Press "Enter" to skip to content

Sosial-iqtisadi və mədəni hüquqlaq (azadlıqlar)

1936-cı ildə Ümumi Nəzəriyyə adlı işində Con Maynard Keynez iqtisadiyyat üçün yeni yanaşma, Neoklassik Məktəbin izah etməyə çətinlik çəkdiyi sahələri də əhatə edən nəzəriyyə təklifi ilə çıxış etdi. Qeyd etmək vacidbir ki, Keynez neoklassik ideyaların əvəzlənməsini təklif etmirdi. Onun fikrincə, həmin məktəbin nəzəri fikirləri doğru idi. Amma, Keynez əlavə edirdi ki, neoklassiklərin fikirləri tam deyil. Daha dəqiq olsaq, Neoklassik Məktəb iqtisadiyyatım mikro səviyyədə (bazar, qiymət, istehsal, distribusiya) olan mövzularını yaxşı izah etsə də, makro səviyyədə (Ümumi Daxili Məhsulu, inflasiya, işsizlik) olan mövzuları izah etməkdə çox zəif idi.

Beynlxalq iqtisadi münasibtlr

İqtisadiyyat mürəkkəb insan cəmiyyətlərində məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakının həm fərdi, həm də dövlət miqyasında təşkilini öyrənir. Bunun üçünsə ilk növbədə məhsul və xidmətlərin dəyərlərinin nədən ibarət olduğunu və necə formalaşdığını müəyyənləşdirmək lazımdır.

İqtisadiyyat insanların davranışını araşdıran bir elmdir. Məhz elə insanların hadisələrə reaksiyasını öncədən bilmək mümkün olmadığından iqtisadiyyatın öyrənməsi zamanı müxtəlif nəzəriyyələr irəli sürülüb.

İqtisadiyyat elminin əsası necə qoyuldu?

İqtisadi nəzəriyyələr, bəlkə də 10 min il əvvəl aqrar inqilabdan başlamışdı. Yəni, insanlar qədim zamanlarda yığacaqları məhsuldan qazanacaqları gəliri və bunun nə qədərini istehlak edib, nə qədərini satacaqlarını, eyni zamanda, nə qədərini vergilərə verəcəklərini bilirdilər. Amma bu bilgini yazılı və nəzəriyyə formasında təqdim edən Aristotel oldu. Müasir iqtisadi nəzəriyyə isə 19-ci əsrdə Kapitalist iqtsiadi formasiyasının inkişafı nəticəsində başladı.

İqtisadiyyat elminin 1776-cı ildə, Adam Smitlə başladığı qəbul edilib. Ondan öncə heç kim iqtisadiyyatı, və ya bazarları araşdırılmalı elm sahəsi kimi görmürdü. Bu o demək deyil ki, qədim zamanlarda iqtisadiyyata diqqət ayrılmırdı. Sadəcə, heç kəs bu sahəyə sistematik və bütöv yanaşmamışdı. Buna baxmayaraq, xeyi sayda tacirlər, hökümət adamları və qəzetçilər məntiq və intuisiya əsasında müxtəlif iqtisadi siyasət təklifləri səsləndirirdilər. Xüsusilə də, Britianiyada.

Merkantilizm

Kapitalist münasibətlərin formalaşması ilə yanaşı fikir adamları bir suala cavab axtarırdılar: Dəyər nədir və o necə formalaşır?

17-18-ci əsrdə bu suala cavab axtaran ilk mütəfəkkirlər Merkantilistlər idi. İlk kapitalistlər olaraq onlar əsasən tacirlərdən ibarət idi. Əsasən tacirlərdən ibarət olan Merkantilistlər məhsulun və xidmətin dəyərinin bazarda formalaşdığını və satıldığı qiymətə bərabər olduğunu deyirdilər. Amma burada bir problem var idi. Merkantilistlər tacir olduqlarından istehsal prosesini nəzərə almırdılar.

İqtisadiyyata yanaşmalarında çoxlu boşluqlar olmasına baxmayaraq, iqtisadiyyat elmi və iqtisadi fikir haqqında danışanda 1776-cı ildən öncəki dövrü “Merkantilizm” dövrü kimi tarixə düşüb. Həmin dövrdə bütöv bir iqtisadi fikir məktəbi formalaşmış olmasa da, vergilər, gələn gəlirlər, qızılın dəyəri və dövriyyəsi, beynəlxalq ticarət və müstəmləkə rəqabəti haqqında müxtəlif növ, daha çox dağınıq ideyalar mövcud idi.

