Press "Enter" to skip to content

Beynəlxalq münasibətlər arixi

– texnoloji inkişaf bütün sahələrdə iki və çoxtərəfli əlaqələrə təsir göstərəcək, xüsusən də hərbi əməliyyat şəraitini mütəmadi olaraq dəyişəcək;

NEWTIMES

“Beynəlxalq təhlükəsizlik” anlayışı təqribən 100 il əvvəl beynəlxalq münasibətlər lüğətinə daxil edilmişdir. O zamana qədər Silahlı Qüvvələrin istifadəsi “müharibə”və “sülh” anlayışları ilə ifadə edilmişdir. Yaxın günlərədək beynəlxalq təhlükəsizliyə hərbi təhlükəsizliyin fenomeni kimi baxılırdı. O, dövlət və dövlətlər qrupu tərəfindən ehtimal olunan təcavüzü aradan qaldırmaq üçün Silahlı Qüvvələrin kifayət qədər hazır vəziyyətdə saxlanılması, hərbi ittifaqların yaradılması, bəzi hallarda isə şəxsi maraqlarının gerşəkləşməsi naminə hərbi gücdən istifadə edilməsi və ya onun tətbiq edilməsi hədəsi və s. kimi xarakterizə edilirdi. Tədricən hərbi güc amili hərbi qarşıdurmanın miqyasını, qızğın silahlanmanı və silahlı münaqişələrin baş vermə ehtimalını məhdudlaşdırmağa xidmət edən diplomatik və digər siyasi alətlər kompleksi ilə zənginləşdi [1, c.148].

Beynəlxalq münasibətlər üzrə müasir ədəbiyyatlarda “beynəlxalq təhlükəsizlik” anlayışının yekun tərifi hələ də verilməyib. Çox vaxt “beynəlxalq təhlükəsizlik” ənənəvi olaraq, proseslərin hərbi-siyasi ölçüsü kimi başa düşülür və onun genişlənməkdə olan qeyri-hərbi, “mülki” komponentinə (ekoloji, iqtisadi və bir sıra digər təhlükələrə qarşı mübarizə) əhəmiyyət verilmir. Digər hallarda isə demək olar ki, beynəlxalq münasibətlərin bütün problemlərini təhlükəsizlik baxımından nəzərdən keçirmək meyli müşahidə olunur.

Müasir beynəlxalq təhlükəsizliyin durumu “”soyuq müharibə” dövründən sonrakı təhlükəsizlik” kimi xarakterizə edilir. Postsoyuq müharibə dövründə beynəlxalq təhlükəsizlik şəraiti və ona istiqamətlənən çağırış və təhdidlər aşağıdakı meqatrendlərlə əlaqələndirilir:

1. Beynəlxalq təhlükəsizlik sisteminin desentralizasiyası və qütbləşmə. 1990-cı illərin başlanğıcı beynəlxalq gərginliyin zəifləməsinə və münaqişələrin tezliklə həll ediləcəyinə olan kövrək ümidləri doğrultmadı. Yalta-Postdam nizamının süqutu beynəlxalq arenada qüvvələr nisbətini ciddi şəkildə dəyişdi. O, dünyada bir sıra maneələri dağıtdı və qloballaşma prosesini sürətləndirdi. Eyni zamanda, beynəlxalq sistemdə yeni qütblşmə və desentralizasiya baş verdi [2, с.170]. Dövlətlərin nisbi iyerarxiyasında əhəmiyyətli dəyişikliklər özünü biruzə verdi. Siyasi, iqtisadi və hərbi sahədə öz üstünlüyünü dərk edən inkişaf etmiş və güclü dövlətlər qrupu daha fəal və hücum siyasətinə keçdi. Həmin dövlətlətlərə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa), həmçinin BMT TŞ genişlənəcəyi təqdirdə üzvlüyə mümkün namizədlər (Braziliya, Almaniya, Hindistan, CAR, Yaponiya) aid edilir.

Müasir dünya nizamında ABŞ yeganə fövqəldövlət kimi qalmaqda davam edir. Hətta bəzi politoloqlar müasir beynəlxalq münasibətlərin geostrukturunu ABŞ-ın liderliyi altında bitqütblü (monopolyar, mondialist) dünya nizamı kimi qələmə verir. Lakin məlum 11 sentyabr hadisələri bir daha isbat etmiş oldu ki, müasir qloballaşan dünyada hətta ABŞ kimi fövqəldövlət təkbaşına hərəkət etmək iqtidarında deyil. 2003-cü ilin martında İraqa qarşı ABŞ-ın başçılığı altında təşkil edilmiş koalisiya belə düşünməyə əsas verir. Bununla belə, nəhəng iqtisadiyyata malik olan ABŞ hərbi texnologiya sahəsində aparıcı yer tutur, ölkənin hərbi potensialı artmaqda davam edir.

Dünyanın birqütblü modelinə qarşı çıxan Rusiya və Çin onun daha çox çoxqütblü (multipolyar) olduğunu bəyan edir və Avropa Birliyini, Hindistanı, Yaponiyanı, Almaniyanı, Braziliyanı, CAR-ı alternativ geostrateji mərkəzlər qismində qeyd edirlər.

2014-cü ilin fevralında Rusiyanın Krımı ilhaq etməsi onunla ABŞ və Avropa İttifaqı üzvləri arasında “soyuq müharibə”nin restavrasiyasına səbəb olub. Digər tərəfdən, Çinin artmaqda olan iqtisadiyyatı və hərbi modernizasiya üzrə proqramları onu dünya siyasətində güclü və rəqabətqabiliyyətli qütbə çevirib.

2. Qloballaşma və antidövlət tendensiyalarının artması. Müasir dünya siyasətinin və beynəlxalq münasibətlərin əsas proseslərindən biri qloballaşma hesab edilir. Siyasi, iqtisadi, ideoloji və s. sahələrdə qarşılıqlı asılılığın dərinləşməsi onun üçün xarakterik haldır. Bu müstəvidə trassərhəd xarakterli qarşılıqlı təsirin miqyas, müxtəliflik və kəmiyyət baxımından yüksəlişi müşahidə olunur. Dünyanın bötüvləşməsi və vahid tam kimi qəbul edilməsi prosesi baş verir. Milli maraqlarla müqayisədə ümumi, qlobal mənafenin çəkisi artmaqdadır. Eyni zamanda, təhlükəsizliyin daxili və xarici aspektləri arasında qarşılıqlı əlaqə dərinləşməkdədir.

Qeyri-dövlət aktorlarının dünya siyasətinin bütün sahələrinə nüfuz etməsi müasir beynəlxalq münasibətlər sisteminin əsas xarakterik göstəricilərindən biri sayılır. Beynəlxalq miqyasda fəaliyyətə başlayan qeyri-dövlət subyektlərinin sayı durmadan artmaqdadır. Dövlətin fəaliyyət qabiliyyətini məhdudlaşdıran qeyri-dövlət subyektləri aşağıdakılar hesab edilir:

– Beynəlxalq təşkilatlar; məsəlçün, BMT və ya ATƏT;

– Beynəlxalq rejimlər (dəqiq müəyyən edilmiş problemlər sahəsində dövlətlərin uzunmüddətli əməkdaşlığını ifadə edən anlayış. Məsələn, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi);

– Çox vaxt kiçik dövlətlərin budcələrini üstələyən nəhəng dövriyyəyə malik transmilli konsernlər, məsələn, iri neft konsernləri;

– İnsan hüquqlarının müdafiəsi və ətraf mühitin mühafizəsi məqsədini güdən QHT-lər (Amnesty İnternational və Qrinps);

– Beynəlxalq miqyasda fəaliyyət göstərən cinayətkar təşkilatlar, məsələn, Cənubi Amerika narkokartelləri;

– Heç də bütün dünyada deyil, müəyyən regonlarda fəaliyyət göstərən terror təşkilatları, məsələn, Əl-Qaidə [3, c.6].

Qeyri-dövlət aktorların beynəlxalq təhlükəsizlik sferasında daha ciddi və dağıdıcı nəticələr doğurması beynəlxalq ictimaiyyəti bərk narahat etməkdədir. Heç şübhəsiz, bu gün əksər silahlı münaqişələrdə qarşıduran tərəflərdən biri qeyri-dövlət aktoru – terrorçular, silahlı ekstremistlər, separatçı və ya digər antihökumət silahlı birləşmələr, dəniz quldurları, narkotik alverçiləri və s. hesab edilir.

Dövlətlərin zəifləməsi nəticəsində zorakılıqların və müharibələrin sayının artacağı haqqında pessimist fikirlər çoxalmaqdadır. Belə təhlükələr ilk növbədə, zəif və süquta doğru sürüklənməkdə olan, zəif daxili həmrəyliyə və səriştəsiz hökumətə malik dövlətlərdən irəli gəlir. Məhz bu səbəbdən Yer kürəsinin bəzi regionlarında uzunmüddətli sabitsizlk zonaları və zorakılıq inkubatorları yaranır.

3. Demokratiyanın qlobal ekspansiyası və mütləq suverenliyin iflası. Qlobal demokratiya zonasının genişlənməsi dövlətlər arasında sülh və əmin-amanlıq zolağının genişlənməsi deməkdir.

Demokratikləşmə – demokratik quruluşun bərqərar olunmasına istiqamətlənmiş siyasi və sosial dəyişiklik prosesini xarakterizə edir. Demokratiya ideya və prinsiplərin, institut və prosedurların inkişafı, genişlənməsi və yenilənməsi prosesidir. Demokratiya bu və ya digər problemlərin həllinə təminat vermir, sadəcə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün şərait yaradır. Nəticə demokratik prosesin inkişaf şərtlərindən, qüvvələrin xarakteristikasından, onların demokratik prosesə təsirlərindən və problemləri həlletmə qabiliyyətlərindən və daxili siyasətə təsir edən xarici vəziyyətdən asılıdır.

