Başlanğıcdan başlanğıca və ya ruhun keçdiyi yol
“Aya yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə, tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu Əkbər” deməklə) təzim və şükr edəsiniz” – Quranda deyilr.
Günahların bağışlandığı və Allahın mükafatlandırdığı ay: Orucu necə tutmalı?
Bu gün müsəlmanların orucluq ayı – Ramazan başlayıb. Allah tərəfindən bizə verilmiş hər gün, hər ay çox qiymətlidir, lakin müsəlman təqviminin 12 ayı arasında məhz Ramazan öz müqəddəsliyi ilə seçilir və əbəs yerə bu ayı Ayların sultanı, “Şəhrullah” (Allahın ayı) və “Ziyafətulla” (Allahın qonaqlığı) adlandırmırlar. Buna görə, Müqəddəs Quran Məhəmməd (S) peyğəmbərə məhz bu ayda nazil olub. Quranda orucluq haqda deyilir
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 21 iyul /Trend/
Bu gün müsəlmanların orucluq ayı – Ramazan başlayıb. Allah tərəfindən bizə verilmiş hər gün, hər ay çox qiymətlidir, lakin müsəlman təqviminin 12 ayı arasında məhz Ramazan öz müqəddəsliyi ilə seçilir və əbəs yerə bu ayı Ayların sultanı, “Şəhrullah” (Allahın ayı) və “Ziyafətulla” (Allahın qonaqlığı) adlandırmırlar. Buna görə, Müqəddəs Quran Məhəmməd (S) peyğəmbərə məhz bu ayda nazil olub. Quranda orucluq haqda deyilir:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində)”
Məhəmməd (S) peyğəmbərin hədisində bildirilir ki, Ramazan ayı gələn zaman Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və müsəlmanlara ziyan gətirməmək, onları Haqq Yolundan azdırmamaq üçün şeytanın əl – qolu bağlanır: “Əgər insanlar Ramazan ayının bütün üstünlüklərini bilsəydilər, bütün ilin Ramazan olmasını istəyərdilər” – Allah buyurur. Payız yağışı hər yeri toz-torpaqdan təmizlədiyi kimi, Ramazan ayı da möminlərin ruhunu günahlardan təmizləyir.
Düzgün orucu necə tutmalı
Hər bir müsəlman Allaha itaət etməli və Onun hökmlərini yerinə yetirməlidir. Allah – Təala müqəddəs Ramazan ayı ərzində (Yaradanın tükənməz sərvətinin və rəhminin gizləndiyi bir ayda) orucluğa riayət etmə qaydalarını müəyyən edib. Bu ayda Allah insanlara böyük faydalar verir, onların günahlarını bağışlayır, nəcibləşdirir və mükafatlandırır. Ramazan ayında oruc tutmaq şüuru, həddi-buluğa çatmış və müsəlman şəriətinə görə, oruc tutmaq iqtidarında olan hər bir şəxsə vacib buyrulub.
Hər gün oruc tutmazdan öncə, yəni səhər yeməyindən (İmsak) əvvəl “niyyət” etmək lazımdır. “Niyyət” zamanı bu sözlər deyilir: “Bismillahir-rəhmanir-rəhim. Müqəddəs Ramazan ayında oruc tuturam Vacibən qürbətən ilə Allah” deyilir. Orucluğun hər günün öz xüsusi duası var və bu duaları oxumaq faydalıdır. (Hər günün duasını məsciddən və ya dini ədəbiyyatdan əldə etmək olar).
Axşam oruc açılarkən (İftar) yemək yeməzdən öncə bunları demək lazımdır: “Bismillahir-rəhmanir-rəhim” – “Rəhimli və Rəhman Allahın adı ilə” və oruc duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və aleykə təvəkkəltu fətəqəbbəl mini əntəs – Səmiul Alim. Allahummə ya vasiəl-məğfirəti iğfirli”. Ərəb dilindən tərcümədə: “Ey Allah, Sənə xatir oruc tutdum. Göndərdiyin ruzi ilə iftarımı açıram, Sənə təvəkkül edirəm. Orucumu qəbul elə. Sən hər şeyi eşidən və bilənsən. Ey Yaradan və Yer üzünün sahibi, günahlarımı bağışla!”
