Press "Enter" to skip to content

Bank çıxarışını necə tələb edə bilərəm?

8. Təqaüd, təhsil krediti, maliyyə yardımı fırıldaqları

Bankların dələduzluq əməlləri, yoxsa çıxarışları? – ARAŞDIRMA

Bir sıra banklardan və yaxud da digər qurumlardan başqa-başqa pul və ya maşın mükafatı olan saxta oyunlar, saxta çəkilişlərin fırıldaqlarına düşməyin nəticələri ciddi ola bilər. Ümumiyyətlə, internet fırıldaqçılarının məqsədi məxfi məlumatları əldə etmək, kompüteri virusa yoluxdurmaq və ya istifadəçinin pulunu ələ keçirməkdir. Xüsusilə də müəyyən bankların adından istifadə etməklə dələduzluq edənlər çoxalıb. Bu kimi saxtakarlıq hallarının bir çox növləri var.

Bəs bunlar hansılardır?

1. Saxta dövlət məmuru

Əgər sizə dövlət məmuru olduqlarını deyən şəxslərdən elektron məktub və ya telefon zəngi gəlirsə və onlar sizi hər hansı platforma vasitəsilə pul yatırmağa yönəldirlərsə və ya link göndərərək məlumat paylaşmağı xahiş edirlərsə, diqqətdən kənarda qoymayın. Dövlət qurumları heç vaxt sizdən bu yollarla pul qoymağı tələb etməyəcəklər.

2. Şəxsiyyət oğurluğu, saxta sənədləşdirmə

Doğum tarixiniz, şəxsiyyət vəsiqənizin seriya nömrəsi kimi şəxsi məlumatlarınıza daxil olaraq, fırıldaqçılar kredit kartı üçün müraciət etmək və ya kredit almaq kimi hərəkətlər edə bilərlər. Tipik olaraq, qurban bir bank və ya kredit kartı şirkətindən şəxsi məlumatları tələb edən bir əlaqə ilə e-poçt alır. Göndərilən e-poçt və link saxtadır, lakin real görünür.

3. Telefon dələduzluğu

Fırıldaqçılar zəng edərək şəxsi məlumatlarınızı tələb etməklə özlərini bank və ya kredit kartı şirkəti kimi göstərirlər. Əgər hədiyyə qazandığınızı bildirən link və ya mesaja rast gəlsəniz, bu tələyə düşməyin.

4. Borc fırıldaqçılığı

Kredit hesabınız aşağı olsa belə, sizə ilkin ödəniş tələb etmək üçün biznes və ya şəxsi kredit verəcəklərini söyləyən insanlar zəng edə bilər. Onlar həmçinin kredit hesabınızı yaxşılaşdırmaq vədi üçün sizdən ödəniş tələb edə bilərlər. Lakin onlara inanmayın.

5. Saxta mükafat, lotereya, pulsuz əşya və s.

Mükafat, hədiyyə və ya lotereya qazandığınız barədə e-poçt məktubu ala bilərsiniz. Deyə bilərlər ki, siz bu mükafatı kiçik bir ödəniş və ya şəxsi məlumatlarınızı daxil etmək qarşılığında ala bilərsiniz. Eynilə, fırıldaqçılar zəng edib lotereyada udduğunuzu və onların vergisini ödəməklə qazanacağınızı söyləyə bilərlər.

6. İnternet alış-veriş fırıldaqçılığı

Onlayn alış-veriş edərkən əvvəlcədən ödədiyiniz məhsul sizə çatmır və yaxud həmin mıhsulun yerinə fərqli məhsul, ya da xarab məhsul göndərilir.

7. Kompüter dələduzluğu

Fırıldaqçılar sizin kompüterinizdə texniki dəstək çağırdıqlarını deyərək, sizdə olmayan problemə görə sizdən ödəniş almağa cəhd edə bilərlər.

8. Təqaüd, təhsil krediti, maliyyə yardımı fırıldaqları

Ödəniş qarşılığında “vasitəçi təşkilat” tələbələrə təqaüd verən qurum və ya təşkilatlara müraciət etməyi təklif edə bilər. Fırıldaqçılar bu haqqı götürüb qaçırlar və ya qeyri-dəqiq siyahı qoyurlar.

9. Onlayn tanışlıq saytları

Fırıldaqçılar özlərini cazibədar kişi və qadın kimi təqdim edərək pula ehtiyacı olduğunu söyləyərək saxta profillər yaradırlar.

10. Saxta qəbzlər və fakturalar

Siz real görünən, lakin sifariş etmədiyiniz məhsul və ya xidmət üçün faktura ala bilərsiniz və ya satın aldığınız şirkətdən başqa fırıldaqçılardan həqiqətən satın aldığınız məhsul üçün faktura ala bilərsiniz.

11. Mesaj fırıldaqçılığı

Smartfonunuza bankınızdan şəxsi məlumatlarınızı və ya kredit kartı məlumatlarınızı yoxlamağı tələb edən mesaj gələ bilər. Linkə daxil olduğunuz zaman fırıldaqçılar məlumatlarınızı ələ keçirəcəklər.

Qardaş Türkiyədə keçən il mart ayında sosial şəbəkələrdə mükafat, hədiyyə və ya lotereya hüququ qazandıqlarını bildirən bank elanlarını yerləşdirməklə vətəndaşları şirnikləndirdikləri, linklərə klikləmiş şəxsləri yönləndirməklə zərərçəkmişlərin hesabı və bank məlumatlarının əldə edildiyi üzə çıxıb. Bu məlumatlarla şübhəlilərin digər şəxslərə aid vergi borcları, fakturaları və s. ödəmələri həyata keçirməklə haqsız qazanc əldə etdikləri müəyyən edilib. Martın 3-də yaxalanan 3 şübhəli ədliyyə orqanları tərəfindən həbs edilib.

