Press "Enter" to skip to content

Beynəlxalq hüquq

Haaqadakı Beynəlxalq Cinayətlər Məhkəməsi bu gün Liviya lideri Muammar Qaddafi və onun yaxın adamlarının həbsi barədə order verib.

Pirimov’s Blog

Do not write post if you don’t know what to write! It’s as simple as that.

Beynəlxalq Hüququn Anlayışı və Mənbələri

Beynəlxalq Hüququn Anlayışı və Mənbələri

1.Beynəlxalq Hüququn anlayışı

Ümumi hüquq nəzəriyyəsindən bizə məlumdur ki, hər bir cəmiyyətin normal fəaliyyəti üçün hüququn, hüquqi nizamasalmanın mövcudluğu obyektiv, zəruri bir haldır, başqa sözlə desək, cəmiyyət olan yerdə hüquq da olmalıdır. Əgər dünyada olan dövlətləri bir cəmiyyət kimi, əgər belə demək mümkünsə, dünya dövləylərinin ailəsi kimi təsəvvür etsək, onda belə bir məntiqi nəticəyə gələ bilərik ki, bu cəmiyyətin özündə də hüquqa obyektiv ehtiyac vardır.

Bu hüquq beynəlxalq hüquq adlanır.Beynəlxalq hüquq ayrı-ayrı dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan asılı olmayaraq mövcud olan hüquqi normalar sistemidir.O,məhz dövlətlər arasındakı müxtəlif xarakterli münasibətləri hüquqi çərçivəyə salmaq üçün yaranmışdır.Beynəlxalq hüquq normaları dövlətlərarası münasibətlər sisteminin,demək olar ki,hər bir aspektini əhatə edir.Bu normalar vasitəsilə dənizdən,hava məkanından və kosmik fəzadan istifadə olunması, beynəlxalq telekommunikasiyalar, poçt xidmətləri, mal və sərnişinlərin hava vasitəsilə daşınması və pul köçürülməsi nizama salınır; beynəlxalq ticarət həyata keçirilir, ətraf mühitin mühafizəsi, insan hüquqlarının beynəlxalq müdafiəsi,cinayətkarların təhvil verilməsi və.s. Kimi dövlətlərin ümumi mənafeyində olan məsələlər həll olunur. Bununla əlaqədar demək lazımdır ki, beynəlxalq hüquq diplomatiya və xarici siyasətlə üzvi surətdə bağlıdır. Xarici siyasətin həyata keçırilməsi və diplomatik təcrübə beynəlxalq hüquqa uyğun olmalıdır. Digər tərəfdən,diplomatiya beynəlxalq hüquq normalarının yaradılmasının ən mühüm vasitəsi kimi çıxış edir.

Qeyd etmək lazımdır ki,”beynəlxalq hüquq” termini onun ifadə etdiyi anlamın təbiətini heç də düzgün əks etdirmir.Öz mənşəyini hələ Roma hüququnda təşəkkül tapmış ”jus gentium”(“xalqların hüququ”) ifadəsindən götürdüyünə görə,bu termin dünyanın əksər dillərində də məhz “xalqlar arasındakı hüquq”mənasında işlədilir (məsələn,ingilis dilində-international law,fransız dilində-droit international,ispan dilində-derecho international,alman dilində-Völkerrecht,türk dilində-milletlerarası hukuk,rus dilində-международное право və s.).Əslində isə beynəlxalq hüquq anlamı məhz dövlətlərarası hüquq kimi başa düşülməlidir,çünki beynəlxalq hüquq bilavasitə xalqlar tərəfindən yaradılmır və xalqlar üçün deyil,mahiyyət etibarilə dövlətlər üçün,dövlətlərarası əlaqələrin tənzimlənməsi üçündür.Doğrudur,mövcud beynəlxalq hüquq normalarına görə,xalqlar bilavasitə beynəlxalq hüquqdan irəli gələn bəzi hüquqlara malikdirlər,məsələn, özünümüəyyənetmə hüququ (öz müqəddəratını təyin etmək hüququ),inkişaf hüququ,sülh hüququ və s.Digər tərəfdən,sonrakı mövzulardan bizə məlum olacaqdır ki,beynəlxalq hüquq,dövlətlərin müvafiq razılaşmasından sonra,digər subyektlər üçün də,məsələn,beynəlxalq təşkilatlar,transmilli korporasiyalar,fərdlər üçün də beynəlxalq hüquq və vəzifələr nəzərdə tuta bilər.Bununla belə,öz təbiətinə görə,beynəlxalq hüquq dövlətlər tərəfindən yaradılan,əsasən,dövlətlərə yönəlmiş və yerinə yetirilməsi dövlətlərin özü tərəfindən təmin edilən hüquq sistemi olaraq qalır.