“Demokratikləşmə dalğası” anlayışını irəli sürən S.Hantinqton bu ad altında müəyyən zaman kəsiyində qeyri-demokratik rejimdən demokratik rejimə keçidin şərtlərini nəzərdə tutub. Onun fikrinə əsasən, dünya üç qlobal demokratikləşmə mərhələsindən keçib. Birinci mərhələ 1828-1926-cı illəri əhatə edib. Bu mərhələ ABŞ və fransız burjua inqilablarının təsiri altında insanların səsvermə hüququ əldə etməsi, hakimiyyətin formalaşmasında parlament və ümumxalq seçkilərinin rolunun artması ilə xarakterizə edilib. 1922-1942-ci illərdə isə faşist, totalitar və militarist rejimlərin meydana gəlməsi ilk demokratikləşmə dalğasından uzaqlaşma meylləri kimi dəyərləndirilib.

1943-1962-ci illəri əhatə edən ikinci dalğa II Dünya müharibəsinin bitməsi nəticəsində Qərbi Avropada demokratik institutların yaradılması ilə yadda qalıb. İkinci demokratikləşməyə qarşı 1958-1975-ci illərdə baş vermiş geri çəkilmələrə dekolonizasiya prosesi səbəb olmuşdur. Həmin proses nəticəsində Latın Amerikası kontinentinin əksər dövlətlərində avtoritar rejimlər quruldu.

Üçüncü dalğa isə 1974-cü ildən başlayıb və günümüzədək davam etməkdədir. Bu mərhələ dekolonizasiyanın bitməsi, dünyada kommunist rejiminin iflası və yeni demokratik dövlətlərin meydana gəlməsi ilə əlaqələndirilir [4].

Qlobal demokratiyanın əsas nəticələrindən biri insan hüquq və azadlıqlarının çəkisinin artması və onun suveren dövlətin daxili səlahiyyətləri çərçivəsindən kənara çıxması məsələləri arasında artmaqda olan konsensus hesab edilir. Müasir dünyada münasibətlər sisteminin açıqlığı və qloballaşma prosesləri sayəsində insan hüquqlarının kütləvi şəkildə pozulması və hakimiyyətin digər qanunsuz əməlləri dünya ictimaiyyətinin nəzərindən yayına bilməz və məhz bu səbəbdən beynəlxalq müdaxiləyə həqiqi ehtiyac yaranır [5]. Münaqişələrin sayının artması və beynəlxalq terrorizm təhdidinin durmadan artması dünyanın böyük dövlətlərini hansısa dövlətin hökumətinin razılığı belə olmadan zorakılığın qarşısını almağa vadar edir. Müasir dünyada xarici siyasətin aləti qismində humanitar müdaxilələrin əhəmiyyətinin yüksəlməsi bu mövzunun aktullığını getdikcə artırır.

Humanitar müdaxilə – dövlət və ya dövlətlər tərəfindən digər dövlətə qarşı onun razılığı olmadan həyata keçirilən güc tətbiq etmək və ya güclə hədələmək siyasətidir ki, məqsədi əsas insan hüquqlarına qarşı yönəlmiş kütləvi və kobud pozuntuların qarşısını almaq və ya onu aradan qaldırmadır. Bu konsepsiyanın subyektiv geosiyasi maraqların gerçəkləşməsi naminə istifadə edilməsi də diqqətdən yayınmır. Supergüclərin Əfqanıstan, keçmiş Yuqoslaviyada və Yaxın Orta Şərqdə həyata keçirdikləri hərbi əməliyyat və çevrilişlər məhz “humanitar müdaxilə” konsepsiyasının adı altında realizə edilib.

Bir sıra hallarda humanitar müdaxilə özünü doğruldur. Məsələn, üçüncü dünya ölkələrində avtoritar rejimlərin yaradılması ona dəlalət edir ki, belə dövlətlər itisadi və siyasi oriyentirləri itirib. Hakimiyyət rıçaqlarını itirməklə əhali üzərində nəzarəti əldən verən yerli hakimiyyətlərin sərt tədbirlərə əl atması dövlətdaxili münasibətlərdə gərginliyə və sosial-siyasi xaosa gətirir. Bu dövlətlərin rəhbərlərinin daxili poblemləri həll edə bilməməsi və ya həll etmək iqtidarında olmaması səbəbindən humanitar müdaxilə özünü doğrulda bilər. Əks təqdirdə isə, ölkə daxilində xaos nəinki regional, hətta beynəlxalq nizamı sabitsizləşdirə bilər.

“Humanitar müdaxilə” konsepsiyasının inkişaf etdirilməsi cəhdləri “mütləq suverenliyin məhdudlaşdırılması” fonunda həyata keçirilir. Dövlətlərin iqtisadiyyatları və bazarları arasında qarşılıqlı asılılığın artması səbəbindən suverenliyə artıq pozulmaz və toxunulmaz bir məfhum kimi baxılmır. Dövlətüstü strukturlar və idarəetmə orqanları yaradılır və hakimiyyət səlahiyyətlərinin bir hissəsi onlara ötürülür. Belə bir şəraitdə humanitar müdaxilədən yararlanmaq olduqca asanlaşır.

Digər tərəfdən, 2005-ci ildə qəbul edilmiş “Qorumaq haqqında” BMT Bəyannaməsi suverenlik kategoriyasının erroziyaya uğraması istiqamətində son nöqtəni qoydu və belə bir ideyanı həyata keçirməyə nail oldu ki, əgər dövlət hakimiyyətləri ölkədə bu və ya digər şəraitin öhdəsindən gələ bilmirsə, o zaman problemin həlli beynəlxalq ictimaiyyətin əlinə keçir. Bu Bəyannamə humanitar müdaxilənin əsaslandırılmasını əhəmiyyətli dərəcədə asanlaşdırdı və üçüncü tərəflərin dövlətin daxili işinə müdaxiləsi hüququnu qanuniləşdirdi [5]. 1999-cu ilin sentyabrında BMT-nin baş katibi Kofi Annan bəyan etmişdir ki, insan hüquqlarının kütləvi şəkildə pozulması zamanı suverenlik humanitar müdaxilə ilə aradan qaldırıla bilər [6, c.96].

Lakin bəyannamədə əksini tapmış ideyaların izahından subyektiv məqsədlər üçün sui-istifadə edilə bilməsi və təcavüzkar fəaliyyətlərə haqq qazandırılması cəhdləri da istisna edilə bilməz. Bu proseslər fonunda dövlətin mövcudluğunun əsası hesab edilən suverenlik öz gücünü itirir və daha güclü dövlətlərin zəif dövlətlərə təsiri artır.

4. Texnoloji inkişafın dominantlığı və güc münasibətlərinə transferi. XXI əsrdən etibarən dünya siyasətinin əsas məsələlərindən biri insan fəaliyyətinin bütün sahələrində uzağa gedən nəticələr doğura bilən elmi-texnoloji sıçrayış hesab edilir. Kompüterləşmə və informasiya inqilabı hərbi sahədə elmi-texniki tərəqqiyə yol açıb. Yüksək texnologiyaların tətbiqi adi silahlanmanın, kəşfiyyat və qoşunların idarəedilmə sisteminin xarakter və imkanlarını köklü şəkildə dəyişmiş və uzaq məsafədən müharibənin aparılması imkanlarını genişləndirmişdir.

Müasir silah növlərinin əksər çoxluğu informasiya texnologiyalarına istinad edir. Bu gün informasiya texnologiyalarının hərbi sahəyə daha geniş tətbiq edilməsi ümumbəşəri hadisə hesab edilir. Müasir beynəlxalq təcrübənin təhlili onu gostərir ki, hərbi əməliyyatların müvəffəqiyyətli keçirilməsi döyüş fəaliyyətlərinin kompleks informasiya təminatını tələb edir ki, bu da müsir informasiya texnologiyaları olmadan mümkün deyil. Əksər hərbi analitiklər hesab edir ki, müasir informasiya texnologiyalarının geniş tətbiqi hərb işində inqilaba səbəb olub. Misal qismində son illər ABŞ-ın apardığı müharibələri qeyd etmək olar.

XX əsrin birinci yarısında heç kim təxmin edə bilməzdi ki, bir neçə onillikdən sonra elmi-texniki tərəqqi bəşəriyyətə yeni, öz görünməz telləri ilə tədricən bütün dünyanı birləşdirən kommunikasiya vasitələri bəxş edəcək. Artıq bu gün aksiomadır ki, müasir dünyamız müharibəsiz, xüsusən də informasiya qarşıdurması olmadan keçənə bilmir [7, c.276].

İnformasiya müharibəsi – cəmiyyətin müasir inkişaf mərhələsində sözsüz ki, aktual və vacib termindir və onu dərk etmədən müasir siyasi həyatda və geosiyasətdə gedən prosesləri anlamaq asan deyil. BMT baş katibinin məruzəsində (3 oktyabr 2001-ci il) informasiya müharibələri informasiya məkanında dövlətə, cəmiyyətə və şəxsiyyətə yönəlmiş əsas təhlükələrlə yanaşı digər təhlükələrlə: digər dövlətin informasiya sahəsinə sanksiyalaşdırılmamış müdaxilə üsullarının hazırlanması və istifadəsi; başqalarının informasiya resurslarının qeyri-hüquqi istifadəsi və onlara ziyan yetirilməsi; xarici dövlətin əhalisinə məqsədli informasiya təsiri; informasiya məkanında dominantlığa cəhd; terrorizmin genişlənməsi və s. aid edilmişdir [8].

Hal-hazırda “informasiya müharibəsi” məfhumu müxtəlif cür müəyyən edilir. Bu, “information warfare” termininin bir neçə məna kəsb etməsilə əlaqəlidir. O “informasiya müharibəsi”, “informasiya qarşıdurması”, “informasiya-psixoloji müharibə” kimi şərh oluna bilər. Öz növbəsində informasiya müharibəsi bir dövlətin digər dövləti zəiflətmək və məhv etmək üçün istifadə etdiyi informasiya fəaliyyəti; yarışan rəqiblər arasında informasiya müharibəsi; iki kütləvi düşmən (məsələn, ordu) arasında hərbi informasiya münaqişəsi kimi xarakterizə olunur [9, c. 239].

