Avtomobillərə texniki baxış prosesi ləğv edilir? – Ekspert DETALLARI AÇIQLADI
Y. Nəsirli: “Sovetlər dövründə dövlət təhlükəsizlik orqanlarına əsasən komsomol işçilərini qəbul edirdilər. Mən də Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsində şöbə müdiri işləyirdim. Bir gün Azərbaycan LKGİ MK-nın birinci katibi məni yanına çağırıb dedi ki, Dövlət Təhlükəsizlik Komitəsinə getməlisən. Soruşdum ki, nə üçün. Cavab verdi ki, 5 nəfər adamın adını vermişik. Onlar seçəcəklər ki, kimi DTK orqanlarında işə götürsünlər. Lakin DTK orqanlarında işləmək istəmədiyimi bildirdim. O isə cavabında “artıq biz sənin adını vermişik və DTK-nın sədri, general Heydər Əliyev səni qəbul edəcək”-dedi. Beləliklə, axşam saat 22.00-da Heydər Əliyev məni qəbul etdi. Bir xeyli sorğu-suala tutdu, ailəmiz, atam, anam barədə suallar verdi. Yeri gəlmişkən, bu görüşlə bağlı maraqlı bir məqamı da xatırlatmaq istəyirəm. Belə ki, atam Birinci Dünya müharibəsində həlak olmuşdu. Lakin Heydər Əliyevlə görüşə qədər biz atamın konkret olaraq harada dəfn edildiyini bilmirdik. Sadəcə, “qara kağız”ını almışdıq. Ulu öndər Heydər Əliyev məndən soruşdu ki, sən atanı görmüsən, atan yadına gəlir? Dedim ki, atam müharibəyə gedəndə 3 yaşım vardı. Yadımdadır ki, o, bizim şah tutun altında məni qucağına aldı, üzümdən öpdü və sonra anama verdi. Heydər Əliyev soruşdu ki, bəs atan harada vəfat edib? Dedim ki, biz SSRİ-nin Müdafiə Nazirliyinin arxivlərinə məktublar yazdıq. Onlardan cavab ala bilmədik ki, dəqiq harada vəfat edib. “Biz onu tapmışıq” deyən Ulu Öndər stolun üstündə olan şəxsi işimin toplandığı qovluğun içindən bir kağız çıxarıb mənə göstərdi və “atan 1943-cü ildə Krımda həlak olub. Hazırda Krımdakı qardaşlıq məzarlığında sənin atanın adı yazılıb, Mirza Nasırov” sözlərini əlavə etdi. Onu deyim ki, buna görə çox sevindim və Heydər Əliyevə öz minnətdarlığımı bildirdim, çünki məhz Onun səyəsində atamın harada dəfn olunduğunu öyrənə bildim və sonradan həmin yeri ziyarət edərək “Adsız təpə” adlı kitab yazdım. Yəni, bunu bu gün də deyirəm ki, atamın harada dəfn olunmasını öyrəndiyim üçün Heydər Əliyevə ömrüm boyu minnətdaram.
“HEYDƏR ƏLİYEV BAŞ PROKUROR OLMAQDAN İMTİNA ETDİ. ” – “Özümü də, sizi də pis vəziyyətdə qoya bilərəm. ”
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik ideyalarının elmi-nəzəri əsasları müasir dövrümüzün tələbi olduğu kimi, gələcək nəsillər üçün də çox əhəmiyyətli olacaqdır. İllər keçdikcə Heydər Əliyevin idarəçilik məharətini daha aydın görür və dərk edirik. Onun zəngin və tükənməz olan təcrübə məktəbindən gələcəkdə hələ çox-çox nəsillər bəhrələnəcəklər. Ulu Öndər böyük təşkilatçılıq məharəti və çoxcəhətli səmərəli fəaliyyəti ilə idarəçilik elmini təkcə əməli cəhətdən deyil, həmçinin nəzəri baxımdan da zənginləşdirmişdir.
Heydər Əliyevin siyasət fəlsəfəsində siyasi əxlaqın ali tələbləri dövlət, xalq maraqlarına tabedir. Heydər Əliyevin dövlətçilik düşüncəsinin mayasını isə müstəqillik ideyası təşkil edir. Heydər Əliyev müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünü dərk etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünəri ilə çalışırdı. O, yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmkar mübarizə aparırdı. Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında yalnız insanlarımızın istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, qurub-yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.
Heydər Əliyevin siyasi lider kimi Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri Sovetlər dövründə Azərbaycanın xüsusi xidmət orqanlarında milli kadrların yerləşdirilməsi idi. O, milli kadrların seçilməsinə xüsusi həssaslıqla yanaşırdı. Xüsusilə də Dövlət Təhlükəsizlik Komitəsinə seçdiyi kadrlara münasibətdə daha həssas idi. Bu, Heydər Əliyevin gizli strategiyası idi. O, bunu özü üçün prioritet elan etmişdi. Heydər Əliyev hər bir kadra fərdi yanaşır, onun potensialını və əxlaqi keyfiyyətlərini dəyərləndirirdi.
