Press "Enter" to skip to content

Beynelxalq thlüksizlik

Tədris olunan fənlərə gəldikdə isə, əgər siz tarix fənnini sevmirsinizsə, ixtisas seçiminiz haqqında bir daha düşünün. Çünki bəzən siz özünüzü Tarix fakültəsinin tələbəsi kimi hiss edəcəksiniz. Bütün ixtisaslara tədris olunan Azərbaycan tarixi fənnindən əlavə, “Beynəlxalq münasibətlər” ixtisası tələbələrinə Beynəlxalq münasibətlər tarixi, Avropa və Amerika ölkələrinin müasir tarixi, Asiya və Afrika ölkələrinin müasir tarixi, Türk xalqları tarixi fənləri də tədris olunur.

“Beynəlxalq münasibətlər” ixtisası: abituriyentlər və yeni qəbul olmuş tələbələr üçün

Bu məqalədə “Beynəlxalq münasibətlər” ixtisası üçün tələb olunan bilik və bacarıqlar, dörd il ərzində tədris olunan fənlər, məzunlar üçün iş imkanları haqqında söhbət açacağam. Əgər siz abituriyentsinizsə, bu məqalə ixtisas seçimində sizə yardımçı ola bilər. Əgər ali məktəbə yeni qəbul olmusunuzsa, o zaman sizi qarşıda nələr gözlədiyi haqqında təsəvvürünüz formalaşacaq.

Əvvəla onu qeyd edim ki, bu ixtisas əvvəllər III ixtisas qrupuna daxil olsa da, 2011-ci ildən etibarən II ixtisas qrupuna aiddir.

Əksər tələbələr “Beynəlxalq münasibətlər” ixtisasına hansısa ölkədə səfir olmaq arzusu ilə qəbul olurlar, müəyyən müddət sonra bu arzu xəyala çevrilir və əksər hallarda gerçəkləşmir. Məqsədim sizin ümidlərinizi qırmaq deyil, sadəcə reallıqlarla tanış etməkdir. Nəzərə alın ki, hər il ali məktəblərdən yüzlərlə tələbə bu ixtisas üzrə məzun olur və nəticədə illər ötdükcə “diplomatlar ordusu” yaranır. Azərbaycanın bu qədər diplomata ehtiyacı varmı? Ən əsası, bir çox abituriyentlər diplomat olaraq yalnız səfiri tanıyırlar, halbuki konsul da, diplomatik nümayəndəliyin müşaviri, 1-ci, 2-ci, 3-cü dərəcəli katibləri də, attaşe də diplomatdır. Bəs “Beynəlxalq münasibətlər” məzunu harada işləyə bilər?

  • Xarici İşlər Nazirliyində, diplomatik nümayəndəlikərdə;
  • Beynəlxalq təşkilatlarda;
  • Xarici şirkətlərdə;
  • Dövlət orqanlarının və yerli şirkətlərin beynəlxalq əlaqələr şöbələrində;
  • Beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarında;
  • Elmi-tədqiqat mərkəzlərində tədqiqatçı (bunun üçün ən azı magistr dərəcəsi lazımdır);
  • Ali məktəblərdə ixtisas fənləri üzrə müəllim (bunun üçün ən azı magistr dərəcəsi lazımdır).

Təbii ki, heç də bütün məzunlar bu sahələrdə işləyəcək qədər uğur qazanmırlar. Bəs necə uğur qazana bilərik?

Əgər sizin xarici dil öyrənməyə marağınız və qabiliyyətiniz varsa, bu ixtisası seçə və gələcəkdə uğur qazana bilərsiniz. Doğrudur, hər bir ixtisas üçün xarici dil bilikləri vacibdir. Lakin beynəlxalq münasibətlər üçün bu onqat daha vacibdir. Əgər siz xarici dil bilmirsinizsə, xarici ölkələrlə necə əlaqə yarada bilərsiniz? Azərbaycanda bir çox şirkətlər ixtisasdan asılı olmayaraq ingilis və rus dillərini əsas şərt kimi tələb edirlər. Təbii ki, “beynəlxalq münasibətlər” ixtisası məzunu da bu dilləri mükəmməl bilməlidir. Əlavə olaraq üçüncü xarici dili də ən azı orta səviyyədə bilmək məsləhətdir. Onu da qeyd edim ki, ingilis, rus, fransız, çin, ərəb və ispan dilləri Beynəlxalq Millətlər Təşkilatının və bir çox digər təşkilatların rəsmi dilləri olduğundan, xarici dil seçimi zamanı bu dillərə üstünlük verməyiniz məqsədəuyğundur.

Xaricdə təhsil mütləq olmasa da, zəruridir. Xüsusilə xaricdə təhsil alarkən beynəlxalq təşkilatların təcrübə proqramlarında iştirak etmək sizə çox böyük üstünlüklər vəd edir.

Tədris olunan fənlərə gəldikdə isə, əgər siz tarix fənnini sevmirsinizsə, ixtisas seçiminiz haqqında bir daha düşünün. Çünki bəzən siz özünüzü Tarix fakültəsinin tələbəsi kimi hiss edəcəksiniz. Bütün ixtisaslara tədris olunan Azərbaycan tarixi fənnindən əlavə, “Beynəlxalq münasibətlər” ixtisası tələbələrinə Beynəlxalq münasibətlər tarixi, Avropa və Amerika ölkələrinin müasir tarixi, Asiya və Afrika ölkələrinin müasir tarixi, Türk xalqları tarixi fənləri də tədris olunur.