Bəs bu cür saxtakarlıq hallarından özünüzü necə qorumalısınız?

1. Sadə parollardan və cavabını tapmaq asan olan təhlükəsizlik suallarından istifadə edin.

2. Lisenziyalı antivirus proqramlarından istifadə edin və onları mütəmadi olaraq yeniləyin.

3. E-poçt qutusunun təhlükəsizliyini təyin edin.

4. E-poçt və ya mesajlaşma proqramlarında tanımadığı və şübhəli şəxslərin yazılarını və əlavələrini açmayın və ya yükləməyin.

Bütün daxil olan e-poçtları diqqətlə nəzərdən keçirin və keçidlərin ünvanlarını yoxlayın; Saxta bağlantılar çox vaxt simvolların qarışıqlığını və ya yazı səhvlərini ehtiva edir.

5. Tanımadığınız şübhəli nömrələrə SMS göndərməyin.

6. Heç vaxt əmin olmadığınız hər hansı alış və ya hesabı ödəməyin.

7. Parollarınızı, PİN kodlarınızı və digər məxfi məlumatlarınızı heç kimə ötürməyin.

Bəs məlumatlarınızı fırıldaqçılara itirsəniz nə etməlisiniz?

1. Əgər pul hesabınızdan qeyri-qanuni çıxarılıbsa, bank kartınızın təcili bloklanmasını tələb edə bilər. Ofisinizə zəng edin və polis bölməsinə müraciət edin.

2. Əgər fırıldaqçılar tərəfindən göstərilən qısa nömrəyə SMS göndərmisinizsə, pulun qaytarılması ilə bağlı mobil operatorunuzla və ya bu qısa nömrəyə xidmət göstərən şirkətlə əlaqə saxlayın.

3. Əgər fırıldaqçı linkə keçmisinizsə, pulsuz antivirus proqramlarından istifadə edərək kompüterinizi viruslara qarşı yoxlayın.

4. Parolunuzu saxta səhifəyə daxil etmisinizsə, onu dəyişdirməyi unutmayın, həmçinin təhlükəsizlik sualını və cavabını dəyişdirin. Virusları yoxladıqdan sonra bu məlumatı dəyişdirmək daha yaxşı olardı.

Mövzu ilə bağlı SİA iqtisadçı Vüqar Bayramovun fikirlərini öyrənib: “Bankların adı ilə pul və yaxud maşın mükafatı ilə insanların aldadılması təbii ki, qanunvericiliyə zidd addımlardır. Nəzərə alsaq ki, son dövrlər bankların adından istifadə etməklə müştərilərin bank hesabları ilə bağlı məlumatların əldə edilməsi və bəzi hallarda hesablardan vəsait qanunsuz olaraq çıxarılmasına cəhdlər olur. Çox təəssüf ki, bu tip hallar son dövrlər kifayət qədər geniş yayılıb. Nəticədə vətəndaşa fərqli yerlərdən zənglər gəlir. Halbuki vətəndaşların müştərisi olduğu bankın adından istifadə olunsa belə amma bu real deyil. Əslində bu zənglər bankdan gəlmir. Bu kimi fırıldaqçıların məqsədi vətəndaşlarımızı aldatmaq və gəlir əldə etməkdir. Bu əslində qanunsuz hərəkət olmaqla yanaşı, həmçinin bu cinayət əməlidir. Sözsüz ki, bu kimi hadisələrin iqtisadi cəhətdən ziyanları çoxdur.

Bu kimi hallar bir tərəfdən vətəndaşlara ziyan vurur. Bəzi vətəndaşlarımız aldanır və nəicə etibarilə onların vəsaiti məhz həmin dələduzlar tərəfindən praktiki ollaraq mənimsənilir. Bu da vətəndaşların gəlirinə və ailə büdcəsinə ziyandır. Digər tərəfdən bu tip hallar bank sektoru üçün də arzuolunan deyil. Çünki belə olan halda vətəndaşlarla banklar arasında kommunikasiyada müəyyən çətinliklər olur. Bəzi vətəndaşlarımızın xüsusən bu zənglər səbəbindən öz müştərisi olduğu banklarla kommunikasiyada müəyyən inamsızlıq yarana bilər. Ona görə də, bu kimi dələduzluq hallarına qarşı mübarizənin gücləndirilməsi və həmin şəxslərin daha qısa müddətdə öz cəzalarını alması olduqca vacibdir”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib ki, bank kartı sahibləri ayrı-ayrı şəxslər tərəfindən “fake”, birdəfəlik istifadə və yaxud da internet üzərindən saxta nömrələrlə daxil olan zənglərdən verilən sorğuları birmənalı şəkildə cavablandıramamalı, özlərinəməxsus bank kartı məlumatlarını tanımadıqları şəxslərə ötürməməlidirlər: “Müxtəlif bankların adından istifadə etməklə dələduzluq edənlər var ki, burada birinci növbədə vətəndaş özünə məxsus olan bank kartı məlumatlarını verməməlidir. Banklara hansısa formada vətəndaşın kart və ya rekvizit məlumatları lazım deyil. Bank zəruri olduğu halda həmin müştərisini banka dəvət edir və orada müvafiq sorğuları öyrənir. Heç bir halda vətəndaşlar şəxsi məlumatlarını ötürməməlidirlər”.

