Beynəlxalq informatika olimpiadaları” kitabının təqdimatı olmuşdur
ADA Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubov Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq prosesi və tərəfdaş qurumların fəaliyyəti barədə məlumat verib. Bildirib ki, olimpiadanın əsas yarışı Milli Gimnastika Arenasında, digər tədbirlər isə Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi və “Bulvar Hotel”də keçiriləcək.
31-ci Beynəlxalq İnformatika Olimpiadası üzrə birgə iclas
Fevralın 20-də ADA Universitetində məktəblilərin 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) yerli və beynəlxalq təşkilat komitələrinin birgə iclası keçirilib.
İclasda bu il avqustun 4-dən 11-dək Bakıda keçiriləcək olimpiadaya hazırlıq prosesi, təşkilat komitələrinin və tərəfdaş qurumların fəaliyyəti müzakirə olunub.
ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev məktəblilər arasında keçiriləcək 31-ci beynəlxalq olimpiadaya Azərbaycanın ev sahibliyi edəcəyini yüksək dəyərləndirib. Universitetin tədris proqramı və fəaliyyət istiqamətləri barədə məlumat verən rektor bu ali məktəbdə informasiya texnologiyaları və mühəndislik fakültəsinin olduğunu diqqətə çatdırıb.
Beynəlxalq İnformatika Olimpiadasının ilk dəfə 1989-cu ildə Bolqarıstanda keçirildiyini deyən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, Azərbaycan bu bilik yarışına 1994-cü ildən qoşulub. Respublikamız bu beynəlxalq tədbirdə 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz Beynəlxalq İnformatika Olimpiadasından bu günədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar.
Azərbaycanın ilk dəfə 2019-cu ildə bu nüfuzlu elm yarışına ev sahibliyi edəcəyini deyən F.Qurbanov bu əlamətdar hadisəni yüksək dəyərləndirib. Qeyd edilib ki, 31-ci Beynəlxalq İnformatika Olimpiadasının Bakıda keçirilməsi haqqında qərar Yaponiyanın Tsukuba şəhərində məktəblilərin IOI 2018-in bağlanış mərasimində elan edilib və olimpiadanın bayrağı Azərbaycanın nümayəndə heyətinə təqdim olunub.
Diqqətə çatdırılıb ki, beynəlxalq tədbirin yüksək səviyyədə təşkil olunması üçün Təhsil Nazirliyi tərəfindən təşkilat komitəsi yaradılıb. Olimpiadaya bu il 90-a yaxın ölkədən təxminən 500-dən çox şagird və müəllimin qatılacağı gözlənilir.
Nazir müavini builki yarışmada azərbaycanlı məktəblilərin uğurlu nəticələr göstərəcəyinə əminliyini bildirib.
Müasir dünyada texnologiyaların inkişafının gələcək üçün vacibliyini qeyd edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkə başçısı tərəfindən İKT-nin inkişafına göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də İKT ilə bağlı yeniliklərin ölkəmizə gətirilməsdir. Bu mühüm tədbirə ölkəmizin ev sahibliyi etməsi və hazırlıq prosesinin yüksək səviyyədə təşkili bunun bariz nümunəsidir.
Beynəlxalq İnformatika Olimpiadasının prezidenti Qreq Li fevralın 17-dən 21-dək Bakıda IOI 2019-un qış iclasının keçirildiyini söyləyib. Nəzərə çatdırıb ki, üçgünlük səfər çərçivəsində olimpiadanın beynəlxalq təşkilat komitəsinin üzvləri ötən ilin sentyabrından ölkəmizdə başlanan hazırlıq prosesi ilə tanış olub, yarışın keçiriləcəyi məkanları və texniki imkanları təftiş ediblər. Olimpiadaya hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu deyən Qreq Li Azərbaycanın bu beynəlxalq tədbirə ciddi hazırlaşdığını deyib.
ADA Universitetinin informasiya texnologiyaları və mühəndislik fakültəsinin dekanı Araz Yusubov Beynəlxalq İnformatika Olimpiadasına hazırlıq prosesi və tərəfdaş qurumların fəaliyyəti barədə məlumat verib. Bildirib ki, olimpiadanın əsas yarışı Milli Gimnastika Arenasında, digər tədbirlər isə Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi və “Bulvar Hotel”də keçiriləcək.
Xatırladılıb ki, IOI 2018-in bağlanış mərasimində təşkilatçılar tərəfindən Beynəlxalq İnformatika Olimpiadasının bayrağı ölkəmizin təhsil nazirinin müavini Firudin Qurbanova təqdim olunub.
Sonra beynəlxalq və yerli təşkilat komitəsinin üzvləri iştirakçılara təqdim olunub. Qonaqlar təmsil etdikləri qurum və təşkilat tərəfindən olimpiadaya hazırlıqla bağlı görülən işlər barədə məlumat veriblər.
“Beynəlxalq informatika olimpiadaları” kitabının təqdimatı olmuşdur
Bakı, 30 aprel (AZƏRTAC). Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “Beynəlxalq informatika olimpiadaları” kitabının təqdimatı olmuşdur.
Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqovun bu kitabı Beynəlxalq informatika olimpiadalarında (BİO) Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadənin 75 illiyinə ithaf olunmuşdur.
UNESCO-nun dəstəyi ilə məktəblilər arasında keçirilən BİO-ı dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, kitabın elmi redaktoru, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev və digər çıxış edənlər kitabın əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, nəşrdə beynəlxalq olimpiadaların keçirilməsi qaydaları, ümumiyyətlə olimpiada məsələləri işıqlandırılır.
Kitab dörd bölümdən və əlavədən ibarətdir. Birinci bölümdə informatika üzrə beynəlxalq olimpiada hərəkatının inkişaf tarixindən, 1989-2011-ci illərdə hər olimpiadanın keçirilmə özəllikləri və Azərbaycan məktəblilərinin bu beynəlxalq tədbirlərdə iştirakından söhbət açılır.
İkinci bölüm məktəblilər arasında informatika üzrə beynəlxalq olimpiadanın təşkili və keçirilməsi məsələlərinə həsr edilmişdir. Üçüncü bölümdə olimpiada məsələlərinin məzmunu və onların həllinin yoxlanılması sistemləri ilə bağlı mühüm məqamlara toxunulur. Burada, həmçinin informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq proqramı verilmişdir.
Sonuncu bölümdə 2006-2007-ci illərdə məktəblilər arasında keçirilmiş informatika üzrə beynəlxalq olimpiadalarda təklif olunmuş məsələlərin şərtləri, onların həlli üçün metodik göstərişlər, eləcə də sınaqdan keçirilməsi və qiymətləndirilməsi sisteminin təsviri verilmişdir.
Kitabın sonunda BİO-da Azərbaycanı təmsil etmiş məktəblilərin qısa tərcümeyi-halı əksini tapmışdır.
Comments are closed, but trackbacks and pingbacks are open.