İş görüşmələrində bədən dili
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Bədən dili insan haqqında çoxlu informasiya verir
İnsanı digər canlılardan fərqləndirən ən mühüm xüsusiyyət müxtəlif ünsiyyət vasitələrindən istifadə edərək hiss, duyğu və düşüncələrini digərlərinə asan və rahat şəkildə ötürməsidir. İnsanlar şifahi və yazılı ünsiyyət vasitələri ilə yanaşı, bədən dili ilə də yaşadığı duyğu və coşqunu, sevinc və kədəri büruzə verirlər.
Milli.Az bildirir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bədən dilindən istifadə etməyin üstünlükləri barədə danışarkən AZƏRTAC-a deyib: “Bədən dili bizim haqqımızda çox informasiya verir. Hətta danışmasaq da, onun haqqında müəyyən informasiyalar ötürür”.
Onun dediyinə görə, fərdlərarası və üz-üzə ünsiyyətdə məkan, səs tonu, jestlər və mimikalar ünsiyyət əsasını təyin etməkdə böyük rol oynayır: “Bədən dili vasitəsilə birbaşa şüuraltı mesajlar ötürülür, çünki insanın düşüncə və davranışları 3D formatında həyata keçirsə, göstərdiyimiz bədən dili şüuraltı olaraq aktiv olmayan nitqin göstərdiyi hərəkətlərdir”.
Hər bir cəmiyyətin mədəniyyətində istifadə etdiyi özünəməxsus bədən dili var və onun istifadə formaları da müxtəlifdir.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
İş görüşmələrində bədən dili
Müəllif: Nüsrət Xəlilov İş görüşmələrində sahib olduğunuz peşəkar bilik və bacarıqlarla yanaşı ən önəmli məsələlərdən biri yaxşı özünü təqdimat bacarıqlarınızın olmasıdır. Özünü təqdimat ünsiyyət vasitəsilə baş tutur. Ünsiyyət dedikdə yalnız sözlər deyil, eyni zamanda bədən dili və səs tonu olmaqla qeyri şifahi nitq vasitəsilə ünsiyyət də başa düşülür. Araşdırmalara görə ünsiyyət zamanı məlumatların ötürülməsində sözlər yalnız 7 faiz təsir göstərə bilir. Əsas hissə isə, 38 faiz səs tonu, 55 faiz isə bədən dili olmaqla qeyri şifahi nitqin payına düşür.Hər nə qədər uyğun namizəd olsanız belə monoton səs tonu ilə nə qədər əhəmiyyətli sözlər danışsanız belə bunun effekti çox az olacaq. Amma müsahibədə ünsiyyət qurarkən uyğun səs tonu və bunu tamamalayan bədən dili hərəkətləri ilə ünsiyyət qursanız müsahibə götürənlərdə uyğun namizədin siz olduğunuz fikrini şüuraltı yaratmış olacaqsınız.Bədən dili şüuraltına təsir göstərir. Bu baxımdan biz dilimizlə nə desək də bədən dili hərəkətlərimiz həqiqi hiss və düşüncələrimiz haqqında fikir formalaşdırır.Bədən dilinin önəmini daha yaxşı görmək üçün bir nümunəyə baxaq. Təsəvvür edək ki, hər hansı bir mövzuda seminarda iştirak edirsiniz. Təlimçi monoton səs tonu və eyni vəziyyətdə təlim deyirsə bu təlimdən gözlədiyiniz effekti əldə edə bilməyəcəksiniz. Baxmayaraq ki, təlimçi sizin işinizə və ya həyatınıza vacib çox önəmli məlumatlar versə də bu seminar sizə cansıxıcı gələcək. Ən yaxşı halda hörmət əlaməti olaraq onu dinləmiş kimi özünüzü göstərəcəksiniz.Bədən dili hər sahədə faydalıdır. Xüsusi faydalı olduğu sahələrdən biri də iş müsahibələridir. Müsahibə zamanı namizədin göz və üz ifadələri, əl və bədən hərəkətləri ilə onun haqqında fikir formalaşdırmaq mümkündür.Müsahibələrdə ən çox rastlanan bədən dili hərəkətlərinə baxaq.1. Namizəd məlumat verərkən göz kontaktı qurmur və gözlərini yayındırır. Bu, onun verdiyi məlumatların doğru olmadığı və özünə əmin olmadığına işarədir.2. Məlumat verərkən tez tez əlini burnuna, qulağına aparırsa bu da verilən məlumatları təhrif etmək mənasına gəlir.3. Əllərini masanın üzərində bir birinə dolaşdıraraq hərəkət etdirirsə, bu, namizədin səbirsiz və müsahibə prosesinin sıxıcı olduğu mənasına gəlir. 4. Zəif səs tonu ilə danışması. Bu zaman namizədin utancaq və özünə inanmayan biri olduğu təəssüratı yaranır.5. Çiyinlərini aşağı bükərək oturması yorğunluq, arxayınsızlıq nümayiş etdirir.6. Ayağını və əlini masanın arxasında və ya üzərində tez tez hərəkət etdirməsi də namizədin səbrsiz və müsahibə prosesindən sıxıldığı mənasına gəlir.Bunlar o demək deyil ki, məlumat verərkən sabit dayanmaq və bir nöqtəyə baxaraq danışmaq lazımdır. Xeyr. Sadəcə düzgün bədən dilindən istifadə etmək lazımdır. Müsahibə götürənlərin hər birinin gözlərinə baxaraq uyğun səs tonu və bədən dili hərəkətləri ilə danışmaq, onlara verilən məlumatların doğru olduğunu təsdiq edici bədən dili ilə nümayiş etdirmək lazımdır.
Comments are closed, but trackbacks and pingbacks are open.