Bdu baku 2002 iqtisadi nezeriyye
Əmək fəaliyyətinə 1988-ci ildən başlamışdır. 10 ilə yaxın Azərbaycanın dövlət bank sektorunda müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. 2003-cü ildən Bakı Biznes Universitetində dekan müavini, dekan, kafedra müdiri vəzifəsində çalışmışdır. 2017-ci ilin sentyabr ayından Azərbaycan Kooperasiya Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasının dosenti və 23 aprel 2018-ci ildən “İqtisadi nəzəriyyə” kafedrasını müdiri vəzifəsində çalısır. A.Ə.Əzizov Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən İxtisaslaşmış müdafiə Şurasının üzvüdür. 2007-ci ildə “Keçid iqtisadiyyatı şəraitində xarici iqtisadi əlaqələrin tənzimlənməsi istiqamətləri ” mövzusunda namizədlik dissertasiyasını müdafiyə edərək İqtisad elmlər namizədi elmi dərəcəsini, 2012-ci ildə isə dosent elmi adını almışdır.19 fevral 2014-cü ildə AMEA-nın İqtisadiyyat İnstitunun Elmi Şurasında elmlər doktoru proqramı üzrə doktorant olaraq, dissertasiya mövzusu “Azərbaycan Respublikasında turizm sferasında sahibkarlığın formalaşması və inkişafı” təsdiq edilmişdir.
Iqtisadi nəzəriyyənin vəzifələri və öyrənilməsinin zəruriliyi
Iqtisadi nəzəriyyənin öyrənilməsinə vaxt ayırmağa, buna əmək sərf etməyə dəyərmi? Bu suala tanınmış iqtisadçı Con Meynard Keyns (1889-1946) belə cavab vermişdir: «Iqtisadçıların və siyasi xadimlərin ideyaları… düşünül-düyündən daha böyük əhəmiyyətə malikdir. Dünyanı məhz onlar idarə edirlər. Özlərini intellektual təsir imkanlarına malik olan əməli iş adamları hesab edənlər keçmişin hər hansı bir iqtisadçısının quludur».
Bunun nə dərəcədə həqiqətə uyğun olduğunu əsas-landırmaq üçün iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələri nəzərdən keçirək.
Hər bir elm kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələri yerinə yetirir. Onun başlıca vəzifələrindən biri cəmiyyətin iqtisadi həyatında baş verən hadisə və prosesləri öyrənmək və aydınlaşdırmaqdan ibarətdir. Bu, onun idrak funksiyasıdır.
Hər bir elmin nəzəri müddəaları ictimai həyatda nə qədər tez tətbiq edilirsə və özünü nə qədər tez doğruldursa, rəhbərlik üçün əsas və cəmiyyətin dəyişdirilməsində əməli nəticələr verirsə, onlar bir o qədər dəyərli olurlar. Ona görə də iqtisadi nəzəriyyə faktları sadəcə olaraq təsvir etməklə kifayətlənmir. Bu fundamental elm iqtisadi həyatın dərinliklərinə nüfuz edir, iqtisadi prosesləri idarə edən qanunları aşkara çıxarır və onlardan istifadə olunması yollarını göstə-rir. Bunlar iqtisadi nəzəriyyənin idrak funksiyasının, onun, indi haqqında söhbət gedən ikinci – əməli funksiyası ilə əlaqədar olduğunu göstərir.
Iqtisadi nəzəriyyə həm də adamlarda siyasi və iqtisadi şüuru, təfəkkürü formalaşdırmaq vəzifəsini yerinə yetirir. O, bu vəzifəni real gerçəkliyi aşkara çıxarmaq və ümumi-ləşdirmək yolu ilə həyata keçirir. Əgər o baş verən proses-ləri nəzəri cəhətdən aydınlaşdırmırsa, yığılıb qalmış prob-lemlərə tənqidi yanaşmırsa və əməli vəzifələri düzgün həll etmək üçün nəticə çıxarmırsa, onda onun bütün müddəaları havadan asılı qalır, özünün həyatiliyini itirir.
