Beynəlxalq jurnalistika dünya media sistemində.
Rodolfo Pousa qeyd edib ki, XXI əsrdə texnoloji transformasiya qloballaşmanı daha da sürətləndirib və bu da sivilizasiyalar arasında yaranan problemləri ən tez bir zamanda həll etmək tapşırığını qarşıya qoyur. Sivilizasiyalar arasında dialoqu gücləndirmək üçün müasir jurnalistika heç vaxt tolerantlıq prinsipini unutmamalıdır.
Bakıda sivilizasiyalararası dialoqun təmin edilməsində medianın rolu məsələsi müzakirə olunub – YENİLƏNİB – FOTO
Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda “dəyirmi masa” keçirilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, üç paneldən ibarət olan “dəyirmi masa”da informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması, mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu, müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu məsələləri müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov bildirib ki, dünyada münaqişələrin artdığı indiki dövrdə multikulturalizmi dövlət siyasətinin prioriteti elan edən bir ölkədə keçirilən bu beynəlxalq Forumu humanitar əməkdaşlığın “Azərbaycan modeli” adlandırmaq olar. “Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar qloballaşmaqda olan dünya düzəni nəzərə alınmaqla XXI əsrdə qarşımızda duran problemlərin müzakirəsini zərurətə çevirib. Bu çoxvektorlu dəyişikliklər sistemində media və jurnalistika heç də digər mexanizmlərdən az rol oynamır. Təsadüfi deyil ki, Forumumuzun proqramında bu mövzuya ayrıca “dəyirmi masa” həsr edilib”.
“Dəyirmi masa”nın “İnformasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması” mövzusunda birinci panelinin moderatoru, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Forumun təşkilinə görə Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə, həmçinin Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
M.Qusman qeyd edib ki, müasir jurnalistika texnologiyalardan geniş şəkildə istifadə edir, medianın inkişafı üçün hərtərəfli imkanlar mövcuddur. O, medianın inkişaf meyillərindən asılı olmayaraq jurnalistikanın daim peşəkarlığı, obyektivlik prinsiplərini qorumalı olduğunu vurğulayıb.
UNESCO-nun baş direktorunun müavini Engida Qetaçyu, ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva, İranın İRNA agentliyinin icraçı direktoru Məhəmməd Xodadi, Malayziyanın “Qlobalist” jurnalının təsisçisi Yusof Haşim, Efiopiyanın Fana Teleyayım Korporasiyasının baş icraçı direktoru Voldu Baraki, “World Investors” internet televiziyasının prodüseri Kazuyasu İşida paneldə çıxış ediblər.
Qeyd olunub ki, internetin geniş yayılması ilə hər bir insan kontent yaratmaq və onu bütün dünyaya yaymaq imkanı əldə edib. Peşəkar jurnalistika, xəbər yayımı üsulları dəyişir, bloqçuluq, sosial media, texnologiyalar inkişaf edir.
Paneldə media qurumlarının informasiya bazarında yeri və onların obyektivliyi ilə auditoriya qazanmaq prinsiplərinə də toxunulub.
“Dəyirmi masa” mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolunun müzakirə olunduğu panel iclası ilə davam edir.
“Mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu” mövzusunda keçirilən ikinci panel iclası ABŞ-ın Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin moderatorluğu ilə keçirilib.
Paneldə Argentinanın Telam xəbər agentliyinin prezidenti Rodolfo Pousanın, AZƏRTAC-ın Baş direktoru Aslan Aslanovun, slovakiyalı jurnalist, “International Habitat for Humanity” təşkilatının əməkdaşı Yekaterina Bezqaçinanın, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviçin, Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudovanın, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun internetşünaslıq sektorunun müdiri Rasim Mahmudovun məruzələri dinlənilib.
Rodolfo Pousa qeyd edib ki, XXI əsrdə texnoloji transformasiya qloballaşmanı daha da sürətləndirib və bu da sivilizasiyalar arasında yaranan problemləri ən tez bir zamanda həll etmək tapşırığını qarşıya qoyur. Sivilizasiyalar arasında dialoqu gücləndirmək üçün müasir jurnalistika heç vaxt tolerantlıq prinsipini unutmamalıdır.
“Ənənəvi jurnalistika həqiqətən dramatik transformasiyaya məruz qalır”, – deyən AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov bildirib ki, bunun hərəkətverici qüvvəsinin əsasını texnologiyalar, yeni qurğular təşkil edir. Baş direktor vurğulayıb ki, yeni vasitələr və praktikalar arasında şəbəkə jurnalistikasını xüsusi qeyd etmək lazımdır: “Müasir jurnalist informasiyanın toplanması, işlənməsi və yayılması üçün istifadə edilən şəbəkənin bir qovşağıdır. Müəyyən mənada deyə bilərik ki, professional identifikasiyanın yeni tipi – “şəbəkələşdirilmiş jurnalist” tipi formalaşır və o, öz növbəsində şəbəkə jurnalistikasının subyektidir”.
