Press "Enter" to skip to content

Baytarlıq yoluxmayan daxili xəstəlikləri

Gələcəkdə şöbədə daha geniş yayılmış və ciddi iqtisadi ziyan vuran “İribuynuzlu heyvanların dırnaq xəstəliklərinin müalicə-profilaktikasının ” öyrənilməsi nəzərdə tutulur.

Baytarlıq yoluxmayan daxili xəstəlikləri

Masallı: insanların sağlamlığı naminə

Yay fəsli ilə əlaqədar dünyanın hər yerində epidemioloji xəstəliklərin artmasına təsadüf edilir. Bu kimi halların qarşısını sanitariya nəzarətinin gücləndirilməsi, profilaktik və əksepidemik tədbirlərin ardıcıl həyata keçirilməsi ilə almaq mümkündür.

Masallı rayonunda abadlıq-təmizlik işlərinin davamlı aparılması, əhali arasında kompleks sağlamlaşdırıcı tədbirlərin görülməsi yoluxucu xəstəliklərə qarşı mübarizədə müsbət nəticələr verir. Bu gün Masallı cənub bölgəsinin ən təmiz və abad şəhərlərindən birinə çevrilib. Burada əlverişli ekoloji şərait yaradılıb. Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Kamal Vəkilov bu sahənin təcrübəli adamlarındandır. Onun rəhbərlik etdiyi kollektivin – təmizlik və sağlamlıq carçılarının peşəkar qabiliyyəti, müvafiq pozuntulara qarşı barışmaz mübarizəsi sayəsində həmin amillərin mənfi nəticələrə gətirib çıxarması minimuma endirilib.

Direktor Kamal Vəkilovun dedikləri:

-Hələ yaz aylarından əhalinin sağlamlığının qorunması və ona təsir edən ətraf mühit amillərinin aradan qaldırılması istiqamətində dövlət səviyyəsində mühüm tədbirlərin reallaşdırılmasına başlanmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin cari ilin ilk rübünün yekunlarına həsr edilmiş iclasında bu barədə fikirlərini söyləmiş və göstərişlərini vermişdir. Bundan sonra hər yerdə olduğu kimi, rayonumuzda da keyfiyyətsiz ərzaq məhsullarının satılmasına ciddi qadağalar qoyuldu və nəzarət daha da gücləndirildi. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin tapşırığı ilə mərkəzdə ictimai nəzarət komissiyası yaradıldı və ötən dövr ərzində rayonumuzun ərazisində fəaliyyət göstərən bir sıra ticarət-iaşə obyektlərinə baxış keçirildi. Bu iş hazırda da davam etdirilir .

Kənd yerlərində ərzaq məhsullarının saxlanma şəraitinə, xüsusilə də tez xarab olan məhsulların soyuducuda lazımi temperaturda saxlanmasına və yararlılıq müddətlərinə ciddi riayət edilməlidir. Əvvəlki illərdə elektrik enerjisi problemi olduğundan bir çox yerlərdə soyuducuları lazımi qaydada işlətmək imkanı yox idi . Hazırda işıq təchizatında problemlər tam aradan qaldırılıb. Ərazi nümayəndəlikləri və bələdiyyələrlə birlikdə nəzarət gücləndirilib. Belə ki , 24 ticarət obyektində 12 adda yararlılıq müddəti keçmiş ərzaq məhsulu satışdan çıxarılıb. Aşkar edilən nöqsanlara görə 64 fiziki şəxsə xəbərdarlıq olunub və 20 cərimə protokolu tərtib edilib . Cəriməni vaxtında ödəməyənlər barəsində rayon məhkəməsinə rəsmi məktublar göndərilib. Beş dönərxananın fəaliyyətinin dayandırılması barədə qərar çıxarılıb. Bakterioloji laboratoriyada 672 yaxma nümunəsi müayinə edilib və müvafiq tədbirlər görülüb .

Nazirlər Kabinetinin 6 oktyabr 2007-ci il tarixli qərarına əsasən, respublikada istehsal olunan və xaricdən gətirilən yeyinti məhsullarının dövlət qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydalarına uyğun olaraq tədbirlər həyata keçirilir . Bu ilin altı ayında Masallıda istehsal edilmiş 16 növ yeyinti məhsuluna gigiyenik sertifikat alınıb. Digər qida məhsullarının da gigiyenik sertifikasiyası plan-cədvəl əsasında aparılır. Rayonda fəaliyyət göstərən çörək sexlərinin sanitar-gigiyenik vəziyyəti daim diqqət mərkəzindədir. Bu məqsədlə GEM-in laboratoriyasında 128 çörək, 126 un məmulatı, 115 duz məhsulu və xeyli su nümunəsi müayinə edilib . Nəticələr normalara uyğun gəlib.

Rayonda fəaliyyət göstərən ət kəsimi və satışı nöqtələri isə sanitar-gigiyenik tələblərə cavab vermədiyindən qəssabların barəsində qanunamüvafiq tədbirlər görülüb , cərimə protokolları tərtib edilib . İlin əvvəlindən qida ilə bağlı obyektlərdə çalışan v ə obliqat qrupuna aid olan 643 nəfər tibbi müayinədən keçirilib . Bu iş dövri olaraq davam etdirilir .

Ötən il Masallı Rayon GEM-i cənub bölgəsində yeganə olan müasir diaqnostik aparat , avadanlıq və digər ləvazimatla təchiz olunub .

Arif ƏLİYEV, bakterioloji laboratoriyanın müdiri :

– Laboratoriyamız bir sıra bağırsaq və virus infeksiyalarını analiz edir . Virus infeksiyalarını kompyuterlər və analizatorlar , bağırsaq infeksiyalarını isə əkmə üsulu ilə aparırıq . Soyuducu şkafların , sterilizatorların müasirliyi işlərimizi xeyli yüngülləşdirir . Kompyuterləşmiş avtoqlaflar 7-8 proqramla idarə olunur . Yaradılan şəraitdən çox razıyıq .

