Beynelxalq turizm teskilatlari
Beynəlxalq Telekommunikasiyalar üzrə Ittifaq – BTI –(International Telecommunication Union — ITU) – 1994-cü ildə teleqraf, telefon, radio, radioverilişlərinin beynəlxalq əməkdaşlığı sahəsində elektrorabitənin səmərəli istifadə edilməsi məqsədilə 1965-ci ildə əsası qoyulan Beynəlxalq elektrorabitə ittifaqının yenidən qurulması ilə əlaqədar olaraq yaradılmışdır.
Azərbaycanda beynəlxalq turizm sərgisi keçiriləcək
Bakı. 1 mart. REPORT.AZ/ Bu il aprelin 6-8-də “Baku Expo Center”də XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2017) sərgisi keçiriləcək. Tədbirin əsas təşkilatçısı olan “Iteca Caspian” şirkətindən “Report”a bildirilib ki, bu sərgi turizm bazarı, dövlət strukturları və həm yerli, həm də regional turizm təşkilatlarının, eləcə də KİV-in nümayəndələrini növbəti dəfə bir arada toplayacaq. Xəzəryanı regionun turizm sənayesinin bu əsas sərgisində mühüm görüşlərin keçirilməsi, tərəfdaşlıq müqavilələrinin imzalanması, habelə yeni proqram və turizm marşrutlarının elan edilməsi gözlənilir. “AITF” sərgisi işinə başladığı gündən Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilir. Sərginin ənənəvi iştirakçısı – Azərbaycan Turizm Assosiasiyası (AzTA) da sərgiyə yaxından dəstək verir. “AITF” sərgisi həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatı (ÜTT) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA) kimi beynəlxalq strukturlar tərəfindən də dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edir. Bu il sərgidə müxtəlif turizm istiqamətləri, hava yolları və mehmanxana şəbəkələri, eləcə də turizm sahəsinin digər xidmət növləri təqdim olunacaq. İştirakçılar arasında Azərbaycan, İtaliya, İsveçrə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yer alır. Ənənəvi olaraq, sərgidə milli və regional stendlər də iştirak edir. Belarus, Çexiya, Dominikan Respublikası, Gürcüstan, Mərakeş və Tailand kimi ölkələr sərgidə milli stend, Roqaşka Slatina (Sloveniya) və Stavropol vilayəti (Rusiya) isə regional stendlə iştirak edəcəklərini təsdiq edib. Hər il sərgiyə yeni iştirakçılar qoşulur. Belə ki, bu il ilk dəfə olaraq, Kolumbiya və Kubanın Azərbaycandakı səfirliklərinin dəstəyi ilə Kolumbiya və Kuba kimi ölkələr turizm imkanlarını Azərbaycan sərgisində nümayiş etdirəcək. Xarici debütantlar arasında Böyük Britaniya, İtaliya və Çini təmsil edən turizm şirkətlərini qeyd etmək olar. Bu il Azərbaycanın turizm potensialını ölkənin regionları, o cümlədən Qarabağ bölgəsi təmsil edəcək. Mədəniyyət və Turizm Nazirliyi də ayrıca stendilə çıxış edəcək. Bununla yanaşı, sərgi çərçivəsində “vorkşop” keçiriləcək. Bu tədbir aparıcı yerli turizm şirkətləri ilə işgüzar əlaqələr qurmaq və vasitəçi olmadan birbaşa danışıqlar aparmaq imkanı yaradacaq. “Vorkşop” sərginin ikinci iş günündə Bakı Ekspo Mərkəzində olacaq. “Vorkşop”un təşkili çərçivəsində xüsusi onlayn sistem yaradılıb və iştirakçılar bu sistem vasitəsi ilə onları maraqlandıran şirkətlərlə görüşlər təyin edə bilirlər. Bu il bir sıra yerli turizm şirkətlərinin xahişi ilə həmin onlayn sistem sayəsində sərgi iştirakçıları ilə görüş təyin etmək imkanı da yaradılıb. “AITF” sərgisi ilə yanaşı, regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan XI Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar (Horex Caucasus-2017) sərgisi də baş tutacaq.
