Press "Enter" to skip to content

Balaca və damda yaşayan karlson

Uşaq ədəbiyyatı yazıçısı Astrid Lindqrenin 1955-ci ilə çap etdirdiyi fantastik kitab. Kitab yazıçının qızına hədiyyə olaraq yazdığı 3 hissəlik hekayədən biridir. Hekayə o qədər gözəl və maraqlı təsvir olunub ki, hər uşağın sevəcəyi tərzdədir.

Balaca və damda yaşayan Karlson – FOTO

Milli.Az bildirir ki, Azərbaycan Peşəkar Milli Teatrının 140 və Gənc Tamaşaçılar Teatrının 85 illiyinə həsr olunmuş növbəti beynəlxalq layihə çərçivəsində hazırlanmış tamaşanın quruluşçu rejissoru ukraynalı rejissor Tatyana Şevçenko, quruluşçu rəssamı Yelena Karpenko, baletmeysteri Yekaterina Moreva, musiqi tərtibatçısı İradə Muradovadır.

Tamaşada aktyorlar Mehriban Hüseynova, Nəsibə Eldarova, Nuriyyə Əliyeva, Xalidə Əliməmmədova, Rövşən Abbasov, Səfa Mehdi, Vüsal Mehrəliyev, Asya Atakişiyeva, Anar Seyfullayev, Müşfiq Əliyev, Zümrüd Quliyeva, Vahid Orucoğlu, Xəyal Salahov, Ramil Məmmədov, Gülbəniz Mustafayeva, Anar Səfiyev və başqaları çıxış ediblər.

Süjet xətti hamıya yaxşı bəlli olan əsərin qəhrəmanları Balaca ləqəbli Svante və onun təxəyyülünün məhsulu olan Karlsondur. Balacanın həyatına daxil olaraq rəngarənglik qatan Karlson ona bəzi problemlər də yaşadır.

Məlumat üçün bildirək ki, tamaşanın premyerası iyul ayının 7-də saat 12:00-da keçiriləcək.

Böyütmək üçün şəkillərə klikləyin.

Balaca və damda yaşayan karlson

“Balaca və damda yaşayan Karlson”

Yaş həddi: 3+

Müəllif: Astrid Lindqren (Tərcüməçi Pərvin Nurəliyeva)

Quruluşçu rejissor: Tatyana Şevçenko (Ukrayna)

Baş rolların ifaçıları: Anar Seyfullayev, Elgün Yəhyayev

Janr: uydurulmuş hadisə, alleqorik

Tamaşanın müddəti: bir hissəli: 1 saat 20 dəqiqə

Balaca öz xəyal dünyasında dostluq etmək istədiyi bir xeyirxah sorağındadır. Bu, damda yaşayan Karlson olur. Onun Karlsonla dostluğuna kimsə inanmır. Anası, bacısı Betan onu xəyalpərvər sayırlar. Lakin nəticədə Karlson onların da gözünə görünür. Başa düşürlər ki, Balaca düzdanışan, kimsəni aldatmayan, xeyirli işlərlə məşğul olmağa çalışan bir uşaqdır. Elə tamaşanın qayəsi də bu fikrin özündən çözülür.

balaca və damda yaşayan karlson

Uşaq ədəbiyyatı yazıçısı Astrid Lindqrenin 1955-ci ilə çap etdirdiyi fantastik kitab. Kitab yazıçının qızına hədiyyə olaraq yazdığı 3 hissəlik hekayədən biridir. Hekayə o qədər gözəl və maraqlı təsvir olunub ki, hər uşağın sevəcəyi tərzdədir.

Sitat
“Stokholm şәһәrinin әn adi küçәsinin әn adi evindә Svanteson soyadlı çox adi bir isveç ailәsi yaşayırdı. Bu ailә әn adi atadan, әn adi anadan və onların әn adi üç uşağından – Bosse, Betan vә Balacadan ibarәt idi.
Balaca һәmişә deyirdi:
– Mәn heç dә әn adi balaca deyilәm.
Ancaq bunu o, әlbәttə, düz demirdi. Axı yer üzündә o qәdәr yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ona görә dә һeç şübһәniz olmasın: Balaca әn adi oğlan idi… ”
Sitatın sonu

Kitab bu cümlələrlə başlayır. Amma Balaca ən adi oğlan deyil! Onun karlsonu var – damda yaşayan karlson. Damda yaşayan karlson və balacanın macəralar dünyasına xoş gəlmisiz! Şən, əyləncə dolu pozitiv kitabdır.

Kitab əsasında 1968-ci ildə syouzmultifilm studiasında Boris Stepantsevin rejissorluğu ilə cizgi film də çəkilib. Səs və görüntü effektləri o qədər xoşdur ki, yorğun və stressli olduğum vaxtlar göz atıram bəzən. Yaşıma rəğmən izləməyə utanmadığım və bezmədiyim cizgi filmlərdən biridir.
Oxuyun və oxudun, izləyin və izlədin!
Bölümləri də atım bura:

2. Uşaqlığımın ən maraqlı çizgifilmlərindən biri. Atam diskini almışdı sıx sıx baxardıq. Hətta mənə inandırmışdıki bizimdə binanın damında karlson var. Ara ara mürəbbə bankası tutub balkondan dama baxmağa çalışırdımki arxasında vintelyator olan karlson gəlib mənidə aparacaq əlimdə hazır olsun.
Maraqlı bir məlumatda verim cizgifilmin orginalında karlsonun mürəbbə sevgisi yoxdur sevdiyi şeylər əslində isveç küftəsi və qaymaqlı tortdur lakin kasıbçılığın olduğu ssri də onu mürəbbə ilə əvəz edirlər. Bundanda əlavə bu adda sindromda var: Karlson sindromu – 3-7 yaş arasında olan uşaqların xəyali dosta ehtiyac duyduqları psixoloji xüsusiyyətdir.

Rusiyada Karlsona aid poçt markası:

Comments are closed, but trackbacks and pingbacks are open.