Masallıda Milli təqvim planına uyğun olaraq yoluxucu xəstəliklərə qarşı profilaktik peyvənd tədbirlərinə xüsusilə ciddi yanaşılır . Ötən yarım ildə müxtəlif qrup infeksiyalar üzrə , o cümlədən tənəffüs orqanlarının yoluxucu xəstəlikləri qeydə alınmayıb . Vərəmə yoluxma və xəstələnmə ilbəil azalmaqdadır . Bağırsaq qrupu infeksiyaları xəstəliklərinə təsadüf edilməyib . Yarım ildə doğulmuş 1500-ə qədər uşaq hepatit B- yə , poliamelitə və vərəmə qarşı peyvəndə cəlb olunub . Yoluxucu uşaq xəstəliklərinə qarşı mübarizə məqsədilə rayonun 2 sahə xəstəxanası , 30 həkim məntəqəsi , 28 tibb sahəsi , Mərkəzi xəstəxananın uşaq və doğuş şöbələrinə peyvəndlərin təqvim qrafikinə uyğun GEM tərəfindən hər ay üçün vaksin bölgüsü aparılıb , lazımi ləvazimat verilib və icrasına nəzarət həyata keçirilib . Doqquz adda xəstəliyə qarşı 23 min nəfərdə peyvənd aparılıb .

Onu da qeyd edək ki , sanitar-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş norma və qaydalara məhəl qoymadan , dövlət sanitariya orqanı ilə razılaşdırılmadan bina , müəssisə və qurğuların layihələndirilməsinin , tikilməsinin , yenidən qurulmasının və təkmilləşdirilməsinin qarşısını almaqdan ötrü 36 ərazi nümayəndəliyinə , 36 bələdiyyəyə və icra hakimiyyətinə GEM tərəfindən müraciətlər göndərilib . Yaşayış məntəqələrindən kommunal gigiyena ilə bağlı şikayətlərə diqqətlə yanaşılır , yoxlamalar keçirilir və problemlər həllini tapır . Ötən müddətdə Türkoba , Köhnə Alvadı , habelə Təklə kəndlərindən olan şikayətlər buna misal ola bilər . Eyni zamanda müxtəlif təyinatlı obyektlərdə yaranan tullantıların yığışdırılıb daşınması ilə bağlı tədbirlər mütəmadi həyata keçirilir . Bu il 50-yə yaxın ticarət , iaşə və xidmət obyekti ilə müvafiq müqavilələr bağlanıb , standart zibil qutuları qoyulub .

Sənaye sanitariyası üzrə obyektlərdə yoxlamalar aparılarkən 37 akt tərtib edilib və 125 nəfər dövri tibbi müayinədən keçirilib . Məktəb , bağça və idman ocaqlarında isə yoxlamalar üzrə 120 akt tərtib edilib , müayinə üçün 36 su nümunəsi götürülüb , 195 nəfər işçinin tibbi müayinəsi tam başa çatdırılıb .

Masallı Rayon Baytarlıq İdarəsi ümumilikdə 109 yaşayış məntəqəsini əhatə edir . Rəis İsabala Əliyevin verdiyi məlumata görə , idarə bazar sanitar-ekspertiza laboratoriyası və 14 sahə baytarlıq məntəqəsindən ibarətdir . Rayonda mövcud olan 67698 baş iribuynuzlu , 73629 baş xırdabuynuzlu heyvana və 553451 baş ev quşuna baytarlıq xidməti göstərilir . İlin əvvəlindən ərazidə qara yara , dabaq , leptospirioz , quduzluq , taun , bruselyoz kimi infeksion heyvan və quş xəstəliklərinə qarşı profilaktik peyvənd və diaqnostik müayinələr aparılıb . Rast gəlinən xəstə heyvanlar təlimata uyğun şəkildə təsərrüfatlardan çıxarılıb . Baytarlıq idarəsi yoluxmayan daxili xəstəlikləri də diqqətdə saxlayır , daimi müalicə işləri aparır .

Rayonda məhsuldar və sağlam mal- qara yetişdirilməsindən ötrü 441 baş heyvanda süni mayalanma aparılıb və 316 baş bala alınıb . Müxtəlif zoonoz xəstəliklərin insanlara yoluxmasının və heyvanlar arasında yayılmasının qarşısının alınması məqsədilə mütəmadi olaraq heyvandarlıq məhsulları baytar-sanitar ekspertiza müayinəsindən keçirilir . Keyfiyyətsiz məhsullar baytarlıq qanunlarına uyğun ləğv edilir . Rayonun mal- qara satışı bazarında profilaktika üçün dizobaryer yaradılıb . Bazara girib-çıxan bütün maşınlar burada mütəmadi dezinfeksiya olunur .

Ərkivan qəsəbəsində yeni baytarlıq məntəqəsi tikilib . Hazırda orada tamamlama işləri gedir . Məntəqənin ərazisində mal- qaranın profilaktik peyvəndi üçün xüsusi xal-xal yaradılıb .

” Yeni həyat”rayon qəzetində vaxtaşırı baytarlıq mövzusunda maarifləndirici materiallar dərc edilir , baytar-alimlərin məsləhətləri verilir . Məsələn , bu yaxınlarda Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun laboratoriya müdiri Əşrəf Məmmədlinin və institutun Masallı dayaq məntəqəsinin müdiri Əbdürrəhman Səmədovun mastit xəstəliyi barədə yazıları maraqla qarşılanıb .

Masallı rayonu əhalisinin sağlamlığı naminə aparılan Dövlət sanitariya nəzarəti və mal- qaranın xəstəliklərinin qarşısının alınması üçün görülən tədbirlər nəticəsiz qalmır , epidemioloji xəstəliklərə qarşı mübarizədə uğurlar qazanılır .

Əli NƏCƏFXANLI

Xalq qəzeti.- 2010.- 25 iyul.- S. 4.

Baytarlıq yoluxmayan daxili xəstəlikləri

Baytarlıq sanitariyası və yoluxmayan xəstəliklər şöbəsi

“ Baytarlıq sanitariyası və yoluxmayan xəstəliklər şöbəsi “ şöbəsi haqqında

Məlumat

Şöbə 1937-ci ildə ilk dəfə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq stansiyası nəzdində təşkil edilmişdir.

1954-cü ildən institutun sanitar-gigiyena şöbəsi klinik şöbə adlandırılmışdır.

