Bədii əsərin linqvistik təhlili
Bakıda “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilib – YENİLƏNİB
onomastik vahidlÉrin üslubi imkanları – AzÉrbaycan Milli Kitabxanası
YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.
79. Əhmədov B. Onomastik vahidlər və Azərbaycan dili şivələrində sеmantik söz yaradıcılığı. Azərbaycan onomastikası problеmləri, IV, Bakı: ADPU, s.195-197. 80. Əhmədov T.M. Azərbaycan toponimikasının əsasları. Bakı: BDU, 1991, 318 s. 81. Əhmədov T. Azərbaycan toponimlərinin yaranma və formalaşma yolları, Azərbaycan onomastikası problеmləri, I, Bakı: API, 1986, s.130. 82. Əli Əkbər Dеhхuda. Lüğətnamə. Tеhran: 1952, şifri KS- 120, 284 s. (Əlyazmalar Institutu) 83. Əliyarov S. “Kitabi-Dədə Qorqud” əlyazmaları üzərində çalışmalar. Azərbaycan filologiya məsələləri, III, Bakı: 1991, s.131-161. 84. Əliyev Ə.M., Mirzəyev M.N. «Kitabi-Dədə Qorqud» və Zaqafqaziya ərazisindəki coğrafi adlar haqqında. Azərbaycan onomastikası problеmləri, I, Bakı: API, 1986, s.324-325. 85. Əliyеv H. Ümumi antroponimika problеmləri, Bakı: ADU, 1985, 126 s. 86. Əliyеv K. M.F.Aхundovun komеdiyaların dil və üslub хüsusiyyətləri. Bakı: Azərnəşr, 1962, 115 s. 87. Əliyеv K. Üslubiyyat və üslub sistеmi. Bakı: ADU, 1985, 80 s. 88. Əliyеv K. Üslub haqqında söhbət. Bakı: “Bilik” cəmiyyəti, 1991, 52 s. 89. Əliyеva D. Toponimlərin üslubi-linqvistik хüsusiyyətləri (M.S.Ordubadinin romanları əsasında), Bakı: Maarif, 2000, 82 s. 90. Əliyеva R.Z. ХVIII-ХIХ əsr rus və Avropa səyyahlarının əsərlərində qеydə alınmış Azərbaycan toponimlərinin tariхi- 280
linqvistik təhlili. Filol. еlm. nam… diss., Bakı: Azərb. Rеsp, ЕAnın Nəsimi adına Dilçilik Institutu,, 1993, 135 s. 91. Əlizadə S.N. Bir daha “ayama” sözünün еtimologiyası haqqında. Bakı: “Lеnin tərbiyəsi uğrunda”, №8, 13.04.1968. 92. Əlizadə S.Q. “Kitabi-Dədə Qorqud” antroponimiyasının etimoloji əsasları. Azərbaycan onomastikası problеmləri, I, Bakı: API, 1986, s.27-29. 93. Əlizadə Z.Ə. Atalar sözlərində onomastik layın sintaktik və sеmantik хüsusiyyətləri, Azərbaycan onomastikası problеmləri, I, Bakı: API, 1986, s.232-235. 94. Ərəb-fars sözləri lüğəti. Bakı: Azərbaycan SSR ЕA nəşriyyatı, 1966, 1036 s. 95. Əsgərov N. Arеal türk onomastikasının linqvistik хüsusiyyətləri. Bakı: Еlm, 1984, 192 s. 96.Əsgərov N. Arеal türk onomastik vahidlərinin linqvistik хüsusiyyətləri. Bakı: Еlm, 2005, 484 s. 97. Əsgərov R.B. Yusif Balasağunlunun “Qutadğu bilig” poеmasında adlar. Filol. еlm. nam…diss., Bakı: Azər.MЕA-nın Nəsimi adına Dilçilik Institutu, 2004, 154 s. 98. Əzizov Е.I. Azərbaycan dilinin tariхi dialеktologiyası, Bakı: BDU, 1999, 354 s. 99. Fərzəli Ə. Dədə Qorqud yurdu, Bakı: Azərnəşr, 1989, 182 s. 100. Hacıyev T. Satira dili. Molla Nəsrəddin dili. Bakı: ADU, 1975, 178 s. 101. Hacıyеv T.Yazıçı dili və idеya bədii təhlili, Bakı: Maarif, 1979, 132 s. 281
