BDU-nun itkin düşən tələbəsinin meyiti tapılıb
27 Mart , 2022 17:38
“SOCAR Könüllüləri” qrupunda BDU-nun tələbələri fəallıq göstərirlər
Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində SOCAR-da könüllü kimi fəaliyyət göstərən fakültə tələbələri ilə görüş olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşdə Geologiya fakültəsinin dekanı Mamoy Mansurov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin gənclərin dövlət qurumları və özəl sektorda könüllü kimi cəlb olunaraq təcrübə qazanmaları ilə bağlı tapşırığına əsasən, “SOCAR Könüllüləri” qrupu yaradılıb. Altı ali təhsil müəssisəsindən tələbələrin bir araya gəldiyi “SOCAR Könüllüləri” qrupunda BDU-nun Geologiya fakültəsinin 10 tələbəsi də fəal iştirak edir.
Faydalı qazıntılar kafedrasının müdiri akademik Vasif Babazadə fakültə tələbələrinin könüllü kimi fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edilib ki, qardaş Türkiyədə baş vermiş zəlzələdən zərərçəkən vətəndaşlara yardım üçün yollanan könüllülərdən 2-si Geologiya fakültəsinin tələbəsidir.
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, “BDU Könüllüləri” təşkilatının rəhbəri Nərmin Heydərova çıxışlarında universitetdə könüllülük fəaliyyətinin geniş vüsət aldığını diqqətə çatdırıb, dövlət siyasətinin həyata keçirilməsində gənclərin fəaliyyətinin koordinasiyalı idarəolunmasının önəmini vurğulayıblar.
BDU-nun itkin düşən tələbəsinin meyiti tapılıb
BDU-nun itkin düşən tələbəsinin meyiti tapılıb Bakı bulvarında dənizdə meyit tapılıb.
27 Mart , 2022 17:38
https://static.report.az/photo/d3e007ca-d61b-369f-b429-1ed81f9a1f3d.jpg
Bakı bulvarında dənizdə meyit tapılan gənc Bakı Dövlət Universitetində (BDU) təhsil alırmış. “Report”un xəbərinə görə, İlkin Qənbərli BDU-nun Geologiya fakültəsinin tələbəsi olub. O, mart ayının əvvəli itkin düşmüşdü. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır. 19 yaşlı gəncin hansı səbəbdən öldüyü araşdırmalardan sonra məlum olacaq.
Bakı bulvarında dənizdə meyit tapılıb. “Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Parkın ərazisində (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) aşkar edilən kişi meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 2003-cü il təvəllüdlü Qənbərli İlkin Emil oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.
Comments are closed, but trackbacks and pingbacks are open.