Mədə və onikibarmaq bağırsaq xəstəlikləri zamanı pəhriz
Bədxassəli törəmələrdə ağrı sindromu gecikmiş mərhələlərdə təzahür edir. Bu zaman ağrı daimi xarakter daşıyaraq, qidalanma pozğunluqları və digər xarici faktorlarla bağlı olmur. Bağırsaq xərçəngində tenezm və qəbizliyə tez-tez rast gəlinir. Düz bağırsaq zədələndikdə xəstələr defekasiya zamanı bağırsağın tam boşalmamasını hiss edirlər. Yerli əlamətlərlə bərabər, ümumi simptomar: halsızlıq, dəri örtüklərinin avazıması, kəskin arıqlama müşahidə olunur.
Bağırsaq Xərçəngi Nədir? Bağırsaq Xərçənginin Əlamətləri və Müalicəsi
Həzm sisteminin anus ilə birləşən son nöqtəsi olan yoğun bağırsaq, orta uzunluğu 1.5-2 metr olan orqandır. Yoğun bağırsaq kolon və düz bağırsaqdan ibarətdir. “Bəs düz bağırsaq harada yerləşir?” sualına cavab versək, bu, son 12 santimetr nəcisin anusdan əvvəl saxlandığı yoğun bağırsağın hissəsidir. Kolon rektumdan başqa yoğun bağırsağın digər hissəsidir. İncə bağırsaqdan ən çox həzm olunan qidalar kolon nahiyəsində yenidən parçalanır, su və minerallar alındıqdan sonra qalan hissəsi anus vasitəsilə xaric edilmək üçün düz bağırsaqda saxlanılır.
Yoğun bağırsağın kolon hissəsində meydana gələn xərçəngə kolon xərçəngi deyilir. Kolon xərçəngi erkən mərhələdə diaqnoz qoyularsa, tamamilə müalicə edilə bilər. Ancaq erkən aşkarlanmadığı hallarda bu xərçəng növü, yaxınlıqdakı limfa düyünlərinə, mədə və dalaq kimi bitişik orqanlara və qan vasitəsilə bədənin digər hissələrinə yayılır. Dalaq isə qarın boşluğunun yuxarı sol kvadratında, diafraqmanın bir az altında və mədənin yanında yerləşir.
Bağırsaq Xərçənginin Səbəbləri və Risk Faktorları Hansılardır?
Yaş faktoru: Xəstəliyin təyin olunduğu yaş kişi və qadınlarda 50-60-dır. Bu yaşda olan insanlar risk altındadır.
Genetik faktorlar: Əgər ailə üzvlərində kolon xərçəngi müşahidə olunubsa, genetik meyl səbəbindən kolon xərçəngi inkişaf riski artır. Ailəsində kolon xərçəngi olanların bu yaşa çatmazdan 10 il əvvəl, bu xəstəliyə neçə yaşında diaqnoz qoyulduğunu öyrənmək və mütəmadi olaraq kolonoskopiya etdirmələri vacibdir. Ailədə kolon xərçəngi anamnezi aşkar edilmirsə, 50 yaşından etibarən kolonoskopiya aparılmalıdır.
Poliplər: Polip nədir? Yoğun bağırsağın içini əhatə edən və bağırsaq kanalına çıxan təbəqənin anormal böyüməsidir. Xoşxassəli şişlər olan poliplər zamanla xərçəngə çevrilə bilər. Bu səbəblə polipləri çıxarmaq və daha sonra mütəmadi olaraq müayinələrdən keçmək lazımdır.
Genetik pozuntular: HNPCC genindəki dəyişikliklər kolon xərçənginin inkişaf riskini artırır.
İltihabi bağırsaq xəstəlikləri: Kron və xoralı kolit kimi bağırsaq iltihabı şəklində olan xəstəliklər kolon xərçənginin inkişaf riskini artıran səbəblərdən biridir.
Qeyri-sağlam həyat tərzi: Lif az olan qidalardan istifadə edənlər, siqaret və spirt kimi zərərli vərdişləri olanlar, şəkərli diabet, piylənmə və oturaq həyat tərzi keçirən insanlarda kolon xərçəngi riski daha yüksəkdir.
