Press "Enter" to skip to content

Baytarlıq mamalıq

Hər kəsin müqəddəs ocaq sandığı,
Məktəb dediyimiz bir türbəsi var.
Şahın da, hökmün də arxalandığı,
Müəllim adlanan bir qibləsi var.
Müdrik müəllimin hər imtahanı
Aqil kürəyində qayğı əlidir,
Müəllim önündə diz çöküb hamı,
Böyük ehtiramla baş əyməlidir.

Baytarliq təbabəTĠ genetġkasi

Yusifov Nazim Məhəmməd oğlu
(1940)

Respublikamızda kənd təsərrüfatı mütəxəssislərinin
hazırlanmasında böyük və önəmli xidmətləri olan
alimlərimizdən biri də kənd təsərrüfatı elmləri doktoru,
professor Nazim Yusifovdur. O, 1959-1964-cü illərdə
Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsini
bitirmişdir, təhsil aldığı dövrdə Moskva şəhərində
keçirilən Tələbələrin Ümumittifaq Konfransında 1 dərəcəli
diplomuna layiq görülmüş və mükafatlandırılmışdır. Alim 1964-cü ildə ADAU-nun

81
“Üzvi və bioloji kimya” kafedrasında laborant, 1967-ci ildən isə həmin kafedrada
assistent, az sonra isə dosent vəzifəsində çalışmışdır. Onun apardığı fundamental elmi-
tədqiqat işlərinin nəticələri “Azərbaycan yem ehtiyatlarının biokimyəvi xüsusiyyətləri”
adlı monoqrafiyada (1988)geniş və ətraflı şərn olunmuşdur. O, 1991-ci ildə Ukraynanın
Xarkov səhərində yerləşən Ukrayna Elmi Tədqiqat Bitkiçilik İnstitutunun Elmi
şurasında doktorluq dissertasiyasını müdafiə edərək kənd təsərrüfatı elmləri doktoru elmi
adına layiq görülmüşdür, 1998– ci ildən Kimya kafedrasında professor vəzifəsində
çalışır. Universitetdə işlədiyi 45 il ərzində alim laborant, assistent, dosent, vəzifəsində
çalışmış, professor, kafedra müdiri vəzifələrinədək yüksəlmişdir. N.Yusifov iki
dərsliyin, 130-dan çox elmi əsərin, 1 monoqrafiya, 6 dərs vəsaiti, 4 metodik göstəriş, 7
proqram, 4 tövsiyə və 3 kitabçanın müəllifidir. Hazırda ADAU-nun “Kimya”
kafedrasına rəhbərlik edir və universitetdə ―Tədrisə nəzarət‖ şöbəsinin müdiridir. O, bir
neçə namizədlik dissertasiyasının elmi rəhbəridir.

Allahverdiyev Rübail Nəcəf oğlu
(1940)

Respublikamızda aqrar kadrların hazırlanmasında
böyük xidmətləri olan tanınmış şair-alim, patoloq,
patofizioloq,
ekopatoloq

biokimyaçı
Rübail
Allahverdiyev 1964-cü ildə ADAU-nun baytarlıq təbabəti
fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. O, 1966-cı
ildə ―Bioloji kimya‖üzrə əyani aspiranturaya daxil olaraq
professor Qəhrəman Xəlilovun rəhəbərliyi ilə ―Ontoge-
nezdə
camış
qanında
aminturşularının
dəyişmə
dinamikası‖nı öyrənmiş, 1970-ci ildə həmin mövzuda namizədlik dissertasiyası
müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır, 1975-ci ildən
ADAU-nun dosenti, 2009-cu ildən isə professoru vəzifəsində işləyir, universitetin
ictimaii işlərində fəal iştirakı ilə fərqlənib. Alim 1964-1966-cı illərdə ADAU-nun
komsomol komitə katibi (raykom səlahiyyətli), 1971-1975-ci illərdə partiya
komitəsinin katibi, sonra ―Kadr uğrunda‖ qəzetinin baş redaktoru olmuşdur,
Azərbaycan yazıçılar birliyinin üzvüdür, 10 şeir kitabının müəllifidir, 2009-cu ildə
―Tələsdikcə gecikirəm‖ şeirlər toplusuna görə ―Rəsul Rza‖ mükafatı almışdır. O,
1985-1993-cü illərdə müxtəlif fənləri birləşdirən fiziologiya, patofiziologiya, farma-
kologiya, histologiya, anatomiya və patoloji anatomiya kafedralarında müdir
işləmişdir. Onun elmi istiqaməti ―Ultrasəsin baytarlıqda bioloji stimuləedici kimi
istifadə edilmə‖sidir. Bu sahədə ultrasəs almış dovşanın qanzərdabı bioloji
stimuləedici kimi tövsüyə edilmişdir. Bioloji stimuləedici heyvanların müxtəlif
xəstəliklərində (anemiyalar, distrofiyalar, immunopatiyalar) uğurla tədbiq edilir. Bu
sahədə 60-dan çox məqalə yazılıb, dərc edilmişdir. R.Allahverdiyev 1974-cü ildən
baytarlıq təbabəti fakültəsində ―Kənd təsərrüfatı heyvanlarının patoloji
fiziologiyası‖, baytarlıq təbabəti əczaçılığı ixtisasında isə ―Patologiya‖ fənnindən
mühazirələr oxuyur. Bu fənnlər üzrə 6 dərs vəsaiti və 3 dərsliyin müəllifidir, bir sıra

