Press "Enter" to skip to content

Bank Hesabını Necə Tapmaq Olar

7. Bank hesablarının açılmasından imtina edilməsi, əməliyyatların icrasının dayandırılması, bank hesablarındakı vəsaitlərin dondurulması və bank hesablarının bağlanması

Bank hesabımın nömrəsini necə yoxlaya bilərəm

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin

Bakı şəhəri “04” fevral 2022-ci il

Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası ”nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

Q Ə R A R A A L I R:

1. “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları”nın təsdiq edilməsi haqqında” ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu il 10 iyun tarixli 1951100026 nömrəli Qərarı ləğv edilsin.

3. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

Mərkəzi Bankın sədri Elman Rüstəmov

Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Mərkəzi Bankı

“4” fevral 2022-ci il

Bank hesablarının açılması, aparılması və bağlanması

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və ölkə daxilində banklarda, xarici bankların yerli filiallarında (bundan sonra – bank) bank hesablarının açılması, aparılması və bağlanması qaydalarını müəyyən edir.

1.2. Bu Qayda rezidentlərin Azərbaycan Respublikasının hüdudlarından kənarda xarici valyuta hesablarının açılması, habelə rezidentlərin xarici valyutada və qeyri-rezidentlərin milli və xarici valyutada açılmış hesabları üzrə əməliyyatların aparılması qaydasına şamil edilmir.

1.3. Xüsusi seçki hesablarının açılması, əməliyyatların aparılması və dayandırılması qaydası Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq müəyyən edilir.

1.4. Banklar ölkə daxilində milli valyutada müxbir hesablarını yalnız Azərbaycan Respublikasının Mərkəzi Bankında (bundan sonra – Mərkəzi Bank) açırlar.

1.5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə müvafiq olaraq büdcə təşkilatlarına (bilavasitə dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlar) bank hesabının açılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin yazılı icazəsi tələb olunur.

1.6. “Qrant haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, rezidentlərin milli valyutada bank hesabları üzrə qrant müqavilələri, həmçinin qeyri-hökumət təşkilatlarının qəbul etdiyi ianələr ilə bağlı bank əməliyyatları yalnız müvafiq olaraq qrant verilməsi və ya alınması haqqında müqavilənin (qərarın) qeydə alınmasını və ya ianə barədə məlumatın təqdim edilməsini təsdiq edən sənəd təqdim olunduqda aparılır. Q rant müqavilələri (qərarları) ilə bağlı bank əməliyyatlarına dair tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.

1.7. Bu Qaydada istifadə edilən “rezident və “qeyri-rezident” anlayışları “Valyuta tənzimi haqqında”, “benefisiar mülkiyyətçi”, “xarici dövlətlərin siyasi xadimləri”, “işgüzar münasibətlər” və “daxili nəzarət sistemi” anlayışları “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, “mühüm iştirak payı” anlayışı “Banklar haqqında”, “elektron imza” və “gücləndirilmiş elektron imza” anlayışları “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş mənaları ifadə edir.

1.8. Bu Qaydada istifadə edilən “müştəri” anlayışına “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu (bundan sonra – PL/TMM Qanunu) ilə müəyyən edilmiş məna ilə yanaşı dövlət orqanları (qurumları) və bələdiyyələr də aid edilir.

2. Bank hesablarının növləri

2.1. Bank hesabları aşağıdakı növlərə bölünür:

2.1.1. cari hesablar;

2.1.2. cari subhesablar;

2.1.3. əmanət hesabları;

2.1.4. müxbir hesablar.

2.2. Cari hesablar aşağıdakı məqsədlər üçün açılır:

2.2.1. dövlət qurumları, bələdiyyələr, hüquqi şəxslər, o cümlədən publik hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, beynəlxalq təşkilatlar, diplomatik və digər rəsmi nümayəndəliklər, ailə kəndli təsərrüfatları, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçiləri, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (bundan sonra – fərdi sahibkar) , xüsusi notariuslar üçün onların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması;

2.2.2. fiziki şəxslər üçün onların hesabına daxil olan pul vəsaitinin qəbul edilməsi və hesaba salınması, hesabdan pul vəsaitlərinin köçürülməsi və verilməsi, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamlarının yerinə yetirilməsi;

2.2.3. həmkarlar ittifaqının ilk təşkilatı üçün onun qanun və nizamnamə ilə üzərinə qoyulmuş vəzifələrinin icra edilməsi.

2.3. Cari subhesablar hüquqi şəxslərin filial və nümayəndəlik statusu daşımayan və olduğu yerdən kənarda yerləşən struktur bölmələrinə açılır. Bu hesablara daxil olan vəsaitlər həmin struktur bölmələrin işçilərinin əmək haqları və əmək haqqı ilə bağlı digər icbari ödənişlərin ödənilməsi, habelə bu qurumların fəaliyyətini təmin edən kommunal xərclərin ödənilməsi üzrə ödənişləri istisna olmaqla, hüquqi şəxslə bağlanmış bank hesabı müqaviləsində müəyyən olunmuş müddətlərdə onun cari hesabına köçürülür.

2.4. Cari hesablara müvəqqəti cari hesablar və xüsusi cari hesablar da aiddir.

2.5. Müvəqqəti cari hesablar hüquqi şəxslər üçün onların dövlət qeydiyyatına alınanadək nizamnamə, şərikli kapitallarının, habelə əmlak paylarının ödənilməsi üçün, həmçinin investisiya qiymətli kağızları kütləvi təklif edilərkən onların dəyərini ifadə edən pul vəsaitlərinin saxlanılması üçün açılır.

2.6. Xüsusi cari hesablar aşağıdakı məqsədlər üçün açılır:

2.6.1. büdcə təşkilatlarının cari hesabı – bu Qaydanın 1.5-ci bəndinə müvafiq olaraq verilmiş icazədə nəzərdə tutulmuş əməliyyatların aparılması;

2.6.2. məhkəmənin, icra qurumunun, gömrük orqanının, cinayət təqibini həyata keçirən dövlət orqanının, habelə qanunvericilikdə nəzərdə tutulmuş hallarda digər dövlət qurumlarının depozit hesabları – qanunvericilikdə nəzərdə tutulmuş əməliyyatların aparılması;

2.6.3. notariusun depozit hesabı – dövlət və xüsusi notariuslar üçün qanunda nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərdən pul vəsaitlərinin, qiymətli kağızların daxil olması, saxlanması və digər əməliyyatların aparılması;

2.6.4. zəmanət kassası hesabı – xüsusi notariusların müştərilər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə qanunla nəzərdə tutulmuş pul vəsaitlərinin yığılması və istifadəsi;

2.6.5. sığorta bank hesabı – vəkillərin müdafiə edilən və ya təmsil edilən şəxslər qarşısındakı məsuliyyətinə zəmanət vermək məqsədi ilə qanunla nəzərdə tutulmuş pul vəsaitlərinin yığılması və istifadəsi;

2.6.6. valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxsin xüsusi hesabı – qanunla nəzərdə tutulan pul vəsaitinin lisenziyanın qüvvədə olduğu müddətdə girov qoyulması və depozitdə saxlanması (bu depozitlər digər əməliyyatlar üçün girov qismində çıxış edə bilməz);

2.6.7. xüsusi seçki hesabı – Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə tutulmuş məqsədlər üçün.

2.7. Bank tərəfindən müştərilərə kreditlərin verilməsi müştərinin həmin bankdakı mövcud və ya bu məqsədlə açdığı cari hesabı vasitəsilə həyata keçirilir. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə verilmiş kreditlər müştərilərin yalnız vergi ödəyicisi qismində açılmış cari hesablarına köçürülür.

2.8. Əmanət hesabları bank əmanəti müqaviləsinə əsasən müştərilərin pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi və müvafiq əməliyyatların aparılması üçün açılan hesabdır.

2.9. Müxbir hesablar bankların özlərinin və müştərilərinin bank əməliyyatlarının aparılması məqsədi ilə yerli və xarici banklar üçün açılan hesabdır.

2.10. Bankın könüllü ləğvi zamanı ləğvetmə komissiyasının, məcburi ləğvi və ya iflas proseduru çərçivəsində isə məhkəmə tərəfindən təyin edilmiş ləğvedicinin müraciətinə əsasən ləğvetmə işlərinin həyata keçirilməsi üçün Mərkəzi Bankda cari hesab açılır, bankın müxbir və digər hesablarında olan vəsaitlər həmin hesaba köçürülür.

