Beynəlxalq münasibətlərin müasir problemləri və BMT
Türkiyə, AƏT üzvlük üçün müraciətini Yunanıstanın müraciəti ilə birlikdə ortaq üzv
İKİNCİ DÜNYA MÜHARİBƏSİ ƏRƏFƏSİNDƏ QƏRB ÖLKƏLƏRİ BEYNƏLXALQ
Magistrantların XIX respublika Elmi konfransı, 15-16 may 2019-cu IL
İKİNCİ DÜNYA MÜHARİBƏSİ ƏRƏFƏSİNDƏ QƏRB ÖLKƏLƏRİ BEYNƏLXALQ
-
Bu sahifa navigatsiya:
- Magistrantların XIX Respublika Elmi konfransı, 15-16 may 2019-cu il
- 80-ci İLLƏRDƏ TÜRKİYƏNIN Aİ-NA TAM ÜZVLÜKLƏ BAĞLI BAXIŞ ASPEKTLƏRİ
İKİNCİ DÜNYA MÜHARİBƏSİ ƏRƏFƏSİNDƏ QƏRB ÖLKƏLƏRİ BEYNƏLXALQ
MÜNASİBƏTLƏR SİSTEMİNDƏ
Baləmmədov E.T.
Sumqayıt Dövlət Universiteti
İkinci Dünya müharibəsi ərəfəsində Qərb Diplomatiyası fəal siyasət yeritmişdir.İngiltərə
Diplomatiyası ilk növbədə 1937-ci ildə İtaliya ilə saziş bağlayaraq onun Həbəşistandakı təcavüzünü
bəyəndi.Tərəflər Aralıq dənizi rayonunda bir-birinin mənafelərinə hörmət edəcəklərini öhdələrinə
götürdülər.Almaniya 1939-cu ilin martında bütün Çexoslovakiyanı işğal etdikdən sonra Çemberlen bildirdi
Magistrantların XIX Respublika Elmi konfransı, 15-16 may 2019-cu il
ki,artıq İngiltərə diplomatiyası və siyasətinin yeni mərhələsi başlayır.1939-cu ilin aprelində İngiltərənin
silahlanmasına buraxılan xərclər iki dəfə artırıldı.1939cu ilin sentyabrın 3-də Böyük Britanitya Almaniyaya
müharibə elan etməklə İkinci Dünya nüharibəsinə qoşulmuş oldu.
İkinci Dünya müharibəsi ərəfəsində Avropada yaranmış mürəkkəb şərait Fransa diplomatiyasında da
öz əksini tapmışdı.Bu dövrdə Fransanın xarici siyasətində iki meyl özünü göstərirdi.1935-ci il mayın 2-də
Fransa ilə SSR arasında qarşılıqlı yardım haqqında müqavilə bağlandı və 1936-cı ilin mayında o,Fransa
parlamentində ratifikasiya edildi.Jorj Bonne xarici işlər naziri olduqdan sonra Almaniyaya meyl gücləndi.Bu
özünü ən çoxMünhen sövdələşməsində göstərdi.İdeologiyadakı müxtəliflik Fransanın SSR ilə faşizmə qarşı
birgə mübarizəsinə mane oldu.Avropada sərhədləri dəyişdirmək iddiasında olan Almaniyanı sakitləşdirmək
siyasəti Fransanı İkinci Dünya müharibəsinə sürüklədi.