Bağırsaq Xərçənginin Əlamətləri Hansılardır?
Bağırsaq xərçənginin simptomları tez-tez defekasiya vərdişlərindəki dəyişikliklər ilə özünü göstərir. Həmin dəyişiklikləri və ya bağırsaq xərçənginin əlamətlərini ümumi olaraq aşağıdakı kimi sıralamaq olar:
- İshal və ya keçməyən qəbizlik
- Bağırsaqların kifayət qədər boşalmaması hissi
- Defekasiya çətinliyi
- Ağrılı defekasiya
- Nəcisin seyrəlməsi
- Nəcisdən və anusdan qan gəlməsi
- Nəcisdə yumurtaya bənzər ifrazat
- Səbəbsiz çəki itkisi
- Qusma və s. hallar yoğun bağırsaq xərçənginin əlamətlərindəndir.
Xərçəng daha da irəlilədikdə qarında şişlik, ağrı kimi şikayətlər müşahidə edilir. Ağrı və defekasiyada çətinlik, dəmir çatışmazlığına bağlı anemiya, arıqlama və qarında kütlə əmələ gəlməsi də kolon xərçəngi ilə əlaqəli əlamətlər arasındadır. Bu simptomlar xəstələrin müxtəlif xüsusiyyətlərinə görə də dəyişə bilər. Əgər sizdə də bu əlamətlər varsa, səhiyyə müəssisələrinə müraciət edərək mütəxəssis həkimlərdən kömək istəməyiniz tövsiyə olunur.
Bağırsaq Xərçənginin Müalicəsi Necə Olmalıdır?
Kolon xərçənginin müalicəsi üçün xərçəngə çevrilmə ehtimalı olan poliplər kolonoskopiya ilə çıxarılır. Xərçəng inkişaf etmiş bir mərhələyə çatarsa, cərrahiyyə məcburi olur və şiş olan hissə çıxarılır. Xəstəliyin yaxın ərazilərə yayıldığı hallarda kimyaterapiya da tətbiq olunur. Xərçəng metastaz edibsə, müalicə davam etdirilir və xəstənin ömrünün uzadılmasına çalışılır. Kolon xərçəngindən qorunmaq üçün bol-bol lifli qidalardan istifadə etmək, kalsium və D vitamini qəbul etmək, artıq çəkidən xilas olmaq və idman etmək vacibdir. Bundan əlavə, mümkün xəstəlik riskinin erkən aşkarlanması və uğurlu müalicə üçün 50 yaşından başlayaraq müntəzəm skrininq testləri lazımdır.
Mədə və onikibarmaq bağırsaq xəstəlikləri zamanı pəhriz
Mədə və onikibarmaq bağırsaq xəstəlikləri zamanı pəhriz
Mədə və onikibarmağın ən çox rast gəlinən xəstəliklərinə aşağıdakılar daxildir:
* kəskin qastrit
* xroniki qastrit
* onikibarmaq yarası
* mədə yarası.
Bu xəstəliklər zamanı xüsusi pəhriz qaydalarına əməl eləmək lazımdır. Mədə və onikibarmaq bağırsaq xəstələrinin pəhrizinin əsas məqsədi mədədən qidaların rahat həzm olunmasını sürətləndirmək, mədədə olan ağırlıq hissini aradan qaldırmaq, mədə və bağırsaqda olan yara və qızartıları qıcıqlandırmamaqdan ibarətdir.
Mədə bə onikibarmaq xəstələrinə
– qızardılmış
– qovrulmuş
– ədviyyatlı
– sintetik yağdan hazırlanan kremlər
– konservalar
– tərkibində yüksək miqdarda turşuluğu olan ağartılar olmaz.
Bu pəhrizə riayət edən xəstələr aşağıdakı qida rasionuna əməl eləməlidir:
– buğda bişən dərisiz balıq
– suda bişən dərisiz toyuq, qaz, hind quşu
– süddə bişən düyü, vermeşil, manna
– yağsız quzu əti
– yağsız, turşusuz kəsmik
– parda bişən kartof, yerkökü, kələm
– qarabaşaq.