1953-cü ilin sonunda onun şöbə rəisi təyin olunması nadir hadisə idi. Şöbə rəisi kimi böyük çətinliklərlə qarşılaşsa da, bu orqanda sağlamlaşma aparmaq, yeni gənc kadrları işə qəbul etmək sahəsində böyük fəallıq göstərir. Heydər Əliyev o illəri belə xatırlayırdı: «Cəsarətli addımlar atmağa, təmizləmə işləri görməyə başladım, həmin şöbədə işləyən bir neçə zabitin cinayətkar olduqlarına görə həbs edilməsinə, cəzalandırılmasına, işdən çıxarılmasına nail oldum. Xatirimdədir, 1954-cü ilin əvvəli idi. Mən başladım təmizləmə işləri aparmağa. Bir dəfə, iki dəfə, üç dəfə bu addımları atdım və sonra, 1955-ci ildə də bunların, həmin o cəsarətli addımlarımın qurbanı oldum. Amma öz inadımdan dönmədim, həmin o təmizləmə işlərinə başladım.” Məhz Onun bilavasitə iştirakı və rəhbərliyi ilə 1953-cü ildən təhlükəsizlik orqanlarında təmizləmə, milli kadrların irəli çəkilməsi prosesi başlayıbdır. Heydər Əliyev deyirdi: «Deyə bilərəm ki, təxminən 1953-cü ildən saflaşma, sağlamlaşma prosesi gedib və mən də bu prosesin bilavasitə iştirakçısı, son illərdə təşkilatçısı olmuşam və o vaxtlar bu işləri görmüşəm». 1960-cı ildə təhlükəsizlik orqanlarında aparılan ixtisar nəticəsində beş şöbə birləşdirildi və Heydər Əliyev birləşmiş şöbəyə rəis təyin edildi. Onun bilavasitə iştirakı ilə gənc kadrlar irəli çəkildi. Rəhbər vəzifələrdə azərbaycanlıların sayı artdı. Təhlükəsizlik orqanında işləyən vaxt SSRİ-nin dövlət təhlükəsizliyinin təmin edilməsində xidmətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 26 may 1962-ci il tarixli fərmanı ilə Heydər Əlirza oğlu Əliyev “Qırmızı Ulduz” ordeni ilə təltif edilmişdi. Bu dövrdən sonra onun respublikaya, xalqına xidməti sahəsində daha geniş imkanları yaranır, fəaliyyəti genişlənir.
Tədqiqat zamanı milli kadrlardan olan Yasif Nəsirlinin Dövlət Təhlükəsizlik orqanlarına işə qəbul edilməsinin maraqlı tarixçəsi ilə rastlaşdım. “Ulduz” jurnalının ilk baş redaktoru olan, uzun illər Azərbaycan LKGİ MK-da, Azərbaycan KP MK-da və DTK-da müxtəlif vəzifələrdə işləyən, Əməkdar incəsənət xadimi Yasif Nəsirli ilə bu mövzuda söhbətimiz zamanı o maraqlı tarixə işıq saldı.
UNUDULMAZ İLK GÖRÜŞ
Y. Nəsirli: “Sovetlər dövründə dövlət təhlükəsizlik orqanlarına əsasən komsomol işçilərini qəbul edirdilər. Mən də Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsində şöbə müdiri işləyirdim. Bir gün Azərbaycan LKGİ MK-nın birinci katibi məni yanına çağırıb dedi ki, Dövlət Təhlükəsizlik Komitəsinə getməlisən. Soruşdum ki, nə üçün. Cavab verdi ki, 5 nəfər adamın adını vermişik. Onlar seçəcəklər ki, kimi DTK orqanlarında işə götürsünlər. Lakin DTK orqanlarında işləmək istəmədiyimi bildirdim. O isə cavabında “artıq biz sənin adını vermişik və DTK-nın sədri, general Heydər Əliyev səni qəbul edəcək”-dedi. Beləliklə, axşam saat 22.00-da Heydər Əliyev məni qəbul etdi. Bir xeyli sorğu-suala tutdu, ailəmiz, atam, anam barədə suallar verdi. Yeri gəlmişkən, bu görüşlə bağlı maraqlı bir məqamı da xatırlatmaq istəyirəm. Belə ki, atam Birinci Dünya müharibəsində həlak olmuşdu. Lakin Heydər Əliyevlə görüşə qədər biz atamın konkret olaraq harada dəfn edildiyini bilmirdik. Sadəcə, “qara kağız”ını almışdıq. Ulu öndər Heydər Əliyev məndən soruşdu ki, sən atanı görmüsən, atan yadına gəlir? Dedim ki, atam müharibəyə gedəndə 3 yaşım vardı. Yadımdadır ki, o, bizim şah tutun altında məni qucağına aldı, üzümdən öpdü və sonra anama verdi. Heydər Əliyev soruşdu ki, bəs atan harada vəfat edib? Dedim ki, biz SSRİ-nin Müdafiə Nazirliyinin arxivlərinə məktublar yazdıq. Onlardan cavab ala bilmədik ki, dəqiq harada vəfat edib. “Biz onu tapmışıq” deyən Ulu Öndər stolun üstündə olan şəxsi işimin toplandığı qovluğun içindən bir kağız çıxarıb mənə göstərdi və “atan 1943-cü ildə Krımda həlak olub. Hazırda Krımdakı qardaşlıq məzarlığında sənin atanın adı yazılıb, Mirza Nasırov” sözlərini əlavə etdi. Onu deyim ki, buna görə çox sevindim və Heydər Əliyevə öz minnətdarlığımı bildirdim, çünki məhz Onun səyəsində atamın harada dəfn olunduğunu öyrənə bildim və sonradan həmin yeri ziyarət edərək “Adsız təpə” adlı kitab yazdım. Yəni, bunu bu gün də deyirəm ki, atamın harada dəfn olunmasını öyrəndiyim üçün Heydər Əliyevə ömrüm boyu minnətdaram.
