Anar Berxudarov
Lənkəran-Astara iqtisadi rayonu. Sahəsi 6,07 min km2, əhalisinin sayı 953,6 min nəfərdir (2021).
Tərkibinə Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı inzibati rayonları və respublika əhəmiyyətli Lənkəran şəhəri daxildir. İqtisadi rayon ölkənin cənubunda, Xəzər dənizinin sahillərində yerləşir. Azərbaycanı İranla birləşdirən yollar buradan keçir. Ona görə də iqtisadi rayonun İCM-i əlverişlidir.
Azərbaycanın iqtisadi rayonları-YENİ
İqtisadi-coğrafi rayon – təbii şəraitinə, ehtiyatlarına, təsərrüfatın ixtisaslaşma istiqamətlərinə və əhalinin məskunlaşmasının inkişaf səviyyəsinə görə fərqlənən ərazidir. Azərbaycan 14 iqtisadi-coğrafi rayona ayrılır.
Bakı iqtisadi rayonu. Sahəsi 2,14 min km2, əhalisi 2300,5 min nəfər (2021). Bu iqtisadi rayonunun tərkibinə Bakı şəhəri inzibati ərazi dairəsinə daxil olan 12 rayon daxildir. İqtisadi rayon ölkənin şərqində, Xəzər dənizinin sahillərində, əlverişli İCM-də yerləşir (şəkil 3).
Regionda bütün əhali Bakı şəhəri və ətraf qəsəbələrdə cəmlənir. Ona görə şəhər əhalisinin xüsusi çəkisinə, şəhər yaşayış məntəqələri sırasına daxil olan qəsəbələrin sayına, ərazinin mənimsənilməsinə, əhalinin sıxlığına, istehsal təmərküzləşməsinə, infrastruktur sahələrinin inkişaf səviyyəsinə görə Bakı iqtisadi rayonu fərqlənir. Ölkənin şəhər əhalisinin 42,9%-i Bakı və onun ətrafında yaşayır. Burada Cənubi Qafqazın ən böyük şəhər məskunlaşması zonası olan Bakı aqlomerasiyası formalaşmışdır.
Neft, təbii qaz, əhəngdaşı, kvars və tikinti qumları iqtisadi rayonun təbii sərvətləridir. Burada
sənayenin bir çox sahələri inkişaf etmişdir. Neft-qaz hasilatı, onların emalı, neft-kimya, kimya,
metallurgiya, maşınqayırma, xüsusilə neft maşınqayırması və elektrotexnika iqtisadi rayonda sənayenin əsas ixtisaslaşma sahələridir. Rayonda istehsal olunan elektrik enerjisinin miqdarı yerli tələbatı ödəmir.
Qara və əlvan metallurgiya, tikinti materialları, yüngül və yeyinti sənayesi xammalları emal olunur. Bu sahələr üçün xammal əsasən kənardan gətirilir.
Kənd təsərrüfatının əsasını şəhərətrafı təsərrüfata daxil olan südlük-ətlik maldarlıq, quşçuluq,
tərəvəzçilik, bostançılıq, üzümçülük və quru subtropik meyvəçilik təşkil edir. Zeytun, zəfəran, badam, püstə, əncir, üzüm, qarpız becərilir.
Bakı aqlomerasiyası
Bakı şəhərinin rayonları
Abşeron-Xızı iqtisadi rayonu. Sahəsi 3,73 min km2, əhalisi 578,8 min nəfərdir (2021). Bu iqtisadi
rayonunun tərkibinə Sumqayıt şəhər ərazi dairəsi, Abşeron və Xızı inzibati rayonları daxildir
Burada ölkənin iri sənaye mərkəzləri olan Sumqayıt və Xırdalan şəhərləri yerləşir. İqtisadi rayon
ölkənin şərqində, Bakı şəhəri ilə qonşuluqda mövqe tutur. Belə mövqe regionun inkişafına əlverişli şərait yaradır.