Mədə və onikibarmaq bağırsağında patologilası olan xəstələr sulu yeməkləri hər gün qida rasionlarına əlavə eləməlidirlər. Yaxşı olardı ki, yeməklərinə şüyüd qatsınlar və tez-tez buğda bişən balqabaq yesinlər.
Bağırsaq ağrısı
Bağırsaq ağrısı funksional pozğunluqlar – qıcıqlanmış bağırsaq sindromu, yayılmış üzvi xəstəliklər – bağırsaq infeksiyaları, xroniki enterit, enterokolit, Kron xəstəliyi və qeyri-spesifik xoralı kolit zamanı yaranır. Bəzən bu əlamət törəmələrdən, divertikuldan, kəskin cərrahi patologiyadan xəbər verir. Ağrının səbəbi laborator analizlər, ultrasəs, endoskopik və rentgenoloji üsullarla üzə çıxarılır. Bağırsaq ağrısı dietoterapiya, dərman preparatları (antibiotiklər, spazmolitiklər, probiotiklər) və yaxud cərrahi yolla aradan qaldırılır.
Bağırsaq ağrısının səbəbləri
Qıcıqlanmış bağırsaq sindromu
Bu sindrom üçün qarında müxtəlif xarakterli (dartılan, deşici, spastik) ağrılar xarakterikdir. Səhər saatlarında və psixoemosional gərginlik zamanı bağırsaq ağrısı güclənir. Sindromun tipik əlaməti defeksiya aktından əvvəl ağrının kəskin formada güclənməsidir. Tutmaşəkilli, şiddətli ağrılara sol qalça nahiyəsində bağırsağın boşalması üçün çağırışlar hiss olunur. Defekasiyadan sonra vəziyyət yaxşılaşır.
Qıcıqlanmış bağırsaq sindromunda ağrı hissi bir neçə ay davam edir. Qadınlarda aybaşıdan əvvəl ağrı artır. Bu patologiyada bağırsaq ağrısı nəcis ifrazının pozulması: qəbizliklə ishalın növbələnməsi, bağırsağın tam boşalmaması hissi ilə müştərək formada rast gəlinir. Xəstələrdə gəyirmə, ürəkbulanma və köp yaranır.
Disbakterioz
Bağırsağın disbiozunda bütün qarın nahiyəsində spazm və sancılar baş verir. Sol qalça nahiyəsində ağrı daha kəskin olur. Ağrı sindromu ishal, qarında ağırlıq, diskomfort və qurultu ilə müşayiət edilir. Nəcis kütlələri sulu, bol miqdarda və yaşılımtıl rəngdə olur. Disbakterioza antibiotiklərin qəbulu, xroniki qastroenteroloji xəstəliklər və immun pozğunluqlar zamanı təsadüf olunur.
Bağırsaq infeksiyaları
Qarın ağrısı salmonelyoz, eşerixioz, dizenteriya və digər infeksion proseslərin əlaməti kimi formalaşır. Nazik bağırsağın zədələnmələrində ağrı göbəkətrafında lokalizasiya olunur. Prosesə yoğun bağırsaq qoşulduqda ağrı qarnın sol hissəsində əmələ gəlir. Bağırsaq ağrısı kəskin və tutmaşəkilli xarakter daşıyır, ishal (sutkada 20 dəfəyə qədər), ürəkbulanma və qusma ilə müşayiət olunur.
Xroniki enterit
Bağırsağın iltihabında göbək ətrafında, qarnın yan tərəflərində küt və yaxud sızıltı ağrılar hiss edilir. Qidalanma pozğunluqları, spirtli içkilər ağrını daha da gücləndirir. Qaz və nəcis ifrazından sonra narahatlıqlar azalır. Enterit üçün xroniki ishal səciyyəvidir. Nəcis kütlələri üfunətli iyə malik olur. Onların tərkibində həzm olunmamış qida qalıqlarına rast gəlinir.
