Qli mülkiyyət hüquqları
6. Vətəndaş öz əmlakından vətəndaşların və hüquqi şəxslərin təsərrüfat cəmiyyətlərinə və ortaqlıqlarına, kooperativlərinə, kollektiv və başqa müəssisələrinə əmanət kimi istifadə edərək sahibkarlıq fəaliyyəti göstərə bilər.
Mülkiyyət hüququnun formaları və növləri
Mülkiyyət hüququnun forma və növləri məsələləri təkcə nəzəri cəhətdən deyil, həm də praktik cəhətdən mühüm əhəmiyyət kəsb edir. Konkret şəxsə məxsus olan əmlakın mülkiyyət hüququnun hansı forma və növünə aid olması əmlakın hüquqi rejimini və eyni zamanda mülkiyyətçinin həmin əmlaka olan sahiblik imkanları spektrini müəyyən edir.
Azərbaycan Respublikası Konstitusiyası mülkiyyətin üç formasını – dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti formasını təsbit etmişdir. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.
Dövlət mülkiyyət hüququ. Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrdə belə, istehsal fondları strukturunda dövlət mülkiyyəti mühüm çəkiyə malikdir. Əsas həyati təminat yaradan maddi ehtiyatların (ərzaq, yanacaq və s. vəsaitlərin) əsas hissəsi dövlətin əlindədir. İstehsal, sosial-mədəni və s. təyinatlı obyektlərin böyük bir hissəsinin dövlət mülkiyyətində olması iki amillə bağlıdır. Birincisi, gözlənilməz hadisələrlə zəngin olan dünyada hər bir dövlət öz təhlükəsizliyi haqqında düşünməlidir. Təhlükəsizlik dedikdə, yalnız hərbi təhlükəsizlik deyil, eyni zamanda ekoloji, sanitar-epidemioloji, aclıq və s. təhlükə nəzərdə tutulur. İkincisi, bu dövlətin yerinə yetirməli olan sosial funksiyasından irəli gəlir. Əhalinin minimum yaşayışını təmin etmək, aztəminatlı ailələrin həyat səviyyəsini qaldırmaq tədbirləri, təqaüdçülərin, tələbələrin və əhalinin sair imkansız təbəqələrinin sosial müdafiəsi məsələlərini dövlət həll etməlidir. Bunun üçün isə dövlət müvafiq maddi-texniki və maliyyə bazasına malik olmalıdır. Yenidənqurmaya qədər ölkəmizdə əsas istehsal fondlarının 90%-i dövlətin əlində olmuşdur. Dövlət mülkiyyəti bürokratikləşmiş, elmi-texniki inqilabın nailiyyətlərini kifayət qədər əks etdirməyən mülkiyyət olmuşdur.
İndi isə ölkəmizdə özəlləşmə tam sürətlə gedir, dövlət mülkiyyətində olan obyektlər hüquqi və fiziki şəxs olan xüsusi mülkiyyətçilərin əlinə keçir. Özəlləşdirməni aparan siyasətçilərin fikrincə isə özəlləşmə nəticəsində istehsal vasitələrinin istehsalçı işçilərlə birləşməsi baş verəcək, mülkiyyət özünün əsl məzmununu kəsb edəcəkdir.
Əldə olunmuş təcrübə göstərir ki, cəmiyyətin normal inkişafı yalnız müxtəlif mülkiyyət formalarının sağlam rəqabəti, hər birinin özünün həyat qabiliyyətini əmək və kapitalın qovuşduğu yerdə göstərməklə mümkündür.
Mülki Məcəllənin 155.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. Dövlət mülkiyyət hüququ dedikdə, dövlətin mənsub olduğu əmlak üzərində qanunla müəyyən edilmiş çərçivədə sahiblik, istifadə və sərəncam vermək hüququ başa düşülür. Başqa subyektiv hüquqlar kimi dövlət mülkiyyət hüququ da müəyyən hüquq münasibəti çərçivəsində yaranır, bu və ya digər maddi dəyərlərin idarəçiliyi sahəsində konkret səlahiyyətləri xarakterizə edir. Dövlət mülkiyyətçisinin səlahiyyətləri həm mülki hüquqların vahid subyekti tərəfindən, həm də dövlət əmlakının bir hissəsinə malik olan dövlət hüquqi şəxsləri tərəfindən həyata keçirilir. Burada mülkiyyətçi ilə dövlət hüquqi şəxsləri arasında öhdəlik hüquq münasibətləri yaranmır.
Dövlət mülkiyyəti iqtisadi baxımdan ümumxalq mənimsəməsinin forması hesab edilir. İri əmlak mülkiyyətçisi kimi dövlət üçün bu əmlakın idarə edilməsi, ayrılıqda isə hüquqi şəxslərin yaradılması, yenidən təşkili və xitam edilməsi, onlar arasında müvafiq əmlakın bölüşdürülməsi və istifadəsi üzərində nəzarət çox vacibdir. Bir çox hallarda bu dövlət idarəçilik orqanları tərəfindən normativ aktların qəbul edilməsi ilə həyata keçirilir.
Dövlət mülkiyyəti ümumdövriyyə xarakteri daşıyır. Dövlət başqa mülkiyyətçilərin malik olmadığı mülkiyyət obyektlerini əldə edə bilər və əldə edir.
Mülki Məcəllənin 155.2-ci maddəsində qeyd olunur ki, fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. Bu obyektlərin geniş dairəsi «Azərbaycan Respublikasında mülkiyyət haqqında» 9 noyabr 1991-ci il tarixli Qanunda göstərilmişdir. Həmin Qanunda deyilir ki, respublika ərazisi hüdudlarında torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, bitkilər və heyvanlar aləmi, hava hövzəsi Azərbaycan Respublikasının müstəsna mülkiyyətidir. Azərbaycan Respublikası torpağı öz vətəndaşlarının xüsusi mülkiyyətinə verə bilər.
Azərbaycan Respublikası onun ərazisinə bitişik Xəzər dənizi iqtisadi zonasının ehtiyatlarına beynəlxalq hüquqla təsdiq edilmiş hədlərdə sahiblik, onlardan istifadə və onların barəsində sərəncam hüququna malikdir.
Azərbaycan Respublikasının ərazisində olan bütün təsərrüfat sahələrinin müəssisələri, energetika, nəqliyyat və rabitə şəbəkələri (sistemləri), dövlət mənzil fondu, dövlət idarələrinin əmlakı, mədəni sərvətlər və tarix abidələri, infrastruktur obyektləri, o cümlədən kurort-turist təyinatlı obyektlər, dövlətin vəsaiti hesabına yaradılmış digər əsas fondlar, dövlət bankları, maliyyə və kredit ehtiyatları, qiymətli kağızlar və suveren dövlət kimi Azərbaycan Respublikasının qarşısında duran vəzifələri həyata keçirmək üçün lazım olan digər əmlak Azərbaycan Respublikasının dövlət mülkiyyətinə aiddir.
Azərbaycan Respublikasının dövlət maliyyə ehtiyatları hesabına yaradılmış və başqa dövlətlərin ərazisində yerləşən müəssisələr və ya onların hissələri də Azərbaycan Respublikasının dövlət mülkiyyətidir.
Xüsusi mülkiyyət hüququ
Respublikamızda mülkiyyət hüququnun mühüm formalarından biri də xüsusi mülkiyyət hüququdur. Xüsusi mülkiyyət hüququnun anlayışı «Azərbaycan Respublikasında mülkiyyət haqqında» Qanunda verilmişdir. Həmin qanuna əsasən, xüsusi mülkiyyət hüququ istehsal vasitələrinə, qeyri-istehsal təyinatlı predmetlərə və sərvətlərə, pul vəsaitinə və qiymətli kağızlara, onlardan istifadə olunmasının nəticələrinə sahiblik, onlardan istifadə və onların barəsində sərəncam sahəsində ayrı-ayrı şəxslərin qanunla qorunan hüquqlarının məcmusudur.
