Dəbiyyat və bədii ədəbiyyat eynidirmi
Bu tarixi yolu bir neçə böyük mərhələyə bölmək olar. Onlardan birincisi və ən qədimi mifoloji təfəkkür dövrüdür. Bu dövrün insanı dünyanı rəmzlər aləmi kimi görür və reallıqda təxəyyül arasında bir fərq qoymurdu. Mifoloji təfəkkür hələ tarixin və zamanın nə olduğunu dərk etməmişdi. Qədim insanlar üçün nə keçmiş, nə də gələcək vardı. Onlar üçün yalnız indiki zaman içində yaşadığı an mövcud idi. Bədii təfəkkürdə hərfi və məcazi məna anlayışları da yox idi. Arzu onlara reallıq qədər gerçək, reallıq isə arzu qədər ecazkar görünürdü. Antik sənətdə və ədəbiyyatda təsvir olunan insan obrazının xarakterik cəhətini fiziki və ruhi mahiyyətlərin vəhdətində və harmoniyasında axtarmaq lazımdır. Antik insan ən çox təbii hisslər və həyəcanlarla yaşayan varlıqdır. Lakin bu, o demək deyildir ki, klassik sənətdə ruhi aləm və onun əksi yoxdur. Burada ruhi mahiyyət fiziki mahiyyətlə elə birləşir ki, onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Antik sənətkarlar ruhu bədəndən ayrı təsvir edə bilmir və ruh real forma vasitəsilə incəsənətin zirvəsi və «ideal sənətin ifadəsi” hesab edirdi. İnsan gözəlliyi də antik sənətdə fiziki gözəllik kimi səciyyələndirilir. O dövrün ən xarakterik sənət növü sayılan heykəltəraşlıqda insan bədəni çılpaq təsvir olunur. Bu, fiziki gözəlliyin və fiziki kamilliyin ön plana çəkilməsi deməkdir. Antik heykəllərə diqqət yetirsək, görərik ki, onların gözləri bütöv və bəbəksizdir. Göz daxili aləmə gedən yolun astanası və ruh evinin qapısıdır. Antik insan özünü hələ ruhi bir varlıq kimi dərk edə bilməmişdi. Lakin o, özünü artıq fiziki cəhətdən kamil bir varlıq kimi dərk edə bilmişdi ki, bu da insanın tarixi özünüdərketmə yolunda atdığı ən böyük addım idi. Bu dərketmənin mahiyyəti ondadır ki, insan təbii və ruhi mahiyyətlərin sıx və ayrılmaz vəhdəti kimi səciyyələndirilir. Ruh özünü müstəqil mahiyyət kimi maddi özüldən ayıra bilmir və özünü özgələşdirərək maddi varlığın, fiziki vücudun vasitəsilə özünə qayıdır. İnsan təfəkkürü tarixən ilk əvvəl xarici aləmi, sonra isə öz daxili ruhi dünyasını dərk edir. Bu xüsusiyyəti yenicə dil açan uşağın timsalında da görmək olar. O, özü haqqında danışanda „mən” əvəzinə öz adını deyir, yəni özünə kənardan baxır, özünü başqalarından təcrid edib bir fərd, bir “mən” kimi qavraya bilmir. Tarixən bəşəriyyət də bu yolu keçir, öz uşaqlıq dövrünü yaşayır, lakin sonralar ruh özünə qayıdıb özünü müstəqil substansiya kimi təsdiq edir. Antik dövr bəşəriyyətin uşaqlıq dövrüdür, ruhun ilkin oyanışı mərhələsidir. Bu oyanış, hər şeydən əvvəl, fiziki gözəlliyin və ruh ilə bədənin harmoniyasında təzahür edir.
Bədii ədəbiyyatda insan konsepsiyası
Ədəbiyyatın mərkəzi məsələlərindən biri və ən başlıcası insan problemidir. Bəşəriyyət bütün tarixi dövrlərdə maddi aləmi dərk etməklə yanaşı, həmişə özünü də dərk etməyə çalışmışdır. Özünüdərketmə prosesi dünyanın dərk edilməsindən daha çətin olmuşdur. İnsanı dərk etməyə, onun daxili sirlərini açmağa xidmət edən təfəkkür formalarından ən güclüsü və ən uyğunu bədii ədəbiyyatdır. Ədəbiyyatın gücü və üstünlüyü insanı daha adekvat şəkildə əks etdirə bilməsidir. Əgər elm insanı dərk edərkən öz obyektini sxematikləşdirirsə, ədəbiyyat obrazlar vasitəsilə insanı real həyatdakına yaxın bir şəkildə qavrayır.