İkinci Dünya Müharibəsi ərəfəsində faşizm beynəlxalq faktora çevrilmişdir.Almaniyada faşist
diktaturasının yaradılması ilə Versal-Vaşinqton sistemi iflas etməyə başladı.Almaniya 1933-cü ilin oktyabrın
14-də Millətlər Cəmiyyətindən çıxdığını bildirdi.Hitlerçılərin səyi nəticəsində Almaniya Avropada müharibə
ocağına çevrildi.1936-cı ildə İspaniyaa vətəndaş mühasribəsi başlanarkən Almaniya Frankoya yardım üçün
İspaniyaya hərbi müdaxilə etdi.1936-1937-ci illərdə Almaniya Yaponiya və İtaliya ilə birlikdə
antikommintern paktını imzalandı.1937-ci ilin sonuvə 1938-ci ilin əvvəllərində alman rəhbər dairələrində
Almaniyanın silahlandırılmasının sürəti,metodları və qərb dövlətlərinə münasibətdə fikir ayrılığı meydana
gəldi.Hitler 1938-ci ilin martında Avstriyanı dinc yolla sadəcə bir kağıza imza atdırmaqla lll imperiyanın
tərkibinə qatdı.1939-cu ilinavqustun 23-də Almaniya SSRİ ilə bir-birinə hücum etməmək haqqında on illik
Hitlerin Almaniyada hakimiyyətə gəlməsi və Yaponiyanın Çində müharibəyə başlaması,xammal
mənbələrini ələ keçirmək və dünyanı bölüşdürməkdə gecikmək təhlükəsi Mussolinini daha fəal fəaliyyətə
həvəsləndirdi.İtaliya təcavüzünün birinci qurbanı Efiopia oldu.İtaliyanın Almaniya ilə birlikdə İspaniyaya
hərbi müdaxiləsi təcavüzkarlıq yolunda sonrakı addım oldu.1936-cı ilin noyabrında Almaniya və Yaponiya
Antikominternn paktı bağladılar.1937-ci ilin dekabrında İtaliya Millətlər Cəmiyyətindən çıxdı.1937-ci ildə
İtaliya ilə İngiltərə arasında imzalanan centlmen sazişləri-nə görədövlətlər Aralıq dənizində bir birlərinin
mənafelərinə hörmət etməli idilər.İtaliya Albaniyanı 1939-cu ilin aprelində işğal etməklə kifayətlənməyə
məcbur oldu.1939-cu ilin mayın 22-də İtaliya ilə Almaniya arasında Polad paktı adflana müqavilə imzalandı.
1933-cü ilin yazında ABŞ-SSRİ ilə diplomatik münasibətlər yaratmaq üçün danışıqlıqlara
başladı.1933cü ilin noyabr ayının 16-da SSRİ ilə ABŞ arasında diplomatik münasibətlər yarandı.1935-ci ilin
avqustunda ABŞ konqresi Birtərəflik haqqında qanun qıbul etdi.1939-cu ilin sentyabrın 1-də İkinci Dünya
müharibəsin başlayandan sonra,ABŞ həmin qanunda dəyişiklik etmək qərarına gəldi.
TARİX TƏLİMİNDƏ ŞAGİRDLƏRDƏ TƏDQİQATÇILIQ
FUNKSİYALARININ FORMALAŞDIRILMASI
Cavadlı B. O.
Sumqayıt Dövlət Universiteti
Müasir təlim prosesinin əsas məqsədi tədrisin səmərəliliyini artırmaq, öz düşüncəsi, ağlı, potensial
enerjisi, güclü məntiqi ilə fənləri dərindən mənimsəyən və onu tətbiq etməyi bacaran, hər cür situasiyalarda
işin məğzini tutub çıxış yolunu tapmağı bacaran yüksək intellektli gənclər yetişdirməkdir.
Dərsdə həyata keçirilən təlim-tərbiyə, proseslərin ideya siyasi səviyyəsi dövrün, zamanın tələblərinə
cavab verməlidir. Gənclərdə vətəninə, xalqına və hökumətinə dərin məhəbbət hissləri aşılanmalı, sağlam
mənəviyyət formalaşdırılmalıdır, yeni insan tərbiyə edilməlidir. Öyrədilən tədris materialının məzmunu
yüksək elmi səviyyədə olmalı, tarix elminin inkişafını göstərməlidir. Fəal dərsin aparılması üçün ən mühüm
amillərdən biri müəllimin bələdçi, fasilitator yəni, istiqamətverən rolunu həyata keçirməsidir. Fasilitasiya
özü çoxşaxəli bir fəaliyyətdir və özündə bir sıra bilik, bacarıq, vərdiş və şəxsi keyfiyyətləri birləşdirir. Bu
prosesdə müəllim şagirdlərin fikrini təhrik etməli, onlara psixoloji, informasiya və təşkilati dəstək verməlidir.