Beynəlxalq hüquqa onun təbiətini əks etdirən belə bir qısaca tərif vermək olar:

Beynəlxalq hüquq dövlətlər arasındakı münasibətləri nizama salmaq üçün onların qarşılıqlı razılığı əsasında yaradılan hüquqi normalar sistemidir.

2.Beynəlxalq hüququn xüsusiyyətləri

Təbii ki,obyektiv mənada hüquqa xas olan əlamətlər beynəlxalq hüquq normaları üçün də səciyyəvidir. Ən əsası,bu normalar da müvafiq subyektlər üçün hüquqi,ümumməcburi xarakter daşıyır və onların yerinə yetirilməsi müəyyən sanksiya ilə təmin edilir.Lakin beynəlxalq hüquq onu dövlətdaxili (milli) hüquqdan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir.Bu xüsusiyyətlər,hər şeydən öncə,beynəlxalq hüququn mövcud olduğu və fəaliyyət göstərdiyi dövlətlərarası mühitlə və suveren,formal baxımdan bir-birindən asılı olmayan dövlətlərin olması ilə əlqədardır.Birincisi,fiziki və hüquqi şəxslər və dövlət orqanları arasındakı münasibətləri nizama salan dövlətdaxili hüquqdan fərqli olaraq,beynəlxalq hüquq dövlətlər və beynəlxalq hüququn digər subyektləri (beynəlxalq təşkilatlar və s.) arasında yaranan münasibətləri nizama salır.İkincisi,beynəlxalq sistemdə qanunverici orqan yoxdur.Heç bir beynəlxalq təşkilat və ya orqan,o cümlədən Birləşmiş Millətlər Təşkilatı dövlətlər üçün hüquqi cəhətdən məcburi olan normalar yaratmaq səlahiyyətinə malik deyildir.Beynəlxalq təşkilatların orqanlarından biri kimi fəaliyyət göstərən parlamentlər də (məsələn,Avropa İttifaqında-Avropa parlamenti, Avropa Şurasında-Parlament Assambleyası və s.) milli parlamentlərə xas olan bəzi əlamətlərə malik olsalar da,”qanunvericilik” səlahiyyətindən məhrumdurlar.Üçüncüsü,beynəlxalq sistemdə,dövlətin daxilində olduğu kimi,mərkəzləşdirilmiş icra və məhkəmə mexanizmi yoxdur.Beynəlxalq hüquq normalarının yerinə yetirilməsinin təmin edilməsi dövlətlərin öz ixtiyarına buraxılmışdır;beynəlxalq hüququn yaradıcısı və başlıca təminatçısı dövlətlərdir.Lakin bəzi hallarda bu funksiyanı dövlətlər müqavilələr vasitəsilə bu və ya digər dərəcədə beynəlxalq təşkilat və ya orqanlara həvalə edirlər.Məsələn,BMT-nin Təhlükəsizlik Şurası beynəlxalq sülhə və təhlükəsizliyə real qorxu yaradan dövlətə qarşı hərbi və qeyri-hərbi sanksiyalar tətbiq edə bilər.BMT-nin Beynəlxalq Məhkəməsi ilə bağlı qeyd etmək lazımdır ki,o,bu və ya digər işə yalnız müvafiq dövlətlər buna razılıq verdikdə baxa bilər.Sadə dillə desək,ən ağır beynəlxalq hüquq pozuntusu törətmiş dövləti belə onun razılığı olmadan Beynəlxalq Məhkəməyə vermək olmaz.

Beynəlxalq hüququn xüsusiyyətlərini düzgün başa düşmək üçün olduqca mühüm bir məqama diqqət yetirmək lazımdır.Əslində biz burada beynəlxalq hüququ dövlətdaxili hüquqdan fərqləndirən daha bir cəhəti nəzərə çarpdırmaq istəyirik.Söhbət ondan gedir ki,səlahiyyətli dövlət orqanları tərəfindən müəyyən olunmuş və ya tanınmış hüquq normaları prinsip etibarilə dövlətin bütün ərazisinəvə bu ərazidə olan bütün fiziki və hüquqi şəxslərə şamil edilir.Beynəlxalq hüquq isə belə yekcins deyildir və ola da bilməz.Bu baxımdan beynəlxalq hüquq anlamı elə qəbul edilməməlidir ki,söhbət burada yalnız dünyanın bütün dövlətlərini əhatə edən,bütün dövlətlərin riayət etməli olduğu hüquqdan gedir.Qeyd edildiyi kimi,beynəlxalq hüququ dövlətlər özü yaradır və bunun nəticəsində iki dövlət arasında bağlanan ikitərəfli müqavilə də,bütöv regionu əhatə edən razılaşma da və bütün dünya dövlətləri üçün məcburi olan norma da beynəlxalq hüquq deməkdir.Bunu nəzərə almaqla,beynəlxalq hüquq sisteminin özündə ümumi beynəlxalq hüququ və partikulyar beynəlxalq hüququ ayırmaq olar.Beynəlxalq məhkəmə təcrübəsində çox geniş istifadə olunan”ümumi beynəlxalq hüquq” termini vasitəsilə bütün dövlətlər üçün məcburi olan beynəlxalq hüquq normaları ifadə olunur.Bu normalara hamılıqla tanınmış prinsiplər və ya hamılıqla tanınmış normalar da deyirlər.Partikkulyar beynəlxalq hüquqa isə müəyyən regionda və ya iki dövlət arasında mövcud olan normalar daxildir.Bu baxımdan,məsələn,hər hansı bir dövlətin beynəlxalq hüququ pozması dedikdə,biz bunu,daha dəqiq desək,həmin dövlətin bu və ya digər səviyyədə öz üzərinə götürdüyü beynəlxalq öhdəliyi pozması kimi başa düşməliyik.