Yaxşı olardı ki, iftar xurma, təmiz su, süd və ya şirniyyat ilə açılsın. Yemək yeyən zaman heç bir halda tərkibində donuz əti və ya spirt olan qida məhsullarından istifadə etmək olmaz. Nə səhər, nə də axşam, olduqca çox yemək arzu edilən deyil, bu, bədəni ağırlaşdırır və sağlamlığa ziyandır. Oruc tutanlara iftar süfrəsi vermək bəyəniləndir. Hədisdə bildrilir ki, axşam oruc tutan şəxsi doyuzduran şəxs, oruc tutan qədər savab qazanar.
Oruc zamanı nəyi etmək olmaz
Səhər və axşam namazları arasındakı dövrdə (Orucluq təqvimi aşağıda göstərilib) bir sıra əməlləri etmək olmaz:
1) Bilərəkdən yalan danışmaq, Allaha, Peyğəmbər və imamlara and içmək.
2) Yemək və içmək. Bundan əlavə, nəfəs borusundan bədənə heç nə daxil olmamalıdır. Məsələn, qulaq dəliyindən suyun daxil olmasına və ya ağız və burundan orqanizmə qatı duman, tüstü və buxar (Havada uçan toz-torpaq, siqaret tüstüsü və s) udmaq, saqqız çeynəmək və imalə etmək olmaz. Lakin insan oruc olduğunu unudaraq təsadüfən nəsə yeyərsə və ya içərsə, bu, orucu pozmur – bu halda yemək və içməyi dərhal dayandırmaq lazımdır. Əgər insan oruc olduğunu bilə – bilə ağzına su alarsa, məsələn, sərinləşmək istəyərkən və dəstəmaz alarkən təsadüfən suyu içərsə, onun orucu pozulmuş sayılır. İmsakdan sübh azanınadək ağız boşluğunu və dişlərin arasını qida qalıqlarından səliqə ilə təmizləmək lazımdır. Çünki oruc zamanı xırda yemək qalığını yemək belə, orucu pozur.
3) Cinsi əlaqəyə girmək. Həyat yoldaşı ilə bir-birində ehtiras oyadan intim nəvazişlə məşğul olmaq arzu olunan deyil. İftardan sonra həyat yoldaşı ilə yaxınlıqdan sonrası İmsak vaxtı qurtaranadək çimmək və qüsllənmək lazımdır. Qeyd edək ki, yuxuda ikən “məni” (Orqazm) baş verərsə, bu, orucun pozulması anlamına gəlmir. Belə olan halda çimmək (Qüsl almaq) və orucu davam etdirmək lazımdır.
4) Bilərəkdən qusma baş verərsə, oruc pozulur. Oruc tutan öz idarədəsinə qarşı çıxırsa, o zaman oruc pozulmur və yalnız ağız boşluğunu yaxalamaq lazımdır.
5) Menstruasiya (Doğumdan sonrakı yaranan təbii hallar). Hətta Günəş batmamışdan öncə menstruasiya baş verərsə, oruc pozulur.
Orucdan azad olma
“Aya yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə, tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu Əkbər” deməklə) təzim və şükr edəsiniz” – Quranda deyilr.
Oruc bütün möminlər üçün vacibdir, həddi-buluğa çatmamış, çox qocalmış və ağır xəstə olan insanlar, dəlilər, hamilə qadınlar və süd verən analar, səfərdə və döyüş meydanında olanlar istisna olmaqla. Qadınlara aybaşı və hamiləlik dövründəki təmizlənmə dövründə oruc tutmaq günahdır, lakin təmizlənmədən sonra buraxdığı günlərin orucunu tutsun. Həmçinin, xəstələr də, sağaldıqdan sonra gələn il Ramazan ayı gələnədək tutmadığı günlərin orucunu tutmalıdır. Lakin insan xəstə və ya qocadırsa və heç bir halda oruc tuta bilmirsə, hər buraxdığı günə görə, fəqirin qarnını doyuzdurmalıdır. Əgər oruc səhlənkarlıq və etinasızlıq ucbatından könüllü buraxılıbsa, bu ağır günahdır və o insan onun kəffarəsini verməlidir.
Oruc sağlamlığı möhkəmləndrir
Bütün qaydlar çərçivəsində, oruc müsəlmanın təkcə ruhunu təmizləmir, həm də onun sağlamlığını möhkəmləndirir. İnsan, orqanizminə fasilə vermədən daim bol-bol yeyir və içirsə, bədəndə zəhərli maddlər toplanır. İl ərzində sistemli qida qəbulundan yorulan insan orqanizmi, bu ayda dincəlir. Bununla yanaşı, bədənimizdə yenilənmə baş verir. Muhəmməd peyğəmbər (S) bununla bağlı belə deyib: “Oruc tutun və siz daha sağlam olacaqsız”.
