Press "Enter" to skip to content

Dəbiyyat müəllimi, sən bir günəşsən

1.2.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirləri və süjetli bədii nümunələri (dastan, poema, hekayə, povest, roman, dram, komediya, faciə) janr, dil baxımından müqayisə edir.

Пути связи анализа и выразительного чтения проиведения на уроках литературы

Şagirdlərə ifadəli oxu bacarıqları bədii oxu sənətinin qanunları, bədii əsərin ideya-məzmununun, sənətkarlıq xüsusiyyətlərinin təhlili, səslənən təsirli sözlə yaradıcı şəkildə canlandırılması əsasında formalaşdırılır. İfadəli oxunun əsasında iki mühüm cəhət durur: 1. İfa edilən əsərin ideya-məzmununun dərindən qavranılması, təsvir olunanların mahiyyətinə nüfuz edilməsi. 2. Hiss edilənlərin, qavranılanların səslənən sözlə dinləyicilərə çatdırılması.

Metodik ədəbiyyatda ifadəli oxu bədii mətnin məzmununun mənimsənilməsi və təhlili ilə sıx əlaqədə götürülür. İfaçı öyrənilən əsərin ifadəli oxusuna hazırlaşarkən ilk növbədə mətnin məzmu­nunu dərindən mənimsəməlidir. Sonrakı mərhələdə əsərin ideya-bədii, mövzu, janr baxımından təhlili aparılır. Bu zaman əsərin oxucuda yaratdığı təəssürat dərinləşir, mətni ucadan oxumaq arzusu oyanır.Əsərin səslənən sözlə çatdırılması ifaçıdan nəyi və hansı məqsədlə çatdıracağını, dinləyicidə hansı hiss və duyğular, fikirlər, düşüncələr oyadacağını, onda hansı qənaəti yaradacağını dəqiq müəyyənləşdirməyi tələb edir.Qarşıya qoyulan məqsəd əsasında konkret ifaçılıq vəzifələri dəqiqləşdirilir. İfaçı qarşıya qoyduğu məqsədə uyğun olaraq dinlə­yicilərə sözlə təsir etməyi bacarmalıdır.

Oxu sənətinin nəzəri əsaslarını işləyib hazırlamış böyük rus aktyoru, rejissoru və pedaqoqu K.S.Stanislavski səhnədə nitqi “hə­qiqi, yaradıcı və məqsədyönlü fəaliyyət” sayırdı. Onun fikrincə, dinləyiciyə sözlə təsir etmək üçün ifaçı əsərin ideya- məzmununu də­rindən bilməli, orada öz əksini tapan hislərin, düşüncələrin, mü­na­sibətlərin mahiyyətinə varmalıdır. Mətndəki mənanı, müəllif niy­yətini başa düşən, oradakı emosional ovqatı hiss edən ifaçı əsərdə təsvir olunan səhnələr, həyat hadisələri haqqında din­ləyicilərdə səs­lənən sözlə aydın təsəvvür yarada bilər.

Mətnaltı məna. Bədii əsərdə həyat hadisələrinin obyektiv inikası ilə yanaşı, müəllifin təsvir edilənlərə, qəhrəmanlara subyek­tiv münasibəti, onları təsvir etməkdə məqsədi də öz əksini tapır. Hadisəyə, qəhrəmanlara münasibət əsərdə açıq şəkildə, birbaşa ifa­də olunma çox vaxt ayrı-ayrı replika, detallar vasitəsilə çatdırılır. E.Heminquey bədii əsərin məzmununu yalnız səkkizdə biri suyun üzərində ucalan aysberqə bənzədirdi. Onun suyun altında qalan əsas hissəsi “mətnaltı mənadır” və məhz bu hissə aysberqin hərəkətinin möhtəşəmliyini göstərir.

