Bənövşəni xalq təbabətində necə istifadə edirlər
Dəvərəgöz bənövşənin tərkibi müxtəlif kimyəvi maddələrlə zəngindir. Onun tərkibində insulin, askorbin turşusu, salisil turşusu, C vitamini, efir yağları, tanin, alkoloid turşusu, violaementin, polisaxaridlər var. Bu bitki orqanizmə ödqovucu, disikqovucu, antiseptik təsir göstərir. Onun dəmləməsindən qadın xəstəlikləri, dəri xəstəlikləri, bronxit, soyuqdəymə, mədə-bağırsaq xəstəlikləri, sidik ifrazı sisteminin xəstəlikləri zamanı istifadə edilir. Tərkibində sink, selen və kaliumun çox olmasına görə ondan ən çox kosmetologiya sahəsində istifadə edilir.
Bədənimi necə sərinləyə bilərəm
Tənəffüs orqanlarımız tərəfindən ifraz olunan yapışqan və rəngli maddəyə bəlğəm deyilir. Normal şərtlərdə tənəffüs yollarımızda bir miqdar bəlğəm olması çox normaldır, lakin bu bəlğəmin hər keçən gün çoxalaraq yığılması və rənginin dəyişməsi xəstəlik xəbərçisi ola bilər. Bəlğəminiz rəngi qırmızıysa, yəni qanlı bəlğəm atırsınızsa ciddi bir ağciyər narahatlığı keçirir ola bilərsiniz. Sarı rəngli bəlğəmlər tənəffüs yollarınızda bir iltihablanmanın söz mövzusu olduğunu göstərir. Qara və ya boz rəngli bəlğəmlər isə həddindən artıq siqaret çəkən insanlarda və davamlı çirkli hava ilə tənəffüs insanlarda görülür. Şəffaf bəlğəm isə astmanın ən böyük xəbərçisidir. Bu bəlğəmi atmaq üçün astma xəstəsi adam olduqca çətin bir proses keçirər.
Bəlğəmi nə təmizləyər?
Hal-hazırda təbii olan bir çox bitki və bu bitkilərdən edilən qarışıqlar bəlğəmi bədəndən atmaq üçün istifadə edilir. O bitkilərdən bəziləri bunlardı.
Cirə çayı: Cirə çayı inədəki tıxanmaları açmaq üçün köməkçı bir şəfa qaynağıdır. Içilməsinin yanında qaynadılıb buxarı iyləndiyində də ciyərlər bir az daha yumuşayarak bəlğəm çıxarmağı daha əlverişli hala gəlir.
Kəklikotu çayı: Kəklikotu çayı soyuqdəymə xəstəliklərində istifadə edildiyi kimi, bəlğəm sökdürücü xüsusiyyəti üçün də çox rahat istifadə edilə bilər. Ciyərləri yumşaldaraq daha rahat öskürmə imkanı verir. Dadı xoşunuza gəlməzsə limon və balla qarışdırılaraq da içilə bilərsiniz.
Nanə çayı: Nanə çayı adamın ciyərini təmizləməsinin yanında adamın boğaz hissəsini də rahatlaşdıraraq bəlğəmini daha rahat çıxarmasını təmin edir.
Okaliptus çayı: Təbii məhsullar arasında ən təsirli bəlğəm sökdürücü okaliptus çayıdır. Həm boğazı,həm də ciyərləri rahatlaşdırar.
Şüyüd çayı: Şüyüd çayı, bəlğəmdən və bu səbəbdən bronxittən qaynaqlı ola biləcək quru quru öksürməyə şəfa olma xüsusiyyəti daşıyır.
Limon: Limonun suyunu sıxıb çayını hazırladıqdan sonra içərisinə bal qataraq içdiyinizdə bəlğəm sökdürücü xüsusiyyətə malik olduğunu görəcəksiniz.
Soğan: Soğanla birlikdə limonu sıxıb suyunu çıxardıqdan sonra bunları qarışdırıb qaynadın, üzərinə bal əlavə edib gün içərisində 2-3 dəfə içsəniz astma xəstəliyi olanlar üçün şəfa olacaqdır.
Alma: Bütün bir almanı blendirdən keçirib çıxardığınız pürəni qaynadıb sonra üzərinə istəyinizə görə qərənfil də ataraq içə bilərsiniz. Bu qarışıq bəlğəm sökdürücüdür.
Sarımsaq: Əvvəldən qaynatdığımız suyun içinə əzilmiş sarımsaq, limon, qara bibər və çox az duz atıb yaxşıca qarışdırın. Bu müalicə astma xəstələri, bronxit narahatlıqlar keçirənlər və bəlğəm problemi olanlar üçün şəfa niyyətinə istehlak edilməsi lazım olan bir içkidir.
