Press "Enter" to skip to content

Bedii kitabların

UNVAN: Unvan: Azerbaycan, Baki-370004, Boyuk Qala kucesi, 41. "Azerbaycan Milli Ensiklopediyasi" NPB, tel: 928901; 925634.

Bedii kitabların

Məhəmməd Füzuli. Əsərləri.
İkicildlik. I cild. 1995. 511 səh. Qalın cilddə. Latın qrafikası.

Oxuculara təqdim olunan bu ikicildlik dahi Azərbaycan mütəfəkkir–şair Məhəmməd Füzulinin ana dilindəki irsi ilə yanaşı, onun ərəb və fars dillində yazdığı və vaxtilə Azərbaycanın görkəmli şair, alim və mütərcimləri tərəfindən tərcümə edil-miş nəzm və nəşr əsərlərini əhatə edir.
Birinci cildə Füzulinin lirik əsərləri:–qəzəl, qəsidə, tərcümə, müsəddəs, müxəmməs, mürəbbe, qitə, rüba-ilərindən seçmələr və farsca qəzellərindən nümu-nələr daxil edilmişdir.

Məhəmməd Füzuli. Əsərləri.
İkicildlik. II cild. 1995. 519 səh. Qalın cilddə. Latın qrafikası

Oxuculara təqdim olunan bu cildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin «Leyli və Məcnun», «Bəngü Badə», «Söhbətül–əsmar», «Yeddi cam» poemaları, «Şikayətnamə», «Hədisi–ərbəin», «Həqiqətüs–süa-da»dan bir parçp və «Rindü Zahid», «Səhhət və Mərəz» əsərlərinin tərcümələri daxil edilmişdir.

Məhəmməd Füzuli. Əsərləri.
İkicildlik. I cild. 1995. 511 səh. Yumşaq cilddə. Latın qrafikası
Oxuculara təqdim olunan bu ikicildlik dahi Azərbaycan mütəfəkkir–şair Məhəmməd Füzulinin ana dilindəki irsi ilə yanaşı, onun ərəb və fars dillin-də yazdığı və vaxtilə Azərbaycanın görkəmli şair, alim və mütərcimləri tərəfindən tərcümə edilmiş nəzm və nəşr əsərlərini əhatə edir.
Birinci cildə Füzulinin lirik əsərləri:–qəzəl, qəsidə, tərcümə, müsəddəs, müxəmməs, mürəbbe, qitə, rübailərindən seçmələr və farsca qəzellərindən nümu-nələr daxil edilmişdir.

Məhəmməd Füzuli. Əsərləri.
İkicildlik. II cild. 1995. 519 səh. Qalın cilddə. Latın qrafikası

Oxuculara təqdim olunan bu cildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin «Leyli və Məcnun», «Bəngü Badə», «Söhbətül–əsmar», «Yeddi cam» poemaları, «Şikayətnamə», «Hədisi–ərbəin», «Həqiqətüs–süa-da»dan bir parçp və «Rindü Zahid», «Səhhət və Mərəz» əsərlərinin tərcümələri daxil edilmişdir.

Füzuli dünyası rəsmlərdə.
Tərtib edənlər və ön sözün müəllifləri Kərim Kərimov, Nurəddin Həbibov. 1995. 80 səh., şəkilli, latın qrafikası.
Füzuli mövzuları Azərbaycan təsviri sənətində geniş mövqe tutur. Oxuculara təqdim olunan bu albomda böyük şairin əsərlərinə çəkilmiş rəsmlərdən illüs-tra-siyalar verilmişdir.

Bilqamıs dastanı.
(Hər şeyi bilən adamın dastanı). Tərcümə edəni İ. Öməroğlu. 1999,92 səh.

Qədim Şumer–akkad ədəbiyyatının ən yaxşı nümunə-lərindən biri sayılan və təxminən eramızdan əvvəl VI–II minilliklərdə formalaşaraq gil lövhələr üzərinə köçürülüb, bu günümüzədək gəlib çatmış «Bilqamıs» dastanı (dünyanın hər üzünü görmüş, hər şeyi bilən insan haqqında dastan) dünya ədəbiyyatının ən nadir incilərindən hesab olunur. Azərbaycan dilinə tərcümə olunan bu sastanda qədim insanların ədəbi həyat, ölməzlik haqqında arzu və düşüncələri, onların həyat və məişəti geniş bədii lövzələrdə əks olun-muşdur.