Bu gün informasiya müharibəsi müharibənin aparılmasının mühüm tərkib hissəsinə çevrilib. Xüsusən də 2014-cü ildə Krımın Rusiya tərəfindən “məxməri ilhaqı” informasiya müharibəsinə ən tutarlı misal ola bilər.

Əminliklə demək olar ki, hərbi-siyasi proseslərdə KİV-lərin rolu bundan sonra da artacaq. Kibernetik müharibə anlayışı müasir cəmiyyət qarşısında dayanan yeni təhlükələri xarakterizə edir. Belə ki, müasir cəmiyyətlərin idarəetmə infrastrukturları həddindən atrıq informasiya və kommunikasiya texnologiyalarından asılıdır. İnternet vasitəsilə həm düşmənin hərbi komanda strukturunun, həm də mülki fəaliyyət sahələrinin funksionallığını pozmaq mümkündür.

5. Beynəlxal hüquq institutunun böhranı. Bu gün beynəlxalq hüquq institutunun böhranı aşkar şəkildə özünü büruzə verir və beynəlxalq təhlükəsizlik sferasında fəaliyyət göstərən aktorların davranışına yetərli təsir göstərir. Birincisi, BMT-nin bir sistem kimi effektivsizliyi haqqında fikirlər geniş yayılmaqdadır. İkincisi, “humanitar müdaxilə” praktikasının tətbiqi suverenliyə münasibətdə ənənəvi yanaşmanı köklü şəkildə dəyişib. Transmilli terrorizm təhdidi isə ön plana tamamilə yeni “preventiv zərbələr” problemini çıxarıb. Silahlı qüvvələrin qeyri-dövlət aktorlarına (terrorçulara, separatçılara və üsyançılara) qarşı tətbiq edilməsi praktikasının genişlənməsi hərbi gücün lazımi dərəcədə tətbiqi və dinc əhali arasında qurbanların sayının azalması problemini kəskinləşdirib. Məhz bu səbəbdən müasir beynəlxalq siyasətin reallığına uyğun olaraq beynəlxalq hüququn inkişafı və BMT-də islahatların aparlması həyata keçirilməlidir. Üçüncüsü, bir sıra ölkələr, ilk növbədə isə ABŞ beynəlxalq təhlükəsizlik problemləri ilə əlaqədar hüquqi sahədən kənarda fəaliyyət göstərməyə səy göstərir.

Beynəlxalq hüququn effektivliyi onunla ölçülür ki, hegemon dövlət onu necə görmək istəyir. Son onilliyin təcrübəsi onu göstərir ki, ABŞ-da beynəlxalq hüququn əhəmiyyətinə və məzmununa nihilist münasibət formalaşıb. ABŞ-ın BMT-dəki eks-diplomatı Con Boltonun fikirləri bu cür düşünməyə əsas verir. O demişdir: “XV-XVI əsrlərdən meydana gəlmiş beynəlxalq hüquq və ya millətlərin hüququ ilk növbədə ölkələr üçün bir növ davranış qaydası olmuşdur. Bu, ölkələrin dünya səhnəsində necə davranacağına dair bir razılıq idi. Əvvəlcə bunlar əsasən ikitərəfli razılaşmalar idi və bu müqaviləyə imza atan dövlət ona riayət etməli idi. İkinci Dünya müharibəsindən sonra çoxtərəfli müqavilələrin sayı kəskin artmağa başladı, onun ardınca isə o vaxtlar dövlətlər tərəfindən əməl edilməsi məcburi hesab edilməyən beynəlxalq hüquq sistemini yaratmağa səy göstəmiş nəhəng hüquqşünas-professorlar qrupunun yaranması ilə nəticələndi. Məhz bu baxımdan hesab edirəm ki, beynəlxalq hüquq sisteminin yaradılmasına yönəlmiş səylər süni xarakter daşıyırdı. Bu, “qanun” anlayışının beynəlxalq əlaqələrə uyğunlaşdırılması cəhdi idi, halbuki həmin sahədə qərarların əksəriyyəti hüquqi deyil, siyasi xarakter daşıyır. Bundan əlavə, daxili, milli qanunvericiliyin və beynəlxalq hüququn müqayisəsi heç bir məna daşımır, çünki bunlar iki müxtəlif sahələrdir. Başqa sözlə, ilk öncə qarşıya yerinə yetirilməsi mümkünsüz görünən tapşırıq qoyulmuşdur – beynəlxalq hüquq məkanı yaratmaq. Lakin vaxt keçdikcə bunun mümkün olmadığı aydın oldu. Beynəlxalq arenada ölkələrin davranışının bir çox aspektləri prinsipcə, hüquqi baxımdan nəzərdən keçirilə bilməz. Qanun müəyyən bir ölkəni idarə etmək üçün çox əlverişli bir mexanizmdir, lakin beynəlxalq münasibətlərdə bu mümkün deyil” [10, c.15].

Göründüyü kimi, beynəlxalq münasibətlərdə beynəlxalq hüquq normalaının deyil, siyasi mənafelərin ön planda dayanması beynəlxalq nizamın dayanıqlı olmasına imkan vermir. 1994-1999-cü illərdə Yüqoslaviya ərazisində baş vermiş münaqişələrin nizamlanması problemləri, 2001-ci ilin sentyabrında Əfqanıstana, 2003-cü ilin martında İraqa qarşı beynəlxalq hərbi kampaniyanın başlanılması, 2014-cü ildə Krım hadisələri, hal-hazırda Suriya və İraqda cərəyan edən hərbi-siyasi xarakterli hadisələrdə zorakılığın hüdudsuzluğu, həmçinin etnik və etnoregional separatizmin referendum yolu ilə legitimləşdirilməsi cəhdləri və s. proseslər beynəlxalq hüquq institutunun nüfuzunu ciddi şəkildə sarsıtmağa nail olub. Çıxış yolu qismində beynəlxalq hüquq normalarının müasir reallıqlara uyğunlaşması istiqamətində zəruri islahatların aparılması hesab eilə bilər.

6. Qlobal təhlükəsizliyin qeyri-hərbi aspektləri. Ənənəvi olaraq, təhlükəsizlik hərbi təhdidlər baxımından nəzərdən keçirilirdi. XX əsrin sonunda belə təsəvvürlər formalaşmağa başladı ki, təhlükəsizlik sahəsinə yalnız hərbi və hərbi-texniki aspektləri (“sərt təhlükəsizlik”) deyil, həmçinin iqtisadiyyat, energetika, ekologiya, miqrasiya, ərzaq və s. daha geniş məsələləri daxil etmək olduqca vacibdir. Təhlükəsizliyə belə geniş baxışın formalaşması səbəbi əsasən XX əsrin ikinci yarısından bəri milli dövlətlərin sərhədlərinin “şəffaflaşması” hesab edilir. Bu proses qeyri-dövlət aktorlarının dünya səhnəsinə çıxışı ilə əlaqələndirilir. Onların fəaliyyətinə informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı münbit şərait yaradıb. Nəticədə, dövlət və vətəndaşlar bir çox mənfi (narkotik ticarəti, qanunsuz silah alveri, beynəlxalq terrorçuluq, və s.) və müsbət (iqtisadi fəaliyyətin genişləndirilməsi imkanları, beynəlxalq rabitə, beynəlxalq mühitə daxil olma və s.) amilləin təsirinə məruz qalıb. Bu isə öz növbəsində beynəlxalq gündəmdə getdikcə qeyri-hərbi təhlükəsizlik (“yumşaq təhlükəsizlik” və qeyri-ənənəvi təhlükəsizlik) problemlərinin daha üstün yer almasına rəvac vermiş oldu [1, c.537].

Qeyri-hərbi təhlükəsizlik – milli və beynəlxalq ölçüdə insanın inkişafına qarşı yönəlmiş sosial, iqtisadi və ekoloji çağırış və təhdidlərin aradan qaldırılması üçün zəruri kompleks şəraitlər hesab edilir. İlk dəfə olaraq bu barədə konseptual yanaşma B.Buzan və onun həmkarlarına məxsus olub. O diqqət mərkəzində mərkəzçi – dövlətin və hərbi amilin dayandığı təhlükəsizliyin ənənəvi konsepsiyasını tənqid edib. Tənqid edilən ənənəvi yanaşmanın əvəzinə, təhlükəsizliklə əlaqədar tədqiqatlarda hərtərəfli yeni strukturun əsasını qoymağa cəhd edib. Yeni yanaşmada ənənəvi hərbi amillərlə yanaşı bir sıraya “yumşaq güc sahələri”ni əhatə edən digər (iqtisadi, sosial, siyasi və ekoloji) məsələlər də daxil edilib [11, p.21-23].

Həqiqətən XXI əsrdə qarşılıqlı asılılığın qeyri-hərbi sahələrinin – iqtisadi, humanitar, ekoloji və s. rolu əhəmiyyətli dərəcədə artıb. XXI əsrdə milli, regional və beynəlxalq təhlükəsizlik sistemində hərbi problemlərdən daha çox iqtisadi, sosial və ekoloji böhranlar narahatlıq yaradır. İqtisadi sabitsizlik – sosial ziddiyyətlərdən, habelə silahlı münaqişələrdən meydana gələn və müxtəlif formalarda təzahür edən sabitsizliyin səbəbi və nəticəsi kimi şərh edilir. İqtisadi vəziyyətin pozulmasının istənilən tendensiyası ümummilli maraqlara təhlükə törədir.

Etnik millətçilik və ya milli dövlətin formalaşması əsasında dayanan etnik mənsubiyyət əksər region ölkələrində sosial və siyasi xaos yaradır. Sabitliyə daha ciddi təhlükə o zaman yaranır ki, etnik millətçiliyin təzahürləri sərhəd mübahisələri və ya qeyri-bərabər iqtisadi şəraitlə uzlaşır, bu ölkələrin rəhbərləri isə öz siyasi mövqelərini möhkəmləndirmək naminə bu narazılıqdan yararlanmaqdan çəkinmirlər.

