Beynəlxalq iqtisadi münasibətlər
7 Siyasi xarakterli amillər:
kapital ixracının (idxalının) liberallaşdırılması (xüsusi iqtisadi zonaların, offşor zonalarının yaradılması və s.); “üçüncü dünya” ölkələrində sənayeləşdirmə siyasətinin həyata keçirilməsi; iqtisadi islahatların həyata keçirilməsi (dövlət müəssisələrinin özəlləşdirilməsi, özəl sektorun, kiçik biznesin dəstəklənməsi); məşğulluq səviyyəsinin dəstəklənməsi siyasətinin reallaşdırılması.
BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR
. konulu sunumlar: “BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR”— Sunum transkripti:
1 BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR
2 Azərbaycan Dövlət İqtisad Universiteti
Əliyeva Aynur Qrup 646 Kurs III Müəl. Elşən BAĞIRZADƏ
3 Beynəlxalq iqtisadi münasibətlər sistemində kapitalın beynəlxalq hərəkəti
1. Kapitalın beynəlxalq hərəkəti: mahiyyəti, mərhələləri, inkişaf səbəbləri, göstəriciləri və formaları 2. Birbaşa xarici investisiyalar kapital ixracının əsas forması kimi. 3. Portfel investisiyaları. 4. Dünya borc kapitalı bazarı.
4 Dünya təsərrüfatının inkişafının müasir mərhələsində beynəlxalq iqtisadi münasibətlərin əsas inkişaf amillərindən biri kimi kapital ixracı, onun beynəlxalq hərəkəti çıxış edir. Kapitalın beynəlxalq hərəkəti beynəlxalq iqtisadi münasibətlərin həm inkişaf şərti, həm də bu inkişafın nəticəsidir. Kapitalın ixracı imkanının yaranması üçün ilk növbədə kapitalın ölkə daxilində kifayət qədər əhəmiyyətli yığımına malik olmaq lazım idi. Bu cür imkan kapitalın beynəlxalq hərəkətinin təkamülünün birinci mərhələsində meydana gəlmişdir. Bu mərhələ kapitalın ilkin yığımı prosesinin bitməsindən və kapital istehsal münasibətlərinin inkişafından sonra, XVII-XVIII əsrlərin astanasında başlamış və XIX əsrin sonlarına qədər davam etmişdir.
5 Kapitalın beynəlxalq hərəkətinin təkamülünün ikinci mərhələsi öz başlanğıcını XIX əsrin sonlarından götürür və XX əsrin ortalarına qədər davam edir. Bu mərhələdə kapital ixracı həm sənayecə inkişaf etmiş ölkələr arasında, həm də sənayecə inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr arasında baş vermişdir. Beləliklə, kapital ixracı kapitalın bir hissəsinin ölkənin milli dövriyyəsindən çıxarılması və daha yüksək mənfəət əldə edilməsi məqsədilə onun əmtəə və ya pul formasında digər ölkənin istehsal prosesinə və dövriyyəsinə daxil edilməsidir.
6 Kapitalın beynəlxalq hərəkətinə təsir edən amillər:
İqtisadi xarakterli amillər: istehsalın inkişafı və iqtisadi artım templərinin dəstəklənməsi; həm dünya iqtisadiyyatında, həm də ayrı-ayrı ölkələrin iqtisadiyyatlarında elmi-texniki inqilabın təsiri və dünya xidmət bazarının inkişafı nəticəsində baş verən köklü struktur dəyişiklikləri; beynəlxalq əmək bölgüsünün dərinləşməsi; dünya iqtisadiyyatının transmilliləşməsinin artımı; istehsalın beynəlmiləlləşməsinin artımı və inteqrasiya proseslərinin inkişafı; beynəlxalq iqtisadi münasibətlərin bütün formalarının aktiv inkişafı.
7 Siyasi xarakterli amillər:
kapital ixracının (idxalının) liberallaşdırılması (xüsusi iqtisadi zonaların, offşor zonalarının yaradılması və s.); “üçüncü dünya” ölkələrində sənayeləşdirmə siyasətinin həyata keçirilməsi; iqtisadi islahatların həyata keçirilməsi (dövlət müəssisələrinin özəlləşdirilməsi, özəl sektorun, kiçik biznesin dəstəklənməsi); məşğulluq səviyyəsinin dəstəklənməsi siyasətinin reallaşdırılması.