Sonra Ulu Öndər məndən bu görüşə nə səbəbə çağırıldığını bilib-bilmədiyini soruşdu: “Cavab verdim ki, təxminən bilirəm və Azərbaycan LKGİ MK-nın birinci katibinin mənə dediklərini söylədim. Heydər Əliyev isə “bəs sən nə üçün DTK orqanlarında işləmək istəmirsən? Başqaları burda işləmək üçün can atır, sən indi 80 manat maaş alırsan. Amma DTK-da işə düzəlsən 350 manat alacaqsan. Məgər bunu istəmirsən?” – dedi. Cavab verdim ki, mənim DTK-dan xoşum gəlmir, çünki mən adamlarla oturub yeyib-içirəm, söhbət edirəm. Belə çıxır ki, həmin yeyib-içməkdən sonra gəlib nə danışdıqlarını deməliyəm. Bu mənim təbiətimə yaddır. Ulu Öndər bunu eşitcək xeyli güldü və “sənin DTK haqqında təsəvvürün tamamilə yanlışdır. Elə bilirsən ki, biz burda ancaq adam pusmaqla məşğuluq?” – dedi. Eyni zamanda, “İstəyib-istəməməyindən asılı olmayaraq, biz səni DTK orqanlarına işə götürəcəyik” – sözlərini əlavə etdi. Vəziyyəti belə görüb “imkan verin bir az fikirləşim” dedim. ””
Y.Nəsirli bu görüşdən bir müddət sonra yenidən Ulu öndərin qəbulunda olub: “Həmin görüşdə Ulu öndər yenə də mənim nə üçün DTK-da işləmək istəmədiyim barədə suallar verdi. Cavabımda bu dəfə də rus dilini bilmədiyimi bəhanə gətirdim və xahiş etdim ki, məni bu orqanlara işə götürmək fikrindən daşınsınlar. Bununla da, hər şeyə nöqtə qoyuldu”.
Burada Heydər Əliyevin məsələyə özünəməxsus yanaşmasının şahidi oluruq. Sovetlər dönəmində kiminsə DTK sədrinin təklifinə yox deyəcək cürəti özündə tapması pis də qarşılana bilər və həmin kadrın karyerasının sonu da ola bilərdi. Lakin Heydər Əliyev öz peşəsini sevdiyi kimi, işə qəbul etdiyi şəxsin də öz peşəsini sevməsini istəyirdi. Y. Nəsirlinin vəzifədən imtina etməsi şəxsi xarakter məsələsi idi. Bu isə Heydər Əliyev kimi möhkəm xarakterli bir şəxsin xoşuna gəlməyə bilməzdi. Çünki buna oxşar hadisə məhz Heydər Əliyevində nümunəsində baş vermişdir.
HEYDƏR ƏLİYEV BAŞ PROKUROR VƏZİFƏSİNDƏN İMTİNA EDİR
Vaxtilə Azərbaycan KP MK-nın ikinci katibi olmuş Vladimir Yefimov Semiçastnının Heydər Əliyev haqqında xatirələri maraq doğurur. Elə Azərbaycan SSR Nazirlər Soveti yanında DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə təsdiq edilməsi üçün namizədliyi respublika KP MK-ya təqdim edilmiş Heydər Əliyevlə ilk dəfə o zaman tanış olmuşdular. Sonralar o, görüşdən aldığı ilk təəssüratı belə xatırlayırdı: “Baxdım ki, pis oğlana oxşamır. Xülasə, təsdiq etdik”. Semiçastnı Əliyevlə daha bir görüşünü xatırlayır ki, bu görüş Heydər Əliyevin peşəkarlıq məsələlərinə necə qiymət verməsi nöqteyi-nəzərdən çox səciyyəvidir. Azərbaycanın baş prokuroru vəzifəsi boşalmışdı. Semiçastnı namizədlər seçməyi tapşırmışdı. Müzakirə üçün namizədliyi MK-ya təklif edilənlər arasında tanış soyadı – “Əliyev Heydər Əlirza oğlu” sözlərini görəndə, göstəriş verdi ki, onu söhbət üçün dəvət etsinlər. Semiçastnı Əliyevi səhhəti, qulluğu, ailəsi barədə sorğu-suala tutdu. Cavablar qənaətbəxş idi.
– Əgər sizə respublika prokuroru vəzifəsini təklif etsək, buna necə baxarsınız? – deyə soruşdu.
– Prokuror? Əliyev fikrə getdi. O, zahirən həyəcansız görünsə də, Semiçastnı başa düşürdü ki, indi onun daxilində bir təlatüm yaşanır.
– Vladimir Yefimoviç, istəyirsiniz düzünü deyim?
– Bu divarlar arasında başqa cür danışmırlar.
– Bilirsinizmi, mən təhsil etibarilə hüquqşünas deyiləm. Əməliyyat işçisiyəm . Odur ki, belə bir məsuliyyəti üzərimə götürmək istəməzdim. Özümü də, sizi də pis vəziyyətdə qoya bilərəm. Ən əsası da işə ziyan dəyər.
Semiçastnı sonralar xatırlayırdı ki, belə səmimi etiraf onu heyrətləndirmişdi. Axı, yüksək vəzifədən kim imtina edərdi?