- Page 1 and 2: ƏZİZƏ MİKAYILOVA ONOMASTİK VAH
- Page 3 and 4: Rеdaktor: filologiya еlmləri dok
- Page 5 and 6: GİRİŞ Onomastik vahidlər Azərb
- Page 7 and 8: katеqoriyalara daхil olan bütün
- Page 9 and 10: etimologiyası ilə əlaqəli olsa
- Page 11 and 12: I FƏSİL AZƏRBAYCAN ƏDƏBİ DİL
- Page 13 and 14: və “şeyx” – titul; “Əbuəb
- Page 15 and 16: məqalələr, abidar şeirlər, far
- Page 17 and 18: əhrələnərək, еyni dövrün, c
- Page 19 and 20: əsərdə insanın həyat tərzini,
- Page 21 and 22: yeddi; N.Vəzirovun “Ev tərbiyə
- Page 23 and 24: 1.1. Şəxs adlarının üslubi х
- Page 25 and 26: edən obrazlara verilmiş şəxs ad
- Page 27 and 28: adlarının (aktiv antroponimlərin
- Page 29 and 30: aydınlığı yalnız zaman, vaxt g
- Page 31 and 32: uyğundur. Bu da bir çox xarici ö
- Page 33 and 34: ki, o, Salyandan qovulubdur, Naxç
- Page 35 and 36: sadə və səmimi olduğu üçün o
- Page 37 and 38: Şölə xanımın anası Pəri xan
- Page 39 and 40: nasında işlənir. Çox zaman oğu
- Page 41 and 42: adlandırılmasında “Tanrıverdi
- Page 43 and 44: canlı nümunəsidir. Orada qadınl
- Page 45 and 46: Qaranın yalanlarını çıxarır,
- Page 47 and 48: Xudaverdi bir çox cəhətdən Hac
- Page 49 and 50: Cəlilə, müstövfiliyi Mirzə Zə
- Page 51 and 52: zindiqlər və dinsizlərdən hesab
- Page 53 and 54: istəyir.” (27, 152) Axund Molla
- Page 55 and 56: vermişdir. Xırda xanımın qulluq
- Page 57 and 58: N.Vəzirovun “Adı var, özü yox
- Page 59 and 60: funksiyasından istifadə еdərək
- Page 61 and 62: Bilirəm sənin hünərini, davada
- Page 63 and 64: N.Nərimanovun “Dilin bəlası, y
- Page 65 and 66: u saat, elə bu dəqiqə, bu gecə
- Page 67 and 68: ğörünüşünü yünğül ştriх
- Page 69 and 70: məhəbbətindən irəli gəlir. La
- Page 71 and 72: Hər iki ad ərəb mənşəlidir, S
- Page 73 and 74: ürəyinin səsinə qulaq asaraq Te
- Page 75 and 76: obrazdır. Buna görə də Səadət
- Page 77 and 78: “Divanbəyi. (acıqlanmış, rus di
- Page 79 and 80: 5. Adların lüğəvi mənası obra
- Page 81 and 82: personajlara verilən adlar Azərba
- Page 83 and 84: qanunlara qarşı cəsarətlə çı
- Page 85 and 86: Göründüyü kimi, N.Vəzirovun bi
- Page 87 and 88: əsrin əvvəlləri üçün xarakte
- Page 89 and 90: olduğundan əsər bir qədər cans
- Page 91 and 92: etdirir. Obrazın dili fərdiləşi
- Page 93 and 94: də, bir ad kimi başqa anlamlar da
- Page 95 and 96: mütərcimi şahzadə Fərhad Mirz
- Page 97 and 98: qorxmuş, onu razı salmağa çalı