Kayzen
ASOİƏ təşkilatı (APEC — Asia-Pacific Ekonomic Cooperations-dan ixtisarla) 1989-cu ildə Asiya-Sakit okeanı regionunun iqtisadiyyatının daha da müstəqilləşməsinə cavab olaraq yaradılmışdır. ASOİƏ-nin məqsədləri bunlardır: regionda və bütün dünyada iqtisadi artıma dəstək; əmtəədən, xidmətdən, kapitaldan və texnologiyadan effektli istifadə etmək; açıq çoxtərəfli ticarət sisteminin inkişafı və mövcudluğu Dünya ticarət təşkilatının prinsiplərinə əks olan ticarətdə olan həmin maneələrin əmtəə və xidmətlərlə aradan qaldırılması APEC-nin fəaliyyəti üç geniş miqyasda aparılır: ticarətin və investisiya ab-havasının liberallaşdırılması; ticarətə və investisiyaya əlverişlilik; ölkələrin iqtisadi və texniki əməkdaşlığı zamanı iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə. Ayrıca tapşırığı Asiya-Sakit okean regionunda 2020-ci ilə qədər, sənayeləşmiş ölkələrdə isə 2010-cu ilə qədər ticarət və investisiya üçün əlverişli şəraitin yaradılmasıdır. Regionun inkişafında əsas diqqət xüsusi sektorun rolunun gücləndirilməsinə yönəldilir.
Hər il nazirlər səviyyəsində görüşlər keçirilir və təhsil; elektrik enerjisi; ətraf mühit və davamlı inkişaf; əmək ehtiyatlarının inkişafı; elm və texnologiyada əməkdaşlıq; kiçik və orta biznesin təşkili; telekommunikasiya və informasiya sənayesi; ticarət və nəqliyyat mövzularının müzakirəsi aparılır. Həmçinin on işçi qrup balıqçılıq məsələləri ilə, əmək ehtiyatları ilə, texnologiya və işləmə, dəniz ehtiyatlarının mühafizəsi, elektrikləşdirmə, telekommunikasiya, turizm, ticarət, investisiya və nəqliyyat sahəsində regional əməkdaşlıq məsələləri ilə məşğul olur.
ASOİƏ-yə Avstraliya, Bruney, İndoneziya, Kanada, Çin, Malayziya, Meksika, Yeni Zelandiya, Papua Yeni Qvineya, Peru, Koreya Respublikası, Rusiya, Sinqapur, Amerika Birləşmiş Ştatları, Tayland, Tayvan, Filippin, Çili və Yaponiya daxildir. ASEAN-ın katibliyi, Sakit okean iqtisadi əməkdaşlıq şurası (uyğun olaraq ing. PECC) və Cənubi Sakit okean forumu (uyğun olaraq ing. SPF) müşahidəçi statusuna malikdirlər. İcraiyyə direktorunun rəhbərlik etdiyi ASOİƏ-nin katibliyi Sinqapurda yerləşir.
Beynəlxalq təşkilatlar hüququ
- Beynəlxalq hüquq
- 15 may 2013, 23:36
Dövlətlərarası əməkdaşlığın ən mühüm təşkilatı formalarnıdan biri kimi beynəlxalq təşkilatlar XIX əsrin ikinci yarısında meydana gəlməyə başlamışdır. İlk beynəlxalq təşkilatlar aşağıdakılar idi:
1) Torpağın ölçülməsi üzrə Beynəlxalq ittifaq (1864);
2) Beynəlxalq teleqraf ittifaqı (1874);
3) Ümumdünya poçt ittifaqı (1874);
4) Beynəlxalq ölçü və çəki komitəsi (1875);
5) Sənaye mülkiyyətinin mühafizəsi üzrə Beynəlxalq ittifaq (1883);
6) Ədəbi və bədii mülkiyyətin mühafizəsi üzrə Beynəlxalq ittifaq (1886);
7) Gömrük tariflərinin nəşri üzrə Beynəlxalq ittifaq (1890);
8) Köləlik əleyhinə Beynəlxalq ittifaq (1890);
9) Dəmiryol mal daşımaları üzrə Beynəlxalq ittifaq (1890).