3. “Öz müştərini tanı” prinsipinin tətbiqi

3.1. Banklar bank hesablarının açılması, aparılması və bağlanması zamanı “Öz müştərini tanı” prinsipinin tətbiqini təmin edən daxili qaydalara (bundan sonra – daxili qaydalar) malik olmalıdır. Daxili qaydalar PL/TMM Qanununa, bu Qaydanın, digər hüquqi aktların tələblərinə və bankın risklərin idarə edilməsi sisteminə uyğun olaraq hazırlanır və bankın Müşahidə Şurası tərəfindən təsdiq olunur.

3.2. Daxili qaydalarda ən azı aşağıdakı məsələlər əks olunur:

3.2.1. müştərilərin və benefisiar mülkiyyətçilərin eyniləşdirilməsi və verifikasiyası prosedurları;

3.2.3. müştərilərin risk səviyyəsinin müəyyən edilməsi və risk səviyyəsinə uyğun olaraq kateqoriyalaşdırılması;

3.2.4. risk kateqoriyasına uyğun olaraq müştərilərin bank hesablarına və əməliyyatlarına davamlı nəzarət prosedurları;

3.3. Bank müştərinin risk kateqoriyasından asılı olaraq onun bank hesablarına və əməliyyatlarına davamlı nəzarət edir, o cümlədən əməliyyatların qeyri-adi və şübhəli olmasını müəyyən edən prosedurlar müəyyən edir.

3.4. Bank hesablarının açılması, aparılması və bağlanması üzrə risklərin idarə edilməsi məqsədilə bank bütün idarəetmə səviyyələrində dəqiq səlahiyyət bölgüsünü müəyyən edir.

3.5. Bank daxili qaydalarda məsafədən bank hesablarının açılması və (və ya) bank hesabları üzrə məsafədən əməliyyatların aparılması zamanı əməliyyat limitləri müəyyən edə bilər.

3.6. Daxili qaydalar hazırlanarkən peşəkar və etik normaların təmin edilməsi, maraqlar münaqişəsinin və qeyri-qanuni fəaliyyətin qarşısının alınması məqsədi əsas götürülməli və əsassız olaraq müştərilərin maliyyə xidmətlərinə çıxış imkanları məhdudlaşdırılmamalıdır.

3.7. Bank hesabı iki və ya daha çox fiziki şəxsin adına açıldıqda (birgə hesab) bu Qayda ilə müəyyən edilmiş “öz müştərini tanı” prinsipi və müştəriyə dair digər tələblər həmin hesabın sahiblərinə ayrı-ayrılıqda tətbiq edilir.

4. Bank hesablarının açılması, rəsmiləşdirilməsi, imza və möhür nümunəsi vərəqəsi

4.1. Bank “Öz müştərini tanı” prinsipini rəhbər tutaraq bank hesablarının açılmasından əvvəl hesabın açılması üçün müraciət edən şəxsdən bu Qaydaya 1 nömrəli Əlavədə qeyd olunmuş ilkin məlumatlar əldə edir.

4.2. Y eni müştəri üçün bank hesabının açılması bu Qaydaya 2 nömrəli Əlavədə qeyd olunmuş və Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn sənədlərin təqdim edilməsi əsasında həyata keçirilir. Bank tərəfindən əldə edilmiş sənədlərin doğruluğu yoxlanılır , bankda saxlanılması tələb olunan sənədlərin surəti çıxarılır və saxlanılır. Elektron formada əldə edilmiş sənədlər kağız daşıyıcıya köçürülmədən bankda elektron formada saxlanıla bilər.

4.3. Dövlət informasiya sistemlərinə inteqrasiya təmin olunduğu halda bank hesabının açılması üçün bu Qaydaya 2 nömrəli Əlavədə nəzərdə tutulan müvafiq sənəd və məlumatlar, o cümlədən surətinin notariat qaydasında təsdiq edilməsi tələb olunan sənədlər bank tərəfindən həmin informasiya sistemlərindən əldə olunur.

4.4. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri aşağı olduğu üçün barələrində sadələşdirilmiş eyniləşdirmə və verifikasiya tədbirlərinin tətbiq edildiyi müştəri istisna olmaqla, digər müştərinin və/və ya müştərinin səlahiyyətli nümayəndəsinin bu Qaydanın 4.5-4.7-ci bəndlərində qeyd olunmuş əlamətlərdən hər hansı birinə malik olması müəyyən edildikdə müştəri və ya onun səlahiyyətli nümayəndəsi yazılı (fiziki imza, gücləndirilmiş müştəri autentifikasiyası və ya gücləndirilmiş elektron imza ilə təsdiq olunmuş) şəkildə bu Qaydaya 3 nömrəli Əlavədə göstərilmiş əlavə eyniləşdirmə məlumatları təqdim edir (bu məlumatların təsdiqedici sənədlərlə rəsmiləşdirilməsi tələb olunmur).

4.5. Fiziki şəxs və ya fərdi sahibkar olan yeni müştəri üçün bank hesabının açılmasından əvvəl onun və səlahiyyətli nümayəndəsinin (hesab səlahiyyətli nümayəndə vasitəsilə açıldıqda) aşağıdakı əlamətlərdən bir və ya bir neçəsinə malik olması müəyyən olunur:

4.5.1. PL/TMM Qanununun 7.2.1-ci maddəsində nəzərdə tutulmuş halların olması;

4.5.2. PL/TMM Qanununun 7.2.2-ci maddəsində nəzərdə tutulan əməliyyatların həyata keçirilməsi;

4.5.3. PL/TMM Qanununun 7.3-1-ci maddəsində nəzərdə tutulan barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında olması;

4.5.4. bankın daxili nəzarət sistemi çərçivəsində müəyyən edilmiş yüksək risk kateqoriyasına aid olması;

4.5.5. xarici dövlətlərin siyasi xadimi olması.

4.6. Fiziki şəxs və ya fərdi sahibkar olan müştəri adından bank hesabının açılması üçün onların yeni səlahiyyətli nümayəndəsi müraciət etdikdə hesab sahibinin və həmin səlahiyyətli nümayəndənin bu Qaydanın 4.5-ci bəndində nəzərdə tutulmuş əlamətlərdən bir və ya bir neçəsinə malik olması müəyyən olunur.

4.7. Hüquqi şəxs (onun filialı və ya nümayəndəliyi) olan yeni müştəri üçün (səhmlərinin və ya paylarının 100 faizi dövlətə məxsus hüquqi şəxslər, publik hüquqi şəxslər, beynəlxalq təşkilatlar, diplomatik və digər rəsmi nümayəndəliklər istisna olmaqla) bank hesabının açılmasından əvvəl onun bu Qaydanın 4.5-ci bəndində nəzərdə tutulmuş əlamətlərdən bir və ya bir neçəsinə malik olması müəyyən olunur. Bu tələb hüquqi şəxsə hesab açan səlahiyyətli nümayəndəyə, hüquqi şəxsin benefisiar mülkiyyətçilərinə, hüquqi şəxsin idarəetmə orqan(lar)ının rəhbər(lər)inə və hüquqi şəxsin bank hesabları üzrə sərəncam hüququ olan şəxslərə də şamil edilir.

4.8. Bank hesabının açılması üçün müraciət etmiş hüquqi şəxs olan yeni müştərinin eyniləşdirmə və verifikasiyası onun fiziki şəxs olan bütün benefisiar mülkiyyətçilərin kimliyinin müəyyən edilməsinə tam əmin olanadək aparılır. Bunun üçün aşağıdakı ardıcıllığa uyğun olaraq tədbirlər görülür:

4.8.1. hüquqi şəxsdə mühüm iştirak payına malik olan fiziki şəxslər müəyyən edilir (mövcud olduqda) , bu məlumatların doğruluğu etibarlı və müstəqil mənbələr vasitəsilə yoxlanılır, həmin məlumatların surətləri çıxarılır və saxlanılır ;

4.8.2. bu Qaydanın 4.8.1-ci yarımbəndində göstərilən fiziki şəxslərin hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr varsa və ya hüquqi şəxsdə malik olduğu iştirak payı ilə hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxslər yoxdursa, müqavilə və ya digər əsaslar üzrə hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxslər müəyyən edilir , bu məlumatların doğruluğu etibarlı və müstəqil mənbələr vasitəsilə yoxlanılır, həmin məlumatların surətləri çıxarılır və saxlanılır ;

4.8.3. bu Qaydanın 4.8.1-ci və 4.8.2-ci yarımbəndlərində göstərilən şəxslər müəyyən edilməyibsə, həmin hüquqi şəxsin icra orqanına rəhbərliyi həyata keçirən fiziki şəxs eyniləşdirilir.