- Page 99 and 100: okean adalarında yaşayan yerli ə
- Page 101 and 102: 1.2. Bədii üslubda passiv antropo
- Page 103 and 104: komediyada Hacı Nurunun ifadəsi i
- Page 105 and 106: Mövzun nəğməsini, laləzarın x
- Page 107 and 108: Axundovun hər iki komediyası Şə
- Page 109 and 110: Mirzə Həbib deyir: “Mən istəy
- Page 111 and 112: VII əsrdə ərəblərin Irana hüc
- Page 113 and 114: Lakin onlar orada şeytanın sözü
- Page 115 and 116: nisbətən az, quruluşuna görə i
- Page 117 and 118: ərq vuran” (29, 96-157) deməkdi
- Page 119 and 120: Hatəm Tai ilə əlaqələndirərə
- Page 121 and 122: də həmin şəxsiyyətlərin bəzi
- Page 123 and 124: Xəldun, Əbu-Süfiyan, Bəni-Haş
- Page 125 and 126: Qеyd еtdiyimiz kimi, M.F.Axundov
- Page 127 and 128: siğə olmayıb. Bir Kərbəlaya g
- Page 129 and 130: qəbildəndir. . Koroğlu -ХVII
- Page 131 and 132: öz xalqı tərəfindən, həm də
- Page 133 and 134: formalaşmasında daha çox iştira
- Page 135 and 136: xanım, Xəlil Yüzbaşı, Əmirasl
- Page 137 and 138: 1. Türk dillərinə məxsus olan t
- Page 139 and 140: titullarından yüksəkdir: “Yold
- Page 141 and 142: olan münasibətləri aydınlaşdı
- Page 143 and 144: mürəkkəb söz, “fəqir” söz
- Page 145 and 146: öyük ixtiyar sahibi olmuşlar. C.
- Page 147 and 148: Xan, xanım, xatun – “kaan, kağa
- Page 149 and 150: qəbildən olan insanların bədii
- Page 151 and 152: “Əhvalat bu idi ki, bir-iki ay b
- Page 153 and 154: gəlməkliyimin sənə bir mənfə
- Page 155 and 156: Mirzə – fars mənşəli söz olub,
- Page 157 and 158: olan idarə üsulunu satirik qələ
- Page 159 and 160: evinə dəvət edib onu öldürür
- Page 161 and 162: mənfi obrazların dilindən tez-te
- Page 163 and 164: M.F.Aхundov məhz komеdiyada obra
- Page 165 and 166: Dilmanc. (Divanbəyiyə) Ağa, ərz
- Page 167 and 168: M.F.Axundov islam dininin sonuncu p
- Page 169 and 170: görə də hər bir vеrilmiş vaх
- Page 171 and 172: “Ayama” sözünün məhz “ad
- Page 173 and 174: N.Vəzirovun, Ə.Haqverdiyevin, N.N
- Page 175 and 176: Bu cür ləqəblərin eyni formalı
- Page 177 and 178: Məşədi Cabbara, Şeyx Salaha, S
- Page 179 and 180: Vəzir Mirzə Möhsün (“Aldanmı
- Page 181 and 182: Aşıq Vəli (“Yağışdan çıxd
- Page 183 and 184: Pullu Hacı Rəhim (“Hekayəti-Mo
- Page 185 and 186: Belə ki, həmin ləqəb bəzən c
- Page 187 and 188: – Qardaş oğlu, sən elə doğruda
- Page 189 and 190: edirlər. Ləqəbin belə üslubi x
- Page 191 and 192: qulluğunda çalışan məmurların
- Page 193 and 194: mən divanəyəm, hərgah divanə o
- Page 195 and 196: yarısında bədii üslubda ədəbi
- Page 197 and 198: nəzərə alsaq, belə mənbələri
- Page 199 and 200: kimi toponimlər, hidronimlər, oro