Biz öz yurdumuza qayıdacağıq.
1997. 520c20 səh.

Kitabda Əliyev Abbas Səfər oğlu Respublikasının Prezidenti Heydər Əliyevin respublikanın Ermənistan silahlı qüvvələri tərəfindən iş-ğal edilmiş Xocalı, Şuşa, Laçın, Ağdam, Füzuli, cəbrayıl, Qubadlı və Zən-gi-lan rayonları ictimaiy-yətin nümayəndələri ilə gö-rüş-lərinin materialları toplanmışdır.

UNVAN: Unvan: Azerbaycan, Baki-370004, Boyuk Qala kucesi, 41. "Azerbaycan Milli Ensiklopediyasi" NPB, tel: 928901; 925634.

Bədii kitabları necə oxumalı?

Başlığın sonuna qoyduğum sual işarəsi üzərində bir az dayanmaq istərdim. Əgər bu sualı öz şəraitimə, zövqümə, rahatlıq anlayışıma görə cavablandırsam, cavab yalnız özüm üçün əhəmiyyətli olacaq. Sizin üçün bütövlükdə bu yazının bir əhəmiyyəti qalmayacaq. Mütaliə elə məsələdir ki, burada ən yaxşı məsləhət oxucuya kiməsə qulaq asmaması, fərdi bədii zövqünü formalaşması, ürəyinin səsini dinləməsi ilə bağlıdır. Bu şərtlərə əməl etməklə razılaşırsınızsa, o zaman bəzi fikir və tövsiyələrimi paylaşmaqda bir təhlükə görmürəm. Çünki yuxarıdakı şərtlərə əməl edənlərə verilən tövsiyələr onsuz da oxucunun sahib olduğu ən vacib keyfiyyəti – azad düşüncəni korlamayacaq. Hərçənd ədəbiyyat, şeir, mütaliə elə şeylərdir ki, onlara min illərdir ki, qadağa, qayda, şərt işləmir. Voterlo müharibəs32inin tarixi yüz ildir ki, məlumdur.

Amma «Hamlet”in „Kral Lir”dən daha mükəmməl bir dram olduğu ilə bağlı yekdil bir fikir varmı?! Bu suala kimsə birmənalı cavab verə bilmir. Hamı bu məsələdə azaddır, oxuyur və şəxsi qənaətini formalaşdırır. Dörd başlı əjdaha cildində gələn məmurlar, rejimlər, qurumlar belə kitabxanamıza, beynimizə girib nə oxuyacağımıza, necə oxuyacağımıza qərar verə bilməz. Əgər onlara belə bir müdaxilə imkanı versək, nəinki özümüzün, eləcə də, yaşadığımız cəmiyyətin, kitabsevər sığınacaqlarının, intellektual-mədəni mərkəzlər olan kitabxanaların, elm məbədlərinin bütün o füsunkar ruhunu, nəfəsini yox edərik. Başqa hansı sahədə olursa olsun, qaydalara, qadağalara əməl etmək, boyun əymək olar, amma burada yox.