8 Kapitalın beynəlxalq hərəkəti göstəriciləri.
Kapitalın idxalı əmsalı (Kid) – xarici kapitalın (XK) ölkənin ümumi daxili məhsuluna (ÜDM) nisbətini əks etdirir: Kid = XK/ÜDM x 100% 2. Kapitalın ixracı əmsalı (Kix) – ixrac edilən kapitalın (İK) ÜDM-yə nisbətini əks etdirir: Kix = İK/ÜDM x 100% 3. Xarici kapitalın ölkədə kapital qoyuluşuna olan daxili ehtiyaclara nisbətini əks etdirən əmsal: Ke = XK/T(K) x 100%
9 Kapital ixracını həyata keçirərkən subyektlər aşağıdakılardan çıxış edirlər:
əlavə gəlirin əldə edilməsi; digər subyektlər üzərində nəzarətin ələ keçirilməsi; əmtəə axınlarının qarşısına qoyulan proteksionist maneələrin aradan qaldırılması; istehsalın yeni satış bazarlarına yaxınlaşdırılması; yeni texnologiyaların əldə edilməsi (məsələn, səhm nəzarət paketinin əldə edilməsi ilə); xarici filialların yaradılması ilə istehsal sirlərinin qorunması; vergi ödəmələrinə qənaət edilməsi (xüsusilə müəssisələrin offşor zonalarda və xüsusi iqtisadi zonalarda yaradılması və ya qeydiyyatdan keçirilməsi zamanı); ətraf mühitin qorunmasına çəkilən xərclərin aşağı salınması.
10 Kapitalın beynəlxalq hərəkətinin formaları
Mülkiyyət formasına görə: özəl; dövlət; beynəlxalq (regional) valyuta-kredit və maliyyə təşkilatlarının; qarışıq. Müddətinə görə: qısamüddətli (1-1,5 ilə qədər); ortamüddətli (1 ildən 5-7 ilə qədər); uzunmüddətli (5 ildən ilə qədər).
11 Təqdim olunma formasına görə:
– əmtəə; – pul; – qarışıq. İstifadə edilmə məqsədinə və xarakterinə görə: sahibkar (birbaşa və portfel investisiyaları); borc.
12 Kapital ixracı və idxalı Sahibkar kapitalı Borc kapitalı
Birbaşa investisiyalar Portfel investisiyaları Borclar və kreditlər Bank depozitləri və digər maliyyə institutlarının hesablarında olan vəsaitlər
13 Birbaşa xarici investisiyalar
Uzunmüddətli xarici kapital qoyuluşu olmaqla kapital ixracatçısı tərəfindən kapital idxalatçısı olan ölkənin ərazisində istehsalın təşkilinin və ya idarəedilməsini nəzərdə tutur. Birbaşa xarici investisiyaların tərkibinə aşağıdakılar daxil edilir: Şirkətlərin öz vəsaitlərini xarici ölkələrin iqtisadiyyatlarına yatırmaları; Birbaşa investor tərəfindən xarici müəssisədə əldə edilmiş mənfəətin həmin müəssisəyə reinvestisiya edilməsi; Baş firma və onun xarici müəssisələri arasında şirkətdaxili kapital köçürmələri.
14 Portfel investisiyaları kapitalın xarici müəssisələrin qiymətli kağızlarına qoyulması yolu ilə ixracıdır ki, bu da investorlara həmin müəssisələrin fəaliyyəti üzərində birbaşa nəzarəti həyata keçirməyə imkan vermir. Kapitalın borc formasında hərəkəti dedikdə birbaşa xarici investisiyalar və portfel investisiyaları istisna olmaqla kapitalın yerdə qalan hərəkəti başa düşülür.
