Beynəlxalq hüquq dərslik
Ermənistan minalardan məqsədli şəkildə istifadə edərək bunu Azərbaycanın mülki əhalisinə yönəldib. Bu, Ermənistanın hərbi cinayətlərinin nümunəsidir və rəsmi Yerevanın beynəlxalq öhdəliyinə ziddir. Ermənistan tərəfi Azərbaycan tərəfinə minalanmış ərazilərin xəritəsini təqdim etmir. Bu, eyni zamanda, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətinin və qətliamın davam etdirilməsidir.
Beynəlxalq hüquq dərslik
“Allah şəhidlərimizə rəhmət etsin! Qanı, canı Azərbaycanla döyünən vətəndaşlarımız bu gün Tovuzun Ağdam kəndində və digər bölgələrimizdəki əsgərlərimizin yanındadır. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlarla bağlı Türkiyə Xarici İşlər Nazirliyindən başqa heç bir rəsmi qurum bəyanat verməyib”.
Moderator.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.
O bildirib ki, Prezident İlham Əliyevin iyulun 6-da milli televiziyalara müsahibəsində ATƏT-in Minsk qrupunu haqlı tənqid etdiyinin bir daha şahidi olduq:
“Dünən günortadan başlayaraq Dağlıq Qarabağ ərazisinə aid olmayan ərazimizə ermənilərin hücum etməsinə, təxribat törətməsinə baxmayaraq, heç bir beynəlxalq qurum təxribata reaksiya bildirmir. Təbii ki, onlar layiqli cavablarını alıblar və bu proses davam edir. Əslində, ATƏT-in Minsk qrupu tam fəaliyyətsizlik göstərir və deyərdim ki, hətta Ermənistana dəstək verməklə məşğuldur. Digər beynəlxalaq təşkilatlar və dövlətlər hələ də bu təxribata reaksiya vermir. 2016-cı ilin Aprel döyüşlərində Rusiyanın müəyyən vəzifəli şəxsləri Azərbaycan rəhbərliyinə zəng etmişdi. İndiki durumda çox gözləyirdim ki, Rusiyanın həmin vəzifəli şəxsləri Ermənistana yerində oturmağı və beynəlxalq hüquqa hörmət etməyi, digər ölkənin ərazisinə hücum etməməyi tövsiyə etsin, müəyyən addımlar atsın”.
Komitə sədri qeyd edib ki, bu proses Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müəyyən dövlətlərin, eyni zamanda Ermənistanın özünün də sülh yolu ilə həll etməkdə maraqlı olmadığını göstərir: “Bu, bir təxribatdır və ATƏT-in Minsk qrupuna, beynəlxaq hüquqa, beynəlxalq təşkilatların bəyanatlarına hörmətsizlikdir. Bu hörmətsizliyi Ermənistan ona görə göstərir ki, onları bu və ya digər formada həm beynəlxalq təşkilatlar, həm də digər dövlətlər dəstəkləməkdə davam edirlər. Hesab edirəm ki, Azərbaycan cəbhənin digər bölgələrində öz torpaqlarını hərb yolu ilə azad etmək üçün hansısa addımlar atacaqsa, bu, qınanıla bilməz. Çünki beynəlxalq hüquq və BMT-nin Nizamnaməsi Azərbaycanın tərəfindədir. Əsgərlərimizə var olun deyirəm, əllərindən, gözlərindən öpürəm və möhkəm olmağı arzu edirəm. Ürəyimiz əsgərlərimizlədir. Lazım gəlsə, bir neçə saatdan sonra yanlarındayıq. Ali Baş Komandanın əmrini nəinki əsgərlər, Vətənini sevən hər bir Azərbaycan vətəndaşı hər an gözləyir”.
Beynəlxalq hüquq dərslik
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) Tbilisidə akkreditə olunmuş diplomatik korpus və digər beynəlxalq təşkilatların nümayəndəliklərinə Ermənistanın Azərbaycana mina xəritələrini verməməsi barədə məktubla müraciət edib.