Deməli, mətnaltı məna əsərdə təsvir olunanların ilk baxışda aşkara çıxarılmayan məğzi, daxili mahiyyətidir. “İfadəli oxu o zaman vəzifəsini uğurlu yerinə yetirmiş hesab olunur ki, əsərin məz­mu­nuna ifaçının münasibəti və bu məzmuna verdiyi qiymətlə müəyyənləşən mətnaltı məna çatdırılır. Sətirlərin arxasındakı daxili mətləbin – mətnaltı mənanın aşkara çıxarılması asan deyil. Bu, oxucudan diqqətli olmağı, mətnə dərindən nüfuz etməyi tələb edir. Hər sözün, cümlənin üzərində düşünməklə, əsəri dərindən araş­dırmaq və təhlil etməklə doğru nəticəyə gəlmək, yəni mətnaltı mə­nanı üzə çıxarmaq mümkündür.Mətnaltı məna müxtəlif ifaçılar tərəfindən fərqli müəyyənləşdirilə bilər. Bu zaman bütün ifaçılar “əsərin daxili mənasından, mahiyyətindən çıxış edir, lakin hər bir oxucu mətnaltı mənanı müəllifin fikrini, niyyətini, obrazları necə başa düşməsindən asılı olaraq təyin edir”.

Mətnaltı məna əsərin oxusu zamanı müəyyənləşdirilməli, ifa­dəli oxuda dinləyicilərə çatdırılması üçün fasilə, vurğu, into­nasiya və s. məqsədyönlü istifadə olunmalıdır. İfaçı tərəfindən əvvəlcədən ciddi hazırlıq işləri, ifaçılıq təhlili aparılmadan bədii əsərlərin ifadəli oxusu mümkün deyildir. Bədii əsərin mənimsənilməsi və dərk edilməsi, səslənən sözdə yaradıcı şəkildə ifadə edilməsi əsərin ifaçılıq təhlilinin aparılmasını, zəruri hazırlıq işləri görülməsini tələb edir. İfaçılıq təhlili məqsədyönlü, yaradıcı prosesdir. Mətnin ifadəli oxusuna hazırlıq işləri bir neçə mərhələni əhatə edir:

  1. Əsərin məzmununun mənimsənilməsi.
  2. Əsərin ideya-bədii xüsusiyyətlərinin təhlili.
  3. Xüsusi təhlil.
  4. İfaçılıq vəzifəsinin müəyyənləşdirilməsi.
  5. Nitq texnikası üzrə iş.
  1. Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün ədə­­biyyat fənni kurikulumu. V-XI siniflər. (Təlim Azərbaycan di­lin­də olan məktəblər üçün) “Azərbaycan müəllimi” qəzeti, 24 dek. 2010 N 50.
  2. Aşıq Ələsgər. Birinci kitab. Bakı: Elm. 1972.326 s.
  3. Həsənli B. Hüseynoğlu S. Məmmədova S., Mustafayeva A. Ədəbiyyat. 7-ci sinif. Müəllim üçün metodik vəsait. Bakı : Bakınəşr, 2014, 208 s.
  4. Hüseynoğlu S. İfadəli oxunun əsasları.Bakı: ADPU, 2010, 254 s.
  5. Никольская С.Т., Майоров А.В., Осокин В.В. Выразительное чтение. Ленин­град, Просв., 1990, с.17.
  6. Методика преподавания литературы. Под ред З.Рез. М., 1985,368 с.
  7. Рез З.Я. Об особенностях изучения лирики в школе. В сб. Современные проблемы методики преподавания литературы. Куйбышев, 1974, 194 с.
  8. Выготский Л.С. Психология искусства. М., 1968.

Ədəbiyyat müəllimi, sən bir günəşsən

Kurikulum tələbləri ilə işləyən fənn müəllimlərinə kömək məqsədi ilə belə bir bloqun yaradılmasını qarşımıza məqsəd qoyuruq. Burada müəllimlərə metodik dəstək verilməsi, onlarla müəyyən müzakirələrin açılması bir hədəf kimi götürülür.

