Banklar haqqında qanun DƏYİŞDİ
Layihəyə əsasən, qanunun 41.2-ci maddəsinə Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilməsi ilə bağlı abzas əlavə edilib.
Banklar haqqında qanunda dəyişiklik edilib
Banklar haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Dəyişikliyə əsasən Cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz. Həmçinin Bankın Müşahidə Şurasının səlahiyyətlərinə bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək kimi səlahiyyətlər əlavə edilmişdir. Bundan başqa əgər əvvəl Bankın Müşahidə Şurası üçün minimum tələb 3 nəfərdən az olmamaqla idisə bu tələb 4 nəfərə qaldırılmışdır.
Bax: İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib
“ Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“ Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 130; 2005, № 4, maddə 276; 2007, № 5, maddə 401, № 6, maddə 562, № 11, maddə 1070; 2008, № 11, maddə 960; 2009, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 4, maddə 276, № 10, maddə 839; 2011, № 7, maddə 590; 2013, № 7, maddə 790; 2014, № 7, maddə 772, № 12, maddə 1517; 2015, № 11, maddə 1262; 2016, № 3, maddə 406, № 6, maddə 975; 2017, № 4, maddə 521, № 11, maddə 1956, № 12, maddə 2227; 2018, № 1, maddə 33, № 5, maddə 842, № 7, maddə 1389) aşağıdakı dəyişikliklər edilsin:
1. 19.1-ci maddədə “yaradılır” sözündən sonra “və fəaliyyət göstərir” sözləri əlavə edilsin.
2. 23-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Cəmiyyətin icra orqanının səlahiyyətləri müqaviləyə əsasən başqa hüquqi şəxsə və ya fərdi sahibkara (idarəçiyə) verilə bilməz.”.
3. 24.1.8-ci maddədən “və Audit Komitəsinin”, “həmin idarəetmə orqanlarının” sözləri çıxarılsın və həmin maddədə “bankın inzibatçılarının” sözlərindən əvvəl “bu Qanunun tələbləri nəzərə alınmaqla” sözləri əlavə edilsin.
4. 24.3-cü maddənin ikinci cümləsinə “ümumi yığıncaqları” sözlərindən sonra “(o cümlədən yenidən və təkrarən çağırılan ümumi yığıncaqlar)” sözləri əlavə edilsin.
Bax: Dövlət rüsumu haqqında qanunda dəyişiklik edilib
5. 24.5-ci maddənin birinci hissəsinin ikinci cümləsinə “hər bir” sözlərindən sonra “növbəti” sözü, ikinci hissəsinin ikinci cümləsinə “qaydası” sözündən sonra “və müddəti” sözləri əlavə edilsin.
6. Aşağıdakı məzmunda 25.1.5-1-ci maddə əlavə edilsin:
“25.1.5-1. bankın Audit Komitəsinin üzvlərini təyin və azad etmək, Audit Komitəsinin əsasnaməsini təsdiq etmək;”.
7. 25.1.9-cu maddədə “bankın nizamnamə kapitalının” sözlərindən əvvəl “bu Qanunun 24.3-cü və 25.1.10-cu maddələrinin tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.
8. 25.2-ci maddənin ikinci cümləsində “4” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.
9. 26.2-ci maddənin ikinci cümləsində “4” rəqəmi “3” rəqəmi ilə əvəz edilsin.
10. 27.3-cü maddədə “4” rəqəmi “3” rəqəmi ilə, “Səhmdarların Ümumi Yığıncağı” sözləri “Müşahidə Şurası” sözləri ilə əvəz edilsin.
11. 27.4-cü maddədə “fiziki şəxslər” sözləri “, habelə bankın digər idarəetmə orqanlarının üzvü olan şəxslər” sözləri ilə, “Səhmdarların Ümumi Yığıncağının” sözləri “Müşahidə Şurasının” sözləri ilə əvəz edilsin.
12. 28.1-ci maddənin birinci cümləsindən “İdarə Heyəti və” sözləri çıxarılsın.
13. 58.2-ci maddənin birinci cümləsinə “ləğvi” sözündən sonra “bu Qanunun tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.
14. 59.8-ci maddənin birinci cümləsinə “ləğvi” sözündən sonra “bu Qanunun tələbləri nəzərə alınmaqla,” sözləri əlavə edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2018-ci il.
Banklar haqqında qanun DƏYİŞDİ
Qanunda səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərində edilən yenilik öz əksini tapıb. Banka aiddiyatı olan şəxslə dəyəri bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar məsələsi də yenilikdir.
