Press "Enter" to skip to content

Batum müqaviləsi

Ənzəliyə danışıqlar aparmaq üçün gələn Azərbaycan nümayəndə heyəti ingilis hərbi hissələrinin komandanı general V.Tomsona Azərbaycan ərazisinə daxil olmazdan əvvəl Azərbaycan Xalq Cümhuriyyətini tanımaq haqqında bəyanat verilməsini təklif etdi. Lakin general Tomson bu təklifi rədd edib dedi ki, “Azərbaycan xalqının ümumi seçkilər nəticəsində yaranmış bir cümhuriyyəti yoxdur, yalnız türk komandanlığının intriqası ilə təşəkkül tapmış bir hökumət vardır. Bir halda ki, siz bunun əksini iddia edirsiniz, o zaman hər şeyi yerində yoxlayıb, buna münasib də qərar verərik”. V.Tomson bəyanat verərək elan etdi ki, noyabrın 17-si səhər saat 10-a qədər Bakı şəhəri Azərbaycan və türk ordularından təmizlənməlidir: Bakı və onun neft mədənləri ingilislərin nəzarəti altına keçəcəkdir, ölkənin qalan hissəsi isə Azərbaycan hökumətinin və ordusunun nəzarəti altında olacaqdır. Azərbaycan rəsmi şəkildə tanınmır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri onun hökuməti ilə de-fakto əlaqə yaradacaqlar, bütün idarə və təşkilatlar bəzi dəyişikliklərlə fəaliyyət göstərəcəklər. General V.Tomson Bakının general-qubernatoru olacaq, ingilislər şəhər polisinə rəhbərlik edəcək, şəhər duması yenidən azad fəaliyyətə başlayacaq, Azərbaycan Paris Sülh Konfransında milli müqəddaratını təyinetmə prinsipi əsasında iştirak edəcək, L.Biçeraxov və onun dəstələri Britaniya ordusu ilə birlikdə Bakıya daxil olacaq və nəhayət, silahlı erməni dəstələri şəhərə buraxılmayacaq.

Batum konfransı

Bu məqalənin sonunda mənbə siyahısı var, ancaq mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin.

Batum konfransı — 11 may-4 iyun 1918-ci il tarixlərində Osmanlı və Zaqafqaziya seymi nümayəndələrinin iştirakı ilə keçirilmiş konfrans. 45 nəfərlik Cənubi Qafqaz nümayəndə heyətinə Zaqafqaziya hökumətinin sədri və xarici işlər naziri Akaki Çxenkeli başçılıq edirdi.

Nümayəndəliyin həlledici səsə malik 6 üzvü arasında Məhəmməd Əmin Rəsulzadə və Məmmədhəsən Hacınski də vardı. Osmanlı nümayəndə heyətinə ədliyyə naziri Xəlil bəy Menteşe rəhbərlik edirdi; heyətə Qafqaz cəbhəsi Osmanlı ordularının Baş komandanı Mehmet Vehib paşa və b. da daxil idilər. Almaniya təmsilçisi fon Lossov müşahidəçi statusu ilə konfransa qatılmışdı.

Cəmi bir rəsmi toplantısı keçirilən konfransda Türkiyə nümayəndə heyətinin başçısı Xəlil bəy Menteşe “Osmanlı imperiyası ilə Transqafqaz Konfederasion Respublikası arasında sülh və dostluq haqqında” müqavilə layihəsini müzakirəyə çıxardı. Osmanlı tərəfinin bir sıra yeni tələb və təkliflərini özündə əks etdirən bu sənədə münasibətdə Cənubi Qafqaz nümayəndəliyində fikir ayrılıqları yarandı və mövqelərin qütbləşməsi, xarici güclərə meyllənmənin qüvvətlənməsi baş verdi.

Azərbaycandan olan təmsilçilər Osmanlı layihəsini dəstəklədilər. Çünki onlar ermənilərin də yaşadıqları bəzi ərazilərin (Axalkalaki və Ahısqa qəzalarının bütünlüklə, Sürməli, Aleksandropol, Eçmiədzin qəzalarının isə müəyyən hissələrinin) Osmanlı dövlətinə güzəştə gedilməsinin Cənubi Qafqazda Azərbaycanın mövqelərini qüvvətləndirəcəyi qənaətində idilər. Qafqaz türklərinin yaşadıqları müxtəlif ərazilərdən Osmanlı dövləti ilə birləşməyə dair çağırışlar, azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımlar, Bakı Xalq Komissarları Soveti qoşunlarının Gəncəyə yürüşünün qarşısının alınması zərurəti, nəhayət, Türkiyəyə meylli siyasət də Xəlil bəyin mövqeyinin dəstəklənməsində rol oynadı.

Bu dövrdə Almaniya-Osmanlı münasibətlərində özünü göstərən gərginliyə ümid bağlayan ermənilər və gürcülər Almaniya nümayəndəliyinin konfransa daha yaxından cəlb edilməsinə yönəlmiş diplomatik gedişlərə əl atdılar. Bu, Cənubi Qafqaz nümayəndəliyinin Xəlil bəyin layihəsi müqabilində irəli sürdüyü təkliflər paketində özünü aydın göstərdi. Cənubi Qafqazın müqaviləni yalnız Türkiyə ilə deyil, Dördlər İttifaqının (Mərkəzin) digər dövlətləri ilə də bağlaması təklifi və s. Almaniyanın maraqları baxımından cəlbedici idi. Çünki bu halda, birincisi, Ənvər paşanın Şərq siyasəti hər vasitə ilə əngəllənər, ikincisi, Şimali Qafqazı Almaniyaya tabe etmək imkanı yaranar, üçüncüsü, Gürcüstanda Almaniyanın təsiri qüvvətlənər, dördüncüsü, Osmanlı dövləti bütün gücünü ingilislərin Bakıya yolunu bağlamağa yönəldərdi.

Bir sıra ciddi səbəb və amillər Batum konfransında, daha sonra isə Zaqafqaziya seymində siyasi qarşıdurmanı sürətləndirdi: Cənubi Qafqaz nümayəndəliyinin təklifləri Osmanlı sülh heyəti tərəfindən rədd edildi; Osmanlı hərbi hissələri Ermənistanın içərilərinə doğru irəlilədi; Xəlil bəy alman vasitəçiliyindən imtina etdi və Almaniya nümayəndəliyi (fon Lossov) Batumdan çıxdı; müsəlman fraksiyası Zaqafqaziya hökumətinin bolşeviklərin Bakıdan çıxarılması üçün tədbirlər görməyəcəyi halda, seymi tərk edəcəyi barədə bəyanat verdi; Türkiyə tərəfi mayın 26-da konfransa memorandum (ultimatum) təqdim etdi.

Bütün bunlar Qafqazın ictimai-siyasi həyatında keyfiyyətcə yeni mərhələyə keçidin yaxınlaşdığını göstərirdi. Vəziyyətdən çıxış yolları arayan tərəflər vahid dövlət şəklində birləşmək imkanlarının tükənməsində həmrəy idilər. Bu şəraitdə Azərbaycan nümayəndələrinin gürcülərə vahid dövlət yaratmaq təklifi də baş tutmadı. Gürcülər, artıq, almanların himayəsində ayrıca gürcü dövləti yaratmaq qənaətinə gəlmişdilər.

Dövlətçiliyə və xarici ölkələrin himayəsinə fərqli baxışların gerçekləşməsi Zaqafqaziya seymi və hökumətinin dağılması, müstəqil Cənubi Qafqaz dövlətlərinin yaranması ilə nəticələndi. Yeni siyasi durum Batum konfransının yarımçıq qalması təhlükəsini yaratdı. Lakin müsəlman fraksiyasının Batum danışıqlarının davam etdirilməsinə dair qərarın (27 may 1918) digər tərəflərin dəstəkləməsi konfransı uğursuzluqdan xilas etdi.