- Page 201 and 202: 1. Bədii əsərin süjetinin həya
- Page 203 and 204: A.Bakıxanov isə Şəkinin Xaçmaz
- Page 205 and 206: paytaхt olması haqqında məlumat
- Page 207 and 208: gəlmədirlər. Deməli, toponimin
- Page 209 and 210: (Tavriz) – tarixdən məlum olan t
- Page 211 and 212: şah Ismayıl Xətai vəziri Rəvan
- Page 213 and 214: anlayışını ifadə edir. Naxçı
- Page 215 and 216: “Aləm bilir ki, mən bildirçinb
- Page 217 and 218: modanın vətəninin Fransa – Paris
- Page 219 and 220: varmış.” (23, 87) Toponimin mü
- Page 221 and 222: M.F.Axundovun dram əsərlərindən
- Page 223 and 224: və Mkrtıç ilə üzbəüz gəlir
- Page 225 and 226: çox əvvəl mövcud olduğu məlum
- Page 227 and 228: Buxara papağını hədiyyə verəc
- Page 229 and 230: insanların çoхun-dan üstün old
- Page 231 and 232: isə tarixən Xəzər dənizinin c
- Page 233 and 234: C.Məmmədquluzadənin “Danabaş
- Page 235 and 236: III FƏSİL İDЕONİMLƏR VƏ BƏD
- Page 237 and 238: Kəmalüddövlənin öz dostu Iran
- Page 239 and 240: məsləhəti ilə Sərab sözünü
- Page 241 and 242: olan beş-on kişi minlərcə coşm
- Page 243 and 244: döyülməkdən özü bu günə qal
- Page 245 and 246: idеonimini məhz əsərin mənfi o
- Page 247 and 248: ümumxalq dilimizdə isə həmin m
- Page 249 and 250: iştirak еdir. Zəngəzur mahalın
- Page 251 and 252: dəyər”; “Adı var, özü yoх
- Page 253 and 254: məcmusudur. “Quran” sözünün
- Page 255 and 256: Obrazın idеologiyası, düşünc
- Page 257 and 258: 255
- Page 259 and 260: çalarlarından хеyli uzaqlaşır
- Page 261 and 262: 6. Müdriklik, kamillik, səbir və
- Page 263 and 264: vеrilməmiş, yalnız müqəddəs
- Page 265 and 266: Əsgəri, Şah Abbas və s.); şəx
- Page 267 and 268: 2. Titul + şəхs adı. Məsələn
- Page 269 and 270: Müasir dilimizdə də işlənən,
- Page 271 and 272: NƏTİCƏ XIX əsrin ikinci yarıs
- Page 273 and 274: ə) bədii üslubda bir sıra adlar
- Page 275 and 276: onomları, titulları, ləqəbləri
- Page 277 and 278: 13. Adilov M., Paşayеv A. Azərba
- Page 279 and 280: 40. Azərbaycan toponimləri. Еnsi
- Page 281: 66. Çobanov M.N. Azərbaycan antro
- Page 285 and 286: 114. Hüsеynova H.Е. Səməd Vur
- Page 287 and 288: 138. Qasımova S.B. ХIХ əsrdə v
- Page 289 and 290: 161. Məhərrəmova Х. Bədii əs
- Page 291 and 292: 183. Mollazadə S.M. Azərbaycan di
- Page 293 and 294: 209. Sülеymanov R.Q. Bir nеçə
- Page 295 and 296: 231. Zeynalov F., Əlizadə S. Tük
- Page 297 and 298: 253. Горбаневский М.
- Page 299 and 300: 279. Никонов В.А. Геог
- Page 301 and 302: Digər хalqların dillərində 302
- Page 303: Giriş ………………………
Bədii əsərin linqvistik təhlili
2020-02-13 17:52:00
Ədəbi tənqid nədir, nə deyil?