Kron xəstəliyi
Kron xəstəliyində ağrı adətən sağ qalça nahiyəsində meydana çıxır. Bu, nazik bağırsağın terminal hissələrinin zədələnməsi ilə bağlıdır. Simptomatikanın intensivliyi Kron xəstəliyinin ağırlıq dərəcəsindən asılıdır. Remissiya dövründə qarında diskomfort, kəskinləşmə mərhələsində isə kəskin ağrı və nəcisdə qan müşahidə olunur. Pasiyentlər ishaldan, iştahsızlıqdan, halsızlıq və əmək qabiliyyətinin azalmasından şikayətlənirlər.
Qeyri-spesifik xoralı kolit
Bu xəstəlik üçün bağırsağın sol şöbələrində tutmaşəkilli, ifadəli ağrılar xarakterikdir. Ağrının solda yaranması siqmavari bağırsağın zədələməsinə işarədir. Total kolit yayılmış, intensiv ağrılarla təzahür edir. Ağrı sindromu gücləndikdə nəcis kütlələrində al qırmızı qan izlənilir. Xəstələri həmçinin ağrılı tenezmlər narahat edir. Qeyri-spesifik xoralı kolitdən əziyyət çəkən insanlarda ağrıdan əlavə, bağırsaqdan kənar əlamətlər: düyünlü eritema, göz, oynaq və biliar sistemin zədələnməsi mümkündür.
Divertikulyoz
Bağırsaq divertikullarında qeyri-müəyyən, sızıltılı və dartıcı ağrılar qeydə alınır. Belə xəstələr çox nadir hallarda həkimə mürəciət edirlər. MBT motorikasının pozğunluqlarında, xroniki qəbizlikdə simptomatika güclənir. Divertikul olan hissədə güclü, tutmaşəkilli ağrılar yaranır. Qaz və nəcis ifrazı ağrının azalmasına səbəb olur.
Bağırsağın törəmələri
Bağırsağın polipləri ilkin mərhələlərdə gizli gedir. Yalnız onların ölçüləri böyüdükdə ağrı hissi meydana çıxır. Ximus və nəcis kütlələrinin hərəkətinin pozulması küt ağrı törədir. Şiş prosesi proqressivləşdikdə göbək ətrafında və yaxud qarnın yan hissəsində güclü spazmlar baş verir. Diffuz polipoz üçün yayılmış şiddətli ağrılar, tenezm və ishal tipikdir. Xəstəliyin klinikası ağır bağırsaq infeksiyasını xatırladır.
Bədxassəli törəmələrdə ağrı sindromu gecikmiş mərhələlərdə təzahür edir. Bu zaman ağrı daimi xarakter daşıyaraq, qidalanma pozğunluqları və digər xarici faktorlarla bağlı olmur. Bağırsaq xərçəngində tenezm və qəbizliyə tez-tez rast gəlinir. Düz bağırsaq zədələndikdə xəstələr defekasiya zamanı bağırsağın tam boşalmamasını hiss edirlər. Yerli əlamətlərlə bərabər, ümumi simptomar: halsızlıq, dəri örtüklərinin avazıması, kəskin arıqlama müşahidə olunur.
Təxirəsalınmaz vəziyyətlər
Bağırsaq infarktı üçün kəskin, güclü ağrılar səciyyəvidir. Onlar qəfil yaranır. Belə hallarda qarında formalaşan spazm bir neçə saatdan sonra daimi, əzabverici ağrıya çevrilir. Onların lokalizasiyası bağırsağın hansı hissəsinin zədələnməsindən asılıdır. Ağrı sindromunun zəifləməsi, ümumi simptomatikanın isə artması qeyri-qənaətbəxş proqnostik əlamətdir.
Kəskin ağrı bağırsaq keçməməzliyindən xəbər verə bilər. Qarın ağrısı dəqiq lokalizasiyaya malik olmur. Peristaltikanın aktivləşməsi ağrını artırır. Mexaniki keçməməzlik zamanı ağrı daimi olur, dinamik formada isə etioloji amilin uzaqlaşdırılmasından sonra keçib gedir.