Həkimlərin rəyinə görə, oruc limfositlərin funksional göstəricilərini on dəfə yaxşılaşdıraraq, həmçinin, hüceyrələrin immunitet yaradan maddlərini artırmaqla, immun sistemini möhkəmləndirir; piylənmənin, mədə yarasının yaranmasına ən çox səbəb olan turşuluğun artmasının qarşısını alır; böyrəkləri daşəmələgəlmədən qoruyur, orqanizmi psixi və fiziki pozuntulardan qoruyaraq, xüsusilə də gənclərdə cinsi instinktlərin qarşısını alır; ac qalmaq orqanizmin enerjisini artırır və onu təlimatlandırır, yaddaşı yaxşılaşdrır; qlükoza, yağlar və züllaların iştirak etdiyi hüceyrələrdə gedən mübadilə prosesini fəallaşdırır və optimal vəziyyətə gətirir.
Günahların bağışlandığı və Allahın mükafatlandırğı ay
Ramazan ayında oruc İslamın dirəklərindən biridir. Məhəmməd peyğəmbər (S) deyib: “Kim ki, mukafat alacağına inam və ümidlə oruc tutar, onun keçmiş günahları bağışlanar”. “Kim ki, Allah xatirinə oruc tutar, Tanrı onu Ramazan ayının hər bir gününə görə yetmiş gün Cəhənnəm əzabından xilas edər”. ” Oruc insanı bünüt günah və nöqsanlardan qoruyan qalxana bənzəyir”. Muhəmməd peyğəmbər (S) insanları bu ayda mümkün qədər yaxşı iş görməyə, etdiyi günahlara görə tövbə etməyə, Allahdan bağışlanmağını diləməyə, sədəqə vermək, Quran öyrənmək və dua oxumağa çağırıb. Ramazan ayında oruc tutmayan müsəlmanlar Allah tərəfindən sərt cəzalandırılacaqlar, halbuki, yazılanlara əməl edənlər Allah tərəfindən mükafatlandırılacaqlar. Belə ki, mükafatların həcmi oruc tutanların davranışından asılıdır. Peyğəmbərimiz deyib ki, insan orucun bütün üstünlüklərini anlamağa və onun əvəzində alacağı mükafatların ən böyüyünə can atmalıdır. Ən uca Allah deyib: “Oruc mənə xatir tutulur və Mən oruc tutanı mükafatlandıracağam, çünki o, Mənə xatir nəfsini saxlayır və Mənə xatir aclığa dözür”. And olsun ki, oruc tutanın ağzından gələn iy, Allah üçün müşk ətrindən xoşdur”.
Qədr gecələri
Qurnanın dəqiq nazil olma vaxtı məlum deyil, lakin artq yüz illərdir ki, mömin müsəlmanlar Ramazanın son 10 günündə, ayın tək günləri (Əhya gecələri) gecələr müqəddəs Leylət əl-Qadr gecəsini qeyd edirlər. Başqa formada o, Qədr gecələri adını alıb. Hesab olunur ki, Allah insanın gələn ilki taleyini məhz bu gecə müəyyən edir. Quranda deyilir: ” H S Qədr gecəsi min aydan daha xeyirlidir! O gec O gecə dan yeri sökülənə kimi salamatlıqdır!”
Kayzen
Ruh haqqında Qurani-Kərimin İsra surəsinin 85-ci ayəsində buyurulur ki, «Səndən ruh haqqında soruşsalar de ki, ruh mənim Rəbbimin əmrindədir və bu elmdən sizə az bir miqdardan başqa bir şey verilməmişdir».
Allahın palçıqdan yapdığı Adəmə öz ruhundan üfurməsilə o, cana gəldi. Məntiqlə düşünsək, ruh gedərsə, insan quru palçıqdan başqa bir şey deyil.Ruhu nələr zədələyir və onu qorumağın yolları nədir?
Ruh nədir?
