Press "Enter" to skip to content

Bazar iqtisadiyyatı səraitində qiymətəmələgəlmə

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda dinamik inkişafın təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi son illər ölkəmizdə sosial-iqtisadi sahədə nailiyyətlərin davamlılığını təmin etmişdir. Xüsusilə regionların inkişafı sahəsində həyata keçirilən tədbirlər uğurlu nəticələrə gətirib çıxarmış, bölgələr sürətlə inkişaf etməklə yanaşı, əhalinin sosial-rifah halı da xeyli yüksəlmişdir. Yeni açılan müəssisələr hesabına əhalinin məşğulluğunun təminatı istiqamətində uğurlu göstəricilərə nail olunmuşdur.

Bazar(bardak) iqtisadiyyatı şəraitində:

Bazar iqtisadiyyatı yarandığı gündən istənilən ekstermal şəraitdə satmaq bacarığı olan dəllallar, alverçilər, sırıyanlar, atanşiklər yaratdı. İstər istəməz bu qeyri-adi istedad sahibləri daha çox qazanmaq istəyi ilə gündən-günə daha da təkmilləşirlər, sırımağın yollarını öyrənirlər. Nə qədər öyrənsələr də yenə dar düşüncə ilə, keçmiş variantlarla sırıyırlar, amma bacarırlar. Bazar iqtisadiyyatı bizə gələndən bir qədər sonra isə, marketlər peyda oldu. Burda sırıyanlar demək olar ki yoxdur, amma adamı elə izləyənlər var ki, gəl görəsən. Burda insan sərbəst olmalıdı, amma bir sıradan o biri sıraya keçən kimi izləndiyini görürsən, istər-istəməz satıcı qız sən keçən sıraya keçərək güya nəyisə düzəldir, daha başa düşmürlər ki, kamera var, o, hər şeyi izləyir. Marketlər yenə qənaətbəxşdir. Təsadüfən metronun çıxışındakı keçiddən keçəsən və ya bazara gedəsən, peşman olarsan. Bir neçə adam qarşısına bir yeşik alça qoyub satır. Deyəcəksiz ki, burda nə var ki? Burda bezmək var, burda bir cümlənin sürətlə və tez-tez təkrar olunması və s. kimi dəhşətli anlar var. Bunlar başa düşmürlər ki, camaat kor deyil, görür. Daha qışqırmağa ehtiyac yoxdur. Camaatın qulağını gözüylə səhv salmayın. Metroların çıxışındakı keçidlərdən keçmək xüsusi bir bacarıq tələb edir, çoxları bunu öyrənib. Adam əlindən, alıb-satan əlindən, ağzını ayırıb nəyəsə baxan əlindən keçiddən yolun digər tərəfinə keçmək uzun vaxt aparmaqla yanaşı həm də bezdirir.

Keçiddə nə desən var, qəzetdən tutmuş, göy göyərtiyə, alçaya( meyvələr fəsildən asılı olaraq dəyişir), pal-paltara, parfumeriya məhsullarına, disklərə, telefonlara, hətta internet kartlara kimi nə desən var. Satmağa səbri çatmayan alverçilərin çəkdiyi siqaretin tüstüsü içəridə vəziyyəti son dərəcə gərginləşdirir. Burdakı marketinq anlayışı elmə məlum deyil. Bu dəhşətli keçidi keçmək istəyirdim ki, arxadan kiminsə yüksək səslə, dayanmadan: “ yol verin, yol verin üstünüz kraska olacaq” deməsini eşitdim, bu qədər adamın içində boyalı nəsə aparmaq normal görünmədi, amma məsələ bununla bitmir. Camaat yol vermirdi yola verirdi. Mən də yola verdim, amma keçdikdən sonra boyalı nəyinsə olmasını görmədim.

Bu vay şüvən salan alça satan imiş, əlində bir qutu alça camaatı dolayır ki, yol verin üstünüz boya olacaq. Bu addımla nəqliyyatı asanlaşdırır, amma düşünmür ki, camaatı dolayır, camaat da dolanmağa öyrənib, heç kim etiraz etmədi. Keçidi çıxanda elə bil hardasa xor musiqisi oxunan bir zala girirsən, beş-altı alça satan dayanmadan alça alça. deyə qışqırır. Limon satanlarla alça satanların səsləri bir birinə qarışmışdı, hərdən polad, poladpusu, pusu sözləri və alıcının gəlmədiyini görəndə isə əəə(eee). kimi səslər də işlədilirdi. Biri satanda digəri zarafatcasına “qoyun bizdə sataq da” kimi ismarıclar da verirdi. Diqqətimi bir çinli (vəzifəli mənada deyil, çin vətəndaşı mənasında) satıcı da cəlb etdi, fəqir döyükmüşdü, amma bağırmırdı, başını aşağı salıb alıcının gəlməsini gözləyirdi.

