Press "Enter" to skip to content

XARİCİ DİL ÖYRƏNMƏK ÜÇÜN 10 ƏSAS ADDIM

اُعِيذُكُمَا بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

Gündəlik dualar və savabları

Sabahlar, xüsusilə küçə və bazarda oxunur:
“Ləə iləəhə illəllaahu vəhdəhu ləə şəriikə ləh. Ləhul mulku və ləhul hamdü yuhyii və yumiit. Və huvə həyyul ləə yəmuut biyədihil xayr və huvə aləə kulli şeyin qadiir”.

Mənası: Allahdan başqa İlah yoxdur, təkdir, ortağı yoxdur, mülk və həmd ona aiddir. Həyatı da, ölümü də o verir. Özü ölməzdir, xeyirlər onun əlindədir. O hər şeyə qadirdir.

Bu dua hər sabah 11 dəfə oxunur. Evdən çıxarkən, yollarda, küçələrdə və hər yerdə oxunur.

Peyğəmbər Əfəndimiz: “Bunu oxuyana Hz. Allah bir milyon savab verər, bir milyon günahını silər, bir milyon da dərəcəsini yüksəldər” buyurmuşdurlar. Oxuyan möminin imanı təzələnmiş olur. Bu dua Rəsulullahın şəfaətinə ən böyük səbəbdir.

“Sübhanəllaahi miləlmiizaan və müntəhəl-ilmi və məbləğarrıza və zinətəl-arş”.

Mənası: Allahı mizan dolusu,elmin sonsuzluğu,rızası böyüklüyündə Arşın ağırlığı qədər təsbih edirəm.

Bu dua səhər və axşam üç dəfə oxunur.

Ömrünün uzun və xoşbəxt olması, imanla ölmək, qəbir əzabından qurtulmaq, sirat körpüsündən keçmək və Cənnətə vasil olmaq üçün oxunur.

Ayaqyoluna girərkən oxunan dua:
“Əuzü billəəhi minəl xubsi vəl xabais”.

Ayaqyolundan çıxarkən oxunacaq dua:
“Əlhamdulilləəhilləzii əzhəbə annil əzəə və aafaanii min zəəlik”.

Mənası: Hamd olsun o Allaha ki, məndən bu pisliyi apardı və ondan məni xilas etdi.

Ayaqyolundan çıxarkən bu duanı davamlı olaraq oxuyanlar idrar və dəstəmaz yollarından xəstələnməzlər.

Ayaqyolu və hamama sol ayaqla girib, sağ ayaqla çıxılmalıdır. Evə və məscidə isə sağ ayaqla girib, sol ayaqla çıxılmalıdır.

Qorxulu bir yuxu görüncə oxunan dua:

Qorxulu bir yuxu görən yuxunun doğru çıxmaması üçün “HüvAllahülləzi…” ayətindən başlayıb “Həşr” surəsinin sonuna qədər oxuyur və 1 Fatihə, 11 İxlası-Şərif oxuyub Peyğəmbərimizin (s.ə.v.) ruhuna hədiyyə edərək: “Ya Rəbbi,əgər gördüyüm bu yuxu xeyir isə xeyrini ver, şər isə xeyirə yoz. Xeyirdirsə bizə, şərdirsə düşmənlərimizə olsun” ,deyə dua edər.

Xeyirli bir yuxunun tez həyata keçməsi üçün yenə bir Fatihə, 11 dəfə İxlası-şəfir oxuyub, Rəsulullaha (s.ə.v.) hədiyyə edilməlidir.

Varlı olmaq üçün oxunan dua:

Allahın icazəsi ilə zəngin olmaq üçün bu duanı üç dəfə sabah axşam oxumalıdır.

“Yaa hamiidəl fiali zəlmənni aləə cəmii xalqihii bilutfihii”.

Mənası: Ey bütün etdikləri təriflənməyə layiq olan və lütfü ilə bütün məxluqatına ehsan sahibi olan Allahım.

Axşam yatarkən oxunan dua:
“Allaahummə bismikə əmuutu və əhyaa”.

Mənası: Allahım, adınla ölür, adınla dirilirəm.

Yataqdan qalxarkən oxunacaq dua:

“Əlhamdülilləəhilləzii ahyaanəə bədə məə əməətənəə və ileyhil bəsu vənnuşur”.