3.Beynəlxalq ümumi hüquq və Beynəlxalq xüsusi hüquq

Bəzən beynəlxalq hüquq anlamı geniş mənada işlədilir və iki müstəqil normativ kompleks və elm sahəsi olan beynəlxalq ümumi hüquq (public international law) və beynəlxalq xüsusi hüquq(private international law) buraya daxil edilir.Beynəlxalq ümumi hüquq dedikdə,yuxarıda anlayışını və təbiətini şərh etdiyimiz dövlətlərarası hüquq başa düşülür.Əslində bu terminə beynəlxalq praktikada,demək olar ki,rast gəlinmir və o,əsasən elmi tədqiqatlarda və tədris prosesində beynəlxalq xüsusi hüquqdan fərqləndirilmək üçün istifadə olunur;onun əvəzinə hamı üçün anlaşıqlı olan “beynəlxalq hüquq” termini işlədilir.Beynəlxalq xüsusi hüquqa gəldikdə isə,o,qeyri-dövlət xarakterli beynəlxalq münasibətləri,yəni hər şeydən əvvəl əcnəbi fiziki və ya hüquqi şəxsin iştirak etdiyi mülki-hüquqi və ona yaxın olan münasibətləri nizama salan normalar sistemi kimi başa düşülür.Beynəlxalq hüquqla (beynəlxalq ümumi hüquqla) beynəlxalq xüsusi hüquq arasında sıx əlaqə mövcuddur.Belə ki, a) onların hər ikisi beynəlxalq münasibətləri nizama salır; b) hər ikisi digər döövlətin hüquq subyektliyini tanıyır; c) mülki-hüquqi münasibətləri nizama salan beynəlxalq sazişlər beynəlxalq hüququn əsas prinsiplərinə zidd ola bilməz; ç) bu sazişlər çox hallarda dövlətlərarası razılaşmaların həyata keçirilməsi istiqamətində bağlanılır.

Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasındakı fərqləri aydın başa düşmək üçün Roma hüququndan bizə məlum olan jus publicum və jus privatum bölgüsünü yada salmaq lazımdır.Bu fərqlər aşağıdakılardır:

Beynəlxalq ümumi hüquqda(BÜH)-dövlətlər,beynəlxalq təşkilatlar,dövlətəbənzər qurumlar və s.

Beynəlxalq xüsusi hüquqda(BXH)-fiziki və hüquqi şəxslər

BÜH-də- dövlətlərarası hakimiyyət xarakterli münasibətlər;

BXH-də- beynəlxalq xüsusi hüquq xarakterli(mülki,ailə,əmək və s.)münasibətlər;

BÜH-də- beynəlxalq müqavilə,beynəlxalq adət və s.;

BXH-də- milli qanunvericilik,beynəlxalq müqavilələr,ticarət adətləri və s.;

4)nizamasalma metoduna görə:

BÜH-də- müstəqil dövlətlərin razılığa gəlməsi;

BXH-də- ayrı-ayrı dövlətlərin qanunvericiliyindəki kolliziyaların aradan qaldırılması(bu səbəbdən hər bir dövlətin özünün beynəlxalq xüsusi hüququ vardır);

5)ortaya çıxan məsuliyyətin xarakterinə görə;

BÜH-də- beynəlxalq-hüquqi məsuliyyət;

BXH-də- mülki-hüquqi məsuliyyət.