Axı «az bir şey» «heç bir şey» kimi anlaşılmamalıdır. Bu «az şeydən» nə öyrənmək olar? Peyğəmbərimiz (s.ə.s.) və imamların hədislərində qismən bu barədə məlumat qorunmuşdur. Allahın Rəsulu (s.ə.s.): «Ruhlar hazırlıqlı əsgərlərdir. Tanış ruhlar qarşılıqlı ünsiyyətə girir, tanış olmayan ruhlar isə bir-birindən ayrılırlar» — dediyi məlumdur. Bunu ruhi enerjinin bir-birinə uyuşması, dinə bağlılıq dərəcəsinin yaxınlığı ruhları doğmalaşdırır kimi də düşünmək olar.
Ruha təcavüz edilirmi?
Ruhla bağlı tədqiqatlar məhdud saydadır və onun nəticələri də qənaətbəxş sayıla bilməz. Xalq inamlarına görə, gözdəymə və cadu (qara magiya) vasitəsilə ruhi qatları zədələmək mümkündür. Bu vaxt nazik efir qatları zədələnir və enerji bu zədələrdən sızıb axır. Enerjisi tükənən bədəndə halsızlıq və xəstəliklər əmələ gəlir. Bunun qarşısını almaqdan ötrü mühafizə dualarından, ibadətdən istifadə edirlər. Üzərlik yandırıb qoxusunu iyləmək də gözdəyməni aparır. Üzərlik rusca «moqilnik» adlanır. Köhnə qəbirstanlıq yerlərində bitdiyi və toxumları göz almacığına bənzədiyindən bədnəzərdən qoruma gücünü sınamış və inanmışlar. Ruhun qatları və funksiyaları müxtəlifdir. Bunu İmam Kazim Əleyhissəlamdan gələn hədis də təsdiq edir: «İnsan yatanda onun heyvani ruhu bədəndə qalır. Ondan çıxan isə əql ruhudur».
Allah izn verməsə, ruhun şəklini çəkmək mümkün deyil!
Ümumiyyətlə, ruh Allaha məxsus olduğu üçün onu öyrənmək, icazə olmadan mümkün deyil. Ancaq xüsusi hallarda ruhla bağlı mövzuların işıqlandırılmasına, şəklinin çəkilməsinə ilahi razılıq olandan sonra, bunu icra etmək mümkündür. Ruhun uça bilmə keyfiyyətlərini bilib çox vaxt ölən adamın ruhu ilə quşları eyniləşdiriblər. Məscid ətrafına yığılan göyərçin və qumruların mömin insanların ruhu olduğu qəbul olunmuşdur. Onlara dən vermək böyük savablardan sayılır.
Hər bir gəminin ən azı bir qağayısı olur. Sahildən çıxan gəmini növbəti dayanacağadək bu quş yorulmaq bilmədən izləyir. Gəmi neçə gün yad limanda qalırsa-qalsın, həmin quş kənara uçmadan gəminin üstündə üçür, geri qayıdarkən yenə də gəminin üstündə doğma limana həmin quşla qayıdır. Bu quş gəminin ruhudur. Gəmi batanda həmin quşla birgə sulara qərq olur.
İnsanı ruh tutur
Ruh haqqında batil inanclar da çoxdur. Bu barədə cadugərlər daha çox danışır.
İnsanı ruh tuta bilir. Körpələri, zahı qadınları bəd ruhlu adamlardan 40 gün müddətində mühafizə edirlər. Ölmüş adamın ruhu 40 gün öz evini tərk etmir — inamının əsassız olmadığı da məlumdur.
Böyük ruhlu adamlar qorxmaz, cəsur və istedadlı, zəif ruhlular isə istedadsız və itaətkar olur. Ruhun mərtəbələri, ruhlar aləmi ilə əlaqəsi haqqında orta əsrlərə aid olan müxtəlif mənbələrdə çoxsaylı məlumata rast gəlmək olar. Özünə layiq bilməyəni başqasına rəva görməsən, heç kəsin ruhunu incitməzsən. Bu halda öz ruhun da zədəsiz qalar. Ruhu zədələnmişlərin bədənində fəsadlar əmələ gəlir. Xəstə bədəndən ruh tez də uçub gedir. İtalyan atalar sözünü çox vaxt Engelsin adına işlətmişlər: «Sağlam ruh sağlam bədəndə olar».