Kök: Kökün suyunu sıxıb pürəsi ilə birlikdə içərisinə bal qarışdırdığınızda gündə 3 dəfə istehlak etmək astma xətəliyinizə və bəlğəm probleminizə rahatlaşdırıcı bir həll yarada bilərsiniz.
Bibər: Bibərin bəlğəmi qurutma təsiri vardır. Bir bibəri balla birlikdə qaynadıb yeyərək ya da yarım limonun üzərinə duzla qara bibər səpib yeyərək bəlğəminizi daha rahat çıxarda bilərsiniz.
Bənövşəni xalq təbabətində necə istifadə edirlər?
Xalq arasında dəvərəgöz bənövşə adı ilə adlandırılan bu çiçəyin elmi adı üçrəng bənövşədir(viola tricolor). Bu çiçək müxtəlif ölkələrdə müxtəlif cür adlandırırlır.
Tarixi
Bu çiçəyin tarixi Yaponiya və Çinə gedib çıxır. Bənövşə rənglərinin gözəlliyinə görə dünyada ən məşhur çiçəklərdən hesab edilir. Bu bitki barədə bir çox tarixi və müasir ədəbiyyatda da tez-tez rast gəlinir.
Əfsanələr və söyləntilər
Dəvərəgöz bənövşə haqqında çoxlu əfsanələr danışılır. Qədim Poma mifalogiyasında bənövşə heyrətin, sevginin, sevgiyə sadiqliyin rəmzi hesab edilir.
Qədim Rus əfsanələrində bu çiçəyi soyuqqanlılıqla öldürülmüş Anyutanın gözlərinə də bənzədirlər.
Başqa bir əfsanədə isə sevgilisindən zorla ayrı salınan qızın həsrətdən ölməsi və onun qəbrinin üstündə bu bənövşələrdən bitməsi barədə bəhs edilir.
Bir çox ölkələrdə dəvərəgöz bənöbşə ilə bağlı müxtəlif adətlər var. Məsələn, İngiltərədə sevgililər günündə bir-birlərinə bənövşə verirlər. Polşada qızlar öz nişanlıları və ya ərləri ilə uzun müddət həsrətdən sonra görüşdükdə onlara bənövşə verirlərmiş. Dəvərəgöz bənövşə bizim ədəbiyyatımızda saflıq, təmizlik və məsumluq mücəssəməsi kimi ifadə olunur.
Növləri
Üçrəng bənövşənin bir çox hibridləşmiş növləri var. Bunlardan ən məşhuru Vimmroka növüdür. Bənövşənin Vimmroko növü rəngləri və rənglərinin parlaqlığı ilə digər növlərindən seçilir. Seleksionerlər bənövşənin tez-tez yeni gözəl və uzunömürlü növlərini əldə edirlər. Bənövşə müxtəlif hava şəraitinə, müxəlif bölgələrə uyğun olaraq yetişirlər.
Bənövşənin əksər növləri ikiillik və çoxillik olur. Onların boyu 15-30 sm-ə qədər qalxa bilir, rənglərinin müxtəlifliyi ilə hamını heyran qoyur. Bənövşə növündən asılı olaraq aprel ayından sentyabr ayına qədər çiçək açır.
Əkilməsi və qulluq edilmə qaydaları
Bənövşə toxum və ya körpə şitillər vasitəsilə yetişdirilir.Adətən onu yazın ilk gülərində əkirlər. May ayında əkilərsə o zaman onun çiçək açması yubanır və gözəl çiçəkləri olmur. Onu əkərkən iqilimi nəzərə almaq lazımdır.
Bənövşə soyuğa, qara davamlı bitkidir. Onun toxumları torpağa sıçradıqda hava qızmar olmasa yenidən böyüyə bilir. Toxumları qar altında, suda donub qalmasa yenidən inkişaf etmək qabiliyyətinə malik olur. Bənövşə əkərkən onun müxtəlif növlərini müxtəlif yerlərdə əkmək lazımdır. Çünki, onlar bir-birinə çox yaxın olarlarsa o zaman tozlanma səbəbli əvvəlki kimi açmaya bilirlər. Bənövşə toxumlarını günəş şüaları və külək düşməyən yerdə qurutmaq lazımdır. Qurudarkən isə bəzən onları arabir çevirmək lazıçmdır ki, hər tərəfindəki nəmlik aradan qalxsın .Onun toxumlarını tam qurutduqdan sonra şüşə bankada 2 il saxlamaq mümkündür.
Bənövşənin yabanı növlərinə parklarda, xiyabanlarda, çəmənliklərdə, meşələrdə rast gəlmək mümkündür.