Mənası: Hamd olsun Allaha ki, öldükdən sonra bizi diriltdi.Öldükdən sonra dirilib həşr olunmaq (toplanmaq) ondan aslıdır.

Davamında böyük fayda olan dualar:

1.”Allaahummə ərinəl haqqa haqqan vərzuqnəl ittibaa ileyh və ərinəl baatilə baatilən vərzuqnəl ictinəəbə anhu”.

Mənası: Ey Allahım, bizə haqqı haqq olaraq göstər və bizi haqqa tabe et, batili batil olaraq göstər və ondan uzaqlaşdır.

2.”Allaahummə yaa muqallibəl quluub, səbbit qalbi aləə diinikə və taatikəl islam”.

Mənası: Ey qəlbləri döndərən (qəlblərə hökm edən) Allahım, mənim qəlbimi dinin və islami itaətin üzərinə sabit qıl.

Bəlaya düçar olmuş birisini görüncə oxunacaq dua:
“Əlhamdulilləəhilləzii aafaanii mimməbtəlaakə bihii və fəddalənii aləə kəsiirin mimmən xaləqa tafdiləə”

Mənası: Həmd olsun Allaha ki, sənin düçar olduğundan məni qorudu və məni yaratdıqlarının bir çoxundan üstün etdi.

Bu dua bəlaya düçar olmuş birini görən zaman, o bəlaya özünün də düçar olmaması üçün oxunur. İnsan qətiyyən başqasına gülüb, onu utandırmamalıdır.Çünki güldüyü şey öz başına gələ bilər.

Sabah namazının fərzi ilə sünnəti arasında oxunacaq dua:
“Yaa hayyu yaa qayyuumu yaa zəlcəlaali vəl ikram. Əsəlukə ən tuhyiyə qalbi binuuri marifətikə əbədən yaa Allaahu yaa Allaahu ya Allaah ya bədiiassəməvəti vəl ard”.

Mənası: Ey Hayy və Qayyum olan (Allahım). Ey cəlal və ikram sahibi olan (Allahım)! Ey göyləri və yeri tayı bərabəri olmayan bir nizamla yaradan (Allahım)! Ey Allahım! Ey Allahım! Ey Allahım! Qəlbimi mərifət nuru ilə əbədiyyən oyaq saxlamanı istəyirəm.

Bu duanı sabah namazının sünnəti ilə fərzinin arasında ən azı üç dəfə oxumağa davam edənə son nəfəsində imanla getmək qismət olar.

Səhər tezdən oyanmağın faydası

Bütün ruzilər, səhər fəcri vaxtında paylandığı üçün bu vaxtını yuxuda keçirənlər ruzilərini tam ala bilməzlər. Evdəki kiçik, böyük hər kəsin qaldırılması yaxşı olar…Günəş doğduqdan sonra istəsələr yenə yatmaq olar…

Dualar mümkün olarsa üç dəfə oxunmalıdır, çünki üç dəfə oxumaq duanın qəbuluna səbəb olar.

XARİCİ DİL ÖYRƏNMƏK ÜÇÜN 10 ƏSAS ADDIM.

1-ci addım:
QƏTİ QƏRAR VERİN: Dil öyrənməyə neçə dəfə başlamısınız? Güman ki, bir çox dəfə. Amma kursa getmisiniz, kitab almısınız, internetdən təqib etmisiniz və sıxılıb buraxmısınız. Təkrar olaraq bunu yaşamamaq üçün dil öyrənməyə ciddi bir qərar verməyiniz lazımdır. Niyə dil öyrənmək istədiyinizi bilməyiniz də bura daxildir. Başqa ölkələrə köçmək, işləmək, gəzmək üçün ola bilər. Başqa dildə oxumaq, yazmaq, izləmək üçün də ola bilər. Hər nə olursa olsun, siz qəti qərarınızı verin və o cür başlayın. Qərar verərkən də, xarici dili, oxumaq, yazmaq, danışmaq və ya hamısını etmək üçünmü öyrənəcəyinizi də dəqiqləşdirin. Sadəcə kitab oxumaq, internetdən məlumat toplamaq üçün dil öyrənəcəksinizə, təbii ki, proqramınız, danışmaq üçün dil öyrənəndən daha fərqli olmalıdır.