82
Beynəlxalq seminar, simpozium, konfrans və qurultaylarda iştirak etmişdir. O,
1969-cu il Daşkənd Biokimyaçıların 2-ci qurultayı, 1971-ci il Moskva Yaş fiziolo-
giyasına aid X konfrans, 1982-ci il Moskva Patofizioloqların 3-cü qurultayı, 1989-cu
il Bakı Qərb regionunun problemləri konfransı, 1989-cu il Bakı Morfoloqların V
Zaqafqaziya konfransı, 1989-cu il Bakı Xəstəliklərlə mübarizəyə həsr edilmiş
konfrans, 1990-cı il Bakı I Respublika biokimya konfransı, 1993-cü il Bakı II Res-
publika biokimya konfransı, 1994-cü il Bakı fizioloqların 1-ci qurultayı, 1997-ci il
Bakı III Respublika biokimya qurultayı, 2003-cü il Gəncə-Kars Baytarlıq
simpoziumu, 2004-cü il Kars XVIII Ulusal Kimya konqresi, 2005-ci il Bakı
Fizioloqlar cəmiyyətinin 3-cü qurultayının iştirakçısı olmuşdur.
R. Allahverdiyev Kənd təsərrüfatı heyvanlarının patoloji fiziologiyasına aid bir
sıra dərs vəsaitlərinin, proqramların və metodik vəsaitlərin (―Patoloji fiziologiyadan
təcrübə məşğələləri‖, 1976, ―Kənd təsərrüfatı heyvanlarının patoloji fiziologiyası‖,
1984, ―Kənd təsərrüfatı heyvanlarının patoloji fiziologiyası, 1985, ―Kənd təsərrüfatı
heyvanlarının patoloji fiziologiyası‖– toxuma patologiyası‖, 1987, ―Patoloji
fiziologiyadan metodik göstəriş‖, 1989, ―Ümumi patologiyanın əsasları‖, 1990,
―Kənd təsərrüfatı heyvanlarının xüsusi histologiyası‖, 1991, magistratura proqramı,
1997) müəllifidir. Alim Kətd təsərrüfatı heyvanlarının patoloji fiziologiyası‖
dərsliyinin (Bakı, 2010) və ekoloji patologiyaya aid elmi məqalələrin ilk müəllifdir.
O, 2000-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ―Fəxri
fərmanı‖ ilə təltif olunmuşdur, Respublikanın əməkdar müəllimidir. Yüksək elmi
elitaya, eridusiyaya və intellektə malik olması Rübail müəllimə xas olan ən
səciyyəvi parametrlərdir. Onun ―Altı məzar,üstü bazar, ―Dünya dəlilərin
şənlikevidir‖ və s. kitabları dəyərli və cox təsirli şerləri oxucular tərəfindən sevilə-
sevilə oxunur.

Hər kəsin müqəddəs ocaq sandığı,
Məktəb dediyimiz bir türbəsi var.
Şahın da, hökmün də arxalandığı,
Müəllim adlanan bir qibləsi var.
Müdrik müəllimin hər imtahanı
Aqil kürəyində qayğı əlidir,
Müəllim önündə diz çöküb hamı,
Böyük ehtiramla baş əyməlidir.

ANAMIN AĞ KƏLAĞAYI

Açılanda səhər idi,
Ömrümüzə nəmər idi,
Günəş üzə qəmər idi
Anamın ağ kəlağayı.

Buludlarla yarışardı,
Baxanda göz qamaşardı.
Anama çox yaraşardı

83
Anamın ağ kəlayı.
Qonaqlara hörmət idi,
Yad baxışa nifrət idi,
Namus idi,qeyrət idi,
Anamın ağ kəlağayı

Atam öldü uçdu qaya,
Hamı gəldi bu haraya,
Döndü qara kəlağaya,
Anamın ağ kəlağayı.

Yetimliyim yaddaş olub,
İpəkliyə yad, daş olub,
Məzar üstə ağ daş olub,
Anamın ağ kəlağayı.
(Rübail)

Tağıyev Sabir Məhərrəm oğlu
(1928)

Ölkəmizdə aqrar sahə mütəxəssislərinin (baytarlıq
təbabəti həkimləri və əczaçıları, zoomühəndislər və s.)
hazırlanmasında mühüm rol oynayan alimlərimizdən
biri də baytarlıq təbabəti farmokologiyası, əczaçılığı,
mamalığı və ginekologiyası sahəsində tanınmış alim,
ADAU-nun professoru Sabir Tağıyevdir. O, 1951-ci
ildə ADAU-nun Baytarlıq təbabəti fakültəsini bitirmiş,
1954-cü ildə “Mamalıq” kafedrasında ordinator vəzifə-
sində işləmiş, 1961-ci ildə baytarlıq təbabəti elmləri namizədi alimlik dərəcəsini
almışdır. Alim 1962-ci ildə Baytarlıq təbabəti fakültəsinin nəzdində fəaliyyət
göstərən ―Naftalan nefti üzrə problem laboratoriyası‖na baş elmi işçi vəzifəsinə
seçilmiş, 1970-ci ildə doktorluq dissertasiyasını tamamlamışdır. O, 1975-ci ildə
“Anatomiya, farmakologiya və patoloji anatomiya” kafedrasında dosent
vəzifəsində işləmiş, fakültə və universitetin Elmi Şurasının üzvü olmuşdur.
S.Tağıyev 1990-1997-ci illərdə “Anatomiya, farmakologiya, terapiya və
mamalıq” kafedrasının müdiri, 1997-ci ildən 2004-cü ilə qədər Zoobaytarlıq və
əmtəəşünaslıq fakültəsinin dekanı vəzifələrində çalışmış, 2004-cü ildə yenidən
“Anatomiya, farmakologiya, terapiya və mamalıq” kafedrasına müdir
seçilmişdir, 2009-cu ildən “Əczaçılıq və morfologiya” kafedrasının professoru
vəzifəsində çalışır. S.Tağıyev 150-yə qədər elmi əsərin, o cümlədən, 20 dərslik,
dərs vəsaiti, monoqrafiya, kitabça və metodik göstərişin müəllifidir. Onun
“İnəklərin qısırlığına səbəb olan ginekoloji xəstəliklər‖, “Kənd təsərrüfatı
heyvanlarının qısırlığı və mübarizə tədbirləri‖, “Baytarlıq mamalığı”, “Naftalan
nefti və onun quşçuluqda tətbiqi”, “Qaramalda rüşeymin transplantasiyası” və