Bundan əlavə, münaqişələr, etnik sıxışdırmalar, müharibələr nəticəsində meydana gələn miqrasiya və ya dözülməz iqtisadi şərtlər nəticəsində əhalinin nəzarətsiz yerdəyişməsi istənilən kiçik dövlətin resurslarını qısa müddətdə tükəndirə, xaosa və ictimai nizamsızlığa gətirə bilər. Qeyri-leqal immiqrantlar cinayətkarlığın, o cümlədən narkotiklərlə və silah alveri ilə bağlı cinayətlərin səviyyəsinin artmasını stimullaşdırır.

Ekoloji risklər sabitliyə yönələn təhdidlər cərgəsində öz yerini möhkəmləndirməkdədir. Suyun qeyri-rasional istifadəsi, sənaye istehsalı tullantıları, hərbi sınaqlar və toksik nüvə və kimyəvi tullantıların düzgün utilizasiya edilməməsi ətraf mühitə olduqca neqativ təsir göstərir. Sadalanan amillər kənd təssüfatına yararlı torpaq sahələrinin azalmasına, əhalinin sağlamlıq səviyyəsinin aşağı düşməsinə və işçi yerlərinin ixtisar edilməsinə səbəb olur.

7. Təhdidlərin spektrinin genişlənməsi. “Soyuq müharibə”nin süqutu hərbi təhdidlərin xarakterinin dəyişilməsinə gətirib. XXI əvvəllərində hərbi-siyasi sferada təhdidlər ənənəvi və yeni təhdidlərə bölünür. Hərbi planda güclü dövlətlərin və onların ittifaqlarının birbaşa rəqabətindən irəli gələn “köhnə təhdidlər” ikinci plana keçib. Belə demək mümkündürsə, “köhnə” təhdidlərin əksəriyyəti bu gün “yatmış” vəziyyətdədir.

“Yeni” təhdidlərə isə beynəlxalq terrorizm, kütləvi qırğın silahları və onların tədarük vasitələrinin yayılması və daxili silahlı münaqişələrdən ibarət triada daxildir [12, c.81-85]. Bu təhdidlər əvvəllər mövcud olsa da, “köhnə” təhdidlərin kölgəsində qalmalı olub. Son illər ərzində bu təhdidlərin prioritet qazanması onların daxili potensialının inkişafı və hər birinin təhlükəlilik dərəcəsinin artması ilə əlaqələndirilir.

Rusiyalı tədqiqatçı A.B.Loqunov isə qlobal təhlükəsizliyə təhdidləri dörd kateoriyaya bölür [13, c.34-36].

1. Ənənəvi təhdidlər hərbi güc və vasitələri hərbi rəqabət və münaqişə formalarında tətbiq edən dövlətlərdən irəli gəlir. Bu çağırışlar çox zaman dövlətlərin ordu, hərbi-dəniz və hərbi-hava qüvvələrindən istifadə etməsilə bağlıdır. Ənənəvi hərbi çağırışlar hələ də öz əhəmiyyətini itirməyib. Belə ki, əksər dövlətlər öz regionunda təhlükəsizlik sahəsində şəraitə təsir etmək imkanına malikdir. Müttəfiq dövlətlərin ənənəvi sahələrdə üstünlüyü düşmənin bu sahədə onlarla rəqabət aparmaq istəyini ciddi şəkildə zəiflədir.

2. Qeyri-standart təhdidlər daha güclü düşmənlərin ənənəvi üstünlüklərinə qarşı “qeyri-ənənəvi” metodlar tətbiq edən qüvvələrdən meydana gəlir. Müasir təhlükəsizlik sahəsində dövlətin maraqlarına daha çox qeyri-standart metodlar, məsələn, terrorizm və qiyam təhdid edir. Qeyri-standart çağırışların təhlükəsini gücləndirən iki amil mövcuddur: ekstremist ideologiyaların yüksəlişi və təsirli idarəçiliyin yoxluğu. Siyasi, dini və etnik ekstremizm dünyada münaqişələr yaratmaqda davam edir. Dünyanın əksər hissələrində təsirli idarəçiliyin yoxluğu terrorçular, cinayətkarlar və qiyamçılar üçün sığınacağın yaranmasına gətirir. Əksər dövlətlər öz əraziləri və sərhədləri üzərində təsirli nəzarət həyata keçirə bilmirlər.

3. Fəlakətli təhdidlər – Kütləvi qırğın silahının (KQS) əldə edilməsi, ona malik olma və ondan istifadə etmək və ya KQS-nin istifadə edilməsinə bənzər nəticələr döğura biləcək metodları əhatə edir. Dövlətin ənənəvi müharibə aparmaq sahəsində üstünlüyü bəzi düşmən qüvvələri fəlakətli vasitələr, xüsusən də KQS əldə etməyə sövq edir. Şəffaf beynəlxalq sərhədlər, zəif beynəlxalq nəzarət və informasiya texnologiyalarına maneəsiz çıxış bu cür səyləri asanlaşdırır. Transmilli terrorçular, KQS-in yayılması və bu silahı əldə etmək və ya ona sahib olmaq istəyən problemli dövlətlər xüsusi narahatlıq doğurur.

Texnologiyaların və KQS-nin yaradılması üzrə təcrübənin yayılması nəticəsində fəlakətli çağırışlarla mübarizə təxirəsalınmaz vəzifəyə çevrilir.

4. Təxribatçı təhdidlər mühüm operativ sahələrdə dövlətin mövcud üstünlüyünü sarsıtmaq məqsədilə qabaqcıl texnologiyalar işləyib hazırlayan və tətbiq edən düşmənlərdən meydana çıxa bilər. Nadir hallarda inqilabi texnologiyalar və onlarla bağlı olan hərbi innovasiyalar tam şəkildə çoxdan məlum olan müharibənin aparılması konsepsiyasını dəyişə bilər. Bəzi mümkün rəqiblər təxribatçı potensial əldə etməyə çalışmaqla, dövlətin zəif nöqtələrindən yararlanmağa, dövlətin və onun tərəfdaşlarının malik olduqları üstünlükləri aradan qaldırmağa çalışır. Misal qismində “Əl-Qaidə”nin ABŞ və onun tərəfdarlarına qarşı silahlı mübarizəsini göstərmək olar.

Dağıdıcı potensiala malik elmi kəşvlərin bəzi növləri, xüsusilə biotexnologiyaların, kibermetodların, kosmik silahların və ya enerji ilə işləyən silahların hazırlanması sahəsində nailiyyətlər qlobal təhlükəsizliyi ciddi təhdid edə bilər. Bu cür təhlükələrin gözlənilmədən baş verə bilməsi onların potensial nəticələr doğura bilməsini labüd edir və onlardan sığortalanmağı zəruri sayır.

Bu kateqoriyalar bir-biri ilə əlaqəlidir. Bunlardan birini yaxşı mənimsəyən öz güc mövqeyini və vasitələrini digər kateqoriyalarda möhkəmləndirməyə cəhd edə bilər. Belə ki, İraq və Əfqanıstanda beynəlxalq koalisiyanın düşmənləri həm ənənəvi, həm də qeyri-standart təhdidlər tətbiq ediblər.

Məsələn, “Əl-Qaidə” terror qrupu özünü qeyri-standart təhlükə kimi göstərməklə yanaşı, fəlakətli vasitələr əldə etmək istiqamətində fəaliyyət göstərib. Şimali Koreya eyni anda ənənəvi, qeyri-standart və fəlakətli çağırışlara cəhd edir.

Sonda bu qənaətə gəlmək olur ki:

– “soyuq müharibə” dövründəki strateji sabitlik xəyal olaraq qalacaq, müasir təhlükəsizlik mühiti isə xaotik, qeyri-müəyyən və dinamik olaraq dəyişkən olacaq;

– müasir qlobal təhlükəsizlik sistemi “fraqmentasiya (konflikt) – inteqrasiya (konsensus)” paradiqması kontekstində öz mövcudluğunu və fəaliyyətini davam etdirəcək;

– beynəlxalq təhlükəsizlik sisteminə klassik və asimmetrik (hibrid) təhdidlərin qarşılıqlı təsiri davam edəcək;

– beynəlxalq təhlükəsizliyin qeyri-hərbi aspektlərinin rolu artacaq və beynəlxalq münasibətlərə təsiri durmadan yüksələcək;

– destruktiv məqsədlərə xidmət edən qeyri-dövlət aktorları iflasa uğramaqda olan ölkələrə, “boz ərazilərə” soxulmaqda davam edəcəklər;

– texnoloji inkişaf bütün sahələrdə iki və çoxtərəfli əlaqələrə təsir göstərəcək, xüsusən də hərbi əməliyyat şəraitini mütəmadi olaraq dəyişəcək;

– qloballaşma və demokratiya bəzi subyektiv məqamlara rəğmən, alternativsiz sosial-iqtisadi və siyasi-ideoloji sistem kimi genişlənməkdə davam edəcək.

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının baş müəllimi

1) Современные глобальные проблемы / Отв. ред. В.Г. Барановский, А.Д. Богатуров. М.: Аспект Пресс, 2010. 350 с.

2) Современные международные отношения: Учебник / Под ред. А.В. Торкунова, А.В. Мальгина. – М.: Аспект Пресс, 2012. – 688 с.

3) Вильфрид фон Бредов. «Новые вызовы». İnformationen zur politischen Bildung, 2-ая четверть 2006 г ., стр. 4-10.

4) Рудь Наталья Андреевна. Гуманитарные интервенции в современных международных отношениях. unecon.ru/sites/default/files/gumanitarnye.pdf

5) Концепция «трех волн» демократизации С. Хантингтона. 22 октября 2017. www.zavtrasessiya.com › Конспекты › Политология.

