Press "Enter" to skip to content

Visa elektron karta pul köçürmek

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Kartlar üzrə xidmətlər

• Vəsaitin köçürülməsinə görə komisyon haqqı maaş kartları üçün 1%-dir (min 1 AZN), debet kartları üçün isə komissiya haqqı 0% təşkil edir.

Card to Card

Xidmətin şərtləri:

• Card to Card vəsaitin köçürülməsi xidməti proqramı müştərilərə bir ödəniş kartın kart hesabından digərinə bankomat və Mobil Bank vasitəsi ilə pul köçürmələri imkanı yaradır;

• Xidmətdən Kapital Bankın Visa Electron, Visa Classic, Visa Gold, Visa Business/ Business Gold, Visa Platinum, MasterCard Maestro, MasterCard Standard, MasterCard Gold, MasterCard Platinum, kart sahibləri istifadə edə bilərlər;

• Card to Card xidməti vasitəsi ilə göndərilən vəsait digər hesaba dərhal mədaxil olunur.

Köçürmə aparılması qaydaları:

• Kart sahibi, ATM-yə kartı daxil edib ekranda müvafiq menyunu “Ödəmələr” sonra isə “Card to Card” seçir;

• Menyu seçildikdən sonra, kart sahibi köçürməni aparmaq istədiyi digər kartın üstündəki 16 rəqəmli nömrəsini (2 dəfə) daxil edir;

• Məbləği və valyutanı daxil edib əməliyyatı təsdiq edir.

• Əməliyyat uğurla tamamlanmışdır.

Visa elektron karta pul köçürmek

salam mənim sizə 2 sualım olacaq deməli mənim visa elektron kartım var öyrənmək istəyirdim ki tutaq digər şəxsin visa kartı yoxdur hemin şəxs mənim visa elektron kartıma necə və hardan pul köcüre bilər və en əsası pul köçüren şexs mənim visa kartımın hansı rəqəmli kodlarını bilmelidir?ki mənim visa elektton kartıma pul köçüre bilsin oxuduğunuz ücün size minnetdaram suallarıma cvb gözıəyirəm

Sualı verdi: roben93 ( 02/10/2013 )

Kateqoriya: Sual . hesab, pul köçürmə, visa kart. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Kartınızın aid olduğu bankın hansısa filialına yaxınlaşıb (bəlkə də istənilən banka, burasınə dəqiq bilmirəm), kartın 12 rəqəmli əsas kodunu deyib ora pul köçürə bilər.
Və ya kart olmadan daha universal həll var. Siz bankınızdan kartınızın bağlı olduğu bank hesab rekvizitləri(hesab nömrəsi,swift kod, müxbir hesba və.s. hamsı bir kağızda çap edib verirlər) öyrənsəniz, bank hesab rekvizitləri ilə istər ölkə daxilində, istər xaricdə banklara yaxınlaşıb sizə pul köçürmək mümkündür.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin

Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Terminaldan bank kartına pul köçürməsinə faiz tutulacaq? – AÇIQLAMA

Azərbaycanda ödəmə terminalları vasitəsilə bankların debet kartına mədsaxil zamanı hər hansı komissiya tutulmurdu. Lakin iddialara görə, artıq ödəniş terminalları sözügedən əməliyyatlar zamanı müşəridən müəyyən faiz tutmağa başlayıb. Bununla bağlı sosial şəbəkələrdə də etirazlara rast gəlmək mümkündür.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı ölkənin aparıcı elektron ödəniş sistemləri “Komtec” Ltd (MilliÖn ticarət nişanı) və “Modenis” MMC (eManat) ilə əlaqə saxlanılıb.

“MilliÖn”dən sualımıza cavab olaraq bildirildi ki, yalnız “Azər-Türk Bank”ın debet kartlarına mədaxil zamanı məbləğin 0,6%-i həcmində komissiya tutulur. Faizin “MilliÖN” tərəfindən tutulduğu və bankla müqavilə əsasında müəyyənləşdirildiyi qeyd edilib.

“eManat”ın Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən isə belə komissiyanın “Azər-Türk Bank”a məxsus debet kartları ilə əməliyyatlarda tutulduğu deyildi:

“eManat” ödəmə sistemi vasitəsilə “Azər-Türk Bank” debet kartlarına mədaxil zamanı tutulacaq 1% komissiya bank tərəfindən razılaşdırılmış komissiyadır. Kredit və kredit kartı üzrə ödənişlər isə köhnə qaydada, müştərinin ödədiyi vəsaitdən heç bir komissiya tutulmadan banka göndəriləcək”, – deyə açıqlamada qeyd olunub.

Qurumun çağrı mərkəzindən isə komissiyanın aprelin 1-dən bank tərəfindən tutulacağı deyildi.

“Azər-Türk Bank”ın açıqlamasında isə qeyd olunub ki, debet kartları ilə aparılan əməliyyatlar üzrə 1% həcmində xidmət haqqı birbaşa “MilliÖn” və “eManat” sistemləri tərəfindən tutulacaq.

Bank bu əməliyyatlar üzrə heç bir komissiya nəzərdə tutmayıb. Səbəb kimi isə sözügedən ödəniş sistemləri tərəfindən xidmət haqqının kəskin şəkildə artırılmasının bank əməliyyatları üzrə tariflərə yenidən baxılmasına zərurət yaratdığı deyildi.
Daha əvvəl isə terminallar vasitəsilə debet karta mədaxil əməliyyatları üzrə komissiyalar bank tərəfindən qarşılanırdı. (Ölkə.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.