Beynəlxalq hüquq minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsini tələb edir” – Nizami Səfərov
Mühacir işçilər – iqtisadi səbəblər üzündən könüllü olaraq başqa dövlətin ərazisinə gəlmiş və orada ödənişli fəaliyyətlə məşğul olan şəxslərdir. Onlar bir sıra ölkələrin iqtisadiyyatında və xidmət sferasında olduqca mühüm rol oynayırlar. Bütün ölkələr üzrə mühacir işçilərin sayı indi 50 milyondan artıqdır.
Mühacir işçilərin və onların ailə üzvlərinin hüquqlarını qorumaq məqsədilə bir sıra beynəlxalq müqavilələr bağlanmışdır. Beynəlxalq əmək təşkilatı çərəivəsində iki konvensiya – 1949-cu ildə qəbul edilmiş 97 saylı Konvensiya və 1975-ci ildə qəbul edilmiş 143 saylı Konvensiya mövcuddur. Avropa Şurasının üzvlərı 1977-ci ildə Mühacir işçilərin hüquqi statusu haqqında AvropaKonvensiyasını imzalamışlar. Nəhayət, məsələnin aktuallığını nəzərə alaraq, 1990-cı ildə BMT Baş Assambleyasının 45/158 saylı qətnaməsi ilə Bütün mühacir işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Beynəlxalq Konvensiya qəbul edilmişdir. Konvensiya hələ qüvvəyə minməmişdir, onu bu günə kimi ratifikasiya edənlər isə inkişaf etməkdə olan ölkələrdir (Bosniya – Hersoqovina, Misir, Mərakeş, Uqanda, Şir-Lanka və b.).
Konvensiyanın əsas ideyası ondan ibarətdir ki, müvafiq dövlətlər mühacir işçilərə və onların ailə üzvlərinə beynəlxalq səviyyədə tanınmış əsas insan hüquqlarını təmin etməlidirlər. Onların öz əvvəlki ölkələri ilə mədəni əlaqələr saxlamasına maneə törədilməməlidir. Konvensiya qaçqınlara və vətəndaşlığı olmayan şəxslərə şamil olunmur.
Əhali
Əhali dedikdə, bu və ya digər dövlətin ərazisində yaşayan və həmin dövlətin yurisdiksiyasına tabe olan fərdlərin məcmusubaşa düşülür.
Yuxarıda göstərmişdik ki, daimi əhali dövlətin həlledici meyarlarından biridir. Dövlətin əhalisi həmin dövlətin vətəndaşlarından (o cümlədən,eyni zamanda başqa bir dövlətin vətəndaşlığına da malik olan şəxslər- ikili vətəndaşlar), əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ibarətdir.
Əhalinin hüquqi vəziyyəti, əsas etibarilə, dövlətin milli qanunvericiliyi ilə müəyyən olunur. Müxtəlif ölkələrdə bu, ölkənin sosial-iqtisadi inkişaf səviyyəsindən, burada bərqərar olmuş siyasi rejimdən və digər amillərdən asılı olaraq müxtəlif olur. Bundan əlavə, hər bir dövlət qanunvericilik qaydasında öz vətədaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün fərqli hüquqi rejim müəyyən edir. Bununla belə, əhalinin, onun ayrı-ayrı kateqoriyalarının hüquqi vəziyyəyi ilə bağlı bir çox məsələlər artıq dövlətin müstəsna yurisdiksiyasındn k\nara çıxmiş, beynəlxalq hüququn predmetinə çerilişdir. Dövlətin öz vətəndaşları və əcnəbilər üçün hansı hüquqları və hansı həcmdə tanımasına, hansı hüquqi rejim müəyyən etməsinə beynəlxalq hüquq biganə qala bilməz. Məsələn, biz aşağıda görəcəyik ki,vətəndaşlıq dövlətdaxili hüququn (konstitusiya hüququnun)
mühüm bir institutu olmaqla yanaşı, eyni zamanda beynəlxalq-hüquqi institut da sayıla bilər.