Fasilitasiya aşağıdakılara əsaslanır:
Müəllim və şagirdlərin əməkdaşlığı;
Onların qarşılıqlı hörmət və etibarına;
Şagirdlərin olduqları kimi qəbul edilməsinə və onların müəllim tərəfindən daim dəstək almasına;
Müəllimin şagirdlərin qabiliyyətlərinə olan inamına;
Magistrantların XIX Respublika Elmi konfransı, 15-16 may 2019-cu il
Şagirdlərdə idrak motivasiyasının yaradılmasına;
Müəllimin sinifdəki mühitlə bağlı xüsusi həssaslığına.
İstedadın özünü aşkar etməsi ilk növbədə onun tədqiqatçılığı və yüksək təfəkkürə malik olması ilə
əlaqədardır. Hər bir insanda müəyyən istedad potensialı ola bilər. Ancaq insan öz güclü yaradıcı təfəkkürünü
və istedadı özündə aşkarlayaraq nümayiş etdirmək qabiliyyətinə malik ola bilər. Tədqiqatçılıq qabiliyyətini
inkişaf etdirmək üçün hər hansı yollardan, metodlardan istifadə faydalıdır. Müasir interaktiv təlim
metodlarından istifadə etmək daha uğurlu nəticələrə gətirib çıxarır.
Tədqiqatçı şagird müstəqil olmalıdır. Şagird öz düşündüyünü sərbəst deməli, səhv olacağından
çəkinməməlidir. Müstəqillik gələcəkdə şagirdin sərbəst şəkildə söz, fikir demək qabiliyyətini üzə çıxarır. Bu
tarix dərslərində tədqiqatçılıq imkanlarına geniş yol açır.
Yaradıcılıq qabiliyyətinin inkişafı şəxsiyyətin inkişaf mərhələlərindən keçir, təşəbbüskarlıq,
qərarların qəbulunda müstəqillik, özünü azad ifadə etmə vərdişləri, özünəinam yaradır. Müasir dövrdə xüsusi
istedada, yüksək yaradıcı təfəkkürə və tədqiqatçılıq qabiliyyətinə malik uşaqların (gənclərin) aşkara
çıxarılması və onlarla təlim-tərbiyə işinin təşkili probleminin hərtərəfli həll olunması istiqamətində yeni
pedaqoji və təlim texnologiyalarından səmərəli istifadə edilməsi önəmli yer tutur.
Tarix fənninin tədrisində müəllimin başlıca vəzifəsi standartlara müvafiq, məqsədlərə uyğun əqli
nəticələrə şagirdləri yönəltməkdir. Tədris materialı üzrə şagirdləri düşünməyə yönəltmək, dərketmə və
düçünmə üzrə onlarda təfəkkürün inkişafını təmin edərək şagirdləri əqli nəticələr çıxarmağa sövq etməkdir.
Təlim prosesində şagirdlərin təfəkkürünün fəallaşdırılması nəticəsində həmçinin:
1) bilikləri daha müstəqil, sərbəst qavranılır və mənimsənilir;
2) məntiqi, tənqidi və yaradıcı təfəkkür, habelə problemlərin həlli və qərar qəbul edilməsi üzrə
3) elmi-tədqiqat vərdişləri formalaşdırılır;
4) qarşılıqlı hörmət hissi və əməkdaşlıq vərdişləri aşılanır.
Əgər şagird öz istəyinə və öz fəaliyyətinə əsasən yeni bilikləri kəşf edirsə, onda o, dərsə
yaradıcı və maraqla yanaşır, əldə etdiyi uzun müddətə və möhkəm mənimsəyir.
Müəllim tədris olunan mövzu ilə bağlı ən son yenilikləri şagirdlərə çatdırmalı, lakin bu zaman lazım
olmayan materiallarla onları yükləməməlidir. Hər bir dərsin məqsədləri əvvəlcədən dəqiq
müəyyənləşdirməli, dərsin quruluşu və bütün mərhələlərin reallaşdırılması həmin məqsədlərə nail olmağa
yönəldilməlidir. Müəllim dərsdə elə təlim metodları və təlim üsullarından istifadə etməlidir ki, onlar həm
dərsin məqsədlərinin həyata keçirilməsinə və təlimin məzmununa müvafiq olsun, həm də şagirdlərin idrakı
fəallığını, təfəkkürünü və hafizəsini inkişaf etdirsin, onlarda axtarıcılıq, tədqiqat aparmaq həvəsi yaratsın.