Hal-hazırda 300-dən artıq beynəlxalq hökumətlərarası təşkilat mövcuddur. Geniş mənada beynəlxalq təşkilatların (qeyryi-hökumət təşkilatları da daxil olmaqla) sayı isə 4 mindən də artıqdır.
Beynəlxalq təklilatlar hüququ sahəsində vahid məcəllələşdirilmiş akt toxdur. Ona görə də beynəlxalq təklilatların statusu, təşkili və fəaliyyəti ilə bağlı normaları müxtəlif xarakterli beynəlxalq müqavilələrdə tapmaq olar:
BMT-nin ixtisaslaşmış beynəlxalq təşkilatları
- Diplomatiya
- 27 dekabr 2015, 00:24
Xüsusi müqavilələrlə Birləşmiş Millətlər Təşkilatı ilə əlaqələndirilmiş hökumətlərarası idarə müstəqil, muxtar təşkilatdır. İqtisadi və sosial şura bu təşkilatların özləri arasında və BMT ilə əməkdaşlığını uzlaşdırır. On altı təşkilat birlikdə ixtisaslaşdırılmış idarəni təşkil edirlər (BMT-nin nizamnaməsində işlədilən termin). Onlar hər il İqtisadi və sosial şuraya məruzə edirlər. Birləşmiş Millətlər Təşkilatının himayəsi altında 1957-ci ildə əsası qoyulmuş atom enerjisi üzrə beynəlxalq agentlik (MAQATE) hər il Baş məclisə, müvafiq olaraq Təhlükəsizlik şurasına və İqtisadi və sosial şuraya məruzə edirlər.
Davamı →
Nəqliyyat və rabitə sahəsində təşkilatlar
- Birləşmiş Millətlər Təşkilatı
- 26 dekabr 2010, 17:28
Beynəlxalq Telekommunikasiyalar üzrə Ittifaq – BTI –(International Telecommunication Union — ITU) – 1994-cü ildə teleqraf, telefon, radio, radioverilişlərinin beynəlxalq əməkdaşlığı sahəsində elektrorabitənin səmərəli istifadə edilməsi məqsədilə 1965-ci ildə əsası qoyulan Beynəlxalq elektrorabitə ittifaqının yenidən qurulması ilə əlaqədar olaraq yaradılmışdır.
Mədəni və humanitar xarakterli təşkilatlar
- Birləşmiş Millətlər Təşkilatı
- 30 aprel 2016, 00:35
Təhsil, elm və mədəniyyət məsələləri üzrə Birləşmiş Millətlər Təşkilatı – YUNESKO (UN Educational Scientific and Cultural Orqanization — UNESCO) 1945-ci ildən YUNESKO BMT-nin ixtisaslaşmış müəssisəsi adlanır. Hazırda 190 ölkə təşkilatın üzvü sayılır. Proqrama əsasən YUNESKO-nun məqsədi və BMT-nin Nizamnaməsi tərəfindən bəyənilmiş milliyyətindən, irqindən, cinsindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün xalqlar üçün sülhü və təhlükəsizliyi möhkəmləndirmək, elm, təhsil və mədəniyyət sahəsində hüquq və azadlıqların təmin edilməsinə, xalqların bu yolla əməkdaşlığının təmin edilməsinə və göstərilməsinə xidmət etməkdir.
Davamı →
Ümumdünya Səhiyyə Təşkilatı
- Birləşmiş Millətlər Təşkilatı
- 15 dekabr 2011, 21:24
Ümumdünya Səhiyyə Təşkilatı — ÜST (World Health Organization – WHO) – 1946-cı ildə yaradılmış və 1948-ci ildən BMT-nin ixtisaslaşmış müəssisəsi adlanır. ÜST demək olar ki, bütün ölkələri birləşdirir. ÜST-na 192 ölkə daxildir.