Vətəndaşlığın beynəlxalq-hüquqi məsəlləri
- doğulma nəticəsində. Bu, vətəndaşlığın əldə edilməsinin əsas və ən adi üsuludur;
- naturalizasiya yolu ilə (vətəndaşlığa qəbul);
- reinteqrasiya yolu ilə (vətəndaşlığa bərpa);
- vətəndaşlığın bağlanması vasitəsilə;
- beynəlxalq müqavilə əsasında.
Vətəndaşlığın itirilməsi (ekspatriasiya) üç formada mümkündür: 1) vətəndaşlıqdan çıxma; 2) vətındaşlığın avtomatik itirilməsi və 3) vətəndaşlıqdan məhrum etmə.
Vətəndaşlıqdan çıxma şəxsin öz xahişi ilə dövlətin səlahiyyətli orqanlarının qərarı əsasında həyata keçirilir. Bu vətındaşlığa xitam verilməsinin ən geniş yayılmış üsuludur.
Azərbaycan Respublikasının vətəndaşlığından çıxma qaydası “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 17-i maddəsində müəyyən edilmişdir. Həmin maddədə deyilir. “Azərbaycan Respublikasının vətəndaşlığından çıxma bu qanunla müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxsin dövlət qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəlikləri varsa, vətəndaşlığından çıxma haqqında vəsatəti rədd edə bilər. Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq barəsində vəsatət qaldıran şəxs müttəhim kimi cinayət məsuliyyətinə cəlb edilmişsə, yaxud onun barəsində qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə hökmü varsa və ya şəxsin Azərbaycan Respublikasının vətəndaşlığından çıxması Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi mənafelərinə ziddirsə, həmin hallar aradan qalxana qədər vətəndaşlıqdan çıxmağa yol verilmlr. ”.
Vətındaşlığın avtomatik itirilməsi qanunvericilikdə nəzərdə tutulmuş müəyyən halların baş verməsi ilə mümkündür. Məsələn, ABŞ qanunvericiliyinə görə, digər bir dövlətdə naturalizasiya olunmuş və ya seçkilərdə iştirak etmiş ABŞ vətəndaşı amerika vətındaşlığını avtomatik itirmiş sayılır.
Vətəndaşlıqdan çıxmadan fərqli olaraq, vətəndaşlıqdan məhrum edilmə dövlət orqanlarının təşəbbüsü ilə həyata keçirilir və əsasən, ağır dövləti cinayətlər törəymiş şəxslərə (Türkiyədə — habelə əsgəri xidmətdən qəsdən boyun qaçıran şəxslərə) qarşı tətbiq edilir. Müasir beynəlxalq hüquq vətəndaşlıqdan məhrum edilməsini qadağan edir. Azərbaycan Respublikasının Konstitusiyasında imperativ qaydada müəyyən olunmuşdur ki, “Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz” (53-cü maddəsinin I hissəsi) və “. Azərbaycan Respublikasından qovula bilməz. ”( 53-cü maddəsinin II hissəsi).
ikili vətəndaşlıq
- İkili vətəndaşlığın nəticələrinin aradnqaldırılmasına yönəlmiş müqavilələr. Bu müqavilələr ikili vətəndaşlığın özünü aradan qaldırmır. Onlara misal olaraq, Vətəndaşlıq haqqında qanunların kolliziyasına aid olan bəzi məsələlər haqqında 1930-cu il Haqa Konvensiyasını, Çoxqat vətəndaşlıq haqqında 1963-cü il Strasburq Konvensiyasını və xüsusi olaraq bağlanmış ikitərəfli müqavilələri göstərmək olar.
- biavəsitə ikili vətəndaşlığın ləğvinə yönəlmiş müqavilələr. Bu müqavilələrin əsasını, adətən, o prinsip qoyur ki: a) ikili vətəndaşlığı olan şəxsə müəyyən müddət ərzində iki vətəndaşlıqdan birini seçmək imkanı verir; şəxs heç bir qərara gəlmədikdə, o, ərizəsində daimi yaşadığı dövlətin vətəndaşlığını saxlamış olur; b) dövlət, onun vətəndaşı olmaq istəyən şəxsi, yalnız müvafiq dövlətdən icazə təqdim etdiyi halda öz vətəndaşlığına qəbul edir.
vətəndaşsızlıq
Vətəndaşsızlıq (apatrizm) – şəxsin, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması ilə səciyyələnən hüquqi vəziyyətdir. Bu şəxslərin heç bir dövlətlə hüquqi əlaqəsi olmur vəheç bir dövlət tərəfindən onlara diplomatik müdafiə göstərilmir.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Azərbaycan Respublikasının 13 mart 1996-cı il Qanununda göstərilir ki, “vətəndaşlığı olmayan şəxslər — Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir” (2-ci maddə).