Müasir tarix dərsinə verilən mühüm tələblərdən biri də dərsdə şagirdlərin müstəqil işlərə cəlb olunmasıdır.
Müasir tarix dərsləri İKT ilə təciz olunmalı, şagirdlər müəllimin rəhbərliyi altında onlardan dərsin
məqsədinə uyğun istifadə etməlidirlər. Dərsdə tarix fənni üzrə mümkün olan fəndaxili və fənlərarası
inteqrasiyadan geniş istifadə olunmalı, yeni materialın öyrədilməsi inteqrativ formada aparılmalıdır. Tarix
dərslərinin daha yaxşı mənimsənilməsi üçün şagirdlər siyasi-coğrafi xəritələri yaxşı bilməli, keçirilən
istənilən tarixi mövzu ətrafında müstəqil şəkildə tədqiqat apararaq hadisələri təhlil etmək bacarığı inkişaf
HEYDƏR ƏLİYEVİN PREZİDENTLİYİ DÖVRÜNDƏ AZƏRBAYCANIN YENİ
FORMALAŞMIŞ DİPLOMATİK SİYASİ KURSU
Cəfərli R.M.
Bakı Slavyan Universiteti
Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq siması, ulu öndər və XXI əsr müstəqillik
XX əsrin 90-cı illərində Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman dünya
miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Belə bir şəraitdə müstəqil dövlət qurmaq
son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Azərbaycan xalqının və dövlətinin tarixin
səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən
məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev fəaliyyətinin hər bir
məqamı ilə xalqın, dövlətin, cəmiyyətin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının
Magistrantların XIX Respublika Elmi konfransı, 15-16 may 2019-cu il
bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı,
xalqın rifah halının daha da yaxşılaşdırılması üçün tarixi işlər görmüşdür..Onun reallaşdırdığı layihələr,
uğurlu siyasi kurs praktiki olaraq Azərbaycan diplomatiyasına verdiyi töfhələr tarixdə silinməz izlər
qoymuşdur. Heydər Əliyev idarəçiliyində ölkə diplomatiyası siyasi kursunu kəskin dəyişmişdir ,əsaslı
uğurlar əldə etmişdir . Heydər Əliyevin siyasət sahnəsinə qayıdışı uğurlu xarici siyasəti formlaşdırdı,
müstəqilliyimizi möhkəmləndirdi . Heydər Əliyev admistrasiyasının əldə etdiyi əsas naliyyətlərdən biri
dövlətçilik ideyasını iflasdan qurtarması idi . Heydər Əliyevin siyasi və diplomatik ustalığı və onun
peşakar siyasətçi olması həqiqətəndə dövlət quruculuğunda ən yüksək zirvəyə çatmağımıza səbəb
Heydər Əliyev Azərbaycan diplomatiyasının qarşısında çətin vəzifələr olduğunu yaxşı bilirdi və elə bu
səbəbdən özü müstəqilliyimizin ilk illərindən Azərbaycanı siyasi areanada təmsil etmiş, Azərbaycanın
hüquqlarını müdafiə etmiş, Azəarbaycan reallıqlarını dünyaya çatdırmışdır . O təcrübəli, güclü ,iradəli və
uzaq görən lider olaraq Azərbaycan müstəqilliyini yenidən xalqı üçün bərpa etmiş, dövlətçiliyimizi qoruyub
saxlamış və müasir diplomatik siyasi kursu müəyyən etmişdir. Heydər Əliyev diplomatiyasının uğurları
haqqında məşhur amerikalı siyasi xadim Bjezinski belə fikir bildirmişdir “Heydər Əliyev siyasi cəhətdən
möhkəm , məntiqli , zəkalı , istədiyini tez çatdıran- şəksiz liderdir” .