Bu barədə AZƏRTAC-a GAİM-in icraçi direktoru, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümbətov məlumat verib.
Onun sözlərinə görə, müraciət etməkdə əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bir daha Ermənistanın pozuculuq və məkrli siyasətinə, sülhə və təhlükəsizliyə, eləcə də insan hüquq və azadlıqlarının əsas təməl prinsiplərinə məhəl qoymamasına cəlb etməkdir.
İngilis, rus və gürcü dillərində olan sənəddə qeyd olunub ki, Ermənistan 30 illik işğal müddətində Azərbaycan torpaqlarında çoxlu sayda minalar basdırıb və beynəlxalq humanitar hüquqa əsasən bu, Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur.
Ermənistan minalardan məqsədli şəkildə istifadə edərək bunu Azərbaycanın mülki əhalisinə yönəldib. Bu, Ermənistanın hərbi cinayətlərinin nümunəsidir və rəsmi Yerevanın beynəlxalq öhdəliyinə ziddir. Ermənistan tərəfi Azərbaycan tərəfinə minalanmış ərazilərin xəritəsini təqdim etmir. Bu, eyni zamanda, Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətinin və qətliamın davam etdirilməsidir.
Məktubda xüsusilə vurğulanıb ki, erməni tərəfi hərbi əhəmiyyəti olmayan mülki əraziləri minalayıb, bu isə mülki vətəndaşlar üçün təhlükə mənbəyidir. Minalanmış ərazilər birbaşa olaraq mülki əhalini məqsədli şəkildə məhv etməyi hədəflədiyi üçün müharibə cinayəti kimi təsnif olunmalıdır. Buna görə də, humanitar böhran vəziyyətini dərinləşdirdiyinə və mülki əhalini hədəfə aldığına görə beynəlxalq hüquq müstəvisində Ermənistana qarşı hüquqi prosedurlar başlanmalıdır.
GAİM bildirib ki, 30 il öz yurd-yuvalarından didərgin düşüb, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş insanların haqları kəskin şəkildə pozulur. Ərazilər təhlükəli olduğundan onlar hələ də öz evlərinə dönə bilmirlər. İşğaldan azad edilmiş torpaqların minalanması bu gün orada aktiv quruculuq işlərinin həyata keçirilməsinə də mane olur. 44 günlük Vətən müharibəsindən əldə olunmuş tarixi Qələbədən sonra azad olunmuş ərazilərdə geniş quruculuq işləri həyata keçirmək üçün ilk növbədə həmin yerlərin minalardan, partlamamış hərbi sursatlardan təmizlənməlidir. Amma Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə hər yeri, hətta, hərbi təyinatı olmayan əraziləri də minalayan Ermənistan minalı sahələrin xəritələrini verməməkdə israrlıdır. Bunun üçün də növbəti məkrli plana əl atır və yalandan minalanmış ərazilərin xəritəsinin olmadığını bildirir”.
Sənəddə deyilir: “Ermənistanın məqsədi mümkün qədər çox mülki şəxsin həlak olmasıdır. Bu da yerli sakinlərin qayıdışını çətinləşdirməyə, müddətini uzatmağa yönəlmiş bəşəri cinayətidir. Bunun hərbi cinayət olduğuna dair beynəlxalq qanunvericilik və konvensiyalar mövcuddur. Ermənistan istəyir ki, Azərbaycan minaaxtaranları və yerli əhali arasında çox tələfat olsun. İkinci məqsəd bərpa işlərini ləngitməkdir. Həmçinin istəyirlər ki, Azərbaycan qısa zamanda Böyük Qayıdış planını həyata keçirə bilməsin. Bu cür psixologiya humanizm prinsiplərindən, haqq-ədalətdən uzaqdır”.
Comments are closed, but trackbacks and pingbacks are open.