Şəhər əhalisinin xüsusi çəkisinə (91,9%), ərazinin mənimsənilməsinə, əhalinin sıxlığına, infrastruktur sahələrinin inkişaf səviyyəsinə, sosial-iqtisadi inkişafına görə Abşeron Bakı iqtisadi rayonu istisna olmaqla, digər iqtisadi rayonlardan üstündür. Neft, təbii qaz, əhəngdaşı, sement xammalı, kvars və tikinti qumu Abşeronun əsas təbii sərvətləridir. Burada sənayenin bir çox sahələri inkişaf etmişdir. Neft-qaz hasilatı, neft-kimya, kimya, metallurgiya və elektrotexnika iqtisadi rayonda sənayenin əsas ixtisaslaşma sahələridir. Elektroenergetika yerli tələbatı
ödəmir. Kənardan gətirilən qara və əlvan metallar, tikinti materialları, yüngül və yeyinti sənayesi
xammalları emaldan keçirilir. İqtisadi rayonda olan sənaye müəssisələrinin əsas hissəsi Sumqayıt və Xırdalanda yerləşir. Kənd təsərrüfatının əsasını şəhərətrafı təsərrüfat kompleksinə daxil olan südlük-ətlik maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, bostançılıq, üzümçülük və quru subtropik meyvəçilik təşkil edir.
Zeytun, badam, püstə, əncir, ağ və qara şanı üzüm sortları becərilən əsas kənd təsərrüfatı məhsullarıdır. İqtisadi rayon ərazisində yay və qış otlaqları vardır.
Quba-Xaçmaz
Quba-Xaçmaz iqtisadi rayonu. Sahəsi 6,96 min km2, əhalisi 558,7 min nəfərdir (2021). Tərkibinə
Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran inzibati rayonları daxildir. Rayonun Xəzər dənizinə birbaşa çıxışı vardır. Azərbaycanı Rusiya ilə birləşdirən nəqliyyat-kommunikasiya xətləri bu rayondan keçir.
Buna görə iqtisadi rayonun İCM-i əlverişlidir Neft, təbii qaz, yanar şist, qum, çınqıl, gil regionun əsas təbii sərvətləridir. Meşələr rayon ərazisinin 10-11%-ni örtür. Qalaaltı mineral bulağı, Xəzər dənizinin sahillərində olan Nabran-Yalama zonası, meşələr və qumluqlar əsas istirahət zonalarıdır.
Tərəvəzçilik və tumlu meyvəçilik kənd təsərrüfatının ixtisaslaşma sahələridir. Xaçmaz, Siyəzən və
Şabran rayonlarında üzüm, Qusarda kartof, iqtisadi rayonun hər yerində taxıl əkilir. Düzən ərazilər südlük-ətlik maldarlığın, dağlıq rayonlar qoyunçuluğun əsas mərkəzləridir. Siyəzən, Xaçmaz və Qubada quşçuluq kompleksləri vardır.
Meyvə-tərəvəz konservi istehsalı Xaçmaz və Qubada, xalça toxuma müəssisələri Quba, Qusar və
Xaçmazda yerləşir. Xaçmazda taxıl, Qubada süd məhsulları emal edilir. Siyəzəndə neft və təbii qaz hasilatı, Xaçmazda və Qubada Modul tipli İES vardır. Xaçmaz və Quba şəhərləri sənaye mərkəzləridir.
Şəki-Zaqatala
Şəki-Zaqatala iqtisadi rayonu. Sahəsi 8,84 min km2, əhalisi 630,4 min nəfərdir (2021). Tərkibinə
Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz, Şəki inzibati rayonları və respublika əhəmiyyətli Şəki şəhəri daxildir.
Şəki-Zaqatala Böyük Qafqazın cənub yamaclarında yerləşir. Onun sərhədlərinin şimalda Baş Qafqaz silsiləsindən keçməsi qonşu Rusiya ilə əlaqələrdə çətinlik yaradır. Polimetal filizləri (Filizçay yatağı), qum, çınqıl, gil, gips və meşə ehtiyatlarının təsərrüfat əhəmiyyəti böyükdür.
Əlverişli iqlim şəraiti, mineral bulaqlar, meşələr, həmçinin tarixi memarlıq abidələri mühüm
rekreasiyavə turizm ehtiyatlarıdır.