Iqtisadi nəzəriyyənin vəzifələrindən biri də onun bir sıra sahə (sənayenin, kənd təsərrüfatının, nəqliyyatın, təhsilin və s. iqtisadiyyatları) və funksional (əmək iqtisadiyyatı, maliyyə və kredit, pul tədavülü, marketinq, menecment və s.) elmlər üçün metodoloji əsas olmasıdır. Bu metodoloji əsas isə keçmişin dahi iqtisadçıları Adam Smitin, David Rikardonun, Con Styuart Millin, Karl Marksın və Con Meynard Keynsin əsərlərinin təsiri altında yaranmışdır.
Beləliklə, iqtisadi nəzəriyyənin yerinə yetirdiyi vəzifələr belə bir nəticə çıxarmağa imkan verir deyək ki, onu öyrənmək üçün vaxt ayırmağa, əmək sərf etməyə dəyər. Ona görə də hazırda iqtisadi siyasətlə məşğul olan dünya liderlərinin iqtisadçılarla məsləhətləşmələri, onların tövsiyələrini nəzərə almaları adi hala çevrilmişdır. Indi iqtisad-çılar hökumət orqanlarında, parlamentlərdə yüksək vəzifə tuturlar. Məsələn, ABŞ prezidenti onun iqtisadi şurasına daxil olan iqtisadçı – məsləhətçilərin tövsiyələrindən daim istifadə edir. «ABŞ prezidentinin iqtisadi məruzəsində» işsizlik və inflyasiya, iqtisadi artım və məhsuldarlıq, vergilər və dövlət xərcləri, yoxsulluq və qeyri-bərabərlik, tədiyə ba-lansı və beynəlxalq valyuta sistemi, iş verənlərlə işləyənlər arasında qarşılıqlı münasibətlər, ətraf mühitin çirklənməsi, rəqabət və inhisar əleyhinə qanunvericiliyə riayət olunması və b. iqtisadi problemlər xüsusi yer tutur.
Gündəlik həyatımızda rastlaşdığımız konkret problemlərin əksəriyyəti iqtisadi məzmuna malikdir. Bunlar ayrı-ayrı bazarlarda, əmtəə və fond birjalarında qiymətlərin qalxıb-enməsinin səbəbləri, ayrı-ayrı ölkələrdə xalqın rifahının səviyyəsi və «keyfiyyəti», istehsalın «Isveç modeli»nin və Azərbaycan Demokratik Respublikasının (1918-1920) iqtisadi platformasında nəzərdə tutulan iqtisadi məsələlərin və indiki Azərbaycan cəmiyyətində gedən sosial-iqtisadi proseslərin mahiyyəti, aztəminatlı ailələrin sosial müdafiəsinin təşkili, yeni iqtisadi münasibətlərin formalaşmasında dövlət mülkiyyətinin özəlləşdirilməsinin rolu, vergilər, onların məzmunu, büdcənin gəlirləri, xərcləri və s ibarətdir. Bütün bunlar cəmiyyətin iqtisadi həyatında çox mühüm rol oynayırlar. Təbiidir ki, cəmiyyətdə gedən sosial-iqtisadi proseslərdən baş çıxarmaq, hərtərəfli informasiyaya malik olmaq, qarşıya çıxan suallara inandırıcı cavablar vermək istəyən hər kəs iqtisadi təfəkkürə malik olmalıdır.
Iqtisadi nəzəriyyənin bizneslə məşğul olanlar tərəfin-dən öyrənilməsinin xüsusilə böyük əhəmiyyəti vardır. Çünki iqtisadi sistemin mahiyyəti və xarakterini daha yaxşı başa düşən, inflyasiyanın səbəbləri və nəticələri haqqında aydın təsəvvürə malik olan müəssisə rəhbəri, həmin dövrdə vəziyyətdən çıxmaq üçün başqalarına nisbətən daha ağıllı qərarlar qəbul edə bilir. Bunun nəticəsidir ki, iri şirkətələrin idarə olunmasına iqtisadçıları daha çox cəlb edirlər ki, bunlar da informasiyaları toplamaq və təhlil etmək əsasında səmərəli qərarlar qəbul etməklə məşğul olurlar.
