Bə müdiri minalardan təmizləmə əməliyyatlarının aparılmasına təsiredici təbii amillər barədə DANIŞDI – FOTO
APA-nın məlumatına görə, hüquq şöbəsinin müdiri Günəş Vəliyeva, İqtisadiyyat şöbəsi əsasında yaradılmış Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri Şahin Sadıxov, Xarici iqtisadi əlaqələr şöbəsi əsasında yaradılmış Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ağadayı Ağayev, Neft və kimya şöbəsi əsasında yaradılmış Neft və kimya məsələləri şöbəsinin müdiri Əsgər Aslanov, Aqrar-sənaye şöbəsi əsasında yaradılmış Kənd təsərrüfatı məsələləri şöbəsinin müdiri Əli Məmmədov, Regionların inkişafı şöbəsi əsasında yaradılmış Regionların inkişafı məsələləri şöbəsinin müdiri Nizami Mustafayev, Qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbənin əsasında yaradılmış Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsinin müdiri Qurban Sadıxov, Mətbuat xidmətinin müdiri Akif Əli dəyişməyib.
Bank şöbə müdiri ilə necə danışa bilərəm?
Nazirlər Kabinetində struktur islahatları yekunlaşıb. İndiyədək mövcud olmuş və islahatlar çərçivəsində yeni yaradılan şöbələrə təyin edilən müdirlərin adı məlum olub.
APA-nın məlumatına görə, hüquq şöbəsinin müdiri Günəş Vəliyeva, İqtisadiyyat şöbəsi əsasında yaradılmış Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri Şahin Sadıxov, Xarici iqtisadi əlaqələr şöbəsi əsasında yaradılmış Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ağadayı Ağayev, Neft və kimya şöbəsi əsasında yaradılmış Neft və kimya məsələləri şöbəsinin müdiri Əsgər Aslanov, Aqrar-sənaye şöbəsi əsasında yaradılmış Kənd təsərrüfatı məsələləri şöbəsinin müdiri Əli Məmmədov, Regionların inkişafı şöbəsi əsasında yaradılmış Regionların inkişafı məsələləri şöbəsinin müdiri Nizami Mustafayev, Qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbənin əsasında yaradılmış Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsinin müdiri Qurban Sadıxov, Mətbuat xidmətinin müdiri Akif Əli dəyişməyib.
Ümumi şöbənin əsasında yaradılmış Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə Vəfa Əliyeva müdir təyin edilib. Struktur islahatlarına qədər mövcud olmuş Ümumi şöbənin müdiri Ziyafəddin Qasımov olub.
Humanitar məsələlər və Sosial məsələlər üzrə şöbələrin əsasında yaradılmış Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov təyin edilib. M. Ələkbərov bundan öncə Sosial məsələlər üzrə şöbənin müdiri olub.
Sənaye və energetika məsələləri şöbəsinin müdiri təyin edilmiş Elşən Hacızadə struktur islahatlarına qədər Nəqliyyat və rabitə şöbəsinin müdiri işləyib.
Nəqliyyat və rabitə şöbəsi struktur islahatları nəticəsində Tikinti və kommunal təsərrüfatı şöbəsinə birləşdirilərək Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi yaradılıb. Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsinin müdiri Şahin Salahov təyin edilib. Ekologiya şöbəsinin əsasında yaradılmış Ekologiya məsələləri şöbəsinin müdiri təyin edilmiş Zemfira Sairbəyzadə bundan öncə Ekologiya şöbəsində müdir müavini olub.
Struktur islahatlarına qədər mövcud olmuş Ekologiya şöbəsinin müdiri İlyas Əlizadə pensiyaya göndərilib. Beynəlxalq kredit və yardımlar və MDB ölkələri ilə iqtisadi əlaqələr şöbələrinin əsasında yaradılmış Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsinin müdiri Nail Fətəliyev təyin olunub. N. Fətəliyev struktur islahatlarına qədər mövcud olmuş Beynəlxalq kredit və yardımlar şöbəsinin müdiri postunu tutub.
Müdafiə sənayesi və hərbi və inzibati orqanlar şöbələrinin əsasında yaradılmış Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri Qulu İmanquliyev təyin olunub.