Respublika qanunvericiliyinə müvafiq olaraq xüsusi mülkiyyət hüququ öz növbəsində vətəndaşların və hüquqi şəxslərin mülkiyyət hüququna bölünür.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, keçmiş «sosializm» adlandırılan bir dövrdə cəmiyyətin əsas prinsipi «hər kəsə əməyinə görə» kimi müəyyən olunmuş, əmək hüququ isə vətəndaşların əsas hüquqlarından olan sosial-iqtisadi hüquq kimi qanunla möhkəmlənmişdi. «İnsanın insan tərəfindən istismarı» qadağan olunmuş, istehsal vasitələri üzərində mülkiyyətin sosialist forması şəriksiz olaraq hökmran idi. Şəxsi mülkiyyət adlanan vətəndaşların mülkiyyətinin əsas mənbəyi ictimai istehsal vasitələrinə sərf olunan əmək idi. Əməyə görə bölgü prinsipi üzrə vətəndaşlara məcmu ictimai məhsulun çatan hissəsi əsasən, tələbatın ödənilməsinə yönəlmişdi. Bununla yanaşı, şəxsi mülkiyyətin mənbələrindən biri də ictimai istehlak fondlarından ödənilən pensiya, müavinət və stipendiyalar idi. Vətəndaşların tələbatının ödənilməsinə eyni zamanda pulsuz tibbi xidmətləri, mənzil-kommunal, nəqliyyat xidmətləri və s. aid etmək olardı.
Hazırda qüvvədə olan Azərbaycan Respublikası Konstitusiyası reallığı əks etdirərək nə əmək hüququnu, nə də əməyə görə bölgü prinsipini əsas götürmür. Heç kəs zorla işlədilə bilməz. Eyni zamanda, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır (Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi). Dövlət əqli mülkiyyət hüququnun, yəni müəlliflik hüququ, ixtiraçılıq hüququnun və s. qorunmasına təminat verir.
Buna uyğun olaraq vətəndaşların mülkiyyət hüququnun təzahür formaları kimi, onun əmələ gəlmə mənbələri də mühüm dəyişikliklərə uğramışdır. Hazırda vətəndaşların mülkiyyət hüququnun əsasını onların muzdlu işçi kimi əməyi və müstəqil iqtisadi fəaliyyəti təşkil edir.
İqtisadi fəaliyyətdə də öz növbəsində qanuna uyğun olaraq qeydiyyata alınmaqla əmlakdan istifadə, məhsulun satışı, işlər görülməsi və xidmətlər göstərilməsi yolu ilə müntəzəm gəlir əldə etmək məqsədilə müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğulluq qeyd olunmalıdır. Sahibkarlıq fəaliyyəti muzdlu əməyi tətbiqetmə və ya etməmə yolu ilə həyata keçirilir.
Yuxarıda deyilənləri nəzərə alsaq demək olar ki, vətəndaşların xüsusi mülkiyyəti hazırda aşağıdakı formalarda özünü göstərir:
- istehsal vasitələrinin mülkiyyətçisinin kımin olmasından asılı olmayaraq ona təklif olunan muzdlu əmək – vətəndaşların mülkiyyətinin mənbəyi kimi;
- gəlir əldə olunmasına xidmət etməyən şəxsi iqtisadi fəaliyyət – vətəndaşların mülkiyyətinin mənbəyi kimi;
- şəxsi əməyə əsaslanan sahibkarlıq fəaliyyəti – vətəndaşların mülkiyyətinin mənbəyi kimi;
- muzdlu əməkdən istifadə etməklə sahibkarlıq fəaliyyəti – vətəndaşların mülkiyyətinin mənbəyi kimi.
Axırıncı – muzdlu əməkdən istifadə etməklə sahibkarlıq fəaliyyəti həm hüquqi şəxs yaratmaqla, həm də yaratmamaqla ola bilər.
Xüsusi mülkiyyətin bir növündən başqa növünə keçmək üçün qanun heç bir məhdudiyyət qoymur, əksinə, daha çox iqtisadi və sosial effekt verən sahəyə əməyin və kapitalın cəlb edilməsi dövlət tərəfindən həvəsləndirilir.
Qeyd olunmalıdır ki, bir şəxsin xüsusi mülkiyyəti bir deyil, bir neçə mənbədən yarana bilər. Məsələn, vətəndaş təqaüdçü kimi pensiya, muzdlu işçi kimi əmək haqqı, səhmdar kimi divident ala bilər və s.
Vətəndaşların xüsusi mülkiyyət hüququ maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən hüquqi institutdur.
Xüsusi mülkiyyət hüququnun anlayışını mülkiyyətçinin əmlak və ondan istifadə olunmasının nəticələri üzərində öz mülahizəsinə görə sahiblik, istifadə və onlar barəsində sərəncam səlahiyyətləri təşkil edir. Onlardan hər biri mülkiyyətçiyə üçüncü şəxslərlə hüquq münasibətlərində konkret imkanları təmin edir.
Bazar iqtisadiyyatı dövründə xüsusi mülkiyyətin obyektləri dairəsinin müəyyənləşməsinə münasibət qanunvericilik tərəfindən əhəmiyyətli dərəcədə dəyişilmişdir. Əvvəllər qüvvədə olan qanunvericiliyə görə vətəndaşların mülkiyyəti özünün istehlak təyinatı ilə, əsasən istehlak məhsullarına şamil edilirdi. O ki, qaldı, istehsal vasitələrinə, onda, vətəndaş yalnız xırda istehsal vasitələrinin sahibi ola bilərdi və bu zaman muzdlu əməkdən istifadə qadağan olunurdu. İndi vəziyyət tamam dəyişmişdir. «Azərbaycan Respublikasında mülkiyyət haqqında» qanundan başlayaraq digər normativ aktlara qədər xüsusi mülkiyyətin inkişafını ləngidən bütün maneələr aradan qaldırılmışdır.
Lakin xüsusi mülkiyyət hüququnun anlayış tutumu nə qədər böyük olsa da onun öz sərhədləri vardır. Bu, mülki-hüquqi tənzimetmənin yol verilən və sərbəstlik prinsiplərindən irəli gəlir.
Birinci prinsip o deməkdir ki, vətəndaş mülkiyyət hüququnu həyata keçirərkən qanunla qadağan olunmayan hər şeyə yol verilir.
Sərbəstlik prinsipi isə vətəndaşın mülkiyyət hüququnu həyata keçirməsi və ya keçirməməsini öz mülahizəsinə görə həll etməsi, hüququn həyata keçirilməsi məqsədini və vasitələrini özünün seçməsi deməkdir.
Subyektiv mülkiyyət hüququnun, onun həyata keçirilməsinin məqsəd və vasitələrinin sərhədlərinin genişləndirilməsi, heç də hər şeyə yol verilməsi demək deyildir.
Vətəndaşların mülkiyyət hüququnun obyektlərindən, əsasən istehlak təyinatı üzrə istifadə olunduğu dövrlərdə, mülkiyyət hüququnun həyata keçirilməsində ön plana mülkiyyətçinin sahiblik və istifadə səlahiyyətləri çəkilirdi. Mülkiyyətçi sərəncam hüququnun həyata keçirilməsinə çox nadir hallarda müraciət edirdi. Lakin sonralar bazar iqtisadiyyatına keçidlə əlaqədar mülkiyyətçinin bu vəziyyətində köklü dəyişikliklər baş verdi və o, sərəncam səlahiyyətlərindən daha çox istifadə etməyə başladı. Belə ki, çox vaxt məhsul istehsalı və ya onun əldə edilməsi gəlir əldə etmək məqsədilə bazarda satılmaq üçün nəzərdə tutulur. Mülkiyyət hüququnun obyektlərinin dövriyyə qabiliyyəti bazar iqtisadiyyatına uyğun olaraq daim yüksəlmiş olur.
Mülki qanunvericilik xüsusi mülkiyyət hüququnun obyektləri üçün ümumi və xüsusi rejim müəyyən etmişdir. Əgər qanunda və ya digər normativ aktlarda vətəndaşların xüsusi mülkiyyətində olan obyektlər üçün xüsusi rejim nəzərdə tutulmamışdırsa, belə obyektlər ümumi rejim altına düşmüş olur.
Hər şeydən əvvəl daşınmaz əmlak xüsusi rejimdə olan əmlakdır (torpaq sahələri, yaşayış evləri, çoxillik əkmələr və s.). Göstərilən əmlaka əşya hüquqları, habelə onlar üzərində bağlanan əqdlər dövlət qeydiyyatından keçməlidir.
Torpaq sahələrinin əldə edilməsi üçün də xüsusi qaydalar nəzərdə tutulur. Məsələn, torpaq sahəsinin alınması üçün onun ayrılması qeydiyyatdan keçir. Həmin torpaqda ev tikmək üçün torpağın ayrılması və qeydiyyata alınmasından başqa, evin tikilməsi üçün layihənin təsdiqi, evin tikintisinə razılığın alınması, bir sıra yerquruluşu qaydalarına, sanitar, ekoloji qaydalara və normalara əməl olunması tələb olunur. Qanunla müəyyən olunmuş qaydada daşınmaz əmlak əldə edəndən sonra mülkiyyətçi bir sıra mükəlləfiyyətlər yerinə yetirməli olur.
