Palata: Bank sektorunun kapital adekvatlığı minimum kapital tələbini 2 dəfədən çox üstələyir
Kommersant.az xəbər verir ki, sözügedən bankın əsas kapitalının artmasının əsas səbəbi bölüşdürülməmiş xalis mənfəətinin 2021-ci ilin dördüncü rübü ilə müqayisədə 26 milyon 687 min manat artaraq 209 milyon 770 min manata çatmasıdır. Bundan başqa isə eyni zamanda adi səhmlər də (tam ödənilmiş payları) 1 il ərzində 20 milyon manat artaraq 205 milyon 850 min manata yüksəlib.
“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” dəyişdirilib
Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, ölkədə iqtisadiyyatın şaxələndirilməsi, şəffaflığın daha da artırılması, maliyyə vasitəçiliyinin genişləndirilməsi istiqamətində kompleks tədbirlər aparılmaqdadır. Görülmüş işlər, o cümlədən nağdsız hesablaşmalara dair qanunun qəbul edilməsi, problemli kreditlərin həllinə dair fərmanın icrası, habelə bank sektorunun kapitalizasiyası maliyyə sabitliyinin bərpası və sektorda likvid vəsaitlərin artımını şərtləndirib. Bundan əlavə, Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestrinin (DƏYDR) fəaliyyətə başlaması və aktiv istifadə olunması biznes kreditlərinin təminatlığı problemini əhəmiyyətli dərəcədə azaldıb. Həmçinin ölkəmizdə aparılan vergi və gömrük islahatları, KOS-ların maliyyələşdirilməsi mexanizmlərinin artırılması və bu istiqamətin prioritetləşməsi onların gəlirlərinin artacağı ehtimalını yüksəldib.
Bütün qeyd olunanların fonunda Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na dəyişikliklər edilib. Dəyişikliklər Prezident İlham Əliyevin “iqtisadiyyatın real sektoruna kreditləşmənin artırılması” çağırışını da özündə ehtiva edib. Belə ki, qaydalara edilmiş əsas dəyişikliklərdən biri KOS subyektlərinə və qeyri-neft sektoru üzrə ixracın maliyyələşməsinə verilən kreditlərin risk dərəcələrinin azaldılmasıdır. Risk dərəcələrinin azaldılması banklara onların mövcud kapitalları çərçivəsində daha çox biznes krediti vermək imkanı yaratmaqla toplanmış resursların həmin sahələrə yönləndirilməsini daha maraqlı edir. Bu isə makro səviyyədə biznes subyektlərinin maliyyə əlçatanlığının artırılması və iqtisadiyyatın şaxələndirilməsinə təkan verəcək.
Dəyişikliklər layihəsində, həmçinin məsuliyyətli kreditləşmə və sağlam borclanma ilə bağlı həyata keçirilən prudensial siyasətin daha effektiv təşkili və spekulyativ halların aradan qaldırılması ilə bağlı məsələlər də mövcuddur. Belə ki, qaydalarda istehlak kreditləri üzrə risk dərəcələrinin müəyyənləşdirilməsi zamanı borcun gəlirə nisbəti, faiz dərəcəsi, müddət və valyutasından asılı olaraq differensial və daha sərt yanaşma tətbiq edilib.
Eyni zamanda, qaydalarda requlyativ çərçivənin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı dəyişikliklər də yer alıb. Buna misal kimi, kredit riskləri üzrə Bazel II Yeni Standart Yanaşmaya tam keçidin edilməsi, o cümlədən beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş reytinqlər əsaslı suveren və korporativ qiymətli kağızların risk dərəcələri üzrə təsnifləşdirilməsi göstərilə bilər. Bununla yanaşı, Bazel II və III nəsil prinsiplərinin tətbiqi məqsədilə qaydalara bazar və əməliyyat risklərinə qarşı kapital buferi formalaşdırılması tələbi əlavə edilib. Bu cür tələblərin gətirilməsi prudensial tənzimləmənin beynəlxalq səviyyəyə qaldırılması, bank sektorunun kredit risklərindən əlavə bazar və əməliyyat risklərinə qarşı da dayanıqlılığının artmasının göstəricisidir. Bu tələblərlə yanaşı, prudensial çərçivənin Bazel III nəsil prinsiplərinə uyğunlaşdırılması məqsədilə kapital adekvatlığı əmsallarının hesablanması zamanı kontr-tsiklik kapital buferinin nəzərə alınması tələbi əlavə edilib. Kontr-tsiklik kapital buferi makroprudensial alət olaraq bank sektorunu izafi kreditləşməsinin nəticəsi olan sistem risklərinin qarşısının alınması və tsiklik proseslərə həssaslığının azaldılmasını nəzərdə tutur. Bütövlükdə, nəzarət orqanlarına kontr-tsiklik kapital buferinin tətbiq edilməsi gücünün verilməsi izafi kreditləşmə dövrlərində kreditləşmənin artım tempinin azaldılması, habelə adekvat kapital buferinin formalaşdırılması imkanı yaradır.