Heydər Əliyev həmçinin Azərbaycan cəmiyyətinə olan əvəzsiz xidmətlətindən biri də Azərbaycan
cəmiyyətinin təfəkküründən siyasi təfəkkürün məhdudluğu anlayışını aradan qaldırması olmuşdur .
Azərbaycanın çoxsaylı uğurlarının təməlində Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu
diplomatiya vardır.Ümumiyyətlə Heydər Əliyevin tarixi – siyasi fəaliyyət yoluna nəzər saldıqda Ulu öndərin
əvəzsiz xidmətlərini birdaha görmək mümkündür və hal –hazırda ki uğurlu diplomatik fəaliyyətimiz
Heydər Əliyevin banisi olduğu diplomatik kursun davamıdır.
80-ci İLLƏRDƏ TÜRKİYƏNIN Aİ-NA TAM ÜZVLÜKLƏ BAĞLI BAXIŞ ASPEKTLƏRİ
Cəfərov H.H.
Bakı Slavyan Universiteti
Türkiyədə 1980 ci ildə baş verən hərbi müdaxilə 1983-ci ildə sona çatdı və bunun ardınca ölkədə
seçkilər keçirildi.Seçki nəticəsində Turqut Özal və Ana Vətən Partiyası (ANAP) təkbaşına iqtidar olanda,
Türkiyə AƏT münasibətləri bütün yuxarıda bəhs etdiyimiz amillərdən və hadisələrdən asılı olaraq həlli çox
çətin vəziyyətə gəlmişdi.AƏT Türkiyədə baş verən bu hadisələrdən sonra seçki keçirildiyi halda bu seçkinin
qeyri-kafi hesab etmələri və burada demokratik rejimin berpa olunmayana qədər Ankara müqaviləsində
göstərilən siyasi münasibətlərə yenidən başlamağı gecikdirirdilər.Türkiyə bu məsələlərdə Ankara
müqaviləsində etməli olduğu gömrük öhdəlikləri baxımından çox geri qalmışdı.T.Özal Türkiyə və Aİ
münasibətlərini inkişaf etdirmək və daha bir müsbət yola salmaq üçün üçlü bir strategiya tətbiq etmişdir.İlk
olaraq Türkiyənin Ankara müqaviləsi və Əlavə protokol çərçivəsində gömrük öhdəliklərini birtərəfli ələ
alaraq,bunları sürətləndirərək verilən öhdəlikləri yerinə yetirməyə başlamışdır.İkincisi Türkiyədə hərbi
müdaxilə başa çatdığı üçün yenidən Ankara müqaviləsi çərçivəsidə siyasi münasibətlərin bərpa olunmasını
Türkiyə höküməti Aİ tələb etmişdir.Lakin Avropa parlamenti (AP) üzvləri,Türkiyədə demokratiya və insan
haqlarının ləng inkişaf etdiyini irəli sürərək,bu tələbə adekvat cavab verməkdən yayınırdılar.Bunun üzərinə
T.Özal üçüncü bir taktika olaraq,Ankara müqaviləsindən müstəqil şəkildə və birbaşa Roma müqaviləsinə
əsaslanaraq,1987 ci ildə bir Avropa ölkəsi kimi Aİ-na tam üzvlük üçün müraciət etmişdir.AP üzvləri bu
müraciəti əvvlcədən rədd etməyərək müzakirə etməyi qəbul etmişlər.Buna baxmayaraq,o vaxt ‘Yeganə
Bazar’prinipinin kompleksi üçün intesiv iş içində olduqları və vahid bazarın hələ yaradılmaması