2-ci addım:
PROQARMINIZ TƏQVİMLİ OLSUN: Dil öyrənərkən özünüzü aldatmayın. 3 ayda dil öyrənmək üçün 24 saat dillə yatıb qalxmalısınız. Şagirdsinizsə, tələbəsinizsə, məmursunuzsa, işçisinizsə, ev xanımısınızsa, müdürsünüzsə, nəticədə, əvvəlcə, işinizi görüb, məktəbinizə gedib sonra dil öyrənəcəksiniz. Ona görə də məqbul və məntiqli bir zaman proqramı hazırlayın. Məsələn, belə bir proqram ola bilər: 6 ayda oxumaq, 10 ayda yazmaq, 12 ayda danışmaq, 24 ayda tərcümə etmək. Bu, ortalama olaraq, yeni bir dil öyrənən insanlar üçün olduqca uyğun bir proqramdır.

3-cü addım:
PROQRAMINIZA ƏMƏL EDİN: Hər öyrənən üçün ən çətin olanı bu tərəfdir. Proqrama əməl etmək. Çünki çox vaxt bir maneə çıxır və proqramımızı pozur. Bu mövzuda rahat olun. Bir gün çalışmadınızsa, axşam yatmazdan əvvəl 5- 10 dəqiqə öyrəndiyiniz dildə cümlələr qurmağa çalışaraq yatın. Ya da maşınınızla ya avtobusla gedərkən telefonunuza yüklədiyiniz materiallardan dinləyin. Əsla, “Neçə gündür, çalışmıram..bu iş olmayacaq” deməyin. Hər zaman davam edin. Kiçik, kiçicik öyrənmə fürsətlərini belə qaçırmayın. Duş qəbul edərkən, yemək hazırlayarkən, piyada getdiyiniz zaman, idmanla məşğul olarkən… Bəzən sizdən asılı olmayan səbələrə görə, proqramınız 1-2 ay kimi uzun müddət qədər uzana bilər. O zaman qətiyyən buraxmayın, ara verdiyiniz müddəti zaman təqviminə əlavə edin və davam edin.

4-cü addım:
NİZAMLI ÖYRƏNMƏYİN: Bu ifadəni səhv yazdığımı zənn edə bilərsiniz. Xeyr, doğru yazdım: Nizamlı öyrənməyin. Nəzərdə tutduğum budur: Yəni sıra ilə gedərək qrammatik məlumatları, ən sadə cümlələrdən başlayaraq danışmağa çalışmaq məşqləri etməyin. Bu gün çox sadə bir mövzu, digər gün heç eşitmədiyiniz ağır məlumatlar ehtiva edən başqa bir mövzunu çalışın. Qrammatikanı ordan-burdan çalışın. Bir kitaba bağlı çalışırsınızsa, bəzən başlardan..bəzən ortalardan..bəzən sonlardan çalışın. Unutmayın, uşaq olanda, danışdığımız dili öyrənərkən, nə qrammatika bilirdik, nə də dil bilgisi. Eşidə -eşidə şüuraltımız öyrənmişdi və biz də danışmağa başlamışdıq. Yeni dili də bu cür düşünün. Hər şeydən bir şeylər çalışın, dinləyin, danışın.

5-ci addım:
ƏZBƏRLƏMƏYİN: Xarici dil öyrənərkən əzbərləməyə ehtiyac yoxdur. Çünki həyatdakı ünsiyyətlər əzbərlə yaşanmır, o an təsadüfi yaşanır. Yeni tanış olduğunuz hər kəsdən, “adın nədir, haralısan, nə qədər vaxtdır burdasan, nələri sevirsən” kimi sualları arxa-arxaya soruşuruqmu? Xeyr, söhbət bizi o suallara onsuz da aparır. Əzbərləmək yerinə sözləri və cümlələri bol bol istifadə edin. Yeni bir sözmü öyrəndiniz, bunu dərhal istifadə edin. Mümkünsə, qeyri-adi şəkildə istifadə edin. Məsələn, “yaşıl” sözünü öyrəndiyiniz dildə öyrəndiniz, dərhal qeyri-adi söz birləşmələri və cümlələr qurun: “Yaşıl adam gördüm, yaşıl su içdim, yaşıl çörək yedim” kimi.