Yeni yaranmış Cənubi Qafqaz cümhuriyyətləri Batum danışıqlarının davam etdirilməsi ilə razılaşdılar. Danışıqlar 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Cənubi Qafqaz respublikaları arasında ayrı-ayrılıqda müqavilələr bağlanması ilə yekunlaşdı. Batum müqavilələri ilə Osmanlı dövləti, Brest-Litovsk sülhünə zidd olmasına baxmayaraq, 1828-ci il sərhədlərini bərpa etdi.

Konfransın Azərbaycan Xalq Cümhuriyyətii üçün mühüm nəticəsi oldu. Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında Batumda ikitərəfli müqavilə bağlandı. Batum müqaviləsi Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsi üçün etibarlı hərbi-siyasi dəstək oldu.

  • Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001;
  • Həsənov C, Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər), B., 1993;
  • Qasımov M., Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər), 3 hissədə, h.2, B., 2001;
  • Musayev İ., Azərbaycanın xarici siyasəti (XX əsr),3 hissədə, h.l, B., 2003.
  • Şahin E., Trabzon ve Batum Konfransları ve Anlaşmaları (1917-1918), Ankara, 2002.

Həmçinin bax

Xarici keçidlər

  • Yaqub Mahmudov (2014-10-14). “İRƏVAN VƏ ƏTRAFINDAKI TORPAQLAR ERMƏNİLƏRƏ HANSI ŞƏRTLƏRLƏ VERİLMİŞDİ” ( (az.) ). azerbaijan-news.az. 2015-07-29 tarixində . İstifadə tarixi: 2015-07-29 .

September 15, 2021
Ən son məqalələr

Bağəli

Bağ

Baş çavuş

Baş Şabalıd

Baş Şirvan kollektoru

Baş Ələt

Baş əsgər

Baş Abaran

Baş Daşağıl

Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi

Ən çox oxunan

Aleksandr Lukaşenko

Aleksandr Lyapunov

Aleksandr Litvinov

Aleksandr Litvinenko

Aleksandr Ptuşko

batum, konfransı, məqaləni, vikiləşdirmək, lazımdır, lütfən, məqaləni, ümumvikipediya, redaktə, qaydalarına, uyğun, şəkildə, tərtib, edin, məqalənin, sonunda, mənbə, siyahısı, ancaq, mətndaxili, mənbələr, heç, kifayət, qədər, istifadə, edilmədiyi, üçün, bəzi, . Bu meqaleni vikilesdirmek lazimdir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Bu meqalenin sonunda menbe siyahisi var ancaq metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin Batum konfransi 11 may 4 iyun 1918 ci il tarixlerinde Osmanli ve Zaqafqaziya seymi numayendelerinin istiraki ile kecirilmis konfrans 45 neferlik Cenubi Qafqaz numayende heyetine Zaqafqaziya hokumetinin sedri ve xarici isler naziri Akaki Cxenkeli basciliq edirdi Numayendeliyin helledici sese malik 6 uzvu arasinda Mehemmed Emin Resulzade ve Memmedhesen Hacinski de vardi Osmanli numayende heyetine edliyye naziri Xelil bey Mentese rehberlik edirdi heyete Qafqaz cebhesi Osmanli ordularinin Bas komandani Mehmet Vehib pasa ve b da daxil idiler Almaniya temsilcisi fon Lossov musahideci statusu ile konfransa qatilmisdi Cemi bir resmi toplantisi kecirilen konfransda Turkiye numayende heyetinin bascisi Xelil bey Mentese Osmanli imperiyasi ile Transqafqaz Konfederasion Respublikasi arasinda sulh ve dostluq haqqinda muqavile layihesini muzakireye cixardi Osmanli terefinin bir sira yeni teleb ve tekliflerini ozunde eks etdiren bu senede munasibetde Cenubi Qafqaz numayendeliyinde fikir ayriliqlari yarandi ve movqelerin qutblesmesi xarici guclere meyllenmenin quvvetlenmesi bas verdi Azerbaycandan olan temsilciler Osmanli layihesini desteklediler Cunki onlar ermenilerin de yasadiqlari bezi erazilerin Axalkalaki ve Ahisqa qezalarinin butunlukle Surmeli Aleksandropol Ecmiedzin qezalarinin ise mueyyen hisselerinin Osmanli dovletine guzeste gedilmesinin Cenubi Qafqazda Azerbaycanin movqelerini quvvetlendireceyi qenaetinde idiler Qafqaz turklerinin yasadiqlari muxtelif erazilerden Osmanli dovleti ile birlesmeye dair cagirislar azerbaycanlilara qarsi ermenilerin toretdiyi soyqirimlar Baki Xalq Komissarlari Soveti qosunlarinin Genceye yurusunun qarsisinin alinmasi zerureti nehayet Turkiyeye meylli siyaset de Xelil beyin movqeyinin desteklenmesinde rol oynadi Bu dovrde Almaniya Osmanli munasibetlerinde ozunu gosteren gerginliye umid baglayan ermeniler ve gurculer Almaniya numayendeliyinin konfransa daha yaxindan celb edilmesine yonelmis diplomatik gedislere el atdilar Bu Cenubi Qafqaz numayendeliyinin Xelil beyin layihesi muqabilinde ireli surduyu teklifler paketinde ozunu aydin gosterdi Cenubi Qafqazin muqavileni yalniz Turkiye ile deyil Dordler Ittifaqinin Merkezin diger dovletleri ile de baglamasi teklifi ve s Almaniyanin maraqlari baximindan celbedici idi Cunki bu halda birincisi Enver pasanin Serq siyaseti her vasite ile engellener ikincisi Simali Qafqazi Almaniyaya tabe etmek imkani yaranar ucuncusu Gurcustanda Almaniyanin tesiri quvvetlener dorduncusu Osmanli dovleti butun gucunu ingilislerin Bakiya yolunu baglamaga yonelderdi Bir sira ciddi sebeb ve amiller Batum konfransinda daha sonra ise Zaqafqaziya seyminde siyasi qarsidurmani suretlendirdi Cenubi Qafqaz numayendeliyinin teklifleri Osmanli sulh heyeti terefinden redd edildi Osmanli herbi hisseleri Ermenistanin icerilerine dogru ireliledi Xelil bey alman vasiteciliyinden imtina etdi ve Almaniya numayendeliyi fon Lossov Batumdan cixdi muselman fraksiyasi Zaqafqaziya hokumetinin bolseviklerin Bakidan cixarilmasi ucun tedbirler gormeyeceyi halda seymi terk edeceyi barede beyanat verdi Turkiye terefi mayin 26 da konfransa memorandum ultimatum teqdim etdi Butun bunlar Qafqazin ictimai siyasi heyatinda keyfiyyetce yeni merheleye kecidin yaxinlasdigini gosterirdi Veziyyetden cixis yollari arayan terefler vahid dovlet seklinde birlesmek imkanlarinin tukenmesinde hemrey idiler Bu seraitde Azerbaycan numayendelerinin gurculere vahid dovlet yaratmaq teklifi de bas tutmadi Gurculer artiq almanlarin himayesinde ayrica gurcu dovleti yaratmaq qenaetine gelmisdiler Dovletciliye ve xarici olkelerin himayesine ferqli baxislarin gerceklesmesi Zaqafqaziya seymi ve hokumetinin dagilmasi musteqil Cenubi Qafqaz dovletlerinin yaranmasi ile neticelendi Yeni siyasi durum Batum konfransinin yarimciq qalmasi tehlukesini yaratdi Lakin muselman fraksiyasinin Batum danisiqlarinin davam etdirilmesine dair qerarin 27 may 1918 diger tereflerin desteklemesi konfransi ugursuzluqdan xilas etdi Yeni yaranmis Cenubi Qafqaz cumhuriyyetleri Batum danisiqlarinin davam etdirilmesi ile razilasdilar Danisiqlar 1918 ci il iyunun 4 de Osmanli dovleti ile Cenubi Qafqaz respublikalari arasinda ayri ayriliqda muqavileler baglanmasi ile yekunlasdi Batum muqavileleri ile Osmanli dovleti Brest Litovsk sulhune zidd olmasina baxmayaraq 1828 ci il serhedlerini berpa etdi Konfransin Azerbaycan Xalq Cumhuriyyetii ucun muhum neticesi oldu Osmanli dovleti ile Azerbaycan Xalq Cumhuriyyeti arasinda Batumda ikiterefli muqavile baglandi Batum muqavilesi Azerbaycan Xalq Cumhuriyyetinin mudafiesi ucun etibarli herbi siyasi destek oldu Menbe RedakteAzerbaycan tarixi 7 cildde c 5 B 2001 Hesenov C Azerbaycan beynelxalq munasibetler sisteminde 1918 1920 ci iller B 1993 Qasimov M Birinci dunya muharibesi illerinde boyuk dovletlerin Azerbaycan siyaseti 1914 1918 ci iller 3 hissede h 2 B 2001 Musayev I Azerbaycanin xarici siyaseti XX esr 3 hissede h l B 2003 Sahin E Trabzon ve Batum Konfranslari ve Anlasmalari 1917 1918 Ankara 2002 Hemcinin bax RedakteXarici kecidler RedakteYaqub Mahmudov 2014 10 14 IREVAN VE ETRAFINDAKI TORPAQLAR ERMENILERE HANSI SERTLERLE VERILMISDI az azerbaijan news az 2015 07 29 tarixinde arxivlesdirilib Istifade tarixi 2015 07 29 Menbe https az wikipedia org w index php title Batum konfransi amp oldid 6079421, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Batum müqaviləsi