Vətəndaşsızlıq, əsasən, aşağıdakı hallarda meydana gələ bilər: şəxs öz dövlətinin vətəndaşlığından çıxıb, hələ başqa bir dövlətin vətəndaşlığını əldə etməyibsə; əcnəbi ilə nigaha daxil olan qadın öz dövlətinin qanunvericiliyinə görə vətəndaşlığını avtomatik olraq itirib, lakin ərinin vətəndaşlığını əldə etməyibsə.
Vətəndaşlığı olmayan şəxslərin statusu əksər ölkələrdə, mahiyyət etibarilə, əcnəbilərə bərabər götürülür.
Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin I hissəsində deyilir: “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının tərafdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər”.
Vətəndaşlığı olmayan şəxslərə iki beynəlxalq müqavilə həsr olunmuşdur:
Apatridlərin statusu haqqında 1954-cü il Konvensiya və Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il Konvensiyası. 1954-cü il Konvensiya iştirakçı dövlətlərdən tələb edir ki, öz qanunvericiliyində vətəndaşlığı olmayan şəxslər üçün müəyyən rejim nəzərdə tutsunlar.Konvensiyada apatridlərin şəxsi statuau, əmlak hüquqları qorunur, onlar üçün təhsil alma, işədüzəlmə və s. sahələrdə bir sıra güzəştlər müəyyən olunur. 1961-ci il Konvensiyasına görə, iştirakçı dövlət ərazisində doğulmuş və başqa cür vətəndaşlıq əldə edə bilməyən şəxsə öz vətəndaşlığını verməlidir.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 12-i maddəsinə müvafiq olaraq, “vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində doğulmuş uşağı Azərbaycan Respublikasının vətəndaşıdır”. Qanunun 13-cü maddəsində isə müəyyən olunmuşdur ki, “Azərbaycan Respublikası ərazisində anadan olan, hər iki valideyini naməlum uşaq Azərbaycan Respublikasının vətəndaşıdır”.
Konvensiyaya əsasən, dövlət heç bir şəxsi və ya şəxslər qrupunu irqi, etnik, din və ya siyasi əsaslara görə öz vətəndaşlığından məhrum edə bilməz. Apatridlər Konvensiyasının iştirakçı dövlətlər tərəfindən pozulmasına dair şikayətlərlə Qaçqınların işi üzrə BMT Ali Komissarına müraciət edə bilərlər.
Əcnəbilərin hüquqi rejimi
Əcnəbilər – müəyyən dövlətin ərazisində yerləşən, lakin həmin dövlətin
vətəndaşları olmayan və başqa bir dövlətin vətəndaşları olan şəxslərdir.
“Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında ”Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, “əcnəbilər- Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxslərdir”.
Hər bir dövlət öz ərazisinə əcnəbilərin gəlməsi, onların bu ərazidə müvəqqəti və ya daimi yaşaması və fəaliyyəti ilə bağlı bütün məsələləri müstəqil həll edir. Bununla belə, dövlət bu zaman öz beynəlxalq öhdəliklərini, xüsusilə insan hüquqları sahəsindəki müqavilələri nəzərə almaya bilməz. Dövlətin əcnəbilər üçün müəyyən etdiyi hüquq və vəzifələrin məcmusu “əcnəbilərin rejimi” termini ilə ifadə olunur.
Əcnəbilərin üç cür hüquqi rejimi mövcuddur:
1) milli rejim — əcnəbilərə müəyyən məhdudiyyətlərlə, dövlətin öz vətəndaşları ilə bərabər status verilməsi.
Məsələn, “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında ” Azərbaycan Respublikası Qanununa əsasən, əcnəbilər Azərbaycan Respublikasının siyasi partiyalarının üzvü ola bilməzlər (20-ci maddə); dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak edə və onlara seçilə və həmçinin ümumxalq səsvermələrində (referendumlarda) iştirak edə bilməzlər(21-ci maddə); hərbi mükəlləfiyyət daşımırlar (22-ci maddə).