Sosioloq Əhməd Qəşəmoğlu isə bildirib ki, cəmiyyət günü-gündən mürəkkəbləşir, həssaslaşır: “Bunun nəticəsində də bir çox şeylərə nəzarət etmək və onu idarə etmək çətinləşir. Bu cür fırıldaqçı hallara qarşı ictimai qınaq olmalıdır. Hər birimiz bununla bağlı qəzetlərdə, saytlarda bu kimi fırıldaçı hadisələrdən yazmalıdır. Əvvəla banklar da bu kimi fırıldaqçı hallara qarşı mübarizə aparmalıdır. Bununla yanaşı hüquq-mühafizə orqanları bu kimi hadisələrə qarşı ən sərt tədbirlərdən istifadə etməlidir. Çünki belə adamların çox olması cəmiyyətdə pessimist əhval-ruhiyyə yaradır. Cəmiyyətin özünə qarşı və cəmiyyətin bugünkü vəziyyətinə qarşı xoşagəlməz münasibətlər yaradır. Ona görə də bankların adı ilə dələduzluq edən şəxslərə qarşı tədbirlər görülməlidir, bu cür insanlar ifşa olunmalıdır. Biz çalışmalıyıq ki, Azərbaycan cəmiyyətində fırıldaqçılar çoxalmasın”.

Arzu Qurbanzadə

Bank çıxarışını necə tələb edə bilərəm?

Azərbaycan bir neçə bank istehlak krediti vermir.

Araşdırma nəticəsində məlum olub ki, Azərbaycan banklarında ən ucuz istehlak krediti verən bank “Naxcıvan Bank”dır. Belə ki, sözügedən bank illik 17%-lə kredit verir.

“Azərbaycan Beynəlxalq Bankı” – Müştərisi çoxdur

Qeyri-müştərilərə kredit verilmir. Maaşını sözügedən bankdan alan müştərilərə isə fərdi yanaşma ilə istehlak krediti verilir. Belə ki, bankdan nağd pul krediti almaq istəyən müştəri ən az 150 manat maaş almalıdır. 300 manatdan 20 min manatdək verilən kredit, 6 aydan 60 ayadək rəsmiləşdirilir. Faizlər isə fərdi yanaşma ilə müəyyən olunur. Yəni, bankın müştərisi istehlak krediti üçün ilk dəfə müraciət edirsə, təminatsız (zaminsiz) 28%, təminatlı (zaminlik əsasında) 26%, təkrar müştəri zaminsiz 26%, təkrar müştəri zaminli 1 il müddətinə 23%, 1 ildən yüksək müddətə isə 24% -dən kredit rəsmiləşdirilir.
Müştəri bankdan kredit əldə etmək üçün ən az halda son iş yerində 6 ay işləməlidir. Bank müştəriyə kredit vermək üçün şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı tələb edir.

Qeyd edək ki, zaminli kreditlərdə də zamin mütləq halda əmək haqqını sözügedən bankın kartı ilə almalıdır.

“Kapital Bank” – Hərbiçilərə güvənmir

Qeyri-müştərilərə (maaşını və ya pensiyasını sözügedən bankın kartı ilə almayanlar) kredit verilmir. Maaşını sözügedən bankdan alan müştərilər nağd pul krediti əldə etmək üçün ən az 70 manat əmək haqqı almalıdır. Kredit, 300 manatdan 20 min manatadək, 3 aydan 48 ayadək rəsmiləşdirir. İllik 29,84% rəsmiləşdirilən kreditə zaminin tələb olunması filialda kredit mütəxəssisi tərəfindən müəyyən olunur. Hərbiçilər isə kredit almaq üçün hər bir halda zaminlə müraciət etməlidirlər.

Sözügedən bankdan nəğd pul krediti almaq üçün son iş yerində ən az 3 ay işləmək lazımdır. Bank müştəri və zamindən şəxsiyyət vəsiqəsi və bank kartını (maaş və ya pensiya kartı) tələb edir. Hazırda bankda illik kredit faizlərində 4% endirim var.

“Paşa Bank” – Zamin tələb etmir

Qeyri-müştərilərə (maaşını və ya pensiyasını sözügedən bankın kartı ilə almayanlar) kredit verilmir. Müştərinin maaşının ən az halda nə qədər olmasına isə kredit mütəxəssisi qərar verir. Fiziki şəxslərə ən çox halda 30 min manat nağd pul krediti verilir. 12 aydan 48 ayadək rəsmiləşdirilən kreditdə faizlərə fərdi yanaşılır. Belə ki, müştəri “Pasha Holdinq”ə bağlı şirkətdə çalışırsa 17% – 22%, əgər qeyri bir şirkətdə çalışırsa o zaman 22% – 27% arası illik faiz dərəcəsi ilə üz-üzə qalır.

Sözügedən bank bütün hallarda krediti zaminsiz təqdim edir. Sadəcə şirkətdən 6 aylıq işlədiyi barədə məktub gətirməsi kifayət edir. Bankdan kredit almaq istəyən müştəri şəxsiyyət vəsiqəsi və bank kartı ilə müraciət etməlidir.

“Günay Bank” – Müştərilərə cavab vermir

Qeyri-müştərilərə kredit verilmir. Bankdan kredit almaq üçün yalnızca bankın müştərisi olmalısınız və müraciət etmək üçün mütləq banka yaxınlaşmaq lazımdır. Bank telefonlara cavab vermir.