Müstəqillik dövrünün şərəfli səhifələri

“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi. Gürcü nümayəndələri Seymdən çıxıb Gürcüstanın müstəqilliyini elan etdilər. Zaqafqaziya Seyminin süqutunun səhərisi, mayın 27-də bölgədə yaranmış mürəkkəb vəziyyəti müzakirə etmək məqsədilə Tiflisdə keçmiş Seymin müsəlmanlardan ibarət üzvləri fövqəladə iclas keçirdilər. İclasda Zaqafqaziya Seyminə daxil olan “Müsavat” partiyası və partiyasızların demokratik qrupunun, Müsəlman sosialist blokunun, “İttihad” və müsəlman sosial-demokratın, menşevik “Hümmət” partiyalarının nümayəndələri iştirak edirdilər.

İclas Şərqi Zaqafqaziyanın idarəçiliyini öz üzərinə götürmək məqsədilə özünü Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli Şurası elan etmək barədə yekdil səslə qərar qəbul etdi. Gizli səsvermə yolu ilə həmin vaxt Batumda Türkiyə nümayəndə heyəti ilə sülh danışıqları aparan M.Ə.Rəsulzadə Müvəqqəti Milli Şuranın sədri, H.Ağayev və M.Seyidov sədrin müavinləri, M.Mahmudov və R.Vəkilov isə katib seçildilər. Müvəqqəti Milli Şuranın yaradılması və onun vəzifələri haqqında məlumat vermək üçün N.Yusifbəyli, Səfi bəy Rüstəmbəyov və Xosrovpaşa Sultanovdan ibarət nümayəndə heyətini Tiflisdən Gəncəyə göndərilməsi haqqında qərar qəbul olundu.

1918-ci il mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişin sarayında sədr müavini Həsən bəy Ağayevin sədrliyi və Mahmudovun katibliyi ilə Müsəlman Milli Şurasının ilk iclası oldu. İşgüzar və ətraflı müzakirələrdən sonra Müvəqqəti Milli Şura Şərqi və Cənubi-Şərqi Zaqafqaziyada Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti kimi elanı barədə “İstiqlal bəyannaməsi”ni qəbul etdi. Milli Şuranın 24 səslə (iki nəfər – Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldı) qəbul etdiyi qərar və altı bənddən ibarət “İstiqlal bəyannaməsi”, yaxud “Misaği-milli” (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi. Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı – “İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. “İstiqlal bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa mənsub olması, vətəndaşların mülki və siyasi hüquqlarının təmsil edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi. “İstiqlal bəyannaməsi” Azərbaycan millətinin millət-mədəniyyət statusundan tamamilə başqa siyasi-hüquqi və mənəvi-psixoloji statusa – millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi. Mayın 30-da Azərbaycanın öz müstəqilliyini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə radio-teleqrafla məlumat verildi.

“İstiqlal bəyannaməsi”ni qəbul edən Milli Şura Azərbaycan hökumətini təşkil etməyi bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra Fətəli xan Xoyski “Müsavat”, Müsəlman sosialist bloku, “Hümmət”, “İttihad” və bitərəflərdən təşkil edilən 9 nazirdən ibarət ilk hökumətin tərkibini elan etdi.

Milli Şura ilk Azərbaycan müvəqqəti hökumətini aşağıdakı tərkibdə təsdiq etdi: Nazirlər Şurasının sədri və daxili işlər naziri – Fətəli xan Xoyski, hərbi nazir – Xosrovpaşa bəy Sultanov, xalq maarifi və maliyyə naziri – Nəsib bəy Yusifbəyli, xarici işlər naziri – Məhəmməd Həsən Hacınski, poçt-teleqraf və yollar naziri – Xudadat bəy Məlik-Aslanov, əkinçilik naziri – Əkbər ağa Şeyxülislamov, ədliyyə naziri – Məmməd Yusif Cəfərov, dövlət nəzarəti naziri – Camo bəy Hacınski. Bununla Azərbaycan Milli Şurası Azərbaycan xalqı qarşısında çox böyük tarixi bir missiyanı yerinə yetirdi.

Cənubi Qafqazda öz müstəqilliyini elan etmiş üç dövlətin – Azərbaycan, Gürcüstan və Ermənistanın nümayəndələri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq iyunun 4-də ayrı-ayrılıqda müqavilə imzaladılar. Müqaviləni Azərbaycan tərəfindən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.H.Hacınski imzaladılar. Müqavilənin şərtləri Ermənistan və Gürcüstan üçün çox ağır idi, Azərbaycanla Osmanlı dövləti arasında isə “daimi sülh və dostluq münasibətləri”ni bərqərar edirdi. Batum müqaviləsi Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqavilə idi. On bir maddədən ibarət müqavilənin dördüncü maddəsi Azərbaycan üçün daha önəmli idi. Osmanlı dövləti sülh və əmin-amanlığı, ölkənin təhlükəsizliyini təmin etmək üçün ehtiyac yaranarsa, Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürürdü. Batum müqaviləsi bağlandığı zaman Milli Şura və Milli hökumət hələ Tiflisdə fəaliyyət göstərirdi. Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin daşnak-bolşevik ordusu Gəncə üzərinə hücuma başlamışdı. Hərbi vəziyyətin son dərəcə ağır olduğunu görən Batumdakı Azərbaycan nümayəndələri M.Ə.Rəsulzadə və Hacınski Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında bağlanmış müqavilənin dördüncü bəndinə əsasən Azərbaycana hərbi yardım göstərilməsi barədə Osmanlı dövlətinə müraciət etdilər. Müraciət qəbul olundu və Azərbaycanın ən çətin günlərində Qafqaz İslam Ordusu onun köməyinə gəldi. Osmanlı hökumətinin hərbi naziri Ənvər paşa ilk yardım kimi Azərbaycana 2 milyon türk lirəsi həcmində kreditin ayrılmasına, Azərbaycanda olan türk ordusunun ehtiyaclarına hər ay 50 min lirə xərclənməsi üçün göstəriş vermişdi. Bununla yanaşı, Ənvər paşa İstanbulda M.Ə.Rəsulzadə ilə görüşündə Azərbaycan milli ordusunun təşkil edilməsinin vacibliyini xüsusi qeyd etmişdi.

