Press "Enter" to skip to content

Bayraq günü ilə əlaqədar tədbir

Daha sonra tədbirdə iştirak edən qonaqlardan Xətai rayon İcra başçısının müavini Jalə Abdiyeva və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparat rəhbəri Qəzənfər Qasımov və bir neçə məktəb direktoru və müəllimlərin çıxışları dinlənilmişdir.

Bayraq günü ilə əlaqədar tədbir

Bu gün Xəzər rayonu İcra Hakimiyətində bayraq günü ilə əlaqədar tədbir keçirilib. Modern.az xəbər verir ki, Bayraq meydanında təşkil olunan tədbirdə RİH-nin başçısı Gülağa İslamov, Millət vəkili Rauf Əliyev YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, Qəsəbə nümayəndələri, Bələdiyyə sədrləri, rayon ictimaiyyəti və digər rəsmilər iştirak edib.

Tədbir iştirakçıları ilk öncə Heydər Əliyevin rayon İcra Hakimiyyətinin qarşısında ucaldılan abidəsinin qarşısına gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.

Tədbiri giriş sözü ilə açan RİH başçısı Gülağa İslamov bayram günü ilə əlaqədar iştirak edənləri təbrik edib: “Ölkə prezidentinin sərəncamı ilə hər il qeyd olunan bayraq günü rayonumuzda böyük ruh yüksəkliyi ilə qeyd olunur”.

Daha sonra Millət Vəkili Rauf Əliyev çıxış edərək rayon ictimaiyyətini “Bayraq Günü” münasibəti ilə təbrik edib. Prezident İlham Əliyevin məlum fərmanı ilə dövlətimizin əsas atributuna olan hörmət və ehtiramın günbə-gün daha da artdığını qeyd edib.

Tədbirdən sonra qonaqlar rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar, həmçinin məktəblilərin hazırladığı şeir və musiqi kompazisiyası da səslənib.

Tədbirin sonunda rəsm müsabiqəsinin qaliblərinə RİH-nin başçısı tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilib.

Modern.az

Bayraq günü ilə əlaqədar tədbir

Tarixin özü qədər qədim olan bir ölkənin, millətin müasir tarixinin ən önəmli hadisəsinə – müstəqillik yolundakı mübarizəsinə şahidlik etmiş bayrağımız bü günlərdə daha möhtəşəm, daha şərəflə dalğalanır – Dövlət Bayrağı Günü qeyd edilir.

Ölkəmizin hər yerində olduğu kimi paytaxt məktəblərində də Dövlət Bayrağı Günü münasibətilə tədbirlər keçirilir.

Xətai rayonu E.Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə 9 noyabr-Dövlət Bayraq Günü münasibətilə tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Dövlət himni ilə başlayan tədbirdə məktəb kollektivi ilə yanaşı bir sıra qonaqlarda iştirak etmişdir.

Tədbiri öz çıxışı ilə açan məktəbin direktoru Qarabəyli Hicran qonaqları təqdim etmiş, Azərbaycan tarixində mühüm rol oynayan bu gün haqqında müəyyən məlumatlar vermişdir. O, çıxışında bayraq sözünün etimologiyası, Ulu Öndərimiz Heydər Əliyevin bayrağımız uğrunda apardığı siyasəti, Azərbaycan bayrağının bugünkü günümüzə qədər keçdiyi tarixi yol haqqında qısa məlumat vermişdir.

Daha sonra tədbirdə iştirak edən qonaqlardan Xətai rayon İcra başçısının müavini Jalə Abdiyeva və Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin aparat rəhbəri Qəzənfər Qasımov və bir neçə məktəb direktoru və müəllimlərin çıxışları dinlənilmişdir.

Tədbir məktəblilərin hazırladıqları kompozisiyalar, vətənpərvərlik və bayrağa həsr edilmiş şeirlər, rəqs nömrələri , səhnəcik və mahnılarla davam etmişdir.

Binəqədi rayonu 157 nömrəlitam orta məktəbdə Dövlət Bayraq Gününə həsr olunmuş “Bayraq milli qürurumuzdur” adlı tədbir keçirilmişdir.

Məktəbin coğrafiya müəlliməsi Əliyeva Xanımın təşəbbüsü ilə baş tutan tədbir 9 a və9 b sinif şagirdlərinin maraqlı çıxışları, ifaları və şeirləri ilə yadda qalmışdır.

Tədbirdə valideynlər və pedaqoji kollektivlə yanaşı Bakı şəhəri 42 saylı Gənclərin Diyarşünaslıq mərkəzinin nümayəndələri də qonaq qismində iştirak etmişdir.

Tədbirdə bayraq haqqında hazırlanan təqdimat qonaqlar və şagirdlər tərəfindən böyük maraqla izlənilmişdir.