1957-ci ildə isə klinik şöbə zoogigiyena və yoluxmayan xətəliklər şöbəsi adlandırılmışdır.

Şöbədə hazırda 2 mövzu:

1) “ Müasir heyvandarlıqda boğaz inək və düyələrin saxlanmasının , yemlənməsinin sanitar qiymətləndirilməsi və onun yaxşılaşdırılması yolları ”.

2) “ İnəklərin metrit xəstəlikləri və onların yeni müalicə-profilaktikasının işlənib hazırlanması və tədbiqi ”.

Aparılan tədqiqatlar, təcrübələr və müşahidələr nəticəsində 2 tövsiyə:

1) “ Boğaz inək və düyələrin saxlanma və yemləndirilməsinin sanitariyası “

2) “ Yeni doğulmuş buzovların bəslənmə-yetişdirmə qaydaları və baş verə biləcək xəstəliklərlə mübarizə tədbirləri “ hazırlanmış və təsdiq üçün Elmi Şuraya təqdim olunmuşdur.

Eyni zamanda “ İnəklərdə mastit xəstəlikləri və onların müalicə-profilaktikası “ adlı tövsiyə hazırlanır və onun təsərrüfat şəraitində sınaqdan çıxarılması və tətbiq olunması davam etdirilir.

Gələcəkdə şöbədə daha geniş yayılmış və ciddi iqtisadi ziyan vuran “İribuynuzlu heyvanların dırnaq xəstəliklərinin müalicə-profilaktikasının ” öyrənilməsi nəzərdə tutulur.

Baytarlıq Sanitariyası və yoluxmayan xəstəliklər şöbəsinin

Əsasnaməsi

1.Ümumi müddəalar

1.1 Baytarlıq Sanitariyası və yoluxmayan xəstəlikər laboratoriyası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət mərkəzinin tabeçiliyində olan Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutunun struktur bölməsidir.

1.2 Şöbə öz iş fəaliyyətində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin əmrlərini, sərəncamlarını, qərarlarını ,Nazirliyin Kollegiya qərarlarını “Aqrar Elm və İnformasiya Məsləhət mərkəzi haqqında Nizamnaməni, Mərkəzin Baş direktorunun əmrlərini, Az.BETİ-nin Nizamnaməni və bu Əsasnaməni əsas tutur.

1.3 Şöbə öz vəzifəsini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən İnstitutun digər bölmələri ilə əməkdaşlıq fəaliiyətləri göstərir.

2. Şöbənin vəzifələri

2.1 Şöbə bu Əsasnaməyə uyğun olaraq müəyyən edilmiş aşağıdakı vəzifələri yerinə yetirir:

2.1.1 Şöbədə icra olunacaq mövzuların aktuallığını araşdırmaq, təhlil etmək, iş proqrqmını təstiq etmək və təstiqi üçün institutun elmi hissəsinə təqdim etmək,

2.1.2 Tədqiqat işlərinin nəzəri və praktik cəhətdən əhəmiyyətini nəzərə alaraq uyğun proflaktik Elmi Tədqiqat İnstitutları və İnstitut daxili bölmələrlə əməkdaşlıq-əaqələndirmə işləri həyata keçirmək;

2.1.3 Elmi-Tədqiqat və Təcrübə işlərini uğurla yerinə yetirmək üçün Respublikanın müxtəlif təbii-coğrafi iqlim zonalarında münasib heyvandarlıq təsərrüfatları seçmək;

2.1.4 Təqvim planına uyğun olaraq mövzu icraçılarının ezamiyyə getmələrinə ,baktereoloji,mikoloji və toksikoloji müayinələrin həyata keçirilməsinə nəzarət etmək;

2.1.5 Şöbədə fiziki-kimyəvi,toksikoloji və bir sıra biokimyəvi müaynəərin aparılması üçün reaktivlərin alınmasını təmin etmək;

2.1.6 Müayinə üçün əldə edilmiş zəhərli və zərərli reaktivlərin saxlanılmasını və istifadə ediməsini ciddi nəzarətə götürmək ;

2.1.7 Şöbədə iş proqrqmına və təqvim planına uyğun olaraq yarım illik və illik hesabatların hazırlanması, təhlil edilməsi və elmi hissəyə təqdim edilməsini təmin etmək.

2.1.8 Mövzu planının müvəffəqiyyətlə yerinə yetirilməsini və səmərəli nəticələrin alınması üçün müasir metodlardan və internet məlumatlardan rasional istifadə etmək ;

2.1.9 Şöbə əməkdaşlarının elmi konfranslarda, simpoziumlarda, seminar və müsabiqələrdə iştirakını təşkil etmək ;

2.1.10. İcrası başa çatmş mövzulardan alınan nəticələrə dair məqalələr, tövsiyələr, metodiki göstərişlər və vəsaitlər hazırlayıb elmi hissəyə təqdim etmək ;

2.1.11 Respubliıkada mövcud olan bir sıra elmi layihələrdə iştirak etmək və elmi nailiyyətləri, qabaqcıl təcrübələri tətbiq etmək üçün heyvandarlıq təsərrüfatları ilə müqavilə bağlamaq ;

2.1.12 Şöbənin iş planına uyğun olaraq onun fəaliyyəti ilə əlaqədar dövrü arayışlar və hesabatlar hazırlayıb elmi hissəyə təqdim etmək;

2.1.13 Şöbənin fəaliyəti istiqamətində bir sıra təsərrüfat-təşkilat işlərini yerinə yetirmək.