Bu dediyim, bəlkə, çox klişe səslənəcək, amma müstəqilliyin dadını duymaq üçün belə bəzən hərəkət arenamızda bir çox şeyi idarə etməli, məhdudlaşdırmalıyıq. Əlimizdəki gücü bacarıqsızcasına və cahilcəsinə sağa-sola sovurmamalıyıq. Bir gülə həyat vermək üçün böyük bir binanın bünövrəsini su altında qoymaq olmaz. Gücə və həvəsə nəzarət etməli, mütləq və mütləq seçimlərimizi əqli iradəyə əsaslandırmalıyıq. Bəlkə də, kitabxana mühitinə təzə-təzə qədəm qoyanların ən böyük çətinliyi burada yaşanır. “Bəs, buradakılar nədir?” problemi fərdə ilk baxışdan həllolunmaz kimi görünür. „Buradakılar” oxucunun gözünə üst-üstə yığılmış bir keşməkeş kimi görünür. Şeirlər, romanlar, tarixi kitablar, sənədlər, memuarlar, bioqrafiyalar, araşdırmalar, məktublar, hesabatlar, lüğətlər – hər irqdən, hər cinsdən, hər yaşdan, hər dildən müəlliflərin yazdığı qalaq-qalaq kitablar gözünüzə dəymək üçün rəflərdə bir-birlərini itələyib, sıxışdırırlar.
Kitabxana divarlarından kənardakı dünyada isə çox bəsit şeylər yaşanır – eşşəklər anqırır, qadınlar hardasa cəm olub qeybət edirlər. Bəs, bütün bunların içində olmamağı seçənlər haradan başlamalıdır? Hər tərəfdən onu ağuşuna alan bu xaosu necə idarə etməlidir? Mütaliənin dərinlik və zənginlik bəxş edən həzzindən necə dad almalıdır?
Kitablar öz aralarında çoxsaylı kateqoriyalara bölündüyündən (roman, bioqrafiya, şeir, memuar və s.) onları seçmək, hansının bizə nə vəd etdiyini müəyyənləşdirməklə işə başlamaq ən sağlam yoldur. Həm də “bunu belə edin” demək də çox asandır. Təəssüf ki, az insan kitablardan onların mütaliəsinin vəd etdiyi şeyləri gözləyir. Çox vaxt oxumağa qarışıq, səs-küylü bir zehinlə girişirik. Əlimizə aldığımız kitab haqqında qəti qənaətlərimiz olur – romandan duyğu seli, şeirdən yalan danışmasını, bioqrafiyadan ancaq həqiqətləri, tarixi kitabların bildiklərimizi əks etdirməsini gözləyirik. Oxumağa başlamazdan əvvəl birinci işiniz bu gözləntilərdən qurtulmaq olsun. İnkişafameyilli bir başlanğıc üçün bu, şərtdir.
Müəllifə əmr verməyin, onun yerində durub, onun gözündən baxmağa çalışın. Onun tərəf-müqabili, baş qəhrəmanı, kitabın həmmüəllifi kimi davranın. Əgər hekayəyə başlar-başlamaz tənqidi bir şey axtarsanız, könülsüz davranıb, özünüzü arxa planda tutsanız, elə ilk mərhələdə bir kitabın vəd etdiklərini duymaq həzzindən özünüzü məhrum edəcəksiniz. Zehninizi mümkün olduğu qədər açıq tutun, cümlələrin axışını, hekayənin keçidlərini izləyin, mütaliədən lazımı zövqü almaq üçün mətnə bir ədib kimi ciddiyyətlə yanaşın. Bölmələr arasında fasilə verin, beyninizə yeni transfer olmuş duyğuları dəmə qoyun, yeni arenanı tanıyın. Qısa zamanda yazarın sizə daha dəqiq duyğular aşıladığını, düşündüyünüzdən daha çox şey verdiyini görəcəksiniz.