Dünya ədəbiyyatını vahid bir proses, onun ayrı-ayrı dövrlərini bu prosesin mərhələləri kimi qəbul etsək, onda ədəbiyyatı bəşəriyyətin mənəvi-ruhi tərcümeyi-halı adlandırmaq olar. Hər bir fərd uşaqlıqdan qocalığa doğru bir inkişaf yolu keçdiyi kimi tarixi insan da yarandığı dövrdən müasir zamana qədər təkamül yolu keçir. Bu uzun yolun xüsusiyyətlərini, bu mürəkkəb inkişafın izlərini ədəbiyyatda axtarmaq və tapmaq vacib məsələlərdən biridir. Məhz bədii ədəbiyyat insanın tarixi inkişaf yolunu, onun təkamülünü daha dolğun əks etdirən təfəkkür formasıdır.
Bu tarixi yolu bir neçə böyük mərhələyə bölmək olar. Onlardan birincisi və ən qədimi mifoloji təfəkkür dövrüdür. Bu dövrün insanı dünyanı rəmzlər aləmi kimi görür və reallıqda təxəyyül arasında bir fərq qoymurdu. Mifoloji təfəkkür hələ tarixin və zamanın nə olduğunu dərk etməmişdi. Qədim insanlar üçün nə keçmiş, nə də gələcək vardı. Onlar üçün yalnız indiki zaman içində yaşadığı an mövcud idi. Bədii təfəkkürdə hərfi və məcazi məna anlayışları da yox idi. Arzu onlara reallıq qədər gerçək, reallıq isə arzu qədər ecazkar görünürdü. Antik sənətdə və ədəbiyyatda təsvir olunan insan obrazının xarakterik cəhətini fiziki və ruhi mahiyyətlərin vəhdətində və harmoniyasında axtarmaq lazımdır. Antik insan ən çox təbii hisslər və həyəcanlarla yaşayan varlıqdır. Lakin bu, o demək deyildir ki, klassik sənətdə ruhi aləm və onun əksi yoxdur. Burada ruhi mahiyyət fiziki mahiyyətlə elə birləşir ki, onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Antik sənətkarlar ruhu bədəndən ayrı təsvir edə bilmir və ruh real forma vasitəsilə incəsənətin zirvəsi və «ideal sənətin ifadəsi” hesab edirdi. İnsan gözəlliyi də antik sənətdə fiziki gözəllik kimi səciyyələndirilir. O dövrün ən xarakterik sənət növü sayılan heykəltəraşlıqda insan bədəni çılpaq təsvir olunur. Bu, fiziki gözəlliyin və fiziki kamilliyin ön plana çəkilməsi deməkdir. Antik heykəllərə diqqət yetirsək, görərik ki, onların gözləri bütöv və bəbəksizdir. Göz daxili aləmə gedən yolun astanası və ruh evinin qapısıdır. Antik insan özünü hələ ruhi bir varlıq kimi dərk edə bilməmişdi. Lakin o, özünü artıq fiziki cəhətdən kamil bir varlıq kimi dərk edə bilmişdi ki, bu da insanın tarixi özünüdərketmə yolunda atdığı ən böyük addım idi. Bu dərketmənin mahiyyəti ondadır ki, insan təbii və ruhi mahiyyətlərin sıx və ayrılmaz vəhdəti kimi səciyyələndirilir. Ruh özünü müstəqil mahiyyət kimi maddi özüldən ayıra bilmir və özünü özgələşdirərək maddi varlığın, fiziki vücudun vasitəsilə özünə qayıdır. İnsan təfəkkürü tarixən ilk əvvəl xarici aləmi, sonra isə öz daxili ruhi dünyasını dərk edir. Bu xüsusiyyəti yenicə dil açan uşağın timsalında da görmək olar. O, özü haqqında danışanda „mən” əvəzinə öz adını deyir, yəni özünə kənardan baxır, özünü başqalarından təcrid edib bir fərd, bir “mən” kimi qavraya bilmir. Tarixən bəşəriyyət də bu yolu keçir, öz uşaqlıq dövrünü yaşayır, lakin sonralar ruh özünə qayıdıb özünü müstəqil substansiya kimi təsdiq edir. Antik dövr bəşəriyyətin uşaqlıq dövrüdür, ruhun ilkin oyanışı mərhələsidir. Bu oyanış, hər şeydən əvvəl, fiziki gözəlliyin və ruh ilə bədənin harmoniyasında təzahür edir.