səbəbindən,Türkiyə və ya hər hansı başqa ölkəni üzvlüyə qəbul etməyəcəklərini açıqlamışdılar. Əslində bu
etiraz daha çox Türkiyəyə qarşı irəli sürülmüş bir fikir idi. Belə ki, 1986-ci ildə Aİ-a İspaniya və Portuqaliya
tam üzvlüyə qəbul edilmişdi. Buna cavab olaraq 1986-ci ildəki Aİ Tərəfdaşlıq Şurasının iclasında –
Yunanıstanın etirazlarına baxmayaraq – Türkiyənin Ankara Müqaviləsi çərçivəsində siyasi əlaqələrinin
bərpası məsələsinə daha isti baxmağa başlamışdılar.Buna baxmayaraq,nə1986-cı ildə,nə də 1988-ci ildə
Turkiyə lehinə qərar qəbul edilməmişdi.Nəhayət üzvlüklə bağlı müsbət qərar 1992-ci ildə gəlmişdir.Əslində
Ankara müqaviləsi, Aİ-na assosiativ üzv olmaq haqqında müqavilə idi.Əsas hədəfi tam üzvlük olsada,bu
qərar həmin anda qəbul olunacaq bir qərar deyildi.Bu hər iki tərəfin həmin andakı razılıqları və
dəyərləndirilmələri ilə bağlı olan bir qərar idi. T. Özal, bütün bu çətinlikləri bildiyi üçün, Türkiyə-Aİ
Magistrantların XIX Respublika Elmi konfransı, 15-16 may 2019-cu il
əlaqələrini “uzun incə bir yol” kimi xarakterizə etmişdir. T.Özalın gömrük öhdəliklərini aparması və siyasi
əlaqələri canlandırması, daha sonra Doğru Yol Partiyası və Sosyaldemokrat Milliyətçi Partiya (DYPSHP)
hökumət koalisiyası Baş Naziri Tansu Çillərə Türkiyə-AT münasibətlərində yeni bir addım atmağa imkan
vermişdir. 1995-ci ildə Türkiyə-AT Tərəfdaşlıq Şurasının qəbul etdiyi qərar nəticəsində, Türkiyə 1996-ci
ildən etibarən Aİ ilə gömrük birliyinə daxil olmuşdur. Lakin bu qərarda Türkiyənin dəqiq üzvlük tarixi
göstərilməmişdir. Əslində Aİ ölkələri Türkiyəni bu təşkilata üzvlüyünü istəsəydilər, öz səlahiyyətli
orqanlarında belə bir qərarı da qəbul etdirərdilər.Buna qarşın Kipr məsələsinin bir an əvvəl həll edilməsi
vacibliyi vurğulanmışdır.Nəhayət sonda Türkiyənin, gömrük ittifaqı qərarı siyasi baxımdan Türkiyə üçün
çox böyük bir uğur kimi göstərilə bilməz.
ANKARANIN ASSOSİATİV ÜZVLÜK MÜQAVİLƏSİ VƏ MÜHİTİ
Cəfərov H.H.
Bakı Slavyan Universiteti
Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi bu gün Avropa məkanında gedən diskussiyaların
məhək daşını təşkil edir
Türkiyə, AƏT üzvlük üçün müraciətini Yunanıstanın müraciəti ilə birlikdə ortaq üzv
qəbul edilməsinin ardından, 1959-ci ildə Adnan Meanderesin baş nazir olduğu Demokratlar Partiyası (DP)
dövründə etmişdir. Lakin 1960 cı il hərbi müdaxilə səbəbindən AƏT ilə danışıqlar kəsildi. İki il sonra
yenidən Türkiyədə demokratik rejimin qaytarılmasından sonra müzakirələrə yenidən başlanılmışdır.