“Access Bank” – Bakı qeydiyyatı olmalısan

Bankdan istehlak krediti ala bilmək üçün müştəri ən az 200 manat rəsmi əmək haqqı almalıdır. 500 manatdan 2 000 manatadək verilən nəğd kredit 6 aydan 24 ayadək rəsmiləşdirilir. İllik 29% -lə rəsmiləşdirilən kreditdən 1% də komissiya haqqı tutulur. Məbləğdən və müddətdən aslı olaraq zamin tələb oluna bilər ki, bunu da filialda kredit mütəxəssisi təyin edir. Əgər müştəri Abşeron və ya Bakı qeydiyyatı deyilsə, o zaman zamin yalnız Bakı qeydiyyatı olmalıdır.

Bankdan kredit əldə etmək istəyən müştəri, şəxsiyyət vəsiqəsi, gəlirləri təsdiq edən sənəd kimi iş yerindən arayış və ya əmək haqqı kartının son 6 ayın çıxarışını təqdim etməlidir.

Zamin isə şəxsiyyət vəsiqəsi, iş yerindən arayış və ya əmək haqqı kartın son 6 ayın çıxarış sənədləri ilə kredit götürən şəxsə zamin dura bilər.
Bankdan qeyd olunub ki, müştəri haqqında məlumatın təhlili zamanı Bank əlavə sənəd tələb edə bilər və şərtlərdə dəyişikliklər oluna bilər.
“AtaBank” – Bir addım geridə

Bütün növ kreditlərin verilməsi dayandırılıb. Hazırda yalnızca lombard krediti verilir. Qızıl zinət girovu ilə kredit verən bank, bankda əmanəti olan müştərilərə də kredit ayrır.

“Azər-Türk Bank” – Faizlərə fərdi yanaşılır

Bankdan kredit almaq üçün ən azı 200 manat rəsmi əmək haqqı tələb olunur. Ən çox 15 min manat nağd pul krediti verən bank, krediti 12 aydan 36 ayadək rəsmiləşdirir. 26% – 29% arasında rəsmiləşdirilən kredit faizi müddətə görə dəyişir. Yəni, 12 aylıq kredit 26%, 18 aylıq kredit 27%, 24 aylıq kredit 28%, 36 aylıq kredit 29% -lərlə verilir.

3 min manatdan yuxarı verilən istehlak kreditinə zamin tələb olunur. Müştəri bankdan kredit əldə etmək üçün son iş yerində 3, ümumi isə 6 ay iş təcrübəsi olmalıdır.

Bank müştəri və zamindən şəxsiyyət vəsiqəsi və gəlirlərini təsdiq edən sənəd tələb edir və ən az halda 10 manat komissiya haqqı (1%) tutur.

“VTB Azərbaycan” – Bakı ətrafında qeydiyyatda olmalısan

Müştəri bankdan kredit əldə etmək üçün ən az 270 manat rəsmi əmək haqqı almalıdır. 300 manatdan 10 min manatadək kredit verən bank 6 aydan 36 ayadək 28% -lə kredit rəsmiləşdirir. 3 500 manatdan yüksək kredit almaq istəyən müştərilər zaminlə birgə bankın filialına müraciət etməlidir. 2% komissiya haqqı tutan bank müştəridən 1 il iş təcrübəsi tələb edir.

Kredit götürən şəxslə birgə zamin də şəxsiyyət vəsiqəsi və bank kartından 6 aylıq çıxarış təqdim etməlidir

Qeyd edək ki, bank yalnız Bakı, Sumqayıt və Xırdalan qeydiyyatı olan şəxslərə kredit verir.

“Expressbank” – Müddətə görə faiz tətbiq edir

Bankdan istehlak krediti almaq üçün ən az halda 173 manat əmək haqqı tələb olunur. 300 manatdan 15 min manatadək istehlak krediti verən bank, krediti 3 aydan 36 ayadək rəsmiləşdirir. 20% -dən 24% dək dəyişən illik faiz dərəcəsi kreditin müddətinə görə təyin olunur. Belə ki, 3 aydan 12 aya kimi 20%, 13 aydan 24 ayadək 22%, 25 aydan 36 aya kimi isə 24% illik faiz dərəcələri tətbiq edilir.

Bank 5 min manatdan yuxarı istehlak krediti verdiyi zaman müştəridən mütləq halda zamin tələb edir. 5 min manata kimi isə zaminin tələb olunmasına kredit mütəxəssisi qərar verir. Ən az halda 6 ay iş təcrübəsi tələb edən bank, zamin və kredit götürən şəxsdən iş yerindən arayış və ya əmək haqqı kartından son 6 ayın çıxarışı və şəxsiyyət vəsiqəsi tələb edir.

Bank kredit rəsmiləşdirilən zaman 1% komissiya haqqı tutur.

“Xalq Bank” – Bakıda kredit verilmir

Sözügedən bank Bakı filiallarında istehlak krediti vermir. Bakı qeydiyyatı olan vətəndaşlar isə ən yaxın Sumqayıt filialına müraciət edə bilər.
Bank sadəcə region filiallarında kredit verdiyi üçün ən çox halda müştəriyə 2 min manat istehlak krediti verə bilir. 3 aydan 24 aya kimi rəsmiləşdirilən kreditin illik faiz dərəcəsi 22% -dən 28% dək dəyişir. Faizlərin dəyişməsini isə kredit mütəxəssisi müəyyənləşdirir. Bank müştəridən hər bir halda zamin tələb edir.

Bankdan kredit əldə etmək istəyən vətəndaş son iş yerində ən az 6 ay iş təcrübəsi olmalıdır.

Müştəri krediti rəsmiləşdirmək üçün 0,1%, nağdlaşdırmada isə 0,5% komissiya haqqı (ümumilikdə 0,6%) ödəməlidir. Kredit götürən şəxs və zamin iş yerindən və yaşayış yerindən arayış, cari bank kartından son 1 ilin çıxarışı və şəxsiyyət vəsiqəsi təqdim etməlidir.