3. Şöbənin funksiyaları

3.1 Şöbə bu əsasnaməyə uyğun olaraq, aşağıdakı funksiyaları həyata keçirir;

3.1.1 Baytarlıq və heyvandarlıq üzrə aparılaraq tədqiqatların prioritet istiqamətlərini mövzu planlarına uyğun olaraq müəyyənləşdirmək;

3.1.2 Tədqiqat mövzularının həyata keçirilməsini uyğun elmi-tədqiqat və ali təhsil müəssisələrilə koordinasiyasını təşkil etmək;

3.1.3 İnstitutun strukturna daxil olan qurumlar tərəfindən hazırlanmış mövzu planını elmi araşdırmaq, təhlil etmək tədqiqatların koordinasiyası ilə əlaqədar olaraq səmərəli təkilflər vermək;

3.1.4 Heyvandarlıgı çox narahat edən xəstəliklərə qarşı elmi əsaslara söykənən mübarizə tədbirlərinin mövzu planına daxil etməyi təyin etməli;

3.1.5 Şöbədə mövzuların icrası ilə məşğul olan əməkdaşlar vaxtaşırı elmi-tədqiqat və təsərrüfat fəaliyyətləri ilə bağlı məlumatları təhlil etməli və ümumiləşdirib müdirə təqdim etməli;

3.1.6 Vaxtaşırı respublikanın heyvandarlıq təsərrüfatlarında olub baytarlıq-sanitariya və müalicə-profilaktika tədbirlərinin təşkilində və tətbiqində iştirak etmək ;

3.1.7 Şöbəyə daxil olan tövsiyyələri, metodiki göstərişləri, dissertasiyaları, avtorefaratları, layihə və təklifləri araşdırıb, təhlil edib, müvafiq rəy və təkliflər vermək;

3.1.8 Şöbədə elmi əməkdaşların fəaliyyəti və mövzuların icrası ilə bağlı qarşıya çıxan problemlərin həlli istiqamətində institutun rəhbərliyinə məlumat vermək;

3.1.9 Elmi- tədqiqatların daha səmərəli və yüksək səviyyədə həyata keçirilməsi ilə əlaqədar olaraq qabaqcıl xarici ölkələrin faydalı təcrübələrini öyrənmək və bu sahədə tədqiqat işlərini təkmilləşdirmək istiqamətində təklif vermək;

3.1.10 Şöbənin fəaliyyət dairəsinə uyğun olaraq, nizamnamədə nəzərdə tutulmuş digər funksiyaları da həyata keçirmək;

4. Şöbənin hüquqları

4.1 Şöbə öz vəzifəsini yerinə yetirmək üçün aşağıda göstərilən hüquqlara malikdir;

4.1.1 Şöbənin strukturuna uyğun olaraq elmi əməkdaşların mövzu və təqvim planının yerinə yetirilməsi istiqamətində, təcrübələrin həyata keçirilməsinə və səmərəli nəticələrin alınmasına, hesabatların vaxtında hazırlanıb verilməsinə nəzarət etmək;

4.1.2 Şöbənin mövcud vəziyyəti və ayrı-ayrı əməkdaşların emi və təsərrüfat fəaliyyəti barədə vaxtaşırı rəhbərliyə məlumat vermək;

4.1.3 Şöbədə qarşıya çıxan məsələlərlə bağlı rəhbərliyə müraciətlər və sorğular ünvanlanaraq , onlardan müvafiq məlumatlar almaq;

4.1.4 Şöbənin mövzu icraçılarının hər birinin elmi-istehsalat fəaliyyətini araşdırmaq , təhlil etmək və nəticələri barədə məlumat vermək;

4.1.5 İnstitututun ayrı –ayrı ictimai təşkilatlarında , elmi və metodiki şuralarda , komissiyalarında və işçi qruplarında bu və ya digər məsələnin müzakirəsində iştirak etmək ;

5.Şöbənin fəaliyyətinin təşkili

5.1 Şöbənin strukturu və ştat vahidlərinin sayı Kənd Təsərrüfatı Naziri tərəfindən təsdiq edilir;

5.2 Şöbəyə Aqrar Elm və İnformasiya Məsəhət Mərkəzinin nəzarəti ilə institutun Müsabiqə Komisiyyasında səs çoxluğu qazanmış mütəxəssis rəhbərlik edir;

5.3 Şöbə müdiri:

5.3.1 Şöbənin elmi-tədqiqat və təşkilat işinin təşkili, şöbəyə həvalə olunmuş məsələlərin yerinə yetirilməsi və öz hüquqlarının həyata keçirilməsi üçün məsuliyyət daşıyır;

5.3.2 Şöbənin əməkdaşlarının elmi-istehsalat fəaliyyətləri haqqında məlumatlar toplayaraq lazım gəldikdə rəhbərliyə təqdim edir.

5.3.3 Şöbənin funksiyalarına dair məsələlərin həllini təşkil edir , əməkdaşlar arasında vəzifə bölgüsü aparır, onların fəaliyyətinə nəzarət edir və əlaqələndirir.

5.3.4 Şöbənin elmi təcrübə və təsərrüfat işlərini təşkil edir, şöbənin fəaliyyəti haqqında yarımillik və illik hesabatların hazırlanmasını təmin edir ;

5.3.5 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, AEİMM-nin və İnstitutun rəhbərliyinin sərəncam və tapşırıqlarını şöbənin səlahiyyətləri və fəaliyyəti çərçivəsində yerinə yetirilməsini təyin edir;

5.3.6 Şöbədə çalışan elmi və texniki işçilərin (əməkdaşların) əmək və icra intizamına riayət etmələrinə nəzarət edir;

5.3.7 Şöbədə işləyən əməkdaşların mükafatlandırılması və tənbeh edilməsi barədə müvafiq tədbirlər görülməsi üçün institut rəhbərliyinə təkliflər veri;

5.3.8 İnstitutun Nizamnaməsinə və qanunvericiliyə uyğun olara digər hüquqlardan istifadə edir;

5.4 Şöbənin digər əməkdaşları müsabiqə qaydaları əsasında işə qəbul edilir;

5.5 Şöbənin hər bir əməkdaşı ona məlum olan və dövlət sirri və ya xidməti sirri təşkil edən məlumatların mühafizə olunmasına görə öz vəzifəsinə uyğun olaraq məsuliyyət daşıyır.

Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Azərbaycan Dövlət Aqrar Universiteti Zoobaytarlıq və əmtəəşunaslıq fakültəsi Yoluxmayan xəstəliklər kafedrası. Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu: “ Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı, sindromları.Perikarditlər, miokarditlər, miokardiozlar və s.”