4.9. Bank hesabı müştəri və ya onun səlahiyyətli numayəndəsi ilə bank arasında kağız daşıyıcıda və ya elektron formada bank hesabı müqaviləsinin bağlanması yolu ilə rəsmiləşdirilir. Bank hesabı müqaviləsi aydın və oxunaqlı olmalıdır. Bank m üştərinin tələbi ilə elektron formada bağlanmış bank hesabı müqaviləsinin surətini ödənişsiz olaraq kağız daşıyıcıda təqdim etməlidir.

4.10. Müştəriyə açılmış bank hesabının nömrəsi bu Qaydaya 7 nömrəli Əlavə ilə müəyyən edilmiş qaydada İBAN (International Bank Account Number) strukturu üzrə müəyyənləşdirilir və bank tərəfindən müştəriyə təqdim edilir.

4.11. Aşağıdakı hallarda tərəflərin razılığı ilə bank hesabı müqaviləsində dəyişiklik edilir və ya yeni müqavilə bağlanır:

4.11.1. dövlət orqanının (qurumunun) və ya bələdiyyənin adı və (və ya) tabeçiliyi dəyişdikdə;

4.11.2. hüquqi şəxsin adı və (və ya) təşkilati-hüquqi forması dəyişdikdə;

4.11.3. filial, nümayəndəlik və ya digər ayrıca bölmənin adı və ya tabe olduğu hüquqi şəxsin adı və (və ya) təşkilati-hüquqi forması dəyişdikdə;

4.11.4. fiziki şəxsin (fərdi sahibkarın) adı, atasının adı və ya soyadı dəyişdikdə.

4.12. Bu Qaydanın 4.11-ci bəndində nəzərdə tutulmuş dəyişikliklər müvafiq təsdiqedici (eyniləşdirmə) sənədlər əsasında aparılır və bu zaman müştəriyə açılmış hesab nömrəsinin dəyişdirilməsi, habelə müştəri tərəfindən yeni şəhadətnamə-dublikatın təqdim edilməsi tələb edilmir.

4.13. Forması bu Qaydaya 5 nömrəli Əlavə ilə müəyyənləşdirilən imza və möhür nümunəsi vərəqəsinin (fiziki şəxslərə və fərdi sahibkarlara münasibətdə imza nümunəsi vərəqəsinin) tərtib edilməsinə dair tələblər aşağıdakılardır:

4.13.1. dövlət orqanının (qurumunun), bələdiyyənin, beynəlxalq təşkilatın, diplomatik və digər rəsmi nümayəndəliyin, hüquqi şəxsin, o cümlədən publik hüquqi şəxsin, onların filial və nümayəndəliyinin, habelə həmkarlar ittifaqının ilk təşkilatının imza və möhür nümunəsi vərəqəsi notariat qaydasında və ya bankın daxili qaydalarında nəzərdə tutulduğu hallarda bankın səlahiyyətli şəxsi tərəfindən təsdiq edilir (bank hesabı üzrə sərəncam hüququnu həmin təşkilatların rəhbərləri və (və ya) müvəkkil edilən şəxslər həyata keçirir, bank hesabı üzrə sərəncam hüququ bir şəxsə məxsus olduqda isə vərəqədə bu barədə qeyd edilir);

4.13.2. fiziki şəxsin, fərdi sahibkarın, xüsusi notariusun, ailə kəndli təsərrüfatının, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçisinin, o cümlədən müvəqqəti cari hesab açan hüquqi şəxsin səlahiyyətli şəxsinin imza nümunəsi vərəqəsi bankın səlahiyyətli şəxsi tərəfindən təsdiq olunur (xüsusi notarius istisna olmaqla şəxsin etibarlılığına, onun fəaliyyət qabiliyyətinə şübhə yarandığı halda bank imza vərəqəsinin notariat qaydasında təsdiqini tələb edir);

4.13.3. imza və möhür nümunəsi vərəqəsində imza hüququna malik iki və ya daha çox şəxsin imzası nəzərdə tutulduqda, imzaların istifadə qaydası həmin vərəqədə qeyd olunur (imzalar birinci və ikinci imza hüququ kimi rəsmiləşdirildikdə, hesaba sərəncam birinci və ikinci imza hüququna malik şəxslərdən hər biri üzrə ən azı birinin imzası olduqda verilə bilər);

4.13.4. vərəqədə müştərinin möhürünün əksi həkk olunur və bu zaman “kadrlar üçün”, “buraxılış üçün”, “arayışlar üçün” və buna oxşar məqsədlər üçün möhür və ştamplardan istifadə oluna bilməz;

4.13.5. müştərinin möhürü olmadıqda, vərəqədə bu barədə qeyd olunur. Müvəqqəti olaraq möhür olmadıqda (müştərinin adı, tabeliyi dəyişdikdə, möhür itirildikdə, yaxud köhnəldikdə), bank sənədlərinin rəsmiləşdirilməsi qaydaları müştəri ilə bank arasında yazılı razılıq əsasında müəyyənləşdirilir;

4.13.6. bank hesabı açılan zaman fiziki şəxs, fərdi sahibkar, ailə kəndli təsərrüfatı və ya mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçisi olan müştəri bank hesabı üzrə sərəncam hüququnu başqa şəxsə də verdikdə, onların bu hüquqdan ayrı-ayrılıqda, yaxud birlikdə istifadə etmələri barədə vərəqədə qeyd aparılır;

4.13.7. bu Qaydanın 3.7-ci bəndinə uyğun olaraq birgə hesab açıldıqda imza nümunəsi vərəqəsində birgə hesab sahiblərinin hesab üzrə sərəncam vermək hüququnun həyata keçirilməsi qaydasını əks etdirən qeyd aparılır;

4.13.8. hesabın fəaliyyəti dövründə müştəri hesab üzrə sərəncam hüququnu başqa şəxsə həvalə etdikdə, səlahiyyətli nümayəndənin imzası notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında və ya müştərinin ərizəsi əsasında bank tərəfindən imza vərəqəsində təsdiq olunur.

4.14. İmza və möhür nümunəsi vərəqəsində imza hüququna malik olan şəxslər dəyişdikdə və ya imza hüququna malik olan şəxslərin sayı artırıldıqda (azaldıldıqda), yaxud vərəqədə əks olunan möhür dəyişdikdə yeni imza və möhür nümunəsi vərəqəsi təqdim olunur . Bu zaman qüvvəsini itirmiş vərəqə bank hesabının rəsmiləşdirilməsinə dair işdə saxlanılır.

4.15. İmza hüququna malik olan şəxslərin qismən dəyişdirilməsi və ya sayının artırılması zamanı imza və möhür nümunəsi vərəqəsinin yenisi ilə əvəz edilməsi mümkün olmazsa, hesab üzrə sərəncam hüququna malik şəxslərin imzaları əlavə imza və möhür nümunəsi vərəqəsində təsdiq edilə bilər, bu şərtlə ki, bu Qaydanın 4.13.3-cü yarımbəndinin tələblərinə uyğun olaraq vərəqədə müvafiq qeyd aparılsın.

4.16. İmza və möhür nümunəsi vərəqəsində imza hüququna malik olan şəxslərin sayı azaldıqda yeni imza və möhür nümunəsi vərəqəsinin tərtib edilməsi mümkün olmazsa, bu barədə hesab sahibinin səlahiyyətli şəxsi tərəfindən banka yazılı ərizə ilə müraciət olunur və bankın səlahiyyətli şəxsi tərəfindən imza və möhür nümunəsi vərəqəsində müvafiq qeydlər aparılır. Müraciətin etibarlığı şübhə yaratdıqda bank hesab sahibindən notariat qaydasında təsdiq edilmiş yeni imza və möhür nümünəsi vərəqəsinin təqdim edilməsini tələb edir.