“Bank of Baku” – Tibb və təhsil sahəsinin işçiləri 5% komissiya verməlidir

Bankdan istehlak krediti əldə etmək üçün müştəri ən az halda 205 manat rəsmi əmək haqqı almalıdır. 300 manatdan 20 min manatadək verilən istehlak krediti 3 aydan 48 ayadək rəsmiləşdirlir.

Rəsmiləşdirilən istehlak krediti müştərinin iş yeri və bankda olan tarixcəsinə görə 23% -dən 29% -dək illik faiz dərəcəsi arasında dəyişir. Yeni müştərilərdən 3 min manatdan yüksək kredit üçün zamin tələb olunur. Təkrar müştərilərə isə 5 min manatadək kreditin zaminsiz verilməsinə baxıla bilər.
Bankdan kredit almaq istəyən müştərilər bankın filialı olan regionlarda son iş yerində ən az 3 ay, filial olmaya regionalarda isə son 6 ay iş təcrübəsi tələb olunur. Zamin və kredit götürən şəxs, banka şəxsiyyət vəsiqəsi, iş yerindən arayış, maaş kartının son 6 aylıq çıxarışı və ya elektron arayış təqdim etməlidir.

Bank 1% – 2% arası (ən az halda 20 manat) komissiya haqqı tutur. Əgər müştərinin maaşı 205 manatdan azdırsa (təhsil və tibb sahəsinin işçiləri) o müştərilər kredit rəsmiləşdirilməsinə 1%, nağdlaşdırılmasına isə 3% komissiya haqqı , ümumilikdə 4% (ən az halda 20 manat) ödəyir.

“Muğanbank” – Hələ də kredit vermir
Ötən ildən istehlak krediti verilmir. Hazırda sadəcə ipoteka krediti və bankda əmanəti olan şəxslərə kredit verilir.

“Yapı Kredi Bank Azərbaycan” – Təkrar müştəriyə 3% endirim

300 manatdan 10 min manatadək istehlak krediti verən bank yeni müştərilərə sözügedən krediti 24%-lə təklif edir. Təkrar müştərilər isə illik 21% dərəcəsi ilə 6 aydan 36 ayadək istehlak krediti əldə edə bilər.
“Rabitəbank” – Güc strukturlarına endirim edilir

Bank müştərinin aylıq əmək haqqına limit tətbiq etmir.
Minimum kredit məbləği 300 manat, maksimum isə 5 000 manatdır. Güc strukturları və neft sahəsində çalışan şəxslər üçün bu məbləğ 10 000 manatadək hesablanır. Minimal müddət 3 ay, maksimal kredit müddəti isə 36 aydır. Güc strukturları üçün 3 aydan 24 aya kimi, neft sahəsində çalışanlara isə 3 aydan 36 aya kimi kredit müddəti uzadılır.

Minimal 26% maksimal kredit faizi isə 30% təşkil edir. Güc strukturları üçün 24%, neft sahəsində çalışanlara isə illik faiz dərəcəsi 23% təşkil edir. Faizlərin aşağı və ya yuxarı olması müddətə görə dəyişir. Kreditin verilmə müddəti nə qədər uzundursa, illik % (faizi) də ona görə yüksəlir.
Qeyri-müştəri 2 000 manatdan sonra 1(bir) zamin, güc strukturlarına isə 3 000 manatdan sonra 1(bir) zamin tələb olunur. Kredit götürmək üçün bankdan son 6 ayın maaş haqqında çıxarışı və şəxsiyyət vəsiqəsi tələb olunur. Eyni sənədlər zamin üçün də tətbiq edilir. Neft sahəsində çalışanlar üçün 5 min manatadək kreditin zaminsiz ayrılması mümkündür.

Bankda komissiya haqqı 1% olaraq müəyyənləşir.

“Unibank” – Əlildən sağlam zamin tələb edir
Bank istehlak krediti verdiyi müştərinin ən az halda 100 manat əmək haqqı almasını tələb edir. 300 manatdan 15 min manatadək istehlak krediti verən bank sözügedən krediti 3 aydan 36 ayadək rəsmiləşdirir. İllik faiz dərəcəsi məbləğə görə 23%-dən 33% dək dəyişir.
Zamin sadəcə Müddətdən Artıq Xidmət Edən (MAXE) və 1-ci qrup əlillərdən tələb edilir.

Bankdan qeyd olunub ki, MAXE-lərin zamini MAXE, 1-ci qrup əlillərin zamini isə əlil olmamalıdır. Kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış ya da bankdan son 6 ayın maaş haqqında çıxarışı tələb edilir. Eyni şərtlər zamin üçün də nəzərdə tutulub.

“Bank Nikoil” – 23 yaşı olana 1 il iş təcrübəsi

Bankın tələb etdiyi minimal maaş limiti yoxdur. Minimum kredit məbləği 500, maksimum isə 30 000 manatdır. Minimal kredit faizi 28, maksimal kredit faizi isə 29% təşkil edir.
Faizlərin aşağı və ya yuxarı olması kredit tarixçəsinə görə dəyişir.
5 000 manatdan sonra 1 nəfər zamin tələb olunur. Kredit götürmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən elektron arayış, bankdan son 6 ayın maaş haqqında çıxarışı tələb olunur.

Qeyd edək ki, müştərinin 23 yaşı olarsa 1 il, 23 yaşdan sonra isə 6 ay iş təcrübəsi tələb olunur. Eyni şərtlər zamin üçün də nəzərdə tutulub.
Komissiya haqqı 2% təşkil edir.