Ruhlar haqqında hədislərdə
İmam Sadiq əleyhissəlamdan hədisdə deyilir: «Ruhlar bədənlə qarışmışlar. Bədənə söykənəkli deyillər, əksinə bədəni araya salıb əhatə edirlər». Burada «ruh» sözünün cəm halında, «bədən» sözününsə tək halda işlədilməsi bir bədəndə müxtəlif ruhi qatlardan xəbər verir. Qədim Misir və Hind sakral bilgiləri bu məsələni daha yaxşı işıqlandırır. Məhəmməd Füzulinin «Səhhət və Mərəz» (Sağlamlıq və Xəstəlik) alleqorik əsərində deyilir: «Ruh adlı bir zatı təmiz vardı. O, çox fəzilət sahibi idi… Bir gün başına səfər havası düşdü… Bədən adlı bir məmləkətə rast gəldi. Bu məmləkət yeddi ölkədən ibarət yeddi əndamlı bir mülk idi…»
Hindlilər göy qurşağının yeddi rənginə müvafiq insanın yeddi bədəndən ibarət olduğunu düşünürlər. Birinci — qırmızı rəng fiziki bədənə, qalanları isə ruhi qatlara aid edilir, hərəsinin də funksiyası göstərilir.
Qədim Misirlilərin «Ölü kitabın»da da ruhun yeddi təbəqəsindən söz açılır: «Birinci qat «Sax» — adlanır. Bu fiziki bədəndir. İkinci qat «Ku» (sonralar «Ka», «Ke» də deyiblər). Həyat enerjisini, efir bədənini təmsil edir. Üçüncü qat «Bi» (sonralar ona «ba», «Be» də deyiblər). Həyat qüvvəsini, şüuraltı qatı, astral bədəni göstərir. Dördüncü qat — «İb» (sonralar «Eb» deyiblər) ruh-qəlb, mental bədəni əhatə edir. Beşinci qat — «Eb» şüurüstü qat, səbəbli və ya karmik qatdır. Altıncı — «Eb» mənalı ruh qatı, Yeddinci — «Ax» qatı adlanır.
İmam Əli əleyhissəlamdan deyilən bu hədis ruh haqqında bilgilərimizi artırır: «Bədənin altı halı var: sağlamlıq, xəstəlik, ölüm, həyat, yuxu və ayıqlıq. Ruh da belədir: həyatı onun elmi, ölümü onun nadanlığı, xəstəliyi isə onun şəkkidir. Sağlamlığı onun əminliyidir, yuxusu onun qəfləti və ayaqlığı onun dərrakəsidir».
Başqa bir hədisdə isə o, buyurur: «…Allahın peyğəmbəri (s.ə.s.) buyurmuşdur: «Ruhlar fəzada bir-biri ilə görüşür və bir-birini qoxuyurdular. Bir-birini tanıyanlar bir yerə yığılır və tanış olmayanlar isə ayrılırdılar».
İslami fəlsəfənin yığcam toplusu olan «Mətlə ül-etiqad» əsərində Məhəmməd Füzuli ruh haqqında yazırdı: «Ruh cism deyildir, çünki cism eyni zamanda iki surəti dərk edə bilməz. Halbuki, ruhun ikidən də artıq surəti dərketmə qabiliyyəti vardır. Ruh cismani də deyil, çünki cismani əşyanın hissələrə bölünməsi lazımdır, halbuki ruh bölünməzdir. Həmçinin ruh cismdəki imkan (qüvvə) olmadığı kimi, cismin surəti də deyildir».
Və sonda — ruhu incitməməyin, onu daim gücləndirməyin yolu isə Allaha yaxın olmaq, ibadət etməkdir, axı Ruh Allaha məxsusdur!
Filmlərdən sitatlar həm danışır, həm də danışdırır.
