Press "Enter" to skip to content

Beynəlxalq maliyyə

Mövcud beynəlxalq maliyyə quruluşlarının çalışma sahələri çox çeşidlidir.

Uçot və hesabatlılıq sistemi Beynəlxalq Maliyyə Hesabatı Standartlarına əsasən qurulmalıdır

Şirkətlərdə beynəlxalq standartlara əsasən uçot və hesabat sisteminin qurulması həm onun cari idarəetməsini yaxşılaşdıra, qərarların qəbulunda istifadə edilən informasiyaların keyfiyyətini artıra, həm də şirkətə əlavə resursların cəlb edilməsi ilə onun sonrakı böyüməsinə imkan verə bilər. Mövzunu maliyyə mütəxəssisi Xalid Kərimli şərh edir.

Şirkətlərin fəaliyyətində maraqlı tərəflərin (steykholderlərin) spektri genişdir. Bura direktorlar, işçilər, səhmdarlardan əlavə, dövlət, malsatanlar, malalanlar, borc verənlər, banklar, investorlar, cəmiyyət, partnyorlar və müxtəlif qruplar daxildir. Bu şəxslərin hər biri şirkətin fəaliyyəti haqqında ümumi anlaşılan məlumatlar sistemində maraqlıdırlar.

Ölkənin inkişaf etdirməli olduğu əsas istiqamətlərdən biri kapital bazarıdır. Şirkətlər maliyyələşdirməni yalnız şəxsi kapital, bank kreditləri və dövlət fondlarından güzəştli vəsaitlərin cəlbi ilə edirlər ki, bu da orta və iri şirkətlərin formalaşması üçün yetərli deyil. Dünya təcrübəsinə nəzər salsaq, şirkətlərin maliyyə resurslarının cəlbində kapital bazarları və vençur kapital əsas rol oynayır. Yeni yaranan müəssisələr startaplar kimi vençur kapital cəlb etməyə çalışır. Biznes modeli uğurlu olan və vençur kapitalının cəlbində müvəffəqiyyət əldə edən, böyüməyi hədəfləyən şirkətlər müəyyən müddətdən sonra ya daha iri müəssisələrlə birləşir, ya da birbaşa kapital bazarlarına çıxış əldə etmək üçün səhmdar cəmiyyətlərə çevrilirlər.

Qeyd olunan inkişaf variantlarının hansının seçilməsindən asılı olmayaraq müəssisənin ümumi qəbul edilmiş beynəlxalq standartlara əsaslanan hesabat və uçot sistemi olmalı, korporativ idarəetmə elementləri təşəkkül tapmalıdır. Uçotun və hesabatlılığın beynəlxalq standartlar əsasında qurulması təkcə qeyd etdiyimiz məsələlərə görə deyil, həm də birbaşa şirkətin daha yaxşı idarə edilməsi üçün vacibdir. Həm sahibkar, həm də idarəetmə ilə məşğul olan menecer şirkətin bugünkü vəziyyətini bilmək üçün məlumata sahib olmalıdır. Nə proqnozlaşdırma, nə ssenari təhlili, nə böhran menecmenti, nə müxtəlif idarəetmə qərarlarının seçilməsi təkmil informasiya olmadan mümkün deyil. Sürətlə dəyişən, gözlənilməzliklərlə dolu olan müasir biznes mühitində qərarların qəbulu çevik olmalıdır. Çevik qərar qəbulu isə şirkətin, vaxtında qurduğu uşot-hesabat sisteminin mövcudluğu ilə mümkün ola bilər.

Orta və uzunmüddətli inkişaf strategiyası olan, şirkətini böyütməyi planlaşdıran hər bir idarəedici üçün təkmil informasiyanın əhəmiyyəti danılmazdır. Müasir dövrdə bunun yaradılmasının ümumi qəbul edilmiş qaydaları və standartları mövcuddur. Beynəlxalq Maliyyə Hesabatı Standartları həm qlobal miqyasda qəbul edilmiş qaydalardır, həm də mühasibat sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsidir. Şirkətin standartlara uyğun hazırlanmış maliyyə hesabatları onun vizit kartıdır.