Ədəbi əsərlərin təhlili(deduktiv dərslər))

  • Получить ссылку
  • Facebook
  • Twitter
  • Pinterest
  • Электронная почта
  • Другие приложения

2. M əktəbdə ədəbi əsərlərin təhlili
(deduktiv dərslər)

Ədəbi əsərlərin öyrənilməsində ən mühüm mərhələ onun təhlil olunmasıdır. Ədəbi təhsilin qarşısına qoyulan mühüm işlər məhz həmin mərhələdə reallaşır. Əsərin məzmununda əksini tapan məsələlər – əxlaqi-mənəvi dəyərlər, müsbət insani keyfiyyətlər, çatışmazlıqların tənqidi və s. bu əsərlərdə öz əksini tapır. Şagirdlərdə onları müşahidə etdirmək, duydurmaq, qiymətləndirmək bacarığının formalaşdırılması bu gün vacib işlər sırasındadır. Bunsuz gənc nəslin yüksək mənəvi dəyərlər ruhunda böyüməsində heç bir irəliləyiş əldə etmək olmaz.

Ədəbi əsərlər müəlliflərin fakt və hadisələrə həssas münasibəti nəticəsində ortaya çıxır.. Bu münasibəti bir anda olsa yaddan çıxarmaq olmaz. Ətraf mühit, mənəvi məsələlər, psixoloji məqamlar bütün keyfiyyətləri ilə sənətkarın duyğular aləmindən keçir. Ona görə də bədii irsin öyrənilməsində sənətkarın ətraf aləmə belə duyğulu yanaşmasına lazımi diqqət yetirilməlidir.

Bədii əsərlər – irs həm də gələcək nəsillərə təqdim olunan, ünvanlanan əmanətlərdir. Onu lazımınca duymaq, obyektiv qiymətini vermək bizim işimizdir. Unutmayaq ki, bədii irsin əsl qiymətverəni zamanın özüdür. Öyrəndiyiniz bir çox əsərlər zamanın sərt sınağından üzü ağ çıxaraq bu günümüzə gəlib çıxmışdır. Yaxşı bilirsiniz ki, zaman – əsrlər süzgəcindən hər cür əsərlər keçə bilmir.

Ədəbi əsərlərin məzmunu kifayət qədər dərindən öyrənildikdən sonra onun təhlili həyata keçirilməlidir. Bu işi “Ədəbiyyat və həyat həqiqətləri” məzmun xəttidəki 1.2. əsas standartının tərkibindəki alt-standartlar, eləcə də şifahi və yazılı nitq məzmun xətlərindəki alt-standartlar yerinə yetirməlidir.

Uşaqlar yaxşıların, yaxud da pislərin nələrdən ibarət olduğunu diqqətlə müşahidə etməli, onların necə törədiyini izləməli, müsbət və ya mənfiliyin yaranması prosesini hissələrinə ayırmalı və hər bir hissənin rolunu, vəzifəsini düzgün təyin etməyi bacarmalıdır.

Ədəbi əsərlər, qeyd etdiyimiz kimi, bir həyat məktəbidir. Bu məktəbdə insan üçün öyrəniləcək, təhlil ediləcək, araş­dırılacaq çox məsələlər vardır. Bunun üçün də həmin yollara bələd olmaq olduqca vacibdir. Bu yolları məişətimizdə problemsiz olaraq tətbiq edirik. Nədənsə xoşumuz gələndə bunun səbəblərini asanlıqla izah edirik, bəyəndiyimiz və ya bəyənmədiyimiz yerləri, keyfiyyətləri əsaslandırmağa çalışırıq. Bədii əsərlərin təhlilində də təxminən eyni qayda vardır.

Müəllim bunlardan son­­­ra metodikanın göstərdiyi üsullara, vasitələrə bələd olmalıdır. Əsərin təhlil olunması işində müəllimin sənətinə sevgisi, fəallığı və təşəbbüskarlığı da bu prosesdə az rol oynamır və bütün bu deyilənlər bütöv bir kompleksi yaradır.

Deməli, müəllim həm nəzəri cəhətdən ətraflı biliyə malik olmalı, həm də konkret bir əsərin təhlili qaydalarına yiyələnməlidir. O, yalnız bundan sonra ədəbi əsərləri lazımi səviyyədə təhlil etdirər və belə bir keyfiyyətləri şagirdlərinə aşılaya bilər. Bizim də məqsədimiz odur ki, hər iki tərəf – həm müəllim, həm də şagird ədəbi əsərləri təhlili yollarına dərindən bələd olsunlar. Bu yolları bilən şagird istənilən əsərlərin müstəqil təhlil olunmasında elə bir çətinlik çəkməyəcəklər. Əslində şagirdlərinə məhz belə bir bacarığı aşılamağı müəllim ciddi bir vəzifə kimi qarşısına qoymalıdır.