4.17. Müştərilərin imza və möhür nümunəsinin bank tərəfindən təsdiq olunması bankın səlahiyyətli şəxsi tərəfindən həyata keçirilir. Bu zaman imza sahiblərinin şəxsiyyəti müəyyən edilir, səlahiyyəti və imzalarının həqiqiliyi yoxlanılır. İmza həqiqiliyi imza sahibinin (sahiblərinin) şəxsən iştirakı ilə təsdiq olunur. Bu halda imza və möhür nümunəsi vərəqəsi bank tərəfindən müəyyən edilmiş sayda tərtib olunur.

4.18. Notariat qaydasında təsdiq edilmiş imza və möhür nümunəsi vərəqələri banka iki nüsxədə təqdim edilir.

4.19. Əməliyyatların aparılması üçün tələb olunduqda, imza və möhür nümunəsi vərəqəsinin surətləri bu Qaydanın 4.17-ci bəndinə müvafiq olaraq bankın səlahiyyətli şəxsi tərəfindən təsdiqlənərək kağız daşıyıcıda və ya bankın avtomatlaşdırılmış əməliyyat sistemində yerləşdirilməklə elektron formada əməliyyat bölmələrinə təqdim olunur.

4.20. Bu Qaydanın 4.11-ci bəndində nəzərdə tutulmuş hallarda imza və möhür nümunəsi vərəqəsində müvafiq dəyişiklik edilir və ya yeni imza və möhür nümunəsi vərəqəsi təqdim edilir. Bu zaman müştərinin möhürü dəyişərsə, bu Qaydanın 4.14-cü bəndinə uyğun olaraq yeni imza və möhür nümunəsi vərəqəsi tərtib edilir.

4.21. Etibarnamə əsasında bank hesabının açılması və hesab üzrə sərəncam vermək hüququ səlahiyyətli nümayəndəyə verildikdə imza nümunəsi vərəqəsində səlahiyyətli nümayəndənin imzası təsdiq olunur, hesab sahibinin imza nümünəsinin təsdiqi isə onun hesab üzrə sərəncam verdiyi zaman tələb olunur.

4.22. Bu Qaydanın 5-ci hissəsinə uyğun olaraq məsafədən bank hesabının açılması zamanı imza və möhür nümunəsi vərəqəsinin tərtib edilməsi tələb edilmir. Məsafədən bank hesabı açmış müştəri kağız daşıyıcıda həmin bank hesabı üzrə əməliyyatın həyata keçirilməsinə sərəncam verdikdə, bu Qaydanın tələblərinə müvafiq olaraq imza və möhür nümunəsi vərəqəsi təqdim edilməlidir.

5. Məsafədən bank hesabının açılması

5.1. Bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Qaydanın 5.10-cu bəndində nəzərdə tutulmuş vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur.

5.2. Müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir.

5.3. Məsafədən bank hesabı yalnız bu Qayda ilə tələb edilən bütün sənədlərin bank tərəfindən dövlət informasiya sistemlərindən əldə edildiyi halda açıla bilər.

5.4. Bank bu Qaydanın 3.5-ci bəndinə uyğun olaraq məsafədən açılan bank hesabları ilə bağlı limitlər müəyyən etdikdə, hesab açılarkən həmin limitlərə riayət olunmalıdır.

5.5. Yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır:

5.5.1. rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə;

5.5.2. rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə.

5.6. Bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyri-rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video çəkiliş ilə, rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və ya gücləndirilmiş müştəri autentifikasiyası və video çəkiliş ilə həyata keçirilə bilər. Bu zaman bank video çəkiliş üsulunu riskli hesab etdikdə video zəngi tətbiq edə bilər.

5.7. Gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur.

5.8. Məsafədən bank hesablarının açılması üçün video eyniləşdirməyə (video zəng və video çəkiliş) dair tələblər bu Qaydaya 6 nömrəli Əlavə ilə tənzimlənir.

5.9. Məsafədən bank hesabının açılması üçün bu Qaydanın tələblərinə riayət olunmalı, o cümlədən bu Qaydanın 4-cü hissəsində qeyd olunmuş sənədlər əldə edilməlidir.

5.10. Məsafədən bank hesabının açılması bankın və ya Mərkəzi Bankın operatoru olduğu informasiya sistemi və ya onların mobil tətbiqi vasitəsilə həyata keçirilir.

5.11 Məsafədən bağlanılan bank hesabı müqaviləsinin bütün şərtlərinin müştərinin oxuya biləcəyi formada müvafiq internet resursu və ya mobil tətbiq vasitəsilə müştəriyə təqdim edilməsi və müştərinin həmin mətn üzrə razılığının alınması təmin edilir. Məsafədən bağlanan bank hesabı müqaviləsi bank tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir.

5.12. Bank məsafədən bağlanmış bank hesabı müqaviləsinin müştəriyə kağız və ya digər davamlı daşıyıcıda (məlumatın onun məqsədlərinə uyğun müddət ərzində saxlanmasına imkan verən və saxlanılan məlumatın dəyişikliksiz əks etdirilməsi mümkün olan istənilən vasitə) təqdim edilməsini təmin edir.

5.13. Fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir.

6. Bank hesablarına və hesablar üzrə aparılan əməliyyatlara davamlı nəzarət

6.2. Bu Qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş yoxlama nəticəsində uyğunsuzluqlar müəyyən edildikdə 5 (beş) iş günü ərzində müştəridən və ya onun səlahiyyətli nümayəndəsindən bunun səbəblərini açıqlayan məlumatların və onları təsdiq edən sənədlərin, habelə bu Qaydaya 3 nömrəli Əlavədə göstərilmiş məlumatların yazılı (fiziki imza, gücləndirilmiş müştəri autentifikasiyası və ya gücləndirilmiş elektron imza ilə təsdiq olunmuş) şəkildə 30 (otuz) təqvim günü ərzində verilməsi tələb olunur.

6.3. Bank müxbir bankçılıq xidmətləri göstərdiyi müştərinin (respondent bank) təqdim etdiyi sənəd və məlumatların etibarlılığını, onların bank hesabları vasitəsilə aparılmış əməliyyatların mahiyyətinə uyğunluğunu müştərinin risk kateqoriyasından asılı olaraq bank tərəfindən daxili qaydalarda müəyyən edilmiş dövriliklə, lakin ildə bir dəfədən az olmayaraq yoxlayır və uyğunsuzluq olub-olmamasından asılı olmayaraq, bu Qaydanın 8.3-8.4-cü bəndlərində nəzərdə tutulmuş sənədləri və məlumatları yenidən əldə edir.

6.4. Bank davamlı nəzarət çərçivəsində aşkar etdiyi qeyri-adi, şübhəli, açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan hesablar və əməliyyatlarla bağlı PL/TMM Qanununa uyğun olaraq tədbirlər görür.

7. Bank hesablarının açılmasından imtina edilməsi, əməliyyatların icrasının dayandırılması, bank hesablarındakı vəsaitlərin dondurulması və bank hesablarının bağlanması

7.1. Aşağıdakı hallarda bank hesabının açılmasından imtina edilir:

7.1.1. bank hesabının açılması üçün sənədlər tam təqdim edilmədikdə, təqdim olunmuş sənədlərdə və ya verilmiş məlumatlarda qeyri-dürüst, təhrif olunmuş və ya ziddiyyətli məlumatlar olduqda;

7.1.2. müştərinin, səlahiyyətli nümayəndəsinin və ya benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatları PL/TMM Qanununun 7.3-1-ci maddəsində göstərilmiş siyahıda olduqda;

7.1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 956.3-cü maddəsində nəzərdə tutulmuş hallarda.

7.2. Bank hesabının açılmasından imtina edildiyi halda bank müştərinin və ya onun səlahiyyətli nümayəndəsinin tələbi ilə onlara qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla hesabın açılmasından imtinanın səbəbi barədə yazılı (elektron və ya kağız daşıyıcıda) məlumat verir. Bank hesabının açılmasından imtina edildikdə bank tərəfindən əldə olunmuş məlumatlar bankda saxlanıla bilər.