Şöbə müdiri minalardan təmizləmə əməliyyatlarının aparılmasına təsiredici təbii amillər barədə DANIŞDI – FOTO
Azərbaycanın işğaldan azad edilən ərazilərində minalardan təmizləmə prosesləri davam etdirilir. Əməliyyatlarla bərabər, əhali minalar və sursatların yaratdığı təhlükələr barədə birbaşa ünsiyyət yolları ilə və təhlükə lövhələrinin vasitəsilə maarifləndirilir.
30 illik işğal dövründə və müharibə zamanı sözügedən ərazilər ermənilər tərəfindən minalanıb.
Hazırda görülən tədbirlər hansı mərhələdədir, təmizlənmə prosesi necə aparılır, ərazilərə icazəsiz keçməyə cəhd edən vətəndaşların maarifləndirilməsi istiqamətində hansı işlər görülür?
Oxu.Az-ın bu və digər suallarını isə ANAMA-nın Monitorinq və Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Elnur Qasımov cavablandırıb.
O bildirib ki, 30 illik işğal dövrü və müharibə zamanı ərazilərimiz düşmən tərəfindən yalnız minalanmayıb:
“Bu ərazilərdə çoxsaylı silah-sursatlardan da istifadə edilib ki, onların böyük bir hissəsi döyüş meydanında atılıb. Düşmən tərəfindən Azərbaycan ordusuna və əhalisinə mümkün qədər zərər vurulması üçün müxtəlif növ əngəllərdən və qeyri partlayıcı maddələrdən maneə məqsədilə istifadə edərək ərazilər müxtəlif növ kirlənməyə məruz qoyulub. Bu səbəbdən işğaldan azad edilən ərazilərdə həyata keçirilən fəaliyyətlər çərçivəsində minalar və döyüş sursatları ərazilərdən təmizlənir və bununla yanaşı müxtəlif maneələr və tikanlı məftillər də aradan qaldırılır ki bizdən sonra fəaliyyət göstərən bərpa və tikinti tədbirlərinin təhlükəsizliyi təmin olunsun”.
Beynəlxalq minatəmizləmə standartlarına əsasən həyata keçirilən minatəmizləmə, tətbiq olunan üsullar barədə danışan E.Qasımov bildirib ki, hər bir əməliyyatdan öncə qeyri-texniki kəşfiyyat aparılaraq təhlükənin yerləşdiyi ərazi, növü, partlayıcı maddələrin verə biləcəyi fəsadlar, bunların sosial-iqtisadi təsirləri, onların topoqrafik və s. mənbələrdən məlumatlarını bir araya gətirərək təhlillər aparılır:
“Kənardan sahəyə müdaxilə etmədən aparılan müşahidələr nəticəsində təhlükənin harada daha çox ehtimal olunduğu müəyyən olunur. Qeyri-texniki tədqiqat fəaliyyətindən sonra texniki tədqiqat prosesləri aparılır. Texniki tədqiqat prosesində qeyri-texniki tədqiqatlardan fərqli olaraq daha dolğun ölçmə işləri aparılır, əraziyə müdaxilə etmə yolları ilə mina və silah-sursatların növünü, sıxlığını, relyef çətinliklərini, minaların dərinliklərini, eləcə də hansı sosial-iqtisadi çətinliklərin yaranmasını nəzərə alaraq həmin ərazilərdə ilkin əməliyyatlara başlayırlar.
Texniki kəşfiyyat qrupu azsaylı heyətlə aparılır və böyük bir qrup üçün əməliyyatlara şərait yaradır. Sahə 2 metrlik xətt ilə sərhədlənir ki, böyük bir qrup əraziyə yerləşdikdən sonra təhlükəsizlik məsafələrini gözləməklə ərazinin mərkəzinə doğru təmizləmə işlərini apara bilsinlər. Texniki tədqiqat qrupunun səlahiyyətinə daxil olan məsələlərdən biri də ərazinin kiçildilməsi üsulunun tətbiq edilməsidir. Belə ki, əgər texniki tədqiqat qrupu götürdükləri nümunələrə görə, ərazidə risk, mina sayları ehtimal olunandan az olduğuna dair qərar verərsə, o zaman texniki tədqiqat qrupu təmizləmə fəaliyyətini öz üzərinə götürür və prosesi mexaniki və mina axtaran itlərin köməyi ilə başa çatdıra bilər. Əgər texniki tədqiqat qrupu mina xəttinə rast gələrsə, həmin yerdə işini saxlayaraq sahənin digər tərəfindən eyni metodlarla təkrarlayır. Nəticədə təhlükələr müəyyən edildikdən sonra həmin ərazidə artıq təmizləmə qrupları fəaliyyətə başlayır. Minatəmizləmə qrupu aşkar etdiyi mina və döyüş sursatlarını partlayış yolu ilə zərərsizləşdirir. Əgər aşkarlanan təhlükəli obyektlərin daşınması mümkündürsə, minalar və silah-sursatlar daşınaraq cəm halında zərərsizləşdirilir ki, ərazi daha çox kirlənməsin.