Klassik Məktəb

Avropada maarifçilik erası (18-ci əsrin ortaları) yeni elmi axtarışlar dalğası gətirdi. Fikir adamları elmi prinsipləri yalnız fiziki dünyaya yox, həm də insan cəmiyyətinə tətbiq etməyə başladılar. İsaak Nyuton necə “cazibə qanunu” ilə yerin fəaliyyətini izah edirdisə, maarifçilik dövrünün mütəfəkkirləri də cəmiyyətin fəaliyyətini insan münasibətləri qanunları ilə izah etməyə çalışırdılar. Mübadilə, qiymət, bazar kimi anlayışları özündə cəmləşdirən iqtisadiyyat, insan münasibətlərinin bir hissəsi olaraq elmi araşdırmaların edilə biləcəyi və bazarın fəaliyyətini anlamaq üçün “qanun”ların kəşv edilə biləcəyi bir sahə kimi qəbul edildi.

İqtisadi nəzəriyyələrin formalaşmasında bünövrəni 18-ci əsrin ortalarında merkantilistlərin yanaşması və gəldikləri nəticə ilə qane olmayan fransız və şotland mütəfəkkirləri qoyublar.

İqtisadiyyatın sistemli şəkildə öyrənilməsi və bazar qanunların axtarışında ilk ciddi cəhdi şotland filosof Adam Smit, 1776-cı ildə dərc edilmiş “Xalqların sərvəti” adlı kitabı ilə etdi. Smitdən əvvəl iqtisadi nəzəriyyələr natamam idi və cəmiyyətin, siyasi quruluşun və iqtisadi münasibətlərin qarşılıqlı təsirlərini öyrənmirdi. “Xalqların sərvəti” kitabında, təbii ki, hər şeyə cavab yox idi. Amma iqtisadiyyat elminin araşdırılmasında qapılar məhz bu kitabla açıldı. Bu səbəbdən, çoxları Adam Smiti “iqtisadiyyatın atası” adlandırır.

Smitin bir çox nəzəriyyələri arasında ən əhəmiyyətlisi Dəyər Nəzəriyyəsi idi. Bu nəzəriyyəyə əsasən, bütün məhsul və xidmətlərin yaradılması üçün ödənilən ilk orjinal qiyməti insan əməyi müəyyən edir və dünyada mövcud olan bütün məhsul və xidmətlərin dəyərinin insan əməyilə ölçülməsi şərtdir.

Smitin ilkin fikirlərinin və prinsiplərinin davamçılarını Klassik Məktəb adlandırırlar. Bu məktəb 19-cu əsrin ortalarına qədər iqtisadiyyatda aparıcı elmi qüvvə idi. Klassik Məktəbin ən tanınmış nümayəndəsi və sistemli yanaşması ilə məktəbin digər nümayəndələrindən fərqlənən, Hollandiyada doğulmuş və Londonda birja brokeri kimi çalışmış David Rikardo olmuşdur. Rikardo Smitin ilkin fikirlərini və təkliflərini aydın şəkildə, diqqətlə təsvir edilmiş bütöv bir nəzəriyyə halına salmış ilk mütəfəkkir idi.

Rikardo deyir ki, dəyərə malik olan bütün məhsullar faydalı olmalıdır. Rikardo həm də əlavə edirdi ki, məhsulun və xidmətin dəyərinin formalaşmasında ona sərf edilən əməklə yanaşı həmin məhsulun və ya xidmətin məhdud olması da rol oynayır.

Bu nəzəriyyə, 19-cu əsrdə Britaniyanın aparıcı fikir məktəbinə çevrildi. Nəticədə, Klassik Məktəb tez-tez Rikardian, və ya Britaniya Məktəbi adlandırılır.

