Press "Enter" to skip to content

Bazar iqtisadiyyatı

2.LOGİSTİKANIN TARİXİ İNKİŞAF MƏRHƏLƏLƏRİ.

Bazarın mahiyyəti, quruluşu və vəzifələri

Iqtisadi mənada bazar, əmtəə istehsalının zəruri tərkib hissəsi, əmtəələrin satın alınması (P – Ə) və satılması (Ə – P) ilə əlaqədar olan sövdələşmələrin toplusudur. Başqa sözlə, bazar əmtəə istehsalına xas olan bütün qanun və kateqoriyalarla (rəqabət, tələb, təklif, konyuktura və i. a.) səciyyələnən, onları özündə birləşdirən iqtisadi anlayışdır. De­mə­li, bazarın yalnız məhsulların və xidmətlərin istehlak-çılara çatdırıl­ması ilə «məşğul olan struktur» kimi səciyyə-ləndirilməsi onun məna­sı­nın məhdudlaşdırılması deməkdir. Bazar, həm də təkrar istehsal prose­si­nin fasiləsizliyinin və istehsalçılarla istehlakçılar arasında etibarlı əla­qə yaradıl-masının təmin olunmasında tənzimləyici rol oy­nayır. Bazarda baş verən əmtəə və pul tədavülünün iqtisadi mənası da məhz bundan ibarətdir.
Beləliklə, bazarı aşağıdakı variantlarda göstərildiyi mənalarda səciyyələndirmək olar. Bazar: 1) Əmtəə istehsalı və tədavülü qanunları əsasın­da təşkil olunan mübadilə – əmtəə mübadiləsi – münasibətlərinin toplu­sudur; 2) Alıcı-larla satıcılar arasında qarşılıqlı fəaliyyət mexanizmi, tələblə təklif arasında nisbətin meydana çıxdığı «yerdir»; 3) Ölkə daxi­lin­də və ölkələr arasında istehsalçılarla istehlakçıları bir-birinə bağla­yan mübadilə dairəsidir; 4) Əmtəələrin satın alınması (P – Ə) və satıl­ması (Ə – P) ilə əlaqədar olan sövdələşmələrin toplusudur.
Bazar ilk dəfə xırda əmtəə istehsalı şəraitində gündə-lik tələbat məhsullarının reallaşdırıldığı sadə formada mey-dana gəlmişdir. Iqtisadi inkişafın sonrakı mərhələlərində əmtəə tədavülü dairəsi görünməmiş də­rəcədə genişlənmiş və bunun nəticəsində istehlak malları və investisiya əmtəə-lərinin, iş qüvvəsinin, qiymətli kağızların və xarici valyu-taların, elmi-texniki tədqiqatların alınıb-satılması ilə məşğul olan bazarlar sistemi meydana gəlmiş və inkişaf etmişdir. r. Bütün bunlara əsasən ba­zarın quruluşunun aşağıdakı kimi olduğunu demək olar: 1) Işçi qüvvəsi bazarı; 2) Maliyyə bazarı (ssuda – borc kapital-ları bazarı); 3) Inves­tisiya əmtəələri bazarı; 4) Istehlakçılar bazarı; 5) Xidmətlər bazarı; 6) Tex­nologiya bazarı; 7) Intellektual mülkiyyət ünsünləri bazarı.
Ərazi hüdudları – coğrafi mövqeyinə və baş verən iqtisadi ha­di­sələrin miqyasına görə bazarlar yerli (bölgə, şəhər, kənd), daxili (mil­li), xarici (beynəlxalq) bazarlara, bir qədər də konkretləşdirsək, ayrı-ayrı əmtəə qrupları (istehlak malları, istehsal təyinatlı əmtəələr və ya ha­zır məmulatlar), yaxud da əmtəə növləri (parça, ayaqqabı, metal, dəzgah və i. a.), sahələr (avtomobil, neft, pambıq, üzüm və i. a.), ölkə­lərarası və s. olduğunu demək olar. Bazarları, həmçinin bazar müna­si­bətlərinin inkişaf səviyyəsinə və iqtisadi təyinatlarına görə də fərqlən­dir­mək mümkündür.
Bazarın bu növləri bir sistem daxilində öz aralarında qarşılıqlı əlaqədədirlər və bir-birilərinə təsir göstərirlər. On-ların hər hansı birində baş verən pozuntular və ləngimələr həmin zəncirvari prosesdə başqa­la­rı­na da təsir edir.
Cəmiyyətdə formalaşan bazar münasibətləri təsərrü­fat həyatı­nın bütün sahələrinə təsir edir və: 1) Informasi­ya­vermə; 2) Vasitəçi­liket­mə; 3) Qiymətəmələgətirmə; 4) Tən­zim­ləmə və 5) Sağlamlaşdırma vəzi­fə­lərini yerinə yetirir.
Bazar, istehsalın iştirakçılarına qiymətlərin, kreditlər üzrə faiz dərəcələrinin dəyişməsi, bazara gətirilən əmtəə və xidmətlərin miqdarı, çeşidi və keyfiyyəti haqqında obyektiv informasiya verir.
Kortəbii surətdə meydana çıxan əməliyyatlar, bazarı, külli miq­darda informasiyaları toplayıb «işləyən», onun əhatə dairəsi haq­qında ümumi məlumat verən nəhəng kom-püterə çevirir. Bu, hər bir mü­əs­sisəyə, özünün xüsusi isteh-salını bazarda daim dəyişən şəraitlə mü­qa­yisə etməyə imkan verir.
Bazarın ən mühüm vəzifələrindən biri də onun tənzimləyici funksiyasıdır. Bu, bazarın, iqtisadiyyatın bütün sahələrinə, birinci növ­bədə istehsala təsir göstərməsi ilə əla-qədardır. Bazar P. Samuelson tərə­findən müəyyən edilmiş: «Nə istehsal etməli?», «Kimin üçün istehsal etməli?», «Necə istehsal etməli?» suallarına cavab verir. Həm də, bazarı rə-qabətsiz təsəvvür etmək mümkün deyildir. Belə ki, sahəda-xili rəqabət məhsul vahidinə çəkilən xərclərin aşağı salınma-sı, əmək məhsul­darlı­ğı­nın yüksəldilməsi, texniki tərəqqinin sürətləndirilməsi, məhsulların key­fiy­yətinin yaxşılaşdırıl-ması üçün stimul yaradırsa, sahələrarası rəqabət kapitalın bir sahədən digərinə axması yolu ilə iqtisadiyyatın optimal qu­ruluşunu formalaşdırır, perspektivli sahələrin inkişafına şərait yara­dır.
Bazarın tənzimlənməsində tələblə təklif arasındakı nisbət mü­hüm rol oynayır. Qiymətlərin artması istehsalın genişləndirilməsinə, aşa­ğı düşməsi isə ixtisar olunmasına işarədir.
Müasir dövrdə iqtisadiyyat təkcə «gözəgörünməz əl»in kömə­yi­lə deyil, həm də dövlət tərəfindən müxtəlif iqtisadi «vasitələrdən» isti­fa­də olunmaqla idarə edilir. Lakin buna baxmayaraq bazarın tənzimlə­yi­ci, iqtisadiyyatda tarazlayıcı rolu yenə də qalmaqdadır.
Bazar mexanizmi xeyriyyəçilik sistemi deyildir. O, sosial bəra­bər­sizliyə, təbəqələşməyə şərait yaradır. Bazar, rəqabətin köməyilə icti­mai istehsalı iqtisadi cəhətdən qeyri-sabit, həyatda özünü doğrultmayan təsərrüfat vahidlərindən təmizləyir, daha çox səmərə verən, təşəbbüs­kar, bacarıqlı, zirək təsərrüfat vahidlərinə isə «yaşıl işıq» yandırır. Bu­nun nəticəsində iqtisadi vahidlər üzrə ümumilikdə orta sabitlik səviy­yə­si nəinki saxlanılır, hətta yüksəlir.
P. Samuelsonun tədqiqatlarına görə ABŞ-da bütün pərakəndə satış mağazalarının 1/3 hissəsindən yarısına qədəri açıldıqdan sonrakı üç il ərzində öz fəaliyyətini dayandırır. Kiçik biznesin orta ömür müd­dəti 6 ildən yuxarı həddi aşmır, hətta bəzi hallarda iri firmalar da rə­qa­bət mübarizəsində məğlub olurlar. Aydın məsələdir ki, istehsalın və kapitalın ictimailəşdirilməsinin gücləndiyi bir şəraitdə inhisarlaşdırma bazarın sağlamlaşdırma vəzifəsinin dəyişməsinə səbəb olur.
Beləliklə, bazar çox mürəkkəb vəzifələri yerinə yeti-rir. Və ba­zar münasibətlərinə geniş meydan verilməsinin nəticəsidir ki, inkişaf et­miş ölkələrin iqtisadiyyatı dinamik inkişaf edir, istehlakçı bazarları fa­si­ləsiz olaraq əmtəələrlə doldurulur, mövcud ehtiyatlardan demək olar ki, səmərəli istifadə edilir.