Onlardan biri əmlaka görə vergidir. Xüsusi hüquqi rejim daşınmaz hesab olunmayan əmlaka da aid oluna bilər. Nəqliyyat vasitələri, odlu silah əldəetmə və s. obyektlər belə xüsusi rejimdə ola bilər. Xüsusi rejim belə obyektlərin qeydiyyatı və saxlanması, təhlükəsizlik qaydalarının gözlənilməsində və s. ifadə olunur.
Bələdiyyə mülkiyyət hüququ
Mülkiyyət forması kimi bələdiyyə mülkiyyətinin dövlət mülkiyyətindən ayrılması ilk dəfə «Azərbaycan Respublikasında mülkiyyət haqqında» Qanunla müəyyən olunmuşdur. Sonralar Azərbaycan Respublikasının yeni Konstitusiyasında (13-cü maddə) mülkiyyət növü kimi bələdiyyə mülkiyyəti təsbit olunmuşdur.
Bələdiyyə mülkiyyətinin formalaşmasında yuxarıda göstərilən qanunvericilik aktlarından başqa «Bələdiyyələrin statusu haqqında» 2 iyul 1999-cu il tarixli respublika Qanunu, «Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında», «Bələdiyyələrin əraziləri və torpaqları haqqında», «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında» 7 dekabr 1999-cu il respublika qanunları, «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında», 27 dekabr 2001-ci il respublika Qanunu və s. qanunlar, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsi mühüm rol oynamışdır.
Mülki Məcəllənin 156.1-ci maddəsinə əsasən, bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.
Bələdiyyə əmlakının yaranması mənbələri aşağıdakılardır:
- qanunvericiliyə uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən dövlət əmlakı;
- bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan əmlak;
- fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların bələdiyyələrə könüllü maddi yardım şəklində verilən əmlak;
- varisi olmayan əmlakın bələdiyyələrə keçməsi yolu ilə əldə olunan əmlak;
- bələdiyyələrə vəsiyyət edilən əmlak;
- qanunvericilikdə nəzərdə tutulan digər hallarda əldə olunan əmlak.
Bələdiyyələr öz əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni sərbəst olaraq əmlakına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir.
Bələdiyyələr haqqında respublika qanunvericiliyinə müvafiq olaraq bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir.
Bələdiyyələr, bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir.
Qanunvericiliyə əsasən, bələdiyyələr, bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərlə müəyyənləşdirə bilərlər.
Bələdiyyə mülkiyyətinin özəlləşdirilməsi qaydasını və şərtlərini əhali bilavasitə və ya bələdiyyə müstəqil surətdə müəyyənləşdirir. Bələdiyyə mülkiyyəti obyektlərinin özəlləşdirilməsindən daxil olan vəsaitlər bütünlüklə yerli büdcəyə daxil olur.
Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaitidir. Yerli büdcə bələdiyyə büdcəsi olub, dövlət büdcəsinin tərkib hissəsi deyil.
Yerli büdcənin gəlirlərinə fiziki şəxslərdən alınan torpaq və əmlak vergiləri; yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi; bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamlarına görə ödəniş; kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və qanunla müəyyən edilən digər yerli vergi və ödənişlər; Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya və subvensiyalar; bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər, lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər; fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları; dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaitləri və s. aid edilir.
Bələdiyyə mülkiyyətinin mühüm bir hissəsini bələdiyyə torpaqları təşkil edir. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar sıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür.
Bələdiyyələr haqqında respublika qanunvericiliyinə uyğun olaraq, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; onları ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və respublika vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ehtiyac yarandıqda respublikanın torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onları geri almaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək və respublika qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətlərə malikdirlər.
Bələdiyyələrin mülkiyyətində, həmçinin, su təsərrüfatı obyektləri də ola bilər. Bələdiyyə torpaqlarında yerləşən dövlət mülkiyyətində olan yerli əhəmiyyətli su təsərrüfatı obyektləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətinə verilir.
Su təsərrüfatı obyektləri üzərində bələdiyyə mülkiyyəti aşağıdakı şərtlərlə yaradıla bilər:
1) qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan su təsərrüfatı obyektlərini bələdiyyə mülkiyyətinə verməklə;
2) bələdiyyələr tərəfindən yeni su təsərrüfatı obyektləri yaratmaqla;
3) hüquqi və fiziki şəxslərin mülkiyyətində olan su təsərrüfatı obyektlərini əqdlər əsasında bələdiyyə mülkiyyətinə almaqla;
4) qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlərlə. Bələdiyyə mülkiyyətində olan su təsərrüfatı obyektlərindən, əsasən əhalinin həyat və sağlamlığını qorumaq və lazımi sanitariya şəraiti yaratmaq, onları içməli su ilə təchiz etmək, təsərrüfat-məişət ehtiyaclarını ödəmək, habelə kütləvi istirahət (rekreasiya), müalicə, turizm, idman və başqa məqsədlər üçün istifadə edilir.
Mülkiyyət hüququnun növləri
Mülkiyyət hüququnun formaları öz növbəsində növlərə bölünə bilər. Məsələn, vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyəti növ kimi müvafiq mülkiyyət formalarının tərkibində nəzərdən keçirilə bilər.
Mülkiyyətin növlərə ayrılmasının müxtəlif səbəbləri ola bilər. Növlər bir mülkiyyət formasının hüdudlarından çıxmaya da bilər (dövlət – bələdiyyə), eyni zamanda, mülkiyyətin formasından asılı olmaya da bilər. Məsələn, ümumi mülkiyyət hüququnun iki növü – paylı mülkiyyət və birgə mülkiyyət hüququ iki və daha artıq şəxsə məxsusdur. Burada payçılar qismində həm dövlət, həm də xüsusi mülkiyyətçilər çıxış edə bilər.
Mülkiyyətin növlərə bölünməsi konkret əmlakdan da asılı ola bilər. Bu nöqteyi-nəzərdən mülkiyyət hüququnu daşınar və daşınmaz əmlaka görə də fərqləndirmək olar.
Mülkiyyət hüququnun növləri eyni zamanda yarımnövlərə də ayrıla bilər. Məsələn, xüsusi mülkiyyətin növü kimi hüquqi şəxslərin mülkiyyətini öz növbəsində təsərrüfat ortaqlıqları və cəmiyyətləri, istehsal və istehlak kooperativləri, ictimai və dini təşkilatların mülkiyyətinə və s. bölmək olar.
Mülki qanunvericilikdə mülkiyyət hüququnun xüsusi bir növü olan ümumi mülkiyyət hüququna geniş yer verilir.
İki və ya bir neçə şəxsin (mülkiyyətçilərin) eyni bir əmlak üzərində mülkiyyəti ümumi mülkiyyət adlanır. Ümumi mülkiyyət hüququ dedikdə, eyni bir əmlakın bir neçə şəxsə məxsus olduğunu təsbit və mühafizə edən, həmin əmlak üzərində ümumi mülkiyyətçilər tərəfindən birlikdə sərəncam verilməsini, sahibliyini və istifadə etmələrini nizama salan hüquq normalarının məcmusu başa düşülür. Ümumi mülkiyyət hüququ aşağıdakı əlamətləri ilə xarakterizə edilir:
- Ümumi mülkiyyət hüququ subyekt çoxluğuna əsaslanır. Burada subyektlərin sayı həmişə ikidən artıq olur;
- Ümumi mülkiyyət hüququ özünün obyekt vahidliyi ilə xarakterizə olunur.
Ümumi mülkiyyət iştirakçıları mülkiyyət hüququnu bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirirlər. Onlardan heç biri digər mülkiyyətçilərin razılığı olmadan əmlak üzərində sərəncam verməyə haqlı deyildir.
Ümumi mülkiyyət hüququ qanundan, müqavilədən, vərəsəlikdən və digər əsaslardan əmələ gələ bilər.
Məzmununa görə ümumi mülkiyyətin iki növü fərqləndirilir:
- Paylar məlum olan ümumi mülkiyyət (paylı mülkiyyət);
- Paylar məlum olmayan ümumi mülkiyyət (birgə mülkiyyət).
