Press "Enter" to skip to content

BEYNƏLXALQ TURİZMİN COĞRAFİYASI

Ikinci hissədə materiklər və regionlar üzrə beynəlxalq turizmin vəziyyəti araşdırılır. Beynəlxalq turizm sənayesi güclü inkişaf etmiş 50-dən artıq dövlətin “Turizm пortreti” verilir. Sorğu xarakterli üçüncü hissədə isə turizmə dair normativ qanunverici aktlardan, beynəlxalq, regional və milli turist təşkilatların rus, ingilis və azərbaycan dillərində abbreviaturası, iqamətgahlarının harada yerləşməsindən və s. danışılır. Kitabın sonunda azərbaycan, rus və xarici dillərdə məsləhət bilinən geniş ədəbiyyat siyahısı verilmişdir.

Bu gün Beynəlxalq Turizm Günüdür – ednews.net

You are using an outdated browser. Please upgrade your browser to improve your experience.

9 Mart, Cümə axşamı
Günün xəbərləri

Xəbər xətti

09.03.2023

Ən çox oxunan xəbərlər

Bu gün Beynəlxalq Turizm Günüdür

27.09.2018 09:43 Фото: 9 Канал–> Mədəniyyət A- A A+

Sentyabrın 27-si Dünya Turizm Günüdür. Eurasia Diary “AZƏRTAC”a istinadla xəbər verir ki, bu il Dünya Turizm Günü “Turizm və rəqəmsal transformasiya” (Tourism and the digital transformation) mövzusuna həsr olunub. Builki tədbirə Macarıstan ev sahibliyi edəcək. 1970-ci il sentyabrın 27-də Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (DTT) nizamnaməsi qəbul olunub. 1980-ci ildə təşkilat bu tarixin Dünya Turizm Günü (World Tourism Day) kimi qeyd olunması barədə qərar qəbul edib. DTT hazırda dünya ölkələri arasında turizm sahəsi üzrə koordinasiyanı həyata keçirən, üzv dövlətlər arasında vahid statistik məlumat bazasının formalaşdırılması, turizmin bu və ya digər növünün inkişaf etdirilməsi və s. məsələlərlə bağlı tövsiyələr verən BMT nəzdində ixtisaslaşmış təşkilatdır. Azərbaycan bu təşkilata 2001-ci ildə üzv qəbul olunub. 27 sentyabr – Dünya Turizm Günü ölkəmizdə də hər il müxtəlif tədbirlərlə qeyd olunur. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən 27 sentyabr – Dünya Turizm Günü, həmçinin Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı günü elan edilib. Hər il olduğu kimi, bu il də əlamətdar günlə bağlı ölkəmizə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Yeni yaradılan Dövlət Turizm Agentliyi bu günü silsilə tədbirlərlə qeyd edəcək. Bu il ilk dəfə olaraq məhz turizm günündə ölkəmizə gələn turistlər üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda xüsusi qarşılanma mərasimi təşkil olunacaq və ölkəyə daxil olan hər bir turistə sərhəd buraxılış məntəqəsində milli şirniyyatlardan ibarət hədiyyələr təqdim ediləcək. Turizm günü ilə bağlı keçiriləcək tədbirlərin davamı olaraq Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərinin əsas turistik yerlərini ziyarət etmək üçün “Baku City Tour” avtobuslarına 50 faiz endirim tətbiq olunacaq. Avtobuslar sentyabrın 27-də səhər saat 10:00-dan 19:00-dək hər saatdan bir Hökumət Evinin qarşısından yola düşəcək. Gün ərzində yerli və xarici turistlər “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, eləcə də “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun xidmətlərindən pulsuz yararlana biləcəklər. Fəvvarələr meydanında isə xalçaçı, kilimçi, papaqçı, oymaçı, zərgər, dulusçu kimi sənətkarların, eləcə də milli musiqi alətlərinin, araxçın və qurama sənətkarlıq nümunələrinin hazırlanması, keramika, gil və miniatür üzərində iş üzrə usta olan sənətkarların əl işlərindən ibarət sərgi təşkil ediləcək, ustad dərsləri keçiriləcək. Dörd gün ərzində səhər saatlarından axşam saat 18:00-dək davam edəcək festivalda bal və milli şirniyyat nümunələri də nümayiş olunacaq. Turizm günündə Fəvvarələr meydanında axşam saatlarında canlı musiqili konsert də təşkil ediləcək. Qeyd edək ki, son illər Azərbaycanda turizm sahəsində aparılan köklü islahatlar, qəbul edilən qərarlar və reallaşdırılan layihələr öz bəhrəsini verməkdədir. Görülmüş işlərin nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayında ilbəil artım müşahidə olunmaqdadır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır. Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary

BEYNƏLXALQ TURİZMİN COĞRAFİYASI

Beynəlxalq turizm nisbətən yeni fənn olduğundan, onun tədrisinə lazım olan və müasir tələblərə cavab verən dərslik, dərs vəsaitləri və b. köməkçi materiallar demək olar ki, yoxdur. Bunu nəzərə alan müəlliflər bu fənnə dair dərs vəsaitinin hazırlanmasını qarşılarına məqsəd qoydular. Azərbaycan dilində ilk dəfə hazırlanan, geniş və əhatəli olan bu vəsaitdən turizm və beynəlxalq turizm fənnlərini dinləyən bakalavr, magistr və turizm sahəsində çalışan mütəxəssislərlə yanaşı bu sahə ilə maraqlanan geniş oxucu kütləsi də istifadə edə bilər. Kitab girişdən və 20 fəsli özündə birləşdirən 3 hissədən ibarətdir. Girişdə turizmin mahiyyəti, həmçinin onu doğuran səbəblər araşdırılır. Birinci hissədə turizmin yaranma tarixindən, forma və növlərindən, beynəlxalq turizmin dünya iqtisadiyyatındakı rolundan, turizm və təbiətin mühafizəsi məsələlərindən, əsas beynəlxalq, regional və milli turizm təşkilatları barədə informatik materiallardan, dünya regionları üzrə turizmin müasir vəziyyəti və inkişaf пersпektivlərindən danışılır.

Ikinci hissədə materiklər və regionlar üzrə beynəlxalq turizmin vəziyyəti araşdırılır. Beynəlxalq turizm sənayesi güclü inkişaf etmiş 50-dən artıq dövlətin “Turizm пortreti” verilir. Sorğu xarakterli üçüncü hissədə isə turizmə dair normativ qanunverici aktlardan, beynəlxalq, regional və milli turist təşkilatların rus, ingilis və azərbaycan dillərində abbreviaturası, iqamətgahlarının harada yerləşməsindən və s. danışılır. Kitabın sonunda azərbaycan, rus və xarici dillərdə məsləhət bilinən geniş ədəbiyyat siyahısı verilmişdir.

Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.