“AFB Bank” – Özəl sektoru sevmir
Bankdan istehlak krediti almaq üçün minimal maaş 300 manat olmalıdır. 500-10 000 manata arası istehlak krediti verən bank, krediti 12 aydan 24 ayadək rəsmiləşdirir.
Bank faiz dərəcələrinə isə fərdi yanaşır. Belə ki, bankdan maaaş alanlara 26%, dövlət strukturlarına 28%, özəl sektora isə 30% tətbiq olunur. Bank, 500 – 5 000 manat arası 1 zamin, 5 000 – 10 000 manat arası isə 2 zamin tələb edir.
Zamin və kredit götürən şəxs şəxsiyyət vəsiqəsi, iş yerindən arayış Elektron Hökümət və ya maaş aldığı bankdan çıxarış təqdim etməlidir və kredit götürən şəxs son iş yerində ən az 6 ay çalışmalıdır.

Komissiya haqqı 1% olaraq tutulur.

“TuranBank” – Benzin pulu üçün də kredit verir

Bank müştərinin əmək haqqında limit tətbiq etmir.
Minimum kredit məbləği 100 manat, maksimum isə 5 000 manatdır. Minimal müddət 3 ay, maksimal kredit müddəti isə 18 aydır. İstehlak krediti illik 29% tətbiq edilir.

2 000 manatadək 1(bir) zamin, 5 000 manatadək isə 2(iki) zamin tələb edilir. Kredit əldə etmək üçün şəxsiyyət vəsiqəsi, iş yerindən arayış tələb olunur. Eyni sənədlər zamin üçün də qüvvədədir.

“Bank Respublika” – Məbləğə görə faiz dəyişir
Bankdan istehlak krediti almaq üçün əmək haqqına limit tətbiq olunmur. Min manatdan 5 min manatadək kredit verən bank, istehlak kreditini 6 aydan 24 ayadək rəsmiləşdirir. 2 min manata qədər olan kreditə 29%, 2 min manatdan 5 min manatadək 28% illik faiz dərəcəsi tətbiq olunur. Son iş yerindən 6 ay iş təcrübəsi tələb edən bank zamin və kredit götürən şəxsdən iş yerindən arayış və ya elektron arayış və əmək haqqı kartının son 6 ay çıxarışını tələb edir.
Sözügedən bankda komissiya haqqı 1%-dir.

“Azərbaycan Sənaye Bankı” – Maaşın 3 misli qədər kredit verir

Bankdan istehlak krediti əldə etmək üçün müştəri ən az halda 250 manat rəsmi maaş almalıdır. Bank maaşdan aslı olaraq müştəriyə əmək haqqının 3 misli qədər kredit verə bilir. 6 aydan 36 ayadək rəsmiləşdirilən kredit illik 24%-lə təqdim edilir.
Bankdan verilən məlumata görə, istənilən halda müştəridən zamin tələb olunur. 3 min manatdan yuxarı məbləğlərə isə 2 zamin tələb olunur.
Müştəri bankdan istehlak krediti almaq üçün son iş yerində 6 ay çalışmalıdır. Kredit götürən şəxs və zamin(lər) şəxsiyyət vəsiqəsi və iş yerindən arayış təqdim etməlidir.

Bankda komissiya haqqı 1% təşkil edir.

“SilkWay Bank” – Müştərilər filiala müraciət etsin

Qeyri-müştərilərə (maaşını sözügedən bankın kartı ilə almayanlar) istehlak krediti verilmir

“AmrahBank” – Şirkətin nüfuzuna görə faiz tətbiq olunur

Bank müştəridən minimal əmək haqqı tələb etmir. Əmək haqqına uyğun kredit verilir.
Ən az halda 300, ən çox halda isə 10 min manat istehlak krediti verən bank, sözügedən krediti 3 aydan 24 ayadək rəsmiləşdirir. Müştərinin iş yerinə görə illik faiz dərəcəsi tətbiq edən bank, nüfuzlu şirkətlətə ucuz kredit verir. 26%-dən 30%-dək illik kredit faizi tətbiq olunur və zaminin də çalışdığı şirkətin nüfuzuna uyğun kredit hesablanır.

Müştəri son iş yerində 6 ay çalışmalıdır və zamilə bərabər şəxsiyyət vəsiqəsi, maliyyə arayışı və qeydiyyatını dəqiqləşdirmək üçün əlavə sənədlər də tələb oluna bilər.

Bank 5 min manatdan aşağı 2%, 5 min manatdan yuxarı kredit məbləğinə 1% komissiya haqqı tutulur.

“AgBank” – İstehlak krediti üçün qapımızı döyməyin
Ötən ildən istehlak kreditlərinin verilməsi dayandırılıb. Bank hazırda ipoteka və əmanət əsasında kredit verir.

“NBC bank” – Kampaniyaya görə komissiya haqqı yüksəkdir

Bankdan istehlak krediti əldə etmək üçün 155 manat rəsmi maaş tələb olunur. 200 manatdan 10 min manatadək verilən istehlak krediti 1 aydan 36 ayadək rəsmiləşdirilir. Müddətə görə dəyişən illik faiz dərəcəsi 24% – 29% arasında müəyyənləşdirilir. Hazırda bankda kampaniya olduğu üçün illik faiz dərəcəsi 22%-dək azalıb. Müştəri bankdan kredit ala bilmək üçün son iş yerində 6 ay iş təcrübəsinə malik olmalıdır. 5 min manatadək zamin tələb olunmasa da, 5 min manatdan yüksək məbləğdə zamin tələb olunur və zaminlə bərabər kredit götürən şəxs də şəxsiyyət vəsiqəsi və əmək haqqı kartından son 6 ayın çıxarışını təqdim etməlidir.

