9 Noyabr Bayraq Günü təbrik mesajları 2022
Bayraq- millətin evidir, varlığıdır, zəfəridir və nəhayət, taleyidir.
Bayraq gunu
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.
Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən �Türkçülük, islamçılıq və müasirlik� düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, �Azərbaycan Respublikasnın Dövlət bayrağı haqqında� Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş �Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə� əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilmişdir.
Əsasnaməyə görə Azərbaycan Respublikasının Dövlət bayrağı eni və uzunluğu bərabər olan rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir: üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti 1:2-dir. Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti 3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı bayrağın eninin 1/2-nə bərabərdir. Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-nə bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol tərəfdə, bayrağın eninin 1/60-nə bərabər olan məsafədə yerləşir. Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin diametri isə 1/12-ni təşkil edir.
Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, ölçülərindən asılı olmayaraq təsvirlərə həmişə dəqiq uyğun gəlməlidir.
Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.
2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.
2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur.
162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.
9 Noyabr Bayraq Günü təbrik mesajları 2022
Azərbaycan bayrağı haqqında söylənmiş sözlər, bayraq haqqında şeirlər, bayraq ilə əlaqəli whatsapp statuslar və daha artığını bayraq gününə özəl hazırladığımız məqalədə tapa biləcəksiniz.
9 noyabr Dövlət Bayrağı günüdür. Dövlət Bayrağı Günü ilə bağlı 2009-cu ilin noyabr ayında Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib.
Bayraq sözləri, Bayraq mesajları, Bayraq günü təbrik mesajları və təbrik yazılı şəkilləri telefonunuza yükləyərək dostlarınızla paylaşa bilərsiniz.
9 Noyabr Bayraq Gününüz mübarək olsun!
Başlar düşmədən yerə Bayraq düşməz, Vətən bölünməz.
Bir Bayrağa sahib olmaq asan deyil. Bayraq, həyat sevincimizin öncülüdür.
Millətlə eyniləşən tək sevgi Bayraq sevgisidir.
Bayraq müstəqilliyin rəmzidir. Dalğalanmazsa, millət müstəqil sayılmaz.
Bayraq- millətin evidir, varlığıdır, zəfəridir və nəhayət, taleyidir.
Bayraq – ona görə həmişə millətin qürur, güvənc yeri, mövcudluğunun bəlgəsi sayılıb.
Bu bayraq dalğalandıqca bu ölkə həmişə var olacaqdır.
Bayraq bizi bizimlə birləşdirən əbədi bir sirrdir.
Bayraq günü ən dəyərli günlərdən biridir! Bayrağımızla fəxr edirəm!
Hür dalğalandıqca bayrağım, hür olur vətənim.
Bayraqları bayraq edən üstündəki qandır!
Bir kərə qalxan bayraq bir daha enməz!
Bayraq, bir bütövlüyü tamamlayan ilahi bir sevginin səmasındakı dalğalanmağıdır.
Bir alov yandırdı, sönməz bir daha. Bu bayraq yüksəkdən enməz bir daha!
Şəhid olsam, bu bayrağı üstümə örtün!
Bayraq – insanın fərdiyyətçilikdən çıxması, evin dörd divarına sığmaması, miqyasının sərhədlərini nişan verən ən böyük faktdır. Bir fərdin kimliyi, təfəkkür və düşüncə tərzi, imkanları onun Bayrağıyla ölçülür.
Bayrağımız bizə babalarımızın qanı ilə ərmağan edildi. Lazım olsa bizim də qanımızla övladlarımıza qalacaq.
Evsiz, yuvasız, kəndsiz qala bilərəm. Sevdiklərim gedə bilər. Sevənlərim xəyanət edə bilər. Hər şeysiz qala bilərəm, hər şeysiz ola bilərəm. Ancaq bayraqsız ola bilmərəm!
Daim dalğalansın Azərbaycan bayrağı, var olsun Azərbaycan ordusu!
9 Noyabr Bayraq Günü münasibəti ilə bütün doğmalarımı təbrik edirəm. Daim yüksəklərdə ol, Azərbaycan Bayrağı!
Dünyanın ən gözəl bayraqlarından biri – Üçrəngli, Ay ulduzlu ilahi bəxşişi bir daha enməyəcək səviyyədə Azərbaycanı – yəni məni, səni, onu, bizim hamımızı – dünyanın hər bir qitəsinə aparır;
Bayraq müstəqillik rəmzidir. Əgər dalğalanmasa, millət müstəqil sayılmayacaq.