1918-ci il iyunun 13-də Azərbaycan Milli Şurasının Tiflisdə sonuncu – 6-cı iclası keçirildi. Milli Şuranın əsas məsələsi ermənilərin azərbaycanlı əhaliyə qarşı törətdiyi qırğınlar barədə İrəvandan gələn həyəcanlı xəbərlərə həsr olundu. İrəvandan qayıdan şura üzvü İbrahim ağa Vəkilov müsəlman qaçqınların acınacaqlı vəziyyəti haqqında məlumat verərək onlara 150 min manat həcmində yardım göstərilməsini təklif etdi. İ.Vəkilovun məlumatına görə, İrəvan quberniyası ərazisində müsəlman qaçqınların sayı 150 min nəfərə çatıb. Daşnak dəstələri tərəfindən müsəlmanlar yaşayan 206 kənd dağıdılmış, sakinləri isə hər cür işgəncələrə məruz qalmışdır. Şura türk ordusu komandanlığından İrəvan qaçqınlarına ərzaq yardımı etməyi və müsəlmanların öz doğma kəndlərinə qaytarılmasına kömək göstərmələrini xahiş etdi.

Qafqaz İslam Ordusunun Gəncə istiqamətində hərəkəti sovet Rusiyasının və bütün Azərbaycan torpaqlarını işğal etmək iddiasında olan Bakı Xalq Komissarları Sovetinin ciddi narahatçılığına səbəb oldu. İyunun 6-da Bakı Xalq Komissarları Sovetinin sədri S.Şaumyan gürcü tərəfinə müraciət edərək Osmanlı hücumlarından müdafiə olunmaq üçün onlara yardım göstərməyi təklif etmişdi. Müraciətdə göstərilirdi ki, Gürcüstan hökuməti Osmanlı qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasa, sovet Rusiyası Cənubi Qafqazda öz hakimiyyətini bərqərar etdikdən sonra Gürcüstana muxtariyyət verə bilər. Osmanlı qoşunlarının Azərbaycana buraxılmamasında Almaniya dövləti də maraqlı idi. Bu məsələ ilə bağlı almanlar da gürcülərə təzyiq göstərirdilər. Hətta Gürcüstan ərazisində Osmanlı qüvvələri ilə alman-gürcü dəstələri arasında toqquşmalar baş verirdi. Alman-gürcü dəstələri Osmanlı ordusunun Gəncəyə, son nəticədə isə Bakıya olan yürüşünün qarşısını ala bilmədi. Osmanlı qoşunlarının bu inadkarlığı və Tiflisdə fəaliyyət göstərən Azərbaycan hökumətinin Osmanlı dövlətinə səmimi münasibəti Milli hökumətin Tiflisdə qalmasını mümkünsüz etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və hökuməti bütün hazırlıq işlərini başa çatdırdıqdan sonra 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçdı.

İyunun 17-də Milli Şuranın üçüncü iclası keçirildi. İclas Azərbaycan Milli Şurasının buraxılmasını və F.Xoyskinin başçılığı ilə yeni hökumətin təşkil olunmasını təsdiq etdi.

F.Xoyskinin Gəncədə təşkil etdiyi ikinci hökumət çox çətin və mürəkkəb bir dövrdə fəaliyyətə başladı. Hökumət Gəncədə siyasi və iqtisadi həyatın normallaşdırılması, anarxiyanın aradan qaldırılması, dəmir yollarının bərpası, ölkənin ayrı-ayrı bölgələri arasında poçt-teleqraf əlaqələrinin yaradılması istiqamətində və başqa sahələrdə bir sıra mühüm tədbirlər həyata keçirdi. Hökumətin başlıca vəzifəsi 1918-ci ilin mart soyqırımından sonra Şaumyanın rəhbərliyi altında Bakıda təşkil olunmuş Xalq Komissarları Sovetini devirib Bakını Milli hökumətin paytaxtına çevirmək idi. Bu istiqamətdə Gəncədə öz qərargahını quran Qafqaz İslam Ordusunun başçısı Nuru paşa ilə intensiv danışıqlar aparılırdı.

Azərbaycan Xalq Cümhuriyyətinin dəvəti ilə türk qoşun hissələrinin Gəncəyə gəlməsi, Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun təşkil edilməsi, Azərbaycanın milli qoşun hissələrinin yenidən qurulmasına başlanması Şaumyan başda olmaqla Bakı Xalq Komissarları Sovetinin rəhbərliyini ciddi təşvişə salmışdı. Gəncədə fəaliyyətə başlayan və Qafqaz İslam Ordusu tərəfindən müdafiə olunan milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 6-da 20 minlik Bakı Soveti qüvvələri hərbi və dəniz işləri üzrə komissar Q.Korqanovun 8 nömrəli əmri ilə Gəncə istiqamətində hücuma başladı. Qırmızı Ordunun tərkibindəki əsgərlərin 70 faizi, zabitlərin isə hamısı ermənilər idi. Gəncə istiqamətində hücuma keçən ordunun dörd komissarından üçü də həmçinin.

Qafqaz İslam Ordusunun hissələri Bakıya yaxınlaşdıqca Bakı komissarlarının ətrafına toplaşmış siyasi qüvvələr arasında parçalanma baş verdi. Azərbaycan xalqı ilə heç bir əlaqəsi olmayan bu qurum Bakının azad ediləcəyi təqdirdə törətdikləri faciələrə, qanunsuzluqlara görə cavab verməli olacaqlarını dərk edərək vəziyyətdən çıxış yolu axtarır və bunu ingilis qoşunlarının Bakıya gətirilməsində görürdülər. Bakı Sovetinin təmsilçiləri olan eserlər və daşnaklar güman edirdilər ki, ingilislər Bakıya gəlməklə həm Qafqaz İslam Ordusunun qarşısını alacaq, həm də onların Bakıda mövqelərini möhkəmlədəcəkdir. İyulun 25-də Bakı Sovetinin fövqəladə iclasında bolşeviklər ağır məğlubiyyətə məruz qaldılar. İclasda bolşeviklərin bütün səylərinə baxmayaraq, sağ eserlər, daşnaklar və menşeviklər ingilis qoşunlarının Bakıya dəvət olunması lehinə səs verdilər.

İyulun 30-dan 31-nə keçən gecə bolşeviklər öz hakimiyyətlərini qoruyub saxlamaq üçün sonuncu dəfə cəhd göstərdilər. Bakı Soveti rəhbərliyi və Daşnaksütyun partiyasının liderləri belə razılığa gəldilər ki, bütün silahlı dəstələrini cəbhəyə yola salsınlar. Lakin nəzərdə tutulan 1300 silahlının əvəzinə, 320 nəfər əsgər və zabit cəbhəyə yola düşdü. Qafqaz İslam Ordusu hissələrinin güclü hücumlarına davam gətirə bilməyən və məğlubiyyətlə barışmalı olan S.Şaumyan hakimiyyətdən əl çəkdiyini elan etdi. Avqustun 1-də yeni hökumət -“Sentrokaspi” diktaturasının yaradıldığı elan edildi. Bu hökumətin eser, menşevik və ermənilər tərəfindən təşkil edildiyi bildirilsə də, əsas hakimiyyət “Daşnaksütyun” partiyasının əlində idi.

Azərbaycan xalqı Bakının azad edilməsini və bu şəhərin müstəqil Azərbaycan dövlətinin paytaxtına çevrilməsini səbirsizliklə gözləyirdi. Bakının azad edilməsi Azərbaycan xalqının ölüm-dirim məsələsi idi.