– Eybi yox, yoldaş Əliyev, səmimiyyətinizə görə sağ olun. Sizin mövqeyiniz hörmətə layiqdir.
Semiçastnı, özünün dediyinə görə, Əliyevi daha narahat etməmiş, bu vəzifəni tutmasını təkid etməmişdi. Onun mövqeyi Moskva canişininin çox xoşuna gəlmişdi.
Qayıdaq dövlət təhlükəsizlik sisteminə milli kadrların seçilməsi məsələsinə. Gənc kadr Y.Nəsirlinin xidmətdən mənəvi amillərlə imtina etməsi, doğru söz söyləməsi, səmimiyyəti Heydər Əliyevin diqqətini cəlb etmişdi. Y.Nəsirli qeyd edir ki, 1969-cu ilin isti yay günləri idi. Artıq bir ay idi ki, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilmişdi. Dedilər ki, Azərbaycan LKGİ MK-nın birinci katibi rəhmətlik Elmira Qafarova səni axtarır. Məni görən kimi dedi: “Yasif, deyəsən, sənin üzünə gün doğub. Saat 14.00 radələrində Heydər Əliyev səni qəbul edəcək”. Düzü, bilmədim bu xəbərə görə sevinim, yoxsa nə edim. Axı, məni çağıran Azərbaycan KP MK-nın birinci katibi idi. Qısası, Ulu Öndərin qəbuluna girdim. Məni görəndə Heydər Əliyevin üzündə bir təbəssüm yarandı. Məni bir xeyli süzəndən sonra “sən əsl Çarli Çaplisən ki”-dedi. Sonra isə Ulu Öndər məni çağırmağının səbəbini söylədi və “indi səni bura, öz yanıma işə götürmək istəyirəm. Teymur Əliyevə göstəriş vermişəm ki, sənin sənədlərini hazırlasın. Artıq sənədlərin hazırdır. Burada işləməyə necə baxırsan”, deyə, soruşdu. Cavabımda işləmək istədiyimi söylədim və Heydər Əliyev yenidən xoş bir təbəssümlə “saat 16.00-da Büroya gəl”-dedi. Onu da deyim ki, bu, Heydər Əliyevin birinci katib kimi keçirdiyi ilk Büro idi. Beləliklə, Azərbaycan KP MK-da təbliğat-təşviqat şöbəsində təlimatçı kimi işə başlayan Y. Nəsirli qısa zaman kəsiyində öz fəaliyyəti ilə Ulu Öndərin ümidlərini doğruldub.
“Bu dəfə DTK-da işləmək təklifinə “yox” deyə bilmədim…”
Y.Nəsirli deyir ki, bir zamanlar DTK orqanlarında işləməkdən imtina etsə də, 1973-cü ildə Azərbaycan KP MK-nın birinci katibinin tapşırığına əməl etməli olub: “1973-cü ilin yanvar ayı idi. Mərkəzi Komitədə işləyirdim. İsmayıllı Rayon Partiya Komitəsinin birinci katibi Qardaşov barədə çoxlu neqativ materiallar daxil olurdu. Məni bir neçə nəfərlə birlikdə yoxlamaya göndərdilər. Arayışı gətirib verdik. MK-nın bürosunda katibi işdən çıxardılar və məni ora birinci katib göndərməyi qərara aldılar. Səhəri geyinib-keçinib işə gəldim və məni təşkilat şöbəsinin müdirinin yanına çağırdılar. İçəri girəndə şöbə müdiri Ramiz Məmmədzadənin yerində həmin vaxt DTK-nın sədri olan general Krasilnikovun oturduğunu gördüm. Yaxınlaşıb görüşdüm. Təəccübləndiyimi görüb “Əyləş, bir qədər söhbət edək. Büro qərarını dəyişib. Heydər Əliyev məsləhət gördü ki, sən DTK-ya işə gedəsən. Belə qərara gəlmişik ki, səni Moskvaya SSRİ DTK-nın F.Dzerjinski adına Ali Məktəbinə oxumağa göndərək. Get fikirləş, qərarını bizə bildirərsən”-dedi. Kor-peşiman sədrin yanından bayıra çıxdım. Axı, belə təklif mənə komsomolda işləyərkən bir neçə dəfə edilmişdi. Mən razılıq verməmişdim. Lakin düşündüm ki, əgər birinci katib belə məsləhət görürsə, mütləq işləmək lazımdır. Beləliklə, Heydər Əliyev məni qəbul etdi və işləmək istədiyimi dedim. Bu, Ulu Öndəri xeyli məmnun etdi. Dedi ki, öncə Moskvaya gedib, orada DTK məktəbində oxuyacaqsan. 1973-cü ilin avqustunda Moskvaya oxumağa getdim. Ulu Öndərin tapşırığına əsasən oxuduğum müddətdə mənə yüksək məbləğdə təqaüd kəsildi. Eyni zamanda, əməkhaqqım da hər ay mənə göndərilirdi”.
“Həbs olunmuş” dissertasiyalar.