84
Təhsil Nazirliyinin qrifləri ilə “Yeyinti məhsullarının kriminalistik ekspertizası”
və “Baytarlıq toksikologiyası” adlı kitabları tədris prosesində geniş istifadə
edilir.

Ramazanov Adil Mirzə oğlu
(1936)

Ölkəmizdə baytarlıq təbabəti həkimləri və
zootexnik
kadrlarının hazırlanmasında böyük
xidmətləri olan alimlərimizdən biri də professor
kənd təsərrüfatı heyvanları və quşlarının anatomiyası

morfologiyasının
öyrənilməsi
sahəsində
ölkəmizdə və onun hüdudlarında tanınmış alim,
anatom, morfoloq Adil Ramazanovdur. Kənd
təsərrüfatı heyvanları və quşlarının anatomiyasının
öyrənilməsində morfoloq Adil Ramazanovun apardığı fundamental tətbiqi
xarakterli elmi tədqiqatlar olduqca böyük nəzəri və elmi-praktiki əhəmiyyətə
malikdir. O, 1957-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq
təbabəti fakültəsinə, 1967-ci ildə “Anatomiya” kafedrasının əyani aspiran-
turasına qəbul edilmiş, 1972-ci ildə “Qaramal və camışlarda çanaq-bud
oynaqlarının qan damarları və əzələləri” mövzusunda dissertasiya müdafiə
edərək baytarlıq təbabəti elmlər namizədi elmi dərəcəsi almışdır. Alim ADAU-
da ordinator, klinika müdiri, sex həmkarlar təşkilatının sədri, xalq nəzarəti
qrupunun sədri, partiya təşkilatının katibi, dekan müavini və idarəetmə üzrə
prorektor vəzifələrində isləmişdir. A.Ramazanov kənd təsərrüfatı heyvanları və
quşlarının anatomiyası üzrə 4 ali məktəb dərsliyinin, 2 fənn proqramının və
çoxlu sayda tədris metodiki və dərs vəsaiti, 13 şeir kitabının müəllifıdir,
Respublika Ağsaqqallar Şurasının üzvü, Əmək Veteranı və güləş üzrə SSRİ
idman ustasıdır. Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurasının qərarı
ilə 2010-cu ildə A.Ramazanova ADAU-nun professoru elmi adı verilmişdir. O,
beynəlxalq konfrans, konqres və simpoziumlarda kənd təsərrüfatı heyvanları və
quşlarının anatomiyası və morfologiyası kimi mürəkkəb və olduqca çətin sahə
üzrə maraqlı və elmi məlumatlarla zəngin olan elmi məqalələri və çıxışları ilə
milli elmimizi mütəmadi olaraq təmsil edir, onu tanıtdırır, şərəfləndirir və
məşhurlaşdırır. Onun ən böyük xidmətlərindən biri də ölkəmizdə ilk dəfə
yaradılan anatomiya muzeyinin təşkil olunmasıdır. Kənd təsərrüfatı heyvanları
və quşlarının skletləri və eksponatlarla çox zəngin olan həmin muzeyin demək
olar ki, analoqu mövcud deyil. Alim həm də oxucuların çox sevdiyi bir neçə
şeirlər kitabının müəllifidir

Yaşıl meşələrin seyrəlib yaman,
Yox olub sərvətin olubdur talan.
Niyə tapılmayır halına yanan?
Təbiət kükrəyib bir gün duracaq