İqtisadi rayonda yüngül və qida sənayesi sahələri daha yaxşı inkişaf etmişdir. Qida sənayesi
müəssisələrində meyvə-tərəvəz konservləri, şirniyyat, şərab, tütün, fındıq, çay, ət-süd məhsulları istehsal olunur. Qəbələdə Konserv kombinatı fəaliyyət göstərir. Şəkidə Modul tipli İES işləyir. Yüngül sənaye Şəki İpək kombinatı ilə təmsil edilir. Burada ipək parçalar, pərdələr, kəlağayılar, yaylıqlar toxunur.
İqtisadi rayonda tütün, qərzəkli meyvələr, taxıl, xüsusən də yazlıq taxıl becərilir. Burada, həmçinin çayçılıq, gülçülük, çəltikçilik sahələri vardır. Maldarlıq və baramaçılıq kimi heyvandarlıq sahələrinin əhəmiyyəti böyükdür. Qoyunçuluğun inkişafı üçün həm yay, həm də qış otlaqlarının imkanları genişdir.
Yevlax-Balakən dəmir və avtomobil yolları iqtisadi rayonu digər ərazilərlə əlaqələndirir. Şəki şəhəri iqtisadi rayonun əsas sənaye, elm və mədəniyyət mərkəzidir.
Dağlıq Şirvan iqtisadi rayonu. Sahəsi 6,13 min km2, əhalisinin sayı 324,8 min nəfərdir (2021).
Tərkibinə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan inzibati rayonları daxildir. Dağlıq Şirvan Böyük Qafqazın cənub-şərq ətəklərində yerləşir. Onun düzən əraziləri Şirvan düzündədir. İqtisadi rayonun İCM-i az əlverişlidir. Dağlıq ərazilərdə yerləşməsi ilə əlaqədar ilin qış aylarında avtomobil yollarının istifadəsində çətinliklər yaranır. Yanar şist, tikinti materialları, mineral sular, iqlim-balneoloji ehtiyatlar, meşələr iqtisadi rayonun əsas sərvətləridir.
İqtisadi rayon üzümçülük, taxılçılıq, heyvandarlıq məhsullarının istehsalı və onları emal edən sənaye sahələrinin inkişafına görə fərqlənir. İsmayıllıda və Şamaxıda yazlıq taxıl, üzüm, Ağsuda pambıq əkilir. Əhalinin yerli tələbatının ödənilməsi üçün bostan-tərəvəz məhsulları, kartof, meyvə yetişdirilir, barama, arı saxlanılır.
Üzümün ilkin emalı və şərab zavodları Şamaxı, Ağsu və İsmayıllı rayonlarında fəaliyyət göstərir.
Qədim sənətkarlıq sahələri kimi Şamaxıda xalça, Şamaxı və Basqalda ipək yaylıqlar, kəlağayılar toxunur, Lahıcda mis qablar hazırlanır. Bakı-Şamaxı-İsmayıllı-Balakən avtomobil yolunun əhəmiyyəti böyükdür. Şamaxı Dağlıq Şirvanın əsas iqtisadi, sosial-mədəni mərkəzidir.
Gəncə-Daşkəsən iqtisadi rayonu. Sahəsi 5,27 min km2, əhalisinin sayı 611,3 min nəfərdir (2021).
Tərkibinə respublika əhəmiyyətli Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Samux, Göygöl inzibati rayonları daxildir. Gəncə-Daşkəsən iqtisadi rayonu ölkənin qərbində, Azərbaycanı Gürcüstan və Qara dənizin sahilləri ilə birləşdirən nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşir. Buna görə əlverişli İCM-ə malikdir. İqtisadi potensialına görə Gəncə-Daşkəsən ölkənin seçilən regionlarından biridir.