Orta Əsrlər dövrü bəşəriyyətin mədəni və mənəvi inkişaf tarixində ikinci böyük mərhələdir. Bu dövr, hər şeydən əvvəl, xristian və islam dinlərinin yarandığı dövrdür. Burada insan özünü ruhi bir varlıq kimi dərk edir və mütləq ruha tapınır. Həm islamda, həm də xristian dinində Allah adekvat şəkildə, yəni maddi varlıq kimi deyil, məhz gözəgörünməz mütləq ruh kimi dərk olunur. Orta Əsrlər dövrü ruhun maddi varlıqdan tam təcridi və ruhun özünəqayıdışı dövrüdür. Bu dövrü bəşəriyyətin və tarixi insanın gəncliyi də adlandırmaq olar. Məhəbbət və hər şeydən əvvəl Allaha olan ülvi eşq insanın ən ümdə xüsusiyyəti kimi ortaya çıxır. Əgər qədim insan özünü təbii varlıq kimi dərk edirdisə, Orta Əsr insanı özünü ruhi varlıq kimi dərk edir. Bu dövrdən etibarən insan öz nəzərlərini təbiətdən ayırıb Allaha sarı yönəldir, o gözəgörünməzi öz daxili, ruhi nəzərləri ilə seyr edir. İnsan bir növ maddi aləmdən ruhi aləmə adlayır. Bu andan etibarən, insan özünü də ruhi varlıq kimi dərk etməyə başlayır.
Orta əsrlər incəsənətinin və ədəbiyyatının əsas təsvir obyekti və predimeti insan və onun ruhi mahiyyətidir. Məsələn, əgər Antik dövrdə heykəltəraşlıqda qadın yalnız fiziki gözəllik mücəssəməsi kimi təsvir olunurdusa (Venera), Orta Əsr təsviri sənətində o, hər şeydən əvvəl, ruhi-mənəvi saflıq və müqəddəslik rəmzi kimi əks olunur (Məryəm ana). Antik heykəllə Orta Əsr ikonası bu mənada bir-birinin tam əksidir. İkonadakı Müqəddəs Məryəmin sifəti heç də fiziki gözəlliyin ifadəsi olmamalıdır. Diqqəti çəkən xüsusiyyət ruhi saflıq olmalıdır. Yəni burada təsvirin əsas mövzusu ruhdur, bədən deyil; daxili aləmdir, zahiri görünüş deyil. Orta Əsr sənətində fiziki gözəllik öz yerini ruhi gözəlliyə verir. Ruhun kəşfi və təsviri Orta Əsr incəsənətinin və ədəbiyyatının ən böyük nailiyyətidir. Təsadüf deyildir ki, məhz Orta Əsrlərdə dünyəvi dinlər olan xristianlıq və islam yaranmışdır. Bəşər tarixində Orta Əsrlər xurafat və feodalizm istibdadı dövrü kimi deyil, məhz ruhi kamilliyin dərk olunması dövrüdür.