Romanın bölmələr şəklində olması eynilə bir bina kimi biçimli, xüsusi gedişlər, təhlükəsizlik tədbirləri görülməklə inşa edilmiş nümunənin meydana çıxarılması cəhdidir. Sadəcə sözlər beton laylar kimi quru, konkret və sərt deyil, ona görə də romanı anlamaq bir binaya baxmaqdan daha çətindir. Bəlkə də, müəllifin nə dediyini başa düşməyin ən yaxşı yolu oxumaq yox, elə yazmaqdır. Bəlkə də, söz seçməyin, duyğunun təsvirinin nə qədər çətin mərhələ olduğunu özünüz sınaqdan keçirməlisiniz. Belə ki, sizdə səbəbsiz dərin iz qoymuş bir anı xatırlayın – küçənin tinində söhbət edən iki insanla qəfil toqquşmağınızı xatırlayın. O an bir budaq yelləndi, hansısa evdə işıq yanıb-söndü, nəsə gülməli bir mövzu idi – bəli, bu tamamilə bir səhnədir, bütün bunlar o, bir anın içində hifz olunur.
Siz bir yazar kimi bu anı sözlərlə yenidən biçimləndirməyə çalışsanız, təsvirin elə öz daxilində bir-birilə kəllələşən minlərlə xırda ana parçalandığını görəcəksiniz. Bunlardan bəziləri görüntü zonasından çıxarılmalı, digərləri ön plana çəkilməlidir – bu zaman kəsimi ərzində isə ehtimal ki, qeyri-peşəkar yazar kimi duyğu üzərindəki hakimiyyətinizi itirəcəksiniz. Onda dörd bir yana dağılmış və nə yazıldığı anlaşılmayan səhifələrinizdən başınızı qaldırıb, Defo, Osten, Hardi kimi nəhənglərin kitablarının ilk səhifəsinə göz gəzdirin. Bəli, bir yazarın əməyinin haqqını indi daha yaxşı dəyərləndirəcəksiniz. Bu romanları oxuyarkən, sadəcə bir insanın, müəllifin qarşısında təzim etmir, tamamilə başqa bir dünyada yaşayırıq. Robinson Kruzo ilə ayaqyalın daş yollarda çətinliklə yeriyirik – hadisələr sürətlə bir-birini əvəzləyir. Buradakı açıq səma, macəra Defonun qələminin bütün dadını təmin edərkən, Ceyn Ostenin yaradıcılığında bunların heç bir mənası yoxdur. Onun dünyasında qonaq otağı, özü ilə, aynalarla danışan insanlar, obrazların ikili tərəfləri ön plandadır. Hardinin yaradıcılığı ilə tanış olarkən, sanki öz dünyamızın ətrafında dövrə vururuq, onun tanımadığımız tərəflərini görürük.
Dörd bir yanımız həndir-hamar şoran torpaqlarla doludur, amma başımız üstündə ulduzlar səmanın sinəsində yer tapmır. Məhz bu ziddiyyətli müşahidələr zamanı zehnin heç kəşf eləmədiyimiz tərəfləri – ətrafında adamlar varkən ruhuna sahib çıxan, mühitin görmək istədiyi üzü yox, yalnız qaldığı zamanlarda meydanda at oynadan üzü – meydana çıxır. Belə zamanlarda insanın beyni də, ruhu da insanlarla yox, təbiətlə, özü ilə, tale ilə baş-başa qalır. Bu dünyalar bir-birindən nə qədər fərqli də olsa, hər biri öz-özlüyündə zaman-zaman azadlığa çıxmaq ehtiyacı duyur. Dahilər bu dünyaların özünəməxsus qaydalarını diqqətlə mənimsəyir, çiyinlərinə nə qədər ağır məsuliyyət götürmüş olsalar da, adi yazarlar kimi eyni hekayəyə iki fərqli dünyanın həqiqətini qatıb, beynimizi qarışdırmırlar. Ona görə, yeni başlayanlar 3-4 kitab boyu eyni yazarı izləməsi məsləhətdir. Çünki Ceyn Ostendən Hardiyə, Pikokdan Trollopa, Skotdan Mereditə keçmək köklərindən sərt formada qoparılmaq, beyninizi, duyğularınızı sağa-sola sovurmaqdır. Həm də ki roman oxumaq, janrından qaynaqlanan səbəblərdən, onsuz da çətindir. Romanın klassik sayılan ustalarının sizə nələr bəxş etdiklərini anlamaq, bunlardan bütövlüklə yararlanmaq istəyirsinizsə, əlinizdəki nümunəyə dərin həssaslıqla yanaşmaqla kifayətlənməyib, qüsursuz bir təxəyyülə də sahib olmalısınız.