194 nömrəli tam orta məktəbdə 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımızı qoruyaq, bayrağımızı sevək” adlı tədbir keçirilmişdir.

Tədbirdə pedaqoji kollektiv, məktəbin şagirdləri və Xətai rayonu İcra Hakimiyyətindən dəvət olunmuş qonaqlar iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilmişdir.

Dövlət Bayrağı Günü münasibətilə keçirilmiş tədbirdə məktəbin tarix müəlliməsi Şamilova Ləman çıxış etmiş, bayrağımız haqqında ümumi məlumat vermişdir.

Tədbirin sonunda məktəbin direktoru Əliyusif Əliyev çıxış etmiş, tədbiri hazırlayan müəllimlərə və fəal iştirak edən şagirdlərə öz təşəkkürünü bildirmişdir.

Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbdə Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə məktəbin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Ələkbərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevanın təhsilə xüsusi diqqət və qayğı ilə yanaşmalarından, dövlətimizin gündən-günə qüdrətlənməsindən, təhsil sistemində Təhsil Nazirliyi tərəfindən aparılan islahatlardan danışmışdır.

Tədbirdə məktəblilər milli rəsqlər ifa etmiş, bayrağa, vətənə aid şeirlər söyləmiş və vətənpərvərlik mövzusunda hazırladıqları səhnəciyi nümayiş etdirmişlər.

Tədbirin yekununda Azər Ələkbərov şagird və valideynləri, müəllimləri, məktəbin bütün kollektivini bayram münasibəti ilə təbrik etmişdir.

Bakı şəhəri Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbin bayraq günü münasibətilə tədbir təşkil edilmişdir. Tədbirdə məktəbin şagirdləri və valideynləri, məktəbin həyətində abidəsi ucaldılmış şəhid Ədalət Abbasovun valideynləri və Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etmişdir. Tədbirdə iştirak edən məktəbin fəal şagirdləri şəhidin abidəsi önünə qərənfillər qoymuş, şeirlər söyləmişlər. Sonda Dövlət Bayrağı Günü ilə əlaqədar rayon üzrə keçirilmiş yarışlarda məktəbin yer tutmuş şagirdləri diplomlarla mükafatlandırılmış, xatirə şəkilləri çəkilmişdir.

Ə.Vahid adına 293 nömrəli tam orta məktəbdə Azərbaycanın Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə direktor, pedaqoji kollektiv, şagirdlər və valideynlər iştirak etmişdir.

Öz çıxışı ilə tədbiri açıq elan edən məktəbin tarix müəllimi Qurbanova Xatirə bayram münasibətilə təbriklərini çatdıraraq bu bayramın bütün azərbaycanlılar tərəfindən qeyd edilməsini milli birliyin nişanəsi adlandırmışdır.O, bayrağımızın yaranma tarixindən, keçdiyi keşməkeşli yoldan, şagirdlərdə vətənə, bayrağa olan vətənpərvərlik hissindən danışmış, bayrağımızın gələn il işğal olunmuş torpaqlarda sancılması ümidi ilə nitqinə yekun vurmuşdur.

Tədbirdə V-VI sinif şagirdlərinin hazırladığı kompozisiya təqdim olunmuşdur.

232 №-li tam orta məktəb

Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün, bizim üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Milli atibutlarımız milli dəyərlərimizdi. Bu dəyərləri qorumaq bizim vətəndaşlıq borcumuzdu. Məktəbimizin direktoru, pedoqoji kollektiv və şagirdlər bu dəyərləri daim yaşadır. Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Xəzər Universitetinin prorektoru İsaxan İsaxanlı, Suraxanı rayonu humanitar şöbəsinin baş məsləhətçisi Yeganə xanım Rəhimova iştirak edirdi. Məktəbimizdə keçirilmiş “Bayrağım qürurumdur” mövzusunda inşa müsabiqəsi və “Ucal, mənim üçrəngli bayrağım!” adlı rəsm müsabiqəsində fərqlənən məktəblilərə Bilik Fondunun diplomları təqdim edilib. Tədbirdə şagirdlərimiz milli atributlarımıza aid bir- birindən maraqlı şeirlər, kompazisiyalar, mahnılar səsləndirdilər. Məktəbimizin şagirdləri tədbir iştirakçılarına qonaqlara, müəllimlərə, valideynlərə xoş əhval ruhiyə bəxş etdilər.

XƏBƏR LENTİ

“2-yə və 3- ə vurma ” mövzusu üzrə nümunəvi dərs keçirildi

IX sinif şagirdləri ilə imtahan stressinin ölçülməsi testi .

“Domino” yarışı keçirildi

Comments are closed, but trackbacks and pingbacks are open.