ÜST-nın baş orqanları aşağıdakılardır:
1.Ümumdünya Səhiyyə Assambleyası;
2.Icraedici komitə;
3.Katiblik.
BMT-nin quruluşu
- Birləşmiş Millətlər Təşkilatı
- 3 may 2010, 22:54
Birləşmiş Millətlər sistemi əsas və köməkçi orqanlardan, ixtisaslaşmış və muxtariyyət təşkilat və müəssisələrindən təşkil olunmuşdur.
Baş orqanlar:
- BMT-nin Baş Assambleyası;
- BMT-nin Təhlükəsizlik Şurası;
- BMT-nin Iqtisadi və Sosial Şurası (EKOSOC);
Dünya iqtisadiyyatında beynəlxalq maliyyə təşkilatlarının xüsusiyyətləri
- beynəlxalq iqtisadi münasibətlər
- 15 aprel 2010, 21:38
Dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir.Xüsusilə İkinci Dünya Müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq maliyyə təşkilatları qurulmağa başlamışdır.Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım təşkilatları meydana çıxmışdır.
İstər beynəlxalq,istərsə də regional miqyasda fəaliyyət göstərən maliyyə təşkilatlarının ortaq məqsədləri aşağıdakılardır:
- Beynəlxalq mal alış-verişinə dair çətinlikləri aradan qaldırmaq və beynəlxalq inkişafı təşviq etmək;
- İnkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafını dəstəkləmək;
- İqtisadi birləşmə,sərbəst ticarət və iş birliyi münasibətlərini inkişaf etdirmək və sıx iqtisadi iş birliyini stimullaşdırmaq.
Qladio təşkilatı
- Bloq: seymur_məmmədli
- 15 mart 2010, 21:32
Gladio (İtalyanca: Qısa Qılınc), II. Dünya Müharibəsi sonrasında Qərb Avropada gələcəkdə olması gözlənilən bir Varşova Pak idi işğalına cəbhə gerisində bir müqavimət başlatmaq məqsədiylə İtaliyada NATO tərəfindən gizli olaraq təşkilatlanan Əks-partizan (stay-behind) əməliyyatının kod adı. Gladyo, xüsusi olaraq NATO cəbhə gerisi müqavimət təşkilatın İtalyan qolunu ifadə etsə də bəzən «Gladyo əməliyyatı» NATOin bütün cəbhə gerisi (stay-behind) əməliyyatlarının qeyri-rəsmi adı olaraq istifadə edilər və bəzən «Super NATO» adıyla da xatırlanır.
Latıncada qılınc mənasını verən Gladio sözünü ad olaraq istifadə edən təşkilat, Amerikan və İngilis əks-partizan təşkilatlanması olan Stay Behind tərəfindən 1952-ci ildə quruldu. CIA tərəfindən idarə olunan və maliyyəyə yardımı edilən təşkilat, 1956-cı ildə ABŞ ilə əməkdaşlıq içində, casusluq və partizan döyüşü etmək üzrə təşkilatlandı. Qucaqladınada təşkilatın ilk təhsil düşərgəsi quruldu və Şimali İtaliyada 139 yerdə silah və sursat anbarları yaradıldı. Rəsmi adı Müttəfiq Koordinasiya Komitəsi (Allied Coordination Committee) idi.
1956-ci ildəndən ikisi qadın 622 nəfər ABŞ və İngilis gizli xidmətləri tərəfindən öyrədildi. 1990-cı ildə Gladionu ortaya çıxaran istintaqlar əsnasında bu 622 nəfərin qrup liderləri olduqları, hər bir qrup liderinin müəyyən ədəddə adamı idarə etdiyi, beləcə cəmi ədədin 15.000ə yaxınlaşdığı ortaya çıxdı.
Ardı →
Comments are closed, but trackbacks and pingbacks are open.