Bazar sisteminin əsas cəhətləri, üstünlükləri və çatışmazlıqları

Qərbin tanınmış iqtisadçıları R. Lipsin, P. Steynerin və D. Per­vi­sin fikrincə XX əsrin 30-cu illərində əmək və maddi vəsaitlərdən sə­mərəli istifadə edilməsi, 40-cı illərdə vəsaitin iqtisadiyyatın mülki və hərbi bölmələri arasında ən əlverişli nisbətdə bölüşdürülməsi, 50-ci illərdə inflyasiyanın artmasının, 60-cı illərdə iqtisadi yüksəlişin zəifləməsinin, 70-ci illərdə istehsalın aşağı düşməsi meylinin qarşısının alınması, 80-ci illərdə dövlət büdcəsi kəsirinin aradan qaldırılması, 90-cı illərdə dövlət borclarının azaldılması ilə əlaqədar problemlərin həll edilməsində bazar münasibətləri çox böyük rol oynamışdır.
Odur ki, normal bazar sistemi yaratmaq üçün bu yeni iqtisadi sistemin əsas cəhətlərini, üstünlükləri və çatışma-zlıqlarını nəzərdən ke­çir­mək lazımdır. Yeni iqtisadi sistemin əsas cəhətləri isə aşağı­dakı­lar­dır:
– Mülkiyyətin çox böyük hissəsinin dövlətin tabeliyin-dən çıxarılması və onun müx­tə­lif formalarından istifadə olunmaqla, onların arasında optimal nis­bə­tin yaradılması;
–Inzibati-amirlik idarəetmə metodlarından imtina edil-məsi və idarəetmənin demokratikləşdirilməsi;
– Xarici iqtisadi əlaqələrdə bərabərhüquqlu əməkdaş-lığın hə­ya­ta keçirilməsi;
–Istehsalın bütün subyektlərinin bərabərhüquqlu olması;
– Dövlətin, tənzimlənən bazar iqtisadiyyatına keçilməsi və onun səmərəli fəaliyyət göstərməsini təmin edə bilən, keyfiyyətcə yeni rolunun formalaşması;
– Vətəndaşların sosial təminatı və sosial müdafiəsinə dair də­qiq sistem yaradılmaqla, işçilərin sərbəst surətdə muzdla tutulması və işdən azad edilməsi əsasında işçi qüvvəsi bazarının formalaşması;
– Sərbəst və tənzimlənən qiymətlərdən istifadə edilməsi;
– Ölkənin sosial-iqtisadi inkişafının stimullaşdırılma-sında mü­hüm rol oynayan mütərəqqi vergi sisteminin yara-dılması;
– Müxtəlif səviyyələrdə büdcənin formalaşması və isti-fadə olunmasında yeni prinsiplərin tətbiq edilməsi;
– Bank sisteminin təkmilləşdirilməsi əsasında tənzim-lənən pul tədavülü və kredit siyasəti yeridilməsi;
— Əhalinin gəlirlərinin müntəzəm olaraq indeksləş-dirilməsi və s.
Lakin inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar iqtisa­diy­yatı ideal deyildir. Bütün iqtisadi proseslər kimi onun da müəyyən üstünlükləri və çatışmazlıqları vardır. Bazar sisteminin üstünlüklərinə aşağıdakılar aiddir.
Bazar:
1) Ehtiyatları, cəmiyyətə daha çox lazım olan əmtə-ələrin isteh­sa­lına yönəltdiyi üçün onların səmərəli bölüşdü-rülməsinə təsir edir:
2) Mövcud olan məhdud miqdarda ehtiyatlardan daha çox məh­sul istehsal etməklə maksimum iqtisadi səmərə əldə edilməsinə im­kan verir. Çünki məhsul istehsalında ehtiyat-ların kombinə olunmasının səmərəli üsullarından istifadə edilməsi, yeni, faydalı istehsal texno­lo­gi­yasının işlənib ha-zırlanması və istehsalata tətbiqinə şərait yaradır;
3)Informasiyaların məhdudluğu şəraitində belə, özünün səmə­rə­li fəaliyyət göstərməsini təmin edir. Bu zaman qiy-mətlər və istehsal xərcləri haqqında məlumatların olması kifayətdir.
4) Çeviklik, dəyişən şəraitə uyğunlaşma qabiliyyəti for-malaş­dı­rır. Məsələn, keçən əsrin 70-ci illərində enerji daşıyı-cılarının qiymətləri artdıqda, bazar, ona qarşı alternativ enerji mənbələrinin axtarılıb tapıl­ma­sı, ehtiyatlara qənaət-edici texnologiyanın tətbiqi və enerji resursla­rı­na qənaət rejiminin həyata keçirilməsinə səbəb olmuşdur;
5)Elmi-texniki tədqiqatların nəticələrindən optimal isti-fadə olun­masına şərait yaradır. Belə ki, əmtəə istehsalçıları daha çox mənfə­ət əldə etmək məqsədilə yeni əmtəələr yara-dır, ən yeni texnologiya­lar­dan istifadə edir, bu isə rəqiblər qarşısında müvəqqəti üstünlük əldə etməyə imkan verir;
6) Çoxsaylı müxtəlif tələbatları ödəmək qabiliyyəti, əmtəə və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, qeyri-tarazlıq hallarının da­ha tez təshih edilməsi üçün şərait yaradır.

Göründüyü kimi, bazar sistemi müəyyən üstünlüklərə malik olması ilə səciyyələnir, qıtlığın aradan qaldırılması, istehlak malları bazarının normallaşdırılması, son nəticədə istehlakçıların tələbatlarının daha yax­şı ödənilməsinə səbəb olur. Lakin bunlarla yanaşı, bazarın çatışmazlıq­la­rı da vardır. Belə ki, bazar:
1) Təkrar istehsalı mümkün olmayan ehtiyatların saxlanıl­ma­sı­nı təmin edə bilmir;
2) Ətraf mühitin qorunmasının iqtisadi mexanizminə malik de­yildir. Odur ki, sahibkarları ekoloji baxımdan müxtəlif növ «təmiz» istehsalatların yaradılmasına vəsait qoymağa yalnız qanunvericilik akt­ları məcbur edir;
3) Bütün insanlara məxsus olan – məsələn, okeanla-rın balıq sər­vəti – ehtiyatlardan istifadə olunmasını tənzim-ləmək iqtidarında de­yildir;
4) Qəbul edilən qərarların mümkün olan mənfi nəticələrini nə­zə­rə ala bilmir. Məsələn, 1948-ci ildə Isveç kimyaçısı P. Müller kənd təsərrüfatı bitkilərinin zərərve-ricilərinə qarşı mübarizə vasitəsi kimi DDT pes­di­sidinin kəşfinə görə Nobel mükafatı almış, lakin 1960-cı ildə onun tərkibində can­lı orqanizmin konstrukturlarına təsir göstərən güclü zəhər olduğu aşkar edilmişdir;
5) Insanların əmək və gəlir əldə etmək hüquqlarına təminat vermir. Bu, özünü onda göstərir ki, bazar iqtisadiy-yatı şəraitində işsizliyin «texnoloji», «struktur», «regional», «gizli» formaları meydana çıxır. Çünki bazar münasibətləri şəraitində tam məşğulluq haqqında fikirləşmək nəzəri cəhətdən mənasız, əməli cəhətdən isə qeyri-mümkündür. Ona görə də hər bir fərd özünün maddi vəziyyətini dəyiş-dirmək üçün qərarlar qəbul etməlidir. P. Samuelsonun fik-rincə bazar sistemi qeyri-bərabərliyi təkrar istehsal edir.
6) Fundamental elmi-tədqiqatların aparılmasını təmin etmir;
7) Sosial baxımdan bazar, cəmiyyət üçün zəruri olan əmtəə­lə­rin istehsalına deyil, daha çox imkanı, pulu olan-ların tələbatının ödənilməsinə is­ti­qamətləndirilmişdir.