Diqqətə çatdırılıb ki, hazırda videomateriallar insanlarda vizual informasiya mənbəyi kimi daha çox maraq oyadır və mətn şəklində xəbərləri getdikcə üstələyir. “Bu trendlərə məhəl qoymamaq, biganə qalmaq olmaz, onlara yeni reallıqlar kimi yanaşmaq və qəbul etmək lazımdır”, – deyən Baş direktor qeyd edib ki, şəbəkə jurnalistikasına mətbuatın müstəqillik və keyfiyyət cəhətləri üçün təhlükə mənbəyi deyil, əksinə, sərt korporativ nəzarətdən xilas olmaq imkanı kimi baxılmalıdır.
Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç ənənəvi jurnalistikanın dəyişikliklərə uğradığını bildirib, vətəndaş jurnalistikasının informasiya məkanında rolunu qeyd edib. O deyib ki, hazırda Tvitter vasitəsilə yayılan məlumatlar daha sürətlə yayılır və bir an içərisində bütün dünyanı əhatə edə bilir. Belə şəraitdə peşəkar jurnalist daha çevik olmalı və yoxlanılmış informasiyalara üstünlük verməlidir.
“Dəyirmi masa”nın üçüncü panel iclası “Müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu” mövzusuna həsr edilib. İclas AZƏRTAC-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidovun moderatorluğu ilə keçirilib.
Panel iclasda Türkiyənin Anadolu Agentliyinin İKT texnologiyaları departamentinin müdiri Yakup Şıvkanın, ABŞ-ın Mədəniyyət Diplomatiyası Assosiasiyasının sədri Diana Altmanın, Çilinin “Andres Bello” Universitetinin professoru Markos Belmor Borkoski Paesin, Özbəkistanın “Darakçı” nəşriyyat evinin redaksiya heyəti rəhbərinin müavini Rüstəmcon Cabbarovun, Misirin “Ruz el-Yusif” qəzetinin müxbiri Ahmed Tarabeikin, Bakı Dövlət Universitetinin televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimovanın, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərovanın və Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Şəlalə Həsənovanın məruzələri dinlənilib.
İclasda medianın sosial şəbəkələrdə iştirakı və informasiyanın sosial mediada yayılması özəllikləri, bloqçuluq və vətəndaş jurnalistikasının ənənəvi KİV-lərə alternativliyi məsələləri diqqət mərkəzində olub. Qeyd edilib ki, müasir jurnalist olmaq üçün sosial şəbəkələrin funksiyalarını bilmək, informasiyanın necə yayılmasını izləmək, innovasiya texnologiyalarından sərbəst istifadə etməyi bacarmaq lazımdır.
Bununla da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə keçirilən “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda “dəyirmi masa” işini başa çatdırıb.
14:08
Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AZƏRTAC-ın təşkilatçılığı ilə “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda “dəyirmi masa” işə başlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, üç paneldən ibarət olan “dəyirmi masa”da informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması, mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu, müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu məsələləri müzakirə olunur.
Tədbiri giriş sözü ilə açan AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov bildirib ki, dünyada münaqişələrin artdığı indiki dövrdə multikulturalizmi dövlət siyasətinin prioriteti elan edən bir ölkədə keçirilən bu beynəlxalq Forumu humanitar əməkdaşlığın “Azərbaycan modeli” adlandırmaq olar. “Bəşəriyyətin üzləşdiyi yeni çağırışlar qloballaşmaqda olan dünya düzəni nəzərə alınmaqla XXI əsrdə qarşımızda duran problemlərin müzakirəsini zərurətə çevirib. Bu çoxvektorlu dəyişikliklər sistemində media və jurnalistika heç də digər mexanizmlərdən az rol oynamır. Təsadüfi deyil ki, Forumumuzun proqramında bu mövzuya ayrıca “dəyirmi masa” həsr edilib”.
“Dəyirmi masa”nın “İnformasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması” mövzusunda birinci panelinin moderatoru, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Forumun təşkilinə görə Prezident İlham Əliyevə, Azərbaycan dövlətinə, həmçinin Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
M.Qusman qeyd edib ki, müasir jurnalistika texnologiyalardan geniş şəkildə istifadə edir, medianın inkişafı üçün hərtərəfli imkanlar mövcuddur. O, medianın inkişaf meyillərindən asılı olmayaraq jurnalistikanın daim peşəkarlığı, obyektivlik prinsiplərini qorumalı olduğunu vurğulayıb.
UNESCO-nun baş direktorunun müavini Engida Qetaçyu, ADA Universitetinin aparat rəhbəri Şəfəq Mehrəliyeva, İranın İRNA agentliyinin icraçı direktoru Məhəmməd Xodadi, Malayziyanın “Qlobalist” jurnalının təsisçisi Yusof Haşim, Efiopiyanın Fana Teleyayım Korporasiyasının baş icraçı direktoru Voldu Baraki, “World Investors” internet televiziyasının prodüseri Kazuyasu İşida paneldə çıxış ediblər.