Əməliyyatların gedişatında qrup və bölmə rəhbərləri tərəfindən daim nəzarət həyata keçirilir. İşin yekununda isə hər bir rəhbər işçilərinin təmizlədiyi ərazini yoxlayaraq ərazinin keyfiyyətli təmizləndiyini yoxlayır. Keyfiyyət idarəçiliyinin bir hissəsi olaraq ANAMA tərəfindən həmin ərazilərə elan olunmamış monitorinq səfərləri təşkil olunur. Bütün əməliyyatlar başa çatdıqdan sonra isə keyfiyyətə nəzarət qrupu sahəyə gələrək, sahəni müxtəlif hissələrdə yoxlayır ki, orada ötürülən, diqqətdən kənarda qalan obyekt qalmasın”.
Ərazilərin minalardan təmizlənməsində əməliyyatların aparılmasına təsiredici təbii amillər barədə də məlumat verən şöbə müdiri deyib ki, əməkdaşlar mövsümə uyğun olaraq xüsusi geyim və ləvazimatlarla təchiz edilirlər:
“Əməliyyata cəlb olunan işçi heyətinin fasilə vaxtı artırılır. Onlar daim açıq ərazidə, xüsusi geyimlərdə günəş şüaları altında çalışdıqları üçün, işçilərin sağlamlığının qorunması məqsədilə həddən artıq gün şüasına məruz qalmamaları üçün fasilələr verilir. Mövsümlə əlaqədar müxtəlif sürünənlər əməkdaşlara iş prosesində mane olur, hətta sanca bilir. Belə olan məqamda zəhərlənmə anında ilk yardım üçün zəruri olan bütün dərman preparatları həkim briqadamızda mövcuddur.
Ümumiyyətlə bütün mövsümlərin minatəmizləmə prosesinə özünəxas təsiredici amilləri vardır. Yağışlı havalardan sonra ərazi palçıqlı olur və həmin ərəfədə sürüşərək təhlükəli ərazilərə yıxılma ehtimalı nəzərə alınır və onlar digər təyinatlı əməliyyatlara cəlb olunurlar. Əməliyyatların növü müxtəlif olduğuna görə, hava şəraitinə görə müxtəlif təyinatlı işlərə cəlb edilirlər. Təbii faktorlardan biri də küləkli hava şəraitidir ki, bu da minaaxtaran itlərin fəaliyyətinə mane olur. Külək partlayıcı qoxusunu ətrafa yayaraq itləri çaşdırır. Bu baxımdan Beynəlxalq minatəmizləmə standartlarına əsasən, müəyyən külək həddində minaaxtarışları dayandırılır”.
Təəssüf ki, vətəndaşlar tərəfindən işğaldan azad olunan ərazilərə icazəsiz keçməyə cəhdlər olur və bu səbəbdən itkilər qeydə alınır.
Vətəndaşlara onları gözləyən təhlükə haqda maarifləndirici və xəbərdaredici istiqamətdə görülən işlərə diqqət çəkən Elnur Qasımov qeyd edib ki, minaların və döyüş sursatlarının törədə biləcəyi təhlükə vətəndaşların həyatını itirməsi ilə də nəticələnə bilər:
“Bunları nəzərə alaraq polis postlarından yayınıb, sözügedən ərazilərə keçməyə cəhd etməsinlər. Partlayış zamanı onlar həyatını itirə və ya ömürlük əlil qala bilərlər. Bu zaman isə onlar ailə üzvlərinə mənəvi əzab çəkdirmiş olacaqlar. Partlayış başqa heç bir hadisəyə bənzəmir. Bu zaman insan əllərini, ayaqlarını, gözlərini itirə bilər, baş nahiyəsinə sancılan qəlpələr sağlamlıqda ciddi qüsurlar yarada bilər. Vətəndaşlardan xahiş edirik ki, işğaldan azad edilən ərazilərə keçid üçün icazə verilənə qədər səbrli olsunlar, həyatlarını riskə atmasınlar”.