Appendisit zamanı ağrı qəfil yaranır. Bağırsaq ağrısı əvvəlcə epiqastral nahiyədə və yaxud göbək ətrafında hiss olunur, sonra isə yayılır. Bir neçə saat keçdikdə ağrı sol qalça nahiyəsində toplanır. Adətən qarın ağrısı daimi olur, öskürək və gülüş onu gücləndirir. Xəstə sol böyrü üstə uzandıqda ağrının gücü azalır. Pasiyentlərdə ürəkbulanma, qusma, meteorizm, ishal müşahidə olunur. Bədən hərarəti subfebril və febril rəqəmlərə qədər yüksəlir. Nəbz kəskin formada tezləşir.
Farmakoterapiyanın fəsadları
Antibiotik qəbulunun ən ciddi fəsadı psevdomembranoz kolitin inkişafıdır. Bu xəstəlik şərti-patogen mikroflora tərədindən törədilir. Pasiyentlər siqmavari bağırsaq proyeksiyasında tutmaşəkilli ağrılardan şikayətlənirlər. Defekasiyadan əvvəl narahatlıqlar artır. Ağrı ilə bərabər ağır formalı ishal (sutkada 20 dəfəyə qədər) baş verir. Nəcis kütlələrində çoxlu miqdarda selik və qan izlərinə rast gəlinir.
Nadir səbəblər
- Yırtıq: postoperasion ventral yırtıq, qarnın ağ xəttinin yırtığı
- İltihabi proseslər: mezadenit, omentit
- Anadangəlmə anomaliyalar: Payr sindromu, Hirşprunq xəstəliyi, malrotasiya
- Bağırsağın xroniki işemiyası.
Bağırsaq ağrısının diaqnostikası
Müayinə pasiyentin şikayətlərinin və xəstəliyin anamnezinin toplanmasından, qarnın palpasiyasından ibarətdir. Həmçinin ağrının nə ilə əlaqəli olması və davamiyyəti araşdırılır. Digər vacib məqam cərrahi patologiyanın inkar edilməsidir. Bunun üçün həkim periotoneal əlamətləri yoxlayır. Laborator üsullardan koporoqramma, nəcisin bakterioloji əkilməsi, qanın ümumi və biokimyəvi analizi aparıır. Diaqnostika mərhələsində aşağıdakı instrumental üsullar informativ sayılır:
- Qarın boşluğu orqanlarının USM. Bağırsağın müxtəlif şöbələrinin zədələnmələrinin differensial diaqnostikasında mühüm rol oynayır. Sonoqrafiya törəmələri, iltihabi dəyişiklikləri, qarın boşluğundakı mayeni aşkar etməyə imkan verir.
- Endoskopik üsullar. Yoğun bağırsağın bütün hissələrini yoxlamaq üçün kolonoskopiya aparılır. Ehtiyac yarandıqda şübhəli sahələrdən bioptat götürülür. Ağrı qarnın yuxarı hissəsində lokalizasiya olunduqda qastroskopiya məsləhət görülür.
- İrriqoskopiya. Yoğun bağırsağın anatomik və funksional xüsusiyyətlərini öyrənmək üçün istifadə olunur. Barium məhlulu və hava ilə ikiqat kontrastlaşdırma yoğun bağırsağın selikli qişasını detallı müayinə etməyə kömək edir.
- Rentgenoloji müayinə. Həzm traktının vəziyyətini qiymətləndirmək üçün kontrast maddənin peroral yeridilməsi ilə rentgenoqrafiya tətbiq edilir. Müayinənin nəticələrinə əsasən bağırsaq quruluşunun anomaliyaları, motorikanın pozulması, dolma defektləri aşkarlanır. Bu dəyişikliklərə həcmli törəmələrə dəlalət edir.
Bağırsaq ağrısının müalicəsi
Diaqnoz qoyulana qədər yardım
Müalicəvi tədbirlərin həcmi pasiyentin vəziyyətindən asılıdır. Bağırsaq infeksiyalarından şübhələndikdə mədə yuyulur, sorbent verilir. Orqanizmin susuzlaşmaması üçün bol maye qəbul edilməlidir. Kəskin tutmaşəkilli ağrılarda ən qısa zamanda həkimə müraciət etmək lazımdır. Klinik şəkli dəyişməmək üçün həkim yardımına qədər ağrıkəsici qəbulu icazəli deyil.