1975-ci ilin avqustunda Moskvadan qayıdandan sonra Yasif Nəsirli DTK-da əks-kəşfiyyat şöbəsinə rəhbər təyin edilir: “Moskvadan qayıdandan sonra Ulu Öndər məni qəbul etdi. Dedi ki, “sən respublikada əks-kəşfiyyata rəhbərlik edəcəksən”. Həmin şöbə yaradıcı, elm, maarif, ali məktəb və digər bu kimi təşkilatlara baxırdı. Bu şöbədə işləri təhvil aldıqdan sonra sənədlərlə tanışlıq məndə təəssüf hissi oyatdı. Çünki 17 doktorluq və namizədlik dissertasiyasının üzərinə arayışlar tikilmişdı. Bu arayışlarda isə həmin işlərin millətçilik və antisovet ruhunda yazıldığı qeyd olunmuşdu. Əsərlərin müəlliflərini şəxsən tanıdığım üçün sözügedən arayışların düzgün tərtib edilmədiyinə əmin idim. Buna görə də 3 ay bu işlə məşğul oldum. Sübut etdim ki, bu dissertasiyalar nahaq yerə DTK-da “dustaq” ediliblər. Bununla bağlı bir arayış yazıb DTK sədri Krasilnikova verdim. O da həmin arayışı aparıb Heydər Əliyevə təqdim etdi. Bundan sonra Ulu Öndər məni çağırdı və ətraflı məlumat aldı. Heydər Əliyev sənədin üzərinə dərkənar qoydu və DTK-da “dustaq edilmiş” dissertasiyaların hamısı növbədənkənar müdafiəyə buraxıldı. Həmin vaxt, eyni zamanda, Bəxtiyar Vahabzadə, Sabir Əhmədov, Anar, Məmməd Araz, Söhrab Tahir, Məmməd Aslan, Mövlud Süleymanlı, Abbas Abdulla, Nüsrət Kəsəmənli haqqında da xüsusi yoxlama işləri vardı. Bu yoxlama işlərinin nəticəsi olaraq həmin şair və yazıçılar dövlət mükafatlarından məhrum edilməklə yanaşı, xaricə də buraxılmırdılar. Anara Türkiyəyə getməyi yasaq etmişdilər, səbəb kimi onun orada qohumlarının yaşaması göstərilirdi və.s. O dövrdə ziyalılarımızın hər birinə köməklik göstərildi.
Y. Nəsirlinin sadaladıqlarını dinlədikcə Heydər Əliyevin bir nəfər milli vətənpərvər şəxsi dövlət təhlükəsilik orqanına götürməsi ilə nə qədər böyük işlərə imza atdığının şahidi oluruq.
Heydər Əliyevin Moskvada işlədiyi dövrlərdə milli kadrların SSRİ səviyyəsində vəzifələrə təyin olunması ilə bağlı necə çalışdığının şahidi oluruq. Belə şəxslərdən biri də Telman Hüseyn oğlu Vəkilovdur. Telman Vəkilov bir müddət Azərbaycan Qaz Komitəsinə rəhbərlik etmişdi. Onun savadlı və təmiz bir insan kimi tanıyan Heydər Əliyev SSRİ qaz sənayesi nazirinin müavini vəzifəsinə təyin olunması üçün namizədliyini verir. Mərhum Telman Vəkilovla bu barədə söhbət edərkən o, eyni anları yaşayırmış kimi, ehtiyatla danışırdı. T.Vəkilov bildirdi ki, Heydər Əliyev mənə dedi sənin namizədliyini vermişəm, amma unutma, ruslar bizim vəzifəyə təyin olunmağımızda maraqlı deyillər, ona görə də sən onlardan beş dəfə güclü olmalısan ki, səni seçsinlər. Mən sənə güvənirəm. Belə də oldu, Heydər Əliyevin dəstəyi ilə daha bir azərbaycanlı SSRİ səviyyəsində yüksək vəzifəyə təyin olundu və işin öhdəsindən layiqincə gəldi. Telman Vəkilov bir neçə il SSRİ qaz sənayesi nazirinin müavini vəzifəsini ləyaqətlə həyata keçirdi.
Heydər Əliyevin general Kərim Kərimovla münasibətləri isə çox maraqlı məqamlar, yaddaqalan tarixi hadisələrlə zəngindir. SSRİ səviyyəsində yüksək post tutan Kərim Kərimovla Heydər Əliyevin münasibətləri çox yaxın olub, onlar uzun müddət dostluq münasibətləri saxlayıblar. Kərim Kərimovun yaxın qohumu, ehtiyatda olan xüsusi xidmət polkovniki Oktay Əhmədov maraqlı xatirələrə işıq salır. Kərim Kərimov Moskvadan xüsusi olaraq Bakıya gələrək buradan Naxçıvana, Heydər Əliyevin görüşünə getmək istəyir. Lakin o vaxtkı respublika rəhbəri Ayaz Mütəllibov generala bildirir ki, mən sizə helikopter verə bilmərəm, Naxçıvana uçmaq təhlükəlidir, Ermənistanın üstündən uçmalı olcaqsınız. Kərim Kərimov bu təhlükəni gözə alaraq Heydər Əliyevin görüşünə gedir. Görüşdən sonra Bakıya qayıtmaq istəyən generala Heydər Əliyev bildirir ki, sən İçərişəhərdə böyümüsən, bilirəm ki, düşbərəni çox sevirsən, sənə xüsusi olaraq düşbərə bişirtdirmişəm. Bunu yeyib gedərsiniz. Sonra Heydər Əliyevin prezidentliyi dövründə Kərim Kərimovla Bakıda yenidən görüşürlər. Oktay Əhmədov bildirir ki, 2 saat nəzərdə tutulan görüş 4 saat çəkdi. Həmçinin Heydər Əliyev Kərim Kərimova “Şərəf” ordeni verilməsi ilə bağlı sərəncam imzalasa da, Kərim Kərimov Bakıda olmaması səbəbindən ordeni şəxsən təqdim edə bilmir. Həmin dövrdə orden alan şəxslər Kərim Kərimovun Bakıya gəlib ordenini almasını gözləmək məcburiyyətində qalırlar.