Bundan sonra bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüquq olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul ediləcək.
Həmçinin Müşahidə Şurasının səlahiyyətlərinə də eyni məzmunda əlavə edilir. Belə ki, səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olan hallar istisna olmaqla, aiddiyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5 %-dək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək Müşahidə Şurasının səlahiyyətində qalıb.
Digər dəyişiklik isə banklara aidiyyəti şəxslərlə əməliyyatların aparılması ilə əlaqədardır. 40-cı maddədə edilən dəyişikliyə əsasən aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil etdiyi halda, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı olmadıqda banklar aidiyyəti şəxslərə kredit verə bilməyəcəklər.
Həmçinin aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-dək hissəsini təşkil etdiyi halda, həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, bankın Müşahidə Şurasının qərarı olmadıqda banklar aiddiyyəti şəxslərə kreditlər verə bilməyəcəklər.
Qeyd edək ki, hazırda isə 40-cı maddəyə əsasən kreditin verilməsinə və onun şərtlərinə dair Bankın Müşahidə Şurasının razılığı olmadıqda və bankın İdarə Heyətinin bu barədə yekdilliklə qəbul edilmiş qərarı olmadıqda banklar aiddiyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə kredit verə bilmirlər.
Deputat Elmira Axundova deyib ki, dəyişikliklər şəffaflığa və eyni zamanda kreditlərin verilməsinin sərtləşdirilməsinə xidmət edir: “Bu başadüşüləndir. Çünki son zamanlar bankların kredit siyasəti onların özünə ciddi ziyan vurub. Ancaq son dövrlər sahibkarlar kreditlər ala bilmirlər.
Düşünürəm ki, bu dəyişikliklər qüvvəyə minsə sahibkarlar bir qədər də çətin duruma düşə bilər. Odur ki, hesab edirəm ki, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara kreditlərin verilməsi bir qədər yumşaldılmalıdır. Əgər sahibkar kredit götürürsə və sənədində qüsur varsa ona köməklik göstərilməlidir və s”.
Deputat İlham Əliyev deyib ki, bu yaxınlarda Banklar Asosiyasiyasının təşkil etdiyi görüşdə olub: “Çox müsbət hal idi ki, orada bankların çoxunun rəhbəri də iştirak edirdi. Mən orada iradlarımı bildirdim. Bizə çoxlu sayda seçicilərimiz müraciət etdilər. Onlar əsasən xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.
Təsəvvür edin ki, kredit müqavilələri elə kiçik şriftlərlə yazılır ki, onları eynəklə oxumaq da mümkün deyil. Banka kredit almağa gələn insanı müqavilə ilə ilk tanış edən şəxs krediti verən mütəxəssis olmalıdır. Amma pul-maliyyə münasibətləri ilə yaxından tanış olmayan insanlar müqaviləni oxumadan imzalayırlar.
Müqavilə dollar ekvivalenti olsa da, manatla krediti verirlər. Sonra isə devalvasiya olur və bəlli olur ki, sahibkar daha çox pul ödəməlidir. Mən görüşdə açıq dedim ki, insanları yükləmək olmaz. Öz risklərini sığortalamaq üçün böyük faizlə kredit verirlər. Özü də, çox zaman müqavilədə faizi qeyd etmirlər. Mən sizdən xahiş edirəm ki, bu məsələyə ciddi yanaşmaq lazımdır, insanları fəlakətə sürükləmək olmaz”.
Spiker Oqtay Əsədov qeyd edib ki, kredit götürən insan faizi bilməlidir:
“Artıq dollarla kredit məsələsi bağlanıb. Ancaq düz deyirsiniz ki, müqavilələr kiçik şriftlərlə yazılır. Yəqin banklar kağız tapmırlar. Ziyad müəllim, xahiş edirəm Banklar Asosiyasiyasına məktub yazıb bu iradları bildirəsiniz”.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib(modern)
“Banklar haqqında” Qanuna dəyişiklik edilir
Azərbaycanın ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatların təqdim edilməsi nəzərdə tutulur.
Bununla bağlı “Banklar haqqında” Qanununa dəyişikliklər edilib.
Layihəyə əsasən, qanunun 41.2-ci maddəsinə Azərbaycan Respublikasında fəaliyyət göstərən banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin müddətli əmanəti barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanına Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda verilməsi ilə bağlı abzas əlavə edilib.
Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır. Müvəqqəti yaşamaq icazənin alınması üçün 100 min manat məbləğində depozit məqbul hesab edilir.
Comments are closed, but trackbacks and pingbacks are open.