Dörd il ərzində sizə yuxarıda qeyd olunan fənlərdən əlavə, aşağıdakı fənlər və ya bir qədər fərqli adda oxşar fənlər tədris olunacaq:

  • Beynəlxalq münasibətlər nəzəriyyəsi
  • Beynəlxalq münasibətlərin formalaşmasının əsasları və təkamülü
  • Avropa və Amerika ölkələrinin müasir xarici siyasəti
  • Yaxın və Orta Şərq ölkələrinin müasir xarici siyasəti
  • Beynəlxalq təşkilatlar
  • Beynəlxalq iqtisadi münasibətlər
  • İqtisadi diplomatiya
  • Dünya iqtisadiyyatı
  • Siyasi və iqtisadi coğrafiya
  • Beynəlxalq hüquq
  • Beynəlxalq müqavilələr
  • Beynəlxalq təhlükəsizlik
  • Dünya siyasəti
  • Enerji diplomatiyası
  • Geosiyasət
  • Azərbaycanın xarici siyasəti
  • Diplomatiya və konsul xidməti
  • Diplomatik protokol
  • Konfliktologiya
  • Xarici dil

Bu fənlərlə yanaşı demək olar ki, bütün ixtisaslara tədris olunan fəlsəfə, mülki müdafiə, informatika kimi qeyri-ixtisas fənləri də tədris olunur.

Diplomatiya sahəsində ixtisaslaşmaq istəyən şəxslər həm də bir sıra qanunvericilik aktları ilə tanış olmalıdırlar:

  • “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanunu
  • “Azərbaycan Respublikasının Konsulluğu haqqında” Əsasnamə
  • “ Azərbaycan Respublikasının ştatdankənar (fəxri) konsulu haqqında” Əsasnamə
  • Azərbaycan Respublikasının Konsul Nizamnaməsi
  • “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu
  • Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları

Xankəndi

“Ölkə xaricində səyahətlər zamanı tanımadığımız sürücü ilə ünsiyyətdən yaranan psixoloji gərginlik hissi, klassik turizm məkanlarından daha fərqli yerlərə getmək, bir qədər sərbəst, asudə olmaq arzusu, yəqin ki, bir çoxlarımıza tanışdır. Bunun üçün ya avtomobil icarəyə götürmək və ya almaq lazımdır. Lakin bu istəyimizi gercəkləşdirmək üçün əvvəlcədən tədbirli olmalıyıq. Beynəlxalq Sürücülük Vəsiqəsinə malik olmağımız isə bu işdə bizə kömək edə bilər”.

Bunu Azvision.az -a açıqlamasında Baş Dövlət Yol Poisi İdarəsinin şöbə rəisi, polkovnik-leytenant Rüfət Quliyev deyib. O qeyd edib ki, Beynəlxalq Sürücülük Vəsiqəsinin verilməsi 1968-ci il Vyana Konvensiyası ilə tənzimlənir: “Dünyanın bir çox inkişaf etmiş dövlətlərinin təcrübəsində geniş yayılan Beynəlxalq Sürücülük Vəsiqəsi xarici dövlətlərdə avtomobil icarə edərkən, avtomobillə Konvensiyaya üzv dövlətlərin ərazisindən keçərkən, birbaşa və ya tranzit yük və ya sərnişin daşımaları zamanı istifadə olunur və sahibinə müstəqil olaraq ölkədən kənarda avtomobil idarə etməyə icazə verir”.

R.Quliyev onu da bildirib ki, “Respublikamızın 1968-ci il Vyana Konvensiyasına üzv olması milli sürücülük vəsiqəsinə malik vətəndaşlarımızın Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmələrinə imkan verir. “Dilimizdəki ə,ö,ü,ğ və sair hərflərin xarici dövlətlərdə çətin oxunması problemini həll edən Beynəlxalq Sürücülük Vəsiqəsi latın qrafikası ilə, eyni zamanda ayrı-ayrı səhifələrdə alman, fransız, italyan, ingilis, çin və sair, ümumilikdə 8 dildə çap olunur. Vəsiqə sahibi barəsində məlumatlar isə vəsiqənin son səhifəsində ingilis dilində tərtib olunur. Beynəlxalq Sürücülük Vəsiqəsi milli sürücülük vəsiqəsi təqdim edildikdə etibarlıdır”.

Şöbə rəisinin sözlərinə görə, Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmək istəyən vətəndaşlar Bakı şəhərində Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə, habelə Sumqayıt Regional Qeydiyyat İmtahan və Texniki baxış şöbəsinə şəxsiyyət vəsiqəsi, milli sürücülük vəsiqəsi, iki ədəd 3×4 ölcüdə rəngli fotoşəkil təqdim etməklə müraciət edə və qısa müddətdə ona yiyələnə bilərlər.

Şöbə rəisi sonda qeyd edib ki, Beynəlxalq Sürücülük Vəsiqəsi əldə etmək istəyən şəxslərdən sürücülük bacarıqlarını yoxlamaq üçün əlavə imtahandan keçmək tələb olunumur. “Xarici dövlətlərə səfərlər zamanı Beynəlxalq Sürücülük Vəsiqəsinin imkanlarından yararlanmış soydaşlarımızın məmnunluq ifadə etməsi sahibinə rahatlıq və güvənlik verən bu vəsiqənin sınaqdan uğurla çıxdığını deməyə əsas verir”.

Comments are closed, but trackbacks and pingbacks are open.