Bunlarla yanaşı, bazar mexanizminə daxil edilməsi mümkün olmayan bir sıra sosial-iqtisadi problemlər də vardır. Bunlardan biri ondan ibarətdir ki, bazar münasibət-lərinin subyekti olan bəzi müəssisələrin fəaliyyəti cəmiyyətin digər üzvlərinin rifahına təsir göstərə bilər. Bunlara istehsal fəaliyyəti nəticəsində ətraf mühütin çirklənməsini, təsərrüfat dövriyyəsinə daha çox təbii resurslar cəlb edildiyinə görə onların ehtiyatının tükənməsini, istehsalda meydana çıxan regional və struktur uyğunsuzluqları misal göstərmək olar. Lakin qeyd etmək lazımdır ki, bazar mexanizmi bu mənfi halları «bitərəfləşdirmək» iqtidarında deyildir. Ona görə ki, bazar mexanizmi iqtisadiyyatı daim artan tədiyə qabiliyyətli tələbə doğru istiqamətləndirir. Deməli, dövlət, bu prob-lemlərin həll edilməsini öz üzərinə götürməli, meydana çıxan mənfi halları-zərərli texnologiyaların tətbiqini, əhalinin sağlamlığı üçün təhlükəli olan əmtəə və xidmətlərin istehsa-lını və i. a. — qadağan etməklə, onların inzibati yolla aradan qaldırılmasını təmin etməlidir. Bu qadağalara məhəl qoymayan şəxslər isə onların tətbiqi nəticəsində əldə edə biləcəkləri səmərədən qat-qat çox olan məbləğdə cərimə-lənməlidir.
Lakin qeyd etmək lazımdır ki, dövlət bu sahədə tək-başına mübarizə aparmamalıdır. Istehlakçıların hüquqlarını müdafiə edən çoxsaylı cəmiyyətlər, azad mətbuat, nüfuzlu demokratik təşkilatlar dövlətə yaxından kömək etməlidirlər.
Bazar mexanizminə daxil edilməsi mümkün olmayan problemlərdən biri də içtimai təlabatın ödənilməsidir. Müasir dövrdə belə problemlərin dairəsi olduqça genişdir. Belə ki, bütün ölkələrdə milli müdafiə və təhsil, vahid ener-getika sistemləri, dövləti idarəetmə aparatı mövcuddur. Burada söhbət ölkənin bütün vətandaşlarının bərabər istifadə etdikləri əmtəə və xidmətlərdən getdiyinə görə onla-ra «içtimai» və ya «kollektiv» əmtəələr deyilir. Bu əmtəə və xidmətlərin istehsalını dövlət öz üzərinə götürməli, onu büdcə vəsaiti hesabına maliyyələşdirməlidir. Dövlət, həm də bu zaman «içtimai»əmtəələrin mürəkkəb quruluşa malik olduqlarını nəzərə almalıdır. Başqa sözlə, bu əmtəələrin bir hissəsi (məsələn, milli müdafiə) ölkənin bütün əhalisi tərəfindən, bir hissəsi əhalinin bir qismi (məsələn bu və ya digər regionda polis xidməti), bir hissəsi isə hər hansı bir kiçik kollektiv tərəfindən(məsələn,hər hansı bir yaşayış məntəqəsinin bələdiyyəsi tərəfindən göstərilən kommunal xidmətləri) «istehlak» edilir. Bütün bunlara əsasən demək olar ki, «içtimai» əmtəələrə olan təlabatın ödənilməsi bazar mexanizminə daxil edilməsi mümkün olmayan problemlərə aiddir.
Beləliklə, bazar iqtisadi sisteminin alternativi olmasa da, hə­lə­lik onun bir sıra çatışmazlıqları və mənfi cəhətləri də vardır. Ona görə də inkişaf etmiş ölkələrdə dövlət, bütün bunları nəzərə almaqla, bazarın yerinə yetirə bilmədiyi vəzifələrin həyata keçirilməsini öz üzərinə gö­türür.

Bazar iqtisadi sistemi daxilində milli təsərrüfatın təşkilinin Azərbaycan modeli

XX əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyimizi bərpa et­dik­dən sonra qurmağa başladığımız Azərbaycan cəmiyyətinin bazar iqti­sadi sistemi daxilində təsərrüfat təşkilinin modeli tarixi təcrübəmiz, coğrafi-iqtisadi mövqe-yimiz və digər amillər nəzərə alınmaqla yaradılır. Bu məqsə-dlə tədriclə totalitar quruluşun strukturları aradan qaldırı-lır, dinamik bazar iqtisadiyyatı – xarici dünyanın üzünə açıq, çox böyük yanacaq və xammal ehtiyatlarına malik olan ölkəmizin nadir təbii po­ten­sialından istifadə etməyə imkan verən iqtisadiyyat yaradılır.
Ölkəmiz dünya bazarında böyük tələbat olan məh-sullar isteh­sal etmək imkanına malikdir və istehsal edir. Bunlar neft, qaz, neft məh­sulları, kimya məmulatı, yod, kauçuk, dəmir filizi, alüminium, neft mədən avadanlıqları, elektrik cihazları, soyuducular, kondisionerlər və s.-dir.
Respublikamızda pambıqçılıq, üzümçülük, tərəvəzçi-lik, meyvə­çilik, tütünçülük, barama istehsalı, zəfərançılıq və s. kənd təsərrüfatının ənənəvi sahələridir. Aqrar bölmənin xammal ehtiyatlarının emalı əsa­sında respublikada yeyinti sənayesi formalaşmışdır. Parça, trikotaj, paltar, ayaqqabı, xalça, saxsı-çini qab-qacaq və başqa məmulat istehsal edən yüngül sənaye respublikada iri əmtəə istehsalçısıdır.
Yeni iqtisadi sistemin yaradılması prosesi əhalinin sosial məsə­lə­lərinin həlli ilə bilavasitə əlaqədardır. Bu, onunla izah edilir ki, iqti­sadi inkişafın hərəkətverici amili sosial inkişafdır. Bu isə o deməkdir ki, iqtisadi inkişaf sosial inkişafla qarşılıqlı əlaqə şəraitində həll edil­mə­lidir.

Inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sosial, ekoloji, de­moq­rafik vəziyyəti yaxşılaşdırmadan iqtisadiyya-tın tarazlı inkişafın­dan danışmaq olmaz. Odur ki, sosial vəziyyətin normallaşdırılması sahə­sin­də elmi cəhətdən əsas-landırılmış tədbirlər hazırlanır və həyata keçirilir. Həm də qeyd etmək lazımdır ki, bu zaman ölkənin malik olduğu ehti­yat, istehsal-texnoloji imkanlar, əhalinin gəlirləri ilə yaşayış vasitələ­ri­nin dəyəri arasındakı nisbətin gözlənilməsi nəzərə alınır. Bu deyilən­lər­dən aydın olur ki, bazar iqtisa-diyyatının formalaşması ilə əlaqədar iqti­sa­di və sosial vəzi-fələr vəhdət halında yerinə yetirilir.
Indiyədək görülən tədbirlərin nəzərdən keçirilməsi və aparılan müşahidələrə əsasən belə bir nəticə çıxarmaq olar ki, bazar iqtisadiy­ya­tı­nın Azərbaycan modeli yaradılarkən zəngin tarixi keçmişə malik olan Azərbaycan xalqının əməksevərliyi, Vətənə bağlılığı, xeyriyyəçilik ənə­nə­lərinə sədaqətliliyi, ölkəmizin əlverişli coğrafi-iqtisadi mövqeyi və zən­gin təbii sərvətlərə malik olması, sahibkarlıq üçün sağ-lam mühitin yaradılması, əhalinin aztəminatlı hissəsinin mü-dafiəsi, kəskin əmlak bə­rabərsizliyinə yol verilməməsi, milli gəlirin vergi mexanizmi vasitəsilə ye­nidən bölgüsü və beləliklə də sosiallaşdırmanın həyata keçirilməsi, xır­da və orta müəssisələrə, fermer təsərrüfatlarına qayğı göstərilməsi, mil­li mənlik şüurunun bərqərar olması, millətin mənafeyi-nin cəmiyyətin hər bir üzvünün mənafeyindən üstün tutul-ması, perspektivli sahələ­rin inkişaf etdirilməsi imkanları nəzərə alınır.
Beləliklə, bütün bunları, habelə tarixi keçmişimizi, adət-ənənə­lə­rimizi, iqtisadi və təbii imkanlarımızı nəzərə almaqla bazar iqtisadi sistemində təsərrüfat təşkilinin Azər-baycan modelini aşağıdakı kimi sə­ciy­yələndirmək olar: “Azər­baycan Respublikasının bazar iqtisadiyya­tı­na keçid şəraitində formalaşmaqda olan milli təsərrüfat modeli sosial­laş­dırma və demokratikləşdirmə tədbirləri əsasında sahib-karlığı stimul­laş­dırmaqla, ölkənin malik olduğu təbii-iqtisadi potensialdan səmərəli istifadə olunmasına, çevik vergi siyasəti yeritməklə əmlak bərabər­sizil­yi­nin azaldılmasına, xüsusi güzəştlər və yardımlar hesabına əhalinin aztəminatlı hissəsinə qayğı göstərilməsinə, milli şüurun yüksək inkişaf səviyyəsinə, millətin mənafeyinin üstün tütülmasına yönəldilmiş güclü sosial siyasətə əsaslanmaqla yaradılır və onu sosial yönümlü bazar iqtisadiyyatı adlandırmaq olar”.

  • Teqlər:
  • bazar iqtisadiyyatı
  • , bazar

Bazar iqtisadiyyatı

Bazar iqtisadiyyatı — dünyada mövcud olan iqtisadi sistemlərdən ən geniş yayılmışı.

