Mövzu marketinq sistemiNDƏ QİYMƏtqoyma siyasəTİ Plan: Qiymət və ona təsir edən amillər Qiymətin növləri
Məhsulun satış qiymətilə istehlak qiymətini bir-birindən fərqləndirmək lazımdır. Satış qiyməti məhsulun bilavasitə alıjıya satıldığı qiymətdir, məhsulun nominal qiymətidir. Məhsulun istehlak qiyməti dedikdə onun satış qiymətilə quraşdırılması və istismarı ilə əlaqədar olan xərjlərinin (məhsulun çatdırılmasna, quraşdırılmasına, istifadə dövründə onun istismarına, servis xidmətinə və s. çəkilən xərjlər) məjmusu başa düşülür.
Bazar iqtisadiyyati səraitində qiymətlərin əmələgəlməsi
Bazar iqtisadiyyatının Azərbaycan modeli
İqtisadi potensialından asılı olmayaraq müasir dövrdə hər bir dövlətin inkişaf səviyyəsini müəyyən edən əsas meyarlardan biri də məhz milli lider amilidir. Milli lider fenomeninin müəyyən etdiyi mütərəqqi inkişaf modeli ölkənin mövcud potensialını hərəkətə gətirməklə yanaşı, onun səmərəli realizəsini də təmin edir, bunun üçün zəruri əsasları, prioritet istiqamətləri müəyyənləşdirir. Bu mənada əminliklə demək olar ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın intibahı üçün zəruri inkişaf kursu müəyyənləşdirməklə bərabər, banisi olduğu dövlətçilik irsinin əbədiliyini təmin edəcək layiqli siyasi davamçı da yetişdirmişdir. Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin layiqli davamçısı – cənab İlham Əliyevin müəllifliyi ilə Azərbaycanın çağdaş tarixinin əlamətdar səhifələri yazılır.
Sabit və dayanıqlı iqtisadi inkişaf kursu
Son 8 ildə ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun mütərəqqi islahatların aparılmasını təmin etmiş Prezident İlham Əliyev respublikamızı uğurlu inkişaf yoluna çıxarmaqla Cənubi Qafqaz bölgəsində həyata keçirilən qlobal enerji-kommunikasiya layihələrinin başlıca təminatçısına çevirmişdir. Xalqa layiqli xidmət məramını əməli işi ilə doğruldan dövlət başçısı Azərbaycanın iqtisadi inkişaf prioritetlərini ilk gündən dəqiq müəyyənləşdirir, hər bir vətəndaşın maraq və mənafeyinin yüksək səviyyədə təminatına yönələn modernləşmə strategiyasını inamla həyata keçirir.
Sürətli intibah yolunda olan, qarşıya qoyduğu hədəflərə doğru inamla yetişən, bütün sahələrdə yeniləşən Azərbaycan beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir, ümumregion əhəmiyyətli qlobal layihələri daxili imkanları hesabına gerçəkləşdirir. Ölkədə bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son illər Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda, yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir.
Azərbaycanın 20 illik müstəqillik tarixinin ən mühüm uğuru isə ölkənin heç bir dövlətdən və beynəlxalq təşkilatdan asılı olmadan müstəqil siyasət yeritməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsidir. Prezident İlham Əliyevin 21 yanvar 2011-ci il tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” sərəncamında qeyd olunduğu kimi, dövlət müstəqilliyinin bərpasının iyirmiillik yubileyinin ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyan ictimai-siyasi hadisə olduğu nəzərə alınaraq, Azərbaycanın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlərin təbliği son dərəcə vacibdir. Sərəncamda eyni zamanda keçid dövrünü başa vuran respublikamızın bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən ölkə olduğu vurğulanır: “Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunmuşdur. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Güclü sahibkarlar sinfi və orta təbəqə yaranır. Azərbaycanın enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır”.
Sərəncamdan da göründüyü kimi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş davamlı inkişaf və tərəqqi kursu bu gün bütövlükdə müstəqil Azərbaycanın siyasi simasını müəyyən edir. Bu kursun ən layiqli davamçısı – Prezident İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişafı prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır.
Ölkədə bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı 2011-ci ilin ilk rübündə təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir. Nazirlər Kabinetinin ilin birinci rübünün sosial-iqtisadi yekunları ilə bağlı keçirilən iclası respublikanın davamlı inkişaf və tərəqqi yolunda olduğunu, qısa müddətdə makroiqtisadi göstəricilərə imza atdığını göstərir. Hesabat dövründə ölkə iqtisadiyyatı 1 ,6 faiz artmış, qeyri-neft sektorunda bu rəqəm 5,6, qeyri-neft sənayesində 9,8 faiz təşkil etmişdir. İqtisadiyyatın bütün sahələrində sistemli islahatların davam etdirilməsi nəticəsində yanvar-mart aylarında əhalinin pul gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 16 ,8 , orta aylıq əməkhaqqı 11,7 faiz artmış, əhalinin adambaşına düşən gəlirləri inflyasiya səviyyəsini 7,7 faiz üstələmişdir.
Hökumətin son iclası deməyə əsas verir ki, sosialyönümlü mahiyyət daşıyan bu iqtisadi siyasət inkişaf prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, “qara qızıl”dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkmişdir.
Səmərəli iqtisadi islahatların uğurlu təməli
Bu gün mütləq əksəriyyət etiraf edir ki, XXI əsrin başlanğıcında Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması məhz ümummilli lider, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla əsasını qoyduğu uzaqgörən siyasətin nəticəsidir.
Kifayət qədər mürəkkəb tarixi siyasi şəraitdə dövlət müstəqilliyini əldə edən Azərbaycan yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra həyata keçirilən uzaqgörən siyasət və gərgin fəaliyyət nəticəsində sürətli sosial-iqtisadi inkişaf yoluna çıxmış, dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyanı təmin etmişdir. Ulu öndərin gərgin zəhməti, uzaqgörən siyasətinin məntiqi nəticəsi olaraq müstəqil iqtisadiyyat formalaşmış, Azərbaycanın öz suveren iqtisadi siyasətini həyata keçirməsi üçün ilk növbədə neft-qaz sektoru inkişaf etdirilmiş, xarici investorlar Azərbaycana cəlb olunmuş, investisiya təhlükəsizliyi mühiti formalaşdırılmışdır. Neft-qaz sektorunun sürətli tərəqqisi digər sahələrin inkişafına da ciddi təkan vermişdir. Makroiqtisadi sabitliyə nail olunması fonunda isə həyata keçirilən sürətli islahatlar Azərbaycanın qarşısında tamamilə yeni inkişaf mərhələsi açmışdır. Xüsusən də aqrar sahənin bazar iqtisadiyyatına məxsus prinsiplər əsasında yenidən qurulması, bu sahədə dövlət mülkiyyətinin özəlləşdirilərək əhaliyə paylanması, həyata keçirilən struktur dəyişiklikləri kənd təsərrüfatının yenidən canlanmasına, sürətli tərəqqisinə, istehsalın həcminin əhəmiyyətli dərəcədə çoxalmasına səbəb olmuşdur.
Dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində bazar iqtisadiyyatı prinsipinə xas olaraq təsərrüfat subyektləri arasında yeni münasibətlər formalaşmış, infrastrukturun inkişaf etdirilməsi, xarici sərmayədarlar üçün əlverişli mühitin yaradılması, perspektivli sektorların beynəlxalq miqyasda məharətli təbliği xarici investorların Azərbaycana gəlişini sürətləndirmişdir. Sosial sahədə mövcud problemlərin kompleks həlli məqsədilə əhaliyə göstərilən xidmətlərin həcm və keyfiyyəti artırılmış, insanların maddi rifah halı yüksəlməyə başlamışdır.
2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı İlham Əliyev isə keyfiyyətcə yeni mərhələ üçün milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirmiş, ölkənin bütün potensialını məhz bu yöndə səfərbər etmişdir. Cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində dinamizm və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin həllinə real imkanlar açmışdır.
Prezident İlham Əliyevin ötən illərdəki ən ciddi uğurlarından biri respublikamızın mürəkkəb ictimai-iqtisadi proses kimi səciyyələnən keçid dövrünü başa vurmasıdır. Bakı Dövlət Universitetinin 2009-cu il noyabrın 1-də keçirilən 90 illik təntənəli yubiley mərasimində dövlət başçısı iqtisadi sahədə keçid dövrünün başa çatdığını, Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirmişdir. Ölkədə keçid dövrünün başa çatmasını xarakterizə edən əsas cəhətlər isə şübhəsiz ki, bazar iqtisadiyyatı üçün müvafiq qanunvericilik bazasının yaradılmasında, sahibkarlar institutunun formalaşmasında, mülkiyyətin çoxnövlülüyünün təmin olunmasında, özəlləşdirmə haqqında müvafiq qanunvericilik bazasının yaradılmasında, aqrar islahatların həyata keçirilməsində, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılmasında, bazar institutlarının formalaşdırılmasında, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsində, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsində, institusional islahatların həyata keçirilməsində və bu qəbildən olan digər məsələlərdə özünü göstərir. Beləliklə, aydın görünür ki, dövlətin idarəsində yer alan, cəmiyyətin tələbatına operativ reaksiya vermək imkanından məhrum olan, istehsalçılarda resurslardan səmərəli istifadə üçün hər hansı ciddi stimul yaratmayan, əmtəə və xidmətlərin geniş çeşidinə gətirib çıxarmayan, innovasiyalara meyilli olmayan, istehsal vasitələrinin dövrün tələblərinə uyğun olaraq modernləşdirilməsində ləngimələrə yol verilməsi kimi çatışmayan cəhətlərə malik olan inzibati komanda iqtisadiyyatından əsas prinsipləri sahibkarlıq, mülkiyyət və istehsal vasitələrinin müxtəlif formalarının yaranması, qiymətlərin bazar tərəfindən tənzimlənməsi, təsərrüfat subyektləri arasında müqaviləli münasibətlər, eləcə də təsərrüfat fəaliyyətinə dövlətin məhdud müdaxiləsi olan bazar iqtisadiyyatına keçid kifayət qədər çətin bir prosesdir. Əsas cizgiləri səmərəli texnologiyaların və təşkilati sistemlərin seçimi, özəl, kollektiv, dövlət mülkiyyət formalı, inzibati müstəqillik, əmlak istehsalçısının öz məhsulunun tam sahibi olması, məhsul təchizatçılarının və istehlakçıların azad seçimi, tərəqqipərvər vergi siyasəti olan bazar münasibətləri Azərbaycan iqtisadiyyatı üçün də səciyyəvidir.
Son 3 ildə dünyanın iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərini də ciddi sınaqlarla üz-üzə qoyan maliyyə-iqtisadi böhran “İnkişafın Azərbaycan modeli” ilə bağlı müzakirələrə yeni nəfəs vermiş, respublikanın yeni ictimai-iqtisadi formasiyaya sürətli keçidinin spesifik cəhətləri, eləcə də çətin vəziyyətdə ümumi daxili məhsulun yüksək inkişaf tempini şərtləndirən amillər nüfuzlu iqtisadçıların elmi müzakirə mövzusuna çevrilmişdir. Bu müzakirələr göstərir ki, hər bir ölkədə inkişaf proseslərinin davamlı və sabit olmasını təmin edən başlıca amillərdən biri də iqtisadi islahatların elmi təməl üzərində aparılması, bu sahələrin qarşılıqlı əlaqəsinin futuroloji planda proqnozlaşdırılması, elmi-nəzəri, fəlsəfi əsaslarının işlənib hazırlanmasıdır.
Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması elm və təhsil sferasında da adekvat modernləşməni, əsaslı keyfiyyət dəyişikliklərini zərurətə çevirir. Sürətli iqtisadi inkişaf yolunda olan Azərbaycanda elmin inkişaf təmayüllərinin ölkənin müasir reallıqlarına nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin mərhələlərlə aradan qaldırılması, elmlə idarəçiliyin üzvi vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabelliliyinə nail olunması yeni mərhələdə qarşıda mühüm vəzifələr kimi durur.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ön sözü və ideya müəllifliyi ilə işıq üzü görmüş “İnkişafın Azərbaycan modeli” kitabı respublikamızın milli inkişaf modelinin konkret elmi postulatlar üzərində əsaslandırılması, onun nəzəri-metodoloji əsaslarının işlənib hazırlanması istiqamətində ilk uğurlu addımlardan biridir. Dərin elmi-nəzəri araşdırmalara əsaslanmaqla ensiklopedik səciyyə daşıyan əsərdə xalqın tarixi-etnik köklərinə, dövlətin iqtisadi müstəqilliyini təmin edən real təsərrüfat sisteminə, dünya iqtisadiyyatının qloballaşması prosesinin müasir meyillərinə əsaslanan milli iqtisadi inkişaf modelinin spesifik cəhətləri araşdırılmışdır. Eləcə də Azərbaycandakı çağdaş sosial-iqtisadi proseslərə elmi-politoloji rakursda nəzər salınmış, respublikamızın müstəqillik illərində əldə etdiyi uğur və nailiyyətlər, çoxşaxəli islahatlar prosesi dərindən tədqiq olunmuşdur.
Keçid iqtisadiyyatı anlayışının nəzəri-praktik xüsusiyyətləri
“İnkişafın Azərbaycan modeli” əsərində akademik Ramiz Mehdiyev haqlı olaraq elmi tədqiqatların azlığını ciddi problem kimi qarşıya qoyur. Söhbət, əslində, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid dövründə kompleks təşkilati-hüquqi tədbirlər sisteminin nəzəri əsasda tədqiq edilməsi və vahid inkişaf strategiyası kimi ümumiləşdirilməsi zərurətindən gedir. Əsərdə vurğulandığı kimi, “Keçid dövrü kimi xarakterizə edilən tarixi mərhələdə keçilən mürəkkəb, çətin və şərəfli yola elmi-pedaqoji və fəlsəfi rakursdan nəzər salmaq, respublikanın milli inkişaf modelinin xüsusiyyətlərini cəmiyyətə açıqlamaq prosesində bu gün təkcə iqtisadçı və filosoflar, ümumilikdə, elm xadimləri və siyasətşünaslar deyil, ictimai rəyə əsaslı təsir imkanları olan kütləvi informasiya vasitələri də yaxından iştirak etməlidirlər. Bu, həm də ən yeni Azərbaycan tarixinin olduğu kimi qələmə alınması, hazırkı inkişafı təmin edən islahatlar prosesinin mahiyyətinin açıqlanması baxımından zəruridir”.
İnzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid dövrü iqtisadi proseslərdə qeyri-müəyyənliyin kəskin şəkildə genişlənməsi və ümumiyyətlə, sistemsizlik böhranının bütün məziyyətləri, xüsusiyyətləri ilə birlikdə təzahürünü özündə ehtiva edir. İqtisadiyyatın sahə və sferaları arasında inteqrativ və funksional bağlılığın qırılması ilə müşayiət olunan keçid dövrü iqtisadi inkişaf modelinə dəyişən iqtisadi münasibətlər sisteminin tələbləri prizmasından baxmağı tələb edir. İnzibati-amirlik sistemi ilə bazar iqtisadiyyatının mahiyyət uyğunsuzluğu yeni bir iqtisadi inkişaf modelinin yaradılması probleminə yanaşmada varisliyin tam həcmdə tətbiqini qeyri-mümkün edir. Eyni zamanda bazar iqtisadiyyatlı ölkələrin bu sahədə əldə etdikləri təcrübədən Azərbaycanın keçid iqtisadiyyatı şəraitində, sözün müstəqim mənasında, yararlanmaq mümkün deyildir. Beləliklə, tarixi təkamül prosesində analoqu olmayan bir mərhələdə – inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid dövründə iqtisadi inkişaf modeli problemi mövcüd situasiyaya uyğun şəkildə qoyulmalıdır.
Keçid iqtisadiyyatı mahiyyət etibarı ilə köhnə sistemdən yeni sistemə keçid dövrünün sistemlilik baxımından qeyri-müəyyənliyi deməkdir. Keçid iqtisadiyyatı hər iki sistemin elementlərindən istifadə etməklə yeni sistemin tədrici təkamülünə, formalaşmasına, qurulmasına yönəldilmişdir. Yəni nə qədər ki, söhbət keçid iqtisadiyyatından gedir, bir o qədər milli iqtisadi sistem formalaşma mərhələsində olacaqdır. İqtisadiyyatın sahə və sferaları arasında üfüqi əlaqələr kompleksinin intişarı yalnız bazar münasibətlərinin mövcudluğu halında baş tuta bilər. Real bazarsız bütövlükdə iqtisadi münasibətlərin əsasını təşkil edən üfüqi əlaqələr sisteminin formalaşması qeyri-mümkündür. Deməli, əgər bazar münasibətlərinin inkişaf səviyyəsi göstərilən optimallığa çatmamışsa, onda ölkə iqtisadiyyatının sahə və sferaları arasında inteqrativ bağlılıqdan danışmaq olmaz. Bu isə o deməkdir ki, milli iqtisadiyyat müəyyən keyfiyyət xassələrinə malik vahid məcmuluq kimi yoxdur. Digər tərəfdən, vaxtilə əyalət iqtisadiyyatı kimi formalaşmış bir sistem siyasi müstəqillik əldə etdikdən sonra mexaniki olaraq milli səviyyəyə yüksələ bilməz. İqtisadiyyatın özünəməxsus inkişaf qanunauyğunluqları belə bir halın reallaşma imkanını aradan qaldırır.
Müstəqilliyini bərpa etdikdən sonra özünün siyasi və iqtisadi quruluşunu dəyişən, ictimai həyatın bütün sahələrində islahatlar aparan Azərbaycan bütün bu böyük və əsaslı dəyişiklikləri müharibə şəraitində apardığından ölkəmiz analoqu olmayan bir dövrə qədəm qoydu. Bir iqtisadi sistemdən digər iqtisadi sistemə keçidin əsasında hər bir ölkənin spesifik xüsusiyyətlərini özündə əks etdirən iqtisadi inkişaf modeli və konsepsiya durur. Burada söhbət ilk növbədə beynəlxalq təcrübəni və milli xüsusiyyətləri özündə əks etdirən, ölkənin inkişaf səviyyəsinə uyğun gələn modelin olmasından gedir. Müharibə şəraitində yaşayaraq əsaslı dəyişikliklər aparan Azərbaycanın iqtisadi inkişaf səviyyəsinə uyğun gələn, buna bənzər elə ölkə yox idi ki, onun təcrübəsindən istifadə etmək mümkün olsun. Digər tərəfdən, inkişafın Amerika modeli olan liberal bazar iqtisadiyyatı modelini, Almaniya modeli olan sosialyönümlü bazar iqtisadiyyatı modelini və nəhayət, İsveç modeli olan sosial-demokrat modelini Azərbaycanda adekvat olaraq tətbiq etmək mümkün deyildi. O illərdə nə Çin modeli, nə Koreya modeli, nə yapon modeli, nə də hazırda bizə məlum olan iqtisadi inkişaf modelləri yox idi. İnzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçən Azərbaycan isə özünün ən ağır dövrünü yaşayırdı. İqtisadiyyat tamamilə dağıdılmış, onun bütün sahələri arasında əlaqələr tamamilə kəsilmiş, iqtisadi proseslərdə qeyri-müəyyənliyin kəskin şəkildə genişlənməsi prosesi müşahidə olunurdu. Bir sözlə, Azərbaycan sistemsizlik böhranını bütün xüsusiyyətləri ilə birlikdə öz taleyində yaşayırdı. Keçid dövrünün ilkin mərhələsində Azərbaycan iqtisadiyyatının dünya bazarına daxil olması üçün iqtisadiyyatın bərpa edilməsi və səmərəliyinin artırılması, rəqabət qabiliyyətli istehsalın yaradılması zəruri idi. Belə çətin və mürəkkəb şəraitdən ölkəni yalnız zəngin dövlətçilik təcrübəsinə, dərin biliyə, dönməz iradəyə malik olan bir şəxsiyyət çıxara bilərdi.
Davamlı inkişafın real göstəriciləri
“Əsrin müqaviləsi” nin bağlanması ilə Azərbaycan tez zamanda iqtisadi böhrandan çıxdı. 2001-ci ilə qədər dünyanın 15 ölkəsinin 33 şirkəti ilə 23 beynəlxalq müqavilə imzalandı, bunun nəticəsində 6 il yarım ərzində Azərbaycan iqtisadiyyatına 11,4 milyard dollar investisiya qoyuldu. Bunun da 8 ,3 milyard dolları xarici investisiyalar idi. Keçid dövrünün sonuncu – 2009-cu ilini nəzərdən keçirsək görərik ki, bir ildə Azərbaycana qoyulmuş 9,2 milyard dollar investisiyanın 1,9 milyard dolları xarici, 7,3 milyard dolları isə daxili investisiyalardır. Halbuki, 2001-ci ilə qədər ölkə iqtisadiyyatına yatırılan investisiyaların 72 ,8 faizini xarici, 27,2 faizini daxili investisiyalar təşkil edirdi.
Azərbaycanın iqtisadi qüdrətinin yüksək dinamizmlə artmasının nəticəsidir ki, 2009-cu ildə daxili sərmayələr 79 ,3 , xarici sərmayələr 20,7 faiz təşkil etmişdir. 2010-cu ildə isə respublika iqtisadiyyatına 13 ,9 milyard və ya əvvəlki ildəkindən 32,4 faiz çox investisiya qoyulmuşdur. Əsas kapitala yönəldilmiş sərmayələrin məbləği 21 ,2 faiz artaraq 9,7 milyard manata çatmışdır və onun da 75,2 faizi daxili investisiyalar olmuşdur. Xüsusi qeyd olunmalıdır ki, investisiyaların 70 faizi qeyri-neft sektorunun və infrastruktur sahələrin inkişafına sərf edilmişdir. Ölkəyə qoyulmuş investisiyaların tərkibində daxili investisiyaların xüsusi çəkisinin belə sürətlə artması Azərbaycan iqtisadiyyatının yüksək sürətli inkişafını və onun iqtisadi qüdrətinin artmasını göstərir. Bu böyük nailiyyətlərin əldə edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü siyasətin, düşünülmüş strategiya və taktikanın, iqtisadi islahatların həyata keçirilməsi, siyasi iradənin olması, ölkədə güclü maliyyə iqtisadi potensialının yaradılması, enerji, nəqliyyat, ərzaq və iqtisadi təhlükəsizliyin təmin edilməsi hesabına mümkün olmuşdur. Bu böyük uğurların bir səbəbi də ölkə başçısı İlham Əliyevin yeni idarəetmə modeli sayəsində, ölkəni elmi surətdə əsaslandırılmış çoxsaylı dövlət proqramlarının vasitəsi ilə idarə etməsidir.