Orta əsr sənətində klassik sənətdən fərqli olaraq ruhi mahiyyətlə təbii mahiyyət arasındakı tarazlıq və harmoniya gözlənilmir. Bu da təbiidir, çünki ruh özünü müstəqil bir substansiya kimi təsdiq etmək üçün maddi mövcudluğu miskin bir mahiyyət kimi dəf etməli, ondan azad olmalı idi. Ona görə də Orta Əsr sənətində ruhi ifratçılığa varmaq meylləri qüsur sayılmamalıdır. Burada tərki-dünyalıq, zahidlik və rahiblik də Allaha qovuşmaq əzmi kimi təqdir olunur. Bu mənada həm xristian rahibliyi, həm də islam sufizmi eyni dərəcədə Orta Əsr insanının mütləq ruha can atması cəhdidir. Burada allahlaşma məramı yoxdur. Allaha qovuşma cəhdi var. Orta Əsrləri irtica dövrü kimi başa düşmək elmi cəhətdən düzgün sayıla bilməz. Tarixdə lazımsız və artıq heç bir şey yoxdur. Orta Əsr asketizmi ifratçılığa varsa da bəşəriyyətin mənəvi təkamülündə vacib mərhələlərdən biridir. Orta Əsr asketizmində, o cümlədən şərq sufizmində Renessans humanizminin rüşeymləri var idi.
Antik sənətlə Orta Əsr sənəti insan mahiyyətinin iki əks qütblərini – təbii və ruhi məzmununu ifadə etmişdir. Renessans dövrü mədəniyyəti bu iki əks qütbü özündə birləşdirməyə və beləliklə də, həm fiziki cəhətdən gözəl, həm də ruhən kamil insan obrazı yaratmağa cəhd göstərəcəkdir. Renessans humanizmi Antik gözəlliklə Orta Əsr müqəddəsliyinin vəhdəti olacaq (məsələn, Leonardo da Vinçinin Cakondası). Lakin nə Antik dövrün, nə də Orta Əsrin insanı özünü suveren bir varlıq kimi dərk edə bilməmişdi. Antik insan özünü təbiətin, Orta Əsr insanı isə mütləq ruhun tərkib hissəsi kimi qavramışdır. Lakin özünü bir bütövlük, bir məqsəd və müstəqil varlıq kimi dərk etmək cəhdi yalnız Renessans dövrünün insanına müyəssər olmuşdur.
İnsan özünü suveren bir varlıq kimi yalnız Renessans dövründə başa düşməyə başladı. Bu, insanın mədəni-tarixi, ruhi-əqli təkamülünün ən vacib mərhələsi və ən yüksək zirvəsi oldu. Renessans dövrünü insanın tarixi, mədəni və əqli yetkinlik dövrü adlandırmaq olar. İnsan həm təbiətdən, həm də Allahdan nisbətən ayrıldı, özünü müstəqil bir varlıq kimi dərk etməyə başladı. Lakin o, nə Təbiətdən, nə də Allahdan tam təcrid olunmadı və oluna da bilməzdi. O, sadəcə olaraq, özünü, yəni Təbiət və Allahla yanaşı, həm də İnsanı, substansial varlıq kimi təsdiq etdi. Beləliklə də, humanizm deyilən tarixi-mədəni bir dövr başlandı. İnsan dünyanın mərkəzinə çevrildi, təfəkkürdəki teosentrik prinsip antroposentrik prinsiplə əvəz olunmağa başladı. Bu, Kopernikin kəşfi kimi, geosentrik nəzəriyyənin heliosentrik nəzəriyyə ilə geniş və fəlsəfi mənasında humanizm dünyagörüşü, humanizm dünyaduyumu yarandı. Burada humanizm sözünü, sadəcə olaraq, insanpərvərlik kimi deyil, məhz insanpərəstlik kimi başa düşmək lazımdır. Humanizm dünyagörüşü və humanizm mədəniyyəti bəşəriyyətin özünüdərketmə yolundakı yeni böyük qələbəsi idi, bəşəriyyətin özünəqayıdışı idi. Lakin bununla belə, insanpərəstlik fəlsəfəsində gizli bir qüsur və gizli bir faciə rüşeymi də vardı ki, bu da özünü sonralar şəxsiyyətin allahlıq iddiasında büruzə verdi. İnsan öz əqli gücünü göstərməklə yanaşı, öz mənəvi naqisliyini də, öz yaradıcı və quruculuq əzmi ilə yanaşı, öz dağıdıcılıq xilqətini də göstərdi. Beləliklə də, fövqəlinsan fəlsəfəsi yarandı. Əgər Antik Orta Əsr dünyagörüşü və mədəniyyəti Təbiət və Allah kimi möhkəm özüllər, əzəli zəminlər əsasında bərqərar olmuşdusa, Renessans dünyagörüşü və Mədəniyyəti bu dayaqları müəyyən mənada itirməyə başlayır, özünə insan deyilən yeni dayaq axtarır. Sonu Nitşenin ateist fəlsəfəsi ilə yekunlaşan bu prosesin başlanğıcını məhz Renessans dövrü humanizmdə axtarmaq lazımdır. İstər Antik, istərsə də Orta əsr dövrünün insanı öz daxili mənəvi bütövlüyü ilə seçilirdisə, renessans dövrünün insanı şəxsiyyət kimi daxilən ikiləşmə və parçalanmaya məruz qalır. Axilles və Rollanddan ədəbiyyatı qəhrəmanları mənəvi ziddiyyətlər girdabına düşdülər.