Dəmir filizi, alunit, əhəngdaşı, mərmər, gips iqtisadi rayonun əsas yeraltı sərvətləridir. İqtisadi rayon dağmədən sənayesi üzrə ixtisaslaşmışdır. Daşkəsəndə qızıl-mis emalı, dəmir filizi çıxarılması və saflaşdırılması müəssisələri fəaliyyət göstərir. Kür çayı hidroenerji ehtiyatları ilə zəngindir. Göygöl-Hacıkənd zonası, Naftalanın müalicə nefti, mineral bulaqlar, meşələr təbii rekreasiya ehtiyatlarıdır. Kimya, qara və əlvan metallurgiya, tikinti materialları, yüngül və yeyinti sənayesi aparıcı sənaye sahələridir. Yenikənd SES əhalinin və təsərrüfatın enerji təminatında mühüm rol oynayır. Gəncə- Daşkəsən tikinti materialları sənayesinin inkişafına görə fərqlənir.
İqtisadi rayonda yüngül sənaye də inkişaf etdirilir. Dəliməmmədlidə pambıqtəmizləmə zavodu
fəaliyyət göstərir. Şərab, konyak, ət, süd, qənnadı məmulatları qida sənayesinin əsas məhsullarıdır.
Üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir.
Goranboyda pambıq əkilir. Gəncə şəhərinin əhalisini ərzaqla təmin etmək üçün şəhərətrafı təsərrüfat kompleksi yaradılmışdır.
Bakı-Qazax dəmir və avtomobil yolları buradan keçir. Gəncə şəhərində beynəlxalq əhəmiyyətli hava limanı vardır. Bakı-Ceyhan, Bakı-Supsa neft kəmərləri, TANAP, Bakı-Ərzurum qaz kəməri regiondan keçir. Gəncə-Daşkəsən hasilat sənayesi və onun məhsullarının emalı əsasında sənaye qovşağı kimi formalaşır. Gəncə şəhəri nəqliyyat qovşağıdır.
Qazax-Tovuz iqtisadi rayonu. Sahəsi 7,03 min km2 əhalisinin sayı 687,6 min nəfərdir (2021). Tərkibinə Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir inzibati rayonları daxildir. Qazax-Tovuz iqtisadi rayonu ölkənin qərbində, Gürcüstan ilə sərhədboyu ərazilərdə yerləşir. Qara dənizin sahilindəki limanlara gedən
nəqliyyat-kommunikasiya xətləri buradan keçir. Buna görə əlverişli İCM-ə malikdir.
Qızıl, mis, əhəngdaşı, bentonit gili, seolit, sement xammalı iqtisadi rayonun yeraltı sərvətləridir. İqtisadi rayonda dağ-mədən sənayesi Gədəbəy rayonunda inkişaf etdirilir. Burada qızıl-mis filizlərinin hasilatı və emalı müəssisəsi fəaliyyət göstərir. Kür çayı hidroenerji ehtiyatları ilə zəngindir. Mineral bulaqlar, meşələr təbiirekreasiya ehtiyatlarıdır. Əlvan metallurgiya, tikinti materialları və yeyinti sənayesi aparıcısənaye sahələridir. Şəmkir və Şəmkirçay SES-lər enerji təminatında mühüm rol oynayır. İqtisadi rayonda şərab, konyak, ət, süd məmulatları qida sənayesinin əsas məhsullarıdır.
Üzümçülük, kartofçuluq, taxılçılıq və heyvandarlıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir.
Bakı-Ağstafa dəmir yolu, Bakı-Qazax avtomobil yolu, Qara və Aralıq dənizlərinin sahillərinə gedənboru kəmərləri (Bakı-Tibilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, TANAP və Bakı-Ərzurum qaz kəməri)buradan keçir. Ağstafa əsas nəqliyyat qovşağıdır.
Qarabağ iqtisadi rayonu. Sahəsi 8,99 min km2, əhalisinin sayı 904,5 min nəfərdir (2021). Tərkibinə Ağcabədi, Ağdam, Bərdə, Xocalı, Xocavənd, Füzuli, Şuşa, Tərtər inzibati rayonları, respublika əhəmiyyətli Xankəndi və Şuşa şəhərləri daxildir. Qarabağ, Şərqi Zəngəzur, Mil-Muğan və Mərkəzi Aran iqtisadi rayonları arasında yerləşir. Cənubda İran ilə dövlət sərhədi Araz çayı boyu keçir. İqtisadi rayonun İCM-i əlverişlidir
Tikinti materialları (mərmər, sement xammalı, tikinti daşı) Qarabağın əsas yeraltı ehtiyatlardır. Meşələrdə olan ağac tədarükü imkanları yerli ehtiyacları ödəyir. Qarabağda üzümçülük, taxılçılıq, tütünçülük, pambıqçılıq və heyvandarlıq kənd təsərrüfatının əsas sahələridir.