4.Müasir beynəlxalq hüququn əsas cəhətləri

Nəhayət,bu mövzu çərçivəsində daha bir məqamı da qeyd etmək istəyirik.Beynəlxalq hüquq elmində və habelə praktikada”müasir beynəlxalq hüquq”ifadəsinə tez-tez rast gəmək olur.Bu ifadə təkcə zaman mənasında deyil,daha çox keyfiyyət baxımından işlədilir.Bu gün qüvvədə olan beynəlxalq hüquq klassik beynəlxalq hüquqdan keyfiyyətcə kəskin surətdə fərqlənir.Müasir beynəlxalq hüququn səciyyəvi cəhətləri aşağıdakılardan ibarətdir:

a)bu gün beynəlxalq hüquq təkcə sivil və xristian dövlətlərin deyil,bütün dünya birliyinin ümumi mənafeyini əks etdirən və beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üçün xüsusi mexanizmi olan normativ sistemə çevrilmişdir;

b)müharibə və istənilən güc tətbiqi birmənalı şəkildə qadağan edilmişdir;

c)əsas insan hüquq və azadlıqlarına hörmət ediləməsi beynəlxalq öhdəlik kimi qəbul edilmişdir və bununla bağlı olaraq fərd müəyyən dərəcədə beynəlxalq-hüquqi subyektliyə yiyələnmişdir;

ç)beynəlxalq normativ sistemdə jus cogens normalarının və erga omnes öhdəliklərinin(yəni bütün beynəlxalq birliyə qarşı olan öhdəliklər)olması hamılıqla qəbul edilmişdir;

d)beynəlxalq cinayətlərə (təcavüz,genosid,müharibə cinayətləri,insanlıq əleyhinə cinayətlər,beynəlxalq terrorizm,narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və s.) görə dövlətlərin və fiziki şəxslərin beynəlxalq məsuliyyəti institutu yaranmışdır.

Beynəlxalq hüquq

Bu gün Avropanın qürubu haqqında söz-söhbətlər, az qala, adət olunmuş gündəlik hadisəyə çevrilir. Hər gün onun keçmişinin mühakimə olunduğunu, dəyərlərinin başqa bir paradiqma xeyrinə inkar edildiyini görürük. Bunun fərəhlə, yoxsa təəssüflə baş verdiyi vacib deyil. Vacib olan odur ki, artıq Avropa adlı bir məfhumun qalmadığı ilə bağlı mövqelərə daha tez-tez rast gəlinir. Lakin filosof Mark Vigilant başqa fikirdədir. O, öz essesində Avropa ideyasını müdafiə edir və mövcud reallıqda onun necə var olduğunu göstərir.

ATƏT

  • Beynəlxalq hüquq
  • 1 iyul 2014, 20:43

ATƏT — yəni, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktı 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 ölkəsi, ABŞ və Kanadanın dövlət və hökumət başçıları tərəfindən imzalanmışdır. Helsinki sənədi gərginliyin azaldılması, burada yaşayan xalqların yaxınlaşması, Avropa qitəsində və onun ətraf ölkələrində əməkdaşlığın inkişafının uzunmüddətli proqramı kimi mühüm əhəmiyyətlidir.
Ardı →

Beynəlxalq hüquqda tanıma

  • Beynəlxalq hüquq
  • 27 aprel 2014, 20:01

Tanıma bir dövlətin, başqa bir dövlətə beynəlxalq hüququn subyekti kimi nəzərdən keçirilməsini və onunla rəsmi münasibətlər qurmağa hazır olmasını bəyan edən birtərəfil aktdır. Tanınma, habelə bir dövlətin başqa bir dövlətədə və yaxud onun ərazisinin bir hissəsində qeyri-kostitusion yolla bərqərar olmuş, səmərəli idarəçilik həyata keçirən, müvafiq ərazidə situasiyaya tam nəzarət edən hakimiyyəti həmin dövlətin (və ya müvafiq ərazinin əhalisinin) beynəlxalq münasibətlərdə nümayəndəsi kimi qəbul etməsinə də deyilir.
Əslinə qaldıqda, tanıma bilavəsitə beynəlxalq-hüquqi məsələ deyil, çünki bir dövlətin başqa dövləti tanımaq vəzifəsi və ya, müvafiq olaraq, ikinci dövlətin tnınmaq hüququ yoxdur. Başqa sözlə, tanıma dövlətin tam öz ixtiyarındadır və onu heç kim məcbur edə bilməz ki, yeni yaranməş dövləti və ya hökuməti tanısın. Bir dövlət başqa bir dövləti (və ya hökuməti) tanıyarkən öz siyasi və iqtisadi maraqlarını əldə rəhbər tutur. Məsələn, Mərakeş Sahara Ərəb Demokratik Respublikasını (Qərbi Saharanı) tanımır, çünki ona qarşı ərazi iddiaları vardır (baxmayaraq ki, Qərbi Sahara Afrika Birliyi Təşkilatının üzvüdür).

