Rabita Bank
Azərbaycanda ICFM-in “Professional Maliyyə Meneceri” proqramı üzrə tədris və imtahanlar keçirilir. Proqram 4 modulu əhatə edir:
Beynlxalq maliyy
Professional Maliyyə Meneceri Diplomu
Modul 1: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları
Bu proqramı təqdim edən Institute of Certified Financial Managers (ICFM)-www.icfmglobal.com dünyanın ən iri mühasibat təşkilatı olan ICB Global və Kommersiya İnstitutu (Institute of Commerce) tərəfindən yaradılmışdır. Britaniya Kral ailəsinin nümayəndəsi – Zati Aliləri Prins Maykl Kent – ICFM-in patronu elan edilmişdir. ICFM kvalifikasiyaları demək olar ki bütün inkişaf etmiş ölkələrdə təqdim olunur (95 ölkə) Baş ofis Londonda yerləşir.
İnstitutun mütəxəssisləri tərəfindən hazırlanmış proqramlar biznesdə təkcə bu günki deyil sabahın da yüksək standartlarına və tələblərinə cavab verir.
ICFM rəsmi olaraq Böyük Britaniyanın Xəzinədarlığı tərəfindən tanınır, Heraldiki Kral evinin qerbinin istifadəsinə rəsmi icazəsi var. ICFM-in sədrləri kiçik və orta biznes üçün Parlament Qrupunun müşaviridir.
ICFM proqramları Avropanın bir çox ölkələrində, Avstraliyada, Yeni Zelandiyada, Filippində rəsmi dövlət imtahanları siyahısına salınmışdır.
Diplom almış mütəxəssislərin sayı hər il 3000 nəfərə çatır
ICFM-in kvalifikasiyaları milli dövlət qurumları tərəfindən tanınmaqda davam edir.
Azərbaycanda ICFM-in “Professional Maliyyə Meneceri” proqramı üzrə tədris və imtahanlar keçirilir. Proqram 4 modulu əhatə edir:
Modul 1: Maliyyə Hesabatlarının Beynəlxalq Standartları – International Financial Reporting Standards
Modul 2: Maliyyə Menecmenti- Financial Management and Financial Analysis Diploma
Modul 3: Daxili Audit- Professional Internal Auditor Diploma
Modul 4: HR Menecment- Human Resources Management Diploma
Hər bir modulu bitirdikdən və imtahanı müvəffəqiyyətlə verdikdən sonra dinləyiciyə həmin modulun Diplomu, tam kursu bitirdikdən sonra isə Professional Maliyyə Meneceri Diplomu təqdim olunur
Tədris prosesi: (1 modul üçün)
Müddəti: 3 ay ( 50 saat)
Yoxlama işlərinin yerinə yetirilməsi 3 saat davam edən yazılı imtahan
Tədris və imtahan dili: Azərbaycan, rus
Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununun 3.4.bəndinə əsasən Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.
Qanunun 2.1.19. bəndinə əsasən isə Peşəkar mühasib –DİM-in təşkil etdiyi imtahandan müvəffəqiyyətlə keçərək, peşəkar mühasib sertifikatını almış və peşəkar mühasib təşkilatının üzvü olan şəxsdir.
Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması QAYDALARI Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
Bu Qaydaların 2.8.5. bəndinə əsasən «MHBS üzrə peşəkar mühasib sertifikatı»nı və ya «KOS Subyektləri üçün MHBS üzrə peşəkar mühasib sertifikatı»nı əldə etmək üçün müraciət etmiş namizədlər Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS” malik olduğu halda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir.
