Beynlxalq elmi-praktik konfransın materialları 2015 adau
15 noyabr 2021-ci il materialların elektron versiyalarının təqdim olunmasının son müddətidir.
ADAU-da onlayn elmi-praktik konfrans keçirilib
Bu gün Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Heyvandarlıq Elmi Tədqiqat İnstitutu və Respublika Süni Mayalanma Mərkəzi ilə birgə “Heyvandarlığın qarışıq qüvvəli yemlə təminatı və damazlıq işinin təşkili” mövzusunda onlayn elmi-praktik konfrans keçirilib.
Konfransın məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə heyvandarlığın qarışıq qüvvəli yemlə təminatının yaxşılaşdırılması və damazlıq işinin inkişaf etdirilməsi prioritetindən irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyətinin müzakirəsi, həyata keçirilən sistemli tədbirlərin qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsindən ibarət olub.
Tədbirdə universitetin rektoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin “Heyvandarlığın təşkili və monitorinqi” şöbəsinin müdiri Esmira Lətifova, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mahir Hacıyev, Respublika Süni Mayalanma Mərkəzinin direktoru Elton Əbdurəhmanov, Qars-Qafqaz Universitetinin professoru, doktor Cihan Kaçar, Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ziyad Əhmədov, “Ümid-Aqro” MMC-nin rəhbəri Fərid Əkbərov məruzə ediblər. Məruzələr qlobal iqlim dəyişikliyinin heyvandarlığa təsiri, damazlıq işinin təşkili, süni mayalanma və embrion köçürmə, baytar həkimlərinin və zoomühəndislərin hazırlığı və innovativ texnologiyaların heyvandarlıqda tətbiqi məsələlərini əhatə edib.
ƏLİHÜSEYN ŞÜKÜROV
Beynlxalq elmi-praktik konfransın materialları 2015 adau
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə 26-27 noyabr 2021-ci il tarixlərində “II Beynəlxalq Elm və Texnologiya” adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfransın məqsədi mühəndislik və onunla əlaqəli sahələrdə çalışan alimlər, tədqiqatçılar ilə dövlət və özəl sektor işçilərini bir araya gətirmək, aparılan yeni araşdırmaları, düşüncələri bölüşmək, universitet-dövlət-özəl sektor əməkdaşlıqlarını artırmaq, həmçinin rast gəlinən problemlərə birgə həll yolu tapmaqdır.
Beynəlxalq tədbir Təbiət elmləri, Kompüter elmləri və informasiya texnologiyaları, Kimya mühəndisliyi, Təbiət elmləri və mühəndisliyin inteqrasiyası, Mexanika və maşın mühəndisliyi, Proseslərin avtomatlaşdırılması və elektroenergetika mühəndisliyi, Ətraf mühit və ətraf mühitin mühafizəsi, Memarlıq və inşaat, Logistika və nəqliyyat, Sənaye mühəndisliyi seksiyaları üzrə təşkil olunacaq.
Konfransın işi plenar və seksiya iclaslarında Azərbaycan, ingilis və rus dillərində aparılacaq.
Ali təhsil müəssisələrinin elmi işçiləri və müəllimləri, mühəndis və texniki elmlər sahəsində mütəxəssislər, doktorantlar, aspirantlar və elmi işçilər konfransa qoşulmaqla öz elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək imkanı qazanacaqlar.
15 noyabr 2021-ci il materialların elektron versiyalarının təqdim olunmasının son müddətidir.
Təşkilat komitəsi tərəfindən seçilmiş və konfransda təqdim olunmuş məqalələr konfransın materialları toplusunda nəşr ediləcək.
Comments are closed, but trackbacks and pingbacks are open.