Uploaded on Oct 05, 2014

Download Presentation

Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri”

Presentation Transcript
  1. Azərbaycan Dövlət Aqrar UniversitetiZoobaytarlıq və əmtəəşunaslıq fakültəsiYoluxmayan xəstəliklər kafedrası Fənn: “K/t heyvanlarının yoluxmayan daxili xəstəlikləri” Mövzu:“Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı, sindromları.Perikarditlər, miokarditlər, miokardiozlar və s.” Mühazirəçi: Dos.Əliyev N.A. Gəncə – 2 0 1 0
  2. Plan 1.Ürək-damar sisteminin xəstəlikləri barədə ümumi məlumat 2.Ürək kisəsinin xəstəlikləri- travmasız və travmatik perikarditlər 3.Ürək əzələsinin xəstəlikləri- miokardioz 4.Miokardit 5.Ürəyin genişlənməsi Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı
  3. İstifadə olunan ədəbiyyatlar 1.Mehdiyev M.Ə. “Kənd təsərrüfatı heyvanlarının daxili xəstəlikləri”.I-hissə, Bakı-1961 2. Mehdiyev M.Ə. “Kənd təsərrüfatı heyvanlarının daxili xəstəlikləri”.II-hissə, Bakı-1962 2.Haciyev H.M. “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”, I-II hissə,”Maarif”, 1977- 1978 3.Haciyev H.M. “Kənd təsərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri”. Maarif-1992 4.Шарабрин И.Г. «Внутренние незаразные болезни сельскохозяйственных животных», Москва, «Колос»,1976 5.Ионов П.С. «Внутренние незаразные болезни крупного рогатого скота».Колос-Москва-1967 Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı
  4. Ürək-damar sisteminin xəstəlikləri barədə ümumi məlumat Orqanizmin qida maddələrini, oksigen və su ilə təmin etmək, mübadilə məhsullarını hüceyrə və toxumlardan kənar etmək, daxili sekresiya vəzilərinin hormonlarını qəbul edib bütün toxumalara çatdırmaq kimi mühüm funksiyaları yerinə yetirən ürək-damar sisteminin orqan və toxumalarında patoloji proseslərə çox tez-tez təsadüf olunur. İ.P.Pavlovun məhşur təlimindən məlumdur ki, orqanizmin bütün orqan və toxumalarının sinir sistemi vasitəsi ilə əlaqələndirilməsi onun mütəşəkkil fəaliyyəti ilə təmin olunur. Odur ki, qan dövranı orqanlarının xəstəlikləri başqa orqanların və sistemlərin fəaliyyətinin pozulmasına səbəb olur və əksinə, başqa sistem və orqanlarda gedən müxtəlif patoloji proseslər qan dövranı orqanlarının funksiyasını pozur. Kənd təsərrüfatı heyvanlarında ürək damar sistemi xəstəliklərinin öyrənilməsi sahəsində sovet baytarlıq terapevtik məktəbinin böyük xidmətləri olmuşdur. K.N.Qoltsman, N.P.Ruxlyadev, K.V.Domraçev tərəfindən aparılmış tədqiqatlar sayəsində qan dövranı üzvlərinin əsas klinik müayinə metodları sistemləşdirilmiş, yeni müayinə, profilaktka və müalicə üsulları işlənib hazırlanmışdır. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı
  5. Ürək-damar sistemi orqanları fəaliyyətinin tənzmi onların orqanizmidə yerinə yetirdkləri vəzifələr kimi çox mürəkkəbdir.Burada baş beyin qabığı, qabıqaltı törəmələri, vegetativ sinir sistemi, ürəyin sinir-əzələ aparatı, böyrəküstü vəzi, hipofis və qalxanabənzər vəzlərin hormonları və b. yaxından iştirak edir. Bundan başqa orqanizmin həyat fəaliyyətini təşkil edən assimilyasiya və dissimlyasiya prosesləri ürək-damar sisteminin transmissiv funksiyası ilə yerinə yetirilir. Bir sıra daxili və xarici mühitin təsiri ürək-damar sisteminin funksiya fəaliyyətində əsaslı dəyişikliyə səbəb olur. Burada fiziki işi, xarici mühitin temperaturu, qanın turşuluğu, tənəffüs, sidik, həzm və sinir sistemlərinin vəziyyəti aparıcı rol oynayır. K.B.Domraçev tərəfindən kənd təsərrüfatı heyvanlarında ürək-damar sistemi xəstəliklərinin əlverişli təsnifatı təklif edilmişdir. Bu təsnifata əsasən ürək-damar xəstəlikləri 4 qrupa bölünür:1.Perikardit (ürək kisəsinin) 2.Miokardit (ürək əzələsinin); 3.Endokardit (ürəyin daxili qişasının); 4.Qan damarlarının xəstəlikləri. Hər qrup üçün təsnifat aşağıdakı qayda üzrə verilir. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı
  6. Ürək kisəsinin xəstəlikləri- travmasız və travmalı perikarditlər Ürək xəstəliklərindən ürək kisəsinin – perikardın ilthablarına heyvanlarda çox rast gəlinir. Perikarditlər müxtəlif xəstəliklər sayəsində daha çox inkişaf edir, lakin onun müstəqil forması da mövcuddur ki, bu qaramal və camışlarda travmatik səbəblərdən əmələ gəldiyi üçün travmatik perikardit adlanır və özünün etiologiyası və klinikasına görə müəyyən xüsusiyyətə malikdir. Etiologiyasına görə perikarditləri travmatik və travmasız, gedişinə görə kəskin və xroniki, mənşəyinə görə birinci və ikincili, xəstəlik kimi, patoloji prosesin yayılmasına görə məhdud və diffuz, eksudatın xarakterinə görə serozlu, fibrinozlu, hemorroji, irinli, çürüntülü formalara bölünür. İltihab prosesinin inkişaf fazalarına görə perikarditlər quru və eksudativ formalara ayrılır. Perikardit – pericarditis Ürək kisəsinin iltihabına qaramal və camışlarda, az hallarda isə it, donuz və atlarda təsadüf olunur.Ağır davam edən proses olan perikardit ürək kisəsinin seroz qişasında fibrinoz və ya serofibrinoz, nadir hallarda hemorroji və irinli iltihabın inkişaf etməsi ilə səciyyələnir. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı
  7. Etiologiyası.Qeyri-travmatik perikardit adətən müstəqil xəstəlik olmayıb bir sıra infeksion və septik proseslər, habelə qonşu orqanların xəstəlikləri nəticəsində ikincili xəstəlik kimi inkişaf edir.Belə xəstəliklərdən dabaq, çiçək, taun, vərəm, nuttalyoz, fleqmona, nekrobakterioz, plevrit, pnevmoniyalar və s. göstərmək olar. Patogenezi və patanatomiyası. Perikardit iki mərhələdə inkişaf edir: əvvəl quru perikardit əmələ gəlir, sonra bu eksudativ formaya keçir. Serozlu-fibrinozlu perikardit zamanı ürək kisəsində serozlu-fibrinozlu eksudat toplanır, ürəyə təsir edir və onun diastolasını çətinləşdirir.Bu zaman ürəyin qulaqcıqlarına daxil olan vena damarlarına və ürəyə daha çox təzyiq düşür. Qanın hərəkəti və ürəyin işi çətinləşir. Əlamətləri.Heyvanın iştahası və gövşəmə azalır, sonra itir.İşkənbənin motor fəaliyyəti zəifləyir, peristaltika seyrək və zəif olur.Qan dövranı orqanlarının funksiyasının pozulması nəticəsində selikli qişaların rəngi sianozlaşır, venoz qan damarları qanla dolur, venada nəbz çətinləşir, arterial təzyiq əvvəl yüksəlir sonra aşağı düşür. Proqnoz.Bu xəstəlik ehtiyatlılıq tələb edir, ürək qüsurları başladıqda çox vaxt proqnoz pis olur,xəstə heyvan ürəyin iflicindən, asfiksiya və intoksikasiyadan ölür. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı
  8. Müalicəsi. Ürəkdə oyanmanın azalması məqsədilə heyvana rahat və sakit şərait yaradılır, ürək nahiyyəsinə buz və ya qar qoyulur, brom preparatları təyin edilir.Damar qüsürlarına qarşı kofein, kamfora işlədilir. Travmatik perikardit – Pericarditis travmatica Bu perikardın yad cisimərlə zədələnməsi nəticəsində əmələ gələn irinli-çürüntülü iltihabdır. Xəstəliyə ən çox qaramal və camışlar, nadir hallarda davarlar, atlar,donuzlar və itlər tutulur. Etiologiyası.Ürək kisəsində yad cisimlər xaricdən və ya daxildən yem borusu və torcuqdan bata bilər. Travmatik perikardit əsasən yad cisimlərin torcuqdan daxil olması nəticəsində baş verir. Bu baxımdan mismar, məftil və dəmir qırıntıları, iynə, sancaq, mil və s. daha çox diqqəti cəlb edirlər.Məlumdur ki, gövşəyən heyvanlar yemi qəbul edərkən çox çeynəmədən udurlar.Belə halda yad cisimlər hiss edilmədən yemlə mədə önlüklərinə düşür.Yem kütləsini şirdana doğru itələmək üçün torcuq sıxılır, bu zaman yad cisimlər torcuğun divarına batır və onu deşib keçir. Patogenez.Perikardda xaricdən və ya torcuqdan, yem borusundan düşən yad cism özü ilə perikard boşluğuna mikrob gətirir ki, bunlar əvvəl serozlu-fibrinozlu, sonra isə irinli-cürüntülü iltihaba səbəb olur. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı
  9. Patanatomiyası.Perikard boşluğunda müxtəlif miqdarda pis iyli və qazla qarışıq eksudat olur.Perikardın serozlu qişasını qalın irinli-fibrinozlu ərp örtür. Əlamətləri. Ürək nahiyyəsində ağrılar olur. Bu heyvanın hərəkətini məhdudlaşdırır, xəstə ehtiyatla hərəkət edir,ehmalca yatıb-durur,əzələlərin tonusu zəifləyir, nəcis və sidik ifrazatı zamanı o zarıyır. S.İ.Smirnov travmatik perikarditin gedişini üç mərhələyə bölür: Birinci mərhələdə temperatur qalxır, xəstə süstləşir, ürək vurğusu güclənir, ürək nahiyyəsində ağrı olur, auskultasiya zamanı perikardial küylər eşidilir. İkinci mərhələdə selikli qişalarda sianozluq müşahidə olunur, venalar, xüsusən boyun venaları genişləşir, venoz təzyiq yüksəlir, nəbz 1 dəqiqədə 120 dəfə vurur, ürək vurğusu və tonları zəifləyir,perikardial küylər itir. Üçüncü mərhələdə xəstə çox süst və zəif olub yemdən qalır, iştahası itir,arıqlayır, ürəyin tonları zəifləyir, maya çalxantısı küyü eşidilir, ürəyin kütlük sahəsi genişlənir, yuxarı sahədə perkussiya zamanı çox vaxt timpanik səs eşidilir.Mədə önlüklərində hipotoniya və atoniya, bağırsaqlarda möhtəviyyatın dayanması(qəbizlik), nadir hallarda ishal müşahidə edilir. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı
  10. Gedişi. Xəstəlik ağır davam etməklə uzun çəkir (həftələr və aylarla).Yad cismi uzun və sivri olub, miokard və endokardı zədələdikdə proses sürətlə gedir və bir neçə gün ərzində heyvan ölür. Müalicəsi. Müalicə arzu olunan nəticəni vermir. Xəstənin yem payı tez həzmə gedən, vitamin və şəkərlərlə zəngin olan yemlərlə ibarət olmalıdır. Ürək fəaliyyətini yaxşılaşdırmaq məqsədilə kofein və qlükoza tətbiq edilir. Cavan və yüksək məhsuldar heyvanları xəstəliyin ilk dövründə cərrahi üsulla müalicə etmək, digərlərini kəsimə vermək məsləhətdir. Profilaktika.Yemləri elektromaqnit qurğularından keçirtmək lazımdır, ota bağlanmış məftilləri xüsusi yerdə açıb, bir yerə toplamaq, metal töklmüş sahələrdə heyvanları otarmaq olmaz.Yemlərin tərkibini vitamin və minerallarla zənginləşdirmək lazımdır. Ürək əzələsinin xəstəlikləri Ürək əzələsinin patologiyasına həm müstəqil şəkildə, həm də bir sıra xəstəlik zamanı ikincili bir xəstəlik kimi təsadüf edilir.Xarakterinə və gedişinə görə ürək əzələsinin xəstəlikləri aşağıdakı kimi qruplaşdırılır: 1.Miokarditlər ( ürək əzələsinin iltihabları); Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı
  11. 2.Miokardın distrofiyası – miokardoz, miodegenerasiya 3.Kardioskleroz, kardiofibroz. Miokardoz – Myocardosis Ürək əzələsi və sinir keçirici sisteminin zədələnməsindən ibarət olan miokardioza ən çox məhsuldar və iş heyvanları tutulurlar.Bu xəstəlik ürək əzələsində bioenergetik, biokimyəvi və mübadilə proseslərinin pozulması, ürəyin əsas funksiyalarında dəyişiklik yaratması ilə davam etsədə, miokard iltihaba uğramır. Ürək əzələsində gedən miokardiodistrofiya və miokardiodegenerasiya prosesləri nəticəsində baş verən ürək fəaliyyətinin zəifləməsi miokardozun mahiyyətinin təşkil edir. Etiologiyası.Xəstəlik ən çox müxtəlif səbəblərdən əmələ gəlir. Məhsuldar heyvanlarda ən çox karbohidratlar, zülallar, vitaminlər (A,C, D , E və B qrupu), minerallar (kalsium, fosfor, natrium), mikroelementlər (yod, kobalt, dəmir, mis və s.).,müxtəlif bitki və mineral mənşəli zəhərlənmələr, autointok- sikasiyalar, infeksiya və invaziyalar zamanı toksik məhsullar qana sorularaq ürək əzələsində distrofik və degenerativ dəyişiliklər törədir. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı
  12. Patogenezi. Göstərilən səbəblər nəticəsində ürək əzələsində trofik pozğunluq başlayır,bu zaman ilk növbədə biokimyəvi proseslər pozulur. Patanatomiyası.Miokardda degenerasiya başladıqda ürək əzələsinin rəngi solğunlaşır, proses bir qədər dərinləşdikdə solğun-boz sahələr əmələ gəlir. Ürək əzələsini kəsdikdə o bişmiş əti xatırladır. Əlamətləri. Xəstəliyin yüngül formasında heyvanı ancaq işlətdikdə ürək-damar qüsurları görünür. Lakin ağır formada heyvan sakit durduqda həmin əlamətlər müşahidə edilir.Xəstənin ümumi halı pozulur, süstləşir, yemdən qalır, iştahası pozulur,məhsulradlığı azalır. Əzələlərin tonusu zəiflədiyi üçün alt dodaq sallanır, heyvan qularqlarını sallayır, gözlərinə yarımyuxulu vəziyyət verir. Periferik qan dövranı pozulur, arterial təzyiq aşağı düşür, venoz təzyiq yüksəlir, dərinin elastikliyi pozulur, qanın hərəkət surəti zəifləyir. Gedişi.Xəstəliyi törədən səbəbin təsir xüsusiyyəti prosesin inkişaf fazaları ilə əlaqədardır. Diaqnoz.Klinik əlamətlərə, elektrokardioqrafiya məlumatlarına,qan təzyiqinin ölçülərinə və s.əsasən qoyulur. Miokardit və miokardiofibriozdan təfriq etmək lazımdır. Proqnoz. Ehtiyatlı olub xəstəlikdən asılıdır. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı
  13. Müalicəsi.Xəstəliyin səbəbini aradan qaldırmaq üçün tədbirlər görülməlidir. Yem payının tərkibini vitaminlər və mikroelementlərlə zənginliyinə diqqət yetirilməlidir. Dərman maddələrindəm qlükoza, kofein, askorbin turşusu, kamfara təyin edilir. Qan təzyiqi aşağı düçdükdə adrenalin, strixnin işlədilir. Profilaktika.İntoksikasiyalara yol verməməli, yemlərin tərkibinə və müntəzəm gəzintinin olmasına diqqət yetirilməlidir. Miokardit- Myocarditis Mİokardit – ürək əzələsinin iltihabı heyvanlarda müxtəlif formalarda təsadüf edilir.Gedişinə görə miokardit kəskin və xronik, prosesin yaranmasına görə məhəlli və diffuz, mənşəyinə görə müstəqil və ikinci xəstəlik kimi olur. Etiologiyası. Bir sıra infeksion, yoluxmayan və parazitar xəstəlikləri (qaramalda dabaq, qarayara,taun, pasterellyoz, atlarda- kontagioz plevropnevmoniya,saqqo, infeksion anemiya, piroplazmozlar, itdə- taun, donuzlarda- taun və qızıl yel və s.) nəticəsində əmələ gələn ağırlaşmalar, ikinci bir xəstəlik kimi miokarditi törədirlər. Perikardit, endokardit, plevrit, pnevmoniya, endometrit, yemlərlə zəhərlənmələr zamanı da miokardit baş verir. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı
  14. Patogenezi.Adları çəkilmiş xəstəliklərin törədicilərinin buraxdığı toksinlər ürək əzələsində iltihaba səbəb olur.Çox vaxt tacdamarları da prosesə qarışır.Xəstəliyin əvvəlində eksudasiya prosesi üstünlük göstərərək ürək əzələsinin lifləri şişir, sonra alterasiya və proliferasiya prosesləri başlayır. K.V.Domraçev kəskin miokarditin inkişafını iki dövrə bölür. Birinci dövrdə ürək əzələsində hələ destruktiv dəyişiklik getmir,lakin iltihab məhsulları və toksinlərin verdiyi qıcıqlar ürəyin işini kəskin surətdə gücləndirir. Xəstəliyin ikinci dövründə ürək əzələsində yorğunluq görünür, distrofik-degenerativ dəyişiklik müşahidə edilir, arteial təzyiq aşağı düşür və qanın hərəkət surəti zəifləyir.Miokarditin bu dövründə təngənəfəslik, sianozluq, ödemlər müşahidə edilir, ürəkdə ritm pozğunluğu başlayır. Patanatomiyası.Ürək əzələsi şişir,kəsərkən qırmızı, bəzən qan ləkəli sağıntılar görünür. Miokardda distrofik-degenerativ proseslər olanda ürək əzələsinin solğun və bulanıqlı olması müşahidə edilir. Əlamətləri. Heyvanın ümumi vəziyyəti pisləşir, yemdən qalır, iştahası kəsilir,temperaturu qalxır, taxikardiya, ürək nahiyyəsində ağrı müşahidə olunur, ürəyin tonları və ürək vurğusu qüvvətlənir. Arterial təzyiq və qanın surəti yüksəlir. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı
  15. Gedişi.Əsas xəstəlikdən asılı olaraq bir neçə gündən bir neçə həftəyə qədər çəkir. Ağır formalarda ürəyi iflic edib heyvanı öldürür. Diaqnozu.Əlamətlərinə, elektrokardioqram məlumatlarına, funksiya sınaqları da çox fayda verir.Heyvanı bir qədər gəzdirdikdən sonra nəbz diqqətlə müayinə edilir. Miokardit zamanı heyvanı dayandırdıqdan sonra 2-5 dəqiqə ərzində nəbz çoxalır ki, bu ürəyin reseptor aparatının oyanmasının yüksəldiyini göstərir. Miokarditi perikarditdən, endokarditdən və miokardozdan təfriq etmək lazımdır. Proqnozu. Vaxtında müalicə tədbirləri görülərsə, heyvan tamamilə sağala bilər. Müalicəsi. Xəstəyə tam istirahət verilməli. Ürək dərmanları ilk dövrdə verilmir. Bunlar ürək fəaliyyətini gərginləşdirib, onun iflicinə səbəb ola bilər. Bu dövrdə ürək nahiyyəsinə buz və ya qarla dolu rezin torba qoymaq, heyvanın vəziyyəti ağır olduqda oksigenoterpiya tətbiq etmək yaxşıdır. Xəstəliyin ikinci dövründə miokardın fəaliyyəti zəiflədikdə 30-40 ml 5-% li qlükoza məhlulu kofeinlə qarışıq venaya yeritmək məsləhətdir. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı
  16. Arterial təzyiq kəskin surətdə aşağı düşdükdə venaya 2-3 ml 1:1000 adrenalin yaxud dəri altına strixnin vurulur. Profilaktikası.Xəstəliklərə qarşı mübarizə diqqət mərkəzində olmalıdır ki, miokardit əmələ gəlməsin.Allergiya əleyhinə dərmanlar tətbiq edilməli, toksikozlara qarşı tədbir görülməlidir. Ürəyin genişlənməsi –Dilatatio cordis Ürək boşluqlarının genişlənməsi, divarlarının dəyişikliyə uğraması və ürəyin formasının dəyişməsi ilə səciyyələnib, kəskin və xroniki gedişə malikdir. Etiologiyası. Xəstəliyin kəskin forması heyvanı uzun müddət ağır işdə işlətdikdə, kəskin infeksion və septik proseslər, intoksikasiyalar, isti və günvurma nəticəsində əmələ gəlir. Ürəyin xronik genişlənməsinə səbəb miokardoz, kardiofibroz, arterioskleroz, alveolyar emfizema kimi xəstəliklərdir. Patogenezi. Miokardda yığışma qabiliyyətinin pozulması nəticəsində ürəyin sistolik həcmi kiçilir, bəzən də bədəndə hərəkət edən qanın miqdarı azalır, arterial təzyiq aşağı düşür. Baş beyində əmələ gəlmiş hiperemiya oqlum xəstəliyinə oxşar hal yaratdığı üçün heyvanda dərin hissiyat pozğunluqları müşahidə edilir. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı
  17. Patanatomiyası. Ürək həcmcə böyüyüb forması girdələnir, onun boşluqları qanla dolur, divarları nazilir, başqa orqan və toxumalarda venoz durğunluq müşahidə olunur. Əlamətləri. Xəstənin halı həmişə ağır olur, ürək vürğusu yayılmış və qısalmış hal alır, nəbzin sayı azalır, gücü zəifləyir, bəzən ritmik olur. Ürəyin nisbi və xüsusən mütləq kütlük sahələri genişlənir, ürək tonları tutqunlaşır, birinci ton küclənir, uzanır, haçalanır, ikinci ton isə zəifləyir. Çox vaxt funksional endokardial küylər eşidilir. Bunlar əksər hallarda sistolik olurlar. Elektrokardioqrafiya daha incə dəyişilikləri obyektiv surətdə göstərir.Ürəyin kəskin genişlənməsi təngənəfəslik, selikli qişalarda sianozluq, taxikardiya və ödemlər sürətlə, xəstəliyin xroniki formasında isə ürək-damar qüsurları müəyyən edilir. Diaqnozu. Xəstəliyi xarakterizə edən klinik əlamətlərə əsasən diaqnoz qoyulur. Bunu miokardın hipertrofiyasından, perikarditdən, miokardit və miokardozdan təfriq etmək lazımdır. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı
  18. Proqnozu. Proqnozu ehtiyatlı və çox vaxt pisdir.Heyvan qəflətən ürəyin iflici, yaxud ağ ciyər ödemi və asfiksiyadan ölür. Müalicəsi. İlk növbədə bu xəstəliyə səbəb olan əsas xəstəliyə qarşı tədbirlər görülməlidir. Ürəyin kəskin genişlənməsi zamanı xəstəyə istirahət verilir, tez həzmə gedən yemlər təyin edilir. Xəstənin vəziyyəti ağır olduqda oksigenlə inqalyasiya, venaya adrenalin, qanburaxma, ürək nahiyyəsinə soyuq bağlamalar qoymaq, venaya 30-40%-li qlükoza, kofein, 5%-li xörək duzu məhlulu (iri heyvanlara 300-400 ml) yeritmək yaxşı nəticə verir. Profilaktikası. Bu xəstəliyi törədən əsas patoloji proseslərə qarşı həmişə mübarizə aparmaq, heyvanı yemləmə, bəsləmə və işdə istifadə olunması qaydalarına riayət etmək profilaktikada əsas yeri tutur. Ürək-damar sisteminin xəstəliklərinin təsnifatı

© 2023 SlideServe | Powered By DigitalOfficePro

Comments are closed, but trackbacks and pingbacks are open.