Lakin iqtisadi nəzəriyyə çox böyük əməli əhəmiyyətə malik olsa da, onun tədqiqat obyektində nəzəri problemlər üstünlük təşkil edir və o, daha çox ümumi əhəmiyyət kəsb edən problemləri öyrənir. Bütün bunlara əsasən demək olar ki, cəmiyyətdə gedən sosial-iqtisadi proseslərdən baş çıxarmaq üçün iqtisadi nəzəriyyənin öyrənilməsinin çox böyük əhəmiyyəti vardır. Doğrudur, həyatda heç bir iqtisadi təlim görməmiş elə adamlara, o cümlədən mütəxəssislərə rast gəlinir ki, onlar cəmiyyətdə gedən çox mürəkkəb iqtisadi proseslərdən düzgün baş çıxarır, çevikdirlər və yaranmış vəziyyətlə əlaqədar tez manevr etməyi yaxşı bacarırlar. Bütün bunlara baxmayaraq, hər cür inikas kimi, sosial-iqtisadi münasibətlərin inikası olan iqtisadi təfəkkür də mürəkkəb və ziddiyyətli olduğu, bəzi hallarda hətta aldadıcı və təhrif olunmuş şəkildə göründüyü, cəmiyyətin inkişafına əks təsir göstərə bildiyi üçün iqtisadi nəzəriyyənin öyrənilməsi ilə hamının müntəzəm məşğul olması olduqca vacibdir. P. Samuelsonun təbirincə, iqtisadi nəzəriyyənin öyrənilməsi ilə müntəzəm məşğul olmayan adam musiqi əsərinə qiymət verməyə cəhd göstərən kar adama bənzəyir.
- Teqlər:
- iqtisadi nəzəriyyə
- , iqtisadi nezeriyye
Bdu baku 2002 iqtisadi nezeriyye
Anar Əli oğlu Əzizov – Azərbaycan Kooperasiya Universitetinin İqtisadi Nəzəriyyə kafedrasının müdiri, İqtisad elmlər namizədi, dosent.
Əzizov Anar Əli oğlu 1971-ci ildə Bakıda ziyalı ailəsində anadan olmuşdur.Azərbaycanlıdır.1978-ci ildən 1988-ci ilədək Bakı şəhər 134 saylı tam orta məktəbdə təhsil almışdır.1988-ci ildə Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına daxil olmuş,1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Maliyyə və Kredit” ixtisası üzrə bitirərək tam ali təhsil almışdır.Ailəlidir 4 övladı var.
Əmək fəaliyyətinə 1988-ci ildən başlamışdır. 10 ilə yaxın Azərbaycanın dövlət bank sektorunda müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. 2003-cü ildən Bakı Biznes Universitetində dekan müavini, dekan, kafedra müdiri vəzifəsində çalışmışdır. 2017-ci ilin sentyabr ayından Azərbaycan Kooperasiya Universitetinin “Dünya iqtisadiyyatı” kafedrasının dosenti və 23 aprel 2018-ci ildən “İqtisadi nəzəriyyə” kafedrasını müdiri vəzifəsində çalısır. A.Ə.Əzizov Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən İxtisaslaşmış müdafiə Şurasının üzvüdür. 2007-ci ildə “Keçid iqtisadiyyatı şəraitində xarici iqtisadi əlaqələrin tənzimlənməsi istiqamətləri ” mövzusunda namizədlik dissertasiyasını müdafiyə edərək İqtisad elmlər namizədi elmi dərəcəsini, 2012-ci ildə isə dosent elmi adını almışdır.19 fevral 2014-cü ildə AMEA-nın İqtisadiyyat İnstitunun Elmi Şurasında elmlər doktoru proqramı üzrə doktorant olaraq, dissertasiya mövzusu “Azərbaycan Respublikasında turizm sferasında sahibkarlığın formalaşması və inkişafı” təsdiq edilmişdir.