Hələ 2006-cı ildə Dünya Bankı bəyan etmişdir ki, Azərbaycan iqtisadi inkişaf sürətinə görə hələ 6 il dünya birinciliyini qoruyub saxlayacaqdır. 2005-ci ildə ümumi daxili məhsulun artımının 26, 2006-cı ildə 35, 2007-ci ildə 25, 2008-ci ildə 11, 2009-cu ildə 9 ,3 , 2010-cu ildə isə 5 faiz olması Dünya Bankının bu proqnozlarının nə qədər doğru olduğunu bir daha təsdiq etdi. Nəzərə almalıyıq ki, hər bir artım faizinin kəmiyyət tutumu əvvəlki illərdəki artım faizinin kəmiyyət tutumundan xeyli yüksəkdir.
Azərbaycanda istehsal olunmuş ÜDM-in üçdə iki hissəsi ixrac edilir və respublikada iqtisadi artımın yarıdan çoxu xarici tələb amilləri hesabına formalaşmışdır. İqtisadi böhrana baxmayaraq, 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 7 ,9 faiz artaraq 4874 ABŞ dollarına yüksəlmişdir. 2003-cü ildə adambaşına düşən ümumi daxili məhsul 800, 2007-ci ildə isə 3660 ABŞ dolları olmuşdur. 2003-cü illə müqayisədə 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsul 6 dəfədən çox artmışdır. Dünya ölkələri ilə müqayisə etsək, 2009-cu ilin nəticələrinə əsasən Azərbaycan adambaşına düşən ümumi daxili məhsulun həcminə görə orta gəlirli ölkələr qrupuna daxil edilmişdir. İqtisadi və maliyyə böhranı şəraitində əksər dünya ölkələrinin bu sahədə xeyli gerilədikləri halda, Azərbaycan həmin göstəriciyə görə vəziyyətini əsaslı dərəcədə yaxşılaşdırmışdır. Eyni zamanda ötən 3 ildə Azərbaycan adambaşına düşən milli məhsulun həcminə görə dünya ölkələri içərisində yerini 40 pilləyə qədər yüksəltmişdir. Beynəlxalq aləmdə bu, olduqca yüksək göstərici sayılır.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu yeni neft strategiyası bu gün uğurla həyata keçirilir və ölkənin iqtisadi qüdrətinin artırılmasına xidmət edir. 2010-cu ildə neft hasilatı 51 milyon tona, qaz hasilatı 26 ,2 milyard kubmetrə çatmışdır. Neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsinin nəticəsidir ki, hazırda Azərbaycanda neft-qaz kəmərlərinin çəkilməsi, yataqların işlənməsi sahəsində beynəlxalq münasibətlərin inkişaf etmiş sistemi formalaşmışdır. Azərbaycan özünün enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təminatı sahəsində ciddi addımlar atır. Respublikada elektrik stansiyalarının tikintisi belə bir nəticəyə gəlməyə əsas verir ki, ölkəmiz elektrik enerjisi istehsalının artım sürətinə görə də dünyada ilk yerlərdən birini tutur. Bu gün Azərbaycan elektrik enerjisinə olan tələbatını tam ödəyir və xarici ölkələrə ixracı ildən-ilə artırır. Beləliklə, Azərbaycan nəinki neft-qaz ixracı ilə imkanlarını genişləndirir, eyni zamanda elektrik enerjisini böyük həcmdə xarici ölkələrə satmaqla özünün iqtisadi qüdrətini gücləndirir.
Ümumiyyətlə, həyata keçirilən uğurlu inkişaf strategiyasının nəticəsidir ki, son 7 ildə ümumi daxili məhsul 3 dəfə artmışdır. Nazirlər Kabinetinin 2011-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: “Son illər ərzində iqtisadiyyatımız durmadan artmışdır. Son 7 il ərzində ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır, hətta böhranlı 2009 və 2010-cu illərdə iqtisadiyyatımız 14 faiz artmışdır. Ona görə də bu yüksək təməl, yüksək baza üzərində birinci rübdə yenə də müşahidə olunan artım, əlbəttə ki, bizi çox sevindirir”.
2004-2010-cu illərdə ümumi daxili məhsulun həcmi 3, o cümlədən qeyri-neft sektoru 2, sənaye istehsalı 2 ,8 dəfə artmışdır. Bu illər ərzində dövlət büdcəsinin xərcləri 9,5 dəfə yüksəlmiş, sosial müdafiə və sosial təminat sahəsində xərclər 5,3, səhiyyədə 7,8, təhsildə 5, mədəniyyət, incəsənət və informasiya sahələrində 5,4, müdafiə sahəsində 8,7 dəfə artmışdır. Bütün dünyanı bürümüş iqtisadi böhran şəraitində valyuta ehtiyatlarını 34 ,2 milyard ABŞ dollarına çatdıran Azərbaycan milli inkişaf strateqiyasını uğurla davam etdirmiş, bütün sahələrdə yüksək artım templərinə nail olmuşdur. 2010-cu ildə 41 ,6 milyard manatlıq ümumi daxili məhsul istehsal edilmiş, onun real həcmi 5 faiz artmışdır. Ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılmasına yönəldilən siyasətin nəticəsi olaraq qeyri-neft sektorunda bu artım 7 ,9 faizə çatmışdır.
İnzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçidin başa çatması Azərbaycanın həyatında tarixi bir hadisədir. Biz artıq dövlət mülkiyyətinin inhisarına son qoymuş, iqtisadiyyatın qeyri-dövlət sektorunun sürətli inkişafına nail olmuşuq. Qeyri-dövlət sektoru indi iqtisadiyyatın bütün sahələrində hakim mövqeyə malikdir. 2009-cu ildə inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçid dövrünü başa vurmuş Azərbaycanda ümumi daxili məhsulun 85 faizdən çoxu xüsusi mülkiyyətdə olan müəssisələrdə istehsal olunur. Deməli, bazar münasibətləri bütün sistemi demək olar ki, əhatə edir.
Qürur hissi ilə deyə bilərik ki, hazırda respublikamızın heç bir dövlətin inkişaf yoluna oxşamayan, hansısa təcrübəni təkrarlamayan milli inkişaf modeli formalaşır və hazırda dünyanın aparıcı elmi mərkəzləri bu modelin öyrənilməsi istiqamətində işlər aparır. Bu istiqamətdə Azərbaycanın iqtisadçı alimlərinin yeni-yeni araşdırmalar aparması ölkənin ötən 20 ildə keçdiyi yola konseptual nəzər salınması, uğurların təhlil edilib ümumiləşdirilməsi, habelə gələcək inkişaf perspektivlərinin öyrənilməsi baxımından son dərəcə vacibdir. Hesab edirik ki, bu istiqamətdə araşdırmalar Azərbaycanın hazırda üstünlük verdiyi sabitləşmə və modernləşmə strategiyasının tədqiqi baxımından da əhəmiyyətlidir.
Modernləşmə mürəkkəb proses olaraq cəmiyyətin ayrılıqda götürülmüş hansısa bir sahəsini əhatə etmir, onun hüdudları son dərəcə genişdir. Ən ümumi formada desək, modernləşmə yeni əsrdə ictimai həyatın bütün sahələrində ciddi kəmiyyət və keyfiyyət dəyişikliklərini, ictimai şüur və vərdişlərin müasirləməsini nəzərdə tutur. Azərbaycanın hazırkı dinamik inkişafı deməyə əsas verir ki, ulu öndərin modernləşmə strategiyasının gerçəkləşdirilməsi üçün təməlini qoyduğu islahatlar Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Bu siyasət isə yeni əsrdə Azərbaycanın inkişaf etmiş ölkələr sırasına sürətlə daxil olmasını təmin etmək məqsədinə hesablanmışdır.
iqtisad elmləri doktoru,
Azərbaycan.- 2011.- 6 may.- S. 10.
Mövzu marketinq sistemiNDƏ QİYMƏtqoyma siyasəTİ Plan: Qiymət və ona təsir edən amillər Qiymətin növləri
Məhsulun qiyməti istehlakçının, alıjının ondan aldığı və ya almasını nəzərdə tutduğu faydanın müqabilində ödəməyə hazır olduğu vəsaitin məbləğidir və yaxud bir məhsulun digər məhsula nisbətini müəyyən edən meyardır.
Məhsulun qiyməti marketinq kompleksinin ən vajib və mürəkkəb elementlərindən biridir. O, bir tərəfdən, istehsalçının məhsula çəkdiyi xərjləri ödəməklə yanaşı ona müəyyən məbləğ mənfəət əldə etməyə, mənfəətin həjmini maksimumlaşdırmağa imkan verməlidir. Buna görə də, istehsalçı həmişə məhsula yüksək qiymət müəyyən etməyə, məhsulu baha satmağa çalışır. Digər tərəfdən, məhsulun qiyməti istehlakçıya ödədiyi məbləğin müqabilində daha çox fayda, dəyər əldə etməyə imkan verməlidir. Alıjı həmişə məhsulun qiymətinin aşağı olmasında, məhsul ujuz almaqda maraqlıdır. Lakin, onu da qeyd etmək lazımdır ki, bir çox hallarda məhsula həddən artıq aşağı qiymətin qoyulması istehlakçılar tərəfindən məhsulun keyfiyyətinin aşağı olması kimi qəbul edilir. Deməli, qiymət elə müəyyən edilməlidir ki, mənafeləri ziddiyyət təşkil edən iki subyektin: satıjının və alıjının mənafeyini uyğunlaşdırsın: istehsalçıya nəzərdə tutduğu mənfəət məbləğini və ya mənfəətlilik normasını, istehlakçıya isə ödədiyi məbləğin müqabilində zəruri səviyyədə faydanı, dəyəri əldə etməyə imkan versin.
Məhsulun satış qiymətilə istehlak qiymətini bir-birindən fərqləndirmək lazımdır. Satış qiyməti məhsulun bilavasitə alıjıya satıldığı qiymətdir, məhsulun nominal qiymətidir. Məhsulun istehlak qiyməti dedikdə onun satış qiymətilə quraşdırılması və istismarı ilə əlaqədar olan xərjlərinin (məhsulun çatdırılmasna, quraşdırılmasına, istifadə dövründə onun istismarına, servis xidmətinə və s. çəkilən xərjlər) məjmusu başa düşülür.
Marketinqdə qiymət bir sıra funksiyalar yerinə yetirir. Bura aşağıdakı funksiyalar aiddir.
Bazar iqtisadiyyatı şəraitində qiymət biri tələblə təklifin tarazlaşdırılması, onlar arasında balansın yaradılması funksiyası yerinə yetirir. Belə ki, bazar iqtisadiyyatında qiymət tələb və təklifin təsiri altında formalaşsa da onların səviyyəsinə, onlar arasında balansın yaradılmasına jiddi təsir edir. Digər amillərin sabitliyi şəraitində qiymətin səviyyəsi yüksəldikjə tələbin həjmi azalır, təklifin həjmi isə artır və əksinə, qiymətin səviyyəsi aşağı düşdükdə tələbin həjmi artır, təklifin həjmi isə azalır. Marketinq üzrə mütəxəssislər qiymətin bu funksiyasından, əsasən, demarketinqin tətbiqi zamanı istifadə edirlər.