Ümumi mülkiyyətin növləri arasındakı fərq ondan ibarətdir ki, paylı ümumi mülkiyyətdə iştirak edən hər bir şəxsin payı əvvəlcədən məlum olur. Birgə ümumi mülkiyyətdə isə iştirakçıların payı məlum olmur.
Paylar məlum olan ümumi mülkiyyətin iştirakçılarının payları bərabər və yaxud qeyri-bərabər ola bilər. Mülki Məcəllənin 214-cü maddəsinə əsasən, əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən, təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər.
Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir.
Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
Paylı mülkiyyətdə hər bir iştirakçı öz payını bağışlama, mübadilə, satma yolu ilə özgələşdirmək hüququna malikdir. Lakin pay satılarkən qalan iştirakçılara həmin payı almaq üçün üstünlük verilir. Paylı ümumi mülkiyyətin hər bir iştirakçısı öz payını ümumi əmlakdan ayırmağı tələb etməyə haqlıdır. Əmlakı onun təsərrüfat təyinatına zərər yetirmədən bölmək mümkün olmadıqda payın əvəzi pulla verilir.
Ümumi mülkiyyətin ikinci növü birgə mülkiyyətdir. Birgə mülkiyyət dedikdə, əmlak üzərində bir neçə şəxsin paylar məlum olmayan mülkiyyəti başa düşülür. Birgə mülkiyyətin də iki növü fərqləndirilir:
- Ər-arvadın birgə mülkiyyəti;
- Kəndli (fermer) təsərrüfatı üzvlərinin birgə mülkiyyəti. Ər-arvad və yaxud kəndli (fermer) təsərrüfatı üzvləri mülkiyyət hüququnu – sahiblik, istifadə və sərəncam hüququnu öz aralarında razılığa əsasən, həyata keçirirlər. Birgə mülkiyyət hüququna əşyanın (əmlakın) özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir.
Əqli mülkiyyət hüquqları
Əqli mülkiyyət (ƏM) hüquqları iş görmək istəyəndə həmişə vacib deyil. Ancaq, buna baxmayaraq, bu ciddi bir aspektdir və onların pozuntusu, qəsdən olub-olmamasından asılı olmayaraq, mənfi maliyyə nəticələrinə gətirib çıxara bilər. Əqli mülkiyyət hüquqlarının pozulması məhkəmə iddialarına səbəb ola bilər və potensial olaraq baha başa gəlir. ƏM növlərinin mövcudluğunu və qanunla necə qorunduğunu anlamaq, kiminsə hüquqlarının təsadüfən pozulmasının qarşısını almaq üçün vacibdir. Hansı qorunma tədbirlərinin tətbiq olunacağını bilmirsinizsə. intellektual mülkiyyət hüquqlarının pozulmasının qarşısını almaq çətindir. ƏM növlərinin müəyyənləşdirilməsi bu materialdan sui-istifadə etməmək üçün ilk addımdır.
Əqli mülkiyyətin qorunmasında ilk addım onun nə olduğunu müəyyənləşdirməkdir. Əqli mülkiyyətin əsas növlərinə aşağıdakılar daxildir: 1) Müəllif hüquqları. Onlar ədəbiyyat, dram, musiqi, video, memarlıq və kompüter proqramları daxil olmaqla “orijinal sənət əsərləri” hüquqlarını müdafiə edirlər; 2) Əmtəə nişanları. Əmtəə nişanları mallar, xidmətlər və şirkətləri müəyyənləşdirən sözlər, ifadələr və simvollar kimi markanın aspektlərini qoruyur. 3) Patentlər. Patentlər ixtiraları əhatə edir və əvvəlcədən müəyyən edilmiş müddətə bu yeniliklərə olan hüquqları qoruyur. Bunlara faydalı model patentləri, dizayn patentləri və bitki patentləri daxildir. 4) Kommersiya sirri. Xüsusi məlumatları, o cümlədən düsturlar, proqramlar və digər məlumatları qoruyur. Kommersiya sirləri bir tərəfə rəqib maraqlar üzərində iqtisadi üstünlük verir.
Bu ƏM növlərini, fərqlərini və tətbiq oluna biləcəkləri materialları başa düşmək, qorunan materialı daha asan tanımağımıza kömək edir. Şəxsin bu təsnifatlardan hər hansı biri tərəfindən qorunan materialın sahibinin açıq icazəsi olmadan istifadə etmək hüququ yoxdur.
Təəssüf ki, əqli mülkiyyət hüquqlarının pozulmasının qarşısını almaq həmişə asan olmur. Sahibkarlar əqli mülkiyyət hüquqlarına dair qanuni məhdudiyyətlərin pozulması riskini bir çox cəhətdən idarə edirlər, buna görə qrafiklərin, şüarların və hətta fərdi məhsul komponentlərinin istifadəsi ilə bağlı verdiyiniz hər qərarda bu məhdudiyyətləri nəzərə almaq vacibdir. Əqli mülkiyyət sahəsində sahibkarların edə biləcəyi ən çox pozuntularından biri də haqqı olmayan işlərdən istifadəsidir. İşiniz üçün bir şey yaratdıqda, kənar mənbəyi işə götürdüyünüz zaman, yaradılan işin mülkiyyəti – qrafika, yazılı məzmun, kodlaşdırma, veb saytlar və s., avtomatik olaraq şirkətinizə verilmir. Müqavilədə yaradıcıın bu işə olan hüquqlarını sizə verdiyini açıq şəkildə bildirməlidir.
Əqli mülkiyyət hüquqlarına riayət edilməməsi, nüfuzlu və maddi ziyan daxil olmaqla, ciddi mənfi nəticələrinə səbəb ola bilər. Nəzarət olmadan əqli mülkiyyət hüquqlarının pozulması hətta cinayət məsuliyyətinə və həbs cəzasına səbəb ola bilər. ƏM hüquqların pozuntusunun yüksək qiymətini nəzərə alaraq, işinizin qorunan məzmundan sui-istifadə etməməsini təmin etmək üçün addımlar atılmalıdır. Kiçik müəssisələr, markanın və ya məhsulun adının, loqotipinin və ya dizaynının hələ qeydə alınmadığını təmin etmək üçün Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin məlumat bazasını yoxlamaqla başlamalıdır. Qeydə alınmış materialdan istifadə etməyi planlaşdırırsınızsa, müvafiq lisenziyaları və sahiblərin açıq yazılı razılığını almaq vacibdir. Lisenziyası və razılığı olmadan qorunan materialın istifadəsi qanuna ziddir.
Nəhayət, əqli mülkiyyət hüququnu pozduğuna şübhə edirsinizsə, vəkillə məsləhətləşməyiniz yaxşı olar. Heç vaxt ƏM suallarını şansa buraxmayın, risk etməyə dəyməz.
Şamo Abdullayev
Benefisiar mülkiyyət hüququnu bərpa edə bilər və necə
Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı (Dərc olunma tarixi: 15-12-1991, Nəşr nömrəsi: 23, Maddə nömrəsi: 411)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
Azərbaycan Respublikasında mülkiyyət haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1. Mülkiyyət hüququ
1. Azərbaycan Respublikasında mülkiyyət. hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır.
2. Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir.
Mülkiyyətçi əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam səlahiyyətlərini başqa şəxsə verə bilər, əmlakdan girov kimi və ya başqa üsulla istifadə edə bilər, öz əmlakını mülkiyyət kimi və ya idarə etmək üçün başqa şəxsə verə bilər, habelə öz əmlakı barəsində qanuna zidd olmayan istənilən hərəkətləri etmək ixtiyarına malikdir. Mülkiyyətçi əmlakdan hər hansı sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş başqa fəaliyyət üçün istifadə edə bilər.
3. Əmlakdan təsərrüfat və digər məqsədlərlə istifadə edilməsinin nəticələri (məhsul və gəlir) — qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa — bu əmlakın mülkiyyətçisinə məxsusdur.
4. Mülkiyyətçinin ixtiyarı vardır ki, ona məxsus mülkiyyət hüququnu həyata keçirərkən vətəndaşların əməyindən istifadə etmək haqqında onlarla Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarımda nəzərdə tutulmuş şərtlərlə və hədlərdə müqavilələr bağlasın.
5. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda, şərtlərlə və hədlərdə mülkiyyətçinin üzərinə onun əmlakından digər şəxslərin məhdud şəkildə istifadə etməsinə yol vermək vəzifəsi qoyula bilər.