15 Birbaşa xarici investisiyaların ölkə iqtisadiyyatına müsbət təsirini aşağıdakı istiqamətlər üzrə qruplaşdırmaq olar: Transmilli şirkətlərin qız şirkətlərinin və filiallarının yaradılması iqtisadiyyata kapital qoyuluşlarınını artımına səbəb olur ki, bu da əmək məhsuldarlığınınartımı və məşğulluq səviyyəsinin yüksəlməsi ilə nəticələnir. Birbaşa xarici investisiyalar texnologiyaların, idarəetmə və marketinq bacarıqlarının ötürülməsinə şərait yaradır. Birbaşa investisiyalar ixrac bazarlarına çıxışı genişləndirir, belə ki, transmilli şirkətlərdən digər dövlətlərin daxili bazarlarına əmtəə ixracı kanalı kimi aktiv surətdə istifadə edilir. Transmilli şirkətlər filiallarının potensial zərələrini tam örtmək qabiliyyətinə malikdirlər. Əgər filialların əməliyyatları qeyri-rentabellidirsə, onda gəlirlər repatriasiya edilir və deməli, kapital qoyuluşları əldə edilmiş mənfəət hesabına özünü doğruldur.
16 Birbaşa xarici investisiyaların mənfi effektləri kimi aşağıdakıları göstərmək olar:
1. Yerli şirkətlər tərəfindən milli istehsal və milli inkişaf strategiyasının seçimi üzərində nəzarətin itirilməsi. 2. Birbaşa xarici investisiyalar milli şirkətləri qeyri ədalətli rəqabət əsasında daxili bazardan çıxara bilər. 3. Birbaşa xarici investisiyalar, əgər filialların istehsalı iri həcmli idxal tələb edirsə, kapitalı idxal edən ölkənin tədiyə balansına mənfi təsir göstərə bilər. 4. Uzunmüddətli perspektivdə birbaşa xarici investisiyaların dəyəri bahalaşa bilər
17 Portfel investisiyaları əsasən özəl sahibkarlığa əsaslanır, lakin dövlətlər də tez-tez xarici qiymətli kağızları əldə edirlər. Portfel investisiyalarının həcmi beynəlxalq sazişlərin imzalanması anına mövcud olan cari bazar qiymətləri əsasında hesablanır. Birbaşa investisiyalarda olduğu kimi, portfel investisiyalarının da təxminən 90%-i inkişaf etmiş ölkələr arasında həyata keçirilir və birbaşa investisiyaların artım tempini əhəmiyyətli dərəcədə üstələyən dinamika ilə inkişaf edir. Portfel investisiyalarının əsasən inkişaf etmiş ölkələrin daxili bazarlarında təmərküzləşməsinin səbəbləri kimi qiymətli kağızlar üzrə milli qanunvericiliyin daha aydın olmasını, bazarın infrastrukturunun daha inkişaf etmiş olmasını, müqavilə öhdəliklərinin yerinə yetirilməsinə lazımi zəmanətlərin olmasını, milli qiymətli kağızların yüksək likvidliyini göstərmək olar.
18 1993-cü ildən başlayaraq portfel investisiyalarının əhəmiyyətli artımı müşahidə olunur ki, bunu da aşağıdakı amillərin təsiri ilə izah etmək olar: Maliyyə bazarlarının qloballaşması və liberallaşması maliyyə kapitallarının daha az xərclə daha azad hərəkətinə şərait yaratmışdır; Əksər inkişaf etməkdə olan bazarlarda makroiqtisadi vəziyyətin yaxşılaşması bu ölkələrə portfel investisiya yatırımlarının inkişaf etmiş ölkələrə nisbətən daha sürətlə artımına gətirib çıxarmışdır; Dünya üzrə əlverişli makroiqtisadi vəziyyət faiz dərəcələrinin aşağı düşməsinə və beynəlxalq maliyyə bazarlarının likvidliyinin güclənməsinə şərait yaratmışdır; Yığımların institusionallaşması və aktivlərin peşəkar surətdə idarə edilməsi səviyyəsinin artımı maliyyə sazişlərinin əməliyyat xərclərinin aşağı düşməsi ilə nəticələnmişdir; Kommunikasiya və informasiya texnologiyaları sferasında əhəmiyyətli tərəqqi xarici ölkələrə və şirkətlərə iri həcmli informasiyanı daha operativ surətdə ötürməyə imkan yaratmışdır.