Renessans şəxsiyyəti Antik insan qədər təbii, Orta əsr insanı qədər ruhani olmağa çalışır. O, eyni vaxtda həm yerin, həm də göyün övladı olmaq istəyir. O, özündə təbiətlə ruhu barışdırmaq və birləşdirmək istəyir, nəticədə isə bu iki hikmət arasında çaşıb qalır. Onun faciəsinin əsas səbəbi də elə bundadır. Renessans insanı bir hal olaraq faciəvi aqibətə düçar olmuş insandır. Nəticə etibarı ilə o həm təbiətdən, həm də Allahdan ayrı düşür. Məsələn, V.Şekspirin Hamleti təbiətdən və Allahdan ayrılıb öz gücünə və öz iradəsinə güvəndi, „olum, ya ölüm” kimi dünyəvi məsələlərin həllini öz üzərinə götürdü, nəticədə isə faciəvi sürətdə məhv oldu. Şekspir qəhrəmanının aqibəti bəşəriyyət üçün çox ibrətamiz bir xəbərdarlıq idi. lakin insan artıq müstəqillik yoluna qədəm qoymuş və azadlığın dadını duymuşdu. Bu yol insanı böyük nailiyyətlərlə yanaşı, həm də böyük faciələrə düçar etdi. Təklənmiş insan öz zəif çiyinlərinə çox ağır bir yük götürmüş oldu. İradə və idrak azadlığı, özü öz aqibətini seçmək və təyin etmək məsuliyyəti insan üçün şərəfli olduğu qədər də çətin və mümkünsüz idi. renessans humanizmindən başlanan şəxsiyyət azadlığı fəlsəfəsi öz ifrat ifadəsini sonralar Dostoyevskinin İnsanallah və Nitşenin fövqəlinsan fəlsəfəsində tapdı. Özünü mütləq qüvvə kimi dərk etmiş və Allahla rəqabətə girmiş insanın faciəsini XIX əsr rus yazıçısı F.Dostoyevski çox dərindən aça bilmişdir. Onun “Şeytanlar” romanının qəhrəmanlarından biri (Krillov) özünü Allah elan edir və öz allahlıq səlahiyyətini və allahlıq iqtidarını təsdiq etmək üçün özünü öldürür. İntihar həm allahlığın şərti, həm də insanlığın iflası kimi göstərilir. Rus filosofu N.Berdyayev yazırdı: „Humanizm öz böhran və iflas dövrünü yaşayır. Çünki o insan yetərliyinin dərk olunmasına gəlib çatır. Dostoyevski və Nitşe humanizmin bu böhranını daha kəskin qeyd edir, onun antihumanizmə və insanın inkarına çevrilməsini əks etdirirlər”. Sonra Berdyayev qeyd edir ki, “insanlıq Allahın əsas əlamətidir. İnsanın kökləri Allahda, Allahın kökləri isə insandadır…” Şəxsi azadlıq iddiasından allahlıq iddiasına çatan insan nəticə etibarilə insanlıq mahiyyətini də itirmiş olur. Mütləq Azadlıq və Allahdan tam təcrid olunmaq iddiası insanı mənəvi yetimliyə və ruhi tənhalığa gətirib çıxarır. Ateizm insan ruhunun yetimliyidir. Bəlkə də elə bir dövr gələcək və insan elə bir əqli və ruhi kamillik zirvəsinə çatacaq ki, onun mütləq varlığa ehtiyacı qalmayacaq. Hələliksə bu ehtiyac qalmaqdadır. Deyəsən bəşəriyyət indi-indi başa düşməyə başlayır ki, o atasız və anasız, yəni yaradıcılığı boyu allahsızlığın faciəsini göstərmiş və insanı ilahi dərgaha çağırmışdır. Məhz indiki zamanda, yəni Azərbaycan xalqının öz milli və mənəvi köklərinə qayıtmaq əzmində olduğu bir dövrdə Nizaminin insan fəlsəfəsi çox aktual səslənir.