6. Mülkiyyət hüququnun həyata keçirilməsi ətraf mühitə zərər vurmamalı, vətəndaşların, müəssisələrin, idarələrin, təşkilatların və dövlətin hüquqlarını və qanunla qorunan mənafelərini pozmamalıdır.
M a d d ə 2. Azərbaycan Respublikasının mülkiyyət qanunvericiliyi
1. Azərbaycan Respublikasında mülkiyyət münasibətləri Azərbaycan Respublikasının qanunları ilə və onlara müvafiq surətdə qəbul edilən normativ aktlarla, dövlətlərarası müqavilələrlə, habelə Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi ilə, yerli xalq deputatları Sovetlərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri aktlarla tənzimlənir.
2. Tarix və mədəniyyət abidələri üzərində mülkiyyət hüququnun həyata keçirilməsi xüsusiyyətləri Azərbaycan Respublikasının xüsusi qanunvericiliyi ilə müəyyən edilir.
Elm, ədəbiyyat və incəsənət əsərləri yaratmaq, ixtiralar və kəşflər etmək, səmərələşdirmə təklifləri vermək, sənaye nümunələri, proqram vasitələri və digər intellektual mülkiyyət obyektləri hazırlamaq və bunlardan istifadə etmək sahəsində münasibətlər müəlliflik hüququ və mülki qanunvericiliyinin başqa aktları ilə, habelə hökumətlərarası sazişlərlə tənzimləmir.
M a d d ə 3. Mülkiyyət hüququnun obyektləri
Torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, hava hövzəsi, bitkilər və heyvanlar aləmi, müəssisələr, əmlak kompleksləri, binalar, qurğular, avadanlıq, xammal və materiallar, pullar, qiymətli kağızlar, istehsal təyinatlı, sosial, mədəni və başqa təyinatlı digər əmlak, intellektual və yaradıcı əməyin məhsulları mülkiyyətdə ola bilər.
M a d d ə 4. Mülkiyyət hüququnun subyektləri. Mülkiyyət formaları
1. Azərbaycan Respublikasında mülkiyyət hüququnun subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, yerli xalq deputatları Sovetləri, kollektiv müəssisələr (kooperativlər, səhmdar cəmiyyətləri, təsərrüfat ortaqlıqları və təsərrüfat assosiasiyaları, icarə müəssisələri), ictimai birliklər və dini təşkilatlar, vətəndaşlardır.
2. Azərbaycan Respublikasında mülkiyyət dövlət mülkiyyəti, kollektiv mülkiyyət və xüsusi mülkiyyətdən ibarətdir. Azərbaycan Respublikasının və başqa dövlətlərin vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətinin olan əmlakın birləşdirilməsinə, bunun əsasında mülkiyyətin qarışıq formasının yaradılmasına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hədlərdə yol verilir. Qarışıq mülkiyyətin növü öz vəsaitini birləşdirən sahiblərim statusu ilə müəyyən edilir.
3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hədlərdə onun ərazisində xarici dövlətlərin, onların hüquqi şəxslərini və vətəndaşlarının, beynəlxalq təşkilatların mülkiyyətinə yol verilir.
4. Dövlət mülkiyyətin müxtəlif formalarının inkişafı üçün şərait yaradır və onların müdafiəsinin təmin edir. Mülkiyyət hüququnun həyata keçirilməsində mülkiyyət formasından asılı olaraq məhdudiyyətlərə və ya üstünlüklərə yol verilmir.
M a d d ə 5. Əşya hüquqları
1. Qanunda müəyyən edilmiş hallarda və hədlərdə mülkiyyətçi əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüquqlarını başqa şəxslərə verə bilər, bu şəxslər həmin hüquqları qanunun və ya mülkiyyətçinin nəzərdə tutduğu hədlərdə həyata keçirirlər.
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyətçinin əmlakından göstərilən şərtlərlə təsərrüfat və ya başqa məqsədlərlə istifadə edən şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün onlara da mülkiyyətçi ilə eyni təminatlar verilir.
2. Mülkiyyətçi ona məxsus olan əmlakı yaratdığı müəssisəyə tam təsərrüfatçılıq səlahiyyəti ilə təhkim edə bilər.
Müəssisə ona təhkim edilmiş əmlak üzərində tam təsərrüfatçılıq səlahiyyətini həyata keçirərək, göstərilən əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir, həmin əmlak üzərində qanuna zidd olmayan istənilən hərəkətləri edə bilər. Əgər qanunvericilik aktlarında, yaxud müəssisə ilə mülkiyyətçi arasında bağlanmış müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət hüququ normaları tam təsərrüfatçılıq səlahiyyətinə də tətbiq olunur.
Mülkiyyətçi və ya onun öz əmlakını idarə etmək üçün vəkil etdiyi şəxslər müəssisə yaratmaq, onun fəaliyyət məqsədlərini müəyyənləşdirmək, onu yenidən təşkil etmək və ləğv etmək məsələlərini qanuna və təsis sənədlərinə müvafiq surətdə həll edir, etibar olunmuş əmlakın səmərəli işlədilməsinə və salamatlığına nəzarət edirlər,
Mülkiyyətçi ilə müəssisə arasında bağlanmış müqaviləyə əsasən mülkiyyətçinin müəssisəyə verdiyi əmlakdan istifadə olunmasından götürülən mənfəətin bir hissəsini müəyyən edilmiş məbləğdə almağa ixtiyarı vardır. Bu payın müəyyənləşdirilməsi zamanı yaranan mübahisələr məhkəmə, arbitraj məhkəməsi və ya münsiflər məhkəməsi tərəfindən həll edilir.
3. Mülkiyyətçinin vəsaiti ilə maliyyələşdirilən dövlət müəssisəsinə və başqa müəssisəyə onun təhkim etdiyi əmlak həmin müəssisənin operativ idarəsində olur. Bu müəssisə əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüquqlarını qanunla müəyyənləşdirilmiş hədlərdə və qaydada, öz fəaliyyət məqsədlərinə, mülkiyyətçinin tapşırıqlarına və əmlakın təyinatına müvafiq surətdə həyata keçirir.
Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmayıbsa, müəssisəyə təhkim olunmuş əmlakın mülkiyyətçisinin ixtiyarı var ki, bu əmlakı geri götürsün, yaxud yaratdığı digər hüquqi şəxslər arasında öz mülahizəsinə görə yenidən bölüşdürsün.
4. Mülkiyyətçinin razılığı ilə sahibkarlıq fəaliyyəti göstərən müəssisələr Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda bu cür fəaliyyətin gəliri və həmin gəlir hesabına əldə edilən əmlak barəsində müstəqil sərəncam vermək hüququ qazanırlar.
M a d d ə 6. Mülkiyyət hüququna xitam verilməsi
Azərbaycan Respublikasının v)z Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada mülkiyyətçinin öhdəlikləri üzrə əmlakın tutulmasından başqa, heç bir halda mülkiyyət hüququna mülkiyyətçinin iradəsi ziddinə xitam verilə bilməz.
Təbii fəlakət, qəza, epidemiya, epizootiya hallarında və digər bu cür hallarda cəmiyyətin xeyrinə olaraq dövlət hakimiyyəti orqanlarının qərarlarına əsasən əmlak qanunvericilik aktları ilə qoyulmuş qaydada və şərtlərlə, müvəqqəti və ya daimi olaraq mülkiyyətçinin əlindən alına bilər, bu zaman ona ya əmlakın dəyəri ödənilməlidir (həcz), ya da əldən çıxmış faydanın (bəhrənin) məbləği.
Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda əmlak mülkiyyətçidən cinayət törədilməsinə və ya digər hüquq pozuntusuna görə sanksiya şəklində məhkəmənin, arbitraj məhkəməsinin və ya səlahiyyətli başqa dövlət orqanının (vəzifəli şəxsin) qərarı ilə alına (müsadirə edilə) bilər.
M a d d ə 7. Mülkiyyətçinin əmlakına ödəmənin yönəldilməsi
1. Mülkiyyət və ya tam təsərrüfatçılıq səlahiyyəti əsasında hüquqi şəxsə məxsus olan hər hansı əmlaka hüquqi şəxsin öhdəlikləri üzrə ödəmələr yönəldilə bilər.