Bənövşə (Viola tricolor)nın Tərkibi
Dəvərəgöz bənövşənin tərkibi müxtəlif kimyəvi maddələrlə zəngindir. Onun tərkibində insulin, askorbin turşusu, salisil turşusu, C vitamini, efir yağları, tanin, alkoloid turşusu, violaementin, polisaxaridlər var. Bu bitki orqanizmə ödqovucu, disikqovucu, antiseptik təsir göstərir. Onun dəmləməsindən qadın xəstəlikləri, dəri xəstəlikləri, bronxit, soyuqdəymə, mədə-bağırsaq xəstəlikləri, sidik ifrazı sisteminin xəstəlikləri zamanı istifadə edilir. Tərkibində sink, selen və kaliumun çox olmasına görə ondan ən çox kosmetologiya sahəsində istifadə edilir.
Bənövşə (Viola tricolor)nın Xeyri
Qrip xəstəliyi zamanı 1 xörək qaşığı xırdalanmış quru bənövşə yarpaqlarını 1 stəkan qaynar suya salın 15 dəqiqədən az olmamaq şərti ilə qaynatmaq və soyutmaq lazımdır. Dəmləməni gündə 3-4 dəfə olmaqla yeməkdən əvvəl 1/3 stəkan içmək yuxarıda adları çəkilən xəstəliklərin sağalmasına səbəb olur.
Ümumi soyuqlama əlamətləri olduğu zaman termosa 1 xörək qaşığı xırdalanmış quru bənövşə yarpaqları tökülür və üzərinə 1 stəkan qaynar su əlavə edilib 6-8 saat dəmləməyə qoyulur. Alınan qarışımdan gündə 3-4 dəfə 2 xörək qaşığı içmək soyuqlama əlamətlərini aradan qaldırır.
Dəri xəstəlikləri zamanı bənövşə yağını dəriyə sürtmək xəstəliyin sağalmasına səbəb olur. Bənövşə yağını özünüz də ev şəraitində hazırlaya bilərsinixz. Bunun üçün 2 xörək qaşığı qurudulmuş bənövşə çiçəklərini və əməklöməci yarpaqlarını qaba qoyub üzərinə 150 ml zeytun yağı əlavə etmək lazımdır. Qarışımı 15 dəqiqə qaynadıb soyuduqdan sonra şüşə qabda soyuducuda saxlamaq lazımdır. Dəri xəstəlikləri zamanı salfetkanı bu yağda isladıb xəstə nahiyəyə qoyduqda əlamətlər aradan qalxır.
Qida sənayesində istifadəsi
Bənövşə çiçəklərindən ən məşhur lokumların hazırlanmasında istifadə edilir. Onun çiçəklərini çay kimi dəmləyib içşmək və ya dəm çaynikinə əlavə etmək olur.
Bənövşənin ləçəklərindən tortların və salatların bəzədilməsi məqsədilə də geniş istifadə olunur.
Kosmetologiyada
Kosmetologiya sahəsində ən çox bənövşənin yağından istifadə edilir. Bu yağ dəriyə qulluq vasitələri arasında ön sıralarda durur. Ondan kosmetik kremlərin, mazların, saçlara qulluq vasitələrinin hazırlanmasına geniş istifadə olunur.
Müxtəlif sahələrdə istifadəsi
Dəvərəgöz bənövşədən hazırlanan ekstrat ürək fəaliyyətini yaxşılaşdırır, ateresklerozun, damar xəstəliklərinin, dermatitlərin, psoriazın, eqzemanın sağalmasını sürətləndirir.
Bənövşə (Viola tricolor)nın Ziyanı
Sarı rəngli bənövşənin çiçəklərində təbii E 161- vikoloksantin boyası var. Bu maddə orqanizm üçün çox təhlükəli sayılır. Müalicə məqsədilə bu rəngdə olan çiçəklərdən istifadə etdikdə mədə-bağırsaq problemləri, allaergik reaksiyalar, selikli qişalarda iltihabi proseslər meydana çıxa bilir. Hepatitdən və qlomerulonefritdən əziyyət çəkən xəstələrə də bənövşə dəmləmələrindən istifadə etmək olmaz. Bəzən bənövşə dəmləməi ürəkbulanmaya, qusmaya və dəri səpgilərinə səbəb ola bilir.
Böyrəklərin TƏBİİ VASİTƏLƏRLƏ təmizlənməsi. 8 resept
Böyrəkləri sağlam saxlamaq üçün insan ilk növbədə düzgün və sağlam qidalanmalıdır. Acı, duzlu, qızarmış, çox yağlı, hisə verilmiş qidalar böyrəklər üçün ziyanlıdır.