Maliyyə hesabatlarının Beynəlxalq standartlarına giriş
Maliyyə hesabatlarının hazırlanması və təqdimatı haqqında Konseptual Əsaslar
MUBS (İAS) 1 Maliyyə hesabatlarının təqdim edilməsi
MUBS (İAS) 8 Uçot siyasəti, uçot qiymətləndirmələrində dəyişikliklər və səhvlər
GƏLİRLƏRİN UÇOTU
MHBS (İFRS) 15 Alıcılarla müqavilələr üzrə gəlir
MHBS (İFRS) 13 Ədalətli dəyərlə ölçülmə
AKTİVLƏRİN UÇOTU
MUBS (İAS) 2 Mal-material ehtiyatları
MUBS (İAS) 16 Əsas vəsaitlər
MUBS (İAS) 20 Hökumət subsidiyalarının uçotu və dövlət yardımı haqqında məlumatın açıqlanması
MUBS (İAS) 23 Borclar üzrə məsrəflər
MUBS (İAS) 17 İcarə
MUBS (İAS) 38 Qeyri-maddi aktivlər
MUBS (İAS) 40 İnvestisiya mülkiyyəti
MUBS (İAS) 41 Kənd təsərrüfatı
MUBS (İAS)36 Aktivlərin qiymətdən düşməsi
MHBS (İFRS) 6 Təbii ehtiyatların kəşfiyyatı və qiymətləndirilməsi
ÖHDƏLİKLƏRİN UÇOTU
MUBS (İAS) 37 Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər
MUBS (İAS) 19 İşçilərin mükafatlandırılması
MHBS (İFRS) 2 Pay alətləri əsasında ödəniş
MUBS (İAS) 12 Mənfəət vergiləri
Maliyyə alətləri (İAS 32, İFRS 7, İFRS 9)
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ VƏ QRUPUN MALİYYƏ HESABATLARI
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
Konsolidə olunmuş hesabatların hazırlanma prinsipləri
Konsolidasiya olunmuş maliyyə vəziyyəti haqqında hesabat (balans)-əsas prinsipləri
Sonrakı düzəlişlər
Konsolidasiya olunmuş məcmu mənfəət və zərər haqqında hesabat
Asılı və birgə müəssisələrə investisiyaların uçotu
MUBS (İAS)21 Valyuta məzənnələrində dəyişikliklərin təsiri
MƏLUMATIN AÇIQLANMASI VƏ TƏHLİLİ
MUBS (İAS) 33 Səhm üzrə mənfəət
MHBS (İFRS) 8 Əməliyyat seqmentləri
MHBS (İFRS) 5 Satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlər və dayandırılmış fəaliyyətlər
MUBS (İAS)10 Hesabat tarixindən sonrakı hadisələr
MUBS (İAS)24 Əlaqəli tərəflər haqqında məlumatın açıqlanması
MUBS (İAS)34 Aralıq maliyyə hesabatları
MHBS (İFRS)1 MHBS-in ilk dəfə tətbiq edilməsi
Rabita Bank
1993-c ild Rabit Nazirliyinin nzdind ixtisasladrlm bank kimi faliyyt balayan Rabitbank, tezlikl iqtisadiyyatn mxtlif sahlrini hat etmkl z faliyyt dairsini genilndirmi v universal banka evrilmidir. Hazrda Rabitbankn mtrilri ticart, istehsalat, tikinti, knd tssrfat, nqliyyat, kommunikasiya v baqa sahlri tmsil edn mssislrdir. Eyni zamanda, bank fiziki xslr d btn nv maliyy xidmtlri gstrir.
Faliyyt gstrdiyi 18 il rzind Rabitbank lknin iri banklar arasnda mvqeyini qoruyub saxlamaqla yana, 20 filialdan ibart filial bksini yaradaraq, Sumqayt, Quba, Qusar, Xamaz, Lnkran, Gnc, mkir, irvan, ki, Naxvan, amax, Krdmir v Acabdi daxil olmaqla lknin 14 regionunda tmsil olunmudur. Beynlxalq maliyy institutlar il igzar mkdalq v mumi say 30 min atan mtrilri bankn glckd d uurlu inkiaf n mhkm bnvr yaratmdr.
Rabitbankn Strateji Bax
Rabitbank hali, kiik v orta biznes, Respublikann btn regional mrkzlrindki sat bksi vasitsiyl xidmt gstrn v bazarn birinci 10-luqda olan banka evirmkdir
Rabitbank mtrilrinin bank v mslht xidmtlrin olan ehtiyaclarn tam dyn, onlara pekar v motivasiya olunmu komandas il operativ v frdi xidmt gstrn, investisiyalarnn dyrinin dinamik artmn tmin edn bankdr.
Comments are closed, but trackbacks and pingbacks are open.