7.3. Bank hesabı müqaviləsinin ləğv edilməsi müştərinin hesabının bağlanması üçün əsasdır. Aşağıda müəyyən olunmuş hallarda bank tərəfindən müştərinin bank hesabı bağlanılır:

7.3.1. müştərinin və ya səlahiyyətli nümayəndəsinin müraciətinə əsasən;

7.3.2. büdcə təşkilatına xüsusi cari bank hesabının açılması üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən verilmiş icazə geri çağırıldıqda;

7.3.3. bu Qaydanın 6.2-ci bəndinin tələbləri pozulduğu halda;

7.3.4. müştəri və benefisiar mülkiyyətçinin eyniləşdirilməsi və verifikasiyası ilə bağlı tələblərin yerinə yetirilməsi mümkün olmadıqda, müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığına dair şübhələr yarandıqda, habelə müştərinin işgüzar münasibətlərinin mahiyyəti və məqsədi barədə məlumatları əldə etmək mümkün olmadıqda;

7.3.5. bank hesabı müqaviləsində nəzərdə tutulan digər hallarda.

7.4. Bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda, bu Qaydanın 7.3-cü bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 969-cu maddəsində göstərilmiş hallarda bank hesablarının bağlanması məhkəmənin qərarı ilə həyata keçirilir.

7.5. Bank hesabı müqaviləsi ləğv edildiyi halda bank hesabındakı pul vəsaitinin qalığının hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Hesabdakı pul vəsaitinin qalığı müştəri tərəfindən geri alınmadıqda və ya vəsaitin köçürülməli olduğu yeni hesab banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür və müştəriyə bu barədə yazılı (elektron və ya kağız daşıyıcıda) məlumat verilir.

7.6. Vəfat etmiş və xəbərsiz itkin düşmüş fiziki şəxslərin bank hesabları üzrə vəsait qalığının hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

7.7. Şəhadətnamə-dublikat əsasında açılmış bank hesabı bağlandıqda, bu barədə məlumat 3 (üç) iş günü müddətində vergi orqanına göndərilir.

7.8. Bank hesabı bağlandıqda hesabın rəsmiləşdirilməsinə dair bütün sənədlər qanunvericiliklə müəyyən olunmuş müddətdə bankda saxlanılır.

7.9. Bankların hesabları aşağıdakı hallarda bağlanılır:

7.9.1. bankın müraciətinə əsasən;

7.9.2. bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edildikdə, Mərkəzi Bankın yazılı müraciəti ilə.

7.10. Müştərilərin bank hesablarına dair sərəncam verilməsinin məhdudlaşdırılması, o cümlədən hesab üzrə əməliyyatların dayandırılması, dondurulması və bununla əlaqədar müştərilərin məlumatlandırılması ilə bağlı məsələlər qanunla tənzimlənir.

8. Xarici bankların yerli banklarda müxbir hesablarının açılması, aparılması və bağlanması

8.1. Xarici bankların yerli banklarda müxbir hesablarının açılması, aparılması və bağlanması qaydası “Öz müştərini tanı” prinsipini rəhbər tutmaqla bankın daxili qaydalarında əks olunur.

8.2. Yerli bank bu Qaydaya 4 nömrəli Əlavədə göstərilmiş sənədləri əldə edir və əldə edilmiş sənədləri, o cümlədən məlumatları etibarlı mənbələr (bank nəzarəti orqanına sorğular göndərməklə və ya rəsmi nəşrlər və mənbəyi məlum olan digər məlumatlar) vasitəsilə yoxlayır.

8.3. Xarici bankların yerli banklarda müxbir hesablarının açılmasından əvvəl yerli bank ən azı aşağıdakı məlumatları əldə etməklə risk qiymətləndirməsi aparır və risklərin idarə edilməsi üzrə tədbirlər görür:

8.3.1. xarici banka göstəriləcək bank xidmətlərinin məqsədi;

8.3.2. korrespondent bankda (respondent bankın xeyrinə müxbir hesab açan) açılmış müxbir hesabdan respondent bankın (xeyrinə müxbir hesab açılan bank) respondent bankları tərəfindən istifadə edilməsi;

8.3.3. korrespondent bankda açılmış müxbir hesabdan respondent bankın müştərisi olan fiziki və ya hüquqi şəxsə birbaşa istifadəyə imkan verilməsi;

8.3.4. xarici bankın əsas fəaliyyət istiqaməti, habelə müştəriləri üçün təklif etdiyi xidmət növləri və müştəri kateqoriyası (hüquqi şəxslər, fiziki şəxslər və s.);

8.3.5. xarici bankın yerli bank tərəfindən tələb edilən dövr (ən azı son bir il, bir ildən az fəaliyyət göstərdikdə isə fəaliyyətini əhatə edən dövr) ərzində apardığı əməliyyatların növləri və sayı;

8.3.6. xarici bankın idarəetmə orqanları, təşkilati strukturu, benefisiar mülkiyyətçiləri;

8.3.7. xarici bankın cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı risklərinin müəyyən edilməsi və qarşısının alınması üzrə daxili nəzarət sistemi, siyasət və prosedurlarının olması, o cümlədən respondent bankın öz müştərilərini tanıması üçün tətbiq etdiyi tədbirlər;

8.3.8. xarici bankın sağlam nüfuzu, habelə xarici banka və ya rəhbər şəxsinə qarşı səlahiyyətli qurum tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmalara görə istintaq hərəkətlərinin aparılması, məsuliyyətə cəlb edilməsi və ya nəzarət orqanı tərəfindən sanksiyanın tətbiq edilməsi;

8.3.9. xarici bankın fəaliyyət göstərdiyi ölkə;

8.3.10. xarici bankın törəmə cəmiyyətləri və filiallarının yerləşdiyi ölkə, o cümlədən müxbir bankçılıq xidmətlərindən istifadə edəcək üçüncü tərəflərin yerləşdiyi ölkə;

8.3.11. xarici bankın ölkəsində (respondent bank holdinq şirkətinin tərkibində olduqda, holdinq şirkətinin qeydiyyatda olduğu ölkədə) tətbiq olunan tənzimləmə və nəzarət (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə normativ hüquqi çərçivə haqqında).

8.4. Korrespondent bankda açılmış müxbir hesabdan respondent bankın respondent bankları tərəfindən istifadə edilməsi məlum olduqda, müxbir hesab açan respondent bankın risk qiymətləndirilməsini aparmaq məqsədilə korrespondent bank aşağıdakı məlumatları da əldə edir:

8.4.1. respondent bankın xidmət göstərdiyi maliyyə institutlarının sayı və növü;

8.4.2. respondent bankla onun respondent banklarının fərqli ölkədə yerləşib-yerləşməməsi və həmin ölkədə (ölkələrdə) dövlət nəzarəti ilə əhatə edilib-edilməməsi;

8.4.3. respondent bankın müxbir hesabından digər respondent banklara göstərdiyi xidmətlərin növləri;

8.4.4. respondent bankın respondent bankları arasında müxbir bankçılıq münasibətlərinin davamlılıq müddəti.

8.5. Respondent bankın müxbir hesabından üçüncü şəxslər tərəfindən birbaşa istifadə edilməsi (payable-through account) nəzərdə tutulduqda, korrespondent bank həmin şəxsləri eyniləşdirməli və verifikasiya etməli, habelə respondent bank tərəfindən də bu cür tədbirlərin görüldüyünə və korrespondent bankın sorğusu olduqda müvafiq məlumatların ona təqdim ediləcəyinə əmin olmalıdır (korrespondent bankla respondent bank arasında müxbir bank hesabı müqaviləsinə müvafiq şərtin daxil edilməsi və ya belə əminliyi müəyyən edən digər təsdiqləyici sənəd vasitəsilə).

8.6. Müxbir bankçılıq münasibətlərinin qurulması və bu münasibətlərə xitam verilməsi barədə qərar korrespondent bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən qəbul edilir.