Beynəlxalq hüquqda təcavüzkarlıq

  • Beynəlxalq hüquq
  • 18 iyul 2013, 22:08

ХХ əsrin əvvələrində beynəlxalq hüquq təcavüzkarlığı qadağan etmirdi. Dövlətlərarası müharibələri isə bütün mübahisələrin həlli vasitəsi kimi əsas yol hesab edirdilər. Müasir beynəlxalq hüquq zor işlətməyi, hədələməyi və bir dövlətin digərinə təcavüzkarlığını qadağan edir. Belə qadağanın ilkin mühüm sənədləri, onun prinsipləri özünün rəsmi ifadəsini Hurenburq və Tokio Beynəlxalq Hərbi Tribunalarının Nizamnaməsində, BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində öz əksini tapmışdır. Bizim əsrdə böyük avropa dövlətlərindən sayılan Turkiyə ilə Rusiya (keçmiş SSRİ) arasında 1920-21-ci, 1925-ci illərdə bağlanmış müqavilələri — yəni hücum etməmək prinsiplini təsdiq edən sənədləri misal kimi yada salmaq olar. Sonralar bu müqavilələr daha geniş çərçivədə inkişaf etdirildi və əlavə olaraq hər iki dövlət də çoxtərəfli müqavilələr imzaladılar. Onun ardınca Paris müqaviləsi — müharibədən milli siyasət aləti kimi istifadəni qadağan edən 1928-ci il sənədi — çoxtərəfli 8 müşahidənin böyük əhəmiyyəti qeyd edilməlidir.

Avropa İttifaqı və Avropa Birliyi

  • Beynəlxalq hüquq
  • 13 iyul 2013, 16:00

Avropa Birliyi iqtisadi əməkdaşlığın yeni hüquqi forması kimi meydana çıxmışdır. Birlik formal olaraq müstəqil, lakin bir-biri ilə qarşılıqlı əlaqədə olan üç təşkilatın — 1951-ci ildə yaradılmış Avropa Kömür və Polad Birliyi, 1957-ci ildə yaradılmış Atom Enerjisi üzrə Avropa Birliyi və həmin ildə yaradılmış Avropa İqtisadi Əməkdaşlıq Birliyinin birləşməsindən yaradılmışdır. Avropa İttifaqı özündə həm beynəlxalq təşkilatlara xas olan əlamətləri, həm də federativ dövlətə xas əlamətləri birləşdirir. Bu təşkilatın təsisedici və fəaliyyəti üçün əsas olan sənədlər aşağıdakılardır:
Ardı →

Beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələri

  • Beynəlxalq hüquq
  • 2 iyul 2013, 22:02

Beynəlxalq hüququn əsas prinsiplərindən biri olan beynəlxalq mübahisələrin dinc yolla həll olunması prinsipinin normativ məzmununu və əhəmiyyətini yuxarıda geniş açıqlamışdır. Göstərmişdik ki, aralarında ortaya çıxan mübahisələri nizamlamaq üçün dövlətlər onların ixtiyarında olandinc vasitələrin hər hansı birindən istifadə edə bilərlər. Dinc vasitələrin tam olmayan siyahısı BMT Nizamnaməsinin 33-cü maddəsində öz əksini tapmışdır: danışıqlar, müayinə, vasitəçilik, barışdırma, arbitraj, məhkəmə araşdırması, regional orqan və ya sazişlərə müraciət. Göstərilən siyahıya “xeyirxah xidmətlər” daxil edilməmişdir; “müayinə” termininin əvəzinə isə hazırda “araşdırma” (“təhqiqat”) işlədilir.
Beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələruni iki növə ayırmaq olar:

  1. diplomatik vasitələr;
  2. məhkəmə vasitələri.

İkinci növə beynəlxalq arbitraj və Beynəlxalq məhkəmə daxildir; bu halda beynəlxaq mübahisələri qərəzsiz üçüncü tərəf beynəlxalq hüququ əsas götürməklə həll edir və onun çıxardığı qərar mübahisənin tərəfləri üçün məcburidir. Nəzərə almaq lazımdır ki, bütün dinc vasitələr çox zaman bir yerdə tətbiq olunur.

Beynəlxalq hüququn subyektləri

  • Beynəlxalq hüquq
  • 13 iyun 2013, 23:03

Beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələri daşımaq və onları həyata keçirmək qabiliyyətinə malik olan quruma (bəzi hallarda-şəxsə) beynəlxalq hüququn subyekti deyilir. Beynəlxalq-hüquqi subyektliyin əsas ünsürləri aşağıdakılardır:

  • beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq;
  • beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədilə beynəlxalq (və ya dövlətdaxili) məhkəmə qarşısında iddia qaldırmaq hüququ;
  • beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti;
  • digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən imunitetə malik olmaq.