Bazar iqtisadiyyatı məfhumundakı “bazar” iqtisadiyyatın sifətini, necəliyini, onun bazar təbiətli olmasını bildirir. Bazar təbiətli olmaq o deməkdir ki, iqtisadiyyat bazar üçün işləyir, bazar mexanizmi və bazar qanunları ilə tənzim olunur. Tarixən bazar bazar iqtisadiyyatından əvvəl meydana gəlmişdi. Ancaq o bazar iqtisadi sistemində fəaliyyət göstərir və buna görə də əvvəl bazar iqtisadiyyatının mahiyyəti, əsasları ilə bağlı məsələləri nəzərdən keçirmək lazımdır.

Bazar istehsalçı və istehlakçıların qarşılıqlı fəaliyyətini təmin edən mexanizmdir, onların mövcudluq üsuludur. Bazar əsasən tədavül sferası, alqı-satqı ilə bağlıdır.

Bazar iqtisadiyyatı daha geniş, əhatəlidir. O, istehsalı, bölgünü, mübadiləni və istehlak sahələrinin hamısını əhatə edir, onların tam halında mövcudluğunu təmin edir.

İqtisadi bir sistem kimi bazar iqtisadiyyatının tam formalaşması kapitalizm cəmiyyətində baş vermişdir. Bazar iqtisadiyyatı ilə kapitalizm iqtisadiyyatı eyni mənalıdır. Bazar iqtisadiyyatı kapitalizmin iqtisadi əsasını təşkil edir. Buna görə də ABŞ iqtisadçıları “bazar iqtisadiyyatı — kapitalizm” ifadəsini işlədirlər.

Bazar iqtisadiyyatı bütün iqtisadi məktəblər və cərəyanlar tərəfindən bu və digər şəkildə öyrənilmiş və indi də öyrənilir.

Bazar iqtisadiyyatının özünə xas olan genetik əsasları vardır. Bu iqtisadi sistemin əsasını əmtəə istehsalı təşkil edir. Əmtəə istehsalının meydana gəlməsilə pul meydana gəlir. Əmtəə-pul münasibətləri əsasında bazar yaranır və iqtisadiyyatın bütün sahələrini əlaqələndirir. O, kapitalizm cəmiyyətində özünün yüksək zirvəsinə çatır və müstəqil iqtisadi sistem kimi fəaliyyət göstərir.

İnsan cəmiyyətində istehsalın təşkilinin ilkin forması natural təsərrüfat olmuşdur. Natural təsərrüfat elə təşkil olunmuşdur ki, insanlar ancaq öz tələbatlarını ödəmək üçün məhsul istehsal edirlər. Onun aşağıdakı spesifik cəhətləri vardır:

  1. təsərrüfatın qapalı olması;
  2. əməyin universal xarakter daşımas;
  3. təsərrüfat əlaqələrinin birbaşa olması..

Mövz bazar iQTİsadiyyati siSİtemiNDƏ logiSTİka план: Logistika anlayışı və onun qısa tarixi

1.Logistika anlayışı onun qısa tarixi
Bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrin təcrübəsi göstərir ki, yuxarıda sadalan problemlərin aradan qaldırılması və qeyd olunan məsələlərin həlli yeni elmi sahə adlanan l o g i s t i k a həyata keçirir. Bazar münasibətləri sisteminin mürəkkəbliyi, məhsulların bölgüsü prosesinə keyfiyyətcə yüksək tələbkarlıq, çevik istehsal sistemlərinin yaradılması, məhsulların daşınması, saxlanması, zəruri ehtiyatların yaradılması və onlara nəzarət, tədarükat prosesinin planlaşdırılması və təşkili mexanizmi, servis xidməti və s. logistikanın bir elmi sahə kimi tətbiqini zəruri edən ən mühüm amillərdir.

Bazar iqtisadiyyatı və onun genetik əsasları bir daha sübut edir ki, bu iqtisadi sistemdə mühüm rol oynayan və onun əsas həlqələrindən biri olan sahibkarlıq firmaları özlərinin korporativ missiyalarının həyata keçirilməsi və qarşılarına qoyduqları məqsədlərə (mənfəət həcminin artırılması, bazar seqmentinin genişləndirilməsi, istehsal xərclərinin azaldılması, əmək məhsuldarlığının və məhsulun keyfiyyətinin yüksəldilməsi) nail olması üçün marketinq və menecment bazası əsasında güclü təsərrüfat mexanizminə malik olmalıdır. Bundan başqa, bazar uğrunda rəqabət mübarizəsinin getdikcə kəskinləşdiyi bir mərhələdə – resurs mərhələsində hər bir təsərrüfat subyekti material, maliyyə, informasiya, kadr və digər resursların həm istehsal, həm də tədavül sferasında səmərəli idarə edilməsini həyata keçirmək üçün elm və praktiki fəaliyyət sferası hesab edilən logistikaya böyük ehtiyac duyur.

Logistikanın iqtisadi müstəqillik qazanmış və bazar iqtisadiyyatı yolu ilə inkişaf edən dövlətlərdə tətbiqi üzrə təcrübənin az olmasına baxmayaraq müasir dövrə qədər bu sahə ilə məşğul olan mütəxəsislər arasında vahid fikir birliyi mövcud deyil. Buna görə də «logistika» termininin keçdiyi uzun tarixi yol semantik mübahisələrin yaranmasına gətirib çıxarır. Yunan dilində «logizesthai» fe’li: oxumaq, hesablamaq, yadda saxlamaq mə’nasını verir. Bu mənada mövcud termin hər şeydən əvvəl hesablama praktikasına aid edilir.

Fransız dilində «logistika» termini «loger» fe’linə aid olunmaqla təchiz etmək, yerbəyer etmək mə’nasını daşıyır.

Rus dilində də «logistika» sözünün etimologiyası birmə’nalı deyil. Belə ki, «logistika» termini həm qədim yunan (logos – idrak, log – təfəkkür, logismos – fikir, hesablama, plan, logo – müzakirə etmək, logistea – hesablamaların praktiki aparılması mədəniyyəti), həm də fransız (loger) mənşəli köklərə malikdir. Uzun müddət rəsmi olaraq sovet elmi ədəbiyyatlarında aparılan təsnifatda «logistika» termini nəinki təkcə iqtisadiyyata, eyni zamanda bütünlüklə ictimai elmlərin heç birinə aid edilmirdi. Logistika: a) «riyazi məntiq» terminin sinonimi; b) B.Rassel və onun məktəbi tərəfindən təklif edilən işlərdə riyazi məntiqin inkişafında mərhələnin adı kimi izah – traktovka olunurdu.

Antik dövrlərdə «logistika» termini ərzaqla təchizat, nəqletmə və yerbəyer etmə mə’nalarını daşıyırdı və o dövr üçün riyaziyyatda hesablama və ölçü (həndəsədə)

«logist» və ya «logistik» titullarına malik olurdular.

Bununla belə qədim yunanlar ilkin olaraq logistikanı hesablama aparmaq bacarığı kimi başa düşürdülər və xüsusi dövlət nəzarətçilərini logistik adlandırırdılar. Onlar Afinanın mə’sul işçilərinin maliyyə hesabatlarını aparan dövlət müəssisələrini adlandırmaq üçün «logisteriya» terminindən istifadə edirdilər.

Ümumiyyətlə, logistikanın yaranma tarixini və inkişaf mərhələləri uzaq keçmişlə bağlıdır. Eramızdan əvvəl IV əsr­də – Afinanın ən qüdrətli, ictimai quruluşun daha çox demokratikləşdiyi və mədəniyyətin çiçəkləndiyi bir vaxtda Qədim Yunanıstanda cəmi 10 logistik olduğunu Arximed öz əsərlərində təsdiq etmişdir.

Bizim eramızın birinci minilliyində bir sıra ölkələrin hərbi leksikonunda silahlı qüvvələrin material resursları ilə tə’minatı və bu sahədə ehtiyatların yaradılması ilə əlaqədar həyata keçirilən işləri logistik fəaliyyət adlandırmışlar.

Bizans İmperatoru VI LEONTOS (886 – 911) özünün «Müharibə bacarığının ümumi təhlili» əsərində müharibənin taktikası və strategiyası arasında ümumi və fərqli cəhətləri göstərməklə yanaşı logistikanı hərb sənətinin, hərb məharətinin üçüncü kateqoriyası hesab etmiş və ilk dəfə logistikanın tə’yinatını müəyyənləşdirmişdir. Və o, belə hesab edirdi ki, logistikanın əsas vəzifəsi ordunun silahlanması, onun hərbi avadanlıq və ya sursatla təchiz edilməsindən ibarət olmalıdır.