Böyrəklərimiz meyvə-tərəvəz, süd məhsulları, yarmaları, təbii şirələri xoşlayır. Buna əks-göstərişlər yoxdursa, gün ərzində 2 l maye qəbul edin. Bu təmiz su, kompot, şirə, çay və s. ola bilər. Susuzlaşmaya yol verməyin. Susuzlaşma insanın orqanizminin bir çox funksiyalarını (o cümlədən, böyrəklərin funksiyasını) kəskin şəkildə pozur.
Böyrəklər istini sevir, soyuğu, nəmliyi isə xoşlamırlar. Tez-tez baş verən soyuqlamalar, soyuq və nəm otaqda yaşamaq, soyuq suda, yaş paltarda (məsələn, dənizdə dincəldiyi zaman) uzun müddət qalmaq hiss edilmədən böyrəklərin xroniki iltihabına səbəb ola bilər. Soyuq qış günlərində mümkün qədər isti geyinmək, bel nahiyəsini isti saxlamaq, uzun gödəkçələrə üstünlük vermək lazımdır.
Böyrəklər hərəkət sevir (bədən tərbiyəsi, idman). Hərəkət onaların qanla təchiz olunmasını yaxşılaşdırır. Bəzi yoqa mövqeləri var ki, onlar böyrəklərin fəaliyyətinin yaxşılaşmasına kömək edir. Lakin böyrəklər həddən artıq yükləmələri xoşlamır.
Böyrəklərdə duzlar, qum, daşlar yığıla bilər. Bunun qarşısını almaq üçün böyrəkləri təmizləyən vasitələrdən istifadə etmək lazımdır. Xalq təbabətində belə vasitələr çoxdur. Saglamolun.az sizi bu vasitələrlə tanış edir:
1. İtburnu ən tanınmış vasitədir. İtburnu meyvələrini əzin və axşamdan 1 l-lik termosda qaynar suda dəmləyin (1 xörək qaşığı itburnu + 1 stəkan qaynar su). Səhər dəmləməni bir neçə dəfə tənzifdən yaxşı süzün (itburnu meyvəsinin içərisində olan xırda tükcükləri dəmləməyə düşməməlidir) və gün ərzində için. Müalicə kursu – 1 həftə. Sonra 1 həftə fasilə verin və yenə 1 həftə itburnu dəmləməsini için.
2. Quru nanə, qarğıdalı saçaqları, çobanyastığı, ayıqulağı yarpağı hər otdan 1 xörək qaşığı olmaqla qarışdırılır və 1 l qaynar suda dəmlənilir. 1 saatdan sonra süzülür və gün ərzində içilir. 3 gün davam edin, 3 gün fasilə edin və yenə təkrarlayın.
3. Ağ turpun, balqabağın, çuğundurun şirələri çox yaxşı sidikqovucu sayılır. 1-2 həftə ərzində hər gün 2 stəkan şirə içmək olar (şirələri növbələşidirn).
4. Dəfnə yarpağı da yaxşı sidikqovucudur. 3-4 dəfnə yarpağı üzərinə 1 stəkan qaynar su əlavə olunur, 2-3 dəqiqə ərzində vam odda qaynadılır, 1 saatdan sonra süzülür və sonra gün ərzində içilir. 1 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə 1 həftə için.
5. Tozağacı tumurcuqları çox təsirli sidikqovucu vasitədir. 1 xörək qaşığı 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və sonra gün ərzində içilir. 1-2 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə için.
6. Limon, cəfəri və bal qarışığı böyrəkləri yaxşı təmizləyir. 2 dənə limon, 2 dəstə cəfəri, 2 xörək qaşığı bal götürün. Limonu qabıqlı şəkildə blenderdə xırdalayın, cəfəri xırda doğrayın və limonla cəfəri qarışdırın. Sonra bal əlavə edin və yenə qarışdırın. Hər gün acqarına bu vasitədən 1 xörək qaşığını yeyin.
7. 1/2 çay qaşığı dazıotu, 1/2 çay qaşığı kəklikotu, 1/2 çay qaşığı adaçayı 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gün ərzində içilir (hər dəfə 1/3 stəkan olmaqla). 1 həftə davam edin, 1 həftə fasilə edin və yenə təkrarlayın.
8. Təmizlənməmiş yulaf böyrəkləri çox yaxşı təmizləyir. 1 xörək qaşığı yulaf götürün 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin.
İstənilən otları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Böyrək daşı xəstəliyi zamanı bu vasitələrdən istifadə etmək olmaz.
Saglamolun.Az
Comments are closed, but trackbacks and pingbacks are open.