  • Teqlər:
  • bazar iqtisadiyyatı
  • , səviyyəsizlik

Bazar iqtisadiyyatı səraitində qiymətəmələgəlmə

Keçən il Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzini 242 nəfər bitirib və onlardan 140 nəfəri işlə təmin edilib

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda dinamik inkişafın təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi son illər ölkəmizdə sosial-iqtisadi sahədə nailiyyətlərin davamlılığını təmin etmişdir. Xüsusilə regionların inkişafı sahəsində həyata keçirilən tədbirlər uğurlu nəticələrə gətirib çıxarmış, bölgələr sürətlə inkişaf etməklə yanaşı, əhalinin sosial-rifah halı da xeyli yüksəlmişdir. Yeni açılan müəssisələr hesabına əhalinin məşğulluğunun təminatı istiqamətində uğurlu göstəricilərə nail olunmuşdur.

Qeyd etmək lazımdır ki, qeyri-neft sektorunun belə sürətli inkişafı ixtisaslı fəhlə kadrlarına da tələbatı artırır. Odur ki, dövlət siyasətində bu sahə daim diqqət mərkəzində saxlanılmaqla yanaşı, onun müsbət həlli istiqamətində də bir sıra uğurlu addımlar atılmışdır. Belə ki, son illər Azərbaycanda texniki peşə məktəblərinin fəaliyyəti canlandırılmış, bu məktəblərdə daha çox ehtiyac duyulan peşələrin öyrədilməsi ön plana çəkilmişdir. Nəticədə gənclər arasında peşə yönümünə maraq daha da artmış, öz gələcək həyatlarını müəyyənləşdirmək üçün onlarda böyük maraq oyatmışdır. “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və Peşə Təhsili və Təliminin İnkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq bu sahədə atılan addımlar bu gün də uğurla davam etdirilir. Xüsusilə əmək bazarında tələbatı yüksək olan prioritet sahələr üzrə ixtisaslı kadrlar hazırlaya biləcək pilot peşə təhsili müəssisəsi yaradılır. Gənclərin peşə təhsilinə cəlb olunması məqsədilə tez-tez “Açıq qapı” günləri keçirilir. Orta məktəb şagirdləri və valideynlər peşə məktəblərinə dəvət olunaraq tədris olunan ixtisaslar barədə onlara ətraflı məlumat verilir.

Respublikamızın ikinci böyük şəhəri olan Gəncədə də son illər sənaye müəssisələrinin sayı durmadan artır. Söz yox ki, bu müəssisələrin ixtisaslı fəhlə kadrları ilə təminatı ön plana çıxır. Bəs görəsən şəhərdəki peşə ixtisası verən məktəblər bunun öhdəsindən gələ bilirmi?

Bu sualla şəhərdəki 3 texniki peşə liseyini özündə birləşdirən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzində olduq. Mərkəzin direktoru Şahin Məhərrəmov gəlişimizin məqsədini biləndə vacib bir məsələ ilə maraqlandığımızı söylədi. Dedi ki, son illər dövlətimiz bu sahənin inkişafına böyük diqqət yetirir. Artıq həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Hazırda mərkəzi əhatə edən 3 liseydə 972 nəfər gənc 53 qrupda 28 ixtisas üzrə peşə ixtisasına yiyələnir. Onların 65 nəfəri ödənişli, 907 nəfəri isə dövlət hesabına təhsil alır. Təhsil alanların 214 nəfəri qızlardır. Hər il tələbələrin sayında artım qeydə alınır ki, bu da peşə ixtisasına yiyələnmək istəyənlərin sayının çox olduğuna işarədir.

Mərkəzin əhatə etdiyi liseylərin maddı-texniki bazası zəngin olduğundan burada ixtisasların öyrədilməsində heç bir problem yaşanmır. Geniş və işıqlı auditoriyalar tədrisin təşkilində lazım olan bütün vəsaitlərlə təmin olunub. Nəzəri biliklərin təcrübə ilə birləşdirilməsi üçün 14 emalatxana fəaliyyət göstərir ki, bu emalatxanalar da lazım olan dəzgahlarla, qaynaq aparatları, transformatorlarla təmin edilmiş, otaqlarda interaktiv və elektron lövhələr quraşdırılmışdır. Mərkəz zəngin laboratoriyalarla təmin edilmişdir.