Könül Cəfərli
Bank şöbə müdiri ilə necə danışa bilərəm?
Sualları hüquqşünas Sunay Ramazanova cavablandırır:
Sual: Bir neçə il bundan əvvəl bir firma ilə müqavilə bağlamışdım, indi xəbər tuturam ki, mənim müqavilə müddətində hüququm pozulub. üstündən 7 il keçib, mən indi hüquqlarımın bərpası ilə bağlı məhkəmədə iddia qaldıra bilərəmmi? Orxan Əliyev
Cavab: Mülki qanunvericliyə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqavilə tələbləri üzrə isə iddia müddəti üç il müəyyən edilib. Siz hüququnuzun pozulduğunu yeni bildiyinizdən, hüquqlarınızın bərpası ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz.
Sual: Səhhətinə görə hüquqlarını müstəqil yerinə yetirə bilməyən bir bacım var. Mən işlədiyimə görə həmişə onun yanında ola bilmirəm. Bilmək istəyirəm ki, dövlət bacıma himayəçi təyin edə bilərmi ? İnci Maksudov
Cavab: Qanuna görə, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur.
Sual: İş yoldaşım radio vasitəsi ilə mənim ünvanıma xoş olmayan sözlər səsləndirib, mənim ailədaxili sirrlərimi açıb danışıb. Bilmək istəyirəm ki, mən nə edə bilərəm? Lalə Allahyarova
Cavab: Siz şərəf, ləyaqət və ya işgüzar nüfuzunuzu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilərsiniz, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Əgər sizin şərəfi, ləyaqəti, işgüzar nüfuzunuzu ləkələyən və ya şəxsi və ailə həyatınızın sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılıbsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Siz həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb də edə bilərsiniz.
Sual: Yaxın qohumum məndən borc alıb, bu münasibətə görə notariusda borc müqavləsi imzalamadıq. Ancaq o, illərdir pulumu geri qaytarmır. Mən nə edim? Kərim Əfəndiyev
Cavab: Qanuna görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Əgər qohumunuz sizin borcu geri qaytarmayıbsa, pulun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıra bilərsiz.
Sual: Bizim rayonda əmlakımız var, yanğın nəticəsində əmlakımız yararsız hala düşüb, həmin əmlakın qediyyatının necə ləvğ edə bilərik? Nəriman Osmanov
Cavab: Siz bununla bağlı məhkəmədə qeydiyyatın ləğvinə dair iddia qaldıra bilərsiniz. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itiribsə, siz məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilərsiniz. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən reyestr xidmətinin vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər
Sual: Qardaşımla eyni həyətin içindəki bir mənzildə, amma ayrı-ayrı otaqlarda yaşayırıq. Mənzil birgə mülkiyyətdədir. Hazırda qardaşım evini satıb, çıxmaq istəyir. Ancaq mənə satmaq istəmir, mən qanunla bu hala və ya mənə satmamağına etiraz edə bilərəmmi? Malik Yaqubov
Cavab: Qanuna görə, umumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən, paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Siz bu mənada qardaşınıza məxsus mənzili almaqda üstünlük hüququna maliksiz. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.
Sual: Bacımla mənim ümumi birgə mülkümüz var. Mən həmin mülkü girov qoyub bankdan pul götürmək istəyirəm. Bunu necə edə bilərəm? Elnaz Əfəndiyeva
Cavab: Qanuna görə, ümumi birgə mülkiyyətdə olan əşya yalnız bütün mülkiyyətçilərin yazılı razılığı olduqda girov qoyula bilər. ümumi paylı mülkiyyət isə, mülkiyyətçilərindən hər hansı biri tərəfindən onun payı digər mülkiyyətçilərin razılığı olmadan girov qoyula bilər. Girov saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o satıldıqda bu Məcəllənin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir.
Comments are closed, but trackbacks and pingbacks are open.