Dövlət müəssisəsi və ya başqa müəssisələr öhdəliklər üçün öz sərəncamındakı pul vəsaiti ilə cavabdehdir. Dövlət müəssisəsinin və ya başqa müəssisənin sərəncamında vəsait çatışmadıqda onun öhdəlikləri üçün müvafiq əmlakın mülkiyyətçisi məsuliyyət daşıyır.
2. Bu Qanunda, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının başqa qanunvericilik aktlarında, yaxud hüquqi şəxsin təsis sənədlərində nəzərdə tutulmuş hallardan savayı, mülkiyyətçi və ya hüquqi şəxsin təsisçisi onların yaratdıqları hüquqi şəxslərin öhdəlikləri üçün cavabdeh deyildir, hüquqi şəxs isə mülkiyyətçinin və ya təsisçinin öhdəlikləri üçün cavabdeh deyildir.
3. Vətəndaşlar öz öhdəlikləri üçün onlara mülkiyyət hüququ əsasında məxsus olan əmlak ilə cavabdehdirlər.
Vətəndaşların kreditorların tələbləri ilə ödəmənin yönəldilə bilmədiyi əmlakının siyahısı Azərbaycan Respublikasının Mülki prosessual məcəlləsi ilə müəyyən edilir.
4. Mülkiyyətçilərin dövlət qarşısında öhdəlikləri üzrə borcun, o cümlədən büdcəyə ödənişlər üzrə borcun qeyd-şərtsiz tutulmasına Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda yol verilir. Mülkiyyətçi belə ödəmə haqqında qərarla razılaşmadıqda məhkəməyə və ya arbitraj məhkəməsinə iddia ilə müraciət edə bilər.
M a d d ə 8. Azərbaycan Respublikasının hüdudlarından kənarda mülkiyyət
Azərbaycan Respublikasının başqa ölkələrdəki dövlət, kooperativ əmlakına, onun ictimai birliklərinin və dini təşkilatlarının, habelə vətəndaşlarının əmlakına sahiblik, ondan istifadə və onun barəsində sərəncam şərtləri və qaydası mülkiyyətin olduğu dövlətlərin qanunları ilə, habelə bağlanmış sazişlərlə və beynəlxalq hüquq normaları ilə müəyyən edilir.
DÖVLƏT MÜLKİYYƏTİ HÜQUQU
M a d d ə 9. Dövlət mülkiyyəti haqqında ümumi müddəalar
1. Azərbaycan Respublikasının dövlət mülkiyyəti Azərbaycan xalqına məxsusdur. Naxçıvan Muxtar Respublikasının dövlət mülkiyyəti Azərbaycan Respublikasının dövlət mülkiyyətinə daxildir.
2. Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə onun dövlət mülkiyyətinin bir hissəsi yerli dövlət hakimiyyəti orqanlarının mülkiyyətinə verilə bilər (bələdiyyə mülkiyyətin).
3. Dövlət əmlakı barəsində sərəncam verilməsini və onun idarə edilməsinin müvafiq xalq deputatları Sovetləri və onların vəkil etdikləri dövlət orqanları Azərbaycan Respublikasının mənafeyinə zidd olmadan həyata keçirirlər.
4. Bu Qanunun müddəaları başqa dövlətlərin Azərbaycan Respublikası ərazisindəki birgə və dövlət mülkiyyətinə də tətbiq edilir.
M a d d ə 10. Dövlət mülkiyyəti hüququnun obyektləri
1. Respublika ərazisi hüdudlarında torpaq, yerin təki, daxili sular və ərazi suları, qitə şelfi, bitkilər və heyvanlar aləmi, hava hövzəsi Azərbaycan Respublikasının müstəsna mülkiyyətidir. Azərbaycan Respublikası torpağı öz vətəndaşlarının xüsusi mülkiyyətinə verə bilir.
2. Azərbaycan Respublikası onun ərazisinə bitişik Xəzər dənizi iqtisadi zonasının ehtiyatlarına beynəlxalq hüquqla təsdiq edilmiş hədlərdə sahiblik, onlardan istifadə və onların barəsində sərəncam hüququna malikdir.
3. Azərbaycan Respublikasının SSRİ-də yaradılmış əmlakda, o cümlədən almaz və valyuta fondlarında, qızıl ehtiyatında öz payı üzərində mülkiyyət hüququ vardır.
4. Azərbaycan Respublikasının ərazisində olan bütün xalq təsərrüfatı sahələrinin müəssisələri, energetika, nəqliyyat və rabitə şəbəkələri (sistemləri), dövlət mənzil fondu, dövlət idarələrinin əmlakı, mədəni sərvətlər və tarix abidələri, infrastruktur obyektləri, o cümlədən kurort-turist təyinatlı obyektlər, dövlətin vəsaiti hesabına yaradılmış digər əsas fondlar, dövlət bankları, maliyyə və kredit ehtiyatları, qiymətli kağızlar və suveren dövlət kimi Azərbaycan Respublikasının qarşısında duran vəzifələri həyata keçirmək üçün lazım olan digər əmlak Azərbaycan Respublikasının dövlət mülkiyyətinə aiddir.
5. Azərbaycan Respublikasının dövlət maliyyə ehtiyatları hesabına yaradılmış və başqa dövlətlərin ərazisində yerləşən müəssisələr və ya onların hissələri də Azərbaycan Respublikasının dövlət mülkiyyətidir.
M a d d ə 11. Bələdiyyə mülkiyyəti
1. Bələdiyyə mülkiyyətində yerli dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının əmlakı, yerli büdcənin və büdcədənkənar fondların vəsaiti, mənzil fondu, mənzil fondu evlərindəki qeyri-yaşayış otaqları, mühəndis infrastrukturu obyektləri (su kəməri-kanalizasiya təsərrüfatı, istilik təchizatı, elektrik təchizatı, qaz təchizatı, şəhər elektrik nəqliyyatı qurğuları və şəbəkələri, bayır abadlıq obyektləri), istehlakçılara bilavasitə kommunal xidmətlər göstərən və xalq deputatları Sovetlərinin ərazisində olan digər obyektlər ola bilər.
2. Kənd təsərrüfatı, ticarət, məişət xidməti, nəqliyyat, sənaye, tikinti müəssisələri və digər müəssisələr, əmlak kompleksləri, xalq təhsili, mədəniyyət, səhiyyə müəssisələri və inzpbati-ərazi qurumlarının iqtisadi və sosial inkişafı üçün lazım olan başqa əmlak bələdiyyə mülkiyyətində ola bilər.
3. Yerli dövlət hakimiyyəti orqanları onların mülkiyyətində olan əmlakın hüquqi rejimini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə müəyyən edirlər.
4. Yerli dövlət hakimiyyəti orqanlarının sərəncamındakı obyektləri, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla, həmin orqanlarla razılaşdırmadan özgəninkiləşdirmək, götürmək və yenidən bölüşdürmək qadağandır.
M a d d ə 12. Dövlət və bələdiyyə müəssisələri və idarələrinin əmlakı
1. Dövlət və ya bələdiyyə mülkiyyəti olan, dövlət və ya bələdiyyə müəssisəsinə təhkim edilmiş əmlak tam təsərrüfatçılıq səlahiyyəti ilə müəssisəyə məxsusdur.
2. Dövlət və ya bələdiyyə əmlakının idarə olunması üçün vəkil edilmiş orqan dövlət və ya bələdiyyə müəssisəsinin yenidən təşkil olunması, yaxud ləğv edilməsi haqqında qərar qəbul etdikdə, müəssisə iqtidarsız (müflis) hesab edildiyi hallar istisna olmaqla, əmək kollektivinin ixtiyarı vardır ki, müəssisəni ona icarəyə verməyi və ya onu kollektiv, yaxud xüsusi mülkiyyət hüququna əsaslanan başqa müəssisəyə çevirməyi tələb etsin.
3. Dövlət və ya bələdiyyə mülkiyyəti olan və mülkiyyətçi tərəfindən dövlət və ya bələdiyyə büdcəsindəki idarəyə təhkim edilmiş əmlak həmin idarənin operativ idarəsində olur.
M a d d ə 13. Dövlət /və bələdiyyə əmlakının dövlətsizləşdirilməsi və özləşdirilməsi
Dövlət və ya bələdiyyə mülkiyyətində olan müəssisələr, əmlak kompleksləri, binalar, qurğular və başqa əmlak Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktları ilə, xalq deputatları Sovetlərinin öz səlahiyyətləri daxilində qəbul etdikləri aktlarla qoyulmuş qaydada və şərtlərlə vətəndaşların və hüquqi şəxslərin xüsusi mülkiyyətinə çevrilə bilər.