6-cı addım:
SƏSLİ TƏKRAR EDİN: Şüuraltınız səsi çox sevir. Səsli danışın, oxuyun, yazın. Film izləyərkən, kitab oxuyarkən, musiqi dinləyərkən səsli olaraq təkrarlayın. Bu təkrarların sayı artdıqca və zaman keçdikcə sizə nə qədər çox yararlı olduğunu özünüz görəcəksiniz. Dilin sözləri və cümlələri öz-özünə ağlınıza gələcək. Kursa gedirsinizsə, kursdan verilənləri, getmirsinizsə, inernetdən tapdıqlarınızı bol-bol oxuyun, izləyin. Eyni mövzuları başqa qaynaqlardan çalışın, dinləyin. Bu mövzuda bir kitab evinə getdiyiniz zaman və internetdə o qədər çox köməkçi qaynaq var ki, heç bir zaman çətinlik çəkməzsiniz. Sadəcə olaraq, siz, tapdığınız bu qaynaqların haqqını verin.

7-ci addım:
DOST TAPIN: Dünyanın kiçik bir kəndə döndüyü bu mühitdə öyrəndiyiniz dili danışan yoldaşlar tapmaq o qədər asandır ki. Facebook, Twitter, Msn, Gmail kimi sosial mühitlərdən və xarici dil yoldaşlığı üçün qurulan bir çox saytdan faydalana bilərsiniz.

8-ci addım:
ALT YAZI OLMADAN FİLM İZLƏYİN: Xarici dil öyrənərkən hər kəs filmlərdən faydalanır. Ancaq çoxumuz alt yazı ilə (öz doğma dilimizdə və ya bildiyimiz hər hansı bir dildə) izləyirik ki, filmi anlayaq. Bunu beyninizdən silin. Filmlərdə alt yazı istifadə etməyin. İstifadə edəcəksinizsə də, öyrəndiyiniz dilin alt yazısı olsun. Sadəcə filmi izləyin. 5-10 filmdən sonra nə qədər çox inkişaf etdiyinizi və filmi bir qədər anlaya bildiyinizi görəndə, özünüz də təəccüblənəcəksiniz.

9-cu addım:
GÜNDƏLİK TUTUN: Deyə bilərsiniz ki, heç öz dilimdə gündəlik tutmuram, qalmış xarici dildə tutum. Mənim demək istədiyim odur ki, öyrənmə gündəliyi tutun. “Bu gün bu dərsi işlədim. Bu sözləri öyrəndim. Bu anlamda işlənirlər” şəklində məlumatları qeyd edin. Sonra onları oxuyun. O gündəliklər, zaman keçdikcə, sizə, nə qədər çox bilgi öyrəndiyinizi göstərən və sizi cəsarətləndirən dostunuz olacaq.

10-cu addım:
CƏSUR OLUN, SƏHV EDİN: Ən önəmli addımı ən sona saxladım. Çünki dil öyrənməyin ən asan yolu bol-bol səhv etməkdir. Əgər başqa biri ilə danışarkən, yazışarkən, səhv edirsinizsə, təbii olaraq sizə bunun doğrusunu öyrətmək istəyəcək. Bu da sizə pulsuz müəllim. Öz-özünüzə səhv etsəniz də, doğrusu ilə qarşılaşdığınız zaman şüuraltınız sizi doğrusuna yönləndirəcək. Çünkü səhvi bəlkə bir dəfə edəcəksiniz amma doğrular bir çox yerdə qarşınıza çıxacaq. Şüuraltı hər zaman çoxluğun tərəfindədir. Buna görə də dil öyrənəndə, “Cəsur ürək” olun və dayanmadan yalnış doğru dilə hücum edin.

Xarici dil öyrənmək çox çətin kimi görünən amma beyninizdə sizi qorxudan əngəlləri tərk etdiyiniz zaman çox zövqlü bir öyrənmə müddətidir. Başqa bir dildə söhbət etməyin, kitab oxumağın, gündəlik tutmağın verdiyi zövq həqiqətən də başqadır.

Xarici dil öyrənmə müddətinizdə sizə uğurlar diləyirəm. Bir gün başqa bir dildə görüşmək arzusu ilə.

Mənbə: dahibeyin.blogspot.com
Müəllif : Adem Özbay
Hazırladı: Fidan Aslanova

Uşağlarnızı qorumaq üçün oxunan dualar

Əssələmu aleykum dəyərli valideynlər
Baxın bu əslində çox ciddi məsələdir. Şirin balalarımızı hətta ölümlə belə nəticələnə bilən nəzərdən qorumağın ən gözəl üsulunu, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) də öz sevimli nəvələrinə oxuduğu duanı aşağıdakı məqalədə ətraflı oxuya bilərsiniz. Oxuyub keçməyin tətbiq edin.