2) ən əlverişli rejim – bu halda əcnəbilərə hər hansı bir sahədə istənilən üçüncü dövlətin vətəndaşlarına verilən hüquqlar verilir. Belə rejimdə əcnəbilərin hüquq və vəzifələrinin məcmusu bütün əcnəbi dövlətlər üçün eynidir, lakin əksər hallarda o, milli rejimdə olduğundan azdır.
3) xüsusi rejim — əcnəbilərə hər hansı bir sahədə dövlətin öz vətəndaşları üçün həmin sahədə nəzərdə tutulduğundan fərqli hüquqların verilməsi (habelə vəzifələrin nəzərdə tutulması). Məsələn, müqavilə əsasında bir dövlətin ərazisində yerləşdirilmiş başqa bir dövlətin hərbi qulluqçuları üçün, adətən, xüsusi hüquqi rejim nəzərdə tutulur.
Heç bir dövlətdə əcnəbilərin rejiminin hər hansı bir növü mövcud deyildir. Adətən, bir sahədə milli rejim, digər bir sahədə isə xüsusi rejim və s. nəzərdə tutulur.
Çox hallarda dövlətin ərazisində əcnəbilərin xüsusi kateqoriyaları da olur; bunlar mühacir (miqrant) işçilər, qaçqınlar və sığınacaq almış şəxslərdir.
Mühacir işçilər
Mühacir işçilər – iqtisadi səbəblər üzündən könüllü olaraq başqa dövlətin ərazisinə gəlmiş və orada ödənişli fəaliyyətlə məşğul olan şəxslərdir. Onlar bir sıra ölkələrin iqtisadiyyatında və xidmət sferasında olduqca mühüm rol oynayırlar. Bütün ölkələr üzrə mühacir işçilərin sayı indi 50 milyondan artıqdır.
Mühacir işçilərin və onların ailə üzvlərinin hüquqlarını qorumaq məqsədilə bir sıra beynəlxalq müqavilələr bağlanmışdır. Beynəlxalq əmək təşkilatı çərəivəsində iki konvensiya – 1949-cu ildə qəbul edilmiş 97 saylı Konvensiya və 1975-ci ildə qəbul edilmiş 143 saylı Konvensiya mövcuddur. Avropa Şurasının üzvlərı 1977-ci ildə Mühacir işçilərin hüquqi statusu haqqında AvropaKonvensiyasını imzalamışlar. Nəhayət, məsələnin aktuallığını nəzərə alaraq, 1990-cı ildə BMT Baş Assambleyasının 45/158 saylı qətnaməsi ilə Bütün mühacir işçilərin və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında Beynəlxalq Konvensiya qəbul edilmişdir. Konvensiya hələ qüvvəyə minməmişdir, onu bu günə kimi ratifikasiya edənlər isə inkişaf etməkdə olan ölkələrdir (Bosniya – Hersoqovina, Misir, Mərakeş, Uqanda, Şir-Lanka və b.).
Konvensiyanın əsas ideyası ondan ibarətdir ki, müvafiq dövlətlər mühacir işçilərə və onların ailə üzvlərinə beynəlxalq səviyyədə tanınmış əsas insan hüquqlarını təmin etməlidirlər. Onların öz əvvəlki ölkələri ilə mədəni əlaqələr saxlamasına maneə törədilməməlidir. Konvensiya qaçqınlara və vətəndaşlığı olmayan şəxslərə şamil olunmur.
Qaçqınların hüquqi rejimi
- barələrində sülh əleyhinə cinayət, müharibə cinayəti və ya insanlıq əleyhinə cinayət, yaxud Birləçmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinə zidd əməllər törətdikləri haqqında kifayət qədər ciddi əsaslar olan şəxslər;
- dövlətin ərazisinə gələnə qədər onun hüdudlarından kənarda qeyri-siyasi xarakterli ağır cinayət törətmiş şəxslər.