III B Ö L M Ə K
KOLLEKTİV MÜLKİYYƏT HÜQUQU
M a d d ə 14. Kollektiv mülkiyyət hüququ haqqında ümumi müddəalar
1. Kollektiv mülkiyyət hüququ əmlaka eyni zamanda sahiblik, ondan istifadə və onun barəsində sərəncam sahəsində kollektivin (şəxslər qrupunun) qanunla qorunan hüquqlarının məcmusudur.
Əmlak hər bir mülkiyyətçinin payı məlum olmaqla (paylı mülkiyyət), yaxud məlum olmamaqla (birgə mülkiyyət) kollektiv mülkiyyət hüququ əsasında məxsus ola bilər.
2. Kollektiv mülkiyyətə hüquqi şəxslər olan kollektiv və icarə müəssisələrinin, kooperativlərin, səhmdar cəmiyyətlərinin, təsərrüfat ortaqlıqları və təsərrüfat assosiasiyalarının, həmkarlar ittifaqı təşkilatlarının və başqa ictimai və dini təşkilatların, vətəndaşların birlik və ictimai hərəkatlarının mülkiyyəti aiddir.
3. Kollektiv mülkiyyət dövlət əmlakının qanunla qoyulmuş qaydada mülkiyyət kimi kollektivlərə verilməsi, hüquqi şəxslərin öz vəsaiti, yaxud borc aldıqları vəsait hesabına əmlak yaradılması və ya əldə edilməsi hesabına əmələ gəlir.
4. Kollektiv mülkiyyətdə olan əmlaka sahiblik etmək, ondan istifadə etmək və onun barəsində sərəncam vermək bütün mülkiyyətçilərin razılığına əsaslanır, razılıq olmadıqda isə məsələ mülkiyyətçilərdən hər hansı birinin iddiası ilə məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən həll edilir.
5. Kollektiv mülkiyyətdəki pay kənar şəxsə satılarkən bu payı almaq üçün üstünlük hüququ Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyi və hüquqi şəxsin nizamnaməsi ilə qoyulmuş qaydada və şərtlərlə kollektiv mülkiyyətin talan iştirakçılarına verilir.
M a d d ə 15. Müəssisənin mülkiyyəti
Əmlak mülkiyyətçiləri kimi yaradılan və hüquqi şəxslər sayılan təsərrüfat cəmiyyətləri və ortaqlıqları, kooperativlər, kollektiv müəssisələr və başqa müəssisələr iştirakçılar tərəfindən onlara əmanətlər və başqa haqlar şəklində verilən əmlak üzərində, habelə öz sahibkarlıq fəaliyyəti nəticəsində aldıqları və qanunla yol verilən başqa əsaslarla əldə etdikləri əmlak üzərində mülkiyyət hüququna malikdirlər. Səhmdar cəmiyyətləri həm də səhmlərin satışından əldə etdikləri vəsaitin mülkiyyətçiləri sayılırlar.
M a d d ə 16. Sahibkar birliyinin mülkiyyəti
1. hüquqi şəxs sayılan təsərrüfat cəmiyyətlərinin və ortaqlıqlarının, kollektiv müəssisələrin və icarə müəssisələrinin, kooperativlərin və başqa hüquqi şəxslərin sahibkar birliyi (konsernlər, assosiasiyalar, sahələrarası regional birliklər və başqa birliklər) iştirakçılar tərəfindən könüllü surətdə onun mülkiyyətinə verilən, habelə sahibkar birliyinin fəaliyyəti nəticəsində əldə edilən əmlak üzərində mülkiyyət hüququna malikdirlər.
2. Sahibkar birliyi iştirakçılarının birliyə daxil olmayan əmlakı üzərində birliyin mülkiyyət hüququ yoxdur.
3. Sahibkar birliyinin fəaliyyətin xitam verildikdən sonra qalan əmlak birliyə daxil olmuş müəssisələr və təşkilatlar arasında bölüşdürülür.
M a d d ə 17. İctimai birliklərinin mülkiyyəti
1. Hüquqi şəxslər sayılan ictimai birliklərin mülkiyyətində binalar, tikililər, mənzil fondu, avadanlıq, inventar, mədəni-maarif və sağlamlıq təyinatlı əmlak, pul vəsaiti, səhmlər, digər qiymətli kağızlar və onların nizamnamələrində nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün zəruri sayılan başqa əmlak ola bilər.
İctimai birliklər sahibkarlıq fəaliyyətilə məşğul ola bilərlər, bu fəaliyyəti həyata keçirmək məqsədilə müəssisələr və nizamnamə vəzifələrinin yerinə yetirmək üçün zəruri olan hədlər daxilində başqa əmlak yarada və ala bilərlər.
2. İctimai birliklər tərəfindən yaradılan, yaxud əldə edilən, hüquqi şəxslər olan müəssisələr və idarələr özlərinə təhkim edilmiş əmlak üzərində tam təsərrüfat səlahiyyətinə və ya operativ idarəetmə hüququna malikdirlər.
3. İctimai birlik ləğv edildikdə qalan əmlak büdcə, banklar və başqa kreditorlar ilə haqq-hesabdan sonra birliyin nizamnaməsində nəzərdə tutulan məqsədlərə yönəldilir.
M a d d ə 18. Xeyriyyə fondlarının və başqa ictimai fondların mülkiyyəti
1. Hüquqi şəxslər sayılan xeyriyyə fondları və başqa ictimai fondlar öz nizamnamələrində nəzərdə tutulan fəaliyyəti həyata keçirmək üçün təsisçilərin onlara verdikləri əmlak üzərində mülkiyyət hüququna malikdirlər.
Xeyriyyə fondları və başqa ictimai fondlar təsərrüfat fəaliyyətindən əldə etdikləri gəlirlər də daxil olmaqla öz vəsaitlərin ilə aldıqları və ya yaratdıqları əmlak üzərində, habelə vətəndaşlar, hüquqi şəxslər və ya dövlət tərəfindən verilən, qanunun yol verdiyi başqa əsaslarla alınan əmlak üzərində mülkiyyət hüququna malikdirlər. Onlar öz mülkiyyətində olam əmlakdan istifadə haqqında hesabatları hamının tanış olması üçün dərc edirlər.
2. Xeyriyyə fondları və başqa ictimai fondlar hüquqi şəxs sayılan müəssisə və idarələr yaratdıqda və ya aldıqda, habelə xeyriyyə fondu və ya başqa ictimai fond ləğv edildikdə bu Qanunun 17-ci maddəsinin müvafiq surətdə 2 və 3-cü bəndlərində nəzərdə tutulmuş müddəalar tətbiq edilir.
M a d d ə 19. Dini təşkilatların mülkiyyəti
1. Hüquqi şəxslər sayılan diş təşkilatların mülkiyyətində binalar, ayin predmetləri, istehsal, sosial və xeyriyyə təyinatlı obyektlər, pul vəsaiti və onların fəaliyyəti üçün zəruri sayılan başqa əmlak ola bilər.
Dini təşkilatların öz vəsaitləri hesabına aldıqları və ya yaratdıqları, vətəndaşların, təşkilatların bağışladığı və ya dövlətin sahibliyə, istifadəyə və sərəncama verdiyi, yaxud qanunla yol verilən başqa əsaslarla alınmış əmlak üzərində mülkiyyət hüququ vardır.
2. Dini təşkilatların hüquqi şəxslər kimi yaratdıqları müəssisələrin və idarələrin özlərinə təhkim edilmiş əmlak üzərində tam təsərrüfat səlahiyyət hüququ və ya operativ idarəetmə hüququ vardır.
3. Diş təşkilat ləğv edildiyi halda büdcə, banklar və başqa kreditorlar ilə haqq-hesabdan sonra qalan əmlak təşkilatın nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə yönəldilir.
XÜSUSİ MÜLKİYYƏT HÜQUQU
M a d d ə 20. Xüsusi mülkiyyət hüququ haqqında ümumi müddəalar
1. Xüsusi mülkiyyət hüququ istehsal vasitələrinə, qeyri-istehsal təyinatlı predmetlərə və sərvətlərə, pul vəsaitinə və qiymətli kağızlara, onlardan istifadə olunmasının nəticələrinə sahiblik, onlardan istifadə və onların barəsində sərəncam sahəsində ayrı-ayrı şəxslərin qanunla qorunan hüquqlarının məcmusudur. Xüsusi mülkiyyət hüququ həyata keçirilərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə muzdlu əməyin tətbiqi mümkündür.