Diplomatiya və konsulluq hüququ

  • Beynəlxalq hüquq
  • 4 iyun 2013, 22:02

Dövləti beynəlxalq ünsiyyətdə təmsil edən dövlət orqanlarının statusunun və funksiyalarını tənzimləyən beynəlxalq hüquq normalarının məcmusuna Diplomatiya və konsulluq hüququ deyilir.
Beynəlxalq hüquq bu ən qədim və ənənəvi sahəsinin məzmunu indiki dövrdə xeyil genişlənmişdir; diplomatiya və konsulluq hüququna hazırda həmçinin bir sıra digər yeni məsələləri, o cümlədən dövlətlərin beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin, təntənəli tıdbirlərdə, danışıqlar aparılmasına və s. iştirak etmək üçün digər dövlətlərə göndərilən xüsusi missiyaların funksiyalarını, beynəlxalq təşkilatların və onların əməkdaşlarının imtiyaz və immunitetlərini nizama salan normalar da daxildir.
Diplomatiya və konsulluq hüququnun əsas mənbələri kimi beynəlxalq müqavilə və beynəlxalq hüquqi adət çıxış edir. Dövlətlər arasında diplomatiya və konsulluq münasibətləri uzun tarixi dövr ərzində beynəlxalq adət normalarına söykənmişdir. İkinci dünya müharibəsindən sonrakı illərdə bu normalar bir neçə universal konvensiya şəklində məcəllələşdirilmişdir. Diplomatiya və konsulluq hüququ sahəsində əsas beynəlxalq konvensiyalar aşağıdakılardır:

Beynəlxalq hüququn əsas prinsipləri

  • Beynəlxalq hüquq
  • 25 may 2013, 12:17

Müasir beynəlxalq hüquqda bir sıra xüsusi əhəmiyyətli normalar mövcuddur ki, onlarsız beynəlxalq sistemin normal fəaliyyət göstərməsi praktik cəhətdən mümkün deyilir. Həmin normalar beynəlxalq hüququn əsas prinsipləridir.
Beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT Nizamnaməsinin 2-ci maddəsində BMT-nin bütün üzvləri üçün məcburi normalar kimi göstərilmişdir.
Həmin maddənin 6-cı bəndində isə deyilir: “Təşkilat təmin edir ki, onun üzvü olmayan dövlətlər, bunun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri ola bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər”.
Beynəlxalq hüququn əsas prinsipləri bütövlükdə beynəlxalq birlik tərəfindən tanınır və qəbul edilir və yalnız beynəlxalq birliyin özü tərəfindən ləğv edilə bilər. Beynəlxalq hüququn bütün normaları beynəlxalq hüququnəsas prinsiplərinə uyğun olmalıdır.

Beynəlxalq təşkilatlar hüququ

  • Beynəlxalq hüquq
  • 15 may 2013, 23:36

Dövlətlərarası əməkdaşlığın ən mühüm təşkilatı formalarnıdan biri kimi beynəlxalq təşkilatlar XIX əsrin ikinci yarısında meydana gəlməyə başlamışdır. İlk beynəlxalq təşkilatlar aşağıdakılar idi:
1) Torpağın ölçülməsi üzrə Beynəlxalq ittifaq (1864);
2) Beynəlxalq teleqraf ittifaqı (1874);
3) Ümumdünya poçt ittifaqı (1874);
4) Beynəlxalq ölçü və çəki komitəsi (1875);
5) Sənaye mülkiyyətinin mühafizəsi üzrə Beynəlxalq ittifaq (1883);
6) Ədəbi və bədii mülkiyyətin mühafizəsi üzrə Beynəlxalq ittifaq (1886);
7) Gömrük tariflərinin nəşri üzrə Beynəlxalq ittifaq (1890);
8) Köləlik əleyhinə Beynəlxalq ittifaq (1890);
9) Dəmiryol mal daşımaları üzrə Beynəlxalq ittifaq (1890).
Hal-hazırda 300-dən artıq beynəlxalq hökumətlərarası təşkilat mövcuddur. Geniş mənada beynəlxalq təşkilatların (qeyryi-hökumət təşkilatları da daxil olmaqla) sayı isə 4 mindən də artıqdır.
Beynəlxalq təklilatlar hüququ sahəsində vahid məcəllələşdirilmiş akt toxdur. Ona görə də beynəlxalq təklilatların statusu, təşkili və fəaliyyəti ilə bağlı normaları müxtəlif xarakterli beynəlxalq müqavilələrdə tapmaq olar:

Beynəlxalq hüquq

Известные события, произошедшие с моей семьей за последние годы, всколыхнули нашу жизнь до основания.