Sentyabrın 15-də döyüşlər səhər saat 530-da başladı. Bütün qüvvələrin əsas vəzifəsi kimi Bakının ələ keçirilməsi müəyyənləşdirildi. Bakı şəhəri azad edilərkən 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətdən olan əsgər əsir götürüldü. Təkcə avqust ayının əvvəllərindən sentyabrın 15-nə qədər Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyasının döyüşçüsü 1130-a qədər şəhid olmuşdu.

Sentyabrın 15-i saat 15-dən sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Nuru paşa Bakının azad edilməsi ilə bağlı hərbi nazir Ənvər paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Nuru paşa Azərbaycan hökumətindən xahiş edirdi ki, Bakıda asayişin təmin edilməsi üçün Gəncədən polis qüvvələrinin göndərilməsini tezləşdirsin.

Azərbaycanda siyasi hadisələrin inkişafı daxili proseslərdən daha çox dünyanı lərzəyə gətirən Birinci dünya müharibəsinin gedişindən və nəticələrindən asılı idi. İki hərbi qruplaşma arasında gedən imperialist müharibəsində Azərbaycan öz mənafeyi baxımından Osmanlı dövlətinin qalib gəlməsini arzulayırdı. Lakin hadisələr başqa cür cərəyan edirdi. 1918-ci il oktyabrın 30-da Türkiyə ilə Antanta dövlətləri arasında Mudros müqaviləsi imzalandı. Mudros müqaviləsinə görə məğlub sayılan Osmanlı dövlətinin qüvvələri Bakını tərk etməli, Antanta qüvvələri tərəfindən Bakının tutulmasına mane olmamalı, Zaqafqaziya dəmir yolu üzərindəki nəzarət hüququnu Antantaya güzəştə getməli idi. İranın Ənzəli limanında yerləşən ingilis hərbi hissələri müttəfiqlər adından Bakını tutmalı idi. Mudros barışığının 11-ci maddəsinə əsasən, Azərbaycan İngiltərənin nüfuz dairəsi elan edilir, 15-ci maddəyə əsasən isə Azərbaycanın yolları və neft mədənləri ingilis komandanlığının nəzarəti altına keçir, Türkiyədən Bakının işğalına etiraz etməməsi tələb olunurdu. Azərbaycan hökuməti və onun Osmanlı dövlətində olan diplomatik nümayəndəsi Mudros barışığının Azərbaycana aid ağır şərtlərinə biganə qalmadı. Azərbaycanın İstanbuldakı fövqəladə və səlahiyyətli nümayəndəsi Əlimərdan bəy Topçubaşov Türkiyə tərəfinə Azərbaycan nümayəndəsinin iştirakı olmadan Bakı və Azərbaycan dəmir yolu haqqında Mudros barışığına bəndlərin daxil edilməsinə öz etirazını bildirdi. Etiraz notasında deyilirdi ki, Osmanlı hökumətinin Azərbaycan Xalq Cümhuriyyətini tanımasına baxmayaraq, Cümhuriyyətin paytaxtı Bakı şəhəri haqqında maddənin Mudros barışığına daxil edilməsi beynəlxalq hüquq və normalara zidd olub, Azərbaycanın ingilislər tərəfindən işğal olunmasının asanlaşdırılmasına xidmət edir. Bununla yanaşı, Azərbaycan hökuməti başa düşürdü ki, müqavilənin şərtlərinə təsir göstərmək onun imkanları xaricindədir. Buna görə də Bakıya daxil olan ingilis qüvvələri ilə münasibətləri tənzimləmək üçün Ənzəliyə nümayəndə heyəti göndərildi.

Ənzəliyə danışıqlar aparmaq üçün gələn Azərbaycan nümayəndə heyəti ingilis hərbi hissələrinin komandanı general V.Tomsona Azərbaycan ərazisinə daxil olmazdan əvvəl Azərbaycan Xalq Cümhuriyyətini tanımaq haqqında bəyanat verilməsini təklif etdi. Lakin general Tomson bu təklifi rədd edib dedi ki, “Azərbaycan xalqının ümumi seçkilər nəticəsində yaranmış bir cümhuriyyəti yoxdur, yalnız türk komandanlığının intriqası ilə təşəkkül tapmış bir hökumət vardır. Bir halda ki, siz bunun əksini iddia edirsiniz, o zaman hər şeyi yerində yoxlayıb, buna münasib də qərar verərik”. V.Tomson bəyanat verərək elan etdi ki, noyabrın 17-si səhər saat 10-a qədər Bakı şəhəri Azərbaycan və türk ordularından təmizlənməlidir: Bakı və onun neft mədənləri ingilislərin nəzarəti altına keçəcəkdir, ölkənin qalan hissəsi isə Azərbaycan hökumətinin və ordusunun nəzarəti altında olacaqdır. Azərbaycan rəsmi şəkildə tanınmır, lakin İngiltərə, Fransa və ABŞ nümayəndələri onun hökuməti ilə de-fakto əlaqə yaradacaqlar, bütün idarə və təşkilatlar bəzi dəyişikliklərlə fəaliyyət göstərəcəklər. General V.Tomson Bakının general-qubernatoru olacaq, ingilislər şəhər polisinə rəhbərlik edəcək, şəhər duması yenidən azad fəaliyyətə başlayacaq, Azərbaycan Paris Sülh Konfransında milli müqəddaratını təyinetmə prinsipi əsasında iştirak edəcək, L.Biçeraxov və onun dəstələri Britaniya ordusu ilə birlikdə Bakıya daxil olacaq və nəhayət, silahlı erməni dəstələri şəhərə buraxılmayacaq.

Azərbaycan nümayəndə heyətinin Ənzəlidə general V.Tomsonla apardığı danışıqlar müəyyən qədər uğurlu oldu. Ən əsası ona görə ki, Azərbaycanın Paris Sülh Konfransında iştirak edəcəyi, Bakıya erməni hissələrinin daxil olmayacağı barədə general Tomson öz üzərinə öhdəliklər götürdü.

Noyabrın 17-də Tomsonun hərbi dəstələrinin Bakıya gəlişini şəhər əhalisi eyni cür qarşılamadı. Rus və erməni milli şuralarının tərəfdarları sevinc içərisində idilər. Biçeraxov təyyarələrdən “Rusiya vətəndaşlarına” adlı intibahnamələr səpir, xristian əhalisini Bakının “Ana vətənə qovuşması” münasibəti ilə təbrik edirdi. General Tomsonun da iki gün sonra yaydığı bəyannamə eyni ruhda idi. General Biçeraxov daha irəli gedərək qurama “Qafqaz-Xəzər” hökuməti yaratdı, Bakıda çevriliş təşkil etmək üçün geniş fəaliyyətə başladı. Bakıdakı erməni və rus milli şuraları A.Biçeraxovun gəlişi ilə bağlı belə bir şayiə yayırdılar ki, guya Azərbaycan deyilən dövlət yoxdur, yalnız Rusiya vardır. Azərbaycan hakimiyyəti devrilməli və o, Biçeraxovun başçılıq etdiyi Xəzəryanı hökumətlə əvəz edilməlidir.

1918-ci il iyunun 17-də Gəncədə məcburiyyət üzündən fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası noyabrın 16-da Bakıda öz işini yenidən bərpa etdi.

