Beynelxalq təhlükəsizlik
Əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən ən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi.
Beynelxalq təhlükəsizlik
Beynəlxalq münasibətlər nəzəri baxımdan siyasət elminin bir qoludur. Bütün ölkələr, beynəlxalq arenada təmsil olunan təşkilatlar, transmilli korporasiyalar bu sahənin əsas predmet obyektlərdir. Beynəlxalq münasibətlər ixtisasının məqsədi bu sahə üzrə ixtisalaşmaq arzusunda olan şəxslərə sahənin əsas predmeti olan ölkələrin və təşkiatların beynəlxalq iqtisadi və hüquqi normalar çərçivəsində inteqrasiyası və sıx əməkdaşlıq münasibətlərinin qurulması üçün lazım olan bilik və bacarıqları verməkdir. Bu ixtisas hüquq, xarici dillər və sosial araşdırmalara maraq göstərənlər üçün uyğundur. Bu sahədə nəzəri biliklərin əsasını sadalanan sahələr üzrə nəzəri biliklər təşkil edir:
- ➝ Beynəlxalq münasibətlər nəzəriyyəsi;
- ➝ Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü;
- ➝ Avropa və Amerika; Yaxın və Orta Şərq ölkələrinin müasir xarici siyasəti;
- ➝ Beynəlxalq təşkilatlar; Beynəlxalq iqtisadi münasibətlər;
- ➝ İqtisadi diplomatiya; Dünya iqtisadiyyatı;
- ➝ Siyasi və iqtisadi coğrafiya;
- ➝ Beynəlxalq hüquq, beynəlxalq müqavilələr;
- ➝ Beynəlxalq təhlükəsizlik; Dünya siyasəti;
- ➝ Geosiyasət;
- ➝ Azərbaycanın xarici siyasəti;
- ➝ Diplomatiya və konsul xidməti; Diplomatik protokol;
- ➝ Konfliktologiya;
- ➝ İnteqrasiya prosesləri.
İxtisasın tarixi
Beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsilin əsası ilk dəfə 1919 – cu ildə Britaniyada qoyulmuşdur. Bu ixtisas üzrə ali təhsilin magistratura pilləsi üzrə ilk proqram isə 1928 – ci ildə Çikaqo Universitetində yaradılmışdır.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
- ➝ Dövlətin və ya şirkətin daxili və xarici siyasətini müəyyənləşdirmək və bu istiqamətdə beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanması;
- ➝ Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
- ➝ Layihələrin, sazişlərin, diplomatik sənədlərin hazırlanması və lazımi qaydada icrası;
- ➝ Müxtəlif mənbələrdən vacib məlumatların toplanması və inkişafların təhlili;
- ➝ İşlə bağlı yazılı və şifahi tərcümələr etmək;
- ➝ Beynəlxalq təşkilatlarla əməkdaşlıqda dövləti və ya şirkəti təmsil etmək;
- ➝ Beynəlxalq nümayəndə heyətlərinin müşayiəti, beynəlxalq tədbirlərin təşkili və keçirilməsi;
- ➝ Protokol işləri;
- ➝ Rəsmi səfərlərin hazırlanması;
- ➝ Beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlərin, görüşlərin təşkili;
- ➝ Mediya ilə iş, müasir informasiya texnologiyalarından istifadə;
- ➝ Millətlərarası ünsiyyət mədəniyyətini, xarici ölkələrin iş mədəniyyətini qorumaq;
- ➝ Müxtəlif xarakterli qlobal proseslərin tənzimlənməsi: iqtisadi, mədəni, hərbi, siyasi, ekoloji;
- ➝ Dövlət xaricində soydaşlarımızın maraqlarını qorumaq (Dövlətin diaspora fəaliyyəti).
Harada bu ixtisasa sahiblənmək olar?
- ➝ “ADA” Universiteti
- ➝ Azərbaycan Dillər Universiteti
- ➝ Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
- ➝ Bakı Dövlət Universiteti
- ➝ Bakı Slavyan Universiteti
- ➝ Naxçıvan Dövlət Universiteti
- ➝ Bakı Avrasiya Universiteti
- ➝ Xəzər Universiteti
- ➝ Naxçıvan Universiteti (Naxçıvan şəhəri)
- ➝ Qərbi Kaspi Universiteti
- ➝ Odlar Yurdu Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar ?