8.7. Aşağıdakı hallarda müxbir hesabların açılmasından imtina edilir:

8.7.1. hesab açılması üçün bu Qaydaya 4 nömrəli Əlavədə göstərilmiş sənədlər tam təqdim edilmədikdə;

8.7.3. müxbir bankçılıq münasibətlərinin qurulması ilə bağlı risklərin idarə edilməsi üçün tədbirlərin görülməsi, o cümlədən bu Qaydanın 8.5-ci bəndinin icrası mümkün olmadıqda;

8.7.4. respondent xarici bank hər hansı bir dövlətdə və ya ərazidə fiziki mövcudluğu olmayaraq dövlət qeydiyyatına alınmış və/və ya müvafiq fəaliyyətlə məşğul olmaq üçün lisenziya almış, lakin dövlət nəzarəti ilə əhatə edilməyən qurum olduqda, o cümlədən müxbir hesabdan qeyd edilən xüsusiyyətlərə malik bank tərəfindən istifadə ediləcəyi müəyyən edildikdə.

8.8. Bank aşağıda müəyyən olunmuş hallarda müştərinin müxbir hesabını bağlayır:

8.8.1. xarici bankın müraciətinə əsasən;

8.8.2. müxbir hesabın açılması üçün təqdim edilən sənədlər etibarsız hesab olunduqda, o cümlədən həmin sənədlərin etibarsız hesab olunması ilə bağlı müvafiq orqandan məlumat daxil olduqda;

8.8.3. xarici bankın bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edildikdə;

8.8.5. müxbir hesab müqaviləsində nəzərdə tutulan digər hallarda.

8.9. Bu Qaydada müxbir bankçılıq münasibətləri ilə bağlı respondent xarici banklara münasibətdə müəyyən edilmiş tələblər analoji olaraq yerli banklarda müştəri əməliyyatlarının aparılması məqsədilə hesab açmaq istəyən digər xarici maliyyə institutlarına da şamil edilir.

“Bank hesablarının açılması, aparılması

və bağlanması Qaydası”na

Bank hesablarının açılmasından əvvəl əldə olunan ilkin məlumatlar

1. Müştəri tərəfindən məlumatların təqdim edilmə tarixi:

FİZİKİ ŞƏXSLƏRƏ DAİR:

2. Müştərinin adı və soyadı, atasının adı, doğum tarixi və yeri;

5. Fərdi identifikasiya nömrəsi, bu olmadıqda şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi, bu da olmadıqda şəxsiyyəti təsdiq edən sənədin digər fərdi eyniləşdirmə məlumatı;

6. Qeydiyyatda olduğu və faktiki yaşayış ünvanı;

7. Rezident və ya qeyri-rezident olması;

8. Stasionar və ya mobil telefon nömrəsi, elektron poçt ünvanı;

9. İşlədiyi (sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu) yerin adı (olduqda) və ünvanı, tutduğu vəzifə;

10. VÖEN (sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda);

12. Bank hesabı üzrə ehtimal edilən əməliyyatların məqsədi.

HÜQUQİ ŞƏXSLƏRƏ DAİR:

13. Hüquqi şəxsin adı, təşkilati hüquqi forması;

14. Hüquqi şəxsin hüquqi ünvanı və əsas fəaliyyətinin faktiki həyata keçirildiyi ünvan;

16. Benefisiar mülkiyyətçilər;

17. Bank hesabı üzrə sərəncam hüququ olacaq (olan) şəxslərin adı, soyadı, ata adı, fərdi identifikasiya nömrəsi, şəxsiyyəti təsdiq edən sənədin seriyası və nömrəsi və ya digər fərdi eyniləşdirmə məlumatı;

18. Stasionar, mobil telefon və faks nömrəsi, elektron poçt ünvanı;

19. Rəhbər vəzifə tutan şəxsləri ( hüquqi şəxsin cari və ya daimi münasibətləri barədə qərarvermə səlahiyyəti olan şəxslər ) barədə məlumatlar;

20. Fəaliyyətinin məqsəd və mahiyyəti, əsas fəaliyyət sahələri;

21. Nizamnamə kapitalının məbləği (manat ekvivalentində);

22. Əməkdaşlarının ümumi sayı, habelə filial, şöbə və nümayəndəliklərinin sayı;

23. Bu Qaydanın 4.7-ci bəndində qeyd olunan əlamətlərin müəyyən edilməsi üçün məlumatlar;

24. Bank hesabı üzrə ehtimal edilən əməliyyatların məqsədi.

“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na

Bank hesablarının açılması üçün tələb olunan sənədlər və məlumatlar

1. Dövlət qurumları, bələdiyyələr, hüquqi şəxslər, o cümlədən publik hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən cari hesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:

1.1. bələdiyyənin nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi aktın mətni;

1.2. hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

1.3. müvafiq dövlət hakimiyyəti orqanının aktı ilə təsdiq olunmuş nizamnamə (əsasnamə) əsasında fəaliyyət göstərən dövlət qurumunun və publik hüquqi şəxsin nizamnaməsini (əsasnaməsini) təsdiq edən hüquqi aktın surəti;

1.4. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);

1.5. fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd;

1.6. kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri, habelə fərdi sahibkarlar üçün vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat;

1.7. imza nümunəsi/imza və möhür nümunəsi vərəqəsi.

2. Hüquqi şəxslərin filiallarına və nümayəndəliklərinə cari hesabların açılması üçün aşağıdakı sənədlər tələb olunur:

2.1. hüquqi şəxsin dövlət reyestrindən çıxarışının notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);

2.2. filialın, nümayəndəliyin hüquqi şəxs tərəfindən təsdiq edilmiş əsasnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti (nümunəvi əsasnamə əsasında fəaliyyət göstərən qurumlar üçün əsasnaməsinin nümunəvi olduğunu təsdiq edən sənəd tələb olunur);

2.3. vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat;

2.4. imza və möhür nümunəsi vərəqəsi.

3. Fiziki şəxsin cari hesabının açılması üçün hazırki Əlavənin 8.2-ci bəndində göstərilən sənədlər əldə olunur.

4. Həmkarlar ittifaqının ilk təşkilatına cari hesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:

4.1. Həmkarlar ittifaqı ilk təşkilatının yaradılması haqqında üzv olduğu həmkarlar ittifaqı birliyi tərəfindən təsdiq edilmiş qərar və ya qərardan çıxarış;

4.2. üzv olduğu həmkarlar ittifaqı birliyinin nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

4.3. imza və möhür nümunəsi vərəqəsi;

4.4. vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat.

5. Ailə kəndli təsərrüfatına cari hesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:

5.1. müvafiq ərazi üzrə uçota alındığı bələdiyyə tərəfindən verilmiş vəsiqənin notariat qaydasında təsdiq olunmuş surəti;

5.2. ailə kəndli təsərrüfatın başçısının şəxsiyyətini təsdiq edən sənəd;

5.3. vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat;

5.4. imza nümunəsi vərəqəsi.

6. Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçilərinə cari hesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:

6.1. mülkiyyətçinin şəxsiyyətini təsdiq edən sənəd;

6.2. vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat;

6.3. imza nümunəsi vərəqəsi.

7. Müvəqqəti cari hesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:

7.2. hüquqi şəxslər üçün onların dövlət qeydiyyatına alınanadək nizamnamə, şərikli kapitallarının, habelə əmlak paylarının ödənilməsi məqsədilə hesab açıldıqda və hesabın açılması üçün təsisçinin (təsisçilərin) müvəkkil etdiyi şəxs müraciət etdikdə, həmin şəxsə təsisçi (təsisçilər) tərəfindən verilmiş və notariat qaydasında təsdiq olunmuş etibarnamə və müvəkkil şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

7.3. imza nümunəsi/imza və möhür nümunəsi vərəqəsi;

7.4. investisiya qiymətli kağızları kütləvi təklif edilərkən onların dəyərini ifadə edən pul vəsaitlərinin saxlanılması üçün müvəqqəti cari hesabın açılması zamanı qiymətli kağızların dövlət reyestrindən çıxarışın və emissiya prospektinin təsdiq olunması haqqında yazılı bildirişin surətləri (“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda).