1951-ci il Konvensiyasında müəyyən olunmuşdur ki, şəxs qaçqın statusunu aşağıdakı hallarda itirir:
- vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin himayəsindən könüllü surətdə yenidən istifadə etdikdə;
- öz vətəndaşlığından məhrum olub onu könüllü surətdə yenidən əldə etdikdə;
- indi yaşadığı dövlətin və ya hər hansı başqa bir dövlətin vətəndaşlığını qəbul etdikdə və yeni vətəndaşı olduğu dövlətin himayəsindən istifadə etdikdə;
- təqiblərdən qorxduğuna görə tərk etdiyi və ya hüdudlarından kənarda qaldığı dövlətdə könüllü surətdə yenidən məskunlaşdıqda;
- qaçqın kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə vətəndaşı olduğu dövlətin himayəsindən daha imtina edə bilmədikdə;
- vətəndaşlığı olmayan şəxs üçün- qaçqin kimi tanınmasına əsas vermiş hallar aradan qalxdığına görə o, öz daimi yaşadığı ölkəsinə qayıda bildikdə.
Sığınacaq hüququ
- dövlət sığınacaq verdiyi şəxsi geri verə bilməz;
- dövlət sığınacaq verdiyi şəxsə, onun hər hansı bir ölkədə hüquqları pozulan zaman diplomatik müdafiə təmin edə bilər (daha doğrusu, kvazidiplomatik müdafiə, çünki diplomatik müdafiə dövlətin yalnız öz vətəndaşlarına göstərilə bilər);
- dövlət sığınacaq verdiyi şəxsin fəaliyyətinə görə məsuliyyət daşıtır, yəni o, həmin şəxsin tərk etdiyi dövlətə qarşı zorakılıq aktları törətməsinə yol verməməlidir.
- Teqlər:
- beynəlxalq hüquq
- , hüquq
- , vətəndaş hüququ
- , vətəndaşlıq
“Beynəlxalq hüquq minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsini tələb edir” – Nizami Səfərov
Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qələbəsi ilə başa çatmış 44 günlük müharibədən 5 ay ötdü. Noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış bəyanat döyüşlərin dayandırılması ilə yanaşı bölgədə vəziyyətin normallaşdırılmasını təmin edən əsas sənəddir. Təəssüf ki, bu günə qədər Azərbaycanın tələbi ilə bəyanata salınmış müddəalar yerinə yetirilməyib. Bura erməni hərbi birləşmələrinin sülhməramlıların məsuliyyət zonasındakı əraziləri tərk etməməsi, Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılmaması, azərbaycanlı köçkünlərin geri qaytarılmaması, Laçın dəhlizndə Azərbaycanın suverenliyinin əsas atributu sayılan sərhəd nəzarətinin təmin olunmaması və s. fəaliyyətlər daxildir.
Müharibədən sonra işğaldan azad edilmiş ərazilərin minalanması Azərbaycana ciddi problemlər yaradır. Son 5 ay ərzində xeyli sayda hərbçi və mülki şəxslər mina partlayışlarının qurbanı olub. Azərbaycan ərazilərin təmizlənməsi üçün ANAMA-nın fəaliyyətini gücləndirib, habelə Türkiyədən böyük həcmdə yardım alıb. Amma minalanmış sahələr böyük olduğuna görə, təmizləmə işləri uzun çəkəcək. Bu səbəbdən mülkü şəxslərin işğaldan azad edilmiş yerlərə səyahət etməsinə qadağa qoyulub.
Azərbaycan bir neçə dəfə Ermənistandan minalanmış ərazilərin xəritəsinin verilməsini tələb etsə də, təmin olunmayıb. Bölgədə sülhyaratma missiyasını öz üzərinə götürmüş Rusiya isə bu məsələdə İrəvana təzyiq göstərmir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru, Nizami Səfərov durumu “AzPolitika.info”-ya şərh edərkən bildirib ki, işğal altında olmuş ərazilərdə böyük quruculuq işlərinə start verilib və yaxın zamanda irimiqyaslı layihələri həyata keçirəcək.
“Ancaq silahlı münaqişənin Ermənistanın kapitulyasıyası ilə nəticələnməsinə baxmayaraq, hələ də mənfur qonşularımız öz çirkin əməllərindən əl çəkmirlər. Minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə təqdim edilməməsi bunun bariz nümunəsidir”,-deyə millət vəkili vurğulayıb.