Heydər Əliyev Kərim Kərimova “Şərəf” ordenini şəxsən təqdim edir və təqdimat mərasimində söyləyir: “Sənin Azərbaycan xalqı qarşısında xidmətlərin böyükdür. Sən Azərbaycan xalqınn bütün dünyaya öz işlərinlə tanıtmısan. Səni Azərbaycanda çox qiymətləndiririk. Sənə bu qədər orden-medallar böyük elmi və digər fəaliyyətinin nəticəsində verilib”.
Ulu Öndərin Azərbaycan xaqlının qiymətli irsinə münasibəti Onun uğurlu siyasi varisi cənab İlham Əliyevin dönəmində davam etdi. 30 yanvar 2017-ci il tarixdə Prezident Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Sərəncamda deyilirdi: “2017-ci ilin noyabr ayında kosmik proqramların gerçəkləşdirilməsinin fəal iştirakçısı, görkəmli alim və hərbi xadim, Kosmik Uçuşlar üzrə SSRİ Dövlət Komissiyasının sədri, Sosialist Əməyi Qəhrəmanı, Dövlət və Lenin mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant Kərim Abbasəli oğlu Kərimovun anadan olmasının 100 illiyi tamam olur.
Kərim Kərimov kosmik aparatların və raket texnikasının yaradılması, kosmosa uçuşların intensivləşməsi və kosmonavtikanın inkişaf etdirilməsi sahəsində müstəsna xidmətlər göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, kosmik fəzanın tədqiqi işinə mühüm töhfələr vermiş Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi ilə birlikdə Kərim Kərimovun 100 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin”.
Kadrlara münasibətdə xüsusilə bir nəfərin adını çəkmək istəyirəm . Vaxtilə BDU-nin rektoru olmuş professor Mirabbas Qasımov. Tələbəlik illərimdə gəncləri Heydər Əliyevin ətrafında birləşdirərək mübarizə apardığım üçün məni universitetdən qovmağa bir neçə dəfə cəhd etmişdi Mirabbas Qasımov. M.Qasımovun Ayaz Mütəllibova regional mənsubiyyət nöqteyi-nəzərdən bağlılığı və Heydər Əliyevə patoloji mənfi münasibəti heç kimə sirr deyildi. Hətta mənim universitetdən qovulma məsələmdə qiymətlərimin hamısının 4-5 olmasını əsas gətirən mərhum alim Arif Babayev bildirmişdi ki, bütün qiymətləri yaxşı və əladır biz bunu necə qova bilərik. Bu halda mənə bildirdilər ki, sən universitetin 100-cü otağını yandırmısan. M.Qasımov nə olursa-olsun, heç kim Heydər Əliyevi müdafiə etməsin prinsipini özü üçün əsas götürmüşdü. Biz gənclər isə Heydər Əliyevin müstəqillik çağırışlarını özümüz üçün mübarizə kredosu seçərək belə çətinliklərdən çəkinmirdik. Ayaz Mütəllibovun hakimiyyəti dönəmində deputat olan professor Mirabbas Qasımov Ali Sovetdəki çıxışında heç bir ədəb-ərkan qaydalarına sığmayan belə fikirlər işlədir: “Əziz həmvətənlər, bu gün Azərbaycan tarixində böyük bir hadisə baş verir, gəlin biz xırda hisslərə qapılmayıb bu hadisəyə qiymət verək. Burada sözlər gedir ki, bu xalqın iradəsidirmi? Bəli, biz deputatlar burada xalqın iradəsini ifadə etməkdən ötrü toplanmışıq və xalq bizə bu etimadı göstərib, bura seçib. İkincisi, referenduma gedəndə biz suveren respublikaların və suveren dövlətlərin ittifaqı haqqında sözə “hə” “yox” demişdik, suverenlik elə fransız dilində müstəqillik deməkdir. Yoldaş Əliyev, siz danışanda mən danışmadım və xahiş edirəm qulaq asın, mən bilirəm ki, mənim savadım sizinkindən çoxdur. Bunu ixtiyarı yerdə sübut eləyə bilərəm. Ona görə də mən üzümü deputatlara çevirərək deyirəm, gəlin xırda hisslərdən əl çəkək, bu gün biz müstəqilliyə addım atırıq. Bu addımın arxasında böyük hadisələr durur, böyük işlər durur. O, işlərin hamısını biz bir gündə görmək istəyirik. Bir gündə o işləri görə bilmərik, bundan ötrü komissiyalar düzəlməlidir, bundan ötrü müxtəlif işlər aparılmalıdır, bundan ötrü gələcək ordunun yaradılması haqqında addımlar atılmalıdır və. sair və ilaxır. O, ki, qaldı İttifaq Müqaviləsinə, belə bir söz deyək, dünyada dostsuz insan yoxdur və dostsuz da heç bir dövlət ola bilməz. Hər dövlətə bir dost lazımdır. İndi iqtisadi əlaqələrimiz olan, yaxşı əlaqələr yaradılmış respublikaların arasından çıxsaq, heç bir iqtisadi əlaqəmiz olmadan biz tam məhv ola bilərik. Ona görə də gəlin eyforiyaya qapılmayaq”.