Ədəbi əsərlərin öyrədilməsində ən mühüm mərhələ təhlil dərslərinin təşkil olunmasıdır. Təhlil dərsləri əsərin iştirakçılarına, müəllif mövqeyinə, şeir parçalarındakı lirik və ya satirik obraza, onlarda ifadə olunan əhvali-ruhiyyə­yə, əsərlərin bədii-sənətkarlıq məsələlərinə münasibətlə­rin aşkarlanması yolu ilə həyata keçməlidir. 1.2. əsas standartında bu məsələlər lazımi şəkildə ifadə olunmuşdur.

Epik və dramatik əsərlərdə şagirdlər obrazların hərəkət və davranışlarını, daxili və xarici keyfiyyətlərini, əsərdəki yeri və mövqeyini, ifadə etdiyi əxlaqi-mənəvi dəyərləri düzgün dərk etməlidirlər. Unutmaq olmaz ki, müəllif yaratdığı obraz və ya obrazlar silsiləsi vasitəsilə bizə hansısa bir fikri təlqin edir. Əsərdə cərəyan edən əhvalat və hadisəni elə-belə, boş-boşuna danışmır. Ona görə də obrazların hər birinin fərdi key­­­­­­fiyyətləri vardır və bu keyfiyyətlər şagirdlərə bəlli olmalıdır. Obrazların qarşı­lıq­lı münasibətləri, intriqa və ya ziddiyyətlərin səbəbləri, hadisələrin gedişatı, müəllif mövqeyinin dərk edilməsi, obrazların hərəkət və davranışlarının motivləri diqqətlə araşdırılmalıdır.

Lirik əsərlərdə lirik qəhrəman və onun keçirdiyi əhval-ruhiyyə, epik əsərlərdə təhkiyəçi obrazı, surətlər aləmi, dramatik əsərlərdə personajların hərəkəti, mono­loq və dialoqlar, remarkalar diqqətlə təhlilə cəlb olunma­lıdır. Bu cür təhlillərdə müəllimin mühazirəsindən istifadə yolverilməzdir. Həmin təhlillərdə Əsas məsələ fakt və hadisəyə şagirdin özünün müstəqil yanaşmasına şərait yaratmaqdır. Müşahidələr göstərir ki, biliyin bu cür qazanılması daha möhkəm və davamlı olur.

Deməli, proqram materialının xarakterindən və sinfin səviyyəsindən asılı olaraq mətn üzrə şagirdlərin müstəqil işlədilməsi diqqət mərkəzində saxlanılmalıdır. Şagirdləri mübahisə aparmaq mədəniyyə­ti­nə yiyələndirmək, söylənilən rəylərə hörmət etmək, öz mövqeyini müdafiə etmək bacarığını məhz təhlil dərslərində öyrətmək lazımdır.

Təhlil dərslərinin məğzində “Ədəbiyyat və həyat həqiqətləri” məzmun xəttinin 1.2. əsas standartlarının tələbələrinin ödənilməsinə diqqət yetirilməlidir. Bu standartın tərkibindəki alt-standartlarda nəzərdə tutulan bilik və bacarıqların inkişaf dinamikası aşağıdakı kimidir:

1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Şifahi və yazılı ədəbiyyat nümunələrini müqayisə edir.

1.2.2. Obrazların xarakterindəki başlıca xüsusiyyətləri aydınlaşdırır, əsaslandırılmış münasibət bildirir.

1.2.3. Şifahi və yazılı ədəbiyyat nümunələrində bədii təsvir vasitələrinin (epitet, təşbeh) rolunu aydınlaşdırır.

1.2.4. Bədii nümunələrin mövzu və ideyasını aydınlaşdırır, münasibət bildirir.
VI sinifdə:
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.

1.2.1. Bədii nümunələri (əfsanə, nağıl, dastan, təmsil, hekayə) janr xüsusiyyətləri baxımından müqayisə edir.

1.2.2. Bədii nümunələrdəki qəhrəmanları davranış və əməllərinə görə səciyyələndirir.

1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (epitet, təşbeh, mübaliğə, bədii sual) rolunu aydınlaşdırır.