Bu bayraq dalğalandıqca bu ölkə həmişə var olacaq.
Bayraq bizi özümüzlə birləşdirən əbədi bir sirrdir.
Bu bayraq zəfər görmüş bayraqdır, Sən məğlub etmə Allahım!
Biz qan tökməyi sevən bir millət deyilik, amma mövzu Vətəndirsə, dünyanın şah damarını kəsərik.
Türk bayrağı səmalarda dalğalanan bir sancaq! Və biz Türklər Tanrı qarşısında baş əyərik ancaq!
Dünyanın ən gözəl bayrağı – millətimizin imzasını dünyada təsdiqləyir…
Biz ölümləriylə «Bayrağımızı bayraq yapan»larımızın əvəzindən də hər gün Onun torpağında Varıq!
İgidlər var olduca, Sən də varsan Azərbaycan!
Bayraq – insanın ruhunun imkanlarının göstəricisidir.
Ruhsuz yaşamaq mümkün olmadığı kimi, Bayraqsız millətin də yaşaması mümkün deyil. Bayraq millətin ətrafına çəkilən halədir – qabıq ağacı qoruduğu kimi, milləti də Bayraq qoruyur.
Bayrağı bayraq edən onun üzərindəki qandır. Torpaq, əgər uğrunda ölən varsa vətəndir.
Başlar enməmiş bayraq yerə enməz, ölkə bölünməz.
Bayrağa sahib olmaq asan deyil. Bayraq yaşamaq sevincimizin qürurudur.
Millətlə eyniləşdirilən yeganə sevgi Bayraq sevgisidir.
Bayraq haqqında şeirlər
Göylərə yüksəlib üçrəngli bayraq,
Onu ucalardan enməyə qoyma!
Qəlbimin başında qığılcım yanar,
Ey Vətən, sən onu sönməyə qoyma!
Bayraq şeiri
Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası – bayraq.
Zəfərdən doğulmuş, Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq – öz yurduma öz hakimliyim.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başıma tac olan hilal.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
Müəllif: Bəxtiyar Vahabzadə
Bayraq haqqında aforizmler
Bayraq bir millətin azadlığına işarədir. Düşmənin bayrağı olsa belə, hörmət edilməlidir. (Atatürk)
Bayraq bütövlüyü simvoludur.
Bir kərə yüksələn bayraq bir daha enməz! (Məmmed Əmin Rəsulzadə)
Azan dinməz, bayraq enməz, şəhid ölməz, VƏTƏN bölünməz!
Bayraq haqqında digər məqalələrimiz:
- Bayraq haqqında gözəl sözlər, fikirlər
Bayraq gunu
Bu gün Azərbaycanda Dövlət Bayrağı günüdür. Modern.az saytı xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr – Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
Bayraq – bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Milli bayrağımızdakı göy rəng – türkçülüyü, qırmızı – müasirliyi, yaşıl – islam ideologiyasını ifadə edirAzərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız 1918-ci il noyabrın 9-da Bakıda Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının yerləşdirdiyi binada qəbul edilib və qaldırılıb. Azərbaycan Bayrağı tarixində ən sərfəli günlərdən biri 7 dekabr 1918-ci ildə şərqdə ilk demokratik, dünyəvi dövlət olan AXC parlamentinin açılışı zamanı qaldırılıb. Parlamentin birinci iclasını açan Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadə üçrəngli milli bayrağına xitabən deyib: «Bir kərə yükləsən bayraq, bir daha enməz!».
1957-ci ilin mayın 28-də SSRİ-nin ən güclü vaxtında Cahid Hilaloğlu və Çingiz Abdullayev adlı iki soydaşımız Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 39-cu ildönümü münasibəti ilə cümhuriyyətin üçrəngli bayrağını Qız qalasının üzərinə sancırlar. Sonradan 10 ilədək həbs cəzası alan bu soydaşlarımız üçrəngli bayrağımızın yaddan çıxmadığını göstərirlər.
Bu da sevindirici haldır ki, Azərbaycan Respublikası 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilib. Bu gün həmin təşkilatın Nyu-Yorkdakı igamətgahının qarşısında dünyanın 180-dən artıq müstəqil dövlətin bayraqları ilə bir sırada Azərbaycan bayrağı da dalğalanmaqdadır. Azərbaycan Respublikası bu gün üçrəngli milli, dövlət bayrağımız altında müstəqillik yolları ilə inamla irəliləyir.
Comments are closed, but trackbacks and pingbacks are open.