6) Николай Модин. «Гуманитарная интервенция» как метод регулирования международных конфликтов. // ВЛАСТЬ 03’2007. c.94-97.

7) Иванов С.А. Информационная война: сущность и основные формы проявления. ‎2013. https://cyberleninka.ru/. /informatsionnaya-voyna-suschnost-i-osnovnye-formy-proyavl.

8) Крутских А. К политико-правовым основаниям глобальной информационной безопасности // Международные процессы, 2007, т. 15, № 1, с. 28.

9) Манойло А.В. Государственная информационная политика в особых условиях. Монография. М.: МИФИ, 2003. – 388 с.

10) Мережко А.А. Кризис современной миросистемы и будущее международного права в XXI веке. // Альманах международного права. 2010. Вып. 2. C.12-24.

11) Barry Buzan, Ole Wæver, Jaap de Wilde Lynne Rienner Publishers, 1998 – 239 p.

12) Кулагин В.М. Современная международная безопасность: учебное пособие / В.М. Кулагин. – М.: КНОРУС, 2012. – 432 с.

13) Логунов А.Б. Региональная и национальная безопасность. Учебное пособие. – М.: Вузовский учебник, 2009. – 432 c.

beynəlxalq münasibətlərin tənzimlənməsinin nəzəri mənbələri

Beynəlxalq münasibətlər alimləri qədim zamanlardan maraqlandırmışdır.
Beynəlxalq münasibətlərin ilk elmi təhlili və mahiyyəti­nin yazılı mənbəyi iki min il əvvəl müstəqil siyasi vahidlər arasında münasibətlərin təhlilinə həsr edilmiş Fukididin sək­kiz kitabı «Peloponn müharibəsinin tarixi» əsəridir. Bu müharibənin əsas səbəblərini araşdırmaqla Fukidid tərəflər arasında müna­si­bət­lərdə yalnız allahın gücü yox eyni za­manda dövlətin marağının ayrıca şəxsin marağından üstün olduğunu göstərir.Fu­ki­di­dinin baxışları N.Makiavellinin, (1469-1527-ci illər), T.Qob­bsun (1588-1679-cu illər) və nisbə­tən başa çatmış alman ge­ne­ralı Karl fon Klauzevitsin (1780-1831-ci illər) əsərlərində davam etdirilən elmi nəzəriyyələrə əsaslanırdı. Bu istiqamət elmdə klassik istiqamət kimi mə­lumdur. Bunu tədqiq edənlərin diqqət mərkəzində ölkələrin hərbi-siyasi məqsədləri dururdu.
Beynəlxalq münasibətlərin klassik nəzəriyyəsi ondan irəli gəlir ki, insanlar öz təbiətinə görə xudbin bir məxluq idi. Onlarda hakimiyyətə keçmək həvəsinin olmaması idi. In­san­la­rın öz bacarıqlarına görə təbiətdən asılılığı eyni deyildi, lakin on­lar qarşılıqlı inamı aşkar edir, rəqabət aparır, maddi im­kanlar əldə etməyə cəhd göstərir ki, bu da həmişə hamı­nın-ha­mıya, hər birinin- hər birinə qarşı müharibəyə apa­rırdı. Belə mü­haribənin dərindən mənasını başa düşən in­sanlar öz ara­la­rında müharibəyə qarşı ictimai müqavilə bağlamağa başladılar və nəticədə dövlət yarandı ki, bu da daxili ictimai münasibətləri tənzimləmək üçün xüsusi və baş­qalarından fərqlənən bir alətə çevrilir. Insanlar özlərinin hüquq və azad­lıq­larını, sülh və təhlükəsizliyin, ictimai qay­daların təminatçısı olan dövlətə könüllü olaraq təhvil verir. Bundan sonra dövlətin marağı öz tabeliyində olanlara ağalıq etməkdən ibarət olur. Dövlətin kö­mək­liyi ilə insanlar ara­sında münasibət süni axar­dan vətən­daş­lıq vəziyyətinə gətiri­lir. Lakin dövlət müstəqil ol­duğundan o heç bir məhdu­diyyətlə əlaqəli olmur. Ona görə də beynəlxalq si­yasi müna­sibətlər hələ də düşmənçilik olaraq qalır. Güc onların əsas tənzimləyicisi hesab edilir və onun məzmunu isə hər bir döv­lətin nəyə qadir olduğunu «zəbt etmək, sax­la­maq» kimi for­mulunda özünü göstərir. Beynəlxalq müna­sibətlər isə «güclü nə is­təyir onu edir, zəif isə nə imkanı var onu edir» prinsipləri üzrə qu­rulur. Beynəlxalq qarşılıqlı əlaqənin səviyyəsi regional xa­rakter daşıyır. Beynəlxalq münasibətlərin vəziyyətini qı­sa­müd­dətli sülhlə əvəz olunan müharibə vəziyyəti kimi xa­rak­terizə etmək olar.
Klassik istiqamətin sonrakı inkişafı siyasi bazarlıq ol­maqla B.Spinozanın (1632-1677-ci illər), Devid Yumun (1711-1776-cı illər), Emer de Vattelin (1714-1767-ci illər) əsərlərində işlənib hazırlanmışdır. Siyasi vəziyyəti təhlil edən Emer de Vattel dünyanın dəyişdiyini qeyd edir. Dövlətin ötüb-keçənlərə diqqətinin dəyişdirilməsi və danışıqlar, Avro­pada siyasi sistemi formalaşdırır və onlar dünyanın bu hissə­sində yaşayan mil­lət­lərin müxtəlif marağı və münasibətləri ilə bağlıdır. Avropa döv­lətinin milli və müstəqil formalaşması ilə yanaşı eyni zamanda Avropada azadlığı və qaydaları gözləmək də onun marağını artırır. Emer de Vattel yazırdı: «Ancaq bu məşhur siyasi ta­raz­lıq ideyanı və tarazlıq haki­miyyətini yaratmışdır. Bu baxımdan heç bir dövlət müsbət mənada digər dövlətə üstün gəlmək və­ziy­yətində olmadığın­dan onlar üçün qanunla müəyyən etsin».
Bununla belə mövcud klassik ənənələrə uyğun olaraq tarazlıq siyasi nəzəriyyəçilərin nümayəndələri hesab edirdilər ki, təhlükəli qonşuya qarşı xoşməramlı müharibə qanuni və ədalətlidir. Əgər qonşu güclü olarsa bu halda ən güclü döv­lətə qarşı dayanan və öz gücünü digərinə diktə etməyə mane olan koalisiya yaratmağa cəhd göstərmək lazımdır.
Beləliklə, ilk dəfə beynəlxalq siyasi münasibətləri tən­zimləmək üçün koalisiya deyilən bir vasitədən istifadə etmək fikri söylənilmişdir.
XVIII əsrdə bu nəzəriyyənin zəmanətindən müharibə aparmaq üçün koalisiya yaratmaq ideyasından müstəqil Av­ropa həvəslə istifadə etmişdir. Müəyyən mənada koalisiya bey­nəlxalq təşkilatların və beynəlxalq hərbi-siyasi münasi­bətlərin tənzimlən­mə­sində bir yemlik kimi nəzərə alınmalıdır.
Klassik nəzəriyyə ilə paralel fəlsəfənin, xristianlığın in­kişafı ispan teoloqu Fransisko de Vittoriyanın (XVI əsr), hollandiyalı Huqo Qrotsiyanın (XVII əsr), Immanuil Kantın (XIX əsr) və s. baxışları ilə əlaqədar olaraq siyasi tarazlıq nə­zə­riyyəsi xəyalpərəst (utopik) istiqamətdə baş vermişdir.
Insanların mənəvi, siyasi, iqtisadi birliyinin olması həm­çinin təhlükəsiz yaşamaq hüququ və hərəkəti haqqında ideyalar idealist konsepsiyada öz əksini tapmışdır. Bu isə in­sanlar arasında daimi sülhün olmasına, beynəlxalq münasi­bətlərin hü­qu­qi və mənəvi tənzimlənməsinə inam yaradır və ya başqa va­sitələrlə – tarixi məcburiyyətlə bağlı özü tərəfin­dən həyata ke­çirilir. Belə ki, I.Kant hesab edirdi ki, dövlətin daxilində hüquqi cəmiyyətin formalaşdırılması labüddür və gələcəkdə döv­lət­lər­arası münasibətlər dünyanın daimi, har­monik tənzimlənməsi vəziyyətindən dəyişir.Idealistlər inanırdılar ki, beynəlxalq münasibətlərin tənzimlənməsi vacibdir və yalnız bu insanların öz tələblərində təhlükəsizliyin və sərbəst hərəkətinin təmin edilməsinə yönəl­dilən əsas tədbirlərdən biri ola bilər.
XIX əsrdə idealizm liberalizm və pasifizm nəzəriyyələ­rində inkişaf etmişdir.
Iki dünya müharibəsi dövründə beynəlxalq siyasi mü­na­sibətləri tənzimləmək vasitələri və təşkilat formaları problemləri üzrə idealistlər və realistlər arasında elmi müba­hisələr baş vermişdir. Idealizmin tərəfdarları beynəlxalq təş­kilatların kö­məkliyi və onların sayının artması ilə beynəlxalq münasibətlərin demokratikləşməsinə, müharibələrin və hərbi münaqi­şə­lərin dayandırılmasına nail olmaq olar.
Siyasi təcrübədə idealizm I Dünya müharibəsindən so­nra Amerika Prezidenti Vudro Vilson tərəfindən 1920-ci ildə işlənib hazırlanmış «Millətlər cəmiyyəti» Proqramı ətrafında top­lan­ması olmuşdur ki, bu da beynəlxalq münasibətlərin çoxtərəfli tənzimlənməsində ilkin təşkilatlardan biri olmuş­dur.«Millətlər cəmiyyəti»nin idealist baxışlarının təcrübi ola­raq həyata keçirilməsi 30-cu illərdə Avropada gərginliyin art­ması, faşizmin aqressiv siyasəti bu ideyanın məhvinə səbəb oldu. Bu zaman beynəlxalq münasibətlərin çoxsahəli konsep­siyaların tənzimlənmə­sində beynəlxalq təşkilatların kömək­liyi ilə həyata keçirilməsi ideyası vacib şərtlərdən biri hesab edildi.
II Dünya müharibəsindən sonra beynəlxalq təşkilatla­rın rolu müəyyən dərəcədə artmış, dünya ictimaiyyətinin bə­şə­riy­yə­tin ümumi marağına cavab verən dünya qaydalarının tənzim­lən­məsində yeni istiqamətlərin formalaşdırılması baş verdi.
Beynəlxalq siyasi münasibətlərdən fərqli olaraq iqtisadi nəzəriyyələrdə beynəlxalq iqtisadi münasibətlər və onların tən­zim­lənməsi, onların obyektiv inkişafı digər səviyyələrdə müx­təlif baxımdan tədqiq edilmişdir. Lakin həmişə tədqiqata milli iqtisadiyyata tələb prizmasından yanaşılmışdır (mer­kantilizm, klassik, neoklassik, Keyns və digər iqtisadi fikir məktəbləri).
Beynəlxalq iqtisadi əlaqələrin tənzimlənməsi üzrə zə­ma­nət­də hər şeydən əvvəl milli maraq əsas götürülürdü. Bax­mayaraq 1883-cü ildə bir sıra ölkələr sənaye mülkiyyətini qorumaq haqqında Paris Bəyannaməsini və 1919-cu ildə Versal müqaviləsini bağlamaqla Beynəlxalq Əmək Təşkilatı (BƏT), Beynəlxalq Ticarət Palatası (BTP) yaratdılar, amma geniş və universal tələbdə BIM-nin tənzimlənməsini ölkələr hiss etmə­dilər. Hətta «Millətlər cəmiyyəti»nin Nizamnamə­sində onun əsas funksiyalarından biri bu cəmiyyətin üzvü olan ölkə­nin iqtisadi vəziyyəti, aktual iqtisadi problemlərin həll edilməsi üçün şərtlərin yaradılması, iqtisadi mühitdə təc­rübə, birlik və digər məsələlər işlənib hazırlanmamışdır.
BIM-in əsas diqqət obyektində özünütənzimləmədə ba­zar iqtisadiyyatının qabiliyyəti haqqında neoklassik nəzə­riyyə tezislərinin qiymətləndirilməsi vacibdir.
1929-cu ildən 1993-cü ilə qədər davam edən dünya iqti­sadiyyatının təkrar istehsalında böhran baş verdi. Bu böhran dün­yanın aparıcı və nisbətən salamat ölkəsi olan ABŞ-ı bü­rümüşdü. Alıcılıq qabiliyyəti kifayət etməyən ölkədə mal satışı yox idi və qeyri-reallaşdırılmış vəziyyətə gətirmişdi.