Qeyd olunub ki, internetin geniş yayılması ilə hər bir insan kontent yaratmaq və onu bütün dünyaya yaymaq imkanı əldə edib. Peşəkar jurnalistika, xəbər yayımı üsulları dəyişir, bloqçuluq, sosial media, texnologiyalar inkişaf edir.
Paneldə media qurumlarının informasiya bazarında yeri və onların obyektivliyi ilə auditoriya qazanmaq prinsiplərinə də toxunulub.
“Dəyirmi masa” mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolunun müzakirə olunduğu panel iclası ilə davam edir.
Milli.Az
Beynəlxalq jurnalistika dünya media sistemində.
“Böhran vəziyyətlərində jurnalistika” adı altında Beynəlxalq təlim keçirilir
SOSİAL / Foto
Mətn ölçüsü
Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) tərəfdaşlığı, Türk Işbirliği ve Koordinasyon Ajansı (TİKA), Anadolu Ajansı Haber Akademiyası və Türkiye Radyo Televizyon Kurumunun (TRT) təşkilatçılığı ilə Distant Təhsil Layihəsi çərçivəsində “Böhran vəziyyətlərində jurnalistika” Beynəlxalq Onlayn Təlim Proqramı öz işinə başlayıb.
News24.az xəbər verir ki, 12-14 iyul 2021 ci il tarixlərində “Zoom” platforması üzərindən videokonfrans formatında keçirilən təlimdə dünyanın bir çox ölkələrinin jurnalistləri ilə yanaşı Azərbaycan Respublikasının çap, onlayn və audiovizual media subyektlərini təmsil edən 20 jurnalist iştirak edir.
Üç günlük təlim zamanı “Böhran və münaqişə bölgələrində jurnalistika”, “Dezinformasiyaya qarşı mübarizə”, “Yalan məlumatların artmasında sosial şəbəkələrin rolu”, “Jurnalistika və etika”, “Münaqişə bölgələrində humanitar hüquq və prinsiplər”, “Beynəlxalq hüququn pozulması anlayışı”, “Axtarış və xilasetmə işləri barədə məlumatlandırma”, “Fəlakətdən xilas olan ailələrinin ehtiyac duyduğu məlumatlar”, “Münaqişə mühitində jurnalistin təhlükəsizliyi və psixologiyası”, “Böhran və münaqişəli bölgələrdən xəbər çatdırmağın yolları” və s. mövzularda media nümayəndələrinə Türkiye Radyo Televizyon Kurumunun (TRT) mütəxəssisləri tərəfindən mühazirələr oxunacaq.
İngilis dilində təşkil olunmuş beynəlxalq təlim rus, ərəb, fransız və türk dillərinə sinxron tərcümə edilir.
Layihə çərçivəsində iştirakçıların qiymətləndirilməsi (iştirak 50% / sual vermək və fikir bildirmək 50%) həyata keçiriləcək. Təlimlərdə fərqlənmiş jurnalistlərə müvafiq beynəlxalq sertifikatlar təqdim olunacaq.
“Bu gün dünyada beynəlxalq jurnalistika standartları böhran keçirir”
Manset.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli mayın 1-də şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılış mərasimində deyib:
“Media və insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq QHT-lər Sirac və Məhərrəmin öz peşə borclarını yerinə yetirərkən şəhid olmaları faktına yetəri diqqət göstərmədilər. “Sərhədsiz Reportyorlar” hadisənin səbəbini göstərmədən təhrif olunmuş açıqlama yaymışdı.
Medianın İnkişafı Agentliyi belə yanaşmaya etiraz olaraq iki Azərbaycan jurnalistinin Ermənistanın törətdiyi müharibə cinayətinin qurbanı olduqlarını, erməni hərbiçilərinin yerləşdikləri minaya düşərək həyatlarını itirdiklərini və bunun müharibənin bitməsindən yeddi ay sonra baş verdiyini bildirdik”.
Natiq Məmmədli daha sonra bildirib ki, bu yaxınlarda BBC Azərbaycan mediası ilə bağlı geniş məqalə hazırlayıb və yenə də birtərəfli, heç bir balans gözləmədən hazırlanmış materialda Azərbaycan həqiqətləri təhrif olunub:
“BBC nə üçün Azərbaycanın şəhid jurnalistlərinin həyat hekayəsini anladan materiallar hazırlamır və 44 günlük Vətən Müharibəsində olduğu kimi Azərbaycan həqiqətlərini təhrif etməkdə davam edir. Haqlı olaraq belə qənaətə gəlmək olar ki, BBC-nin Azərbaycan həqiqətlərini etiraf etməyə cəsarəti çatmır”.
Qeyd edək ki, 2021-ci il iyun ayının 4-də AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan Respublikasının ərazilərində öz vəzifə borclarını yerinə yetirərkən Kəlbəcər rayonunun Susuzluq kəndində ermənilərin yolun hərəkət istiqamətində yerləşdirdiyi minaya düşərək şəhid olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Comments are closed, but trackbacks and pingbacks are open.