85
Bütün qisasını bizdən alasaq.
Əliyev Elxan Allahverdi oğlu
(1938)

Elxan Əliyev (1938) – 1962-ci ildə ADAU-nun
baytarlıq təbabəti fakültəsini fərqlənmə diplomu ilə
bitirdikdən sonra 1964-cü ilə qədər Şamaxı rayonunun
Əlibayramov adına ətçilik-sudçülük sovxozunda baş
baytar həkimi, 1966-cı ildə Respublika Baytarlıq
Laboratoriyasında baş epizootik baytar həkimi və
direktor əvəzi vəzifələrində işləmişdir. O, 1966-cı ildə
Az ETBL–da baytarlıq mikrobiologiyası üzrə əyani aspiranturaya daxil olub
1969-cu ildə ―Zebuların brusellyozu‖ mövzusunda dissertasiya işini müdafiə
edərək baytarlıq elmləri namizədi elmi dərəcəsi almışdır. 1968-1976-cı illərdə
Az ETBL-nun ―Brusellyoz və qaramalın yoluxucu xəstəliklərini öyrənən
şöbə‖də baş elmi işçi, 1976-1982-ci illərdə ―Brusellyoz‖ laboratoriyasının
müdiri, 1982-1987-ci illərdə isə həmin institutun direktor müavini və brusellyoz
laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. 1980-cı ildə Azərbaycan KP
MK yanında Marksizm-Leninizm Universitetinin partiya quruculuğu fakültəsini,
1986-cı ildə isə Mockvada Aqrar-sənaye Kompleksini İdarəetmə Ali Məktəbini
bitirmişdir. 1987-ci ilin mayında Mockvada Ümumittifaq Eksperimental
Baytarlıq İnstitutunda ―Camışların, zebu və qoyunların brusellyozu‖
mövzusunda baytarlıq elmləri doktoru alimlik dərəcəsi üzrə dissertasiya
müdafiə etmişdir. E.Əliyev sabiq SSRİ məkanında kənd təsərrüfatı
heyvanlarının brusellyoz xəstəliyinin öyrənilməsi sahəsində fundamental tətbiqi
xarakterli, çox böyük elmi praktiki və nəzəri əhəmiyyətli tədqiqatlar aparan
məşhur alimlərdən biri olmaqla, həm də dünyada ilk dəfə olaraq bisteriozun
seroloji diaqnostikası üçün rəngli antigenin ilk müəllifidir. Bu diaqnostika üsulu
tibbi təcrübədə də geniş istifadə olunur. O, 3 elmi ixtiranın, 2 monoqrafiyanın, 3
kitabın, bir elmi-populyar filmin və 60 elmi əsərin və tövsiyyələrin müəllifidir,
1979-cu ildə XXI Beynəlxalq Baytarlıq Konqresinin iştirakçısı olmuş və
diploma layiq görülmüşdür. Alimin Azərbaycan zebusu və onun yüksək
məhsuldar qaramal cinsləri ilə mələzlərinin, ölkəmizdə yetişdirilən müxtəlif
qoyun cinslərinin və mələzlərinin eksperimental və təbii yoluxma şəraitində
brusellyoza davamlılıq istiqamətində apardığı unikal tədqiqatlar təhlükəli
yoluxucu xəstəliklərə davamlı yeni cins və mələzlərin yaradılmasında istifadə
oluna bilər. Onun alimlik təcrübəsi və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq
1987-ci ilin iyununda Azərbaycan Respublikasının Dövlət Aqrar-Sənaye
Komitəsində Baş Elm və Təbliğat İdarəsində və sonra Elm və kadrlar idarəsində
rəis müavini vəzifələrinə təyin olunmuşdur. O, 1989-1991-ci illərdə Azərbaycan
KP MK-da aqrar məsələlər üzrə məsləhətçi və MK-nın birinci katibinin aqrar
siyasət üzrə köməkçisi vəzifələrində çalışmışdır. O, 1991-ci ilin sentyabrında
Respublika Prezidentinin Fərmanı ilə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı
təyin edilmiş və 1992-ci ilin iyun ayında başqa işə keçməsi ilə əlaqədar olaraq

86
həmin vəzifədən azad olunmuşdur. 1993-cü ilin mayından Respublika
Prezidentinin Sərəncamı ilə o, Nazirlər Kabineti yanında Dövlət Baytarlıq
Komitəsi sədrinin birinci müavini təyin edilmiş, 1995-ci ildən isə, Kənd
Təsərrüfatı Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində
çalışmışdır. ―Əmək igidliyinə görə‖ və ―Tərəqqi‖ medalları ilə təltif edilmişdir.

Əzimov Ġlham Muqbil oğlu
(1934)

Baytarlıq elmləri doktoru, professor İlham Əzimov
1959-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin
baytarlıq təbabəti fakultəsini bitirib. O, Azərbaycanda
baytarlıq təbabəti mikologiyası sahəsində fundamental-
tətbiqi xarakterli elmi tədqiqat işləri aparan ilk alimdir.
Alim 1959-1962-ci illərdə Respublika EA Neft-Kimya
Prosesləri İnstitutun bioloji-fəal maddələrin öyrənilməsi
kaboratoriyasında kiçik elmi işçi vəzifəsində işləyib. Bu müddətdə 100-dən çox neft
mənşəli preparatları heyvanların müxtəlif xəstəliklərində sınaqdan keçirib. İ.Əzimov
1962-ci ildə ―Şərəf Nişanı‖ ordenli Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutuna
aspiranturaya daxil olub, 1964-cü ildə namizədlik, 1996-cı ildə isə doktorluq
dissertasiyalarını müdafiə etmişdir. O, 1964-cü ildə İnctitutda baş elmi işçi, 1971-
1994-cü illərdə kaboratoriya müdiri, 1994-cü ildən İnstitutun elmi işlər üzrə direktor
müavini, 2001-ci ildən isə Azərbaycan Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət
İnstitutunda direktor vəzifəsində çalışır. Onun apardığı tədqiqatlar nəticəsində
respublikamızda bir çox göbələk xəstəlikləri, o cümlədən iri buynuzlu heyvanların
aktinomikozu, quşların aspergillyozu, qoyunların aktinobasillyozu, yemlərdə toksiki
göbələklərin yayılması və onların verdiyi zəhərlənmələr öyrənilmiş və onlara qarşı
mübarizə tədbirləri hazırlanmışdır. İ.Əzimovun rəhbərliyi və iştirakı ilə quşların
aspergillyoz,
pulloroz,
kolibakterioz
xəstəliklərin
törədicilərinə
qarşı
dezinfeksiyaedici preparat (hipoxlorit natri) təklif olunub. Heyvanların trixofitiya və
mikrosporiya xəstəliklərinin öyrənilməsində İ.Əzimovun xüsusilə böyük hörməti
olmuşdur. O, bütün növ (iri buynuzlu heyvan, camış, zebu, qoyun, qunduz, it və
pişiklərdə) heyvanlarda bu xəstəlikləri öyrənməklə, xəstəliyininsanlar arasında
yayılmasında heyvanların rolunu müəyyənləşdirmiş, həmçinin bu xəctəliklərə qarşı
müalicə və profilaktika tədbirlərini hazırlamışdır. Alim dünyada ilk dəfə olaraq zebu
və camışlarda dəmirov xəstəliyini ətraflı öyrənmişdir. İ.Əzimov 110 elmi əsərin, o
cümlədən 2 kitab və 1 monoqrafiya, 4 müəlliflik şəhadətnaməsinin müəllifidir.
Onun əsərləri respublikamızda, həmçinin Moskva, Sankt-Peterburq, Kazan, Tbiisi,
Mahaçkala, Səmərqənd, Budapeşt və digər şəhərlərdə dərc olunmuşdur. Onun
rəhçərliyi ilə 5 nəfər elmlər namizədi, bir nəfər elmlər doktoru hazırlanmışdır,
hazırda 3 aspiranta rəhbərlik edir, Az. MEA-nın mikrobiologiya İnstitutunun
müdafiə
şurasının
sədr
müavinidir.
Onu
bəzi
Müstə-