Təkrar istehsal prosesi pozulmuş, nəticədə 1932-ci ildə ABŞ-da sənaye istehsalı ümumiyyətlə 46 % aşağı düşmüşdür.30-cu illərin tənəzzülü iqtisadi fikrin bütün sahələrində dərin izlər qoyaraq özütənzimlənən iqtisadi nəzəriyyəni məhv etdi və iqtisadiyyatın dövlət tənzimlənməsi yeni Keyns dok­tri­na­sının baş verməsi üçün əsas xidmətçi oldu. Onun əsas mərkəzi ideyası dövlətin təkrar istehsal prosesinə müdaxilə­sinin vacibliyi oldu.
Keyns və sonralar isə neokeynsçilər iqtisadiyyata dövlə­tin müdaxiləsini inkişaf etdirərək dövlətin ümumi tələbinin artmasına istiqamətlənən və bazara təqdim edilən tədbirlərin həyata keçirilməsinin vacibliyini göstərirdilər. Ümumi tələbin artması iqtisadiyyatın inkişaf etməsinə imkan verəcək, iqti­sadi böhrandan və onun nəticələrindən, inflyasiya və işsizlik­dən qurtarmağa səbəb olacaqdır. Bu nəzəriyyə dövlətin tə­krar isteh­sal prosesinə müdaxiləsini qanuniləşdirdi və dövlə­tin xarici iqtisadi əlaqələr mühitinə daha məzmunlu funksiy­alar əlavə etdi. Bir qayda olaraq uzun müddət BIM-rin əsas subyektləri kimi müxtəlif inhisarlar, konsernlər, trestlər çıxış edirdilər ki, indi isə bunlarla yanaşı həmin funksiyaları bila­vasitə dövlət öz üzərinə götürür.
Dünya böhranı ölkələri beynəlxalq iqtisadi münasibət­ləri tənzimləməkdə yeni formalar axtarmaq üçün hərəkətə gətirdi.
Iqtisadi siyasətin ənənəvi ikitərəfli razılaşmalar əsasında tənzimlənməsi BIM-in həqiqi tənzimlənməsi vasitəsi olmaqla dayandı.
II Dünya müharibəsi bu problemi həll etməyə imkan ver­mədi. Lakin 1944-cü ildə Bretton-Vudsda (ABŞ) beynəl­xalq valyuta – maliyyə sisteminin əsasını qoyan razılaşma im­za­la­dılar. Bu razılaşmada xarici ticarətdə defisitliyi aradan qal­dır­mağa, milli valyuta kursunun mübadiləsində sabitliyi tən­zim­ləməyə imkan verən, beynəlxalq ticarətin stimullaşdı­rılmasında yeni qaydalar müəyyən edildi. Brettor-Vudsda əldə edilən razı­laşmaya əsasən beynəlxalq iqtisadi, valyuta-kredit münasi­bət­lərinin çoxtərəfli beynəlxalq tənzimlən­mə­sində ölkə­nin tələbinin realizə olunmasını göstərilirdi. Bu ra­zılaşma çər­çivəsində Beynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yeni­dən­qur­ma və Inkişaf Bankı (BYIB) adlı iki beynəlxalq təşkilat yara­dıl­dı və ticarət və tarif üzrə baş razı­laşma (GATT) imzalandı.
Beynəlxalq iqtisadi təşkilat bir tərəfdən razılaşdırılmış məq­sədi, özünün daimi orqanı, səriştəsi, digər tərəfdən isə bu təşkilat ölkələrin siyasi və iqtisadi əməkdaşlıq forması ol­maqla çoxtərəfli dövlətlərarası münasibətlər institutudur.
Beynəlxalq iqtisadi təşkilatların yaradılması XX əs­rin ikinci yarısından aktivləşməyə başlamışdır. II Dünya müha­ribəsi qurtardıqdan sonra pozulmuş siyasi və iqtisadi pro­blemləri bütün dünya ictimaiyyətində müzakirə etməyin va­cibliyi dərk edilirdi. Beynəlxalq əməkdaşlıqda yeni dünya qaydaları olmalıdır. Bu qaydalara, liberallaşma, əməkdaşlıq, aşkarlıq, dialoqlar və hər cür münaqişədən azad və s. daxil­dir.
«Beynəlxalq təşkilatların yaradılması dövlətin həya­tında fövqəladə və böhran vəziyyətini həll etmək üçün səmə­rəli tədbirlər axtarmağın nəticəsidir».Bu dövrdə ölkələr arasında iqtisadi əlaqələr aktivləşir, beynəlxalq əmək bölgüsü isə dərinləşirdi. 1950-ci illərdən baş­la­yaraq Qərbi Avropada inteqrasiya prosesinin inkişaf etməsi buna əyani nümunədir. Onlar öz əksini Ümumi bazar Av­roatom, Kömür və Polad birliyi və s. deyilən dövlət – inhi­sar birliyinin yaradılmasında gördülər.
Bu birliklərin iştirakçıları ümumi iqtisadi siyasət həyata keçirməyə cəhd göstərərək kapitalı, işçi qüvvəsini, iqtisadi mübadiləni stimullaşdıran istiqamətdə birgə hərəkət etmək haqqında razılığa gəldilər. BIM-in formaları dinamik inkişaf edir. Bunu aşağıdakı məlumatlar təsdiqləyir. Əgər II Dünya müharibəsi ərəfəsində, 1938-ci ildə dünya ticarətinin ümumi həcmi 49 mlrd. dollar təşkil etmişdirsə, 1967-ci ildə 440 mlrd. dollara çatmışdır.Yalnız 1959-1966-cı illərdə lisenziyalaşdı­rılmış razılaşmalar üzrə beynəlxalq ödənclərin həcmi təqri­bən üç dəfə artmışdır. Hər il beynəlxalq işçi qüvvəsinin miqra­siyası 60-cı illərin ortalarına 4 mln. nəfər adam çoxal­mışdır.1938-1966-cı illərdə dəniz daşımalarının həcmi 3,7 dəfə, dəmiryolu ilə 3,4 dəfə, hava nəqliyyatı ilə (ancaq son on ildə) 3 dəfə artmışdır.Müəyyən dərəcədə kapitalist ölkələrinin xarici investi­siyasının miqyası artmışdır. Əgər 1938-ci illə müqayisədə bu 50 mlrd. dollar təşkil edirdisə nisbi qiymətləndirməyə görə 1968-ci ildə onun həcmi 225-230 mlrd. dollara qədər artmış­dır.Beynəlxalq iqtisadi münasibətlərin artan rolu və eyni zamanda onun inkişaf etməsi bu münasibətlərin universal­laşması və onların fəaliyyət sferasının genişlənməsi hesab edilir ki, bunlar da BIM-in inkişafında əsas faktorlardan sayılır. Əgər əvvəllər beynəlxalq iqtisadi əlaqələr əsasən mal mübadiləsilə həyata keçirilirdisə, indi onlar ictimai təkrar is­tehsalın müxtəlif sferalarını – elmi tədqiqatları, texnika və texnologiyanı, sə­na­yenin müxtəlif sahələrini, kənd təsərrüfa­tını, nəqliyyatı, ra­bi­təni, xidmət sferasını, istehlakı və s. əhatə edir. Ticarət pa­tentləri və lisenziyalarla müşahidə olunur, beynəlxalq layi­hə­ləş­dirmə və tikinti quruluşunun, alim və mütəxəssislərin mü­ba­diləsi, beynəlxalq işçi qüvvəsinin mi­qrasiyası, müxtəlif xidmət növlərinin satışı beynəlxalq mal mübadiləsi vasitəsilə həyata keçirilir.
Kapitalist dövlətlərinin valyuta-kredit sistemində iki və çoxtərəfli əməkdaşlığı görünməyən vüsət almışdır.
Beləliklə, məhsuldar qüvvələrin inkişafına, dövlətin iq­tisadiyyatının hər cür inkişafına təsir göstərən bu və ya digər faktlar beynəlxalq iqtisadi əlaqələrin sürətlə inkişaf etmə­sindən xəbər verir.
Lakin XX əsrin 60-cı illərində Qərb ölkələrinin iqtisa­diy­yatı yenidən çətin inflyasiya prosesi ilə qarşılaşdı. 60-ci illərdə ölkəni yenidən ümumiqtisadi böhran bürüdü. Böhra­nın tsiklikliyi dünya xammalında, enerji və onun struktu­runda val­yu­ta sistemində böhranın güclənməsi baş verdi. Bu onu gös­tə­rirdi ki, dövlətin və dövlətlərarası iqtisadi inkişafın tən­zim­lənməsi modeli böhran keçirirdi. Mövcud olan bey­nəlxalq valyuta-maliyyə münasibətlərinin beynəlxalq tən­zimlənməsi yaranmış vəziyyətə tab gətirə bilmədi.
Keyns və neokeyns doktrinasının əksinə olaraq məhsul­darlığın artırılması, monetarizm, təklif nəzəriyyəsi, planlaşdı­rılan sistem nəzəriyyəsi və s. bu kimi çoxsaylı yeni iqtsiadi elm sahələri yarandı ki, bunlar da iqtisadi siyasətdə və onun tənzimlənməsində yeni konseptual dəyişikliklərin əsasını qoydu.
Dövlətlərarası beynəlxalq iqtisadi münasibətlərin tən­zim­lən­məsində baş verən inkişaf ölkələrin qarşılıqlı asılılıq dərə­cəsini dünya iqtisadiyyatında gedən dəyişikliklərin ma­hiyyətini bilməkdə beynəlxalq münasibətlərin əsas subyekti olan dövlətin rolunu daha da qiymətləndirməyi milli maraq baxımından tələb edir.
Bu problemlər transmilli (Robert O., Cozef Nay), inte­qrasiya (Devid Mitrani) və qarşılıqlı asılılıq (Ernet Xoas) nə­zəriyyələrində əsas tədqiqat mərkəzində durmuşdur.
60-cı illərin sonu 70-ci illərin əvvəlləri aparılan müzaki­rələrdə beynəlxalq münasibətlər dövlətlərarası qarşılıqlı münasibətlər çərçivəsindən çox uzaqlaşır və əsas istiqamət milli maraqlara, güclə mübarizə aparmağa yönəldilirdi. Dövlət bir beynəlxalq iştirakçı olmaqla öz inhisarçılığını iti­rirdi. Bununla yanaşı beynəlxalq, o cümlədən iqtisadi müna­sibətlərdə fərdlər, müəssisələr, təşkilatlar, qeyri-dövlət birlikləri çıxış edir. Iştirak edənlərin, növlərin (mədəniyyət, elmi əmək­daşlıq, iqtisadi mübadilə və s.) çox müxtəlif olması, qarşılıqlı təsir «kanalları» (universitetlərarası əlaqə, dini təşkilatlar, assosiasiyalar və s.) dövləti beynəlxalq ünsiyyət mərkəzindən sıxışdırır.
Ünsiyyət dövlətlərarası (beynəlmiləlçi) dövlətin iştirakı olmadan, ondan yan keçən ünsiyyətə çevrilir.
Beynəlxalq səviyyədə qarşılıqlı əlaqədə olan iştirakçılar çoxlu, o cümlədən iqtisadi maraq göstərə bilər ki, dövlətin marağı ilə üst-üstə düşməsin. Bu halda xarici iqtisadi fəa­liyyətdə olan iştirakçılar arasında müxtəlif hadisələr baş verə bilər və dövlət artıq hadisələri tənzimləyə bilmir.
Iqtisadiyyatın artan açıqlığı eyni zamanda makroiqti­sadi xarakterli təhlükə və yeni ziddiyyətlər yarada bilər.
Yaranmış vəziyyətdə milli dövlət prinsipcə yeni və­ziyyətlə qarşılaşaraq makroiqtisadi tənzimləmədə ənənəvi səmərəni istifadə etmək mexanizmləri hesab edilən idxalın məh­dud­laş­dırılması, ixracdan maddi yardım almaq, milli valyuta kur­su­nun dəyişməsilə mərkəzi bankın əks maliyyə­ləşmə dərəcəsi kimi makroiqtisadi tənzimləməni itirmiş olur.
Bir çox proseslər, xüsusilə valyuta-maliyyə sferası da miqyas xarakteri almışdır. Onlar dövlətin ayrıca tənzimləyici hə­rəkətinə tabe olmur. Beynəlxalq iqtisadi və siyasi proseslər millətlərarası münasibətləri inkişaf etdirir. Milli səviyyədə tənzimlənmənin səmərəliliyi aşağı düşmüş və geniş miqyasda milli üstünlük formasında tənzimlənməsinin baş verməsi la­büd­lüyünü qarşıya qoymuşdu.
Rabitə, texnoloji vasitələrdə və nəqliyyatda baş verən inqilabi dəyişikliklər Transmilli Korporasiyaların inkişafı və dəyiş­məsi dünyada yeni meyllərin baş verməsinin stimullaş­dırılmasına səbəb oldu.
Bunlar içərisində üstünlük təşkil edənləri aşağıdakılar­dır:

  1. dünya istehsalı ilə müqayisədə dünya ticarətinin üstün­lük təşkil etməsi;
  2. inkişaf etmiş ölkələrdə kommunikasiya vasitələrinin ye­nidən qurulması və inkişaf etdirilməsi;
  3. xırda dövlətlərin və xüsusi müəssisələrin beynəlxalq ro­lunun artırılması;
  4. iri dövlətlərin ətraf mühitin vəziyyətinə nəzarətin azal­dılması.

Bütün deyilən proseslərin ümumiləşdirilməsi son nəti­cədə dünyada gedən meyllərin möhkəm formalaşdırılması və qarşılıqlı asılılığın genişlənməsi deməkdir.Dünya təsərrüfat orqanizminin qarşılıqlı əlaqələri daha da formalaşır. Dünya ictimaiyyətində artan qarşılıqlı asılılıq və birlik haqqında ideyalar qeyri-marksist nümayəndələri (Pol Baran, Pol Suzi, Samir Amin və s.) tərəfindən qəbul edilmişdir, lakin axın transmilliləşmədə olduğu kimi eyni olmamışdır. Müasir dünyada qarşılıqlı əlaqələrin simmetrik və iqtisadi dün­yada qarşılıqlı əlaqə­lərin simmetrik və iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrin sayının, dəyi­şən təsərrüfatı sistemindən və sənaye ölkələrindən asılı­lığının real olmaması qeyri-mar­ksistlərin fikirlərinin konsep­tual mühakimələrinin əsasını təşkil edirdi.Asılılıq iqtisadi mübadilənin və inkişafın qeyri-bərabər olmaması nəticəsində baş verir. Bütün dünya iqtisadi sazişlə­rinin 80 %-ni həyata keçirən «Mərkəz» xammalın və resurs­ların yerləşməsindən asılıdır. Bu ölkələr onlardan kənarda istehsal olunan müxtəlif malların istehlakçısı olmaqla qeyri-bərabər iqtisadi mübadilələr (emal edilən mala, məhsula nis­bətən xammalın qiyməti aşağı olur) sənayecə inkişaf etmiş dövlətlərin yardımından asılılığın qurbanı olur.
Qeyri marksist nəzəriyyənin konseptual vəziyyəti zəif inki­şaf etmiş ölkələrin sürətlə silahlanması, onlara BMT qar­şısında yeni dünya qaydalarının təsis edilməsi məsələlərini qoymağa imkan vermişdir. Problem inkişaf etməkdə olan ölkələrin vahid sosial-iqtisadi strategiyasının hazırlanmasını tələb edirdi.
1974-cü ilin aprel ayında BMT-nin Baş Assambleyası müvafiq fəaliyyət proqramı və həmin ilin dekabrında kasıb inkişaf etməkdə olan ölkələrə güzəştli kreditlər vermək məq­sə­dilə dövlətlərin iqtisadi hüquq və vəzifələri haqqında Xar­tiya qəbul edərək Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı çərçivəsində iki institut.
– Beynəlxalq Maliyyə Korporasiyası BMK (1956-cı il) və Beynəlxalq Inkişaf Assosiasiyası BIA (1960-cı il) yaradıl­mışdır.
Beləliklə, inkişafın tədqiqi və BIM-in konseptual əsası iqtisadi və siyasi aspektlərini müəyyən etməkdə beynəlxalq iqtisadi təşkilatların, beynəlxalq münasi­bətlərin tənzimlən­məsi institutlarının yaradılması qarşı­sındadır.
Mövcud yüzillikdə dünya iqtisadiyyatının tənzim­lənmə­sinin çoxsaylı mexanizmlərinin formalaşdırılması qlobal prob­lemlərin təsirinə, informasiya sistemində inqilabın təsi­rinə baxmayaraq ötən dövrə nisbətən asan olacaq.