Şirkət idarəetməsində şəffaflıq, informasiyanın əlçatanlığı ona inam və etibarı artırır. Şirkət rəhbərliyi buna təkmil informasiya və hesabatlılıqla nail ola bilər. Bu isə həmin şirkətin gələcəkdə böyüməsinə zəruri olan kapitalı cəlb etməsinə imkan verəcək. Müasir dünya şirkətlərinin təcübəsinin təhlili göstərir ki, şirkətlərin kapitalının 50 faizindən çoxu cəlb edilmiş kapitaldır. Borc kapitalı səhmdarlarla paralel olaraq şirkətin maliyyələşdirilməsində yaxından iştirak edir. Ölkəmizdə isə əksər şirkətlər birbaşa şəxsi kapital və mənfəətlə maliyyələşdirilir. Şəxsi kapitalın strukturunda isə fərdin tam sahibliyini müşahidə etmək olur.

Etibar mühitinin olmaması şirkətin maliyyələşdirilməsində şəxsi kapitalın da paylaşılmamasına səbəb olur. Fərdə bağlı şirkətlər həm şirkətlərin böyüməsinin qarşısını alır, həm də ona olan etibarı aşağı salmaqla kənar maliyyələşmənin qarşısını alır. İnkişaf etmiş ölkələrdə olduğu kimi nəsildən-nəslə ötürülən şirkətlərin formalaşması üçün sahibkarlar indidən şirkətlərində institusional inkişafa diqqət yetirməli, BMHS-ə uyğun uçot və hesabatlılıq qurmalıdırlar. Bununla kapitalın strukturunu şaxələndirmək mümkün olacaqdır.

Beynəlxalq maliyyə təşkilatlarının xüsusiyyətləri

Dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir.Xüsusilə İkinci Dünya Müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq maliyyə təşkilatları qurulmağa başlamışdır.Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım təşkilatları meydana çıxmışdır.
İstər beynəlxalq,istərsə də regional miqyasda fəaliyyət göstərən maliyyə təşkilatlarının ortaq məqsədləri aşağıdakılardır:
– Beynəlxalq mal alış-verişinə dair çətinlikləri aradan qaldırmaq və beynəlxalq inkişafı təşviq etmək;
– İnkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafını dəstəkləmək;
– İqtisadi birləşmə,sərbəst ticarət və iş birliyi münasibətlərini inkişaf etdirmək və sıx iqtisadi iş birliyini stimullaşdırmaq.

Quruluşu və sərmayəsinə birdən çox ölkənin qatıldığı maliyyə fəaliyyətlərində birdən çox ölkənin faydalandığı quruluşlara beynəlxalq maliyyə təşkilatları deyilir. Hal-hazırda fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatlarının hamısı ikinci dünya müharibəsidən sonra qurulmuşdur.Yaranma tarixinə görə öncə “ Bretton Vuds əkizləri ” adlandırılan Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı qurulmuşdur.

Mövcud beynəlxalq maliyyə quruluşlarının çalışma sahələri çox çeşidlidir.

Beynəlxalq maliyyə təşkilatları:

– Beynəlxalq Valyuta Fondu ;
– Beynəlxalq finans Qurumu;
– Beynəlxalq İnkişaf Birliyi;
– Birləşmiş Millətlər İnkişaf problemi;
– Çoxtərəfli investisiya zəmanəti agentliyi;
– İnvestisiya məsələlərinin araşdırılması üzrə beynəlxlq mərkəz;

Digər reginal maliyyə təşkilatları:

– Asiya İnkişaf Bankı ;
– Afrika İnkişaf Bankı;
– İslam İnkişaf Bankı;
– Kariblər İnkişaf Bankı;
– Orta Amerika İqtisadi İnteqrasiya Bankı;
– Ərəb Pul Fondu;
– Avropa Yenidənqurma və İnkişaf Bankı.

Beynəlaxlq maliyyə qurumları ya qısa və orta müddətli valyuta kreditləri,ya da uzun müddətli investisiya kreditləri açırlar.
Qısa və orta müddətli valyuta krediti saxlayan quruluşların maliyyə yardımları üzv ölkələrə,tədiyyə balansındakı müvəqqəti çətinlikləri aradan götürmək üçün verilir.İnvestisiya layihələrinin maliyyələşdirilməsi üçün ayrılan fondlar uzunmüddətli kredit verirlər
Beynəlxalq kredit təşkilatları hüquqi durumuna görə aşağıdakı şəkildə qruplaşdırlır:
Hüquqi cəhətdən müstəqil olmayan maliyyə təşkilatları:

– Avropa Kömür-Polad birliyi;
– Avropa Birliyi İnkişaf Fondu;
– Birləşmiş Millətlər İnkişaf Proqramı.