Məhsulun qiyməti alıjılara, istehlakçılara informasiya vermə funksiyası da yerinə yetirir. Alıjılar, istehlakçılar məhsul satın alınmasına dair qərarlar qəbul edərkən digər amillərlə yanaşı onun qiymətini də nəzərə alırlar. Buna görə də qiymət, qiymətin səviyyəsi, məhsulun istehsalı və satışına çəkilən xərjlər, bazarın həmçinin konyunkturası haqda alıjılara informasiya verir. Bundan başqa alıjılar qiymət əsasında müxtəlif məhsulları və aldığı məhsuldan aldığı fayda ilə onun alınmasına sərf etdiyi vəsaitləri müqayisə edə bilir.
Marketinq baxımından qiymətin ən vajib funksiyası məhsulun satışının və təklifin həjminin stimullaşdırılmasıdır. Belə ki, qiymət tələb və təklifin həjminə təsir etməklə istehsalçını daha çox məhsul istehsal etməyə və istehlakçını daha çox məhsul almağa, daha çox məhsul istehlak etməyə və bunun sayəsində satışın həjminin artırılmasını stimullaşdırır.
İstehlakçılar müxtəlif məhsulların qiymətinin səviyyəsini nəzərə almaqla özlərinin gəlirlərini müxtəlif məhsullar arasında bölüşdürür. Bunun nətijəsində isə bazarın məhsul strukturunu müəyyənləşdirir. Deməli, qiymət gəlirlərin bölüşdürülməsi funksiyasını da yerinə yetirir.
Qiymət uçot funksiyası da yerinə yetirir. Qiymətin uçot funksiyası vasitəsilə bütünlükdə satışın, o jümlədən, ayrı-ayrı məhsulların satışının həjminin, satışdan əldə edilən ümumi gəlirin və mənfəətin məbləğinin uçotu, həmçinin məhsulun istehsalı və satışına çəkilən xərjlərin və dəyər ifadəsində müəyyən edilən digər göstərijilərin uçotu aparılır.
Məhsulun qiymətinin səviyyəsi çoxsaylı amillərin təsiri altında formalaşır. Bu amillərə bazarın konyunkturası, müəssisənin məqsədi, dövlətin qiymət siyasəti, istehlakçıların tipləri, məhsulun istehsalı və satışına çəkilən xərjlərin həjmi, rəqiblər, bölüşdürmə kanalı iştirakçıları, rəqabətin forması, məhsulun həyat dövranının mərhələləri, psixoloci və s. amillər aiddir.
Bazarın konyunkturası dedikdə qiymətlərin mövjud səviyyəsində tələblə təklif arasındakı nisbət başa düşülür. Tələbin həjmi təklifə nisbətən yüksək olduqda qiymətin səviyyəsi yüksəlir, tələbin həjmi təklifə nisbətən az olduqda isə qiymətin səviyyəsi aşağı düşməyə meyl edir.
Müəssisə qiymətqoyma sahəsində qarşısına müxtəlif məqsədlər: bazarda lider olmaq; satışın həjmini və bazar payını artırmaq; mənfəətin məbləğini maksimumlaşdırmaq; bazarda qalmaq və məhsulun keyfiyyətinə görə lider olmaq məqsədlərini və ya bu məqsədlərdən birini qoya bilər. Qarşıya qoyulan məqsəddən asılı olaraq müəssisə müxtəlif qiymət strategiyası tərtib edir. Məsələn, müəssisə qarşısına mənfəətin maksimumlaşdırılması məqsədini qoy-duqda məhsula yüksək, bazarda qalmaq məqsədini qoyduqda isə məhsula aşağı qiymət qoyur.
Dövlətin qiymət siyasəti də qiymətlərin səviyyəsinə təsir edir. Bazar iqtisadiyyatında dövlət qiymətlərin tənzimlənməsini təmin edən qanunverijilik aktları hazırlayır, qiymət siyasəti müəyyənləşdirir və müxtəlif tədbirlər həyata keçirir. Bura inhisarçı sahələrdə qiymətin səviyyəsinin müəyyən edilməsi qaydası, satış kanallarının ayrı-ayrı iştirakçıların hüquq bərabərliyini pozan qiymət müəyyən edilməsini qadağan edən qanunverijilik aktları, məhsulun qiymətinin reklam edilməsi qaydası və s. aiddir. Məsələn, bazar iqtisadiyyatı şəraitində dövlət inhisarçı müəssisələrin məhsullarının qiymətinin yuxarı həddini məhdudlaşdırır.
Məhsulun qiyməti müəyyən edilərkən istehlakçıların tipləri, onların qiymətə həssasılğı da nəzərə alınır. Belə ki, bazarın müxtəlif seqmentləri, ayrı-ayrı istehlakçı qrupları məhsulun qiymətinə və onun dəyişməsinə müxtəlif jür reaksiya verirlər. Bu baxımdan istehlakçılar 4 qrupa: qənaətjil istehlakçılara; təşəxxüslü istehlakçılara; etikalı istehlakçılara və süst istehlakçılara bölünürlər. Məsələn, qənaətjil istehlakçılar məhsulun faydalılığına, məhsulun qiymətinə və çeşidinə üstünlük verirlərsə, təşəxxüslü alıjılar məhsulun qiymətinə az fikir verir, servis xidmətinin səviyyəsinə, məhsulun markasına və istehsalçı müəssisənin imijinə daha çox diqqət yetirirlər.
Uzunmüddətli zaman kəsiyində məhsulun qiyməti onun istehsalına və marketinqə çəkilən xərjlərin həjmindən aşağı müəyyən edilə bilməz. Çünki, məhsulun qiyməti həmin xərjləri ödəməyə imkan verməklə yanaşı, müəssisəyə nəzərdə tutduğu məbləğdə mənfəət əldə etməyə imkan verməlidir. Deməli, məhsulun istehsalı və satışına çəkilən xərjlərin həjmi məhsulun qiymətinin səviyyəsinə birbaşa təsir edir: bu xərjlərin səviyyəsinin artması qiymətin yüksəlməsinə, aşağı düşməsi isə qiymətin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Məhsulun istehsalı və satışına çəkilən xərjlər 2 qrupa: birbaşa xərjlərə (dəyişən xərjlərə) və qaimə xərjlərinə (sabit xərjlərə) bölünür. Birbaşa xərjlərə bilavasitə məhsulun istehsalına və satışına sərf edilən və onun dəyişməsinə mütənasib olaraq dəyişən xərjlər, qaimə xərjlərinə isə məhsul istehsalı və satışının həjmindən asılı olmayan xərjlər aiddir. İstehsalın və satışın həjmi artdıqja qaimə (sabit) xərjlərin səviyyəsi (məhsul vahidinə düşən xərjlərin məbləği) azalır və miqyas effekti adlandırılan effekt əldə edilir. Birbaşa və qaimə xərjlərinin jəmi tam xərjlər və ya məhsulun maya dəyəri adlandırılır.
Müəssisə öz məhsuluna qiymətini müəyyənləşdirərkən mütləq rəqiblərin qiymət strategiyasını nəzərə alır. Ümumiyyətlə, bazarda rəqiblərin çoxluğu qiymətin səviyyəsinin aşağı düşməsinə şərait yaradır.
Bölüşdürmə kanalı iştirakçıları, xüsusən də məhsulların fiziki bölüşdürülməsi də qiymətin səviyyəsinə təsir edir. Belə ki, məhsulun satış qiymətinin tərkibinə istehsalçı müəssisələrin xərjləri ilə yanaşı, satın kanalı iştirakçıların xərjləri də daxil olur və deməli, bu xərjlərin həjmi və səviyyəsi məhsulun qiymətinə birbaşa təsir edir. Bundan başqa müxtəlif satış kanallarında məhsulların bölüşdürülməsi və satışı ilə əlaqədar olan xərjlərin səviyyəsi müxtə-lif olduğundan müxtəlif bölüşdürmə kanallarında qiymətin səviyyəsi müxtəlif olur.
Məhsulun həyat dövranının müxtəlif mərhələlərində məhsula qoyulan qiymətlərin səviyyəsi bir-birindən xeyli fərqlənir. Məsələn, əgər artım mərhə-ləsində məhsula yüksək qiymət qoyulursa böhran mərhələsində, bir qayda ola-raq, məhsula aşağı qiymət müəyyən edilir. Deməli, məhsulun həyat dövarnının mərhələləri də qiymətin səviyyəsinə bu və ya digər dərəjədə təsir edir.
Qiymətə alıjı psixologiyası da təsir edir. Belə ki, bəzi hallarda alıjılar məhsulun baha olmasını onun yüksək keyfiyyətli olması və ya əksinə, məhsulun qiymətinin aşağı olmasını onun aşağı keyfiyyətli olması kimi qəbul edirlər.
Bir çox hallarda, xüsusən də istehlak məhsulları bazarında qiymətin dəyişməsi tələbin həjminin dəyişməsinə səbəb olur. Həm də bu asılılıq tərs mütənasib xarakterlidir, yəni qiymətin artması tələbin həjminin azalmasına və əksinə, qiymətin azalması tələbin həjminin artmasına gətirir. Bu asılılığı öyrənmək üçün tələbin qiymətə görə elastikliyi göstərijisindən istifadə edilir. Tələbin qiymətə görə elastikliyi dedikdə məhsulun qiymətinin dəyişməsi faizinə uyğun olaraq məhsul satışının miqdarının faiz ifadəsində dəyişməsi başa düşülür. Bu göstəriji məhsul satışının miqdarının dəyişmə faizini onun qiymə-tinin dəyişmə faizinə bölməklə müəyyən edilir.
Tələbin qiymətə görə elastikliyi alıjının ona həssaslıq səviyyəsini xarakterizə edir. Başqa sözlə desək, tələbin qiymətə görə elastikliyi məhsulun qiymətinin 1% dəyişməsinə uyğun olaraq məhsul satışının miqdarının neçə faiz dəyişməsini göstərir. Məhsul satışının həjminin dəyişmə tempinin (faizinin) qiymətin dəyişmə tempindən (faizindən) yüksək olması alıjının qiymət dəyişməsinə həssas olduğunu, yəni tələbin elastikliyini və ya əksinə, məhsulun satışının həjminin dəyişmə tempinin (faizinin) qiymətin dəyişmə tempindən (faizindən) aşağı olması alıjının qiymət dəyişməsinə həssas olmadığını, yəni tələbin qeyri-elastikliyini göstərir.
9.2. Qiymətin növləri.
Praktikada qiymət bir çox əlamətlərə görə təsnifləşdirilir və bu əlamətlərdən asılı olaraq qiymətin müxtəlif növlərindən istfadə edilir. Qiymət tətbiq edildiyi miqyasa, bölüşdürmə kanallarının xarakterinə, dövlətin qiymətə təsir səviyyəsinə, kommersiya kontraktının xarakterinə, çap edilib-edilməməsinə görə təsnifləşdirilir.
Tətbiq edildiyi miqyasa görə qiymət milli bazar qiymətlərinə, regional bazar qiymətlərinə və dünya bazarı qiymətlərinə bölünür.