8. Əmanət (depozit) hesabının açılması üçün aşağıdakı sənədlər tələb olunur:

8.1. dövlət qurumları, bələdiyyələr, fərdi sahibkarlar, hüquqi şəxslər, o cümlədən publik hüquqi şəxslər, onların filial və nümayəndəlikləri üçün, habelə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi məqsədilə səlahiyyətli dövlət orqanı üçün hazırki Əlavənin 1-ci və 2-ci hissələrində göstərilən sənədlər;

8.2. fiziki şəxslər üçün:

8.2.1. şəxsiyyətini təsdiq edən sənəd (hazırki Əlavənin 2 saylı Qeydinin 4, 5 və 6-cı hissələrində göstərilən sənədlər təqdim edilir, bankda saxlanılması üçün surəti çıxarılır və sənəd geri qaytarılır);

8.2.2. imza nümunəsi vərəqəsi.

8.3. ailə kəndli təsərrüfatı üçün hazırki Əlavənin 5-ci hissəsində göstərilən sənədlər;

8.4. mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadə edən torpaq mülkiyyətçiləri üçün hazırki Əlavənin 6-cı hissəsində göstərilən sənədlər.

9. Üçüncü şəxslərin xeyrinə bank əmanəti hesabının açılması üçün aşağıdakı sənədlər və məlumatlar tələb olunur:

9.1. xeyrinə hesab açılan şəxsin eyniləşdirilməsini mümkün edən məlumatlar (hüquqi şəxs üçün-onun adı və dövlət reyestrindən çıxarışın məlumatları, fiziki şəxs üçün-adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənəd (hazırki Əlavənin 2 saylı Qeydinin 4, 5 və 6-cı hissələrində göstərilən sənədlər təqdim edilir, bankda saxlanılması üçün surəti çıxarılır və sənəd geri qaytarılır);

9.2. hesabı açan fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənəd (hazırki Əlavənin 2 saylı Qeydinin 4, 5 və 6-cı hissələrində göstərilən sənədlər təqdim edilir, bankda saxlanılması üçün surəti çıxarılır və sənəd geri qaytarılır);

9.3. hesabı açan hüquqi şəxs olduqda, nizamnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);

9.4. xeyrinə depozit hesabı açılan şəxs hesab üzrə əmanətçi hüquqlarından istifadə etmək niyyətini banka bildirdikdə, əmanət (depozit) hesabı açılması üçün bu Qayda ilə müəyyən edilmiş sənədlər həmin şəxsə münasibətdə tələb olunur;

9.5. hesabı açan şəxs açdığı hesabdan Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq surətdə özü istifadə etdikdə, həmin fiziki şəxs barəsində əmanət (depozit) hesabının açılması üçün bu Qayda ilə müəyyən edilmiş sənədlər, hüquqi şəxs barəsində isə imza və möhür nümunəsi vərəqəsi və hazırki Əlavənin 1.6-cı bəndində göstərilən sənədlər tələb olunur.

10. Cari subhesabın açılması üçün aşağıdakı sənədlər tələb olunur:

10.1. hüquqi şəxsin dövlət reyestrindən çıxarışının notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);

10.2. vergi orqanı tərəfindən hüquqi şəxsə verilmiş şəhadətnamə-dublikat. Yerli qurum vergi ödəyicisi olduqda özünün şəhadətnamə-dublikatı;

10.3. imza və möhür nümunəsi vərəqəsi.

11. Bankların və digər kredit təşkilatlarının bank hesablarının açılması zamanı hazırki Əlavənin 1-ci hissəsində nəzərdə tutulan sənədlərə əlavə olaraq banklar tərəfindən hesab üzrə sərəncam hüququna malik olan inzibatçının (inzibatçıların) təyinatı ilə bağlı Mərkəzi Bank tərəfindən verilmiş yazılı məlumat təqdim olunur.

12. Hüquqi şəxs və fərdi sahibkar olan müştərinin müxtəlif növ və valyutada bank hesabları eyni bankda açıldıqda yeni hesab üzrə vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat tələb olunur. Bankda açılan yeni hesab üzrə sərəncam vermək hüququ digər şəxslərə həvalə edildikdə, yeni hesab üzrə imza və möhür nümunəsi də təqdim olunur.

13. Büdcə təşkilatlarına xüsusi cari hesabın açılması üçün hazırki Əlavənin 1-ci hissəsində nəzərdə tutulan müvafiq sənədlər və Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyinin icazə məktubu tələb olunur.

14. Xüsusi notariusun cari hesabı və zəmanət kassası hesabının açılması üçün aşağıdakı sənədlər tələb olunur:

14.1. xüsusi notariusun qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;

14.2. imza və möhür nümunəsi vərəqəsi.

15. Sığorta bank hesabının açılması üçün aşağıdakı sənədlər tələb olunur:

15.1. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;

15.2. imza və möhür nümunəsi vərəqəsi.

16. Dövlət və xüsusi notariusun depozit hesabının açılması üçün aşağıdakı sənədlər tələb olunur:

16.1. notariat fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumunun notariusun bankda depozit hesabının açılmasına razılıq məktubu;

16.2. xüsusi notariusun qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq olunmuş surəti;

16.3. imza və möhür nümunəsi vərəqəsi.

17. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxsin xüsusi hesabının açılması üçün aşağıdakı sənədlər tələb olunur:

17.1. hesab açan şəxs rezident hüquqi şəxs, qeyri-rezident hüquqi şəxsin filialı və ya fərdi sahibkar olduqda, müvafiq olaraq həmin şəxs üçün bu Qaydada əmanət hesabının açılması üçün tələb olunan sənədlər.

18. Rezident olan şəxslərə xarici valyutada bank hesablarının açılması üçün hazırki Əlavənin müvafiq hissələrində göstərilən sənədlər tələb olunur.

19. Qeyri-rezidentlərə milli və xarici valyutada bank hesablarının açılması üçün aşağıdakı sənədlər tələb olunur:

19 .1. hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikasında dövlət reyestrindən çıxarışının notariat qaydasında təsdiq olunmuş surəti (ən son dəyişiklikləri əks etdirməklə);

19.2. hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş əsasnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

19.3. fiziki şəxsin (fərdi sahibkarın) şəxsiyyətini təsdiq edən sənəd;

19.4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə başqa hal nəzərdə tutulmadıqda, hüquqi şəxs olan qeyri-rezidentin təsis və qeydiyyat sənədlərinin qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surətləri (hesab xarici hüquqi şəxs üçün açıldıqda);

19.5. vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat (sahibkarlıq fəaliyyəti məqsədi ilə açılan hesablar üçün);

19.6. imza nümunəsi/imza və möhür nümunəsi vərəqəsi;

19.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulduğu halda, hesabın açılması üçün xarici ölkənin müvafiq dövlət qurumlarının (maliyyə bazarlarına nəzarət orqanının və ya digər dövlət qurumunun) xüsusi icazəsi (hazırki Əlavənin 19.4-cü bəndində nəzərdə tutulmuş qaydada);

19.8. Beynəlxalq təşkilatlara, diplomatik və digər rəsmi nümayəndəliklərə bank hesablarının açılması üçün aşağıdakı sənədlər tələb olunur:

19.8.1. beynəlxalq təşkilatın, diplomatik və digər rəsmi nümayəndəliyin statusunu təsdiqləyən sənəd (Azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydasında təsdiq edilmiş surəti);

19.8.2. imza və möhür nümunəsi vərəqəsi.

20. Ləğv edilən bankın cari hesabının açılması üçün Mərkəzi Banka müvafiq olaraq aşağıdakı sənədlər təqdim olunur:

20.1. ərizə (ləğvetmə komissiyası, ləğvedici adından verilən ərizə cari hesaba sərəncam vermək səlahiyyətinə malik olan şəxslər tərəfindən imzalanır);

20.2. bank könüllü ləğv edildikdə, bankın ləğvi və ləğvetmə komissiyasının yaradılması haqqında səhmdarların ümumi yığıncağının qərarı (qərarda hesab üzrə sərəncam hüququ olan şəxslər göstərilməlidir);

20.3. bankın məcburi ləğvi və ya müflis elan edilməsi, habelə ləğvedicinin təyin edilməsi barədə məhkəmənin qərarı;

20.4. imza və möhür nümunəsi vərəqəsi.

1. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış kommersiya hüquqi şəxslərinə, publik hüquqi şəxslərə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, qeyri-kommersiya hüquqi şəxslərə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini qurumlara Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilir.