A.Ə.Əzizov 84 elmi əsərin müəllifidir, onlardan 47-ü doktorluq dissertasiyası mövzusuna uyğundur. Xaricdə nüfuzlu elmi jurnallarda 5 məqaləsi çap olunmuşdur. 2012-ci ildə “Azərbaycanda turizm sahibkarlığı”, 2018-ci ildə isə “Azərbaycanda turizm sahəsində sahibkarlığın səmərəli inkişaf yolları” adlı monoqrafiyaların, 5 dərslik, 4 dərs vəsaiti, 2 lüğət, 6 tədris proqramının müəllifi və həmmüəllifidir.
A.Ə.Əzizov Azərbaycan Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 6 sertifikat və təşəkkürnamələrə layiq görülmüşdür.
Kafedra Haqqında
“İqtisadi nəzəriyyə” kafedrası 2002-ci ildə yaranmışdır. 2002-ci ildən bu günə kimi aşağıda göstərilən müəllimlər kafera müdiri vəzifəsində işləyiblər:
2002-ci il fevral-oktyabr ayı N.T.Qənizadə
2002-2012 C.T.Abdullayev
2012-2016 N.T.Qənizadə
2018- A.Ə.Əzizov
2016-cı ildə “İqtisadi nəzəriyyə” kafedrası “Iqtisadiyyat və vergi işi” kafedrasına birləşdirilərək “İqtisadiyyat və İqtisadi nəzəriyyə” kafedrası adlandırılmışdır. 18 aprel 2018-ci ildə Azərbaycan Kooperasiya Universitetinin rektoru, prof.E.A.Quliyevin əmri ilə “İqtisadi nəzəriyyə” kafedrası yenidən bərpa olunmuşdur. İ.e.n. dos.A.Ə.Əzizov kafedra müdiri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda kafedrada 9 müəllim və 1 baş laborant fəaliyyət göstərir. Müəllimlər təsdiq olunmuş tədris proqramına uyğun olaraq mühazirə və seminarlar aparırlar, mövzuya uyğun olaraq slaydlar hazırlayaraq nümayiş etdirirlər,həmçinin magistr dissertasiyası işlərinə, istehsalat təcrübələrinə rəhbərlik edirlər. Kafedrada tədris olunan fənlər üzrə dərs proqramları hazırlanıb Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiqlənərək nəşr edilmişdir. “İqtisadi nəzəriyyə” kafedrası bütün müasir tələblərə uyğun olaraq fəaliyyət göstərir.
Professor-müəllim heyəti
i.e.n.dosent A.Ə.Əzizov (kafedra müdiri)
i.f.d.dosent V.V.Gərayev
i.e.n.dosent C.T.Abdullayev
i.e.n.dosent T.X.Hacıyeva
i.e.n.dosent N.T.Qənizadə
i.e.n. dosent A.H.Qəribov
b/m. Z.Ə.Ağayeva
b/m.E.V.Hüseynov
m. A.Y.Xamiyeva
b.l. K.A.Mirheydərova
Tədris olunan əsas fənlər (Bakalavr)
İqtisadiyyata giriş
Mikroiqtisadiyyat 1
Mikroiqtisadiyyat 2
Mikroiqtisadiyyat (30/30)
Mikroiqtisadiyyat (60/30)
Makroiqtisadiyyat 1
Makroiqtisadiyyat 2
Makroiqtisadiyyat (30/30)
Makroiqtisadiyyat (60/30)
İqtisadiyyat
İqtisadi fikir tarixi
Iqtisadiyyatın əsasları
Milli təhlükəsizlik
Tədris olunan əsas fənlər (Magistratura)
Mikro və Makro iqtisadiyyatın aktual problemləri
İqtisad elminin tarixi və metodologiyası
İqtisadi fikir tarixi
Milli iqtisadi təhlükəsizlik
İqtisad elminin müasir problemləri
Tədqiqat üsulları
Qərarqəbuletmədə tədqiqat metodları
Ali mikroiqtisadiyyat
Ali makroiqtisadiyyat
Gəlir bölgüsü və yoxsulluq
Rifah nəzəriyyəsi
İş və fəaliyyət
Comments are closed, but trackbacks and pingbacks are open.