XVII – XVIII əsrlərdə yaşamış alman idealist filosofu, riyaziyyatçı, fizik və dilşünas Q. Leybins (1646-1716) «logistica» və «logica matematica» terminlərindən nəticələrin hesablanması üçün hazırlanmış «calculus ratiocinator» termininin sinonimi kimi istifadə etmiş və müasir riyazi məntiqi logistika adlandırmışdır. Bu istilahın riyazı məntiqlə bağlılığı sonralar – 1904-cü ildə Cenevrədə keçirilən fəlsəfə konfransında bir daha rəsmiləşdirmişdir.

Müasir anlamada logistikanın əsaslarını yaradanlardan biri də məhz hərb sahəsi üzrə nəzəriyyəçi və tarixçi Antuan Anri (Qenrix Veniaminoviç) Jominidir (1779- 1869). 1798 –ci ildə Jomini İsveç ordusunda, 1804- cü ildə fransa, 1813-cü ildə isə rus ordusunda xidmət etmişdir. Hərbi akademiyanın yaradıcılarından hesab olunan Jomininin XVIII əsrin sonları XIX əsrin əvvəllərində tədqiqatlar (müqayisə metodunun) metodikasının işlənib hazırlanması sahəsində əhəmiyyətli xidmətləri olmuşdur. Fransız generalı Antuan Anrinin əsərləri XX əsrin əvvəllərinə qədər müharibənin aparılması prinsiplərinə və hərbi-nəzəri təfəkkürün inkişafına əsaslı tə’sir göstərmişdir. O, hərbi hissələrin idarə edilməsi sistemini strategiya, taktika və logistikaya ayırmış və özünün müharibə ilə bağlı yazılarında ordunun manevr imkanlarının planlaşdırılması, ordunun idarə edilməsi və təchizatı, dislokasiya yerlərinin müəyyənləşdirilməsi, istehkamların və körpülərin qurulması, yolların çəkilməsi, habelə ordunun ərzaqla tə’minatı ilə əlaqədar məsələlərin həll edilməsində «logistika» terminindən geniş istifadə etmişdir. «. milli iqtisadiyyatla müharibə aparan hissələr arasında əlaqə, körpü» rolunu oynayan hərbi logistikanın yerini dəqiq müəyyənləş­dirmişdir.

Sonralar bu termindən praktiki olaraq digər fransız generalı – Napoleon Bonopartın ordusunun hərəkəti zamanı hərbi sursat, ərzaq və mənzillərlə tə’minat məsələlərinin praktiki həllində istifadə olunmuşdur.

XX əsrin 70-ci illərindən etibarən isə logistika hərb sahəsinə aid olmayan elmi və praktiki işçilər arasında intensiv istifadə edilməyə başlandı. Daha doğrusu, 70-ci illərdən etibarən kapitalist dövlətlərinə məxsus istehsalçı firma və şirkətlər arasında bazar uğrunda mübarizənin aparılması, ayrı-ayrı məhsul növlərinə görə rəqabət mübarizəsinin kəskinləşməsi, məhsul istehsalçılarının bazarın mütəmadi dəyişən vəziyyətinə tez uyğunlaşmaq bacarığı və s. logistikanı bir elmi sahə kimi praktiki fəaliyyət sahəsinə çevirdi. Bu illərdə «logistika» termini bir sıra xarici ölkələrin (İspaniya, Fransa, İtaliya, Böyük Britaniya, 80-cı illərdə amerikan, 90 – cı illərdə rus) lüğətlərinə daxil edildi və bu termin nəzəri tə’yinatdan daha çox bütün təsərrüfat subyektləri tərəfindən praktiki istifadə edildi. Bu termindən təkcə xüsusi ədəbiyyatlarda deyil, eyni zamanda kütləvi informasiya vasitələrində də istfadə olunurdu. Dərc edilən kitab, məqalə, tezislərin, biznesmenlər üçün tədris materiallarının sayı durmadan artdı.

Logistik idarəetmə metodlarından geniş istifadə edən kapitalist dövlətlərinə məxsus firma və şirkətlər material axınlarının idarə edilməsi sahəsində yeni istiqamət hesab olunan və «məhsulların fiziki bölüşdürülməsinin idarə edilməsi» adlanan nəzəriyyəyə daha çox üstünlük verirdilər. Çünki, müstəqil məhsul istehsalçıları bazar tələbindən asılı olmayaraq əmtəəlik məhsul istehsalı zamanı ikili xarakterə malik rəqabətlə üzləşirdilər. Birincisi, bazar üçün nəzərdə tutulan məhsulların istehsalına lazım olan xammal, material və dəstləşdirici məmulatların əldə edilməsi zamanı optimal satış şəbəkələrinin qiymətləndirilməsində mövcud çətinliklər və analoji məhsul istehlakçılarının istifadə etdikləri metod və üsullar, xüsusilə qiymət faktoru ilə əlaqədardır. İkincisi isə hazır məhsulların reallaşdırılmasında meydana çıxan problemlərlərlə-xüsusi satış şəbəkəsinin olmaması, satış şəbəkələrinin saxlanmasına çəkilən xərclərin yüksək olması, bu şəbəkələrdə məhsulların reallaşdırılması imkanlarının məhdudluğu, məhsulların bazar tələbinə tam cavab verməməsi, keyfiyyətinin aşağı olması və s. ilə bağlıdır. Buna görə də istehsalçı firma və şirkətlər bu nəzəriyyə ilə bağlı dövri mətbuat, xüsusi tədqiqat, elmi konfrans və konqres materiallarından kifayət qədər bəhrələnməklə hazır məhsul axınlarının çox saylı bölüşdürücü şəbəkələrdə hərəkətini – fiziki bölüşdürülmə və onun idarə edilməsini həyata keçirirdilər. Fiziki bölüşdürmə prosesinə adətən nəqletmə, satış zamanı materialların və hazır məhsulların yerdəyişməsi, istehlakçı sifarişlərinin uçotu və yerinə yetirilməsi, ehtiyatların səviyyəsinə nəzarət, istehsal güclərinin və anbarların yerləşdirilməsi və s. əməliyyatlar aid olunurdu.

Logistikanın inkişaf səviyyəsinə görə Avropa dövlətləri içərisində Almaniya qabaqcıl yerlərdən birini tutur. Buna görə də Almaniyada bu sahədə müxtəlif səpkili logistik traktovakalara – şərhlərə tez-tez rast gəlinir. Məsələn, Almaniyanın məşhur nəqliyyat – ekspedisiya firması hesab olunan «Danzas» kompaniyası tərəfindən buraxılmış məlumat kitabında «logistika – xammal və materialların tədarükatından başlayaraq istehsaldan keçməklə hazır məhsulun istehlakçılara göndərilməsi mərhələsinə qədər müəssisə daxilində və ya onun hüdudlarından kənarda material və ona bərabər tutulan informasiya axınlarının hərəkətinin sürətləndirilməsi, mənfəətin əldə edilməsi üçün optimal fəaliyyət göstərən sistem kimi müəyyənləşdirilir».

Logistikanın bir çox təyinatları onun həm idarəetmə, həm də iqtisadi aspektlərini əhatə edir. Bu mə’nada alman professoru Pfol tərəfindən verilən xarakteristikanın əhəmiyyətli cəhəti ondan ibarətdir ki, o, logistika məfhumuna – material qiymətlilərinin hərəkəti və bu yerdəyişməyə çəkilən məsrəflərin planlaşdırılması və nəzarəti kimi ikili prosesə vahid kondeksdən yanaşır.

Logistika üzrə Almaniyanın federal idarəsinin idarə hey’ətinin sədri doktor Ştabenau logistikanı: «firma (şirkət) daxilində və ya onun hüdudlarından kənarda materialların idarə edilməsi və onlara nəzarət üzrə əsas funksiya» kimi dəyərləndirir.

Amerikanın mühəndis – logistika cəmiyyətinə görə: «logistika – firmanın ali məq­sə­di naminə təchizatın planlaşdırılmasını nəzərdə tutan texniki və texnoloji aktivlik və idarəetmə elmidir».

Sözün tam mənasında, logistika məhsul istehsalı üçün zəruri olan xammal və materialların əldə edilməsi üsullarının öyrənilməsi, tədarükat bazarının tədqiqi, məhsulgöndərənlərin qiymətləndirilməsi və seçilməsi mərhələsindən başlamış bu əsasda məhsul istehsalının təşkili, ehtiyatların yaradılması, nəqletmə üsullarının seçilməsi üzrə mərhələlər də daxil olmaqla konkret əmtəəlik məhsulların məqsəd bazarına çıxarılması, bölüşdürmə və satış mərhələlərinə qədər bütöv bir sistemdir.