Göründüyü kimi, Mirabbas Qasımov müstəqlliyin əleyhinə gedərək Rusiya ilə dostluğu önə çəkir. Lakin Heydər Əliyevin bütün çıxışları məhz müstəqilliyə çağrış idi. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra M. Qasımovun qərəzli münasibətinə müdrik bir cavab verdi. Bununla əlaqədar bir xatirəmi bölüşmək istərdim. Bir dəfə BDU-nun rektoru mərhum Murtuz Ələsgərov bu məsələ ilə bağlı heyrətini gizlədə bilmədi. O qeyd etdi ki, kafedra müdiri işləyən Mirabbas Qasımovu kafedradan uzaqlaşdırmaq istədiyimi Dahi Liderə söyləyəndə, O buna qarşı çıxaraq dedi ki, işin olmasın, qoy işləsin. “Mənə deyiblər ki, riyaziyyatın bir sahəsi olan “Spektr analiz” üzrə mütəxəssisdir. Düzdür, siyasətdə naşı olsa da, qoy öz sahəsində Azərbaycana xidmət etsin”. Heydər Əliyevin “Qarabağ indiki kimi bizim olmayıb. Gəl mindirim səni vertolyota, aparım gəzdirim” deyən Bayram Bayramova cavabı belə olmuşdu: “Deyirsən ki, Qarabağ indiki kimi bizim olmayıb. Qabilin yazısını özün çap eləmisən ki. ” “Yar bizim, dad özgənin” olsa da, onun keçmiş xidmətlərinə görə hakimiyyətə qayıtdıqdan sonra Ümummilli Lider Heydər Əliyev yenə həmin müdrikliyi göstərdi. Bayram Bayramov 1994-cü il noyabrın 9-da uzun sürən xəstəlikdən sonra Bakı səhərində vəfat etmiş, Ümummilli Liderin göstərişi ilə Fəxri xiyabanda qələm dostlarının sırasında dəfn olunmuşdur.
Belə hadisələrlə dolu çox misal çəkmək olar. Bu tarixi faktlar da göstərir ki, xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev yaşadığı bütün həyatı boyu hər zaman Xalqını, Vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır. Azərbaycanı inkişaf etdirmək, şöhrətləndirmək, xalqın tükənməz potensialını üzə çıxarmaq Heydər Əliyevin ən böyük amalı olmuşdur. Məhz belə amallar, bu düşüncələr dövlətə və xalqa xidmət baxımından real siyasətlə məşğul olan hər bir kəs üçün tarixi örnəkdir.
Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, qurucusu olduğu milli dövlətçilik strategiyası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin davam etdirilməsi Azərbaycan dövlətinin və xalqının tərəqqisi üçün ən böyük təminatdır.
Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Avtomobillərə texniki baxış prosesi ləğv edilir? – Ekspert DETALLARI AÇIQLADI
Rusiyada avtomobillərin məcburi texniki baxışdan keçirilməsi ləğv olunub.
Azərbaycanda da bu qayda ləğv edilə bilərmi?
Əslində, bu məsələ cəmiyyət arasında ən çox müzakirə olunan mövzudur. Sürücülərin fikrincə, belə qaydanın hər il yerinə yetirilməsi absurddur. Onlar düşünür ki, bu avtomobil üçün heç bir əhəmiyyət kəsb etmir və ancaq əlavə pul yığmaq üçün bir yoldur.
MÖVZU İLƏ BAĞLI:
Bayram günləri texniki baxış olacaqmı? – DYP-dən AÇIQLAMA
Xatırladaq ki, yeni istehdal olunan avtomobil, istehsal tarixinin 4 ilinin tamamında 5-ci ilində texniki baxışdan keçir. Məsələn: 2017-ci il istehsalı olan avtomobil 2022-ci ildə texniki baxışdan keçməlidir. İstehsal ilinin 4 ili tamam olmuş avtomobillər isə 2 ildən bir texniki baxışdan keçməlidirlər.
Məsələn: 2016-cI ilin avtomobili 2020-ci ildə texniki baxışdan keçəndən sonra, növbəti texniki baxış müddəti 2022-cİ il olacaqdır. İstehsal ilindən 10 il keçmiş avtomobillər hər il texniki baxışdan keçməlidirlər.
Texniki baxışdan keçmək üçün tələb olunan şərtlər
Texniki baxışdan keçmək üçün nəqliyyat vasitəniz aşağıdakı texniki göstəricilərə sahib olmalıdır:
1. Dəm qazı (Avro 2)
2. Şinlərin protektoru (1.6 mm)
3. Avtomomobilin konstruksiyasında nəzərdə tutulubsa, brızqoviklər
4. Çatsız şüşələr (alın şüşə,yan şüşə və AZS 122-2004 standartına uyğunluq)
5 İşıqların saz vəziyyətdə olması . (İşıqları öncədən servisdə yoxlatdırıb rəsmi kağız alın. Birdən sizə texniki baxış zamanı “işıqlarınız nasazdır” desələr həmin kağız lazım olacaq)
6. Təhlükəsizlik kəməri
7. İşlək əyləc sistemi
8. Yağ və ya yanacaq sızması olmasın.
Avtomobildə yanğınsöndürən, qəza-durma nişanı və tibb çantası olmalıdır. Tibb çantasının tərkibi isə mütləq şəkildə müvafiq siyahıya uyğun olmalıdır.