Məqalənin qələmə alınmasında məqsəd müxtəlif dövrlərin kino istehsalı və yaradıcılığı xüsusiyyətlərini qarşı-qarşıya qoymaq yox, konkret olaraq müasir kinomuzun (ümumiyyətlə, isə bütövlükdə çağdaş dünya kinematoqrafiyasının) özəlliklərini araşdırmaq cəhdi və deməli, təəssübünü çəkməkdi. “Köhnə filmlərə illərlə baxırıq, bezmirik, amma yeni çəkilmiş filmlərə ikinci dəfə baxmaq üçün səbəb tapmaq olmur”. Belə qənaətləri azmı eşidirik və ya söyləyirik? Bu məqamda bir tendensiyanın varlığı özünü göstərir – serial əsrinin böyük kinoya təsiri. Başqa sözlə, adıçəkilən telejanrın əksər nümunələrinin ikinci dəfə seyredilmə ehtimalının, demək olar ki, olmaması. Sanki bu xüsusiyyət böyük kinonun da bir sıra nümunələrinə keçib. Əlbəttə, bu subyektiv fikirdi. Amma istənilən halda danılmaz faktdır ki, son illərin kino tarixinin əsas təəssüratını kino yaradıcılığının onurğa sütunu olan ssenarinin qeyri-peşəkar səviyyəsi təşkil edir. Daha da konkret danışsaq, son dövrdə istehsal edilmiş bir sıra filmlərimizin səssiz kino ənənəsində çəkilməməsi təəssüf hissi doğurur. Səbəb isə dialoqların, replikaların məzmun tutumundan məhrumluğudu. Axı “deyilən söz yadigardı.” Bəli, kino vizual sənət növüdü, hərəkətli fotoqrafiyadı. Məhz elə buna görə də bu sənəti təqdim edənlər nitqlərinin yadigar qalmaq yükünü daha böyük məsuliyyətlə çəkməlidirlər. Amma bu, ayrı mövzudu və yaxın zamanda biz buna da münasibətimizi bildirəcəyik. Bu dəfə isə retro səyahətə çıxıb Azərbaycan kino incilərindən seçdiyimiz sitatların bir qismini diqqətinizə təqdim edirik:
“BƏXTİYAR”
“İşimiz əngəldir. Başa düşürsüz ki, işimiz əngəldir?”
” Xala, əgər sən bir də mənim sözümü kəsib intizamı pozsan, sənə töhmət elan edərəm”.
“Sən bu sözləri Gülzar xalana da demisən”.
“Klubda xala çoxdur. Bacıoğlu isə bir dənədir”.
“. İşlərimizə baxacaqlar.”
“İşləri, gücləri qurtarıb. Niyə baxacaqlar?”
“Niyə baxacaqlar yox, nəyə baxacaqlar. Bəli. Yaman yerdə axşamladıq”.
“Bu gün axşam?”
“Bu gün yox, a kişi. Sabah ey, sabah”.
“Vallah, heç başa düşə bilmirəm ki, niyə bizim klubumuz camaatın xoşuna gəlmir. Biz nə eləyə bilərik, Ağabala?!”
“Heç utanırsınız? Dedim qohum-əqrabadır, bəd ayaqda dadıma çatarlar. Buna görə də mən sizi öz klubuma işə götürdüm”.
“Kimi işdən götürürlər?”
“Səni”
“Məni? Bəs səni?”
“Fikirləşin, hamınız fikirləşin”
“Yusif partladı”
“ŞƏRİKLİ ÇÖRƏK”
“Qoqol-moqol xoşlayırsan, amma qayda-qanunu yox?”
“Gələrsiz kontora danışarıq”
“YEDDİ OĞUL İSTƏRƏM”
“Çal, aşıq, çal, komsomolun canı it canı imiş”
“Hirslənmə, bəy, doğru söz acı olar”
“BƏYİN OĞURLANMASI”
“Görəsən, monqol turistləri monqol dublyonkalarını buradan niyə alırlar?”
“Bu kino ki var, çox qəliz məsələdi, həm qəlizdi, həm də ki vacib”
“Sənə əjdaha lazımdı?”
“Əşşi, nə tafootu var bunun səs hardan gəlir, burdan eşit, burdan da oyna da”
“Səkkiz min pul alıblar, oynamaqlarına bax”
“Ay yoldaş, bir az sakit olar?”
“Olar, niyə olmur ki?”
“Pis oynamırlar, bir az emosiya azdı”
“Nananay nay nay nananay nay – evdə uşaqlar da deyir ki, atamız işə gedib”
“Ay kişi, istəmirsən səni, ucqar bir kənd sakinini uzaq Liviya səhrasında görsünlər, tanısınlar?
Yox.
Düz deyirsən, səni elə görməsələr yaxşıdır”
“Nə var e, Ələsgər, Ələsgər. “
“Sən söhbətini elə”
“BİZİM CƏBİŞ MÜƏLLİM”
“Pulun var sizün?”
“Yeyin, mənim şappana balalarım”
“Nə vaxtsa başa düşsən ki, səni nə üstdə vurdular, onda bəlkə səndən adam olacaq”
“Acından belə eləyirlər e. “
“Nədi, adım xoşuna gəlmir?”