87
qil Dövlətlər Birliyində də istedadlı mikoloq kimi tanıyırlar.

Bayramov Səhman Yusif oğlu
(1967)

Səhman
Bayramov
(1967)
– 1991-ci ildə
Azərbaycan Dövlət Aqrar Universitetinin baytarlıq
təbabəti fakultəsini fərqlənmə diplomu ilə bitirdikdən
sonra 1992-ci ilin fevral ayına qədər Xocalı rayonunun
baytarlıq idarəsində baytar həkimi, həmin ilin aprel
ayından isə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq
İnstitutunun parazitologiya laboratoriyasında kiçik elmi
işçi vəzifəsində işləmişdir. O, 1993-cü ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq
İnstitutunda parazitologiya ixtisası üzrə qiyabi aspiraturaya daxil olub, 1997-ci
ildə ―Toyuqların askaridiozuna qarşı baldırğanın və onun antihelmint prepa-
ratlarla qarışıqlarının işlədilməsi‖ mövzusunda dissertasiya işini müdafiə edərək
baytarlıq elmləri namizədi elmi dərəcəsi almışdır. Alim 27 mart 1998-ci ildən
2007-ci ilə kimi parazitologiya laboratoriyasında böyük və aparıcı elmi işçi
vəzifəsində çalışmış, 23 fevral 2007-ci ildən isə Kənd Təsərrüfatı Naziri
tərəfindən Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun direktoru təyin
edilmişdir. S.Y.Bayramov 2004-cü ildən ―Azərbaycanda quşların qarışıq
invaziyalarının yayılması, inkişafı, müalicə və profilaktika tədbirləri‖ adlı
doktorluq dissertasiyası üzərində işləyir. O, 1 elmi ixtiranın, 3 kitabın, 2
tövsiyənin, xaricdə və respublikamızda çap olunmuş 70-dən çox elmi əsərin
müəllifidir. Alimin parazitologiya sahəsində apardığı elmi tədqiqat işləri hazırda
respublikamızda fəaliyyət göstərən quşçuluq təsərrüfatlarında geniş tətbiq
olunmaqdadır. S.Bayramovun hazırda rəhbərlik etdiyi Azərbaycan Elmi-
Tədqiqat
Baytarlıq İnstitutunun alimləri heyvandarlıq və quşçuluq
təsərrüfatlarında bütün yoluxucu (infeksion və invazion) və s. xəstəliklərə qarşı
elmi-tədqiqat işlərini uğurla davam etdirirlər.

Tağıyev Arif Əlirza oğlu
(1951)

Rusiya Federasiyasının Kənd Təsərrüfatı elmləri
doktoru, professor Arif Tağıyev 1975-ci ildə ADAU-
nun baytarlıq təbabəti fakültəsini fərqlənmə diplomu