Bütün qeyd olunanlardan belə məntiqi nəticəyə gəlmək olar ki, logistika məfhumu altında əsasən aşağıdakılar başa düşülür:

 material resurslarının ilkin mənbədən son tə’yinat məntəqəsinə qədər hərəkətində yeni istiqamət;

 zəruri miqdarda yükü az xərclərlə lazım olan yerdə və tələb olunan vaxtda almaq üçün həyata keçirilən müxtəlif xarakterli fəaliyyət növlərinin məcmusu;

 məhsul istehsalı və yüklərin nəql edilməsi proseslərinin inteqrasiyası;

 məhsulların fiziki bölüşdürülməsinin idarə edilməsi forması;

 hazır məhsulların istehsal yerlərindən istehlak sahələrinə səmərəli hərəkəti;

 material və informasiya axınlarının səmərəli idarəetmə metodlarının hazırlanması ilə bağlı yeni elmi istiqamət;

 müxtəlif axınların informasiya sistemi;

 istehsalın və bölgünün səmərəli təşkili haqqında elm və s .

Qeyd olunanları şərti olaraq iki istiqamət üzrə təsnif etmək mümkündür:

Beləliklə, logistika məhsulgöndərənlərdən son istehlakçılara qədər məhsulların istehsal olunması və xidmətlərin göstərilməsilə əlaqədar olan bütün proseslərin tənzimlənməsinə cəhd göstərir. Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatı bütünlüklə həm bölüşdürmə, həm də tədavül sferasının spesifik xüsusiyyətləri baxımından iqtisadi sistemə süni surətdə qoşulmuş strukturlara qarşı olduqca həssasdır. Bu məntiqdən çıxış edərək belə hökm etmək olar ki, logistika iqtisadiyyatın müasir inkişaf mərhələsinin tələbidir.

Logistikanın iqtisadi sistemə verdiyi ən böyük töhvə, iqtisadi səmərə, hər şeydən əvvəl material resursları üzrə ehtiyatların həcminin və material resurslarının istehlakçılara çatdırılması vaxtının azaldılmasından ibarətdir. Ekspertlərin apardıqları hesablamalara əsasən logistika ehtiyatların həcminin 30 –50%, məhsulların hərəkətinə sərf edilən vaxtın isə 25-45 % azaldılmasına imkan verir.

Başqa sözlə, logistik konsepsiya istehsal, maddi-texniki təchizat, nəqliyyat, informatika və kommunikasiya sahələrinin inteqrasiyasını nəzərdə tutur. Logistikanın konsep­siya­sı firmanın iqtisadi fəaliyyətində köklü dəyişikliklərin əmələ gəlməsinə səbəb oldu:

  • istehsal güclərinin tam yüklənməsi məsələsi müəssisədən keçən dövriyyə vəsaitlərinin müddətinin minimumlaşdırılması məsələsi ilə əvəzləndi;
  • yüklənməmiş istehsal gücləri əvvəlcədən dəyişən bazar tələbinə operativ və çevik reaksiya vermək üçün nəzərdə tutuldu;
  • bazarda rəqabət metodu kimi maya dəyərinin birtərəfli formada azaldılması istiqaməti tələbin tez ödənilməsinə göstərilən səylərlə əvəz edildi;
  • böyük partiya ilə məhsul istehsalı əvəzinə istehlakçı tələbini tam və dolğun ödəyə bilən yüksək keyfiyyətli məhsul istehsal etmək daha yüksək prioritet kəsb etməyə başladı.

2.LOGİSTİKANIN TARİXİ İNKİŞAF MƏRHƏLƏLƏRİ.

Bir elmi sahə və ya normal biznes fəaliyyətinin həyata keçirilməsi vasitəsi hesab olunan logistika 1950-ci illərin əvvələrində ilk dəfə ABŞ-da mülki sahədə formalaşmışdır. Logistikanın inkişaf təkamülü sənayecə inkişaf etmiş ölkələrdə bazar iqtisadiyatının tarixi və inkişaf təkamülü ilə sıx bağlıdır. Buna baxmayaraq «logistika» anlayışından 1970 – ci illərin sonlarından e’tibarən dünya ölkələrinin iqtisadi təsərrüfat sistemində hərtərəfli və geniş istifadə olunmağa başlandı. Elmi fənn kimi logistika ayrı-ayrı bölmələrə: təchizatın logistikası (logistics of supply), istehsal (sənaye) logistikası (production logistics), satış logistikası (logistics of distribution), nəqliyyat logistikası (traffic logistics) və s. ayrılmışdır. Bununla yanaşı yaxın xarici ədəbiyyatlarda, xüsusi ilə MDB məkanında o qədər də çox olmayan ədəbiyyatlar içərisində sənaye (istehsaldaxili), istehsal-kommersiya, kommersiya, tədarükat, satış, nəqliyyat, bölüşdürücü, sahibkarlıq, qlobal, beynəlxalq logistika, logistik menecment, logistik biznes anlayışlarına və adlara rast gəlinir.

Logistikanın genezisinə nəzər yetirsək təkamül baxımından ötən 20-ci əsrdə onu bir neçə tarixi inkişaf mərhələlərinə ayırmaq olar. Material, maliyyə və informasiya axınlarının ilkin mənbədən-istehsal yerlərindən son istehlakçıya qədər hərəkətinin kompleks idarə edilməsi bacarığı, mədəniyyəti kimi dəyərləndirilən logistika iqtisadiyyatda 30 ildən artıq bir müddət ərzində tətbiq edilməsinə baxmayaraq hər biri spesifik xarakterə malik dörd mərhələdən keçmişdir.

Birinji mərhələ 1920-1950 – ci illəri əhatə edir və bu dövr iqtisadi fikir tarixində «fraqmentarizasiya» (hissələrə ayırma) dövrü kimi səciyyələndirilir. Belə ki, material resurslarının idarə edilməsi və ümumi məsrəflərin azaldılmasının inteqrativ aləti hesab olunan logistika, logistik ideya biznes sahəsinin diqqət mərkəzindən əsaslı surətdə kənarda idi və biznes fəaliyyətinin normal təşkili üçün ona o qədər də ehtiyac, tələbat hiss olunmurdu. Daha doğrusu, təsərrüfat subyektləri üçün iqtisadi, xüsusilə də material resurslarının idarə edilməsi və xərclərin azaldılması ilə bağlı olan prob­lem məsələlər o qədər də aktuallıq kəsb etmirdi. Lakin nəzərə almaq lazımdır ki, bu dövrdə əksər logistik funksiyalar xüsusilə də məhsulların istehsalı, nəql edilməsi və anbarlaşdırılmasına çəkilən məsrəflərin azaldılması mühüm əhəmiyyətə malik idi. Ümumi iqtisadi şərait, texnika və texnologiyanın inkişaf səviyyəsinin yüksək olmaması, menecment fəaliyyətinin hərtərəfli tətbiq sahəsi tapmaması logistik fenomenin meydana gəlməsinə və cəmiyyət miqyasında tam formalaşmasına imkan vermirdi.

Bütün çatışmazlıqlara baxmayaraq baxılan dövrün ən mühüm keyfiyyət üstünlüyü ondan ibarətdir ki, məhz bu dövr ərzində ilk rüşeymləri əmələ gələn logistik konsepsiyaların gələcəkdə tətbiqi üçün ilkin şərtlər müəyyənləşdi. Belə şərtlərə xüsusi olaraq aşağıdakılar:

  • məhsulların bölüşdürülməsi sistemində ehtiyatların və nəqliyyat xərclərinin səviyyəsinin yüksəlməsi;
  • nəqliyyat tariflərinin artması;
  • marketinq konsepsiyasının meydana çıxması və tez tətbiq edilməsi;
  • hərbi logistikanın nəzəri və praktiki inkişafı aid edilir.

Nəzərdən keçirilən dövr hər şeydən əvvəl ABŞ-da hərbi logistikanın aktiv inkişafı ilə səciyyələnir. Xüsusi ilə 1950 – ci illərin əvvəllərində ABŞ-da hərbi logistikanın nəzəri əsasları formalaşdı. İkinji mərhələ 1950-ci illərin ortalarından 1970-ci ilə qədər olan müddəti əhatə edir. Mütəxəssislər bu dövrü logis­tikanın yaranması (konseptualizasiya) dövrü kimi təsnif edirlər. İkinci dövr logistikanın nəzəri və praktiki nöqteyi-nəzərdən tez inkişafı ilə səciyyələnir. Bu dövr ərzində logis­tika təfəkkür tərzi kimi mövcud olmuş və praktiki baxımdan məhsulların bölüşdürülməsinin tam olmasa da (hissə-hissə) optimallaş­dırılması ilə xarakterizə edilir (ABŞ-da bu faza məhsulların «fiziki bölüşdürülməsi» adlanır). Qeyd olunan dövr ərzində məhsulların fiziki bölüşdürülməsinə ehtiyacın yaranması marketinq fəlsəfəsinin meydana gəlməsi nəticəsində alıcı bazarının əsaslı keyfiyyət dəyişikliklərinə məruz qalması ilə əlaqələndirilir, izah edilirdi. Bu zaman məhsulgöndərmələr üzrə servis xidmətinin təşkili bazar strategiyasının işlənib hazırlanması və seçilməsində həlledici əhəmiyyət kəsb edirdi.