Nəticədə, 1963-ci ildə imzalanmış Ankara Müqaviləsi ilə Türkiyə ilə AƏT arasında, Yunanıstan kimi, tam
üzvlüyə açıq assosiativ üzvlük təsis edilmişdir. Ankara Müqaviləsi 1964 cü ildən etibarən qüvvəyə
minmişdir. Ankara Müqaviləsinin, İsmət İnönünün baş nazirin etdiyi və daha sonra mərkəz sol prinsipini
qəbul edən Cümhuriyyət Xalq Partiyası (CHP) ilə müxtəlif mərkəz sağ partiyaların (AP: Ədalət Partiyası
istisna olmaqla; Yeni Türkiyə Partiyası, Respublikaçı Kəndli Millət Partiyası və APdən ayrılan müstəqil
deputatlar, o cümlədən yer aldığı bir koalisiya hökuməti tərəfindən imzalanmış olması xüsusi bir məna
daşıyırdı. Bu koalisiya hökumətini, sonrakı dövrlər üçün mərkəz soldan mərkəz sağa qədər geniş bir dairə
təmsil edirdi. 1966cı ildən 1980 ci ilə qədər, ümumiyyətlə, mərkəz sağ partiyalar Türkiye-Aİ əlaqələrinin
inkişaf etdirilməsindən yönündə hərəkət edərkən, mərkəz sol partiyalar bu əlaqələrin çox dəfə əleyhinə və ya
ən azından uzadılması ,dondurulması istiqamətində hərəkətə başlamışlar. Bu mövqe isə CHP və İ.İnönünün
Ankara Müqaviləsini imzalamış olması həqiqəti ilə heç də uyğun gəlməmişdir. 1959-1964-ci illərdə, AƏT
ölkələri Türkiyənin tam üzvlüyünə necə baxırdılar məsələsi müzakirə olunanda, ilk növbədə o dövrdəki
Avropanın iqtisadi və siyasi şərtlərini göz önünə gətirmək lazımdır. Dərhal qeyd edək ki, 1957-ci ildə altı
ölkə (Fransa, Qərbi Almaniya, İtaliya, Belçika, Niderland, Lüksemburq) tərəfindən imzalanan Roma
müqaviləsi əslində iqtisadi inteqrasiya məsələsində o illərdə faktiki olaraq bir gömrük ittifaqının
çərçivəsindən kənara çıxa bilməmişdir.Lakin bu halda belə, 1960-ci ildə Aİ-ə rəqib kimi İngiltərənin
liderliyində İsveç, Norveç və Danimarka tərəfindən bir sərbəst ticarət bölgəsi olaraq yaradılan European Free
Trade Associationdan (EFTA) çox fərqli və müxtəlif istiqamətləri var idi. Digər tərəfdən, həmin illərdə,
demokratik rejimi tətbiq edən Avropa ölkələrinin sayı məhdud idi. Məsələn, İspaniyada və Portuqaliyada
diktatura rejimi tətbiq edilirdi. Şərqi Avropa və Balkan ölkələri isə bütövlükdə Sovet Sosialist Respublikalar
İttifaqı (SSRİ) idarəsi altında yenə də diktatorluqla ilə idarə olunurdular. Demək ki, bu ölkələrin AƏT (və ya
EFTAYA) üzv olmaları məsələsi bu rejimlər daxilində ümumiyyətlə hələ müzakirə oluna bilməzdi
Beləliklə,məhz bu səbəbdən Yunanıstan və Türkiyənin siyasi iqtisadi həyatında baş verən dəyişiklikləri
yaxından izlənilməsi və Türkiyənin AƏT-a üzvlük üçün müraciət etməsi və tam üzvlük yolu üçün açıq
şəkildə ortaq üzvlüyə qəbul edilməsi məsələsi AƏT üçün də xüsusi əhəmiyyət daşıyırdı.1983-cü ildə
çoxpartiyalılığa keçid müzakirələri canlandırdı. 14 aprel 1987-ci ildə isə Türkiyə rəsmi olaraq təşkilata
üzvlük üçün müraciət etdi. 14 aprel 1987-ci ildə isə Türkiyə rəsmi olaraq təşkilata üzvlük üçün müraciət etdi.
Üzvlüyün ilk mərhələsi olan Gömrük birliyinə 1996-cı ildə daxil olan Türkiyənin üzvlük məsələsi 2000-ci
ildə aktivləşməyə başladı. 2004-cü ildə təşkilat daxilində qəbul edilən qərar müzakirələrə 2005-ci ildən
başlanılması üçün yaşıl işıq yandırdı. Lakin təəssüflər olsun ki, bu günə qədər bu istiqamətdə real irəliləyiş
Magistrantların XIX Respublika Elmi konfransı, 15-16 may 2019-cu il
PACTA SUNT SERVANDA PRİNSİPİNİN BEYNƏLXALQ HÜQUQİ
SƏNƏDLƏRDƏ TƏSBİTİ
Eyyubova M.E.