Ədəbiyyat və bədii ədəbiyyat eynidirmi?
Bədii ədəbiyyat və ədəbiyyat nə ilə fərqlənir? Ədəbiyyat həm bədii, həm də bədii ədəbiyyatı özündə birləşdirən daha geniş yaradıcı ifadə kateqoriyasıdır. Bu baxımdan bədii ədəbiyyatın bir növü kimi düşünülməlidir.
Ədəbiyyat
Ədəbiyyat həm yazılı, həm də danışıq əsərlərini izah edən bir termindir. Geniş şəkildə desək, yaradıcı yazıdan daha çox texniki və ya elmi əsərlərə qədər hər şeyi təyin edir, lakin bu termin ən çox xəyalın şeir, dram və bədii ədəbiyyat, eləcə də qeyri-bədii və bəzi hallarda mahnı daxil olmaqla üstün yaradıcılıq əsərlərinə istinad etmək üçün istifadə olunur. .
Çoxları üçün ədəbiyyat sözü daha yüksək bir sənət növü təklif edir; sadəcə səhifəyə söz qoymaq mütləq ədəbiyyat yaratmaq demək deyil.
Ədəbiyyat əsərləri ən yaxşı halda insan sivilizasiyasının bir növ planını təqdim edir. Misir və Çin kimi qədim sivilizasiyaların yazılmasından və Yunanların fəlsəfəsindən, şeirindən və dramaturgiyasından Şekspirin pyeslərinə, Jane Austen və Charlotte Bronte və Maya Angelou poeziyalarından bəri ədəbiyyat əsərləri fikir verir. və bütün dünya cəmiyyətlərinə kontekst. Bu şəkildə ədəbiyyat sadəcə tarixi və ya mədəni bir əsər deyil; yeni bir təcrübə dünyasına giriş rolunu oynaya bilər.
Uydurma
Bədii ədəbiyyat romanlar, hekayələr, pyeslər və şeirlər kimi təxəyyül tərəfindən icad edilmiş yazılı işi göstərir. Bu, məqalələr, xatirələr, tərcümeyi-hallar, tarixlər, publisistika və miqyası faktiki olan digər əsərlər daxil olmaqla, bədii ədəbiyyata, əsl əsərə ziddir. Homer və Orta əsr şairlərinin ağızdan-ağıza ötürülən epik şeirləri kimi danışılan əsərlər, onları yazmaq mümkün olmadığı və ya praktik olmadığı zaman da ədəbiyyat növü sayılır. Bəzən orta əsrlərdə fransız və italyan trubadur lirik şairləri və şair musiqiçiləri tərəfindən qondarma olan (həqiqətdən ilham alsalar da) düşünülmüş nəzakətli sevgi mahnıları kimi mahnılar ədəbiyyat sayılır.
Bədii və qeyri-bədii ədəbiyyat növləridir
Ədəbiyyat termini həm bədii, həm də bədii ədəbiyyatı əhatə edən bir məcmuədir. Deməli, bədii əsər ədəbiyyat əsəridir, eynən bədii ədəbiyyat da bədii əsərdir. Ədəbiyyat geniş və bəzən dəyişkən bir tərifdir və tənqidçilər hansı əsərlərin ədəbiyyat adlanmağa layiq olduğu barədə mübahisə edə bilərlər. Bəzən, nəşr olunduğu dövrdə ədəbiyyat hesab edilə biləcək qədər ağır hesab olunmayan bir əsər, illər sonra bu tərifi əldə edə bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.