1918-ci il noyabrın 19-da M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şuranın Bakıda keçirilən ikinci iclasında “Müvəqqəti Azərbaycan parlamanının təşkili haqqında” qanun layihəsi geniş müzakirə olundu. Məlumdur ki, 1917-ci ilin axırlarında Cənubi Qafqazın müsəlman partiyaları Rusiya Müəssislər Məclisinə keçirilən seçkilərdə iştirak etmiş və 14 yer qazanmışdılar. Rusiya Müəssislər Məclisində iştirak etmək mümkün olmadığı üçün Tiflisdə Azərbaycan, erməni və gürcülərdən ibarət Zaqafqaziya Komissarlığının təşkil olunması qərara alındı. Ümumi səsvermə yolu ilə seçilmiş 14 nəfər müsəlman nümayəndələrinin siyahısı qazandıqları səslər müqabilində genişləndirilərək 44 nəfərə çatdırılmışdı. O zaman Azərbaycanda Məclisi-Müəssisan toplamağın mümkün olmadığını görən Cənubi Qafqaz Mərkəzi Müsəlman Komitəsi bu məsələnin hələlik Zaqafqaziya Seymində Azərbaycanı təmsil etməkdə görürdü. Rusiya Müəssislər Məclisinə seçilmiş bu nümayəndələr Cənubi Qafqazın müsəlman əhalisinin müxtəlif siyasi cərəyanlarını təmsil edir və bir milyondan çox müsəlman əhalisinin səsini qazanmışdılar. Ona görə də 1918-ci il mayın 26-da Zaqafqaziya Seymi öz işinə xitam verdikdə, Seymdəki 44 müsəlman nümayəndəsi özünü Azərbaycan Milli Şurası elan etmiş və Azərbaycanın idarəçiliyini üzərinə götürmüşdü.

Milli Şuranın noyabrın 19-da keçirilən iclasında qeyd olundu ki, Azərbaycanda azərbaycanlı əhali ilə yanaşı, digər millətlərin də nümayəndələri yaşayır. Ona görə də Milli Şura Azərbaycan ərazisində yaşayan bütün millətləri təmsil etməlidir. Hazırda Milli Şuranın 44 nəfər nümayəndəsi arasında onları təmsil edən yoxdur. Digər tərəfdən, siyasi partiya nümayəndələri ilə yanaşı, Azərbaycan xalqının müxtəlif təbəqələrinin də belə bir təşkilatda təmsil olunmasına böyük ehtiyac vardır. Azərbaycan parlamentinin təsis edilməsi haqqında qərarda deyilirdi ki, Azərbaycan ərazisinə Bakı və Gəncə quberniyaları, Zaqatala dairəsi, İrəvan və Tiflis quberniyalarının bir hissəsi daxildir. Qafqaz təqviminə görə bu ərazidə 2.750 min nəfər əhali yaşayır. Onlardan 1.900 min nəfəri müsəlman, 500 min nəfəri erməni, 230 min nəfəri isə ruslardır. Hər 24 min nəfərdən bir nümayəndə hesabı ilə müsəlmanlara 80, ermənilərə 21, ruslara 10, azlıqda qalan alman, yəhudi, gürcü və polyaklara bir yer ayrılması qərara alındı. Qanunda göstərilirdi ki, Milli Şuranın 44 üzvü ümumi səsvermə yolu ilə seçildiyi üçün mexaniki olaraq parlamentə üzv olurlar. Qalan 36 nəfər isə şəhər və qəzalar arasında bölündü. Qanunda respublika ərazisində yaşayan bütün xalqların və hər iki cinsin seçki hüququ təsbit edilirdi. Bununla da, Azərbaycan Cümhuriyyəti bütün Şərqdə qadınlara seçki hüququ verən ilk dövlət oldu.

1918-ci il noyabrın 17-də Bakıya daxil olan general Tomson Rusiyanın müttəfiqi olan İngiltərənin sovet Rusiyasına qarşı mübarizənin təşkilində iştirak etməklə yanaşı, Denikin, Kolçak və Yudeniçin hərəkətlərini hərtərəfli dəstəkləyirdi. V.Tomson Azərbaycan hökumətindən tələb edirdi ki, Bakıdakı rus Milli Komitəsi ilə səmimi münasibətlərin yaradılmasına təşəbbüs göstərsin. Rus Milli Komitəsi isə Azərbaycan hökuməti qarşısında tələblər qoyurdu ki, Rusiyanın birliyi və bütövlüyünü, Rusiya Müəssislər Məclisini və Ufadakı A.Kolçak hökumətini tanımalıdır. Bu məsələləri müzakirə etmək üçün noyabrın 24-də axşam Milli Şuranın qapalı iclası keçirildi. Bu barədə məlumat verən F.Xoyski bildirdi ki, Ümumrusiya Müəssislər Məclisini qəbul etmək mümkün olsa da, Azərbaycanın birinci dünya müharibəsinin nəticələrinə həsr olunacaq Paris Sülh Konfransına nümayəndə heyəti göndərməsi ən böyük arzumuzdur. Kolçakın rəhbərlik etdiyi Ufa hökumətini isə hələlik qəbul etmək mümkün deyil. Onun kimlərdən və necə təşkil olunması bizə məlum olmadığına görə, onu qəbul etmək qeyri-mümkündür.

Gərgin müzakirələrdən sonra Milli Şura aşağıdakı qərarları qəbul etməyə müvəffəq oldu: 1. Azərbaycanın siyasi vəziyyəti və dövlət quruluşu məsələsi qəti olaraq Paris Sülh Konfransında həll olunsun; 2. Hazırda Azərbaycanda mövcud olan faktiki idarə sistemi öz qüvvəsində qalır; 3. Əgər Ümumrusiya Müəssislər Məclisi öz müqəddəratını təyin etmiş bütün xalqların nümayəndələri ilə Paris Sülh Konfransında iştirak edərsə, Azərbaycan da orada iştirak edəcək və öz müqəddəratının təyini məsələsində öz prinsipləri üzərində təkid edəcəkdir.

1918-ci il noyabrın 26-da M.Ə.Rəsulzadənin sədrliyi ilə Milli Şuranın növbəti gizli iclası keçirildi. Milli Şuranın üzvü M.H.Hacınski Xəzər-Qafqaz hökuməti təşkil etmək istəyən sağ eserlərlə apardığı danışıqlar barədə məlumat verdi. Məlum oldu ki, sağ eserlərin təşkil etmək istədikləri hökumətə Azərbaycan aşağıdakı şərtlərlə daxil ola bilər: 1. Azərbaycan Ufa hökumətini tanımalıdır; 2. Azərbaycan Rusiyanın bölünməzliyini və Rusiya Müəssislər Məclisinin vahidliyini tanımalıdır. Əslində, bu şərtlər Milli Şuranın noyabrın 24-də qəbul etdiyi prinsiplərə tamamilə zidd idi. Rus və erməni milli şuraları ilə aparılan danışıqlar haqqında F.Xoyski məlumat verərək bildirdi ki, Rus Milli Şurası ilə aparılan danışıqlar nəticəsiz başa çatdı. Erməni Milli Şurasının üzvləri Ter-Azarov və Manandyanla aparılan danışıqların nəticəsi olaraq, onlar 24 noyabr iclasının qərarı əsasında yaradılacaq parlament və hökumətə daxil olmağa hazır olduqlarını bəyan etdilər. İclasın sonunda Azərbaycanın müstəqilliyi barədə məlumat verən və bu ideyanın müdafiəsi məqsədi ilə Avropa və Amerika ölkələrinə göndəriləcək parlament nümayəndə heyətinin əsasnaməsi də müzakirə olunaraq qəbul edildi.

Parlamentin çağırılması ilə bağlı Milli Şura adından, onun sədri M.Ə.Rəsulzadənin imzası ilə noyabrın 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə” müraciətnaməsi dərc olundu. Müraciətnamədə deyilirdi: “Bu ayın19-da qəbul etdiyimiz qanunnaməyə görə, Şurai-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan halına gələcəkdir. Bu məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətdə yığılacaq məbusan irəlidə ümumi intibax üsulu ilə Azərbaycan Məclisi-Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini müdafiə edəcəkdir”.