Hazırda bankda mart ayının 31 –nə kimi kampaniya olduğu üçün 3% komissiya haqqı tutulur. Adi hallarda isə bu, 2%-3% arasında dəyişir.

“Bank Avrasiya” – Kredit faizlərində məhdudiyyət yoxdur

Bankdan kredit almaq üçün ən az halda 300 manat rəsmi əmək haqqı alınmalıdır. 500 manatdan 5 min manatadək kredit rəsmiləşdirən bank kredit müddətini dəyişməyərək 18 aylıq kredit verir. Kredit mütəxəssisi tərəfindən müəyyən olunan illik faiz dərəcəsi ən az halda 25% -lə tətbiq olunur.
Bank müştəridən hər bir halda zamin tələb edir və zaminlə birlikdə kredit götürən şəxs şəxsiyyət vəsiqəsi, iş yerindən arayış (vəzifə, iş təcrübəsi və əmək haqqı qeyd olunmalıdır), əmək haqqı kartından son 6 ayın çıxarışını banka tətbiq etməlidir. Bundan başqa kredit götürən şəxs son iş yerində 1 il iş təcrübəsinə malik olmalıdır.

Bank, 0,5% komissiya haqqı tutur.

“BTB Bank” – Ən baha krediti təqaüdçülərə verir

Bankdan kredit almaq üçün maaş məhdudiyyəti olmasa da, ölkə üzrə yaşayış minimumdan (173 manat) yüksək olarsa, kredit işinə baxıla bilir. 300 manatdan 5 min manatadək verilən istehlak krediti, 3 aydan 6 aya qədər müddətdə rəsmiləşdirilir.

Bankda illik faiz dərəcələri də müxtəlifdir. Belə ki, “A” kateqoriyalı müəssisələrin əməkdaşları, habelə dövlət və ya özəl müəssisələrdə çalışan 1-ci (rəhbərlik), 2-ci (rəhbərliyin birbaşa tabeçiliyində olan) şəxslər, departament və şöbə rəhbərləri: 29% və müsbət kredit tarixçəli müştərilər: 29%-lə istehlak krediti əldə edə bilir. Dövlət müəssisələrinin əməkdaşları üzrə 30%, özəl müəssisələrin əməkdaşları üzrə 31%, minimum, 400 AZN təqaüd alan təqaüdçülər (yalnız yaşa və xidmət illərinə görə təqaüdə çıxanlar) üzrə 32% təşkil edir.
Qeyd edək ki, kreditin məbləği 2000 AZN dən yuxarı olduqda 1 zamin tələb edilir.

“Melli İran Bankı Bakı” – Min manatdan aşağı kredit verilmir

200 manat rəsmi maaş alan şəxslər bankdan istehlak krediti əldə edə bilər. Ən az halda 1 000 manat kredit verilsə də, müştərinin maaşına baxılaraq yüksək məbləğlərdə də kredit verilə bilər. Bank istehlak kreditini 6 aydan 36 ayadək rəsmiləşdirə bilir. 18%-26% arası illik faiz dərəci tətbiq edən bank, kreditin müddətinə, müştərinin əmək haqqına, aldığı istehlak kreditinin valyutasına və təminatına görə faiz tətbiq edir. Bank, kredit əldə etmək istəyən müştərilərdən şəxsiyyət vəsiqəsi və iş yerindən arayış tələb edir.

Həmçinin eyni sənədlərlə 2 000 manata kimi 1 zamin, 5 000 manata kimi 2 zamin tələb edir.
“Pakistan Milli Bankı” – İstehlak krediti istəyirsən? O zaman başqa qapıya
İstehlak krediti verilmir

“Naxcıvanbank” – Ən ucuz krediti biz veririk

20 000 manatadək istehlak krediti verən bank, krediti 3 aydan 18 ayadək rəsmiləşdirir. İstehlak krediti 17-18% arasında verilir.
“Ziraat Bank Azərbaycan” – Türkiyəyə müraciət etmək lazımdır
Məlumat verilmir.

“Kredit borcumu ödəməsəm nə olar?”- Sizin suallarınız və ekspert cavabı

Manatın dəyərini itirməsindən və iş yerlərinin ixtisarından sonra banka borcları ödəmək çətinləşib.

Ötən ilin sonundan bəri manatın dəyərinin kəskin aşağı düşməsindən sonra və iş yerlərində ixtisarların ardından işsizlərin sayının çoxalması ilə bağlı banklara borcu olanlar çətin vəziyyətə düşüb.

Aylıq ödənişi etməkdə çətinlik çəkən vətəndaşlar çıxış yolunun nədə olması və öz hüquqları barədə az məlumatlıdırlar.

BBC Azərbaycanca oxucularının bank kreditləri ilə bağlı sualları hüquqşünas Əkrəm Həsənov cavablandırıb.

Oxucu: Banklara borcumu ümumiyyətlə ödəyə bilmirəm, nə etməliyəm?

Ə.H.: Ödəyə bilmirsinizsə, ödəmirsiniz təbii. Buna görə sizi heç bir inzibati sanksiya və ya cinayət cəzası gözləmir. Lakin onu nəzərə alın ki, kreditə görə girov qoymusunuzsa, həmin girov əmlak sizdən alınıb satıla bilər. Eyni zamanda adınıza olan digər əmlak da sizdən alına bilər (bəzi istisnalarla: məsələn, yeganə ev alına bilməz və s.). Aylıq rəsmi gəliriniz varsa, onun maksimum yarısı sizdən tutula bilər, amma bu zaman sizə və himayənizdə olan şəxslərə yaşayış minimum mütləq qalmalıdır, yəni o, toxunulmazdır. Bütün bunlar sizdə yoxdursa, gəliriniz yoxdursa, ümumiyyətlə, narahat olmayın: kredit batmış kimidir və sizə heç nə edə bilməzlər. Ancaq nəzərə alın ki, borcu ödəmək sizin mənəvi borcunuzdur.