Milli bazar qiymətləri marketinq fəaliyyəti həyata keçirən müəssisənin yerləşdiyi ölkənin bazarlarında formalaşmış qiymətlərdir.
Regional bazar qiymətləri ayrı-ayrı iqtisadi birlik və bloklara daxil olan ölkələrin bazarlarında (məsələn, Avropa İqtisadi Birliyi ölkələrində) tətbiq edilən qiymətlərdir.
- idxal-ixraj əməliyyatları müntəzəm xarakter daşımalıdır;
- idxal-ixraj əməliyyatları kommersiya xarakteri daşımalıdır;
- idxal-ixraj əməliyyatları azad tijarət və siyasi recimdə həyata keçirilməlidir;
- idxal-ixraj əməliyyatları dönərli valyuta ilə həyata keçirilməlidir.
İstehsalçı müəssisənin topdansatış-buraxılış qiymətləri bilavasitə istehsalçı müəssisə tərəfindən məhsulun realizə edildiyi qiymətlərdir. Bu qiymət məhsulun maya dəyərinin, nəzərdə tutulan mənfəətin məbləğinin və mühasibat uçotu haqqında əsasnaməyə uyğun olaraq məhsulun qiymətinə daxil edilən vergilərin məbləğinin və digər xərjlərin jəmi kimi müəyyən edilir.
Topdan satış qiymətləri topdansatış tijarət müəssisələri tərəfindən tətbiq edilən qiymətlərdir. Bu qiymətin həjmi istehsalçı müəssisənin topdansatış-buraxılış qiymətinin üzərinə topdansatış tijarət müəssisəsinin tədavül xərjlərinin və mənfəətinin məbləğini əlavə etməklə hesablanılır.
Pərakəndə satış qiymətləri pərakəndə tijarət müəssisələrində tətbiq edilən qiymətlərdir. Bu qiymətin səviyyəsi topdansatış qiymətilə pərakəndə tijarət müəssisəsinin tijarət əlavəsinin məbləğinin jəmi əsasında müəyyənləşdirilir.
Dövlətin qiymətə təsir səviyyəsinə görə qiymətlər jiddi müəyyən edilən qiymətlərə, tənzimlənən qiymətlərə və liberal (azad) qiymətlərə bölünür.
Jiddi müəyyən edilən qiymətlər xüsusi dövlət əhəmiyyətli məhdud sayda məhsullara dövlət tərəfindən müəyyən edilir və onun səviyyəsini dəyişdirmək mümkün deyildir.
Tənzimlənən qiymətlərə səviyyəsi dövlət tərəfindən müəyyən məhdudiyyətlər qoyulan qiymətlər aiddir. Bu qiymətlərin səviyyəsinə dövlət orqanları nəzarət edir və müəyyən qanunverijilik aktları ilə onun səviyyəsini tənzimləyirlər.
Liberal (azad) qiymətlər səviyyəsinə dövlət tərəfindən heç bir məhdudiyyət qoyulmayan və bazarda tələblə təklif arasındakı nisbət əsasında formalaşan qiymətlərdir.
Kommersiya kontraktının xarakterinə görə qiymətlər transfert qiymətlərinə, fiksə edilmiş (sabit) qiymətlərə, mütəhərrik (dəyişkən) qiymətlərə və sürüşkən qiymətlərə bölünür.
Transfert qiymətləri müəssisədaxili dövriyyədə, xüsusən də transmilli korporasiyalarda tətbiq edilir və eyni şirkətə və ya korporasiyaya daxil olan müəssisələr bu qiymətlərlə bir-birinə məhsul satır. Bu qiymətlər müəyyən edilərkən ölkələrin vergi stavkaları, istehsal üçün zəruri olan resursların qiyməti, gömrük rüsumları, dövlətin qiymət siyasəti və s. amillər nəzərə alınır. Məsələn, vergi stavkaları nisbətən yüksək olan ölkədə yerləşən müəssisə vergi stavkaları nisbətən aşağı olan ölkədə yerləşən müəssisəyə ujuz qiymətlə məhsul satır və bununla əldə edilən mənfəətin məbləğinin artmasına nail olunur.
Fiksə edilmiş qiymətlər müqavilələrdə (kontraktlarda) göstərilən və qiymətə təsir edən amillərin dəyişməsindən asılı olmayaraq müqavilənin qüvvədə olduğu bütün müddət ərzində dəyişməyən, sabit qalan qiymətlərdir.
Mütəhərrik qiymətlərə müqavilələrdə (kontraktlarda) göstərilən, lakin müqavilənin qüvvədə olduğu müddətdə dəyişdirilməsi nəzərdə tutulan qiymətlər aiddir.
Sürüşkən qiymətlər hazırlanması və göndərilməsi uzun müddət tələb edən, həmçinin eyni müqavilə (kontrakt) daxilində müəyyən partiyalarla göndərilən məhsullar üzrə tətbiq edilir. Bu halda müqavilədə məhsulun bazis qiyməti göstərilir və hər bir məhsulgöndərmə partiyasında bu qiymətin səviyyəsi dəqiqləşdirilə və dəyişdirilə bilər.
Çap edilib-edilməməsinə görə qiymətlər çap edilən qiymətlərə və hesablanan qiymətlərə bölünür.
Çap edilən qiymətlər müəyyən informasiya mənbələrində verilən, göstərilən qiymətlərdir. Bura müxtəlif təşkilat və müəssisələrin məlumat (sorğu) kitabçalarında çap edilən qiymətlər, birca qiymətləri (kotirovkalar), hərraj qiymətləri, tender qiymətləri, faktiki sövdələşmə qiymətləri və müxtəlif müəssisələrin təkliflərinin qiymətləri aiddir.
Hesablanan qiymətlər. konkret sövdələşmə üzrə qiyməti müəyyən etmək üçün informasiya olmadığı halda tətbiq edilir və onun səviyyəsi qiymət indeksindən, müxtəlif statistik metodlardan istifadə etməklə hesablanılır.
9.3. Qiymətqoyma prosesi
Digər iqtisadi proseslər kimi qiymətqoymada müəyyən ardıjıl mərhələlər üzrə müəyyən edilir (Şəkil 9.1).
Məsələnin qoyuluşu mərhələsində müəssisənin məqsəd bazarı və onun xarakteristikası, müəssisənin məqsədi, hər bir məhsul üzrə marketinq strategiyası və marketinq kompleksi, bazar qiymətlərinin səviyyəsi və dəyişmə meylləri, rəqiblərin qiymətlərinin səviyyəsi və digər amillər təhlil edilir, qiymət sahəsində həll ediləjək problemlər və vəzifələr müəyyənləşdirilir.
Aparılmış təhlil əsasında müəssisənin qiymət sahəsində məqsədi müəyyənləşdirilir. Qiymət sahəsində qarşıya qoyulması ehtimal edilən məqsədlər bu mövzunun 1-ji paraqrafında izah edilmişdir.
Qiymətqoymanın ən məsul mərhələsi qiymətin səviyyəsinə təsir edən amillərin təhlilidir. Qiymətqoyma amillərinin təhlili prosesində tələbin həjmi, qiymətin elastikliyi, satışdan əldə edilən gəlirlərin məbləği, məhsulun istehsalı və satışına çəkilən xərjlərin və mənfəətin məbləği, qiymətin istehlakçılar tərəfindən qəbul edilməsi, rəqiblərin və tijarət vasitəçilərinin qiymətə reaksiyası və təsiri təhlil edilir, zərərsizlik nöqtəsi müəyyənləşdirilir.
Tələbin həjminin təhlili əsasında qiymətin səviyyəsilə tələbin həjmi arasındakı asılılığın xarakteri, qiymətin müxtəlif səviyyələrində tələbin həjmi aşkar edilir və istehlakçıların, alıjıların hansı miqdarda məhsul alajağı müəyyənləşdirilir.
Artıq qeyd etdiyimiz kimi. qiymətin elastikliyi istehlakçıların, alıjıların məhsulun qiymətinə həssaslığını xarakterizə edir və məhsul satışının miqdarının dəyişmə faizini onun qiymətinin dəyişmə faizinə bölməklə müəyyən edilir. Qiymətin elastikliyi halında müəssisə qiyməti aşağı salmaqla tələbin həjmini artırmağa jəhd edir. Qiymətin qeyri-elastikliyi halında isə müəssisə məhsuluna yüksək qiymət qoyur və yaxud onun səviyyəsini yüksəldir.
Məhsulun istehsalı və marketinqinə çəkilən xərjlər istənilən qiymətin əsasını təşkil edir. Buna görə də qiymətqoyma prosesində bu xərjlərin düzgün müəyyən edilməsinə və təhlilinə xüsusi diqqət yetirilir. Xərjlərin təhlili prosesində məjmu xərjlər (buna tam xərjlər, məhsulun maya dəyəri də deyilir) və son hədd xərjləri təhlil edilir.
Məjmu xərjlər məhsulun istehsalına və marketinqinə çəkilən və mühasibat uçotuna dair əsasnaməyə görə məhsulun maya dəyərinə aid edilə bilən bütün növ xərjlərin ümumi məbləğidir. Məjmu xərjlər (tam xərjlər, məhsulun maya dəyəri birbaşa (dəyişən) xərjlərdən və qaimə (sabit) xərjlərindən ibarətdir.
Birbaşa (dəyişən) xərjlər dedikdə bilavasitə məhsulun hazırlanmasına sərf edilən və onun həjminin dəyişməsinə uyğun olaraq dəyişən xərjlər başa düşülür. Bura məhsulun istehsalına sərf edilən material resurslarının məbləği, işəmuzdla
işləyən işçilərə verilən əmək haqqının məbləği, elektrik enercisinə çəkilən xərjlər və s. aiddir. Məhsul istehsalı və ya satışının həjmi artdıqja bu xərjlərin ümumi məbləği də artır və əksinə, məhsul istehsalının və satışının həjmi azaldıqja onların ümumi məbləği aşağı düşür.
Qaimə (sabit) xərjləri dedikdə məhsul istehsalı ilə birbaşa əlaqədar olmayan, istehsal prosesinin normal gedişini təmin edən və məhsul istehsalının həjminin dəyişməsindən asılı olmayan xərjlər başa düşülür (məsələn, amortizasiya ayırmalarının məbləği, ezamiyyət xərjləri, ümumi sex və ümumi zavod xərjləri və s.). Bu xərjlərin uçotu ümumilikdə aparıldığından hər bir məhsula düşən qaimə xərjlərinin məbləğini müəyyən etmək üçün onun ümumi məbləğini istehsal edilmiş məhsulun miqdarına bölürlər. Bu xərjlərin həjmi məhsul istehsalı və satışının həjmindən asılı olmadığından məhsul istehsalının və satışının həjmi artdıqja onların səviyyəsi aşağı düşür və əksinə, məhsul istehsalı və satışının həjmi azaldıqja onların səviyyəsi artır. Bunun sayəsində miqyas effekti yaranır və müəssisələr məhsulunun qiymətini aşağı salmaq imkanı əldə edirlər.
Son hədd xərjləri dedikdə əlavə buraxılan axırınjı məhsula düşən məjmu xərjlərin məbləği başa düşülür. Praktikada son hədd xərjlərini müəyyən etmək üçün əlavə məhsul buraxılışı nətijəsində xərjlərin artımını buraxılan məhsulun artımına bölürlər.