19 Dünya borc kapitalı bazarı dünya təsərrüfatının ölkələri (sosial-iqtisadi inkişaf səviyyələrindən asılı olmayaraq) arasında borc kapitalının akkumulyasiyası və yenidən bölgüsü üzrə münasibətlər sistemidir. Praktikada bu bazar üç səviyyə bazarların – milli, regional və dünya bazarlarının vəhdəti və qarşılıqlı fəaliyyəti kimi əks olunur. Dünya kredit bazarı ölkələr arasında müddət, geriyə qaytarma və faiz ödəmələri şərtləri əsasında kapitalın hərəkətinin həyata keçirildiyi dünya borc kapitalı bazarının xüsusi seqmentidir. Bu bazar iki altseqmentdən – dünya pul bazarından və dünya kapital bazarından ibarətdir ki, onlar da müəyyən xüsusiyyətlərə malikdirlər
20 Dünya borc kapitalı bazarı
Dünya kredit bazarı Dünya maliyyə bazarı Dünya pul bazarı Dünya kapital bazarı Avrovalyuta bazarı Avrokredit bazarı İlkin maliyyə bazarı Təkrar maliyyə bazarı Avromaliyyə bazarı Avrobazar
21 Ədəbiyyat Elsenbagırzade.wordpress.com
Cəlil Kərimov, Ayaz Orucov – Beynəlxalq iqtisadi münasibətlər. Bankir.az Ekonomiks.az
Beynəlxalq iqtisadi münasibətlər
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.
1920-ci ildə ADR müstəqilliyini itirdikdən sonra xarici iqtisadi əlaqələr SSRİ-nin dövlət inhisarı altında cəmləşmişdi. Azərbaycanın xarici iqtisadi əlaqələrinin Moskva tərəfindən müəyyən olunduğu bir şəraitdə respublikada bu sahənin idarə olunması üçün hər hansı quruma ehtiyac duyulmurdu. Azərbaycanın iqtisadi əlaqələri şərti olaraq SSRİ-nin tərkibində baş verirdi. 1991-ci ildə Azərbaycan iqtisadiyyatının sahələri üzrə məhsul göndərilməsi (daxili qiymətlərlə) cəmi -12,2 mln. rub olmuşdursa, ondan xaricə ixracat cəmisi 744 min manat idi. Azərbaycanın xarici iqtisadi əlaqələri SSRİ-nin tərkibində mübadilə əlaqələrindən 16,7 dəfə az idi. Mövcud bu əlaqə də Moskva inhisarı altında həyata keçirilirdi. Texnologiyanın, işçi qüvvəsinin hərəkəti isə daha çox qapalı və birtərəfli xarakter daşıyırdı.
Siyasi istiqlaliyyət əldə edildikdən sonra Azərbaycanın iqtisadi inkişafının əsas məsələlərindən biri xarici iqtisadi əlaqələrin düzgün istiqamətdə qurulması zərurəti olmuşdur. Azərbaycan hazırda dünyanın 84 ölkəsi ilə qarşılıqlı iqtisadi-ticarət əlaqələrinə malikdir. Ölkənin iqtisadi potensialı, xammal və mineral ehtiyatlarla zənginliyi, təbii şəraiti və əlverişli iqtisadi-coğrafi mövqeyi əməkdaşlıq imkanlarını artırır.
Göstərilən faktlar son illər xarici iqtisadi fəaliyyət sahəsində baş verən struktur və keyfiyyət dəyişikliklərinə əyani sübutdur və eyni zamanda, Azərbaycan dövlətinin beynəlxalq iqtisadi inteqrasiya əlaqələrinə qoşulmasının nümunəsidir.
Xarici ölkələrlə iqtisadi əməkdaşlıq Azərbaycanın milli iqtisadiyyatının çoxşahəli inkişafının təmin etmək üçün böyük üstünlüklər verir. Məhz buna görə Azərbaycanın milli iqtisadiyyatının formalaşması şəraitində xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir.