88
ilə bitirdikdən sonra 3 il ərzində Neftçala rayonunun Baytarlıq stansiyasında və
―Qaraqaşlı‖ broyler fabrikində baytar həkimi vəzifəsində işləmişdir. 1978-ci
ildən etibarən 20 ilə yaxın müddət ərzində təhsil aldığı ADAU-nun ―Baytarlıq
təbabəti‖ fakültəsinin ―Zoologiya, zoogigiyena və baytar-sanitar ekspertizası‖
kafedrasında ordinator, assistent, baş müəllim və
dosent vəzifələrində işləyib, 1984-cü ildə Azərbaycan
Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasını
bitirib və 1986-cı ildə K.İ.Skryabin adına Moskva
Baytarlıq Akademiyasında namizədlik dissertasiyasını
uğurla müdafiə etmişdir. 1999-cu ildə Moskva
baytarlıq təbabəti və biotexnologiya akademiyasında
―İsti iqlim şəraitində broyler əti istehsalının texnologi-
yasının təkmilləşdirilməsi‖ mövzusunda doktorluq
dissertasiyasını müdafiə etmişdir. 2000-ci ildən 2011-
ci ilə kimi Rusiya Dövlət Aqrar Universitetinin
―Anatomiya, fiziologiya və zoogigiyena‖ kafedrasında professor vəzifəsində
çalışmış, Moskva baytarlıq təbabəti və biotexnologiya Akademiyasında və
Rusiya Dövlət Aqrar Universitetində fəaliyyət göstərən ixtisaslaşdırılmış
doktorluq dissertasiya şuralarının üzvü olmuşdur. Onun elmi fəaliyyəti quşların
məhsuldarlığının və xəstəliklərə davamlılığının artırılması üçün vasitə, üsul və
yolların işlənib hazırlanması və elmi əsaslandırılması ilə bağlıdır, isti iqlim
şəraitində broyler əti istehsalının texnologiyasının təkmilləşdirilməsi üzrə
apardığı tədqiqatlarının nəticələri və təkliflər köhnə quş fabriklərinin rekon-
struksiyası və yenilərinin layihələşdirilməsi və tikilməsi zamanı geniş tətbiq
olunur. Alimin çoxillik tədqiqatlarının nəticəsi olaraq yerli resurs mənbələrinin
mineralları və bioloji fəal maddələrin əsasında yeni stressəleyhinə preparat
hazırlanıb istehsalata tətbiq edilmişdir.
A. Tağıyev baytarlıq və zoomühəndislik ixtisası üzrə bir çox mötəbər beynəlxalq
konfrans və simpoziumlardakı çıxışları ilə Azərbaycan və Rusiya elmini
layiqincə təmsil etmiş, 110 elmi əsərin, tədris və tədris – metodiki işlərin, ―Kənd
təsərrüfatı heyvanlarının xüsusi gigiyenası‖ dərs vəsaitinin müəllifidir, elmi
tədqiqatlarının nəticələrinə əsasən 3 müəlliflik şəhadətnaməsi və səmərələşdirici
təklif almışdır. 1986-cı ildən Ümumdünya quşçuluq Assosiasiyasının, 2003-cü
ildən isə Dietologiya və Nutrisiologiya Baytarlıq Assosiasiyasının üzvüdür,
2011-ci ildə Rusiya federasiyasının ali və elm Nazirliyinin tədrisdə etdiyi yeni
nailiyyətə görə fəxri fərmanı ilə təltif edilmişdir, apardığı elmi-tədqiqat
işlərinin nəticələri Rusiya Xalq nailiyyətləri sərgisində nümayiş etdirilmişdir.
Alim 2012-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetinin ―Heyvandarlıq və
balıq məhsulları istehsalının texnologiyası‖ kafedrasında çalışır.

Baytarlıq mamalıq

İxtisasın təsviri

Baytarlıq heyvanların yetişdirilməsi, damazlıq heyvanların islahı, xəstə heyvanların müalicəsi, heyvanların keçici xəstəliklərdın qorunması ilə məşğul olan peşədir.Burada əsas çətinlik heyvanların, insanlardan fərqli olaraq onlara nə baş verdiyini izah edə bilməməsidir və xəstə heyvanları axtararkən və ya diaqnoz qoyarkən yalnız xəstəliklərin xarici təzahürlərinə, diaqnostik prosedurların və analizlərin məlumatlarına etibar etmək lazımdır.

Baytar heyvana profilaktik peyvəndlər verir və əməliyyat daxil olmaqla digər tibbi prosedurları həyata keçirir. Heyvandarlıq müəssisələrində baytarlar heyvanların sağlamlığına və heyvanların sağlamlıq standartlarına uyğunluğuna nəzarət edir, heyvanlardan alınan məhsul və xammalın keyfiyyətinə nəzarət edirlər. Baytarlıq klinikalarında bu cür mütəxəssislər heyvan sahiblərinə müalicə, qulluq və saxlama şəraiti barəsində məsləhət verirlər. Baytarlıq ixtisasında təhsil alan tələbələr heyvanların anatomiyası, heyvanların fiziologiyası, virusologiya, baytarlıq genetikası, kimya, biokimya, patoloji anatomiya, histologiya və s. fənlərini öyrənir. Biologiya ilə maraqlananlar üçün uyğun ixtisasdır.

İxtisasın tarixi

Baytarlığın tarixi insanlığın tarixi qədər qədimdir. İnsan tarixində heyvanların əhliləşdirilməsi ən mühüm hadisələrdən olmuşdur və onunla da baytarlığın ilkin təməlləri atılmışdır. Əsrlər boyunca xüsusilə XVII-XVIII əsrlərdə xəstləliklər nəticəsində xeyli heyvan tələf olmuş və bununla da o günə qədər müalicə üçün istifadə olunan ibtidai və empirik metodların yararsız olduğu anlaşılmağa başlamışdır. 1762 – ci ildə dünyada ilk dəfə olaraq elmi mənada təhsil verən ilk məktəb Fransanın Lyon şəhərində yaradılmışdır. Məktəbin məzunlarının bu sahəyə gətirdiyi yeniliklərdən sonra baytarlıq məktəblərinin əhəmiyyəti daha da artmış və baytarlıq bütün dünyada bir ixtisas kimi tədris olunmağa başlamışdır.

Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)

  • ➝ Heyvanların müayinə edilməsi;
  • ➝ Xəstəliklərin müalicəsi;
  • ➝ Heyvanların sağlamlıqlarının qorunması məqsədilə tədbirlərin həyata keçirilməsi;
  • ➝ Dezinfeksiya və dezinseksiya işlərinin aparılması;
  • ➝ Profilaktik tədbirlər (aşılama, sterilizasiya, kastrasiya, kəsmə, dişlərin fırçalanması, və s.);
  • ➝ Nümunələrin götürülməsi və analiz üçün materialların daşınması;
  • ➝ Heyvanların yaşadıqları yerin sanitar şəraitinin yoxlanılması;
  • ➝ Xəstəliklərə qarşı dərman preparatlarının hazırlanması;
  • ➝ Heyvandarlıqda istehsalın və məhsuldarlığın atrırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • ➝ Qida məhsullarının müayinəsi, istehlak və satış üçün yararlılığının təsdiqlənməsi;
  • ➝ Sənədlərin doldurulması.

Harada bu ixtisasa sahiblənmək olar?

  • ➝ Azərbaycan Dövlət Aqrar Universiteti
  • ➝ Xəzər Universiteti
  • ➝ Lənkəran Dövlət Universiteti
  • ➝ Naxçıvan Dövlət Universiteti

Bu ixtisas üzrə harada çalışmaq olar?

Bu ixtisas üzrə ali məktəbi bitirənlər:

  • ➝ Özəl baytarlıq klinikalarında;
  • ➝ Elmi-istehsalat laboratoriyalarında;
  • ➝ Baytarlıq apteklərində ;
  • ➝ Elmi-araşdırmalar institutlarında işlə təmin oluna bilərlər.

Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)

  • ➝ Heyvanları sevməli;
  • ➝ İxtisasını dərindən bilməli;
  • ➝ Analitik və tənqidi düşüncə tərzinə sahib olmalı;
  • ➝ Empatiya qurmağı bacarmalı;
  • ➝ Səbrli olmalı;
  • ➝ Diqqətli olmalı;
  • ➝ Məsuliyyətli olmalı;
  • ➝ Yüksək araşdırma qabiliyyəti olmalı;
  • ➝ Qeyri-standart vəziyyətlərdə qərar verməyi bacarmalı;
  • ➝ Stressə davamlılıq;
  • ➝ Müşahidə bacarığına sahib olmalı;
  • ➝ Dərmanları xatırlamalı, simptomları xüsusi xəstəliklərə aid etmək üçün güclü yaddaşa sahib olmalıdır.

İxtisasın gələcəyi

Günü-gündən ev heyvanlarına qarşı marağın artması və kənd təsərrüfatının ölkəmizin iqtisadiyyatında ən mühüm yerlərdən birini tutması ixtisasın gələcəyi ilə bağlı müsbət fikirlər səsləndirməyə imkan verir.

Əmək haqqı

İxtisas üzrə maaşlar özəl sektorda 500-2000 AZN, dövlət sektorunda isə 200-1000 AZN aralığında dəyişməkdədir.

KAFEDRALAR

Kafedranın tarixi 1931-ci ildə Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfatı fakültəsinin heyvandarlıq bölməsinin bazasında Gəncə şəhərində Azərbaycan baytarlıq və zootexniklik institutu yaradılması ilə bağlıdır. Müxtəlif illərdə kafedranın adı dəyişdirilmiş, hazırda “Terapiya, mamalıq və cərrahiyyə” kafedrası kimi fəaliyyət göstərir. İlk dəfə olaraq kafedra “Yoluxmayan xəstəliklər və kliniki diaqnostika” adı altında 1934-cü ildə fəaliyyət göstərmişdir.

1933-cü ildə cərrahiyyə kafedrası yaradılmışdır. Onun təşkilində A.Q.Əlizadə, B.M.Olivkov, İ.M.Şamxalov iştirak etmişlər. 1937-ci ildən 1953-cü ilə kimi cərrahiyyə kafedrasına dosent A.H.Qədimov rəhbərlik etmişdir.

1939-cu ildə kafedra digər kafedra ilə birləşdirilərək “Əməli cərrahiyyə” adlandırılmış, daha sonralar “Patologiya və terapiya”, “Operativ cərrahiyyə və mamalıq” “Cərrahiyyə və mamalıq” və s. adlar altında fəaliyyət göstərmişdir. 1951-ci ildə fakültədə struktur dəyişikliyinin aparılması nəticəsində kafedralar birləşdirilmiş və yeni “Cərrahiyyə” kafedrası yaradılmışdır və bu kafedraya professor Mobil Həsənov rəhbərlik etmişdir. 1960-cı illərdə ayrıca “Mamalıq” kafedrası (kafedra müdiri -dosent Ç.A.Rzayev) fəaliyyət göstərmişdir.

1979-1988-ci illərdə “Yoluxmayan xəstəliklər və kliniki diaqnostika” kafedrası, 1988-ci ildən isə “Terapiya, klinik diaqnostika və cərrahiyyə” kafedrası adlandırılmışdır.

1998-ci ildən “Anatomiya, farmakologiya, terapiya və mamalıq” kafedrası, 2009- cu ildən isə “Yoluxmayan xəstəliklər” adı ilə fəaliyyət göstərmişdir.
2018-ci ildən kafedra “Terapiya, mamalıq və cərrahiyyə” kafedrası adlandırılır.