Satışdan əldə edilən gəlirlərin təhlili prosesində gəlirlərin ümumi məbləği, orta məbləği və son hədd məbləği təhlil edilir.
Satışdan əldə edilən gəlirlərin ümumi məbləği məhsulun satışından əldə edilən vəsaitin ümumi məbləğidir.
Satışdan əldə edilən gəlirin orta məbləği dedikdə məhsul vahidinə düşən gəlirin məbləği başa düşülür. Satışdan əldə edilən gəlirlərin uçotu hər bir məhsul vahidi üzrə ayrılıqda aparılmadığından və eyni məhsul bəzi hallarda müxtəlif qiymətə satıldığından bu göstərijini müəyyən etmək üçün gəlirlərin ümumi məbləğini satılmış məhsulların miqdarına bölürlər.
Son hədd gəlirləri əlavə buraxılan axırınjı məhsulun satışından əldə edilən gəlirin orta məbləğidir. Son hədd xərjlərinin müəyyən edilməsində olduğu kimi, son hədd gəlirlərinin məbləğini müəyyən etmək üçün məhsul istehsalının və satışın həjmi sayəsində əldə edilən gəlir artımını və məhsul istehsalı və satışının artım həjminə bölürlər.
Zərərsizlik nöqtəsi dedikdə qiymətin elə səviyyəsi başa düşülür ki, onun bu səviyyəsində son hədd gəlirlərinin məbləği son hədd xərjlərinin məbləğinə bərabər olur. Qiymətin qeyd edilən səviyyəsi müəssisəyə maksimum mənfəət əldə etməyə imkan verir. Qiymətin səviyyəsi zərərsizlik nöqtəsindən yuxarı müəyyən edildikdə isə məhsul istehsalı və satışı müəssisəyə ziyanla başa gəlir.
Məhsulun qiyməti onun istehsalı və marketinqinə çəkilən xərjləri ödəməklə yanaşı müəssisəyə müəyyən məbləğdə mənfəət əldə etməyə imkan verməlidir. Buna görə də qiymətqoyma prosesində əldə edilən mənfəətin məbləği və rentabellik səviyyəsi, habelə investisiyaya düşən mənfəətin məbləği təhlil edilir, nəzərdə tutulan mənfəətin əldə edilməsini təmin edən tədbirlər hazırlanır.
Məhsulun qiyməti müxtəlif alıjılar tərəfindən müxtəlif jür qəbul edilir və buna uyğun olaraq onlarda qiymətin səviyyəsinə dair təsəvvürlər formalaşır. Onlar bu təsəvvürlərə uyğun olaraq özləri üçün münasib qiymət səviyyəsi müəyyən edir və həmin səviyyəyə uyğun gələn qiymətə məhsul almağa razı olurlar. Buna görə qiymətqoyma amillərinin təhlili zamanı istehlakçıların, alıjıların qiymətin səviyyəsinə reaksiyası öyrənilir.
Rəqiblər müəssisənin qiymət dəyişməsinə dərhal reaksiya verir və bir çox hallarda, buna uyğun olaraq öz məhsullarının qiymətini dəyişirlər. Buna görə də müəssisə alıjıların qiymətin dəyişməsinə reaksiyası ilə yanaşı, daima rəqiblərinin də qiymət dəyişmələrinə reaksiyasını öyrənməlidirlər.
Bəzən tijarət vasitəçiləri istehsalçı tərəfindən qiymətin səviyyəsinin dəyişdirilməsi, xüsusən də onun yüksəldilməsi ilə razılaşmırlar. Bəzi hallarda isə tijarət vasitəçiləri məhsulu nisbətən ujuz qiymətə satırlar, bu isə məhsulun bazar mövqeyinə təsir edir. Buna görə də, istehsalçı müəssisələr qiymətqoyma amillərinin təhlili prosesində tijarət vasitəçilərinin qiymətə reaksiyasını təhlil edir və vasitəçilərlə münasibətlərin tənzimlənməsi üzrə tədbirlər hazırlayırlar.
Qiymətqoyma amillərinin təhlili nətijəsində müəssisə qiymət sahəsində qarşıya qoyulan məqsədə və hər məhsul üzrə hazırlanmış marketinq strategiyasına uyğun gələn qiymət strategiyası hazırlayır. Hər bir məhsul üzrə bu strategiya müxtəlif ola bilər. Məsələn, müəssisə yeni məhsul üzrə «bazara sürətlə daxil olma», «bazara ləng daxil olma», «xamanın sürətlə yığılması» və «xamanın ləng yıxılması» strategiyası tərtib edə bilər.
İlkin qiymətin müəyyən edilməsi mərhələsində müəssisə qiymətqoyma metodlarını seçir və seçilmiş metodla məhsulun ilkin (bazis) qiymətini müəyyənləşdirir.
Müəssisə, bir qayda olaraq, müxtəlif amillərin təsiri altında alıjılara müəyyən qiymət güzəştləri (məhsul partiyasının həjminə görə güzəşt, mövsümi güzəştlər və s.) edirlər. Bununla əlaqədar olaraq qiymət güzəştlərinin müəyyən-ləşdirilməsi mərhələsində istehsalçı son və aralıq alıjılara ediləjək güzəştlərin növlərini və səviyyəsini müəyyənləşdirir.
Müəssisə son qiymətin müəyyən edilməsi mərhələsində məhsulun ilkin qiymətini və ediləjək güzəştlərin səviyyəsini nəzərə almaqla onun son qiymətini müəyyənləşdirir.
Nəhayət, fəaliyyətin nətijəsinin qiymətləndirilməsi mərhələsində qiymətqoymanın nətijəsi təhlil edilir, qarşıya qoyulmuş məqsəddən kənarlaşmalar və onun səbəbləri araşdırılır, əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, uğursuzluqların aradan qaldırılması üzrə tədbirlər hazırlanır.
Bazar iqtisadiyyati səraitində qiymətlərin əmələgəlməsi
XX əsrin 90-cı illərinin əvvəllərində radikal bazar islahatları nəticəsində sovet məkanında, o cümlədən Azərbaycanda sovet dövründə formalaşmış planlaşdırma sistemi ləğv edildi. Lakin islahatların ilk illərinin uğursuzluqları bazar iqtisadiyyatında dövlətin roluna və planlaşdırmaya ölçülüb-biçilmiş münasibətin formalaşmasının zəruriliyini ortaya qoydu və nəticədə inkişaf etmiş ölkələrin təcrübəsini öyrənməklə bəzi postsosialist ölkələrində planlaşdırmanı dövlət idarəetməsinin sistem yaradan funksiyası kimi dərk etməyə başladılar.
Moskvada nəşr olunan “Obşestvo i ekonomika” jurnalı 2006-2007-ci illərdə bazar iqtisadiyyatı sistemində iqtisadi və sosial inkişafın dövlət tərəfindən planlaşdırılmasına həsr olunan geniş müzakirə açmışdır. Müzakirələrə səbəb Sankt- Peterburq şəhərinin eks-qubernatoru V.Matviyenkonun adıçəkilən jurnalın 2006-cı il 9 saylı nömrəsində dərc edilmiş məqaləsi olmuşdur. Məqalə müəllifi dövlət planlaşdırmasının üstünlüklərindən istifadənin, bazar iqtisadiyyatı şəraitində onun forma və metodlarının dərk edilməsinin zəruriliyini vurğulayır və sovet dövründəki iqtisadi planlaşdırmanın təcrübəsindən istifadə olunmasını məqsədəuyğun sayırdı. V.Matviyenkonun fikrincə, rus iqtisad elmi bu sahədə hələlik geri qalır və bu geriliyi yalnız problemin dərindən, elmi cəhətdən işlənməsi yolu ilə iqtisadi tənzimləmənin səmərəli mexanizminin formalaşdırılması aradan qaldıra bilər. Planlaşdırmanın aktual problemlərinə həsr olunmuş bu müzakirələrdə akademik V.Makarov (Rusiya), akademik T. Kojçujev (Qırğızıstan), Rusiya Elmlər Akademiyasının müxbir üzvü R.Qrinberq, iqtisad elmləri doktorları A.Rəsulov (Özbəkistan), S.Silvestrov (Rusiya), akademik V.Qejest (Ukrayna), Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü V.Papava və başqaları iştirak edərək makroiqtisadi və sosial inkişafın cari, eləcə də uzunmüddətli dövlət proqnozlaşdırmasını və planlaşdırmasını dinamik və tarazlı inkişafı, sahibkarlarla dövlətin maraqlarının uyğunlaşdırılmasını, məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsini, investisiyaların səmərəliyinin yüksəldilməsini, institusional vahidlərin fəaliyyətinin koordinasiyasını təmin edən mühüm vasitə kimi qiymətləndirmişlər.
Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə və tran
smilli korporasiyalarda proqnozlaşdırma ilə yanaşı, mühüm iqtisadi və sosial problemləri uğurla həll etmək üçün cari və perspektiv planlaşdırmadan da geniş istifadə edilir. Məsələn, milli planlar və prefekturaların kompleks inkişaf planlarının tərtib olunduğu Yaponiyada ölkə ərazisinin kompleks inkişafının planlaşdırılması üzrə Məsləhət Şurası, İqtisadi Planlaşdırma İdarəsi və başqa institutlar fəaliyyət göstərir. 1955-ci ildən başlayaraq Yaponiyada mühüm iqtisadi problemlərin həllini əhatə edən beşillik planlar tərtib olunur. Cənubi Koreyada da beşillik planlaşdırma sistemi mövcuddur. O bütünlükdə ölkə iqtisadiyyatı, onun sektorları və regionları üzrə məqsədli istiqamətləri əhatə edir. İnkişaf etmiş Qərb ölkələrində isə hazırlanan planların ümumi cəhəti mərkəzləşdirilmiş qaydada qəbul edilən strateji istiqamətləri və cari problemlərin həllini yerlərdəki imkanlarla sıx surətdə əlaqələndirməkdir. Həmin ölkələrdə planlaşdırma həm elmi-nəzəri, həm də praktik cəhətdən aspektdə öyrənilir və tətbiq edilir. Nəhayət, ABŞ-da planlaşdırmanı həyata keçirən Dövlət Planlaşdırma Departamenti mövcuddur və planlaşdırma əsasən ştatlar səviyyəsində aparılır. Ancaq bu, ümumi milli proqramların olmasını istisna etmir. Yeri gəlmişkən qeyd edək ki, proqnozlaşdırma və planlaşdırma sahəsində iş aparmaq üçün BMT-də də analoji qurum – İnkişafın Planlaşdırılması Komitəsi yaradılmışdır
Postsovet ölkələrində isə sosial-iqtisadi inkişafın proqnozlaşdırılmasını və planlaşdırılmasını tənzimləyən müxtəlif səviyyəli normativ hüquqi aktlar qəbul edilir. Bəzi ölkələrdə həmin sənədlərə qanun, digərlərində ölkə Prezidentinin fərmanı və ya Nazirlər Kabinetinin qərarı ilə təstiq edilən normativ akt statusu verilir.
Dövlət tənzimlənməsi vasitəsi kimi Azərbaycanda məqsədli və regional dövlət proqramlarının, orta müddətli makroiqtisadi proqnozların hazırlanması praktikası geniş yayılmışdır. Orta müddətli proqnozlar bir qayda olaraq “sürüşkən” metodla hazırlanır, yəni hər il korrektə edilir və əhatə müddəti 1 il uzadılır. Azərbaycanda ilk dəfə 2002-ci ildə 2003-2006-cı illəri əhatə edən proqnozlar işlənib hazırlanmışdır. 2009-cu ildə hazırlanan proqnozlar isə 2010-2013-cü illəri əhatə edir.