Hüquqşünas əlavə edir ki, ümumiyyətlə minaların və xüsusi olaraq piyadalar əleyhinə minaların qadağan edilməsi üzrə beynəlxalq səviyyədə həyata keçirilən kampaniya, qlobal səviyyədə ən mühüm humanitar təşəbbüslərdən biri kimi yadda qalıb: “Minaların geniş miqyasda yayılmasının nəticəsi olan ciddi humanitar böhrana cavab olaraq 10 oktyabr 1980-cı ildə BMT çərçivəsində Həddindən artıq xəsarətlər yetirən və ya hədəf seçməyən hesab edilə bilən müəyyən adi silahların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında Konvensiya (I, II və III saylı Protokollar daxil omaqla) və 1997-ci il 18 sentyabr tarixində Kanadanın paytaxtı Ottava şəhərində Piyadalar əleyhinə minaların tətbiqinin, yığılmasının, istehsalının və verilməsinin qadağan olunması və onların məhv edilməsi haqqında Konvensiya qəbul olunub. Birinci Konvensiya 2 dekabr 1983-cü ildə qüvvəyə minibm və onun 125 iştirakçısı var. ikinci Konvensiya isə 1 mart 1999-cu ildə hüquqi qüvvəyə minib və hal-hazırda bu beynəlxalq sənədinin iştirakçı dövlətlərinin sayı 164 çatıb. Ermənistan bu Konvensiyaları imzalamayıb ratifikasiya etməsə də, hətta bu mühüm müqavılələrin iştirakçısı olmayan dövlətlər qeyd edilən hər iki konvensiyanın beynəlxalq adət hüququna əsaslanmasını rəhbər tutaraq, onların müddəalarına mütləq formada riayət etməlidirlər”.
N.Səfərov qeyd edib ki, silahlı münaqişələr hüququnda minaların istifadəsinin məhdudlaşdırılması beynəlxalq adət hüququ norması statusunu əldə edən bir necə mühüm prinsipdən irəli gəlir: “Birincisi, fərqləndirmə prinsipidir. Yaxşı məlumdur ki, beynəlxalq humanitar hüququn təməlində mülki şəxslərlə kombatantların (münaqişə tərəflərinin silahlı qüvvələrinə daxil olan şəxsi heyət -red) fərqləndirilməsi durur.
12 avqust 1949-cu il tarixli Cenevrə konvensiyalarına “Beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə dair” I saylı Əlavə Protokolunun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən, mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz. Həmin Protokolun 85-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi “mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum obyektinə çevrilməsini” beynəlxalq humanitar hüququn ciddi pozuntusu və müharibə cinayəti kimi qiymətləndirilir. Məsələ burasındadır ki, minalardan istifadə müvəqqəti xarakter daşıyır və yalnız müharibə dövrü ilə məhdudlaşır. Müharibənin bitməsi mina təhlükəsinin aradan qaldırılmasını mütləq formada özündə ehtiva edir. Ermənistan 6 iyun 1993-cü ildə Cenevrə konvensiyaları və onların I və II saylı Əlavə Protokollarına qoşularaq, həmin sənədlərdən irəli gələn bütün hüquqi öhdəliklərə riayət etməli olduğu halda, yalnız hüquqi məsuliyyətsizlik nümayış etdirir. Bunu təsdiq etmək üçün həmçinin Ermənistanın 17 may 2005-ci ildə qoşulduğu “Beynəlxalq müqavilələr hüququ haqqında” 23 may 1969-cu il tarixli Vyana Konvensiyasının ən vacib müddəaların pozulmasına istinad etmək olar. Sonuncu Konvensiyanın 26-cı maddəsində “pacta sunt servanda” prinsipini əks etdirən “qüvvədə olan hər bir müqavilə onun tərəfləri üçün məcburidir və onların tərəfindən vicdanla yerinə yetirilməlidir” müddəasına Ermənistan tərəfindən məhəl qoyulmaması, sivil dövlətlərin davranış qaydalarını müəyyən edən beynəlxalq hüquq müqavilələrinin bu dövlət üçün yalnız əhəmiyyətsiz kağız parçası olmasının bariz nümunəsidir. Əlbəttə ki, militarist siyasəti yürüdən, qonşu dövlətlərə ərazi iddiaları irəli sürən, etnik təmizləmələr, soyqırım, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törədən Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına riayət edilməsini gözləmək sadəlövlük olardı”.