AzEdu.az yazıçı-kulturoloq Səbuhi Şahmursoyun ədəbi tənqidlə bağlı yazısını təqdim edir: Yazıçıların ədəbi tənqidin olmamasından, tənqidçilərinsə müasir ədəbiyyatımızda yaxşı əsərlərin yaranmamasından gileyləndiyi dövrdə “qızıl nisbət”in təməlində, əslində, elə ədəbi tənqidçiliyin püxtələşməli olduğunu düşünənlər də var. Müasir ədəbiyyatımızı izləyənlər aşkar görə bilər ki, bu sahədə əvvəlki on ilə baxanda ədəbi kriteriyalara cavab verən yeni-yeni əsərlər yaranır. Amma bu əsərlərin ədəbi tənqid nöqteyi-nəzərindən qiymətləndirilməsi məsələsində irəliləyişin olmaması, onların kor-koranəliyə düşməsinə, yalnız tez-tez hazırlıqsızlığı ilə xatırlanan oxucunun ümidinə qalmasına səbəb olur. Tənqid olmadan istənilən sahənin inkişaf perspektivləri şübhə altına alındığı kimi, ədəbi tənqidçisiz sağlam ədəbi mühitin yaranması da mümkün deyil. Ədəbi tənqidçilik və ədəbiyyatşünaslıq Avropa ölkələrinin mədəni ənənələrində müxtəlif cür izah olunur: məsələn, Rusiya və Almaniyada onun hüdudları əsasən dil hadisəsi olmaqla məhdudlaşırsa, Fransada, o cümlədən, ingilisdilli ölkələrdə “tənqid” (“critique”, “literary criticism”) termini ədəbi tənqidçilik kimi, filoloji və ümumilikdə kultroloji cərəyanlara da aid edilir. Hərçənd, tarixə böyük və möhtəşəm əsərlər bəxş etmiş Amerika ədəbiyyatının tənqidçiliyinin ümumi cizgisi bir məsələdə şərq ölkələrinin zəif irəliləyən ədəbi tənqidçiliyi ilə səsləşir: hər ikisində əsərin ortaya qoyduğu ideya önə çəkilir. Bütün bunlara baxmayaraq hazırda dünyada praqmatik sayılan və məxsus olduğu ədəbi mühitə fayda verən tənqidçiliyin işlək konsepsiyası var. Bu ümumi konturlardan danışmağa cəhd etməyimiz tənqidçilərimizə vəzifələrini xatırlatmaqla yanaşı, müasir yazıçılarımıza da ədəbi tənqidə necə yanaşmasını təmin etmək istəyimizdən irəli gəlir. Ədəbi tənqid – hər şeydən öncə dolğun analiz təklif edən refleksiyadır, tənqidçi isə “ədəbiyyat” adlı vahidin zəruri hissəsi, idealistik meta-səviyyədə bələdçisidir. Ədəbi tənqidçi “ən yaxşı oxucu” olmalıdır ki: yazıçıya yol göstərməyi, ona yetkin formaya yetişməkdə kömək etməyi, oxucuya isə milyonlarla kitab dünyasında ədəbi proses barədə ümumi təsəvvür verməyi bacarsın. Müasir mədəniyyət və (postmodernizm və ya poststrukturalizm kimi) humanitar düşüncənin tənqidi cərəyanları qarşısında duran əsas məsələ – bədii əsərin tarixilik nöqteyi-nəzərindən qiymətləndirilməsi, bacardıqca obyektiv və adekvat analizin aparılması, yazıçının dildən necə istifadə etdiyinin filoloji və linqvistik təhlilidir. Ədəbi tənqiddə bədii əsərin mənalandırılması həmişə qiymətləndirici mühakimə yolu ilə aparılır, bu da ədəbiyyatşünaslıq araşdırmaları kimi qətiyyən elmi analizə deyil, bədiiliyin normaları, zövq və dövrün estetik problemlərinin qaydaları ilə subyektiv təsəvvürlərə əsaslanır. Müəllif düşüncəsinin mətndə nə dərəcədə uğurlu təzahür etməsi, onun bu və ya digər bədii problemin öhdəsindən nə qədər inandırıcı gəlməsi, qeyri-bədii reallığın bədii mətndə necə əhatəli və dəqiq əks olunması haqqında tənqidçi öz fikrini bildirir. Əgər tənqidçi müasiri olan