- ➝ Xarici İşlər Nazirliyində;
- ➝ Diplomatik nümayəndəlikərdə;
- ➝ Beynəlxalq təşkilatlarda;
- ➝ Xarici şirkətlərdə;
- ➝ Dövlət orqanlarının və yerli şirkətlərin beynəlxalq əlaqələr şöbələrində;
- ➝ Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarında;
- ➝ Elmi-tədqiqat mərkəzlərində tədqiqatçı (bunun üçün ən azı magistr dərəcəsi lazımdır);
- ➝ Ali məktəblərdə ixtisas fənləri üzrə müəllim (bunun üçün ən azı magistr dərəcəsi lazımdır);
- ➝ Transmilli Korporasiyalarda.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
Bu ixtisas sahibləri sahə bilikləri ilə yanaşı:
- ➝ Geniş dünyagörüşünə, intellektə;
- ➝ Analitik düşünmə tərzinə və sürətli qərarvermə qabiliyyətinə;
- ➝ Beynəlxalq dillərdən əlavə( ingilis dili mütləq səviyyədə), bir və ya iki xarici dil üzrə dil bilikləri;
- ➝ Xarici dil öyrənmək bacarığı;
- ➝ Yüksək kommunikasiya,dinləmək və fikrini düzgün ifadə etmək bacarığı;
- ➝ Liderlik bacarıqları;
- ➝ Siyasi düzgünlük və nəzakət bacarıqları;
- ➝ Məlumatı tez qavramaq, təhlil etmək və düzgün nəticə çıxarmaq bacarığı;
- ➝ Stres davamlılıq, dözümlülük və özünü idarəetmə bacarığı;
- ➝ İşdə dəqiqlik;
- ➝ Vətənpərvərlik.
Qeyd: Bu ixtisas sahibləri gündəlik olaraq dünyadakı iqtisadi və siyasi proseslərdən tez zamanda və ətraflı məlumatlar əldə etmək üçün nüfüzlu xəbər agentliklərinin paylaşımlarını izləmək, məqalələrini anlamaq üçün mütləq şəkildə ingilis dilini yaxşı səviyyədə bilməlidirlər. Ümumiyyətlə ixtisası bu dildən ayrı düşünmək qeyri-mümkündür. Tələbələr hələ universitetin ilk illərindən ingilis dili bacarıqlarını inkişaf etdirməlidirlər. Əks halda, ixtisas üzrə bir çox zəruri bilikləri əldə edə bilməyəcəklər və bu da onların bu istiqamət üzrə ixtisaslı kadr olmalarına ciddi əngəl olacaq. Dil bilikləri ilə yanaşı, həmçinin yüksək inkişaf etmiş kommunikasiya, liderlik bacarıqları (Emosional zəka (EQ) üzrə inkişaf etmiş keyfiyyətlər) ixtisas üzrə əsas tələblərdən hesab edilir. Həmçinin bu ixtisas üzrə çalışanlar tez-tez təmsil etdikləri təşkilat və ya ölkələrin maraqlarınının təmsili və qorunması üçün danışıqlar aparmaq məcburiyyətində olduqlarından, kompramisə getməyi bacarmalı, lakin öz maraqlarını ön planda tutmalı ve ehtiyac olarsa, bu məqsədlə reallıqları maraqları lehinə təqdim etməyi də bacarmalıdırlar.
İxtisasın gələcəyi
Yaşadığımız müasir dövr qlobalaşma və inteqrasiya dövrüdür. Bu isə öz növbəsində birbaşa olaraq beynəlxalq münasibətlər sahəsində ixtisaslı kadrlara tələbin artacağına işarədir. Bununla belə bu ixtisas ölkələrarası siyasi münasibətlərdən yüksək dərəcədə asılı olduğundan lokal perspektivi görmək üçün bu sahə üzrə fəaliyyət göstərməyi planlaşdırdığınız ölkənin iqtisadi və siyasi əlaqələrini araşdırmaq önəmlidir.
Əmək haqqı
İxtisas üzrə əmək haqqı namizədin sahə üzrə bilik və bacarıqları, təcrübə və vəzifə öhdəlikləri , çalışdığı sahə və qurumdan asılı olaraq dəyişir. Məvacib aralığı ümumi olaraq aşağıdakı məbləğdədir:
Xankəndi
21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.
Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır. Yaponiya Parlamentinin hədiyyəsi olan bu zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri yazılıb. Elə 2007-ci ildə BMT-nin Baş katibi Pan Gi Mun həmin “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırmışdı.
Baş katib “Sülh bizim missiyamızdır; gündəlik axtarışlarımızın mövzusudur” deyə builki müraciətində də dünya ictimaiyyətini sülhə nail olmaq üçün bütün səyləri birləşdirməyə çağırır. Qeyd edək ki, silahların susmasına və qeyri-zorakılığa həsr olunan Beynəlxalq Sülh gününün bu ilki mövzusu diqqəti daha çox aktual sülh və demokratiya məsələsinə cəlb edir.
Əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz Vətənlərində didərginə dönüblər, uzun illər ərzində qurduqları ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən ən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi.
Bu il Azərbaycanla Ermənistan arasında atəşkəs imzalanmasından 24 il keçir. Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrin heç birinə əməl etmir və atəşkəsin pozulması halları tez-tez qeydə alınır.
Bu gün qüdrətli və güclü Orduya malik Azərbaycan və onun Prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər çür zorakılığın dayandırılması arzusu bütün tarix boyu bəşəriyyəti düşündürüb. Amma təəssüf ki, tarix boyu, bəlkə də, elə ən çox pozulan bu arzu, bu istək olub.
21 sentyabr tarixi nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, köklü zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir.
Əsgər Həsənov,
Bakı şəhəri, Nizami rayon prokurorunun köməkçisi
Comments are closed, but trackbacks and pingbacks are open.