Milli Şuranın sonuncu iclası 1918-ci il dekabrın 3-də M.Ə.Rəsulzadənin sədrliyi ilə keçirilidi. Hökumətin sədri F.Xoyski həmin gün general Tomsondan aldığı məktubun məzmununu şura üzvlərinə elan etdi. V.Tomson məktubunda tələb edirdi ki, koalisiyalı hökumətin tərkibi elan olunmayınca Bakıda parlamentin iclası keçirilə bilməz.

F.Xoyski bu məktubla bağlı hökumətin atdığı addımlar, general Tomsonla aparılan danışıqlar barədə də geniş məlumat verdi. Fətəli xanın məlumatına görə, Azərbaycan parlamentinin təsis edilməsini istəməyən təkcə ruslar və ermənilər deyil, hətta bir qrup müsəlman Azərbaycan Milli Şurasını V.Tomsonun gözündən salmağa və onun rolunu heçə endirməyə çalışır. F.Xoyski bildirdi ki, o, hökumətin təşkilinin parlament yolu ilə formalaşdırılması prinsipi üzərində israr etmiş və təşkil olunmuş hökumətin xalqın əsas hissəsi tərəfindən seçilmiş orqana arxalanmalı və onun qarşısında hesabat verməlidir fikrini müdafiə etmişdir. Uzun müzakirələrdən sonra V.Tomson F.Xoyskinin fikrini qəbul etmişdir.

Halbuki noyabrın 17-də Bakıya daxil olan V.Tomson özünün ilk bəyanat və çıxışlarında “Azərbaycan” ifadəsini belə, işlətməyi lazım bilmirdi. F.Xoyskinin Tomsonla ilk görüşü çox mübahisəli və sərt keçdi. General Azərbaycan Xalq Cümhuriyyətini tanımadığını və müttəfiqi olan rusların torpağına gəldiyini bildirdi. F.Xoyski Azərbaycan Cümhuriyyətinin elan edilməsinin Azərbaycan xalqının qərarı və istəyi ilə həyata keçirildiyini və bunu bütün dünya dövlətlərinə bəyan etdiklərini bildirdi. F.Xoyski: “Siz böyük bir millət və böyük bir imperatorluqsunuz, eyni zamanda, mədəni bir millətsiniz. Bizim istiqlalımızı qəbul etməlisiniz”. General Tomson: “Bu söylədikləriniz siyasi məsələlərdir. İki dövlət arasında cərəyan edir. Mən bir əsgərəm”. F.Xoyski: “Madam ki, siz əsgərsiniz, mən də istiqlalını elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Biz sizi bura dəvət etmədik. Sizdən vətənimizi tərk etməyinizi tələb edirəm”. Bu cavab qarşısında general Tomson tərcüməçiyə dönərək: “Baş nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün əsgəri qüvvəyə sahib olmaq lazımdır. Aldığım məlumata görə, qurduğunuz cümhuriyyətin ordusu yaranmamışdır”. Cavabında Fətəli xan tərcüməçiyə: “General həzrətlərinə söyləyin ki, o, yalnız hərbi savada malikdir. Ya xalq qüvvəsinin nə olduğunu bilmir. Biz Azərbaycan türkləri istiqlalımızı elan etməzdən əvvəl 100 mindən artıq rus əsgərini xalq qüvvəsinin köməyi ilə sərhədlərimizdən qovub çıxarmışıq. Əgər inad edirsinizsə, bir ovuc ingilis əsgərini dənizə tökmək xalqımızın qüvvəsiylə bir neçə saatlıq işdir. Ancaq biz nə sizdən pislik görmək, nə də sizlərə pislik etmək istəyirik” cavabını verir.

1918-ci ilin noyabrında general Tomson Londona göndərdiyi məktubunda hökumətin başçısı Fətəli xan Xoyski ilə görüşü barədə yazırdı: “O, ağıllı adamdır, hüquqşünasdır və öz bacarığı ilə Qafqazda bizə məlum olan bütün əvvəlki dövlət quranlardan daha qabil olan dövlət qurumu yaratmışdır. Mənimlə görüş zamanı ermənilərin xəyanətlərindən yana-yana danışdı”.

1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin tikdirdiyi qızlar məktəbinin binasında Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə təbrik nitqi söylədi. Müsavat partiyasının təklifi ilə İstanbulda səfərdə olan Əlimərdan bəy Topçubaşov qiyabi olaraq parlamentin sədri, Həsən bəy Ağayev onun birinci müavini seçildi. Rəhim bəy Vəkilov Parlamentin katibi təsdiq olundu. Topçubaşov Azərbaycanda olmadığı üçün parlamentin fəaliyyətinə Həsən bəy Ağayev rəhbərlik edirdi. Parlamentin ilk iclasında Fətəli xan Xoyskinin istefası qəbul olundu və hökumətin təşkil olunması yenidən ona tapşırıldı.

tarix elmləri doktoru, professor

Azərbaycan.- 2010.- 11 iyun.- S. � 5.

Batumi müqaviləsi müstəqil Azərbaycanın bağladığı ilk dövlətlərarası müqavilə idi