Ötən əsrin 50-ci illərinin sonlarından etibarən sərt və ciddi rəqabətin təsiri nəticəsində özlərinin bazar mənfəəti və onun artırılması mənbələrindən təcrid olunan istehsalçı firmalar əsas diqqətlərini hazır məhsulların keyfiy­yətinin yüksəldilməsi probleminə, daha doğrusu, bölüşdürmə sferasında həyata keçiri­lən işlərin yaxşılaşdırılmasına yönəltdilər. Lakin təsərrüfat mexanizminə uyğun gələn material və informasiya axınlarını təmin edən infrastruktur bazalarının tələb olunan səviyyədə inkişaf etməməsi logistikanın geniş və hərtərəfli miqyasda tətbiqinə imkan vermirdi. Bu baxımdan təsərrüfat rəhbər­ləri özlərinin praktiki fəaliyyətlərində kifayət qədər vacib və eyni zamanda xüsusi: anbar komp­leksləri və operativ nəqliyyat şəbəkələri, məlumatlar bankı və infor­masiya şəbəkələri, təkrar istehsal prosesinin ayrı-ayrı fazalarında mate­rial axın­larının idarə edilməsi metodlarının inkişafı kimi problemlərin həllinə daha çox maraq göstərir və bunları mütəmadi olaraq diqqət mərkəzində saxlayırdılar.

Bütün bu qeyd edilənlərlə yanaşı bir sıra obyektiv iqtisadi və texnoloji amillərin mövcudluğu bu dövr ərzində lo­gistikanın inkişafının daha da sürətlənməsinə səbəb olmuşdur. Belə amillərə:

  • istehlakçı tələbinə münasibətlərin dəyişməsi (oliqopolist bazarların inkişafı);
  • məsrəf amillərinin istehsala təzyiqi və onun artması;
  • kompyüter texnologiyası sahəsində baş verən tərəqqi;
  • ehtiyatların formalaşması strategiyasındakı mövcud dəyişikliklər;
  • hərbi təcrübənin təsiri.

1970-ci illərin əvvəllərində biznes-logistikanın fundamental prinsipi for­malaşdı və bir sıra qərb firmaları onları özlərinin praktik fəaliyyətlərində müvəf­fəqiyyətlə tətbiq etməyə başladılar. Lakin bununla yanaşı mənfəətin yük­səl­­dilməsinə maraqlı olan əksər firmalar üçün çəkilən məsrəflərə nəzarət və onların azaldılmasına logistik yanaşma hələ ki, həyati tələbata çevrilməmişdi. Eyni zamanda logistik ideyaların, konsepsiyaların və əlaqələndirmə funksi­yalarının tətbiq edilməsi sahəsində göstərilən cəhdlər bir sıra qərb ölkələrinə məxsus firmaların orta və hətta ali menecer təbəqələri tərəfindən heç də birmənalı qarşılanmırdı.

  • informasiya texnologiyası sahəsində inqilab və fərdi hesablama texnikasının (kompyüterlərin) tətbiqi;
  • bazarların qloballaşması;
  • iqtisadiyyatın infrastrukturunun dövlət tənzimlənməsi mexanizmində baş verən əsaslı dəyişikliklər;
  • məhsulun keyfiyyətinin idarə edilməsi fəlsəfəsinin geniş yayılması;
  • iqtisadi əməkdaşlığın və strateji ittifaqın inkişaf tempi;
  • biznesin təşkilində struktur dəyişiklikləri və s. baş verdi.

İnformasiya – kompyüter sistemlərinin tətbiqi istehsal və bölüşdürmə sferasında yeni logistik texnologiyaların yaradılmasını bir növ stimullaşdırdı. MRP / DRP kimi logis­tik sistemlərin inkişafı sürətləndi, onların yeni modifikasiyası MRP2 (Manufacturing Resource Planning) və DRP (Distribution Resource Planning) sistemləri əmələ gəldi və bu sistemlərin yerinə yetirdikləri logistik funksiyalar genişləndi. Yeni logistik konsepsiyalar, məsələn, «Lean Production» («zəif» istehsal) ,QR (Quick Response)-«çevik reaksiya» CR (Continuous Replenishment) «fasiləsiz bərpa» və s. əmələ gəldi. Eyni zamanda məhsulların fiziki bölüşdürülməsi praktikasında JIT konsepsiyasının bazası əsasında yük daşımaların konteynerləşdirilməsi geniş tətbiq edilməyə başlandı.

Dördünjü mərhələ – logistikanın perspektiv inkişaf və tətbiq mərhələsi adlanır. Xüsusi olaraq bu faza bazar iqtisadiyyatı ilə inkişaf edən ölkələr üçün daha xarakterikdir. Dördüncü mərhələ istehsal, təchizat, satış və istehlak proseslərinin hər birinə kompleks yanaşmaqla inteqrativ logistik
sistemlərin tam qurulmasını nəzərdə tutur. Təşkilati baxımdan bu öz əksini elm-istehsal birlikləri, korporasiyalar, konserinlər və assosiasiyaların sahələrarası və sahədaxili strukturunun yaradılmasında təzahür etdirir.

Logistika sahəsində bir sıra nəzəri problemlərin həlli məhz bu dövrə təsadüf edir. Belə ki, məhsulların xidmət müddəti ərzində çəkilən xərclərin maksimum azaldılması üçün «logistik konsepsiya» anlayışı məhsulların həyat dövranının bütün mərhələləri daxil edilməklə (məhsulların layihələşdirilməsi mərhələsindən başlamış onun təkrar xammal və ya tullantıya çevrilməsi mərhələsinə qədər) daha da genişləndirildi.

Müasir iqtisadi şəraitdə logistika, respublikamızda istər nəzəri, istərsə də praktiki baxımdan kifayət qədər geniş inkişaf etməmişdir. Bu, əgər bir tərəfdən ölkənin bazar iqtisadiyyatına keçməsi, iqtisadi sahələrdə aparılan struktur islahatları ilə əlaqələndirilirsə, digər tərəfdən məqsəd bazarlarında müstəqil və sərbəst fəaliyyət göstərməyə tam şəkildə uyğunlaşmayan istehsalçı və istehlakçıların logistik idarəetmənin mahiyyətini, onun prinsip və metodlarının tətbiq xüsusiyyətlərini axıra qədər dərk etməmələri ilə bağlıdır. Odur ki, logistikanın tətbiqini məqsədəuyğun hesab edən iqtisadi zonaları, sahələri çox asanlıqla müəyyənləşdirmək mümkündür.

İnhisarçılıq sözün tam mənasında logistikadan istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Bazar iqtisadiyyatının həvəsləndirici motivi hesab olunun rəqabət və rəqabət şəraitinin istehsalçı firmalar arasında olmaması lo­gistik təfəkkürün yaranmasına və onun inkişafına əsaslı surətdə maneçilik törədir.

Ölkəmizdə logistikanın inkişafı üçün zəruri şərt təkrar istehsal prosesinin bütün fazalarında inhisarçılıq ənənələrinin iqtisadi əsaslarının ləğv edilməsindən ibarətdir. Əks tədqirdə iqtisadi tərəfdaşların sərbəst seçilməsinə əsaslanan rəqabətin inkişafı üçün, bazar konyukturası nöqteyi-nəzərindən qiymətin əmələ gəlməsi və sifarişlərin formalaşması üçün şəraitin yaradılmasını təmin etmək qeyri – mümkündür. Məhz bu şərait bazar iqtisadiyyatına uyğun gələn normal iqtisadi mühitin mövcud olmasını müəyyənləşdirir və yalnız bundan sonra ölkə iqtisadiyyatında logis­tik idarəetmə metodlarının effektiv tətbiqi haqqında mülahizələrin aparılmasını həyati tələbata çevirir.

Beləliklə, dördüncü mərhələdə logistika inteqrativ lo­gistikanın mütərəqqi konsepsiyalarından istifadə edən firmaların rəqabət mübarizəsində mühüm strateji alətə çevrildi. Müasir mərhələdə beynəlxalq bazarlarda logistik konsepsiyanın gələcək təkamülünə təsir edə biləcək əsas ənənələr formalaşdı. Bunları əsasən aşağıdakı kimi qruplaşdırmaq olar:

  • sənaye istehsalında mövcud olan bəzi böhran halları;
  • sənayedə ixtisaslaşmanın dərinləşməsi;
  • birgə əməkdaşlığın və yeni menecment formasının təşkilində müasir yanaşmalar tələb edən ticarət tərəfdaşları ilə yeni münasibətlər;
  • beynəlxalq inteqrasiya proseslərinin inkişafı;
  • biznesin müxtəlif sahələrində rəqabətin güclənməsi;
  • tətbiq edilən informasiya-kompyüter texnologiyalarının daha səmərəli istifadə olunması;
  • yeni məhsul istehsalına tez keçilməsinə imkan verən çevik texnoloji avadanlıqların, çevik avtomatlaşdırılmış və robotlaşdırılmış istehsalın tətbiqi;
  • industrial servisdə logistik prinsiplərin tətbiqinin gücləndirilməsi.