2. Vətəndaş məhsuldar və yaradıcı əməkdə öz qabiliyyətindən istifadə etməkdə müstəsna hüquqa malikdir.
3. Vətəndaşın mülkiyyəti onun istehsalda iştirakı və əmək qabiliyyətindən başqa cür istifadə etməsi, öz təsərrüfatını idarə etməsi, sahibkarlıq fəaliyyəti, vərəsəlik üzrə və qanuna zidd olmayan başqa əsaslarla əmlak əldə etməsi nəticəsində qazanılan gəlir hesabına yaradılır və artırılır.
4. Vətəndaşın əmlaka vərəsəlik hüququ qanunla təsdiq edilir və qorunur.
M a d d ə 21. Vətəndaşın mülkiyyət hüququnun obyektləri
1. Vətəndaşın mülkiyyətində aşağıdakılar ola bilər:
– yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri; ,
– səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar;
– kütləvi informasiya vasitələri;
– mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri;
– dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlak.
2. Vətəndaşın qanuna və ya müqaviləyə uyğun olaraq əldə etdiyi əmlakın miqdarı və ya dəyəri məhdudlaşdırılmır.
3. Mənzil, mənzil-tikinti, bağ, qaraj kooperativinin üzvü onun istifadəsinə verilmiş mənzil, bağ, bağ evi, qaraj və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır.
Mülkiyyətçi ilə müqavilə üzrə və ya onun vərəsəsi sifətilə bu tikililəri və yay binaları öz mülkiyyəti kimi əldə edən vətəndaş verdiyi ərizə əsasında. müvafiq kooperativin üzvlüyünə qəbul edilir.
4. Yerli xalq deputatları Sovetlərinin dövlət, ictimai və mənzil fondunun evində mənzil kirayə edən şəxs və onun ailə üzvləri müvafiq mənzili, evi almaq yolu ilə və ya Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyində nəzərdə tutulan başqa əsaslarla mülkiyyət kimi əldə etmək ixtiyarına malikdirlər.
5. Mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa binalar və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bumları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir.
6. Vətəndaş öz əmlakından vətəndaşların və hüquqi şəxslərin təsərrüfat cəmiyyətlərinə və ortaqlıqlarına, kooperativlərinə, kollektiv və başqa müəssisələrinə əmanət kimi istifadə edərək sahibkarlıq fəaliyyəti göstərə bilər.
7. Vətəndaş hüquqi şəxs yaratmadan öz mülkiyyətində olan əmlakdan sahibkarlıq fəaliyyəti üçün istifadə edə bilər.
8. Vətəndaş əmlakını öz yaratdığı müəssisəyə təhkim etdiyi hallarda, bu Qanunun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş hüquqları əldə edir.
9. Kəndli təsərrüfatı, bağçılıq, bostançılıq və kənd təsərrüfatı istehsalının başqa formalarımı Yaratmaq, habelə yaşayış evi, qaraj, başqa yardımçı binalar tikmək üçün vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə ala bilərlər.
Həmin məqsədlərlə torpaq sahələri vətəndaşların vərəsəlik üzrə keçən ömürlük sahibliyinə verilə bilər. Bu sahələrdə istehsal edilən məhsul və əldə olunan gəlir vətəndaşın mülkiyyəti sayılır və o, bunlardan öz istəyinə görə istifadə edir.
MÜLKİYYƏT HÜQUQUNUN MÜDAFİƏSİ
M a d d ə 22. Mülkiyyət hüququnun müdafiəsi haqqında əsas müddəalar
1. Mülkiyyətçinin başqasının qanunsuz sahib olduğu öz əmlakını tələb etməyə hüququ vardır.
Əgər əmlak onu özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən satın alınmışdırsa, alıcı həmin şəxsin əmlakı özgəninkiləşdirmək hüququna malik olmadığını bilməmişdirsə və ya bilə də bilməzdisə (vicdanlı əldə edən), mülkiyyətçi bu əmlakı əldə edəndən o halda geri tələb etmək ixtiyarına malikdir ki, əmlak mülkiyyətçinin özü və ya sahiblik etmək üçün verdiyi şəxs tərəfindən itirilmiş olsun, yaxud onların birindən oğurlanmış olsun, yaxud onların iradəsindən asılı olmayaraq başqa bir yolla onların sahibliyindən çıxmış olsun. Pullar, habelə adsız qiymətli kağızlar vicdanlı əldə edənlərdən geri tələb edilə bilməz.
2. Pozulmuş hüquqlar sahiblikdən məhrum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının bərpa edilməsinin tələb edə bilər.
3. Cinayət nəticəsində mülkiyyətçiyə dəymiş zərərin əvəzi məhkəmənin qərarı ilə dövlət tərəfindən ödənilir. Bu zaman dövlətin çəkdiyi xərclər Azərbaycan Respublikasının qanunvericiliyinə uyqun olaraq məhkəmə qaydası ilə müqəssirdən tutulur.
4. Mülkiyyətçinin hüququ məhkəmə, arbitraj məhkəməsi və ya münsiflər məhkəməsi tərəfindən müdafiə edilir.
5. Bu maddədə nəzərdə tutulan, hüquqlar həmçinin mülkiyyətçi olmasa da, tam təsərrüfat səlahiyyəti, operativ idarəetmə, vərəsəlik üzrə keçə bilən ömürlük sahiblik hüququ əsasında və ya qanun, yaxud müqavilə ilə nəzərdə tutulan başqa əsasla əmlaka sahiblik edənə də məxsusdur. həmin şəxs öz əmlakını mülkiyyətçidən müdafiə etmək hüququna malikdir.
M a d d ə 23. Qanunda nəzərdə tutulan əsaslar üzrə mülkiyyətçinin hüquqlarına xitam verildikdə onun mənafelərinin müdafiəsi
1. Azərbaycan Respublikası və ya Naxçıvan Muxtar Respublikası mülkiyyət hüququna xitam verən qanunvericilik aktları qəbul etdikdə həmin aktların qəbul olunması nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi məhkəmənin qərarı ilə Azərbaycan Respublikası və ya Naxçıvan Muxtar Respublikası tərəfindən mülkiyyətçiyə tam həcmdə ödənilir.
Mübahisə yarandıqda məsələni məhkəmə həll edir.
M a d d ə 24. Mülkiyyətçilərin hüquqlarımı pozan aktların etibarsızlığı
1. Dövlət idarəetmə orqanları və ya yerli dövlət hakimiyyəti orqanı tərəfindən qanuna uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində mülkiyyətçinin və başqa şəxslərin. omlara məxsus əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüquqları pozulursa, həmin akt mülkiyyətçinin və ya hüquqları pozulan şəxsin iddiasına əsasən məhkəmə tərəfindən etibarsız sayıla bilər.
2. Göstərilən aktların qəbul edilməsi nəticəsində vətəndaşlara, təşkilatlara və başqa şəxslərə dəyən zərəri, o cümlədən əldən çıxan faydanın əvəzi müvafiq hakimiyyət və ya idarəetmə orqanının sərəncamında olan vəsait hesabına tam həcmdə ödənilməlidir.
3. Dövlət orqanının mülkiyyətçidən əmlakın bilavasitə alınmasına yönəldilən qərarı ilə, o cümlədən mülkiyyətçiyə məxsus evin, başqa tikililərin, qurğuların və ya əkililərin yerləşdiyi torpaq sahəsinin alınmasına dair qərarla əlaqədar olaraq mülkiyyət hüququna xitam verilməsinə yalnız Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktları ilə müəyyən olunmuş hallarda və qaydada yol verilir. Bu zaman mülkiyyətçiyə eyni dəyərə malik əmlak verilir və ya mülkiyyət hüququna xitam verilməsi ilə əlaqədar dəymiş zərərin əvəzi tam həcmdə ödənilir.
Mülkiyyətçi mülkiyyət hüququna xitam verən qərarla razılaşmadıqda möhkəmə, arbitraj məhkəməsi , və ya münsiflər məhkəməsi mübahisəni həll edənədək həmin qərar həyata keçirilə bilməz. Dəymiş zərərin mülkiyyətçiyə qaytarılması ilə əlaqədar bütün məsələlər mübahisəyə baxılarkən həll edilir.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV.
Bakı şəhəri, 9 noyabr 1991-ci il.
Comments are closed, but trackbacks and pingbacks are open.