19-cu əsrin ikinci yarısında iqtisadiyyat elmində inqilab etmək növbəsi Karl Marksa gəldi. Marks əvvəllər qeyd olunmamış, tamamilə yeni, qapalı iqtisadiyyat nəzəriyyəsi formalaşdırdı. Bu nəzəriyyənin digərlərindən fərqi, demək olar ki, bütün sosial və humaninatar elm sahələrini əhatə etməsində idi.

Marksın dəyər formalaşması haqqında fikirləri Adam Smitə fikirlərinə çox yaxın idi. Hər ikisi dəyərin əmək vasitəsilə formalaşdığına inanırdı. Marks həm də inanırdı ki, istehsal prosesi zamanı müəssisə sahibi heç bir əmək sərf etmədən, əməkdaşlarının istehsal etdiyi məhsulu sataraq, dəyərin bir hissəsini mənimsəyir. Marksa görə, bu, istismardır və təsirləri nəinki iqtisadi, həm də sosial və siyasi reallıqda əks olunur.

İstismar sırf iqtisadi anlayış olsa da, insanların bir çox davranışlarını izah edirdi. Məsələn, Marks deyirdi ki, cəmiyyətin istismar edən və istismar olunan siniflərə bölünməsi. İstismar nəticəsində işçilərin maaşları zamanla azaldığına görə, onların alıcılıq qabiliyyəti də azalır, beləliklə, məhsul və xidmətlərin satışı azalır və nəticədə kapitalizm böhranla qarşılaşır. Bir neçə böhrandan sonra isə istismar olunan sinif bütün sistemin dəyişməli olduğunu anlayır. Sonrada bu ideyalar əsasında sosializm hərəkatı formalaşdı.

Karl Mark öz iqtsadi təhlilini Rikardonun nəzəriyyəsi üzərində hazırlayıb deyə, Marksçı iqtisadi nəzəriyyəyə də Klassik Məktəb ənənəsinin bir parçası kimi yanaşılır.

Neoklassik Məktəb

Marksın nəzəriyyəsinin inkişafı ilə bərabər, onun nəzəriyyəsi ilə razı olmayan iqtisadçılar da yeni nəzəri təkliflər verməkdə idilər. 1871-ci ildə britaniyalı Vilyam Stenli Cevons, avstriyalı Karl Menger və fransız Leon Valras adlı üç iqtisadçı bir birindən müstəqil şəkildə, tamamilə yeni nəzəriyyə təklif etdilər. Sonradan “Marjinalist İnqilab” adlanan bu nəzəriyyə Klassik Məktəbin fikirlərini kənara atırdı. Marjinalistlərin fikrincə, dəyərin formalaşmasını məhsul və xidmətə sərf edilən əməklə deyil, bazarda olan tələb və təkliflə izah etmək lazımdır.

Marjinalistlər Məktəbi daha çox Neoklassik Məktəb kimi adlandırılır. Neoklassik Məktəbin bir neçə variasiyaları (Marşal, Valras, Avstriya, Stokholm və s.) mövcud olsa da, onların hər biri eyni nəzəri prinsip üzərində formalaşıb. Bu məktəb çox qısa bir zamanda aparıcı iqtisadi nəzəriyyəyə çevrildi. Neoklassik nəzəriyyə indiki dövrə qədər aktuallığını saxlayır. Onu bəzən “meynstrim,” bəzən “ortodoks,” bəzən isə “ənənəvi” nəzəriyyə adlandırırlar.

Keynez Məktəbi

1930-cu illərin iqtisadi böhranı zamanı Neoklassik Məktəb böhrandan çıxmağın yollarını təklif etməkdə çətinlik çəkirdi. Onların səsləndirdiyi yeganə təklif qiymətlərin öz özünü tənzimləməsinə şərait yaratmaq idi. Onların təklifinə riayət edilsə də, işsizlik artmaqda davam edirdi.

1936-cı ildə Ümumi Nəzəriyyə adlı işində Con Maynard Keynez iqtisadiyyat üçün yeni yanaşma, Neoklassik Məktəbin izah etməyə çətinlik çəkdiyi sahələri də əhatə edən nəzəriyyə təklifi ilə çıxış etdi. Qeyd etmək vacidbir ki, Keynez neoklassik ideyaların əvəzlənməsini təklif etmirdi. Onun fikrincə, həmin məktəbin nəzəri fikirləri doğru idi. Amma, Keynez əlavə edirdi ki, neoklassiklərin fikirləri tam deyil. Daha dəqiq olsaq, Neoklassik Məktəb iqtisadiyyatım mikro səviyyədə (bazar, qiymət, istehsal, distribusiya) olan mövzularını yaxşı izah etsə də, makro səviyyədə (Ümumi Daxili Məhsulu, inflasiya, işsizlik) olan mövzuları izah etməkdə çox zəif idi.