Nizami Səfərov vurğulayıb ki, mülki şəxslərlə kombatantların fərqləndirilməsi Ottava konvensiyasında da öz əksini tapıb və həmin sənədin ayrılmaz tərkib hissəsi olan Preambulasına daxil edilib: “Həmcinin 1980-cı il tarixli Konvensiyaya dair Minalar, tələ-minalar və digər qurğuların qadağan edilməsi və ya məhdudlaşdırılması haqqında II saylı Protokolun 3-cü maddəsinin 2-ci hissəsində də hədəf seçməyən, yəni mülki əhali ilə legitim hərbi hədəfləri fərqləndirməyən, mülki şəxslərin təsadüfi ölümlərinə və ya yaralanmalarına səbəb olan, silahların tətbiqi qadağan edilir”.
Hüquqşünas ikinci mühüm humanitar prinsipin mütənasiblik olduğunu qeyd edir: “Həmin prinsip Cenevrə konvensiyalarına I saylı Əlavə Protokolun 51-ci maddəsinin 5-ci hissəsinin “b” bəndində əksini tapıb və nəzərdə tutur ki, mülki əhali arasında itkilərə, mülki şəxslərin yaralanmasına və mülki obyektlərə ziyanın vurulmasına səbəb ola biləcək və əldə edilməsi gözlənilən hərbi üstünlüyə mütənasıb olmayan hücumlar qadağandır. Yuxarıda istinad edilən 1980-cı il tarixli Konvensiyaya Minalar əleyhinə II saylı Protokol və 1997-ci ildə qəbul olunmuş Ottava Konvensiyası bu prinsipə əsaslanırlar. Həmçinin nəzərə almaq lazımdır ki, həmin II saylı Protokolun 10-cu maddəsinə əsasən, fəal hərbi əməliyyatlar dayandırıldıqdan dərhal sonra münaqişədə iştirak edən hər bir tərəf bütün mina sahələri, minalanmış zonalar, minalar, tələ-minalar və digər qurğular barədə məlumat verməyi öhdəsinə götürür”.
Nizami Səfərovun sözlərinə görə, təcavüzkar Ermənistan tərəfindən minalanmış sahələrin xəritələrinin ölkəmizə təqdim edilməməsi beynəlxalq humanitar hüquqda təşəkkül tapmış mülki əhali ilə hərbi hədəflərin fərqləndirilməsi və mütənasıblik prinsiplərini açıq-aşkar pozaraq, müharibə cinayəti kimi tövsüf edilməlidir.
“Bunun əyani formada hüquqi təsdiqini 1998-ci ildə Roma Diplomatik konfransında qəbul edilib və 1 iyul 2002-ci ildə qüvvəyə minmiş Beynəlxalq cinayət məhkəməsinin Statutunda (Nizamnaməsində) tapmaq olar. Həmin Nizamnaməyə uyğun olaraq “mülki şəxslərin təsədüfi ölümünə və ya xəsarət yetirilməsinə və ya mülki obyektlərə ziyan vurulmasına səbəb olan, əldə edilməsi gözlənilən hərbi üstünlüyə açıq-aşkar mütənasıb olmayan hücumların qəsdən törədilməsi” (maddə 8 (2b, “iv”)), “mahiyyətınə görə hədəf seçməyən və ya lüzumsuz xəsarətlər yetirən və ya artıq iztirablara səbəb olan silah, sursat və texnikanın və həmçinin müharibə üsullarının beynəlxalq silahlı münaqışələr hüququnun əleyhinə tətbiqi” (maddə 8 (2b, “xx”)) müharibə cinayəti hesab edilir və bu əməlləri törətmiş şəxslər cinayət məsuliyyəti daşıyırlar”-deyə Nizami Səfərov vurğulayıb.
E. Rüstəmli
“AzPolitika.info”
Şərhlər
Xalq 2021-04-11 17:45:10
məncə bu minaları ruslar basdırırlar!
Comments are closed, but trackbacks and pingbacks are open.