Prof. Y.Y.Babayev “Yoluxmayan xəstəliklər və klinik diaqnostika” kafedrasının ilk müdiri vəzifəsində çalışmışdır. 1937-ci ildə kafedra iki müstəqil kafedralara bölünmüş və bunlara rəhbərlik gənc azərbaycanlı alimlər Q.Q. Mövsümzadəyə (“Kliniki diaqnostika” kafedrası) və M.Ə.Mehdiyevə (“Terapiya” kafedrası) tapşırılmışdır. Həmin illərdə kafedrada kliniki diaqnostika və terapiya kursları üzrə məşhur alimlər İ.N.Qvatua, V.M.Bitski, N.M.Preobrajenski, İ.M.Həsənov və bu təcrübəli mütəxəssislərlə yanaşı 1942-ci ildən etibarən həmin dövrdə hələ gənc assistent kimi fəaliyyətə başlamış, sonralar isə kliniki diaqnostika və yoluxmayan xəstəliklər fənləri üzrə azərbaycan dilində dəyərli dərsliklərin müəllifi olmuş prof. H.M.Hacıyev mühazirələr oxumuşlar.

1941-1947-ci illərdə kafedraya müvafiq olaraq dosentlər V.V.Spasski və F.F.Poroxov başçılıq etmişlər.

1947-ci ildən sonra kafedralara yenidən M.Ə.Mehdiyev və Q.Q.Mövsümzadə müdir təyin edilirlər.

1950-1962-ci illərdə kafedraya prof. M.Ə Mehdiyev, 1962-1978 və 1984-1987-ci illərdə isə prof. H.M.Hacıyev, 1978-1984-cü illərdə dosent Ə.M.Əlizadə, 1988-1997-ci illərdə isə dosent N.A.Əliyev, 1997- 2008-ci illərdə dosent S.M.Tağıyev, 2009-2011-ci illərdə isə dosent R.N.Allahverdiyev rəhbərlik etmişlər.

2011-2014-cü illərdə kafedranın müdiri prof. F.N.Nəsibov, 2014-2018-ci illərdə prof. A.Ə.Tağıyev rəhbərlik etmişlər. 2018-ci ildə “Terapiya, mamalıq və cərrahiyyə” kafedrası yaradılmış, 2018-2019-cu illərdə ona yenidən prof.F.N.Nəsibov başçılıq etmişdir.

2020-ci ildən kafedraya dosent İ.F.Gəncəyev rəhbərlik edir.

Vaxtilə kafedrada çalışmış dosentlər Hacı Dilbazi, Əli Əlizadə, Fərrux Əliyev, Nağı Əliyev, Ələkbər Əliyev, Hikmət Əfəndiyev, Rəşid Əliyev, Bilal Səfərov, Həmzə Məmmədov və digərlərinin yoluxmayan daxili xəstəliklər, kliniki diaqnostika, baytarlıq işinin təşkili fənlərinin tələbələr tərəfindən mənimsənilməsində xidmətləri az olmamışdır.

Vaxtilə bu kafedrada görkəmli alimlər: professorlar Yaqub Babayev, Məmməd Mehdiyev, Qədir Mövsümzadə, Hacı Hacıyev rəhbərlik etmişlər. Məmməd Mehdiyev Azərbaycan Kənd Təsərrüfatı İnstitunun rektoru olmuşdur.

Bakalavr hazırlığı ilə yanaşı kafedrada 3 ixtisaslaşma (“Yoluxmayan daxili xəstəliklər”, “Mamalıq, ginekologiya və süni mayalanma”, “Baytarlıq cərrahiyyəsi”) üzrə magistr hazırlığı həyata keçirilir.

Kafedranın auditoriyaları və laboratoriyaları müasir avadanlıqlarla təchiz olunmuşdur, praktiki məşğələlərin, tədris təcrübələrin keçirilməsi məqsədilə baytarlıq klinikası, heyvandarlıq ferması, laboratoriya heyvanlarının saxlanması üçün vivarium, tədris-təcrübə təsərrüfatında təcrübə dərslərini keçmək və heyvanların dispanserizasiyasını aparmaq üçün ixtisaslaşdıırlmış laboratoriya, heyvan kəsimi məntəqəsi, diaqnostiki müayinələri və tədqiqatları aparmaq üçün müasir diaqnostik avadanlıqlarla və cihazlarla təchiz olunmuş xüsusi ixtisaslaşdırılmış laboratoriya, müvafiq cərrahi avadanlıqlarla təchiz olunmuş xüsusi cərrahi əməliyyat otağı, rentgen kabinəsi, ultrasəs müayinə cihazı, mamalıq və süni mayalanma mərkəzi və s. mövcuddur.

Kafedranın beynəlxalq əlaqələri:
Latviya Respublikasının Jeqova Təbiət Elmləri və Texnologiya Universiteti;
Ümumrusiya Ural Dövlət Baytarlıq Təbabəti Akademiyası;
Rusiya Federasiyası Ariol Dövlət Aqrar Universiteti;
Gürcüstan Zoobaytarlıq Tədris Tədqiqat İnstitutu;
Krım Dövlət Aqrar Universiteti;
Ümumrusiya Kənd Təsərrüfatı heyvanlarının Elmi-Tədqiqat fiziologiya, biokimya və qidalanma İnstitutu;
Moskva Baytarlıq Akademiyası.

Kafedranın tərkibi
Kafedrada 1 nəfər biologiya elmləri doktoru professor, 2 nəfər dosent, 4 baş müəlim, 2 nəfər isə assistent fəaliyyət göstərir. O cümlədən 1 baş laborant, 1 laborant, 1 operator və 1 texnik də tədrisə köməkçi heyət kimi çalışır.

Gəncəyev İlqar Fərhad oğlu
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ

Comments are closed, but trackbacks and pingbacks are open.