Bundan başqa qanuna əsasən texniki baxış üçün dövlət rüsumu sadəcə 25 manatdır. Bu məbləği bank, kassa, pos-terminal və onlayn ödəmək mümkündür.
Belə bir prosedura ehtiyac varmı?
Nəqliyyat eksperti Eldəniz Cəfərov düşünür ki, avtomobillər mütləq şəkildə qaydalara uyğun olaraq, texniki icbari baxışdan keçirilməlidir.
Onun sözlərinə görə, digər ölkələrdən fərqli olaraq, Azərbaycana gətirilən avtomobillərin əksəriyyəti köhnə maşınlar olur.
“Ölkədə istismar müddəti bitmiş xeyli sayda avtomobil var, ona görə də bu qanunun ləğv olunmasının tam əleyhinəyəm. Bu səbəblərə görə icbari texniki baxış mütləq şəkildə həyata keçirilməlidir. Həm də Dövlət Yol Polisinin həyata keçirdiyi bu texniki baxış avtomobilin mexaniki hərəkət hissəsinin yoxlanışıdır. Bunu səthi adlandırmaq doğru deyil, çünki bu reqlamentə uyğun olaraq həyata keçirilir. Əgər sabah avtomobilin texniki baxışı həyata keçirilməsə hər kəs istədiyi kimi onun motorunu və digər hissələrini dəyişər. Bu isə bizim təhlükəsizliyimiz baxımında özümüz üçün təhlükəli ola bilər”.
Ekspert bildirib ki, yoxlanışlar tərtib olunmuş qaydalara uyğun həyata keçirilir. Hansı sürücü bundan razı deyilsə, könüllü şəkildə avtomobilinin markasına uyğun olaraq, rəsmi servisə müraciət edib müəyyən məbləğ ödəməklə bunu edə bilər.
Eldəniz Cəfərov sürücülərin onlardan əlavə pul tələb edilməsi haqqında iddialarına da fikir bildirib.
“Hər bir insan belə neqativ hallarla bağlı dərhal şikayət etməlidirlər. Orada olan rəhbər işçilərə yaxınlaşıb bu barədə məlumat verməlidirlər. Rüsumlar haqqında isə deyə bilərəm ki, Azərbaycanda bu digər ölkələrdən qat-qat aşağıdır. Məsələn Yaponiyada avtomobilin istehsal tarixindən 5 il keçdikdən sonra rüsumu o qədər baha olur ki, avtomobil sahibi yeni maşın almağa üstünlük verir”.
Azərbaycanda avtomobillərin vahid informasiya bankı niyə yaradılmır?
Avtomobil sahəsində olan ikinci problem maşınların tarixçəsi və onun xarakteriskası haqqında vahid bir sistemin olmamasıdır. Bu isə avtomobillərin alqı-satqısı zamanı satıcıların müştəriləri aldatmasına gətirib çıxarır.
ABŞ-da bu sferada ən məşhur axtarış sistemi “Carfax”dır. Bu sistem vasitəsilə dünyanın istənilən yerində olan müştərilər maraqlandıqları avtomobil barədə müəyyən olunmuş məbləği ödəməklə (3-15 ABŞ dolları) onun haqqında bütün məlumatları əldə edə bilirlər.
Ekspertlər düşünürlər ki, Azərbaycan belə bir mərkəzi sistem tətbiq olunarsa, bununla avtomobil sahəsində bir-neçə problem öz həllini tapa bilər.
Belə olduğu təqdirdə, həm müştərilər, həm də dövlət müəyyən qazanc əldə edə bilərlər. Bu zaman avtomobil almaq istəyənlər aldanmaz, həm də dövlət büdcəsinə külli-miqdarda vəsait cəlb oluna bilər. Çünki bir avtomobilin tarixçəsini əldə etmək istəyən müştəri təyin olunan məbləği ödəməklə məlumatları əldə edə biləcək.
2021-ci ilin statistikasına görə, ölkəyə 80 min avtomobil gətirilib. Bu hesablamalara görə, vahid mərkəzi sustemin tətbiqi ölkə büdcəsnə milyonlarla vəsait qazandıra bilər.
Plan hazırdır, vaxt bəlli deyil.
Eldəniz Cəfərov Bizim.Media-ya açıqlamasında bu məsələyə də toxunub. O, bildirib ki, bu vahid sisteminin yaradılması dövlət proqramında da öz əksini tapıb.
“Azərbaycanda bütün avtomobillərin texniki baxışı tam diaqnostikadan keçirilib onun vəziyyəti haqqında məlumatlar vahid portala yerləşdirilməlidir.
Bu zaman bir vətəndaş alqı-satqı etdiyi zaman digərinə avtomobilin vəziyyəti haqqın şifahi şəkildə deyil, sənədləşdirlmiş formada sözlərini sübut edə bilər. Bu Azərbaycan Respublikası “Yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illəri əhatə edən” dövlət proqramında öz əksini tapıb. Həmin o proqramda qeyd edilib ki, ölkədəki avtomobillərin texniki baxışı dəqiq cek-up müayinədən keçirilməli və onun bütün informasiyası ümumi sitemə yerləşdirilməlidir. Bununlada avtomobilin bütün vəziyyəti o sistemdə əks olunacaq. Ümid edirik ki, 2022-ci ildə bu məsələ barədə işlər yekunlaşacaq və yol xəritəsi hazırlanaraq işlərə start verilər”.
Vüsalə Balayeva, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Comments are closed, but trackbacks and pingbacks are open.