Özümüzə bu sualı ünvanlamalıyıq: Bir kitab yazıçının həyatından, düşüncə tərzindən, duyğularından nə qədər asılıdır? Oxucu yazarın oyatdığı simpatiya və antipatiya duyğularına istinad edərək onu hara kimi tənqid edə bilər? Eninə-boluna tənqid etmək üçün sözlər də, yazarın sətirlər arasında gizlənən xarakteri də olduqca uyğundur. Amma oxucu özü suallar axınından nə qədər alnıaçıq çıxa bilir? Bioqrafiya və ya eşq macərası oxuduqca suallar leysan kimi təpəmizdən tökülür. Amma bu suallara yenə oxucu özü cavab tapmalıdır. Çünki fərdi ədəbi zövq formalaşdırmaq kimi şəxsi məsələdə başqalarının seçimləri ilə istiqamətlənməkdən daha bərbad bir şey yoxdur.

Bioqrafiya, memuar tipli kitabları tamamilə başqa bir məqsədlə də oxuya bilərik – yəni, hədəfimiz sadəcə ədəbiyyatın bütün janrlarına işıq tutmaq, ya da məşhurların həyatlarına qarışmaq olmaz. Sadəcə yaradıcı gücünüzü yeniləmək və təxəyyülünüzü işə salmaq üçün də oxuyun. Bir dəqiqə, kitabxananın sağında açıq pəncərə var, deyəsən! Qiraətə bir neçə dəqiqə ara verib ətrafı izləyin. Öz bixəbərliyi, sizin oxuduqlarınızla əlaqəsizliyi, daimi hərəkət halı ilə çöldə baş verənlərin sizi necə canlandırdığını görəcəksiniz. Buna icazə verin. Yuxarıda sadaladığım bəsit hadisələr sizə hansı dünyanın insanı olduğunuzu xatırladacaq. Unutmayın ki, bu kitabxanadakı kitabların hamısında çöldə sizə bəsit görünən qeybətcil qadınların, sərxoş kişilərin bir anı mütləq əks olunub. Hər ədəbi nümunənin yaranış mərhələsində müəllifin bir zibilliyi, itib yox olmuş, unudulmuş hadisələrdən, yaddaşlardan silinmiş həyatlardan ibarət bir qeyd dəftəri formalaşır. Amma tövsiyə edərdim ki, yazarların qeyd dəftərinə çox da girişməyin, çünki qarşılaşdıqlarınız sizi həm təəccübləndircək, həm də bədii əsərin özündən daha yüksək sürətlə ağuşuna çəkəcək. Bəlkə də, sadəcə bir məktub oxuyarsınız, amma həmin məktub sizdə əsərlə bağlı elə bir baxış formalaşdırar ki, əsəri oxumaqdan imtina edərsiniz. Bununla da tələsik qərar verər, ehtimal ki, zəngin bir nümunənin səmərələrindən məhrum qalarsınız. Ya da cəmi bir neçə cümlə oxuyar və bir kitabı həyatınızın bələdçisi elan edərsiniz. Bəzən isə nəhəng bir hekayə sizə o qədər həzin, o qədər dərin, o qədər doğma duyğular bağışlayar, elə təsir edər ki, müəllifi soruşsalar, ağlınıza klassiklər gələr. Bu hekayədə təsvir olunan heç nəyin xüsusi bir əhəmiyyəti, yoxdur, amma çöldəki sıradan həyat kimi içinə çəkir adamı. Ona görə bütün dahilər zaman-zaman „çör-çöp” yuvalarına geri qayıdır, nəsə axtarırlar. Yarı həqiqəti tamamlamaq üçün xəyallar qurmaqdan qısa zamanda usanacaqsınız. Çünki bu müəlliflərdə peşəkar bir ədibdəki idarəetmə, həqiqəti yox edə bilmə istedadı yoxdur. Onlar öz həyat hekayələrini yazmaqdan acizdirlər. Onların dilindən təqdim olunan həqiqətlər isə əsla insanı qarışıq duyğu selinə məruz qoyan roman qədər güclü ola bilməz. Odur ki, əsl ədəbiyyatın dadını almaq üçün tezliklə bu yarımçıq təsvirlər, müşahidəçi təhkiyəsi ilə ünsiyyəti kəsmək istəyirik. Daha üstün nümunələrə vaxt sərf etməyə çalışırıq.