“Xoşun gəlir ondan, gözləri yaşıldı, ay-hay, deyirlər, urusetdəkilərin hamısının gözləri yaşıldı”
“QAYNANA”
“O quş deyil, xalis bayquşqu”
“Bye-bye atondu, anondu!”
“UŞAQLIĞIN SON GECƏSİ”
“Məsələ sosiskada deyil e, adam gərək “vnimatelnı” olsun”
“Sovet sənayesi nə istehsal edirsə, onu içirəm”
“Balamçün alma saxlamışam”
“O OLMASIN, BU OLSUN”
“Mənə meymun dediyin bəs deyil, hələ bir əl də verirsən.”
“Heç hənanın yeridi?”
“AXIRINCI AŞIRIM”
“Hələ səbr elə görək, bu kolxoz-molxoz oyununun axırı nə olur. ”
“Biz kolxoz olmaq istəmirik, kişi kimi yaşamışıq, kişi kimi də öləcəyik”
“Hökumət adamı görəndə əlim gicişir, Kərbəlayi”
“Topumuz, topxanamız olmasa da, namusumuz, qeyrətimiz var, bəy, dözərik”
“BABƏK”
“Bir gün azad yaşamaq qırx il boyunduruq altında yaşamaqdan daha üstündü”
“ARXADAN VURULAN ZƏRBƏ”
“. Bura səninçün Bakının Torqovı küçəsi deyil ki, mənim bacımı biabır edəsən”
“Məsəl var, naçalnik, deyərlər, adamın adı çıxınca canı çıxsa yaxşıdı – oğru İmaşa iş verən kimdi, onunla işləmək istəyən kimdi? İçim özümü yandırır, çölüm özgəsini”
“Məni qorxutma, mən səninçün uşaq-zad deyiləm”
“Uşaqsan, böyüksən, özün bilərsən”
“ALMA ALMAYA BƏNZƏR”
“İstəyirsən texnikuma girim səninçün, istəyirsən bazarı bağlatdırım səninçün”
“ƏHMƏD HARADADIR?”
“Zülümov dedi, qurtardı”
“Xeyr, qurtarmadı, sən hələ Nərgiz xalanı yaxşı tanımırsan?”
“Pah atonnan, kolxozçu da deputat kimi danışır”
“Əhmədin anası ölməyib hələ”
“Oğlumu axtarırdım, dostumu tapdım”
“Bağışlayın, sizin Əlibababa adında əriniz olub?”
“Aparatda Zülümovdur”
“Bura bax, bura bax, mənimlə söz güləşdirmə, yoldaş Mərdanzadənin əmridir!
“Odu ey taksi, min get. “
“YOL ƏHVALATI”
“Başa düşmək üçün adamda baş lazımdı!”
“Yalansa, fransuzski ilan sənin dilindən vursun”
“Toyuqsan get gir hininə də!”
“Sizi bura yığmaqda məqsədim odur ki, sizdən adam olmayıb, olmayacaq da”
“TÜTƏK SƏSİ”
“Sən gecələr yat, ay Qurban”
“FRANSIZ”
“Dədə Qorqudu görmüsən bəyəm?”