Yüngül sənaye pambıqtəmizləmə, xalçaçılıq sahələri ilə təmsil olunur. Qida sənayesi müəssisələrində şərab və ət, süd məhsulları hazırlanır.
Şərqi Zəngəzur iqtisadi rayonu. Sahəsi 7,47 min km2, əhalisinin sayı 343,5 min nəfərdir (2021). Tərkibinə Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan inzibati rayonları aiddir. Şərqi Zəngəzur ölkənin cənub-qərbində, Qarabağ vulkanik yaylasında, Araz və Həkəri çaylarının hövzəsində yerləşir. Qızıl, civə, xromit, tikinti materialları rayonun əsas yeraltı sərvətləridir. Mineral bulaqlar, iqlimbalneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər. Meşələrdə az miqdarda tədarük üçün ağac ehtiyatı vardır.
Şərqi Zəngəzur iqtisadi rayonunda heyvandarlıq (qoyunçuluq, maldarlıq, arıçılıq), tütünçülük,
üzümçülük, meyvəçilik, taxılçılıq üçün əlverişli təbii şərait vardır.
Naxçıvan iqtisadi-coğrafi rayonu. Sahəsi 5,50 min km2, əhalisinin sayı 461,5 min nəfərdir (2021).
İqtisadi rayon Naxçıvan MR-in ərazisini əhatə edir. Onun tərkibinə respublika əhəmiyyətli Naxçıvan şəhəri, Babək, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Culfa və Şərur inzibati rayonları daxildir. Kəngərli rayonunun inzibati mərkəzi Qıvraq qəsəbəsi, Sədərək rayonunun inzibati mərkəzi Heydərabad qəsəbəsi, Babək rayonunun inzibati mərkəzi Babək şəhəridir. Naxçıvan MR ölkənin qabaqcıl iqtisadi rayonlarından biridir .
İqtisadi rayonun Türkiyə və İranla həmsərhəd olması onun iqtisadi-coğrafi mövqeyi üçün
əlverişlidir. Həmçinin Zəngəzur dəhlizinin açılması iqtisadi rayonu Azərbaycanın əsas ərazisi ilə
birləşdirəcək, onun tranzit əhəmiyyətini artıracaqdır.
Naxçıvan MR-də polimetal filizləri (Gümüşlüyatağı), mis, molibden (Parağaçay), daş duz, tikinti
materialları – mərmər, travertin, tikinti daşı, dolomit və gips mühüm təbii sərvətlərdir. Mineral bulaqlar, dağ gölləri (Batabat, Göygöl), təbiət (İlandağ) və tarixi abidələr gözəl istirahət və turizm yerləridir. Elektroenergetika sahəsində Araz su qovşağı, Vayxır, Arpaçay SES-ləri işləyir, Naxçıvanda Modul İES tikilmişdir, Ordubad SES tikilir. Yeyinti sənayesi, mebel və şüşə (Naxçıvan) istehsalı müəssisələri sənayenin aparıcı sahələrini təşkil edir.
Naxçıvan MR-də kənd təsərrüfatının əsas sahələri üzümçülük, çəyirdəkli meyvəçilik, taxılçılıq,
baramaçılıq və ətlik-südlük maldarlıqdır. Naxçıvan ölkənin əsas sənaye, Culfa isə nəqliyyat
qovşaqlarından biridir.
Lənkəran-Astara iqtisadi rayonu. Sahəsi 6,07 min km2, əhalisinin sayı 953,6 min nəfərdir (2021).
Tərkibinə Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı inzibati rayonları və respublika əhəmiyyətli Lənkəran şəhəri daxildir. İqtisadi rayon ölkənin cənubunda, Xəzər dənizinin sahillərində yerləşir. Azərbaycanı İranla birləşdirən yollar buradan keçir. Ona görə də iqtisadi rayonun İCM-i əlverişlidir.