3. LOGİSTİKANIN İNKİŞAFINI ŞƏRTLƏNDİRƏN AMİLLƏR

Sənayecə inkişaf etmiş ölkələrdə logistikanın inkişaf etdirilməsi probleminə artan maraqlar hər şeydən əvvəl tarixi baxımdan iqtisadi xarakterə malik səbəblərlə əlaqədardır. İstehsalın həcminin artdığı, ölkədaxili və beynəlxalq əlaqələrin genişləndiyi bir şəraitdə mübadilə sferasına aid olunan xərclərin də səviyyəsinin yüksəlməsi faktoru sahibkarların bazar fəaliyyətinin optimallaşdırılması məqsədilə yeni formaların axtarılıb tapılması üçün səylərini gücləndirdi.

Logistikadan aktiv istifadə edən qərb ölkələrinin praktiki təcrübəsi göstərir ki, xammal, material, yarımfabrikat və dəstləşdirici məmulatların ilkin mənbədən son təyinat məntəqəsinə qədər ümumi hərəkətinin 93%-i onların müxtəlif maddi-texniki təchizat kanallarından ötüb keçməsinə, daha doğrusu, əsasən tədavül kanallarında yığılıb qalması və saxlanmasına sərf edilir. Ümumi vaxtın yerdə qalan hissəsinin 2 % – ni xüsusi istehsal (hazır məhsul istehsalı), 5% – ni isə nəqletmə əməliyyatları təşkil edir. Bu ölkələrdə məcmu milli məhsulun 20 % – i bazara malyeridilişi ilə əlaqədar xərclərdən ibarətdir. Buna görə də belə xərclərin quruluşunda xammal, yarımfabrikat və hazır məhsulların saxlanılmasına çəkilən xərclər 44 %, saxlanma və ekspedisiya xərcləri 16 %, yüklərin magistiral və texnoloji daşınmasına çəkilən xərclər 23 və 9 %, hazır məhsulların satışının təmin edilməsinə sərf edilən xərclər isə 8 % təşkil edir.

Beləliklə, fikrimizi ümumiləşdirmiş olsaq logistikanın inkişafı bir tərəfdən firma və şirkətlərin malyeridilişi ilə əlaqədar vaxt və maliyyə məsrəflərinin azaldılmasına səy gös­tərmələri ilə əsaslandırılırsa, digər tərəfdən isə aşağıdakı iki:

 bazar münasibətlərinin mürəkkəbləşməsi və məhsulların bölüşdü­rülməsi prosesinə kəmiyyət və keyfiyyət baxımından yüksək tələbkarlıq;

 çevik istehsal sistemlərinin yaradılması kimi amillərlə müəyyənləşir.

Deməli, logistikanın inkişafı əhəmiyyətli dərəcədə istehsal strategiyasında və malyeridilişi sistemində mühüm dəyişikliklərlə müşahidə olunan satıcı bazarından alıcı bazarına keçidlə əlaqələndirilir. İstehsalçıların istehlakçılara icbari formada təhkim edilməsi, resursların ciddi və sərt mərkəzləşdirilmiş qaydada «bölgüsü» prinsipinə əsaslanan totalitar təsərrüfatçılıq, inzibati-amirlik sistemində bu və ya digər məhsulun istehsalına qərarın verilməsi onun satış siyasəti (strategiyası) ilə uzlaşdırılmırdı. Yəni, satış siyasətinin işlənməsi bir qayda olaraq məhsul istehsalından sonda gəlir və onun təşkili istehsalın diqtəsi-hökmü ilə həyata keçirilirdi. Lakin təsərrüfat subyektləri üçün fəaliyyət azadlığı təmin edən bazar iqtisadiyyatı şəraitində məhsul satışı bazarının həcmi və quruluşundan asılı olaraq məhsul istehsalına qərarların verilməsi və ya istehsal proqramının formalaşması qəti şəkildə satış strategiyasının tələblərinə uyğun həyata keçirilir. Məlum olduğu kimi istehsalın təşkilində istifadə olunan ənənəvi konveyerlərin robotlarla əvəzlənməsi, yəni istehsalın robotlaşdırılması əhəmiyyətli dərəcədə canlı əməyə qənaət edilməsinə və kiçik partiyalarla məhsul hazırlanması hesabına işlərin rentabellik səviyyəsini artıran çevik istehsal strukturlarının yaradılmasına gətirib çıxarır. İri istehsal müəssisələrində kütləvi istehsaldan imtina etməklə özlərinin istehsal fəaliyyətlərini məhz minimum xərclərlə kiçik seriyalı istehsal yönümündə qurmaları üçün əlverişli imkanlar yaranır. İri müəssisələrlə müqayisədə kiçik müəssisələrin çevik bazar şəraitinə uyğunlaşmaları və rəqabət qabiliyyətli olmaları üçün isə normal iqtisadi mühit formalaşır. Öz növbəsində istehsal fəaliyyətinin «kiçik partiyalar» prinsipi əsasında qurulması istehsalın material resursları ilə təminatı və hazır məhsulun satış sistemində müvafiq dəyişikliklərin həyata keçirilməsi ilə nəticələnir. Böyük həcmdə xammal, material, yarımfabrikat və son məhsulların göndərilməsi əksər hallarda iqtisadi nöqteyi – nəzərdən əlverişli olmur. Bununla əlaqədar olaraq istehsalçı müəssisələrin böyük anbar tutumlarına olan ehtiyacı aradan qalxır və ciddi vaxt məhdudiyyətləri daxilində yüklərin kiçik partiyalarla daşınmasına tələbat meydana gəlir. İlk baxışda belə fikir formalaşa bilər ki, istehsal yerlərinin anbar tutumlarından imtina etmələri məhsulların saxlanması ilə əlaqədar xərcləri azaltsa da (bəzi hallarda tam aradan qaldırsa da) kiçik partiyalarla məhsul­göndərmələrə çəkilən xərclər saxlama xərclərindən çoxdur, onu üstələyir. Lakin belə yanaşmada nəticə etibarı ilə məhsulların daşınmasına çəkilən artan xərclər anbar xərclərinin azaldılması hesabına bərpa edilir.

Logistikanın inkişafını bilavasitə müəyyənləşdirən faktorlarla yanaşı bunun üçün imkan yaradan amilləri də nəzərə almaq lazımdır. Buraya hər şeydən əvvəl:

 iqtisadi məsələlərin həlli üçün sistem və kompromisslər nəzəriyyəsindən istifadə;

 kommunikasiya sahəsində elmi-texniki tərəqqinin sürətləndirilməsi, mübadilə sferasında istifadə olunan sonuncu nəsl EHM – nin firmaların təsərrüfat praktikasında tətbiqi;

 məhsulgöndərmələr üzrə qayda və normaların xarici-iqtisadi fəaliyyətə uyğunlaşdırılması (unifikasiyası), ixrac və idxal üzrə müxtəlif səpkili məhdudiyyətlərin aradan qaldırılması, dünya təsərrüfat sistemində intensiv iştirak edən ölkələrin logistik yük vahidlərinin daşınması zamanı istifadə etdikləri yükləmə- boşaltma vasitələri, hərəkətedici heyət və bütünlüklə nəqliyyat vasitələrinin texniki parametrlərinin standartlaş­dırılması aid edilir.

Firmanın məsrəfləri, gəlir və mənfəətinin balanslaşdırılması metodu kimi nəzərdən keçirilən kompromisslər iki aspektdən:

a) sistemin bütün tədavül xərclərinə təsiri;

b) satışdan asılı olan gəlirlərə təsiri baxımından qiymətləndirilir.

Lakin buradan belə nəticə hasil olunur ki, kompromisslər sistemdaxili xərclərin artmasına gətirib çıxarır. Standartlar çərçivəsində istehlakçılara yüksək xidmətin gös­tərilməsi nəticəsində satışdan əldə edilən gəlirlərin də mütləq həcmi artır. Şərtsiz olaraq, logistikanın inkişafı üçün obyektiv imkanların yaradılmasında mühüm rolu rabitə vasitələri və informatika sahəsində texniki tərəqqi oynayır. İlkin mənbədən son təyinat məntəqəsinə qədər material axınlarının hərəkətinə nəzarət olunması prosesində müasir informasiya vasitələrinin tətbiqi «kağızsız» texnologiyadan istifadə olunmasına şərait yaradır. «Kağızsız» texnolo­giyanın tətbiq edilməsinin mahiyyəti ondan ibarətdir ki, məsələn, material resurslarının təyinat məntəqəsinə daşınmasını həyata keçirən nəqliyyat vasitələrində yükləri müşahidə edən çoxlu sayda sənədlərlə yanaşı sinxron formada rabitə kanalları vasitəsilə göndərilən hər yük vahidini xarakterizə etmək üçün zəruri informasiyada ötürülür.

Comments are closed, but trackbacks and pingbacks are open.