–>Axtarış –>

–>Tolışi xəbon –>

–>Top –>

–>Statistika –>

–> –>Главная » Beynəlxalq hüquq

Beynəlxalq hüquq üzrə tanınmış ekspert Ataxan Əbilov qondarma erməni soyqırımı barədə son gəlişmələri şərh edib, onun ölkələr tərəfindən qəbul olunmasından sonra mümkün nəticələri barədə fikirlərini bölüşüb:

“Bəri başdan deyim ki, soyqırım məsələsi və onun beynəlxalq cinayət kimi qiymətləndirilməsi beynəlxalq hüquq müstəvisinə 1948-ci ildən etibarən çıxarılıb. 9 dekabr 1948-ci ildə BMT tərəfindən “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” . Читать дальше »

Категория: Beynəlxalq hüquq | Просмотров: 1952 | Добавил: admin | Дата: 25.04.2015 | Комментарии (0)

Son günlər ərzində baş verən etiraz və iğtişaşlara görə “Amnesty International”ın bazar ertəsi dərc etdiyi bəyanatda təşkilat Avropa Şurasını Azərbaycanda “insan haqlarını müdafiə etməyə” çağırış edib.

“Azərbaycanın öhdəliklərini yerinə yetirməsini monitorinq edən AŞPA həmməruzəçiləri Pedro Agramunt və Joseph Debono Grech cənab Christoph Strasserin siyasi məhbuslar haqqında hesabatının əleyhinə çıxış ediblər və deyiblər ki, siyasi məhbuslar problemi ilə özləri məşğul olacaqlar. [Beləliklə] onlar şənbə günü etiraz aksiyasında iştirak edib həbs olunanlar və ya cərimələnənlərin cəzalarının ləğv olunması üçün müdaxilə etməlidirlər”, Amnesty Internationalın Avropa və Orta Asiya üzrə direktoru . Читать дальше »

Категория: Beynəlxalq hüquq | Просмотров: 1947 | Добавил: admin | Дата: 30.01.2013 | Комментарии (0)

“Yanvarda Azərbaycanla bağlı hesabatımı dərc etdirəndən sonra, maraqlı hadisələr olacaq”

“Bəzi ölkələrdən olan nümayəndələr səsvermədə iştirak etmədi, çünki onları Azərbaycan nümayəndə heyəti şantaj etmişdi”

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquqi Məsələlər və Insan Haqları Komitəsinin (Komitə) üzvü Elxan Süleymanov oktyabrın əvvəlində keçirilən müzakirələrlə bağlı bəyanat dərc edib. O, Avropa Şurası rəhbərliyinə və üzvlərinə məktub göndərib. Süleymanov iddia edir ki, AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin hazırladığı sənədə tərəfdar toplamaq üçün AŞ PA avropalı deputatlara təzyiq olunur.
Kristof Ştrasser “BBC Azərbaycanca”ya müsahibəsində bu iddiaları rədd edib:

. Читать дальше »

Категория: Beynəlxalq hüquq | Просмотров: 1621 | Добавил: admin | Дата: 13.10.2012 | Комментарии (0)

Avropa Şurasının siyasi məhbuslar üzrə almaniyalı məruzəçisi Kristof Ştrasserlə Azərbaycan hökuməti arasında çoxillik qarşıdurma, nəhayət, məntiqi nəticəsinə çatdı. Avropa Şurası “siyasi məhbus” anlayışına rəsmi tərif verilməsi barədə qətnamə qəbul etdi.

Qətnamənin tərəfdarları və əleyhdarları kəllə-kəlləyə gəldi və lehinə 89 və əleyhinə 89 səs olmaqla ovsunlu vəziyyət yaratdılar və səsvermə qətnamənin qəbulu ilə nəticələndi.

Kabbalistik numerologiyaya və rəqəm magiyasına görə, 89 xoşbəxt rəqəmdir. sonsuzluq və dövriliyi bildirən səkkizguşəli ulduzun rəmzi olan 8 səbəb-nəticə əlaqəsini təcəssüm etdirir, tarazlıq pozulanda labüd cəza və qisas deməkdir.

9 isə tam başa çatmanı təcəssüm etdirir. Tarixi gün olan 3 oktyabrda AŞ PA divarla . Читать дальше »

Категория: Beynəlxalq hüquq | Просмотров: 1687 | Добавил: admin | Дата: 05.10.2012 | Комментарии (0)

İnsan hüquqları sahəsində Avropa standartlarının əsas hissəsi İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasında və ona əlavə edilən Protokollarda ifadə olunmuşdur. Azərbaycan Respublikası bu Konvensiyaya qoşulmuşdur. Bununla Azərbaycan Respublikasının yurisdiksiyası altında olan hər bir şəxsin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ yaranmışdır.

