. Xanlıqlar dövrünün işıqlandırılması nöqtəyi-nəzərindən beşinci fəslin böyük elmi əhəmiyyəti vardır. “Gülüstani-İrəm” “Nəticə” adı ilə gedən sonluqla bitir. Lakin bu “Nəticə” əsərdə verilən məlumatın yekunu və ya xülasəsindən ibarət deyildir. Bu əsərdə sadəcə bir əlavədir. əlavədə Azərbaycanın məşhur alimi, yazıçı və şairləri haqqında qısa məlumat verilir. Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir. O bu əsəri Lado Zablotski ilə birlikdə rus dilinə tərcümə etmişdir.

Abbasqulu ağa Bakıxanov kitabşünas kimi.
A.Bakıxanov dövrünün ən yaxşı bibliofillərindən idi. Onun zəngin kitabxanası olmuşdur. XIX əsrin 40-cı illərində bir neçə gün A.Bakıxanovun qonağı olmuş prof. İ.Berezin onun çap kitablarından və əlyazmalarından ibarət kitabxanası ilə tanış olmuş və özünün “Dağıstana və Zaqafqaziyaya səyahət” əsərində həmin kitabların siyahısını vermişdir. 270 nüsxədən ibarət qiymətli əlyazmalarını əhatə edən bu kitabxanada Ənvəri, Cami, Savəci, Dövlətşah Səmərqəndi və başqa Şərq klassikləri ilə birlikdə Nizami, Saib Təbrizi, İsgəndər bəy Münşi kimi azərbaycanlı müəlliflərin də əsərləri olmuşdur. iran-Rusiya müharibələri zamanı A.Bakıxanov İranda diplomatik xidmətdə olmuş, 1828-ci ildə Ərdəbildə məşhur Şeyx Səfi kitabxanasında tədqiqat aparmışdı. Bu kitabxana sonralar məşhur “Ağıldan bəla” komediyasının müəllifi A.S.Qriboyedovun “təşəbbüsü” ilə Tiflisə köçürülmüş, burada Bakıxanov onunla birlikdə həmin əlyazmalar üzərində böyük iş aparmış və onların kataloqunu tərtib etmişdi. Tədqiqatçılar A.Bakıxanovun Axalsix kitabxanasının əlyazmaları üzərində işlədiyini yazırlar (bax: Axalsıx kitabxanası əlyazmalarının siyahısı, Saltıkov-Şedrin adına Dövlət kitabxanası, Əlyazmaları şöbəsi, siyahı I, qovqul 4, vər. 3-4). Ədibin bu qiymətli elmi işi o zaman “Tiflisskiye vedomosti”də işıqlandırılmışdı.

Mükafatları
II dərəcəli Müqəddəs Anna ordeni
III dərəcəli Müqəddəs Anna ordeni (1828)
IV dərəcəli Müqəddəs Vladimir ordeni (1828)
İmperator taclı II dərəcəli Müqəddəs Anna ordeni (1829)
III dərəcəli Müqəddəs Stanislav ordeni
Almaz və briliantla bəzədilmiş I dərəcəli Günəş və Şir ordeni (1829)

Xatirəsi
Dünyaya gəldiyi Əmircan kəndində büstü qoyulub. Yaşadığı evin divarında xatirə löhvəsi qoyulmuşdur.Bakıxanovun abidəsi onun adını daşıyan qəsəbədə də vardır. Rəssam Murad Əşrəfmurad “Bakıxanov və Qriboyedov” əsərini yaratmışdır (1958-1959).
Abbasqulu ağa Bakıxanovun adını daşıyır:
– Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu.
– Bakıxanov qəsəbəsi (Sabunçu rayonu).
– Bakının Nəsimi rayonunda küçə.
– 2012-ci ildə “Sübhün səfiri” adlı film çəkildi. Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığına həsr olunmuş filmdə Bakıxanovun da obrazı xalq artisti Fəxrəddin Manafov tərəfindən canlandırılmışdır.

Bakixanov əsərlər

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Seçilmiş əsərləri

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Görkəmli tarzən Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib – VİDEO- FOTO

Gecədə Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı Azərbaycan Respublikasının Xalq artisti Möhlət Müslümovun rəhbərliyi ilə çıxış etmişdir.

Musiqili gecənin əvvəlində Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin müdiri Nazim Kazımov, Əməkdar jurnalist İttifaq Mirzəbəyli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Səadət Təhmirazqızı,Azərbaycan Respublikasının Xalqartisti Ramiz Quliyev Əhməd Bakıxanov haqqında öz xatirələrini bölüşmüşlər.

Konsertdə tanınmış sənət adamları-Azərbaycan Respublikasının Xalq artistləri Ramiz Quliyev (tar), Vamiq Məmmədəliyev (tar), Zaur Rzayev (xanəndə), Mələkxanım Əyyubova (xanəndə), Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi Aqil Məlikov (xanəndə), Azərbaycan Respublikasının Əməkdar artistləri Sahib Paşazadə (tar), İlkin Əhmədov (xanəndə) və Qulamirzə Mirzəyev (klarnet), Rüstəm Müslümov (tar),Vəfa Zeynalova (xanəndə) öz ifalarını dinləyicilərə təqdim etmişlər. Tədbirdə Ə.Bakıxanovun “Çahargah təsnifi”, “Sevgilimsən gözəl yar”, “Ahu kimi” və digər əsərlər dinləyicilərə təqdim olunmuşdur.

Gecənin sonunda Əhməd Bakıxanovun övladı görkəmli bəstəkarımız, Azərbaycan Respublikasının Xalq artisti, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli, professor Tofiq Bakıxanov konsertin ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə öz dərin minnətdarlığını bildirmişdir.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.