Hüquqi müstəqilliyi olan maliyyə təşkilatları:

– Avropa İnvestisiya Bankı;
– Avropa Parlamentinin Qaçqınlar Fondu;
– Asiya,Afrika və İslam İnkişaf Bankları;
– Kariblər İnkişaf Bankı;
– Orta Amerika İqtisadi İnteqrasiya Bankı;
– Ərəb Pul Fondu;
– Avropa Yenidənqurma və İnkişaf Bankı;
– Beynəlxalq Valyuta Fondu;
– Dünya Bankı;
– Beynəlxalq Maliyyə Qurumu;
– Beynəlxalq İnkişaf Birliyi;
– Avropa Yenidənqurma və İnkişaf Bankı;
– Çoxtərəfli İnvestisiya Zəmanət Agentliyi.

Üzv ölkələr sərmayəni artırmaq istədikləri halda yenidən səhm buraxır.Bundan başqa,bank sərmayə bazarlarından əlavə kredit ehtiyatları da cəlb edir.
Beynəlxalq maliyyə təşkilatlarını fond və bank ayırmasına görə aşağıdakı kimi qruplaşdırılır:
Fond xarakterli maliyyə təşkilatları:

– Beynəlxalq Valyuta Fondu;
– Avropa Birliyi İnkişaf Fondu;
– Beynəlxalq İnkişaf Birliyi;
– Birləşmiş Millətlər İnkişaf Proqramı;
– Ərəb Pul Fondu ;
– Avropa İnvestisiya Fondu;
– Asiya İnkişaf Fondu;

Bank xarakterli maliyyə təşkilatları:

– Avropa Kömür-Polad Birliyi;
– Avropa İnvestisiya Bankı ;
– Avropa Parlamentinin Qaçqınlar Fondu;
– Asiya,Afrika və İslam İnkişaf bankları;
– Dünya Bankı;
– Kariblər İnkişaf Bankı;
– Beynəlxalq Maliyyə Təşkilatı;
– Avropa Yenidənqurma və İnkişaf Bankı.

Fond xarakterli qurumların sərbəst hərəkət edə biləcəkləri maliyyə sənədləri qəti olaraq təsbit edilmişdir.

  • Teqlər:
  • Beynəlxalq maliyyə təşkilatları

Beynəlxalq maliyyə

Yazı sonuncu dəfə 2019-07-28 tarixində yenilənib.

Güclü Azərbaycan üçün sən bu gün nə etdin?

İstehsalat Təqvimi 2023
:: Video Dərslər
:: Yeni Kitablar

Dava yorğan davasıymış.
Gecələrin birində Mollanın evinin qabağında dava düşür. Molla səsə yuxudan oyanır, yorğanı çiyninə salıb çıxır ki, görsün nə olub. Kimsə elə o saat yorğanı onun çiynindən götürür. Qaranlıq olduğu üçün Molla yorğanı götürəni görmür. Ora yorğan, bura yorğan, bir də baxır ki, səs-səmir də kəsildi. Savaşanlar elə bil ki, Mollanı gözləyirmişlər. Küçədə heç kəs qalmadı. Molla soyuqdan titrəyə-titrəyə evə qayıdır. Arvadı soruşur:
– A kişi, dava nə üstündə idi?
Molla deyir:
– Başa düşmədim. Deyəsən, bizim yorğanın üstündə imiş. Yorğanı apardılar, dava da qurtardı.

Şəxsi kabinet
Powered by Jasper Roberts – Blog

MUHASIB.AZ saytının əsas məqsədi mühasibat uçotu və maliyyə sahələrində çalışan və gələcəkdə çalışmaq istəyən mütəxəssisləri lazımi məlumatlar ilə təmin etməkdir. Sayt həm tədris, həm də informativ-analitik formatda təşkil edilib.

Saytda istənilən şəxs mühasibat uçotu, IFRS, vergilər, maliyyə, audit və saytın əhatə etdiyi digər sahələr üzrə məqalələr yerləşdirə bilər. Bunun üçün məqaləni admin@muhasib.az ünvanına göndərmək kifayətdir. Ətraflı

Bakı, AZ 1004 Mikayıl Müşfiq küç. 2H.

Comments are closed, but trackbacks and pingbacks are open.