Palata: Bank sektorunun kapital adekvatlığı minimum kapital tələbini 2 dəfədən çox üstələyir
Palata: Bank sektorunun kapital adekvatlığı minimum kapital tələbini 2 dəfədən çox üstələyir Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkil etdiyi AHK Impuls tədbirində iştirak edib.
16 İyul , 2019 14:29
https://static.report.az/photo/e23787d5-1997-4c58-839f-763fd0169978.jpg
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) təşkil etdiyi “AHK Impuls” tədbirində iştirak edib. “Report” bu barədə MBNP-yə istinadən xəbər verir. Məlumata görə, AHK-ya üzv təşkilatların, beynəlxalq maliyyə institutlarının, o cümlədən Bynəlxalq Maliyyə Korporasiyasının, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) , xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələrinin iştirak etdiyi tədbirdə MBNP-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov maliyyə sabitliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər, maliyyə bazarlarının müxtəlif sahələrində, o cümlədən bank sistemi, sığorta sektoru, qiymətli kağızlar bazarı və ödəniş sistemləri sahəsində həyata keçirilən islahatlar haqqında geniş məlumat verib. Onun sözlərinə görə, ötən müddət ərzində bütövlükdə bank sektoruna 1,8 milyard manat kapital inyeksiyası edilib, sektorun kapital adekvatlığı göstəricisi 24,2% təşkil etməklə, minimum kapital tələbini 2,4 dəfə üstələyib. İ.Alışov onu da deyib ki, Prezident İlham Əliyev in “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq mayın sonuna qədər kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ümumilikdə 600,1 milyon manat həcmində ödənişlər edilmişdir ki, bu da cəmi ayrılmış məbləğin 91,4%-ni təşkil edib. Tədbir iştirakçılarına həmçinin aparılmış islahatlar nəticəsində əldə olunan nailiyyətlər, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin və Özəl Kredit Bürosunun fəaliyyətə başlamasının ölkəmizin “Getting Credit” (“Kredit Əlçatanlığı”) indikatoru üzrə mövqeyinə təsiri (122-ci yerdən 100 pillə irəliləyərək 22-ci yerdə qərarlaşması) haqqında məlumat verilib. Bundan əlavə, Azərbaycanın minoritar səhmdarların hüquqlarının qorunması göstəricisinə görə 8 pillə irəliləyərək 2-ci yerə qalxması bildirilib. “AHK İmpuls” görüşündə iştirakçılarla maliyyə bazarının müxtəlif sahələri üzrə məhsuldar müzakirələr aparılaraq, investorların və sahibkarların çoxsaylı sualları cavablandırılıb.
Banklarda kapital adekvatlığı e qanun
“Kapital Bank” ın əsas kapitalı (I dərəcəli kapitalı) 2022-ci ilin son rübündə 476 milyon 420 min manat olub. Bu isə 2021eyni dövrü ilə müqayisədə 46 milyon 687 min manat çoxdur.
Kommersant.az xəbər verir ki, sözügedən bankın əsas kapitalının artmasının əsas səbəbi bölüşdürülməmiş xalis mənfəətinin 2021-ci ilin dördüncü rübü ilə müqayisədə 26 milyon 687 min manat artaraq 209 milyon 770 min manata çatmasıdır. Bundan başqa isə eyni zamanda adi səhmlər də (tam ödənilmiş payları) 1 il ərzində 20 milyon manat artaraq 205 milyon 850 min manata yüksəlib.
Əsas kapitaldan tutumlar isə 2021-ci ilin son rübü ilə müqayisədə 587 min manat artaraq 26 milyon 867 min manata bərabər olub. Buna görə də “Kapital Bank”ın əsas kapitalı tutumlardan sonra 449 milyon 552 min manata bərabər olub.
Bankın II dərəcəli kapitalı isə 1 il ərzində 118 milyon 419 min manat çoxalaraq 394 milyon 907 min manata bərabərləşib. Bunun əsas səbəbi bankın 2022-ci ildə mənfəətinin 128 milyon 84 min manat artaraq 308 milyon 47 min manata yüksəlməsidir. Ümumi ehtiyatlarını 3 milyon 934 min manat artıran “Kapital Bank”da kapitalın digər komponentləri 13 milyon 600 min manat azalaraq 52 milyon 700 min manata enib.
Bütün bu artıb azalmalar bankın məcmu kapitalını 844 milyon 459 min manata bərabər edib.
Məcmu kapitaldan tutumlar isə 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin sonunda 22 milyon 818 min manat artaraq 42 milyon 822 min manat olub.
Kapital Bank
2022 (IV Rüb)
2021 (IV Rüb)
Fərq
I dərəcəli kapital
Comments are closed, but trackbacks and pingbacks are open.