Ölkənin iqtisadi və sosial inkişaf proqnozları İqtisadi İnkişaf və Maliyyə nazirlikləri tərəfindən hazırlanır. Normativ hüquqi aktlarda nəzərdə tutulduğu kimi, lazım gəldikdə müxtəlif dövlət orqanlarının materiallarından istifadə edilir. Proqnozlar bir variantda tərtib edilir və onlar orta müddətli maliyyə planlaşdırmasının əsası kimi istifadə olunur. Bu proqnozların başlıca təyinatı konkret dövrdə dövlətin xərclərini və gəlirlərini hesablamaq üçün başlanğıc nöqtə kimi istifadə etməkdir. Yeri gəlmişkən onu da qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin Prezidentin fərmanı ilə təsdiq edilmiş Əsasnaməsində iqtisadi və sosial inkişaf proqnozlarına dövlət proqnozu statusu verilmişdir. Proqnozlaşdırılan makroiqtisadi göstəricilər Nazirlər Kabinetində müzakirə edilir və bəyənildikdən sonra Prezidentə təqdim olunur. İqtisadi İnkişaf Nazirliyi tərəfindən tərtib olunan, Nazirlər Kabinetində baxılan və bəyənilən orta müddətli (4 il) makroiqtisadi proqnozlar müəyyən edilmiş qaydada Prezident tərəfindən “Azərbaycan Respublikasının dövlət büdcəsi zərfi” adı altında Milli Məclisə təqdim edilir və müzakirə predmeti olur. Müzakirələrin yekunu kimi ancaq dövlət büdcəsinin gəlirləri və xərclərində dəyişikliklər edilir. Proqnozlaşdırılan digər göstəricilər (ÜDM, məhsul buraxılışı üzrə natural göstəricilər, əhalinin məşğulluğu və s.) adətən dəyişdirilmir. Müzakirələr əsasında Milli Məclis tərəfindən ancaq növbəti bir ilə dövlət büdcəsinin mənbələr üzrə gəlirləri və funksional təsnifat üzrə xərcləri, şəhər və rayonlara dotasiyaların məbləği təsdiqlənir.
İqtisadi və sosial inkişaf proqnozlarının keyfiyyətini müəyyənləşdirmək məqsədilə elmi araşdırmalar və müqayisəli təhlillər aparmışıq. Məqsədimiz makroiqtisadi proqnozların reallığını, yerinə yetirilmə səviyyəsini, sahələrarası və regional inkişaf proporsiyaların təmin olunmasında onların rolunu müəyyən etmək olmuşdur. Müvafiq mərkəzi icra hakimiyyəti orqanları tərəfindən 2002-2010-cu illərdə hazırlanan büdcə zərfinin materialları əsasında həyata keçirdiyimiz elmi araşdırmalar göstərmişdir ki, proqnoz göstəriciləri ilə faktiki göstəricilər arasında bəzən fərqlər olur. Bunun da əsas səbəbi proqnozların əsaslandırılması zamanı bütün amillərin nəzərə alınmaması, natural göstəricilərlə dəyər göstəriciləri arasında mütənasibliyin tam təmin edilməməsidir. Məsələn, sözügedən dövrdə əsas məhsul nomenklaturası üzrə proqnozlar əsasən yerinə yetirilmədiyi halda (neft-qaz istisna olmaqla), dəyər göstəriciləri üzrə proqnozlar artıqlaması ilə icra olunmuşdur. Tədqiq olunan dövrdə ümumi daxili məhsulun faktiki istehsalı proqnozlardan 1,3-1,5 dəfə çox olsa da, həmin ilə (konkret 2010-cu ilə) məhsul nomenklaturası üzrə proqnozlar tam yerinə yetirilməmişdir. Proqnoz tapşırıqlarından ən çox kənarlaşma sənaye (30-50 faiz) və kənd təsərrüfatı məhsulları (65-70 faiz) üzrə baş vermişdir. Bəzi məhsullar üzrə isə əksinə, proqnozlar 15-70 faiz civarında artıqlaması ilə yerinə yetirilmişdir. Tədqiq olunan dövrdə proqnozla əhatə olunan cəmi 47 adda göstəricinin yarısı (49 faizi) 110, o cümlədən dörddə biri 130 faizdən çox səviyyədə yerinə yetirilmişdir. 5 faiz kənarlaşma qəbul edilməklə 100-105 faiz səviyyəsində icra olunan göstəricilərsə ümumi göstəricilərin 10-20 faizini təşkil etmişdir. Sənaye məhsulunun ümumi həcminin proqnozu 1,4-1,5 dəfə artıqlaması ilə, kənd təsərrüfatı üzrə isə əksinə, ümumi məhsul buraxılışı proqnozu aşağı səviyyədə icra olunmuşdur. Proqnozların yerinə yetirilməsi ən yüksək dərəcədə investisiyalar üzrə olmuşdur – 1,5-1,7 dəfə. Nomenklatura üzrə ən çox kənarlaşmalar isə özəl sektorda istehsal olunan məhsullar üzrədir. Düzdür, proqnozların kəmiyyət ölçülərinin faktlardan fərqli olması təbiidir. Ancaq burada söhbət kənarlaşmaların həddən artıq az və ya çox olmasından gedir. Çünki makroiqtisadi proqnozların keyfiyyətini xarakterizə edən əsas şərtlərdən biri məhz göstəricilərin nisbətən dəqiq müəyyən edilməsidir.
2004-cü ildə Azərbaycan hökuməti tərəfindən tərtib olunmuş proqnozlarda 2008-ci ilə investisiyaların həcmi bütün maliyyə mənbələri üzrə 4100 milyon, o cümlədən daxili investisiyalar 2400 milyon, xarici investisiyalar 1700 milyon manat müəyyən edilmişdir. Ancaq 2006-cı ilin proqnozlarında 2008-ci ilin parametrləri bütünlükdə investisiyalar üzrə 1,9, daxili investisiyalar üzrə 2,1, xarici investisiyalar üzrə 1,5 dəfə artırılmışdır. Bu, investisiya proqnozlarının ümumi daxili məhsulun və digər effektivlik göstəricilərinin artımı ilə kifayət qədər əlaqələndirilməməsinin nəticəsidir. Digər fakt: 2010- cu ildə Azərbaycanda əsas kapitala 8384 milyon manat investisiya istiqamətləndirilməsi nəzərdə tutulmuşdur. Həmin ilə ümumi daxili məhsulun artımı isə 1603 milyon manat müəyyən edilmişdir. Bununla da hər manat investisiyadan 19 qəpik ümumi daxili məhsulun artımı proqnozlaşdırılmışdır. Halbuki hələ 2005-ci ildə bu göstərici faktiki 58, 2006-cı ildə 91 qəpik olmuşdur. Beləliklə, 2010-cu ildə ümumi daxili məhsulun kapitaltutumunun 2005-ci illə müqayisədə 3 dəfə artması proqnozlaşdırılmışdır.
Əvvəla, ümumiyyətlə iqtisadiyyatda belə bir meylin proqnozunu əsaslandırılmış hesab etmək mümkün deyil. İkincisi, investisiyaların sahə strukturunda müsbət dəyişikliklərin baş verəcəyi proqnozlarda nəzərdə tutulur. Belə ki, neft-qaz sektoruna nisbətən az kapitaltutumlu qeyri-neft sektoruna investisiyalar artır, neft sektoruna yönəldilən investisiyalar ildən-ilə azalır. Bu o deməkdir ki, iqtisadiyyatda kapitaltutumunun artmasını gözləmək əsassızdır. Elə isə investisiyaların iqtisadi səmərəlik əmsalını 2010-cu ilə 2006-cı ilin səviyyəsində olacağını qəbul etsək, ümumi daxili məhsulun həcmi 38 milyard manat proqnozlaşdırılmalı idi. Ancaq bu göstərici 32 milyard manat həcmində proqnozlaşdırmışdır. Faktiki olaraq isə həmin göstərici 41,6 milyard manat təşkil etmişdir. Belə fərqli bir tərəfdən investisiya proqnozlarının kifayət qədər əsaslandırılmadığını və məhsul istehsalı ilə lazımi səviyyədə əlaqələndirilmədiyini göstərirsə, başqa tərəfdən investisiya fəaliyyəti ilə digər sektorların koordinasiyasında zəif həlqələrin olmasını əks etdirir.
Keçmiş illərin təcrübəsi göstərir ki, iqtisadiyyatın inkişafında planlı başlanğıcın, müxtəlif sahələrin və istehsalın inkişaf dinamikası və sahələri arasında qarşılıqlı əlaqələndirmənin kifayət dərəcədə olmaması, istehsalın resurs təminatının balanslaşdırılmaması, iqtisadi inkişafın koordinasiyasının əhəmiyyətli dərəcədə pozulması disproporsiyalarla nəticələnir. Hətta bazar mexanizmlərinin tətbiqi də bu neqativ meyillərin qarşısını ala bilmir. Azərbaycanda kənd təsərrüfatı ilə ölkənin yüngül, bəzi hallarda isə yeyinti sənayeləri arasında lazımi əlaqələrin olmamasının səbəbi də məhz budur. Pambıq emalı müəssisələrinin mahlıcı xarici bazarlara çıxartdığı halda xammal olmadığı üçün respublikanın yüngül sənaye müəssisələrinin işləmədiyini başqa necə izah etmək mümkündür. Eyni vəziyyət çayçılıq və tütünçülükdə də mövcuddur. Hələ də bu sahələr üzrə istehsal müəssisələri xammalı və yarımfabrikatları əsasən xaricdən gətirirlər. Bütün bunlar o deməkdir ki, kənd təsərrüfatı məhsulları istehsalçıları ilə onların məhsullarını emal edən sahələr arasında işgüzar əlaqələr istənilən səviyyədə deyil. Nəticədə yüngül və yeyinti sənaye sahələri ölkə iqtisadiyyatında öz mövqelərini zəiflətmişlər. Statistikaya görə, 2010-cu ildə 2005-ci illə müqayisədə bu iki sənaye sahəsinin ümumi sənaye məhsulunda xüsusi çəkisi müqayisəli qiymətlərlə 2 dəfə, işçilərin sayı isə 3 min nəfər azalmışdır.
Hesabat materiallarının elmi təhlilləri göstərir ki, dövlət proqramlarında icrası bir neçə ilə nəzərdə tutulan tədbirlər cari planlarda da öz əksini tapmalıdır. Çünki həmin proqramlarda nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsi həm də bu amildən asılıdır. Belə bir faktı nəzərə çatdıraq: “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın şəhər və rayon icra hakimiyyəti başçıları yanında fəaliyyət göstərən şuralarda müzakirəsi zamanı 2308 yeni təklif irəli sürülmüşdür. Təkcə 2011-ci ilin 10 ayında Prezident 18 rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə və içməli su təminatına dair dövlət proqramına əlavə olaraq 18 sərəncam imzalamışdır. İkinci regional inkişaf dövlət proqramında nəzərdə tutulan tədbirlərin sayı isə 1100-ə yaxındır. Onların əsas icraçıları kimi 40 adda mərkəzi icra hakimiyyəti orqanı, dövlət səhmdar cəmiyyətləri, onlarla yerli icra hakimiyyəti və bələdiyyə orqanları nəzərdə tutulmuşdur. Onlar da öz növbəsində çoxsaylı sifarişçi, podratçı və subpodratçı təşkilatları bu işlərə cəlb edirlər. Bütünlükdə bu orqanların və təşkilatların əvvəlcədən razılaşdırılmış fəaliyyətini koordinasiya edə bilən sənəd isə ancaq cari və uzunmüddətli iqtisadi və sosial inkişaf planları ola bilər.