Bağırsaq ağrısı zamanı diaqnoz dəqiqləşənə qədər qastroenteroloq qidalanma ilə bağlı məsləhətlər verir. Rasiondan mədə-bağırsaq traktının selikli qişasını qıcıqlandıran məhsullar, ekstraktiv maddələr, yağlı və ağır qidalar çıxarılır. Qəbizlik hallarında bitki mənşəli məhsullara, dənli bitkilərə üstünlük verilir. İshal zamanı rasiona sıyıq (xüsusən düyü), quru peçenye, bişirilmiş tərəvəzlər əlavə olunur.
Konservativ terapiya
Müalicə planı diaqnoz təsdiqləndikdən sonra tərtib olunur. Bura etiopatogenetik və simptomatik terapiya daxildir. İfadəli intoksikasiya sindromunda duz və kolloid məhlulları venadaxili yeridilir. Müalicə prosesində adətən aşağıdakı preparatlardan istifadə edilir:
- Antibiotiklər. Ümumi qan dövranına sorulmayan və yan təsirləri olmayan bağırsaq antiseptiklərinə üstünlük verirlir. Ciddi bakterial proseslərdə antibiotiklər peroral və yaxud parenteral yolla yeridilir. Onların təsirindən ağrı və digər əlamətlər tezlikə aradan qalxır.
- İltihabəleyhinə preparatlar. Kortikosteroidlər qrupuna daxil olan preparatlar qeyri-spesifik xoralı kolit və Kron xəstəliyində patogenetik terapiya qismində təyin olunur. Onlar kəskinləşmələrin tezliyini azaldır, ağrını kəsir, ümumi vəziyyəti yaxşılaşdırır. Müalicənin təsiri zəif olduqda onu sitostatiklərlə gücləndirirlər.
- Spazmolitiklər. Peristaltikanı normaya salır, bağırsaq əzələsinin spastik yığılması ilə əlaqəli ağrı sindromunu aradan götürür. Onlar kəskin və xroniki enteritlərdə, qıcıqlanmış bağırsaq sindromunda məsləhət görülür.
- Probiotiklər. Antibiotikoterapiyanın sonunda bağırsaq mikroflorasını bərpa edir. Həmçinin onlardan malabsorbsiya ilə müşayiət olunan xroniki xəstəliklərdə istifadə edilir. Preparatlar nəcisin konsistensiyasını və defekasiya tezliyini normallaşdırır, nəticədə yoğun bağırsağın ağrısı keçib gedir.
Qıcıqlanmış bağırsaq sindromunda medikamentoz terapiya sedativ preparatlar və yüngül trankvilizatorlarla tamamlanır. Fizioterapevtik üsullar: refleksoterapiya, neyrosedativ masaj, aromatik vannalar effektiv sayılır. Xroniki xəstəliklərin remissiya mərhələsində balneoterapiya təyin edilir. Qarın divarı əzələlərini möhkəmləndirmək üçün müalicə bədən terapiyası tövsiyə olunur.
Cərrahi müalicə
Bağırsağın xroniki zədələnmələrinin ağırlaşmış formalarında, bağırsaq keçməməzliyində, şiş xəstəliklərində və bir sıra kəskin vəziyyətlərdə abdominal cərrahın müdaxiləsi tələb olunur. Əməliyyatın həcmi əsas patologiyadan və pasiyentin ümumi həcmindən asılıdır. Əksər hallarda orqan qoruyucu müdaxilələr: appendisit zamanı appendektomiya, bağırsağın diffuz zədələnmələrində rezeksiya və anastomozun qoyulması həyata keçirilir.
Xoşxassəli şişlər bağırsaq divarının tamlığı qorunmaqla azinvaziv üsulla xaric edilə bilər. Qeyri-spesifik xoralı kolitin ağır formaları, yayılmış divertikulyoz və polipoz radikal əməliyyata – total kolektomiyaya göstəriş sayılır. Əksər həcmli müdaxilələr və bədxassəli neoplaziyaların əməliyyatı stoma ilə bitir.
Comments are closed, but trackbacks and pingbacks are open.