Buna görə də Keynez iqtisadiyyatı hər iki səviyyədə izah edə biləcək Ümumi Nəzəriyyə təklif etdi. Beləliklə, neoklassiklərin ideyaları üzərində “mikroiqtisadiyyat,” Keynezin ideyaları əsasında isə “makroiqtisadiyyat” formalaşdı.

Keynez deyirdi ki, insanların pulu nəyə xərcləməsi onların gəlirlərini dəyişdirmir. Amma, dövlətin pulu necə xərcləməsi iqtisadi artımı şərtləndirir və insanların güzaranına birbaşa təsir edir. Keynez əlavə edirdi ki, böhran zamanı dövlət büdcə siyasəti və pul siyasəti vasitəsilə iqtisadi artımı stimullaşdırmalıdır.

Keynezin inqilabi yalnız iqtisadiyyatda deyil, real dünyada da böyük dəyişikliklərə səbəb oldu. Hökümət və iqtisadiyyat arasında münasibətlər kökündən dəyişildi. Bu dəyişikliklərin əksəriyyəti onsuz da təbii olaraq baş verməkdə də idi. Amma Keynezin ideyaları həmin dəyişiklikləri nəzəri bünövrə ilə təmin etmiş oldu.

Avstriya Məktəbi

Keynezin nəzəriyyəsi dövlətin iqtisadiyyatda iştirakını artırdı. Onlarla Avropa ölkəsi İkinci Dünya Müharibəsindən sonra Sosial Rifah Dövləti yaradaraq dövlətin iqtisadiyyatda payını tarixən misli görünməmiş qədər artırmışdı. Həmin dövrdə dövlət müdaxiləsinin yanlış olduğunu deyən Avstriya İqtisadiyyat Məktəbi formalaşır. Məktəbin ən məşhur nümayəndəsi Fridrix Hayek deyirdi ki, dövlət təhsil kimi ictimai xidmətləri təmin etməli olsa da, dövlətin daha dərin müdaxiləsi bazarda tələb-təklif tarazlığını pozur və iqtisadi səmərəliliyi azaldır. Hayek deyirdi ki, heç bir mərkəzləşmiş güc strukturu eyni zamanda müxtəlif bazarlarda müxtəlif məhsul və xidmətlərin qiymətini bilə bilməz və bu məlumat dövlətə gecikmiş şəkildə çatır. Nəticədə, istənilən aktiv iqtisadi siyasət gecikmiş olur və ona görə də, ziyanlıdır.

Mikro və Makro İqtisadiyyat

Post müharibə dövründə (1945-1970-lər) iqtisadiyyatı bu iki qolu davamlı olaraq inkişafda idi. Mikroiqtisadiyyatda neoklassiklərin ideyaları, makroiqtisadiyyatda isə Keynezin ideyaları dominantlıq edirdi. Əksər iqtisadçıları bu bölgü qane edirdi. Amma iki, bir-birindən fərqlənən iqtisadi məktəblərin yan-yana inkişafından razı olmayanlar da var idi. Onların əsas arqumenti bəzi mövzularda bu məktəblərin bir-biri ilə kəskin şəkildə uyğunlaşmayan yanaşmaları idi.

1960-cı və 1970-ci illərdə mikro səviyyədəki Neoklassik nəzəriyyə ilə makro səviyyədəki Keynezian nəzəriyyəsini bir araya gətirmək cəhdləri olsa da, sonrakı dövrdə iqtisadiyyatda yaşanan çətinliklər bu iki məktəb arasında gərginliyi daha da artırdı.