Bazar iqtisadiyyatı şəraitində dövlət planlaşdırma metodlarından kifayət qədər səmərəli istifadə etmək üçün bu sahədə elmi işləmələrin aparılması zəruridir. Bu cür elmi işləmələrsə ölkənin praktikasında istifadə olunan orta müddətli proqnozlaşdırmanın tətbiq edilməsindən və proqnozların “sürüşkən”lik texnologiyasından imtina olunmasını ortaya qoyur. Ümumiyyətlə, makroiqtisadi proqnozlaşdırma ilə hökumətin sifarişi əsasında ölkənin elmi-tədqiqat mərkəzlərinin məşğul olması daha məqsədəuyğundur. Mərkəzi dövlət orqanları da öz növbəsində qabaqcıl metodologiya və işin təşkili əsasında yeni məzmunlu və statuslu cari və uzun müddətli planlar işləyib hazırlamalıdır. Bundan əlavə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının şəhər və rayonlar üzrə struktur bölmələri yerlərdəki vəziyyəti yaxından öyrənməklə region səviyyəsində iqtisadi və sosial inkişaf göstəricilərinin proqnozlaşdırılmasında, dövlət və özəl investisiyalara tələbatın müəyyən edilməsində və digər infrastruktur sektorlarında inkişaf istiqamətlərinin düzgün müəyyənləşməsində mərkəzi orqana kompleks regional proqnozları və planları hazırlayıb təhvil verə bilərlər.
Cari və perspektiv planların tətbiqinin zəruriliyi həmçinin Azərbaycanda iqtisadi tarazlığın təmin edilməsindən irəli gəlir. Sosial-iqtisadi inkişafın planla tənzimlənməsinə aid sənədlərin siyahısına, strukturuna və məzmununa tələblər hökumət tərəfindən rəsmi qaydada formalaşdırılmalıdır. Bu planların, eləcə də məqsədli dövlət proqramlarının və proqnozlarının qarşılıqlı əlaqədə işlənməsinin ümumi qaydaları, onların hüquqi statusu, məqsədləri və göstəricilər sistemi də hökumət tərəfindən müəyyənləşdirilməlidir. Eyni zamanda planların hazırlanması texnologiyasını əhatə edən qanunun qəbul edilməsi lazımdır. Bunlardan savayı, iqtisadiyyatın və sosial sferanın balanslaşdırılmış inkişafını təmin edə bilən balans metodundan planlaşdırma praktikasında həmişə və geniş istifadə olunmalıdır. Planlar regionları, yəni iqtisadi rayonları əhatə etməlidir. Dövlət büdcəsinin gəlir və xərc göstəriciləri ilə bərabər, iqtisadi-sosial inkişafın illik və uzunmüddətli planlarının digər göstəricilərinin də ali (yuxarı) icra hakimiyyəti orqanı tərəfindən bəyənilməsi məqsədəuyğundur. Bu, plan və proqnoz icraçılarının məsuliyyətini artırmaq üçün vacibdir. İqtisadi fəaliyyətlərin koordonasiyasının elə sistemi qurulmalıdır ki, dövlət və özəl sektorlarının, müəssisələrin və ev təsərrüfatlarının fəaliyyətinin koordinasiyası və təkrar istehsalın ayrı-ayrı maddi-əşya və dəyər elementlərinin razılaşdırılması və əlaqələndirilməsi təmin edilsin. Başqa sözlə, istehsal və investisiyalar, sənaye ilə kənd təsərrüfatı, mal dövriyyəsi ilə əhalinin pul gəlirləri, əmək məhsuldarlığı ilə əməkhaqqı arasındakı proporsiyalar səmərəli həddə müəyyənləşməlidir. Nəzərə alınmalıdır ki, bazar iqtisadiyyatı şəraitində proporsiyalara əməl edilməsinin mühüm şərti istehsal güclərinin, xammal, yanacaq, pul, xarici valyuta və digər resurs ehtiyatlarının mövcud olmasıdır.
Məqsədəuyğun olar ki, mülkiyyət formasından asılı olmayaraq ölkənin əsas vergi ödəyiciləri məhsul, iş və xidmətlərin istehsalı, təqdim edilməsi (satılması), onların ölkədaxili və dünya bazar qiymətlərin (məhsul, iş və xidmətlərin növləri üzrə), məhsul, iş və xidmətləri idxalı və ixracı barədə məlumatları (məhsul, iş və xidmətlərin növləri üzrə) müvafiq nazirliyə təqdim etsinlər. İnvestisiya proqramlarına həm dövlət büdcəsi, həm də özəl investisiyalar hesabına maliyyələşdirilən obyektlər daxil olunmalıdır. Bu göstəricilərin siyahısına investisiya xərclərinin həcminin də daxil edilməsi zəruridir. Müvafiq nazirlik isə bunların ümumiləşdirilməsi yolu ilə ölkə üzrə istehsal, iş və xidmətlərin ümumi həcmini müəyyən edə bilər. Bizim fikrimizcə, maliyyələşmə mənbələrindən və mülkiyyət formasından asılı olmayaraq bütün iqtisadi agentlər tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramların layihələri, investisiya proqramları üzrə xərclərin həcmi, obyektlərin tikintisi və istehsal güclərinin istifadəyə verilməsi barədə məlumatlar birbaşa müvafiq nazirliyə verilməlidir ki, nazirlik onları istehsalın planlaşdırılan həcmi ilə uzlaşdırılmasını və məhsuldar qüvvələrin düzgün yerləşdirilməsini təmin edə bilsin. Məhsul, iş və xidmət üzrə Nazirlər Kabineti tərəfindən bəyənilmiş plan göstəricilərin bir ay müddətində müvafiq nazirlik tərəfindən istehsalçılara əsas istiqamət üçün çatdırılması da vacibdir.
Habelə cari və perspektiv planların icrasına nəzarətin ətraflı və dəqiq mexanizmləri müəyyənləşdirilməlidir. Nəzərdə tutulmalıdır ki, ilin əvvəlindən artan yekun planlaşdırma ilə əhatə olunan iqtisadi agentlər məhsul, iş və xidmət üzrə onlarla razılaşdırılmış parametrlərin icrası barədə müəyyən edilmiş formada məlumatları müvafiq nazirliyə təqdim etsinlər. Nazirlik isə onların əsasında hesabat hazırlayıb Nazirlər Kabinetinə göndərməlidir. Sonradan bu hesabatlar Nazirlər Kabineti tərəfindən Prezidentə təqdim oluna bilər.
İqtisadi İnkişaf Nazirliyi həm də plan göstəricilərinin icrasına nəzarət edən orqan kimi müəyyən edilməlidir (Bu yerdə Azərbaycanda da inkişaf etmiş ölkələrdə olduğu kimi, proqnozlaşdırma və planlaşdırma ilə məşğul olan ayrıca dövlət qurumunun yaradılmasının zəruriliyini diqqətə çatdırmaq istərdik). İstər dövlət, istərsə də özəl investisiyaları nəzərə almaqla, bütünlükdə ölkə üzrə illik və uzunmüddətli investisiya proqramının (investisiyaların həcmi, istehsal güclərinin istifadəyə verilməsi) hazırlanması düzgün olar. Bu da imkan verər ki, məhsul istehsalının, iş və xidmətlərin planlaşdırılan həcmi, habelə regionlarda məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsi investisiya proqramı ilə lazımi səviyyədə əlaqələndirilsin.
Yeri gəlmişkən, investisiya proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydaları təkcə dövlət investisiyalarını yox, mülkiyyət formasından və maliyyə mənbələrindən asılı olmayaraq bütün investisiyaları əhatə etməlidir. Çünki ölkənin və regionların tarazlı iqtisadi və sosial inkişafında investisiyalar həlledici rol oynayırlar. Tarazlı inkişaf isə məhsuldar qüvvələrin düzgün yerləşdirilməsindən birbaşa asılıdır. Dövlət məhz bütünlükdə investisiya obyektlərinin iqtisadi və sosial səmərəsinin yüksək olmasında maraqlıdır.
Milli iqtisadiyyatın tənzimlənməsində planların rolunu yüksəltmək məqsədi ilə sosial-iqtisadi inkişaf planlarının yüksək keyfiyyətlə hazırlanmasını hökumətin mühüm vəzifəsi kimi qiymətləndirilməsi tələb olunur. Bu planlar dövlətin iqtisadi siyasətinin həyata keçirilməsi üçün inkişaf resurslarını səfərbər etməyə imkan verən, reallaşdırılması nəticəsində əldə olunması ehtimal edilən parametrləri əks etdirən mühüm dövlət sənədi kimi qiymətləndirilməlidir. Diqqətə çatdırmaq istədiyimiz vacib məsələ isə ondan ibarətdir ki, sosial-iqtisadi inkişafın cari və perspektiv planlarının hazırlanması İqtisadi İnkişaf Nazirliyinin funksiyalarından biri hesab edilməlidir. Normativ hüquqi aktlara əsasən İqtisadi İnkişaf Nazirliyi özünün fəaliyyət istiqamətləri üzrə nəzarət etmə hüququna malik olduğu üçün planlaşdırma da onun əsas fəaliyyət istiqamətlərindən biri kimi qəbul edilərsə, planların tərtib olunması prosesinə və icrasına nəzarəti məhz bu orqan həyata keçirməlidir.
Bunlardan əlavə, hesab edirik ki, “İqtisadi və sosial inkişafa dair dövlət proqnozları və planları haqqında” qanunun hazırlanması və qəbul edilməsi vacibdir. Həmin qanunla dövlət proqnozlarının və planlarının məqsədi, məzmunu, onların hazırlanması, qəbul edilməsi və icrasına nəzarətin ümumi qaydaları müəyyənləşdirilməlidir. Eyni zamanda dövlət planlarının hazırlanmasında özəl bölmənin təsərrüfat subyektlərinin iştirakı hökumət tərəfindən təsdiq olunan müəyyən qaydalara əsaslanmalıdır. Sosial-iqtisadi inkişaf proqnozları yaxşı olar ki, 5 illik dövrü əhatə etsin. Planlarsa həm cari, həm də uzunmüddətli ola bilər.
Bir sözlə, dünya təcrübəsini və iqtisadi sistemdəki mövcud real vəziyyəti nəzərə alaraq belə qənaətə gəlmək olar ki, ölkənin iqtisadi və sosial inkişafının planlaşdırılmasını bərpa etməyin vaxtı çatmışdır. Ancaq bu, sovetlər dövrünün total miqyasda planlaşdırması yox, indikativ xarakter daşımalı və mühüm istiqamətləri əhatə etməlidir.
AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri,iqtisad elmləri doktoru, əməkdar iqtisadçı
Comments are closed, but trackbacks and pingbacks are open.