Oxucu: Son 3 aydır aylıq ödənişi etmirik, bank zəng vurmayıb. Amma evin sənədi bankdadır. Bank evi ala bilərmi? (Banka olan borcumuz evin qiymətindən azdır.)

Ə.H.: Hər şey “evin sənədi bankdadır” ifadəsinin əsl mənasından asılıdır. Əgər ev girov qoyulubsa (yəni notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında), bu halda bank evi açıq hərracda satdırıb pulunu götürə bilər. Yox, əgər sadəcə sənəd banka verilibsə, bunun heç bir hüquqi qüvvəsi yoxdur və ev sizdən alına bilməz.

Oxucu: Banklardan birində dollarla avto-kredit götürmüşəm, aya 450 dollar düşür. Bu 2013-cü ildə 350 manat edirdi, indi isə 700 manatdan çoxdur. Əmək haqqım isə əvvəl də 500 manat idi, indi də. Mən necə edə bilərəm?

Ə.H.: Əslində, bank sizi aldadıb. Avto-kredit yalnız manatla ola bilər. Çünki avtomobilin ölkə ərazisində dollarla alınması qanunsuzdur və mümkün deyil. Bankı məhkəməyə verib müqaviləni etibarsız hesab etdirə və borcu köhnə məzənnə ilə manatla ödəyə bilərsiz.

Oxucu: Kreditin ödənişini bankın baş ofisindən bir neçə aylıq dondurub, sonra yenidən ödəməyə başlamaq olarmı?

Ə.H.: Yalnız bankın razılığı ilə. Əks halda, müqavilə şərtinin pozulması hesab ediləcək.

Oxucu: Aylıq ödənişi ödəyə bilmirəm, necə edim ki, aylıq ödəniş məbləği azaldılsın?

Ə.H.: Banka xahişlə müraciət etmək olar. Razı olmasa, məhkəməyə müraciət etmək olar.

Oxucu: Ailə başçısı rəhmətə gedib. Ailənin banka 400 manat borcu var, heç bir üzvü də pensiya almır və başqa gəlir yeri yoxdur. Bankdan hər gün zəng vururlar. Ailə nə etməlidir?

Ə.H.: Krediti mərhum götürübsə və əgər mərhumun adına heç bir əmlak yoxdursa, kredit batmış hesab olunmalıdır. Ailə üzvlərinin həmin krediti ödəmək vəzifəsi yoxdur. Yox əgər mərhumun adına əmlak varsa, kredit həmin əmlakın hesabına ödəniləcək.

Oxucu: İşsizəm, 18 min dollar borcum var. 21 min manat ödəsəm, borcumu bağlaya bilərəm?

Ə.H.: 18000 dollar indi 28800 manat edir. Buna görə də bank həmin məbləği tələb edəcək və 21000 ödəsəz onu qane etməyəcək. Buna görə də müqavilə şərtləri və işin halları imkan verirsə, bunu yalnız məhkəmə yolu ilə edə bilərsiz.

Oxucu: Adinda kredit borcu olan şəxs ölkədən çıxa bilərmi?

Ə.H.: Bəli, bilər. Yalnız krediti ödəməsi haqda məhkəmə qərarı olsa və o həmin qərarı üzrsüz səbəbdən icra etməsə (məsələn, pulu var, amma ödəmir), ona ölkədən çıxış məhkəmə qərarı ilə yasaq edilə bilər.

Oxucu: Bir neçə bankdan kredit götürmüşəm, borcun biri dollarladır. Yoldaşım dövlət işində çalışır, əmək haqqısı 330 manatdır, pensiyam isə 138 manatdır. Banka hər ay ümumilikdə 539 manat ödəməliyik. Nə edə bilərik?

Ə.H.: Girov yoxdursa, imkanınız daxilində ödəmək haqda bankla razılığa gəlməyə çalışın. Bank razılığa gəlməsə, onu məhkəməyə verin.

Oxucu: Zamin durduğum adam rəhmətə gedib. Nə etməliyəm?

Ə.H.: Təəssüf ki, bank borcun ödənilməsini sizdən tələb edə bilər. Əmlakınız varsa, ödəməli olacaqsız.

Oxucu: İki bankdan kredit götürmüşəm, 225 manat ödəyirəm hər ay. Əmək haqqım isə 200 manatdır. Başqa bankda isə zaminəm. Bilmək istəyirəm ki, mən bunları ödəməsəm olarmı? Əgər məhkəməyə baş vursam, nə isə əldə edə bilərəmmi?

Ə.H.: Girov yoxdursa, məhkməyə verin və yaşayış minimumundan yuxarı məbləğin ödənilməsini tələb edin. Yaşayış minimumu 146 manatdır. Deməli, banklara ayda cəmi 54 manat ödəyəcəksiz.

Oxucu: Kredit borcumu ödəməkdən imtia etsəm, zamin də imtina etsə nə olar?

Ə.H.: Borc əmlakınızdan tutula bilər. Təbii, əgər əmlak varsa. Həmçinin 3-cü sualın cavabına baxın.

Oxucu: Azərbaycanda bankları, təzminatla bağlı məhkəməyə versək udmaq şansımız varmı?

Ə.H.: Əlbəttə, əgər təzminata hüququnuz varsa.

Comments are closed, but trackbacks and pingbacks are open.