Xarici ticarətə müdaxilə etmək üçün istifadə edilən ən mühüm vasitələrdən biri gömrük tarifləridir. 10 iyun 1997-ci ildə Azərbaycan Respublikasında «Gömrük Məcəlləsi» qəbul edildikdən sonra 20 iyun 1995-ci ildə qəbul edilmiş «Gömrük tarifi» haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmişdir. Bu qanun, əsasən, daxili bazarın xarici bazarla səmərəli əlaqəsini təmin etməklə, xarici ticarətin dövlət tənzimlənməsinin mühüm vasitəsi olan gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçən mallardan rüsum tutulması qaydalarını müəyyən etmişdir.
Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinin əsas xüsusiyyəti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil olmaq və bununla da ictimai həyatın bütün sahələrində bu təşkilatlara inteqrasiya olunmaqdır. Müstəqillik bərpa etdikdən sonra (1991-ci ilin oktyabr ayının 18-ində) Azərbaycanın ilk əməkdaşlıq münasibətləri əldə etdiyi beynəlxalq iqtisadi təşkilatları aşağıdakılardır:
Beynəlxalq iqtisadi münasibətlər
İxtisasın təsviri:
Beynəlxalq iqtisadi münasibətlər ayrı-ayrı ölkələr, onların regional birlikləri, həmçinin ayrı-ayrı müəssisələr (transmilli və çoxmilli şirkətlər) arasında iqtisadi münasibətlərin çoxsəviyyəli təsərrüfat əlaqələri kompleksidir. Beynəlxalq iqtisadi münasibətlər iqtisadi, qloballaşma prosesini idarə edən bazar, siyasi və digər qüvvələrin, eləcə də beynəlxalq ticarət və maliyyə inkişaflarını və siyasətlərini formalaşdıran özəl və dövlət qurumlarının dərindən dərk edilməsini özündə birləşdirir. Bu ixtisasın fərqləndirici xüsusiyyətləri beynəlxalq ticarət, maliyyə, sərmayə, inkişaf və idarəetmə məsələləri və iqtisadiyyat, biznes və siyasət elmlərindən analitik vasitələrin tətbiq edilməsinə yönəlmiş çoxsahəli fokusda olmasıdır.
İxtisası gələcəyi:
Məlumdur ki, bəşəriyyətin əsas problemi məhdud resurslar şəraitində insanların fasiləsiz olaraq artan tələbatını maksimum dərəcədə tam ödəməyi təmin etməkdən ibarətdir. Ölkələrin əksəriyyətinin malik olduqları resursların məhdudluğu səbəbindən öz gücünə hər şeyi istehsal etmək iqtisadi cəhətdən məqsədəuyğun deyildir. Məhdud təbii, insan və maliyyə resurslarına malik ölkələrdə əhalinin zəruri tələbatını ancaq bu resurslara arxalanaraq təmin etmək çox çətin məsələdir. Belə bir şəraitdə beynəlxalq iqtisadi münasibətlər, regionlar, ölkələr arasında daimi və fasiləsiz xarakter kəsb edən mübadilə olmadan əhalinin artan ehtiyaclarını ödəmək praktiki olaraq mümkün deyildir. Bütün bunlar ölkələr arasında beynəlxalq iqtisadi münasibətlərin mövcudluğunu zəruri edir, onun mili iqtisadiyyatlar üçün əhəmiyyətini şərtləndirir. Beləliklə beynəlxalq iqtisadi münasibətlər, onun formaları istənilən ölkə üçün zəruridir.
Universitetlər:
→Bakı Dövlət Universiteti
→Azərbaycan Dövlət İqtisad Universiteti
→Bakı Mühəndislik Universiteti
→Milli Aviasiya Akademiyası
→Naxçıvan Dövlət Universiteti
→Sumqayıt Dövlət Universiteti
→Azərbaycan Kooperasiya Universiteti
→Odlar Yurdu Universiteti
→Bakı Biznes Universiteti
Comments are closed, but trackbacks and pingbacks are open.