1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını şərh edir, əsaslandırılmış münasibət bildirir.
VII sinifdə:
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri (dastan, hekayə, mənzum hekayə) növ və janr baxımından müqayisə edir.

1.2.2. Digər obrazlarla müqayisə etməklə və yazıçının münasibətinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.

1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (epitet, təşbeh, mübaliğə, bədii sual, təkrir, litota) rolunu aydınlaşdırır.

1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını və başlıca problemini şərh edir, əsaslandırılmış münasibət bildirir.

VIII sinifdə:
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri (dastan, hekayə, novella, dram, poema) növ və janr baxımından müqayisə edir.
1.2.2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir.

1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metafora, bədii təzad, kinayə) rolunu aydınlaşdırır.

1.2.4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir.

IX sinifdə:
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.
1.2.1. Bədii nümunələri (hekayə, povest, roman, dram, poema) növ və janr baxımından müqayisə edir.
1.2.2. Digər obrazların və müəllifin mühakimələrinə əsaslanmaqla ədəbi qəhrəmanları səciyyələndirir.

1.2.3. Bədii nümunələrdə təsvir və ifadə vasitələrinin (metonimiya, inversiya, simvol) rolunu aydınlaşdırır.

1.2.4. Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini və konfliktini şərh edir, onlara əsaslandırılmış münasibət bildirir.

1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.

1.2.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirləri və süjetli bədii nümunələri (dastan, poema, hekayə, povest, roman, dram, komediya, faciə) janr, dil baxımından müqayisə edir.

1.2.2. Davranış və əməllərinə, başqaları ilə qarşılıqlı münasibətlərinə, yazıçının mövqeyinə, digər surətlərin mühakimələrinə əsaslanmaqla obrazları təhlil edir.

1.2.3. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli ədəbi nümunələrdə bədii təsvir və ifadə vasitələrinin obrazlılığın yaradılmasındakı rolunu aydınlaşdırır və münasibət bildirir.

1.2.4. Bədii nümunələrin mövzusunu, ideya-bədii xüsusiyyətlərini bağlı olduğu dövrün sosial-siyasi, mənəvi dəyərləri baxımından təhlil edir və nəticə çıxarır.

XI sinifdə:
1.2. Bədii nümunələrin təhlili üzrə bacarıqlar nümayiş etdirir.

1.2.1. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirləri və süjetli əsərləri (poema, hekayə, povest, roman, dram, komediya, faciə) kompozisiya, dil, üslub baxımından təhlil edir.

1.2.2. Obrazları xarakter və əməlləri, yaşadıqları dövrün sosial-siyasi şəraiti və əxlaqi-etik dəyərləri ilə əlaqəli səciyyələndirir, müqayisələr aparır.

1.2.3. Müxtəlif vəznli (heca, əruz, sərbəst) şeirlərdə, süjetli bədii nümunələrdə bədii təsvir və ifadə vasitələrinin obrazlılığın təmin edilməsindəki roluna əsaslandırılmış münasibət bildirir.

1.2.4. Bədii nümunələrin mövzusunu, ideyasını, başlıca problemini, konfliktini dövrün ictimai-siyasi, mənəvi dəyərləri kontekstindən çıxış etməklə münasibət bildirir və qiymətləndirir.

Ədəbi əsərləri təhlil edərkən müəllim metodik baxımdan aşağıdakı məsələləri diqqət mərkəzində saxlamalıdır:

§ Əsərin təhlili prinsiplərinə bələdlik
§ Əsərin təhlilinə həsr olunan dərslərin düzgün planlaşdırılması və həyata keçirilməsi.

  • Əsəri təhlil etmənin əhəmiyyəti barədə nə deyə bilərsiniz?
  • Əsərin təhlili nə zaman uğurlu alına bilər?
  • Təhlil prosesində müəllimin ümumi və xüsusi hazırlığı dedikdə nələr nəzərdə tutulmalıdır?
  • Əsərin təhlilində hansı təlim-tərbiyə vəzifələri güdülməlidir?

Comments are closed, but trackbacks and pingbacks are open.