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

Cabir (Allah ondan razı olsun!) peyğəmbərin (Allahın salam və salavatı onun üzərinə olsun!) belə dediyini rəvayət edir:

«Nəzər insanı qəbrə, dəvəni qazana salar» (İbn Hibban, 2/107; əl-Əlbani və b.). Yəni nəzər dəyən adam ölər, onu qəbrə basdırarlar, nəzər dəyən dəvəni isə ölməmiş tez kəsərlər.

Çox vaxt fikir verməsək də, əslində nəzər, gözdəymə çox ciddi fəsadlara gətirib çıxarır. Hətta anında öldürə bilər. Biz uşaqları bəzəyib bayıra çıxartmağı, ya da qəşəng şəkil və videolarını çəkib başqalarına göndərməyi, profillərə qoymağı xoşlayırıq.. Amma heç nəzərə gələ biləcəklərini düşünmürük. Halbuki sahabələr qəşəng uşaqların üzünə kömür sürtərdilər ki, çirkin görünüb, nəzərə gəlməsinlər.

Mütəqaddim alimlərdən olan Hafiz əl-Bəğavi (Alah ona rəhm etsin!) “Şərhu’s-sunnə” əsərində qeyd edir ki, Osman ibn Əffan (Allah ondan razı olsun!) çox gözəl bir uşaq görür və onun nəzərdən qorunması üçün valideyninə deyir ki: “Bu uşağın çənəsinə qara boya sürtərək gözəlliyini gizlədin”.

Bəzən “səbəbsiz” yerə uşaqlar pis vəziyyətə düşür, qızdırma, qusma, ishal, çığırıb ağlama və s. Amma nəzərdən bu hala düşə biləcəkləri ağlımıza gəlmir. Ən doğrusunu Allah bilir.

Əlhəmdulilləh, Allah bizi çarəsiz qoymayıb, sünnədə gələn, Peyğəmbərimizin (Allahın salam və salavatı onun üzərinə olsun!) nəvələrinə (Allah onlardan razı olsun!) oxuduğu dua var ki, oxunduğu gün o uşaqlar Allahın himayəsi altında olar və heç bir şeytan, zərərli həşərat və bəd nəzər onlara zərər verə bilməz.

Allah Rəsulu (Allahın salam və salavatı onun üzərinə olsun!) nəvələri Həsən və Hüseynin (Allah onlardan razı olsun!) nəzərdən qorunması üçün bu duanı oxumuşdur[1]:

اُعِيذُكُمَا بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[ui’zukumə bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

Hər bir şeytan,hər bir zərərli həşəratdan və hər pis gözdən qorumaq üçün sizi Allahın tam kəlimələrinə həvalə edirəm.

Dua uşaqların say və cinsindən asılı olaraq belə oxunur inşəAllah:

◆ Bir oğlan uşağı üçün:

اُعِيذُكَ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[ui’zukə bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

◆ Bir qız uşağı üçün:

اُعِيذُكِ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[ui’zuki bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

اُعِيذُكُمَا بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[ui’zukumə bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli aynin ləmməh]

◆Daha çox uşaq üçün cəm forması :

اُعِيذُكُمْ بِكَلِمَاتِ اللهِ التَّامَّاتِ مِنْ كُلِّ شَيْطَانِ وَهَامَّةٍ وَمِنْ كُلِّ عَيْنٍ لَامَّةٍ

[ui’zukum bikəlimətilləhit-təmməti min kulli şeytanin və həmmətin və min kulli seyin qadir

(rain) Paylaşarak xeyrə səbəb olun. Kimlər bu duanı sizin xatırlatmanız səbəbilə öyrənib tətbiq etsə hər dəfə sizə də əcr yazılacaq in şə Allah. Bilin ki, elmi yaymaq şərəfli işdir.
Hətta Abdullah ibn Mubərak (Allah ona rəhmət etsin) buyurmuşdur:

«Mən peyğəmbərlik dərəcəsindən sonra elmi yaymaq qədər fəzilətli bir dərəcə tanımıram.» (Təhzibul Kəməl, 16/20)

Comments are closed, but trackbacks and pingbacks are open.