Burada yeraltı sərvətlər azdır, tikinti materialları, meşələrdə tədarük üçün ağac ehtiyatları vardır. Xəzər sahili düzənliklər, meşələr, mineral bulaqlar istirahət, müalicə və turizm məqsədləri üçün istifadə edilir. Lənkəran ovalığı Azərbaycanda əhalinin ən sıx məskunlaşdığı ərazilərdən biridir.
Qida sənayesi müəssisələrində meyvə-tərəvəz konservləri, şərab, çay, ət, süd məhsulları istehsal
olunur. Lənkəran və Masallıda Meyvə-Tərəvəz konservi zavodları işləyir. Cəlilabadda şərab istehsal olunur. Faraş tərəvəzçilik, sitrus meyvəçiliyi və çayçılıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir. Burada, həmçinin çəltik, taxıl, üzüm becərilir. Xəzər dənizindən balıq tutulur və emal olunur. Lənkəran və Cəlilabad şəhərləri iqtisadi rayonun sənaye potensialının cəmləndiyi əsas mərkəzləridir.
Mərkəzi Aran iqtisadi rayonu. Sahəsi 6,69 min km2, əhalisinin sayı 740,0 min nəfərdir (2021).
İqtisadi rayonun tərkibinə respublika əhəmiyyətli Mingəçevir və Yevlax şəhərləri, Ağdaş, Göyçay,
Kürdəmir, Ucar, Yevlax və Zərdab inzibati rayonları daxildir.
Mərkəzi Aran iqtisadi rayonunun ərazisi, əsasən, Kür-Araz ovalığının qərb hissəsini əhatə edir. Bu iqtisadi rayonun çox hissəsi Şirvan düzündə yerləşir, əlverişli İCM-ə malikdir. Onun ərazisindən beynəlxalq və ölkə əhəmiyyətli Bakı-Ağstafa dəmir və avtomobil yolları, ixrac neft və təbii qaz kəmərləri keçir. Yeraltı sərvətlərə neft, tikinti materialları (mişar daşı, qum-çınqıl və s.) aiddir. Kür çayı hidroenerji ehtiyatlarına malikdir.
Neftçıxarma, elektroenergetika, tikinti materialları sənayesi ixtisaslaşmış sahələrdir. Mingəçevirdə Azərbaycan DRES, Mingəçevirdə və Varvarada SES-lər işləyir. Pambığın ilkin emalını həyata keçirən pambıqtəmizləmə zavodları vardır. İqtisadi rayonda meyvə-tərəvəz konservləri, şərab, konyak, ət, süd, taxıl məhsulları istehsal edilir.
Pambıqçılıq, quru subtropik meyvəçilik və bostançılıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir, taxılçılıq və heyvandarlıq inkişaf etdirilir. İqtisadi rayonda kartof, şəkər çuğunduru əkilir, barama saxlanılır. Burada balıq yetişdirilməsi üzrə iri zavodlar yerləşir.
Mingəçevir-Yevlax sənaye qovşağı formalaşmışdır. Yevlax, Kürdəmir, Ləki nəqliyyat qovşaqlarıdır.
Son illərdə Ləki-Qəbələ dəmir yolu xətti çəkilmişdir.
Şirvan-Salyan iqtisadi rayonu. Sahəsi 6,08 min km2, əhalisinin sayı 501,3 min nəfərdir (2021).
Tərkibinə respublika əhəmiyyətli Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan inzibati
rayonları daxildir.
Şirvan-Salyan iqtisadi rayonunun ərazisi Kür-Araz ovalığının şərq hissələrini tutur, şərqdən Xəzər
dənizinin suları ilə əhatə olunur. İqtisadi rayon əlverişli İCM-ə malikdir. Onun ərazisindən beynəlxalq və ölkə əhəmiyyətli Bakı-Ağstafa, Bakı-Astara dəmir və avtomobil yolları, ixrac neft və təbii qaz kəmərləri keçir. Təbii sərvətlərinə neft, təbii qaz, yodlu və bromlu mədən suları, tikinti materialları (mişar daşı, qumçınqıl və s.) aiddir. Neft və qazçıxarma, elektroenergetika, kimya, tikinti materialları sənayesi ixtisaslaşmış sənaye sahələridir. Şirvanda Cənub DRES işləyir. Salyanda Plastik Kütlə zavodu, Neftçalada Yod-Brom zavodu fəaliyyət göstərir.