Bir tərəfdən Neoklassik Nəzəriyyədən imtina edilərək, iqtisadiyyatın mikro səviyyəsində izahının Klassik Nəzəriyyəyə etibar etməsini təklif edən, Keynezian nəzəriyyəyə yaxın olan Kembric Məktəbi (aparıcı sima – Coan Robinson), digər tərəfdən isə Keynezin fikirlərinə tam olaraq imtina edilərək, iqtisadiyyatın makro səviyyəsində izahını Neoklassik Məktəbə etibar edilməsini təklif edən Çikaqo Məktəbi (aparıcı sima – Milton Fridman).

1970-ci illərdə debatlar daha çox sərtləşməkdə idi. Buna baxmayaraq, iqtisadi reallıq dövrün tələbinə müvafiq nəzəriyyənin müəyyən edilməsinə təsir etdi. Belə ki, 1970-ci illərdə Keynezian nəzəriyyənin izah etməkdə çətinlik çəkdiyi fenomen – yüksək işsizlik və yüksək inflyasiya ilə yadda qaldı. Keynezian nəzəriyyəsinin tərəfdarları iddia edirdilər ki, inflasiyanın səbəbi sərt əmək bazarıdır və kütləvi işsizlik inflasiya yox, deflasiya ilə müşaiyət edilməlidir.

İqtisadi reallıq Keynezian nəzəriyyəsinin təfəfdarlarını mövqeyini zəiflətdi. Bu zaman Milton Fridmanın Monetarist nəzəriyyəsi “meydanı ələ aldı.” Nəticədə, 1980-ci illərdən sonra ilk növbədə Qərbdə, ardınca bütün dünyada dövlətin bazara müdaxiləsinin azlaması və qlobal korporasiyaların rolunun artaraq sürətli qloballaşma təşviq edən neo-liberal hərəkat yarandı.

İqtisadiyyat bu gün

2008-ci il Maliyyə böhranından sonra yenidən dövlətin iqtisadiyyatda aktiv iştirakını təbliğ edən nəzəriyyələr yenidən aktuallaşmağa başlayıb. Hazırda bir çox universitetlərdə iqtsiadi nəzəriyyə dərslərinə müasir makro və mikroiqtsiadiyyat dərslərilə yanaşı Siyasi İqtisad, İqtsiadi Fikir Tarixi kimi dərsləri də tədris edirlər.

Digər tərəfdən, iqtisadiyyatın sosiologiya, psixologiya, siyasi nəzəriyyə, fəlsəfə və digər elm və humanitar sahələri əhatə edən çoxşaxəli bir elmə çevrilməsi baş verməmkədədir. Konsensus budur ki, bazar cəmiyyətdən kənarda mövcud ola bilməz və iqtisadiyyat elmi də cəmiyyəti öyrənən digər elmlərdən təcrid olunmamalıdır.

İqtisadiyyatı nə üçün öyrənməliyik?

İqtisadiyyatı öyrənməklə biz təkcə ətrafda baş verən ictimai prosesləri izah edə, müxtəlif hadisə və proseslər arasında əlaqələri görməklə kifayətlənmirik. Biz həmçinin, son 300 ildə dünyada baş verən elmi tərəqqinin fonunda inkişaf etmiş bir sahənin yeniliklərini, və bu sahənin mütəfəkkirlərinin fikirlərini öyrənirik. Bu isə, bizim fərd olaraq inkişafımızı, cəmiyyətimizi daha yaxşı anlamağımızı, onun üzləşdiyi çətinliklərə cavablar axtarmağımızı və bunun üçün ictimai müzakirələr açmağımızı şərtləndirir.

Sosial-iqtisadi və mədəni hüquqlaq (azadlıqlar)