Roman və hekayənin dərinliklərinə daldıqca oxucu özü də peşəkarlaşır. Getdikcə romandakı hərəkətlilik onun nəzərində sürətini azaldır. Oxucunun yazmaq iddiaları yaranan kimi mütləq şeirlə tanış olmalıdır. Duyğunun bu ən çətin ifadə forması ona hələ ədəbiyyata girişmək üçün nə qədər tez olduğunu başa salacaq. Onun romandan ciddi fərqi var. Birinci fərqi odur ki, şeirə ara verib həyatın axarını seyr edə bilmirsiniz. Şeirdəki sürətlilik, axıcılıq buna imkan vermir. Duyğu hücumu səngimir. Şeir oxuyursunuzsa, ondan başqa bir şeyə yönələ bilmirsiniz. Sanki bütün vücudunuz bir küncə sıxışdırılıb, bir nöqtəyə zillənib, ani emosional şok keçirmiş kimi olursunuz. Onun təsir dalğaları zamanla yayılır, açılır, beynimizdə əks-səda doğurur. Şeir insan ruhunda olduqca böyük və həssas bir arenaya hökm edir.
İkinci fərq isə odur ki, şeiri müqayisə etmədikcə öyrənə bilməzsiniz. Oxucu seçim etmək, zövq formalaşdırmaq üçün nəsr kimi hər cür mətni oxumalı olur. Şeirdə belə bir hal yoxdur. Şeirin əvvəlkindən zəif olanını oxumaq olmur. Oxuduğu şeirdə duyğu boşluğu görən oxucu onu dərhal yarımçıq qoyur. Ona görə də, min bir əziyyətlə yazılan misralardan ibarət səhifələrin ölümsüzlüyünü, həmişəyaşarlılığını təmin etmək romanla müqayisədə dəfələrlə çətindir.
Şeiri müqayisə edə bilən oxucu artıq yazarı da, mətni də tənqid edə biləcək qədər yol qət edib. Amma oxucunu tənqidçidən fərqləndirən keyfiyyəti qoruyun – siz rəyçisiniz, hakim yox. Getdikcə özünüz də görəcəksiniz ki, zamanınızı və enerjinizi israf edən kitabları elə bir baxışdan seçirsiniz. Oxuduğunuz hər kitabı janrının ən yaxşısı ilə müqayisə edirsiniz, hər yeni janrın ən yaxşı nümunələrini araşdırırsınız.
Bir kitaba layiq olduğu dəyəri verərək oxumaq üstün səviyyədə təxəyyül, intellekt və müqayisə bacarığı tələb edirsə, ədəbiyyatın nə qədər dərin, qarışıq, kəşfi nə qədər çətin bir sahə olduğunu özünüz düşünün. Oxucudan yazara çevrilmək olduqca çətindir. Çünki nə yazsan, oxuduqlarından zəifmiş kimi görünür. Odur ki, əsl oxucu mənim nəzərimdə nəhəng bir yazar qədər əvəzolunmaz sərvətdir. Onların oxucu olaraq qalması isə daha qüsursuz yazar nəslinin yetişməsinə yol açır. Oxucunun ədəbi tənqidə girişib, tənqidçilərin işinə ortaq çıxmaması isə bir başqa alicənablıqdır. Ədəbi tənqidin də, yeni yaranan əsərlərin də havasını daimi oxucular təyin edir.
İnsanın sırf öz mənəvi zövqü üçün axtardığı həzlər var. Mütaliə bunların başında durur. Hərdən belə bir səhnə gəlir gözümün önünə: “Məhşər günü biz kitablarımızı qucağımıza yığıb, Tanrının hüzurunda sıraya düzüləcəyik. O isə bizi işarə edib, Müqəddəslərə deyəcək: „Bu qullarımızın mükafata ehtiyacı yoxdur. Onlara burada nəsə öyrətmək lazım deyil. Onlar kitaba könül vermişlərdir”.

Tərcümə edən: Elcan Salmanqızı

Comments are closed, but trackbacks and pingbacks are open.