Pambığın ilkin emalını həyata keçirən pambıqtəmizləmə zavodları vardır (Salyan, Neftçala, və s.).
İqtisadi rayonda meyvə-tərəvəz konservləri (Biləsuvar), ət, süd, taxıl məhsulları istehsal edilir.
Pambıqçılıq, quru subtropik meyvəçilik və bostançılıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir, taxılçılıq və heyvandarlıq inkişaf etdirilir. İqtisadi rayonda kartof, şəkər çuğunduru əkilir. Xıllı qəsəbəsində balıq yetişdirilməsi üzrə iri zavod yerləşir.
Şirvan-Salyan iqtisadi rayonunun ərazisində mövcud olan Osmanlı-Astara dəmir yolu xəttindən
Neftçala şəhərinə qol çəkilmişdir. Burada həmçinin Şirvan-Salyan sənaye qovşağı formalaşmışdır. Şirvan və Hacıqabul iqtisadi rayonun nəqliyyat qovşaqlarıdır.
Mil-Muğan iqtisadi rayonu. Sahəsi 5,67 min km2, əhalisinin sayı 522,6 min nəfərdir (2021).
Tərkibinə Beyləqan, İmişli, Saatlı, Sabirabad inzibati rayonları daxildir.
Mil-Muğan iqtisadi rayonunun ərazisi Mil və Muğan düzlərini əhatə edir. Cənubda İran ilə dövlət
sərhədi keçir. İqtisadi rayon əlverişli İCM-ə malikdir. Onun ərazisindən ölkə əhəmiyyətli Hacıqabul- Horadiz dəmir və avtomobil yolları, Yevlax-Ağcabədi-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar avtomobil yolları keçir. Yeraltı sərvətlərə tikinti materialları (mişar daşı, qum-çınqıl və s.) aiddir.
Neft və qazçıxarma, tikinti materialları sənayesi ixtisaslaşmış sənaye sahələridir. Pambığın ilkin emalını həyata keçirən pambıqtəmizləmə zavodları vardır (Sabirabad, Saatlı və s.). İqtisadi rayonda ət, süd, taxıl məhsulları istehsal edilir. Pambıqçılıq, quru subtropik meyvəçilik və bostançılıq kənd təsərrüfatının ixtisaslaşma sahələridir, taxılçılıq və heyvandarlıq inkişaf etdirilir. İqtisadi rayonda kartof, şəkər çuğunduru əkilir. Burada balıq
yetişdirilməsi üzrə iri zavodlar yerləşir.
Hazırladı: Osman Eminov
Anar Berxudarov
Anar Berxudarov проживает в городе Баку, Азербайджан. Из открытых источников получены следующие сведения: информация о высшем и среднем образовании.
Страна: | Азербайджан |
Город: | Баку |
Место рождения: | нет данных |
Возраст: | нет данных |
Дата рождения: | нет данных |
Знак зодиака: | нет данных |
Семейное положение: | неизвестно |
Место жительства
Среднее образование
276 saylı orta məktəb (Школа №276) | Азербайджан, Баку |
Высшее образование
Факультет: Mühəndis-iqtisad, beynəlxalq iqtisadi əlaqələr və menecment fakültəsi (Инженерно-экономический, международных экономических отношений и менеджмента)
Кафедра: Maşınqayırma sənayesinin iqtisadiyyatı və menecment (Экономика и менеджмент в машиностроительной пр
Социальные сети
нет данных | |
нет данных | |
нет данных | |
ВКонтакте | id166033341 |
Одноклассники | нет данных |
Мой Мир@Mail.ru | нет данных |
Источник информации
Информация получена из общедоступного открытого источника.
За достоверность информации сайт ответственность не несет.
Если это ваша анкета, то вы можете ее удалить. Перейти к удалению анкеты
Comments are closed, but trackbacks and pingbacks are open.