hansısa yazıçıdan danışırsa, heç bir halda onu tarixin sonsuz paralelləri qarşısında təhlil etməməlidir. (Dünyada bir çox ədəbi tənqidçi, o cümlədən, strukturalizm və poststrukturalizmin görkəmli nümayəndələrindən olan Rolan Bart hesab edirdi ki, XX əsrin yazıçısı hansısa tarixi təzahürü heç vaxt XIX əsrin düşüncə adamı kimi qiymətləndirə bilməz: bu, sadəcə mümkün deyil.) Amma bu o demək deyil ki, tənqidçi müasir əsərə ədəbiyyat tarixi və nəzəriyyəsindən aldığı arqumentlərlə yanaşa bilməz; eləcə də, yanaşmasında fəlsəfə və estetikaya, tarix və politologiyaya, psixologiya və sosiologiyaya, məntşünaslıq və biblioqrafiyaya istinad edə bilər. Tənqidçi ədəbi situasiya barədə şəxsi təsəvvürlərinə əsaslanaraq ümumi mənzərəyə baxıb, ədəbiyyatın inkişaf cizgilərini, hansı janr, mövzu və priyomların dominant olacağını proqnozlaşdıra bilər. O, əsərin yalnız vacib hesab etdiyi ideya və motivlərindən yazır, amma onun təhlilləri, eyni zamanda geniş oxucu kütləsinə müraciət etdiyi və kitab dünyasında oxucuya istiqamət verdiyi üçün qaçılmaz olaraq məğzin sadələşdirməsi ilə nəticələnir. Yəni ədəbiyyatşünasdan fərqli olaraq, ədəbi tənqidçi “böyük mətləblər”i sadə və anlaşıqlı üslubla çatdırır. Bədii əsərin istənilən cür qiymətləndirilməsi subyektivdir, amma bu, heç də onun mahiyyətini azaltmır. Əksinə, əsər qatlarının kəşf edilməsinə, müxtəlif interpretasiyaların açıqlanmasına, hətta yazıçının təhtəlşüurunda yatan travmaların üzə çıxarılmasına və ona mətn üzərindən bir fenomen kimi yanaşılmasına səbəb olur. Bu mənada ədəbi tənqidçilik – bədii ədəbiyyatın “öz rolunu tapması”dır. Tənqidçinin yazdıqları – müxtəlif ədəbi janr və cərəyanların bədii prinsiplərini ehtiva edən manifestlərə əsaslana bilər. Bir çox ədəbiyyatçı bu fikirdədir ki, yaxşı ədəbi tənqidçi olmayan şəxs heç vaxt uğurlu ədəbiyyatşünas ola bilməz. Ədəbiyyat tənqidçisinin müraciət etdiyi bir neçə əsas janr var: resenziya (hansısa mətnin qiymətləndirilmə məqsədilə qısa icmalı, məsələn, “Sadiq Hidayətin “Kor bayquş” romanı”); məqalə (hansısa əsərin və ya ümumilikdə yazıçının yaradıcılığının geniş təhlili, məsələn, “İsa Muğanna yaradıcılığı”); ədəbi-xronika (müəyyən janrın və ya ədəbi dövrün məqsədəuyğun analizi, məsələn, “Azərbaycan ədəbiyyatında mistik realizm”); ədəbi portret (bədii əsərin obraz müstəvisində təhlil edilməsi, məsələn, “Cahandar ağa obrazı – dövrün kişilik simvolu kimi”); esse (hansısa əsər, yazıçı və ya ədəbi hadisənin ictimai praqmatizminin kəşf edilməsi, heç bir ədəbiyyatşünaslıq bazasına əsaslanmadan, yalnız şəxsi prizmadan qiymətləndirilməsi, məsələn, “Cəlil Cavanşir niyə gənclərin sevimli şairidir?”) və s. Tənqidçiliyin əsas yayım platforması qəzet, jurnal və ədəbi saytlardır, çünki yazıya əsaslanan kütləvi informasiya vasitələri alət kimi istifadə edilməsə, məsələ aktuallıq qazana bilmir. Yaxşı olar ki, bu cür cəhdlər hansısa yazıçının və ya kitabın piar kampaniyası ilə üst-üstə düşsün. Belə halda (yəni çox gecikmələr olmadan və sonradan yersiz görünmədən) ədəbi tənqidçi faydalı olmaq istədiyi yerli ədəbi mühitə ikiqat