Press "Enter" to skip to content

Azərbaycanda beynəlxalq daşımalarda avtomobillərin sayı iki dəfədən çox artıb

“Beləliklə, iki il öncə bu cür nəqliyyat vasitələrinin sayı üç mindən az idi, 2022-ci ildə isə bu göstərici səkkiz mini ötüb keçib ki, bu da öz növbəsində peşəkar sürücülərə tələbatı əhəmiyyətli dərəcədə artırıb”, – A.Rzayev əlavə edib.

ASSTRA – BÜTÜN NÖV YÜKDAŞIMALARI

Bizim şirkəti seçməklə göstərilən xidmətlərin etibarlılıq və keyfiyyət zəmanətini əldə edirsiniz. Biz sənayenin müxtəlif sahələrinin müştərilərinə xidmət göstəririk, müştərilərin tələbatlarına və prioritetlərinə istiqamətlənərək həll təklif edirik. Biz biznesdə tərəfdaşlıq münasibətləri qururuq, çünki bizim üçün ən əsası sizin etibarınızdır.

HAVA

Təcrübəli mütəxəssislərimiz Sizin üçün təhlükəli və tezkorlanan yüklər daxil olmaqla, müxtəlif kateqoriyalı yüklərin dünyanın istənilən nöqtəsinə hava yolu ilə daşınmasını təşkil edirlər.

AVTOMOBİL

Beynəlxalq avtomobil yükdaşımaları 20 ildən artıqdır “AsstrA” şirkətinin fəaliyyətinin əsas istiqamətlərindən biridir.

DƏNİZ

Yüklərin dəniz nəqliyyatı ilə konteynerlərdə daşınması üstünlüyündən istifadə etməklə əlaqədar xidmətlərin tam kompleksini əldə edin.

DƏMİR YOLU

Biz dəmir yolu daşımalarının həyata keçirilməsində daşımanın yüksək təhlükəsizliyinə, bütün tələblərə əməl edilməsinə və operativliyə zəmanət veririk.

MULTİMODAL

Biz avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatlarının üstünlüyündən istifadə edirik, bu da yükü tez və effektiv çatdırmağa imkan verir.

YIĞMA YÜKLƏR

Müxtəlif yığma (qarışıq) yüklərin daşınmasının təşkili 15 ildir “AsstrA”nın fəaliyyətinin əsas istiqamətlərindən biridir.

Azərbaycanda beynəlxalq daşımalarda avtomobillərin sayı iki dəfədən çox artıb

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatda, həmçinin ölkələrin xarici iqtisadi əlaqələrində avtomobil nəqliyyatının rolu danılmazdır, bu nəqliyyat növü perspektivli olmaqla yanaşı, daim inkişaf etməkdədir.

“Dünyada ticarətin və onlayn satışların sürətli inkişafı hər il nəqliyyat xidmətlərinə tələbatı daha da artırır. Eyni zamanda yük avtomobili sürücülərinin sayı bazarın tələblərinə tam ölçüdə cavab vermir. Koronavirus pandemiyası bütün dünyada bu problemi daha da kəskinləşdirib. Məsələn, bu gün Avropa İttifaqı (Aİ) ölkələrində bütün açıq vakansiyaların beşdə biri sürücülərə aiddir”, – A.Rzayev deyib.

O həmçinin Azərbaycandakı cari vəziyyəti təhlil etdikdə beynəlxalq daşımalarda istifadə olunan nəqliyyat vasitələrinin sayında artım müşahidə olunduğunu qeyd edib.

“Beləliklə, iki il öncə bu cür nəqliyyat vasitələrinin sayı üç mindən az idi, 2022-ci ildə isə bu göstərici səkkiz mini ötüb keçib ki, bu da öz növbəsində peşəkar sürücülərə tələbatı əhəmiyyətli dərəcədə artırıb”, – A.Rzayev əlavə edib.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.