2. 1992-ci il 1 oktyabr tarixinədək müvafiq icra hakimiyyəti orqanlarında, 1996-cı il 1 iyun tarixinədək isə aşağıda göstərilən orqanlarda dövlət qeydiyyatına alınmış şəxslərin dövlət qeydiyyatı haqqında sənədləri hazırki Əlavənin 1.4-cü bəndində qeyd olunan qeydiyyat sənədi ilə eyni hüquqi qüvvəyə malikdir:

2.1. sığorta təşkilatları – Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətində;

2.2. banklar – Azərbaycan Respublikasının Milli Bankında;

2.3. tədris müəssisələri – Azərbaycan Respublikasının Nazirlər Kabinetində və Təhsil Nazirliyində;

2.4. icarə müəssisələri, mənzil-tikinti kooperativləri və kəndli (fermer) təsərrüfatları – yerli icra hakimiyyəti orqanlarında;

2.5. kütləvi informasiya vasitələri – Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyində;

2.6. birgə və tam xarici investisiyalı müəssisələr – Azərbaycan Respublikasının Maliyyə Nazirliyində;

2.7. xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri – Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində.

Hazırki Əlavənin 1.5-ci, 5.2-ci, 6.1-ci, 7.1-ci, 7.2-ci, 8.2.1-ci, 9.1-ci, 9.2-ci və 19.3-cü bəndlərinin, habelə bu Qaydaya 4 nömrəli Əlavənin 3-cü hissəsinin məqsədləri üçün şəxsiyyəti təsdiq edən sənədlərə aşağıdakılar aiddir:

1. şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün);

2. pasport, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqəsi və ya Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər sərhədkeçmə sənədləri (əcnəbilər üçün);

3. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi, yaxud Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün vətəndaşlığı olmayan şəxslərə verilən icazə vəsiqəsi;

4. hərbi bilet (hesabın açılması və ya əməliyyatın aparılması anında həqiqi hərbi xidmətdə olan şəxslər üçün);

5. hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (kursantların həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa) onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş formada verilmiş vəsiqələr;

6. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına verilmiş hərbi bilet;

7. qaçqın statusu olan şəxslərin qaçqın vəsiqəsi və ya Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərin himayəyə götürüldüyünü və olduğu yer üzrə qeydiyyatını təsdiqləyən sənəd.

1. Müvəqqəti cari hesab üzrə yalnız təsərrüfat subyektinin nizamnamə kapitalının (şərikli kapitalın, payların) formalaşdırılması və bank xidmətləri haqqının ödənilməsi ilə bağlı əməliyyatlar aparıla bilər (bu Qeydin 4-cü hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla).

2. Dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu almış təsərrüfat subyektinə müvəqqəti cari hesabı olan bankda və ya onun seçdiyi digər bankda bu Qaydada müəyyən olunmuş qaydada cari hesab açılır və hesabda olan vəsait onun müvəkkil şəxsinin tapşırığına əsasən həmin cari hesaba köçürülür.

3. Təsərrüfat subyekti dövlət qeydiyyatına alınmadıqda, müvəqqəti cari hesaba mədaxil edilmiş vəsait müvəkkil şəxsin sərəncamına əsasən geri qaytarılır və ya təsisçilərin bank hesablarına köçürülür.

4. Mərkəzi Bank investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatı təsdiq etdikdən sonra kütləvi təklif edilən investisiya qiymətli kağızlarının dəyərini ifadə edən pul vəsaitlərinin saxlanılması üçün açılmış müvəqqəti cari hesab bağlanılır və hesabda olan pul vəsaitləri emitentin hesabına köçürülür (kütləvi təklif edilən investisiya qiymətli kağızları üçün).

“Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na

Əlavə eyniləşdirmə məlumatları

Bank Hesabını Necə Tapmaq Olar

Bank hesabı nömrəsini bir neçə yolla öyrənə bilərsiniz. Hesabdakı vəsaitlərin hərəkətini əks etdirən bir giriş kitabçanız və ya oxşar sənədiniz varsa, sonuncunun nömrəsi başlıq səhifəsində göstərilir. Mümkünsə bir bank filialını ziyarət edə, zəng mərkəzinə zəng edə və ya İnternet bankçılığına gedə bilərsiniz. Bank hesabını necə tapmaq olar

Vacibdir

  • – pasport;
  • – telefon;
  • – İnternetə çıxışı olan bir kompüter.

Təlimat

Addım 1

Banka gələrkən pasportunuzun yanında olmalısınız və bank kartınız varsa. Vəkil ilə əlaqə qurun və hesab nömrəsini öyrənmək istədiyinizi söyləyin. Yazdırılacaq və ya sizə diktə ediləcəkdir.

Birinci seçim üstünlük təşkil edir, ikinci halda operatordan hər şeyin düzgün yazıldığını yoxlamasını istəyin.

Addım 2

Bankın zəng mərkəzinə də zəng edə bilərsiniz, eyniləşdirmədən keçə bilərsiniz (prosedur bankdan asılıdır: bəzilərində hesaba bağlı telefon nömrəsi ilə avtomatik olaraq müəyyənləşirsiniz, bəzilərində parol və ya kod daxil etməlisiniz, üçüncüsündə – şəxsi məlumatlar: plastik kart nömrəsi, pasport, doğum tarixi və s.), səsli təlimatları izləyin, operatora qoşulma əmri verin və ondan hesab nömrəsini diktə etməsini xahiş edin.

Operator əlavə identifikasiya tələb edə bilər. Məsələn, gizli bir söz, doğum tarixi, pasportunuzun nömrəsini və seriyasını səsləndirməyinizi və s.

Nömrəni yazın və düzgün yazdığınızı yoxlayın.

Addım 3

İnternet bankçılığından istifadə edərək hesab nömrəsini tapmaq üçün daxil olun. Çox vaxt, müvəffəqiyyətli bir girişdən dərhal sonra bütün hesablarınızın nömrələri görünür, yalnız yenidən yazmaq və ya daha etibarlı bir şəkildə kopyalamaq qalır.

Əks təqdirdə, hesablar, kartlar və digər bank məhsulları haqqında məlumatlarla sekməyə keçin. Bankdan asılı olaraq, hesab nömrəsi bundan dərhal sonra görünə bilər və ya adını və ya yanındakı linki vurmalısınız.

Bank hesabı necə açılır?

Sahibkarlıq fəaliyyətinə başlamağın ilkin şərtlərindən biri də bank hesabı açılmasıdır. Mövzu ilə bağlı maraq doğuran məqamları iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 35-ci maddəsi bankların vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələrə həsr olunub. 35.1-ci maddədə göstərilir ki, dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verir.

Vergi Məcəlləsinin 35.1-ci maddəsinin ikinci cümləsində qeyd edilir ki, vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir. Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir.

Bunu nümunə əsasında ifadə etsək, vergi ödəyicisi bank hesabının açılması ilə bağlı şəhadətnamə-dublikat almaq üçün 23 fevral 2021-ci ildə müraciət edərsə, vergi orqanı şəhadətnamə-dublikatı ona 25 fevral 2021-ci ildən gec olmayaraq təqdim etməlidir.

Təbii ki, həmin günlər istirahət günlərinə təsadüf etdikdə, müddət axımının tələblərinə riayət edilir. Məsələn, 23 oktyabr 2020-ci ildə (cümə günü) bank hesabı ilə bağlı şəhadətnamə-dublikat üçün müraciət etmiş vergi ödəyicisinə vergi orqanından təqdim olunan bildirişdə hesab açılması üçün onun banka müraciət imkanının 27 oktyabr 2020-ci idə yaradıldığının qeyd edilməsinə səbəb 24 və 25 oktyabr 2020-ci il tarixlərinin müvafiq olaraq şənbə və bazar günlərinə təsadüf etməsidir.

Qeyd edək ki, vergi ödəyicisi bank hesabı açmaq üçün şəhadətnamə-dublikata müraciət etdikdə vergi ödəyicisinə vergi orqanı tərəfindən “Bank idarəsində hesab açılması barədə şəhadətnamə-dublikatın alınması üçün ərizənin qəbul edilməsi barədə” bildiriş forması təqdim edilir. Həmin bildirişdə vergi ödəyicisinin banka hansı tarixdən müraciət etməsi haqqında qeyd olur.

Comments are closed, but trackbacks and pingbacks are open.