Bakı Slavyan Universiteti
Əsasını qədim Roma hüququndan götürən” müqavilə öhdəlikləri vicdanla yerinə yetiriliməlidir”
hüquqi prinsipi beynəlxalq hüququn təməl prinsiplərindən biridir. Beynəlxalq öhdəlikləri vicdanla yerinə
yetirmək prinsipi beynəlxalq hüququn ən qədim prinsiplərindən biri olmaqla hüquqi ədəbiyyatlarda pacta
sunt servanda (“müqavilələr yerinə yetirilməlidir”) kimi qeyd edilir.
Pacta Sunt Servanta prinsip təminatının bir sıra hüquqi sənədlərdə təsbiti verilmişdir.
-1969-cu il Müqavilələr hüququ haqqında Vyana konvensiyasında
-1970 –ci il Prinsiplər haqqında Bəyannamədə
Bu prinsip barədə BMT Nizamnaməsinin 2-ci maddəsinin 2-ci bəndində birbaşa təsbit olunmuşdur.
Burada deyilir ki, Birləşmiş Millətlər Təşkilatının bütün üzvləri “Təşkilata üzvlükdən irəli gələn hüquq və
üstünlükləri özlərinə təmin etmək üçün bu Nizamnaməyə uyğun olaraq öz üzərlərinə götürdükləri
öhdəlikləri vicdanla yerinə yetirirlər”. Pacta Sunt Servanda prinsip təminatı qədim Roma hüququ ,BMT
Nizamnaməsi ilə yanaşı bir çox beynəlxalq hüquqi əhəmiyyətli müqavilələrdə öz əksini tapmışdır.Daha bir
hüquqi əhəmiyyətli sənəddə – Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana
Konvensiyasında (26-cı maddə) bu prinsip geniş şərh edilir. Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək
prinsipi bütün beynəlxalq hüquq sisteminin fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Dövlətlər BMT
Nizamnaməsinə uyğun olaraq, öz üzərlərinə götürdükləri bütün öhdəlikləri, o cümlədən beynəlxalq hüququn
hamılıqla qəbul edilmiş prinsip və normalarından, beynəlxalq müqavilələrdən və beynəlxalq hüququn digər
mənbələrindən irəli gələn öhdəlikləri yerinə yetirilməlidir. Onlar heç bir əsas olmadan özbaşına öz
beynəlxalq öhdəliklərindən imtina edə bilməzlər. Beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi müvafiq
dövlətin beynəlxalq məhsuliyyətini doğurmur. Dövlətlər elə etməlidirlər ki, onların daxili qanunvericiliyi və
inzibati praktikası üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərə uyğun olsun.
Beynəlxalq münasibətlərin müasir problemləri və BMT
Monoqrafiyada müasir dövrdə olan problemlərdən güc siyasətinin tətbiqi, hərbi müdaxilə, beynəlxalq münaqişələr, beynəlxalq terrorizm kimi qlobal problemlər, ABŞ-ın Avrasiya siyasətinin, natosentrizm siyasətinin mahiyyəti, BMT ilə əməkdaşlıq edən regional və ya subregional təşkilatlarda hakim mövqe tutan dövlətin, məsələn ATƏT-də, MDB-də Rusiyanın və ya NATO-da ABŞ-ın geopolitik maraqları araşdırılır, BMT-nin əsas və ixtisaslaşmış qurumlarının fəaliyyətinin gücləndirilməsi, islahatların keçirilməsi zəminində beynəlxalq münasibətlərin müasir problemlərinin həlli yolları göstərilir.
Continue Reading
Continue Reading
Related Papers
“Türk dünyası gənc tədqiqatçılar dərnəyi”nin Araşdırmaları
Становление узбеков как народа и формирование государственных традиций в Центральной Азии имеют давнюю историю. Узбеки создали свое государство, уничтожив самое могущественное государство эпохи. За это время сражения Тимуридов и узбеков за Мавераннахр имеет особое значение. В статье будет обсуждаться история развития этих отношений. The formation of Uzbeks as a people and the formation of state traditions in Central Asia have a long history. The Uzbeks created their own state, destroying the most powerful state of the era. During this time, the battles of the Timurid and Uzbeks for Maverannahr have a special meaning. The article will discuss the history of the development of these relations.
Comments are closed, but trackbacks and pingbacks are open.