Bu günlərdə daha bir emalatxana – Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (BMTİP) icra etdiyi “Azərbaycan Peşə Təhsili və Təlimi Mərkəzinin müasirləşdirilməsi” qrant proqramı çərçivəsində yeni emalatxana da istifadəyə verilmişdir. Burada quraşdırılmış avadanlıqlar imkan verəcəkdir ki, gələn ildən etibarən mərkəzdə məişətdə soyutma və istilik sistemlərinə xidmət üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlansın.

Mərkəzi əhatə edən liseylərdə gənclərə öyrədilən ixtisaslar demək olar ki, indiki dövr üçün çox aktualdır. Məsələn, telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator, kimyəvi analiz laborantı, elektrik maşınlarının təmiri üzrə çilingər, istilik şəbəkəsi avadanlıqlarının təmiri ustası, kimyəvi bakterioloji analiz laborantı, dağ-mədən işləri üzrə mütəxəssis, elektrovoz maşinisti köməkçisi, uçan aparatların cihaz avadanlığı ustası və sair ixtisaslar üzrə peşələr öyrədilir ki, son illər bu sahələr üzrə ixtisaslı kadrlara böyük ehtiyac vardır.

Gənclər ən çox hansı peşələrə maraq göstərirlər sualına Şahin Məhərrəmov belə cavab verdi ki, əvvəlki illərdə olduğu kimi, indi də telekommunikasiyada kompüter texnikasının istismarı, avtomobil üzrə elektrik, avtomobil təmiri üzrə çilingər, plastik boru qaynaqçısı, kompüter operatoru, məişət soyuducusu və istilik sistemlərinə xidmət və elektrik maşınlarının təmiri ixtisaslarına daha çox maraq göstərilir.

Qeyd edək ki, keçən il mərkəzi 242 nəfər tələbə bitirib. Onlardan 140 nəfəri işlə təmin olunub. 12 nəfər isə burada aldığı peşəni orta və ali təhsil müəssisələrində davam etdirir.

Onu da diqqətə çatdıraq ki, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi şəhərdə və ətraf rayonlarda fəaliyyət göstərən dövlət və özəl sənaye müəssisələri ilə sıx əlaqələr qurmuşdur. Hər il həmin müəssisələrin fəhlə kadrları ilə təminatı barədə müqavilələr bağlanır. Müqaviləyə əsasən mərkəzdə təhsil alan tələbələr tez-tez həmin müəssisələrdə olur, iş prosesi ilə bağlı təcrübə toplayırlar. Belə müəssisələrdən Gəncə Avtomobil Zavodunu, Gəncə Cihazqayırma Zavodu, “Neon” firması, Gəncə Dəmiryol Rabitə İdarəsi, “Azəravtoyol” ASC-nin Gəncə filialını misal göstərmək olar.

Kadr hazırlığı ilə bağlı müəssisələrin sifarişləri də olur. Belə müəssisələrdən Gəncə Cihazqayırma Zavodunu, Gəncə Avtomobil Zavodunu, “Nazim oğulları” ASC-ni, Gəncə Telekommunikasiya İdarəsini, 8 saylı Ərazi Maliyyə Hesablama Mərkəzini, “Teleradio” İstehsalat Birliyinin Gəncə radio-televiziya yayımı filialını, “İncə S” Tikiş İstehsalat Birliyini və sair müəssisələri misal göstərmək olar.

Mərkəzdə təhsil alan tələbələr üçün hər bir şərait yaradılmışdır. Burada 150 nəfərlik yataqxanada tələbələrin asudə vaxtlarının təşkili üçün geniş imkanlar vardır. Onlar yataqxanadakı zəngin kitabxananın xidmətindən istifadə edir, müxtəlif stolüstü idman yarışları keçirirlər.

“Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir yanaşmalar” adlı müsabiqəyə yekun vurulub

Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Milli Elmlər Akademiyası Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə keçirdiyi “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir yanaşmalar” mövzusunda ən yaxşı elmi-tədqiqat işləri üzrə elan edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müsabiqə cari ilin may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan elmi-praktiki konfransda elan edilib. Məqsəd torpaq idarəçiliyi və kadastr sahələrində istehsalat və xidmət üzrə fəaliyyətlərin keyfiyyətinin elmi əsaslarla inkişafına dair istiqamətləri müəyyənləşdirməkdən, əldə edilən elmi nəticələrin praktiki məsələlərdə istifadə edilməsindən, alim və tədqiqatçıların bu sahədə innovativ məlumat bankının yaradılmasına təkan verməsindən ibarət olub.

Tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Milli Elmlər Akademiyası Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov tədbirin əhəmiyyətindən danışıb, müasir şəraitdə torpaq idarəçiliyinin elmi əsaslarla təşkilinin vacibliyini vurğulayıb. Eyni zamanda, bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu torpaq islahatlarının ən mühüm xüsusiyyəti onun ciddi elmi bazaya əsaslanması və bu sahədə ən son elmi nailiyyətlərin, yeniliklərin geniş tətbiqidir.

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyində də uğurlu islahatlar həyata keçirilib. Torpaqların effektiv idarə edilməsi prinsipinə keçid olub, ərazilərin səmərəli istifadəsi üçün lazımı nəzarət tədbirləri beynəlxalq təcrübəyə əsaslanıb. Həmçinin torpaq istifadəçiliyi bazar şəraitinə uyğunlaşdırılıb, bu sahədə mükəmməl mexanizm formalaşıb. Bu gün Prezident İlham Əliyev tərəfindən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət də Heydər Əliyev Torpaq Siyasətinin məntiqi davamıdır. Ölkə başçısının rəhbərliyi ilə torpaq sahələrinin səmərəli idarə edilməsi ilə bağlı sistemləşdirilmiş məlumat bankının yaradılması istiqamətində işlər görülməkdədir.

Əmlak Məsələləri Dövlət Komitəsi də torpaq ehtiyatlarının idarə edilməsində, onların mühafizəsində, kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasında elmi əsaslara istinad edir, kadastr uçot işlərinin aparılması, Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması ilə bağlı elmi texniki tərəqqinin nailiyyətlərinə olduqca geniş yer ayırır. Bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə xüsusi önəm verir. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi nailiyyətlərindən bəhrələnir. Torpaqların Elektron Kadastr Uçotu Sisteminin formalaşması prosesində qarşıya çıxan məsələlərin həll edilməsində Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının, gənc alimlərin fəal iştirakı olub. Elm adamlarının təklifləri, apardığı təhlillər kadastr uçotu işlərinin daha da sürətlənməsinə, səmərəliliyin artmasına imkan verib.

Daha sonra “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir yanaşmalar” mövzusunda ən yaxşı elmi-tədqiqat işləri üzrə müsabiqənin qalibləri mükafatlandırılıb. Qaliblərə mükafatlar təqdim olunub, fəxri diplomlar verilib.

Sonda torpaq idarəçiliyi və kadastr sahəsində elmi-tədqiqat işləri aparan gənc alimlərin hazırladıqları materiallar və apardıqları təhlillər əsasında nəşr edilən “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” kitabının təqdimatı olub.

Bildirilib ki, bu toplu ölkəmizdə aparılan elektron kadastr uçotu işlərinin mahiyyətini cəmiyyətin daha geniş təbəqəsinə çatdıracaq. Kitab torpaqlardan istifadənin intensiv üsullarından, müasir dövrdə torpaqların kadastr uçotunun aparılmasının əhəmiyyətindən, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaqlarda yaranan çətinliklərin aradan qaldırılması yollarından bəhs edir. Nəşrdə Azərbaycanda torpaqların elektron kadastr uçotu, “Azərbaycanın dağlıq və dağətəyi zonalarında torpaqlardan səmərəli istifadə olumasının elmi əsaslandırılması, torpaq deqradasiyasının müasir kartoqrafiya texnologiyalarının tətbiqi əsasinda təhlili və qiymətləndirilməsi kimi mövzulara toxunulub.

Nəşrdə qeyd edilib ki, hər bir obyektin elmi əsaslarla idarə edilməsi onun dəqiq və hərtərəfli tədqiqini tələb edir. Bu baxımdan torpaq ehtiyatları ekosistemin tərkib hissəsi kimi canlı orqanizm olaraq həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə tədqiq olunmalı, onun problemləri müəyyənləşdirilməlidir. Həmçinin bu problemlərin aradan qaldırılmasına dair kompleks tədbirlər sistemi hazırlanmalı və həyata keçirilməlidir.

Nəşrdə, həmçinin ərzaq təhlükəsizliyi məsələsinə də xüsusi diqqət ayrılıb.

Comments are closed, but trackbacks and pingbacks are open.