“Avropa Məhkəməsi və Azərbaycan” kitabı Avropa Məhkəməsi, onun fəaliyyət mexanizmi, Məhkəməyə müraciətetmə qaydaları haqqında oxucuya dolğun məlumat verir. Bundan əlavə kitabda Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq Avropa standartları ilə müqayi . Читать дальше »

Категория: Beynəlxalq hüquq | Просмотров: 2899 | Добавил: admin | Дата: 09.03.2012 | Комментарии (0)

10 dekabr dınyoədə “insoni həxon ruj” təki ğeyd bedə. 1948 sori həmon ruji İbıə Milləton Təşkilati Penə Məclis İnsoni Həxon barədə Umumiyə Bəyonnomə təsdığ iyən elanıj ka. Bı Sənədədə dınyo dimisə jiə har qılə şəxsi movardəyku bino bə həxon iyən ozodətion elan bən. In Sənəd detobə 400 qılə milləti zıvoni beqordınyə bə. Bı zıvonon siyahiyədə çımbəçəton tolışi zıvonən bəbe. Tolışi zıvondə ın Bəyonnomə bəşmə nəzə rosnedəmon.

İNSONI HƏXON BARƏDƏ UMUMİYƏ BƏYONNOMƏ
Preambula
Категория: Beynəlxalq hüquq | Просмотров: 2296 | Добавил: admin | Дата: 09.12.2011 | Комментарии (0)

В монографии рассматривается эволюция проблемы прав человека и теоретические аспекты правового регулирования прав человека. Центральное место в исследовании отведено сравнительному анализу международных стандартов по правам человека с соответствующими нормами конституцией стран-членов СНГ.

Для преподавателей и студентов юридических вузов, научных и практических работников (интересующихся проблемами прав человека), а также для широкого круга читателей, интересующихся своими субъективными правами и свободами.’

. Читать дальше »
Категория: Beynəlxalq hüquq | Просмотров: 2604 | Добавил: admin | Дата: 22.11.2011 | Комментарии (0)

Transxəzər qaz kəmərinin Rusiyadan yan keçməklə tikintisi bütün Xəzəryanı dövlətlərin mövqelərinin razılaşdırılmasını tələb edir. Bu barədə Rusiya prezidenti Dmitri Medvedev RF Təhlükəsizlik Şurasının iclasında bildirib. Xüsusən, o qeyd edib ki, ayrı-ayrı ölkələr və Avropa İttifaqı, Rusiyanın digər tərəfdaşları enerji daşıyıcıları nəqlinin diversifikasiyası haqqında düşünür.

“Bununla belə, Təhlükəsizlik Şurası üzvlərinin diqqətini artıq müzakirə etdiyimiz mövzulardan birinə çəkmək istərdim, mən öz həmkarlarımla da bu mövzunu müzakirə etmişəm – Xəzər dənizinin dibindən çəkiləcək Transxəzər qaz kəməri. Bu, kifayət qədər mürəkkəb məsələdir, daxili dəniz kimi Xəzər dənizinin statusundan birbaşa asılıdır və Xəzər Sammitinə daxil olan bütün dövlətlərin mövq . Читать дальше »

Категория: Beynəlxalq hüquq | Просмотров: 1611 | Добавил: admin | Дата: 15.10.2011 | Комментарии (0)

Azərbaycan Respublikasında bu günü hətta sözdə xatirlamaq belə səlahiyyət sahiblərini düşündürmür

9 avqustda bütün Yer planetində beynəlxalq bayram – dünyanın yerli xalqları günü kimi qeyd edilir. Bu mühüm tarix 1994-cü ildə BMT Baş Məclisinin təşəbbüsü ilə müəyyən edilmişdir.

Planetin yerli xalqlarına hörmət və diqqət məsələsi hələ 1992-ci ildə BMT Baş Məclisinin gündəliyinə daxil edilmişdir. Lakin insan hüquqlarına hörmət və onun müdafiəsinə həsr edilmiş bayram gününün müəyyən edilməsi haqqında son qərar iki il sonra qəbul edilmişdir. Məqsəd yerli xalqlara qarşı ayrı-seçkiliyə, hədsiz yoxsulluğa, onların ənənəvi torpaqlarının zorla əllərindən alınmasına . Читать дальше »

Категория: Beynəlxalq hüquq | Просмотров: 1966 | Добавил: admin | Дата: 09.08.2011 | Комментарии (0)

Haaqadakı Beynəlxalq Cinayətlər Məhkəməsi bu gün Liviya lideri Muammar Qaddafi və onun yaxın adamlarının həbsi barədə order verib.

Qərara görə Muammar Qaddafi, oğlu Seif al-Islam Qaddafi və kəşfiyyat rəhbəri Abdullah al-Senussi etirazçılara divan tutumaq ittihamı ilə həbs edillib məhkəməyə çıxarılmalıdır.

Comments are closed, but trackbacks and pingbacks are open.