  • Teqlər:
  • beynəlxalq münasibətlər
  • , beynəlxalq iqtisadiyyatın tarixi

Xəbərlər

Rusiya-Azərbaycan Ekspert Şurasının 3-cü iclası keçirilib

Fevralın 28-də Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının (RAEŞ) “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” möv.

28 Fevral 2023 – 10:14

Aİ-Azərbaycan münasibətlərinə həsr olunmuş vebinar keçirilib

BMTM və Brüsseldə fəaliyyət göstərən “New Direction” fondunun birgə təşkilatçılığı ilə “Aİ-Azərbaycan münasibətlərinə baxış” adlı birgə hesabata həsr olu.

13 Fevral 2023 – 11:06

Azərbaycanla Çexiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş konfrans keçirilib.

Fevralın 6-sı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Çex Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə iki ölkə arasında diplomatik əlaqələrin q.

06 Fevral 2023 – 17:09

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin Azərbaycanın İrandakı səfirliyinə edilmiş silahlı hücumla bağlı şərhi.

Bu gün saat 8:30-da Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər azərbaycanlı təhlükəsizlik əməkdaşı həlak olub, iki nəfər xəsarət alıb. Qeyd etmək lazımdır ki, .

27 Yanvar 2023 – 13:14

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı işıq üzü görüb

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı (3-cü cild, 2-ci Sayı, Qış buraxılışı, 2022-ci il) işıq üzü görüb. “Caucasus Strategic Perspectives” (CSP) jurnalının .

29 Dekabr 2022 – 11:41

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev 2022-ci ildə mərkəzin aktiv fəaliyyət göstərdiyini bildirib.

28 Dekabr 2022 – 14:54

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin 2022-ci il üzrə fəaliyyətinə dair press-reliz

3 ildən artıqdır fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi 2022-ci ildə də aktiv iş aparıb. Qurum fəaliyyətini ölkənin xarici siyasət gündəmini dünya və yerli ictimaiyyətə məqalələr, hesab.

28 Dekabr 2022 – 13:55

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin Laçın yolunda baş verənlərə dair şərhi

Laçın yolu üzərində baş verənlər 3 səbəblə bağlıdır: I. Əsas səbəb- ekoloji problemlər və Azərbaycan təbii ehtiyatlarının qanunsuz istismarı. II. 9 noyabr bəyanatına zidd olaraq Laçın dəh.

16 Dekabr 2022 – 17:20

Fərid Şəfiyev “Əli və Nino: Romanın etnoqrafiyasına və müəllifə şəxsi bağlılıq” mövzusunda təqdimat keçirib.

Dekabrın 15-də BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev “Əli və Nino: Romanın etnoqrafiyasına və müəllifə şəxsi bağlılıq” mövzusunda təqdimat keçirib. Təqdimatın məqsədi əsərin müəllifinin kim ol.

16 Dekabr 2022 – 10:55

Multimedia

Gülşən Paşayeva: “Laçın yolu ilə avtomobillər hərəkət edirsə, bu artıq blokada deyil”

19 Yanvar 2023 – 11:18

Strasburq Vəkillər Kollegiyasının üzvü Dilbədi Qasımovun BMTM-ə müsahibəsi

26 Dekabr 2022 – 12:25

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib

20 İyul 2022 – 19:46

Qlobal qeyri-sabitlik şəraitində ikitərəfli əməkdaşlığın perspektivləri

20 İyul 2022 – 19:45

Topların gurultusu altında diplomatiya- Həsən Həsənov

20 İyul 2022 – 19:44

Məqalələr

Karabağ zaferinin yıl dönümünde Azerbaycan’ın bölgesel ilişkileri

Karabağ zaferi sonrası ortaya çıkan fırsatlarla Azerbaycan-Türkiye ilişkileri yıllardır takıldığı psikolojik eşiği geçerek bölgesel ve küresel bağlamda önem kazandı. Azerbay.

03 Noyabr 2022 – 16:46

Ermenistan üzerine düşen sorumlulukları yerine getirmiyor

3 Ağustos 2022 tarihinde Rusya barış birliklerinin geçici olarak yerleştiği bölgede bulunan silahlı Ermenilerin ateş açmasıyla 18 yaşındaki bir Azerbaycan askeri şehit oldu. Bunun üzerine Azerb.

10 Avqust 2022 – 15:00

Niyə bəzi müharibələr digərlərindən daha dağıdıcıdır?

ABŞ-ın nüfuzlu “National Interest” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Fuad Çıraqovun “Niyə bəzi müharibələr digərlərindən d.

31 Mart 2022 – 16:01

Azərbaycanın erməni silahlı dəstələrinin çıxarılmasını tələb etməsi Qarabağda gərginliyi artırır

Ermənistan və Rusiyanın Qarabağdan erməni silahlı birləşmələrini çıxarmaq istəməməsi və ya bacarmaması sülh prosesinə xələl gətirir və regional sabitliyə təhlükə yaradır. Bu barədə Beynəlxal.

30 Mart 2022 – 15:23

Azərbaycan Avropanın enerji təhlükəsizliyini gücləndirməsinə dəstək verə bilər

BMTM-in eksperti Şahmar Hacıyevin ABŞ-ın nüfuzlu “The National Interest” nəşrində “Azərbaycan Avropanın enerji təhlükəsizliyini gücləndirməsinə dəstək verə bilər” başlıqlı m.

15 Mart 2022 – 12:39

Elektrik enerjisi istehsalı və bərpa olunan enerji: Azərbaycanın enerji təhlükəsizliyinin yeni dayaqları

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Orxan Bağırovun “Elektrik enerjisi istehsalı və bərpa olunan enerji: Azərbaycanın enerji təhlükəsizliyinin yeni.

18 Fevral 2022 – 15:35

Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin taleyinə aydınlıq gətirməyin vaxtıdır

Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərlə bağlı məsələ diqqət mərkəzində saxlanılır. Müharibə yalnız ərazilər, hərbi gərginliyi artıran düşmənçilik və ya geosiyasətlə bağlı deyil. D.

17 Fevral 2022 – 15:28

Ermənistan yüksək inflyasiya ilə üz-üzədir

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Orxan Bağırovun “Ermənistan yüksək inflyasiya ilə üz-üzədir” adlı məqaləsi “Eurasia Review” nəşri tə.

17 Fevral 2022 – 12:27

Yeni reallığa uyğunlaşan Aİ Cənubi Qafqazda rolunu gücləndirir

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 4-də Fransanın dövlət başçısı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelinin vasitəç.

07 Fevral 2022 – 18:40

Twitter

Müəlliflər

Fərid Şəfiyev

Səfir, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Idarə Heyətinin Sədri

“Azərbaycan və İsrail: dəyərlərə söykənən dostluq”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin İsrailin “Israel Hayom” nəşrində “Azərbaycan və İsrail: Dəyərlərə söykənən dostluq&rdq.

07 Fevral 2022 – 18:40

Cavid Vəliyev

Azərbaycanın Mənbə və Tranzit Ölkə kimi Qlobal Enerji Təhlükəsizliyinə Töhfəsi

07 Fevral 2022 – 18:40

Esmira Cəfərova

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü

İlin icmalı: Azərbaycan Zəfər Gününü qeyd edir

2021-ci il noyabrın 8-də Azərbaycanın və Cənubi Qafqaz regionunun tarixində mühüm əhəmiyyət kəsb edən hadisənin bir ili tamam olub. Söhbət dağın zirvəsində yerləşən, Qarabağın ü.

07 Fevral 2022 – 18:40

Vasif Hüseynov

AUKUS çərçivəsində hərbi əməkdaşlığın dərinləşdirilməsi və Alyansın genişləndirilməsi təşəbbüsləri

07 Fevral 2022 – 18:40

Şahmar Hacıyev

Avropada enerji böhranı və görülən tədbirlər

07 Fevral 2022 – 18:40

Roza Əsgərova

Gülşən Paşayeva

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü

Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşma: səbəb və nəticə

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən Paşayevanın Avropanın tanınmış media portallarından olan “Euractiv” saytında “Azərbayc.

07 Fevral 2022 – 18:40

Nağı Əhmədov

Səma Bağırova

Şahin Yusifli

Nəsibə Mirzəyeva

Gürcüstan-Rumıniya Qara dəniz sualtı kabel layihəsi

07 Fevral 2022 – 18:40

Lalə Xəlilzadə

İraqı vətəndaş müharibəsi astanasına gətirən amillər

07 Fevral 2022 – 18:40

Nurad Məmmədov

Mətin Məmmədli

Yeni geosiyasi proseslər fonunda önəmi artan hərbi güc amili

07 Fevral 2022 – 18:40

Tədbirlər

Rusiya-Azərbaycan Ekspert Şurasının 3-cü iclası keçirilib

Fevralın 28-də Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının (RAEŞ) “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” mövzusunda üçüncü iclası keçirilib. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci ildönümünə həsr olunmuş tədbir Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Rusiya Beynəlxalq Məsələlər Şurası (RBMŞ) tərəfindən təşkil olunub. Yüksək səviyyəli plenar iclasda çıxış zamanı Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov Moskva və Bakı arasında ikitərəfli əlaqələrin inkişafında Azərbaycan Respublikası prezidenti İlham Əliyev və Rusiya Federasiyası prezidenti Vladimir Putin arasında yüksək səviyyəd.

28 Fevral 2023 – 10:14

Aİ-Azərbaycan münasibətlərinə həsr olunmuş vebinar keçirilib

BMTM və Brüsseldə fəaliyyət göstərən “New Direction” fondunun birgə təşkilatçılığı ilə “Aİ-Azərbaycan münasibətlərinə baxış” adlı birgə hesabata həsr olu

13 Fevral 2023 – 11:06

Azərbaycanla Çexiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş konfrans keçirilib

Fevralın 6-sı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Çex Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə iki ölkə arasında diplomatik əlaqələrin q

06 Fevral 2023 – 17:09

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev 2022-ci ildə mərkəzin aktiv f

Comments are closed, but trackbacks and pingbacks are open.