Azərbaycanla Gürcüstan arasında 1919-cu il iyunun 27-də üç il müddətinə hərbi-müdafiə sazişi imzalandı. Tarixən dostluq və qardaşlıq mühütündə yaşayan azərbaycan və gürcü xalqları bu sənədlə mehriban qonşuluq əlaqələrini rəsmiləşdirdilər uzun yol keçib bu günkü strateji tərəfdaşlıq səviyyəsinə ucaldılar.
Birinci dünya müharibəsi nəticəsində ağır vəziyyətə düşmüş Türkiyə ilə əlaqələr bərpa edildi. Tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminlinin Azərbaycanın Türkiyədə səfiri təyin edilməsi bu iki qardaş ölkə arasında əlaqələrin gücləndirilməsinə müsbət təsir etdi. Azərbaycanın Avropa və Qafqaz ölkələri ilə genişlənən əməkdaşlığı Türkiyənin də milli mənafeləri üçün faydalı idi. Azərbaycan üçün soydaş, dildaş ölkə olan Türkiyə ilk gündən Azərbaycanın müstəqilliyinin müdafiəsinə qalxdı, onu dəstəklədi, ona hər dürlü yardım göstərdi. Azərbaycanın təhlükəli vəziyyətini nəzərə alaraq 1918-ci ilin iyun ayının 4-də Batumidə osmanlı imperatorluğu ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi imzalandı. Müqaviləni osmanlı dövləti adından ədliyyə naziri, senatın sədri Xəlil bəy və Qafqaz cəbhələrində baş komandan Vahib paşa, Azərbaycan Cümhuriyyəti adından xarici işlər naziri Məmməd Həsən Hacınski və milli şuranın sədri Məmməd Əmin Rəsulzadə imzaladılar. İstiqlal bəyannaməsinin elan edilməsindən altı gün sonra imzalanan bu müqavilənin müstəqil Azərbaycan Cümhuriyyəti üçün böyük tarixi, siyasi əhəmiyyəti var idi. Əvvəla bu müqavilə Azərbaycan müstəqillik əldə etdikdən sonra onun bağladığı ilk dövlətlər arası müqavilə idi. İkincisi bu sənədlə hər iki ölkə arasında daimi sülhün və dostluğun əsası qoyulurdu. Üçüncüsü bu müqavilə ilə Türkiyə Azərbaycanın təhlükəsizliyinin qorunmasını və ölkədə qayda-qanunun möhkəmləndirilməsini öz üzərinə götürürdü.
Fətəli Xan Xoyski Azərbaycanla bağlanan ilk müqaviləni — “dindaş və millətdaşımız olan Türkiyənin bu xeyirxah addımını yüksək qiymətləndirərək qeyd edirdi ki, bu ağır şəraitdə Azərbaycanın xaricdən qüvvə almaq üçün başqa millət və dövlətə müraciət etməsi mümkün deyildi, əgər etsə də bir nəticə hasil olmazdı”. Belə addımı yalnız dost Türkiyə atdı.
Türkiyə müqavilədə üərinə götürdüyü təhəddüdünə əməl etdi və Azərbaycan Cümhuriyyəti 1918-ci ilin iyun ayının 16-da Gəncəyə köçəndə Türkiyənin Qafqaz ordusunun baş komandanı Nuru paşa 300 nəfərlik hərbi təlimatçılarla Təbriz-Qarabağ yolu ilə Gəncə şəhərinə varid oldu. O vaxt Məmməd Əmin Rəsulzadə qeyd edirdi ki, müdhiş anarxiyaya məruz qalan Gəncə Nuru paşanı göydən enmiş xilaskar mələk kimi qarşıladı.
Nuru paşa tezliklə Gəncədə hərc-mərcliyə son qoydu, qayda-qanun yaratdı, Bakının azad edilməsini öhdəsinə götürdü. Nuru paşa Türk-Azərbaycan qoşunlarının iştirakı ilə 1918-ci ilin sentyabrın 15-də Bakı şəhərini onun özəli sahiblərinə qaytardı. Yeganə qardaşımız və soydaşımız Türkiyənin yardımını millətimiz həmişə xatırlamalı və yaddaşında saxlamalıdır.
Azərbaycan Cümhuriyyəti qonşu İranla diplomatik əlaqələrin yaradılmasına böyük əhəmiyyət verirdi. Elə buna görə də Azərbaycan Demokratik Respublikasının hökumət başçısı Fətəli Xan Xoyski 1918-ci ilin may ayının 30-da İrana müraciət edib, Azərbaycanın tanınmasını xahiş edib. Lakin bir sıra müəmmalı səbəblərə görə İran Azərbaycanın təklifinə cavab verməyib, sonralar isə ədalətsiz iddialar irəli sürüb. 1918-ci ilin iyun ayının 19-da İstanbula gələn Məmməl Əmin Rəsulzadə Azərbaycanın istiqlal bəyannaməsini xarici ölkələrin, o cümlədən də İranın səfirliklərinə göndərib. İran səfirliyi bütün sənədləri zərfə qoyub geri qaytararaq bildirib ki, İran Azərbaycan adlı dövlət tanımır, Azərbaycan İranın tərkib hissəsi olduğu üçün onun müstəqilliyinə etiraz edir.
1918-ci ilin noyabr ayının 16-da İranın Türkiyədəki elçisi Mirzə Mahmud xan Əlimərdan bəy Topubaşovla görüşərkən Azərbaycanın istiqal sənədlərini geri qaytarılması barədə üstü örtülü üzürxahlıq etdikdən sonra bildirdi ki, siz şübhə etmiyə bilərsiniz ki, biz farslar sizin müstəqilliyinizə inanırıq. Əgər ermənilər və gürcülər azad dövlət yaradırlarsa, bunu nəyə görə müsəlmanlar da etməsinlər. Deməli, biz sizin müstəqilliyiniz əleyhinə ola bilmərik, biz birinci olaraq sizin müstəqilliyinizi alqışlamalıyıq. Danışıqların davamı göstərdi ki, bü sözlər əsl mətləbə keçmək üçün diplomatik giriş imiş, çünkü az sonra elçi Mirzə Mahmud xanın böyük dövlətçilik iddiaları və şovinist psixologiyası açıqlandı.
İran nümayəndəsinin iddiaları belə idi. “Siz dövlətinizin adını Azərbaycan adlandırmaqla İranda olan əsl Azərbaycana iddia edirsiniz. Məlumdur ki, indiyə qədər mərkəz Təbriz olmaqla bizim ərazi Azərbaycan adlanmışdır” . Əlimərdan bəy bu iddialara cavab olaraq bildirib ki, bizim heç bir iddiamız yoxdur. Yer adına gəldikdə Azərbaycan coğrafi termin kimi Qafqazda da, İranda da vardır.
Mirzə Mahmud xanın ikinci iradı azərbaycanlıların ernogenezisi ilə bağlı idi. Onun məntiqinə görə güya nə Qafqazda, nə də İranda türk mənşəli azərbaycanlı yoxdur, onlar ata babadan farsdırlar, onların sivilizasiyası, mədəniyyəti, adət ən’ənələri farslarla bağlıdır. Sizə türk donu geydirənlərin ünvanı aydındır. Şübhəsiz ki, Mirzə Mahmud xanın bu uydurmaları Azərbaycanı İranla birləşdirmək məqsədi daşıyırdı.
İmkan düşdükcə İran-Azərbaycan rəsmi nümayəndələri arasında görüşlər, danışıqlar davam edirdi. Növbəti görüş 1918-ci ilin dekabr ayının axırında Bakıda oldu. İranın xarici işlər naziri Paris sülh konfransında İranın nümayəndə heyətinin başçısı M.M.Əliqulu xan yol üstü Bakıya gəldi. O, Əhməd Ağa oğlu ilə görüşündə bir daha əvvəlki mövqeyə qayıdaraq İranla Azərbaycanın birləşməsi təklifini irəli sürdü. Əhməd Ağaoğlu Azərbaycanın İranla birləşməsinə qəti etiraz etdiyini bildirdi. Azərbaycanın təhlükəli vəziyyətini nəzərə alaraq 1918-ci ilin iyun ayının 4-də Batumidə osmanlı imperatorluğu ilə Azərbaycan Cümhuriyyəti arasında dostluq müqaviləsi imzalandı.
Əliqulu xan 1918-ci ilin yanvar ayının 15-də yenidən İstanbulda Əlimərdan bəy Topçubaşovla görüşərkən bildirib ki, Azərbaycanın İranla birləşməsi hər iki tərəf üçün münasibdir. Çünkü ruslar, gürcülər və ermənilər sizi, sonra isə bizi yiyəcəklər. Odur ki, bizə birlik lazımdır. Nazir bu birliyi əvvəllər muxtariyyət, sonra isə ittifaq şəklində irəli sürdü. Əlimərdan bəy Topçubaşov Azərbaycanın İranla birləşməsi təklifinə ürəkdən əsəbiləşsə də sivil diplomatik normalara əməl edərək Əliqulu xana bildirki ki, əgər siz Ermənistan və Gürcüstan cümhuriyyətlərinin əleyhinə çıxmamısınızsa, niyə bizim əleyhimizə olmalısınız. Nə qədər çətinliklər olsa da, biz məhv olmayacağıq, zira bizim müstəqil siyasi həyat üçün, hər şeyimiz vardır.
Bütün danışıqlara baxmayaraq İran Paris sülh konfransına Azərbaycana ərazi idldiaları ilə dolu xüsusi memorandum təqdim etdi. Göründüyü kimi diplomatik qarşıdurma açıq aşkar son zirvəyə qalxmışdı. Lakin Avropaya səfərə çıxan İran şahının 1919-ci ilin avqust ayında yol üstü Bakıda dayanması, onun çox mehriban qarşılanması, apardığı danışıqlıqlar, böyük təntənə ilə yola salınması iki qonşu ölkə arasında yaranmış gərginliyi yumşaltdı. Adil xan Ziyadxanov qatarla yola düşən İran şahını Batuma qədər müşayət etdi, şahla, xarici işlər naziri Firuz Mirzə Nüsrətüddovlə ilə söhbət etdi, Azərbaycan həqiqətlərini onlara çatdırdı, onlarda obyektiv fikrin yaradılmasına nail oldu.
(ardı var)

Comments are closed, but trackbacks and pingbacks are open.