Mülkiyyət hüququ: Mülkiyyət hüququ iqtisadi hüquqlar sırasına daxil olan əsas hüquqdur. Ona görə ki, mülkiyyət ölkənin iqtisadi-təsərrüfat həyatının və cəmiyyətin iqtisadi bazisinin əsasını təşkil edir. Bununla belə, mülkiyyət geniş ictimai-siyasi məzmuna malik olan münasibətdir.
Mülkiyyət hüququ dedikdə, şəxsin ona məxsus olan əşyaya (əmlaka) sahiblik etmək, əşyadan (əmlakdan) istifadə etmək və ona dair sərəncam vermək imkanı başa düşülür.
Mülkiyyət hüququnun (mülkiyyətin) üç əsas subyekti vardır:
– Azərbaycan Rspublikası (dövlət);
– Bələdiyyələr;
– Şəxslər (fiziki və hüquqi şəxslər)
Dövlət mülkiyyəti Azərbaycan xalqına məxsusdur. Azərbaycan xalqı dövlət mülkiyyətinin (əmlakının) faktiki mülkiyyətçisidir. Onun hüquqi mülkiyyətçisi isə dövlətin özüdür.
Bələdiyyə qurumıarı (bələdiyyələr) bələdiyyə mülkiyyət hüququnun subyektidir. Bələdiyyə mülkiyyəti müstəqil mülkiyyət növü (forması) sayılır. Bələdiyyələr yerli əhəmiyyətli məsələləri həll etmək və müvafiq proqramları reallaşdırmaq üçün bələdiyyə mülkiyyətindən istifadə edirlər.
Şəxslər (fiziki və hüquqi şəxslər) xüsusi mülkiyyət hüququnun subyektidirlər. Onlara xüsusi mülkiyyətçilər deyilir. Fiziki şəxslərin (vətəndaşların) mülkiyyətində istənilən əmlak, o cümlədən həm daşınan əmlk (məsələn, televizor, xalça, minik avtomobili, pul, qiymətli kağızlar və s.), həm də daşınmaz əmlak (yaşayış evi, torpaq, bina mvə s.) ola bilər.
İstirahət hüququ: İstirahət hüququ dedikdə, əmək müqaviləsi ilə işləyən şəxsin (işçinin) öz əmək vəzifələrini yerinə yetirməkdən azad olunduğu vaxt və bu vaxtdan öz istəyinə görə istifadə etmək imkanı başa düşülür.
Bizib respublikada gündəlik normal iş vaxtının müddəti 8 saatdan, həftəlik normal iş vaxtının müddəti isə 40 saatdan çox ola bilməz.
Sosial təminat hüququ: Sosial yönümlü daxili siyasət yeritdiyinə görə Azərbaycan dövləti sosial xarakterli dövlətdir. Başqa sözlə desək, Azərbazycan dövləti sosialsiyasət yeridən dövlətdir.
Sosial təminat hüququ dedikdə, yardıma ehtiyacıı olan şəxslərin öz yaşayışlarını təmin etmələri üçün dövlətin maliyyə vəsaitlərindən müəyyən məbləğdə pul vəsaiti – pensiya və müavinət almaq imkanı başa düşülür. Bi hüquq dövlət büdcəsində sosial məqsədlər üçün ayrılan pul vəsaiti hesabına təmin edilir.
Sağlamlığın qorunması hüququ: Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiə formasıdır. Bu forma əhalinin tibbi və dərman yardımı almasına təminat verir.
Mədəniyyət hüququ: Mədəniyyət hüququ sosial-mədəni hüquqlar sırasına aiddir. Konstitusiyanın 40-cı maddəsi də məhz bu hüququn ifadə olunmasına həsr edilmişdir.
Mədəniyyət hüququ dedikdə, şəxsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək imkanı başa düşülür. Bu imkan əsasında şəxslər öz mədəni-mənəvi tələbat və ehtiyaclarını ödəyirlər.
Təhsil hüququ: Təhsil dünyəvi xarakter daşıyır. Bu o deməkdir ki, təhsil dinlə bağlı deyil və dini təhsil müəssisələri ayrıca fəaliyyət göstərir.
Təhsil müəssisələrində təlim dili Azərbaycan dilidir.
Mənzil hüququ: Mənzil hüququ dedikdə, şəxsin daim yaşayış sahəsinə malik olmaq imkanı başa düşülür. Şəxsin mülkiyyətində bir və ya bir neçə mənzil ola bilər. Sovet dövründə isə şəxs yalnız bir mənzilə malik ola bilərdi.

Fənn müəllimi: Fəls. dokt. Arıxov C.C.

Bunu paylaş:

Bunu bəyən:

Bəyən Yüklənir.

Published by minfakt

AMİ Zaqatala filialının tarix-coğrafiya fakültəsində oxuyur. minfakt tərəfindən yazılmış bütün yazılara bax

İyun 8, 2012

Cavab qoy Cavabı ləğv et

axtar

kateqoriya

Comments are closed, but trackbacks and pingbacks are open.