“LİFTÇİ QIZ”
“Mən cüllüt deyiləm, mən Laləyəm”
“BƏXT ÜZÜYÜ”
“Biz şərab içirik, sən xalq qanını. “
“Neylədin, alə, arağın tapılmayan vaxtı. “
“Qələm demə, denən çörək ağacımız itmişdi”
“Eh, belə gözəl dünyanı dəlixanya döndərən qadınlardı dana, qadınlar”
“Ayə, bu gün elə hamı məni öpür, əcəl-zadmı girləyir”
“Ayə, eqologiya deyilən budu? Maykeyi ağ salırsan, qara çıxer”
“Bizim redaksiyada araq iyi ən təbii iydi”
“Fatma cijindən sitat gətirmə, düşmür mənə”
“EVLƏNMƏK İSTƏYİRƏM”
“Denən sən öl, Həsən ağanın qohumuyam”
“Sən öl, Həsən ağanın qohumuyam”
“Onda gəl min mənim boynuma. Neynim Həsən ağanın qohumusan. “
Ağlımız kəsəndən bəri bu və digər ifadələr leksikonumuza daxil olub. Bir neçə nəslə mənsub insanların müxtəlif situasiyalarda fikrini, emosiyasını ifadə etmək vasitəsindən əlavə həm də bədii zövqünün formalaşmasında rol oynayan film qəhrəmanlarının replikaları, dialoqları, monoloq fraqmentləri eyni zamanda iki xidmət göstərirlər – həmin ekran əsərlərinin yaşarılığını təmin edirlər və insanlarda sərrast düşüncə ilə sərrast nitq arasındakı səddi asanlıqla keçmək vərdişi tərbiyə edirlər. Hətta ötəri nəzərlə də bu xidmətlərin çəkisinin ağırlığını sezmək mümkündü. Yaddaşımıza həkk olunan sitatların əksəriyyəti filmlərin ümumi qayəsi, məzmunu ilə vəhdət təşkil etməsəydi, bu dərəcədə dayanıqlı ola bilməzdi. Başqa sözlə, filmin qəhrəmanlarının hər hansı situasiyada işlətdikləri ifadələr ayrılıqda uğurlu tapıntı yox, uğurlu işin tərkib hissəsi olduqları üçün dəyərləri daha yüksəkdir. Əksər hallarda bu sitatlar məxsus olduqları filmlərlə kontekstdə daha anlamlı olub tamamlanmış mənzərə yaradırlar. Amma, sözsüz, elə sitatlar da var ki, müstəqil yaşamaq iqtidarındadırlar. Yəni onların məxsus olduqları filmləri görməyən insanlar belə, o sitatları eşidərsə, ifadənin məqamını tuta bilərlər. Məsələn, “heç hənanın yeridi?” və ya “məsələ sosiskada deyil, adam gərək “vnimatelni” olsun” və s.
İstənilən halda filmlərdən olan sitatlar nitqimizi zənginləşdirir. Kinoqəhrəmanların bəlağətli söz və ifadələri dost-tanış arasındakı söhbətə əlavə, yeni çalar qata bildiyi kimi hansısa qələm sahibinin bədii dəyər kəsb edən mətnini də gözəlləşdirə bilər. Kinopersonajların sərrast, lakonik, ya da dərin düşüncədən doğan ifadələri həm danışıq, həm də publisistik mətnin ruhuna uyğunlaşa bilir. Çoxobrazlı leksika film sitatlarına xas cəhətdi. Əksər hallarda film qəhrəmanlarının ifadələri dialektlər, yerli ləhcələr ya da müəllif neologizmləri ilə zəngin olur. Bu cür leksik müxtəliflik həmin sitatların daha da parlaq və bayağılıqdan uzaq olmasını təmin edir. Bundan savayı ekran əsərlərində əsl incilərə də rast gəlmək mümkündü – yaddaşlara həkk olunmuş, klassikaya çevrilmiş və onillər boyunca dillərdən düşməyən ifadələr məhz inci epitetinə layiqdir. Bu sitatlar komediya, intellektual kino və melodram kimi bütün janrları əhatə edir. İncəsənət növlərindən məhz kinonun ən kütləvi sahə olması qənaəti bu yerdə daha qabarıq məna qazanır. Kinofilmlərin seyri əksər hallarda və demək olar ki, bir qayda olaraq ən azı iki nəfər tamaşaçının iştirakı deməkdi. Üstəgəl kino lentlərinin nəinki əbədi ömürlə, həm də istənilən vaxt istənilən auditoriyanın fərqli baxış bucaqları ilə təmin olunmaq zəmanəti var. Bu isə film qəhrəmanlarının dilindən qopan emosional çalara malik replikaların tez bir zamanda aforizmə çevrilməsini sürətləndirir. Belə ki, onlardan istifadə etməklə biz nəinki ifadənin konkret mənasını, həm də onları müşayiət edən situasiyanı, hissləri də çatdırırıq.
Bu və ya digər kino lentinin əksər meyarlara cavab verən film, ya da ən arzuolunan halda ekran əsəri pilləsinə qalxmasını şərtləndirən amillərdən biri çəkiliş meydançasına çıxarılan dramaturji materialın və ya ssenarinin ustalıqla qələmə alınmasıdı. Bu aksiomadır ki, yaxşı film, ilk növbədə, yaxşı ssenari deməkdir. Buna görə bu məqaləni müəyyən mənada peşəkar ssenari müəlliflərinin əməyinə minnətdarlıq töhfəsi hesab etmək olar.
Samirə Behbudqızı
Milli.Az
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Comments are closed, but trackbacks and pingbacks are open.