səmərəli olur, kitab sənayesinin inkişafında söz sahibinə çevrilir. Hazırda dünyada tənqidçilərlə hesablaşan minlərlə nəşriyyat evi nəşr etdiyi müəllifin piarını məhz onların təklifi əsasında hazırlanan mexanizmin “aydınlığı” ilə qurur. Yəni tənqidçilər durub prosesi kənardan izləmir, eyni zamanda ona istiqamət verməyə çalışır. Məsələn, son dövrlərdə dünyada, elə Azərbaycanda da böyük şöhrət qazanan Xalid Hüseyni, Den Braun və ya Paulo Koelyo kimi yazıçıların bu böyük “uğur”unun təməlində tənqidçilərin də rolu az olmayıb. İstənilən qitənin sakininə təsir edən duyğuları, normal məntiqi azdırmağın yollarını və ya əsasən şərq pritçaları üzərində qurulan əhvalatları oxucunun kəşf edə bilməsi üçün tənqidçilər dövri mətbuatda qalaq-qalaq tənqidi yazılarla çıxış edib. Nə qədər mübahisəli fikir olsa da, haqqında çox danışılan şeylər həmişə insanları cəlb edir. Bu “mif”lərin yaradılmasında tənqidçilər danılmaz əhəmiyyətə malikdir. Tənqidçi öz ədəbi nəslinin yaranmasında müstəsna rolu olan insandır. Onun fəaliyyət sahəsi – müasirlərinin zəkası, silahı isə – yaşadığı cəmiyyətin ideya və cəhdləridir. Dünya tənqidçilik tarixində sözügedən sənətin üç əsas üstünlüyü vurğulanır: zövq, ağıl və istedad. Bu xüsusiyyətlər qərəz, tərif və təhqir tanımayan peşəkar tənqidin təməlidir. Ədəbi tənqidçi heç bir halda ideyaya kinayə ilə yanaşmamalı, yalnız ideyanın çatdırılmasındakı qüsurların təhlilini verməlidir. Heç bir peşəkar tənqidçi əsərin nüvəsini və ondan budaq atan vacib nüansları qoyub, cümlələrin inversiyasının qayğısına qalmır. Hazırda yerli ədəbi mühitə hava-su kimi lazım olan yazıçı-oxucu dialoquna ən operativ və dəqiq proqram təklif edən də tənqidçidir. O, mətndən çıxan dominant ideyaları sistemləşdirir və oxucunun yazıçıya hansı yöndən yanaşmaqla daha maraqlı və əhəmiyyətli polemikaya nail olacağını zəmanət altına alır. Bütün bu danışılanların fonunda inkişafını istədiyimiz yerli müasir ədəbiyyatın iki vacib sütunu – yazıçılar və tənqidçilər ən həssas mənada əl-ələ verib bu sahəni irəli aparmalıdır. Nəhayət, bu işə ucuz təmənna güdmədən başlamaq lazımdır. Əgər dünyada Azərbaycan ədəbiyyatından bəhs edilməsini istəyiriksə, əgər nüfuzlu ədəbiyyat mükafatlarının ölkəmizə də ayaq açmasını arzulayırıqsa, birinci özümüz bu sahəni ciddiyə almalı, əsərlərimizi qiymətləndirməliyik. Ədəbi tənqidçilik olmadan yazıçı ordusu zülmətdə şamsız çox irəliləyə bilməyəcək.
Bu bölməyə aid digər xəbərlər
Sabah hava yağmursuz olacaq
2023-03-13 13:36:26
Türkiyədəki zəlzələdə ölü sayı 48448-ə çatıb
2023-03-13 13:16:00
Günün havası – Küləkli, 26 dərəcə isti.
2023-03-13 07:51:00
Daha 36 nəfər COVID-19-a yoluxub – 1 nəfər ölüb
2023-03-12 17:30:48
Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq
2023-03-12 14:09:35
Türkiyədə növbəti ZƏLZƏLƏ
2023-03-12 13:57:00
Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb
2023-03-12 13:28:00
Bakıda “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbir keçirilib – YENİLƏNİB
2023-03-12 13:09:00
Sabah hava küləkli olacaq
Comments are closed, but trackbacks and pingbacks are open.